GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə8/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

CAVANLARIN İCTİMAİ HÜQUQLARI

1/2


HÖRMƏT ETMƏK
499. Peyğəmbər (s): Cavanlar üçün məclislərdə yer saxlayın və (söylənilən) hədisləri onlara başa salın. Çünki onlar atalarının canişini və hədis əhlidirlər.1
500. Səhih-Buxari – Səhl bin Səiddən nəql olunur: Peyğəmbər (s) üçün bir qab süd gətirdilər və O, süddən içdi. Onun sağ tərəfində yanındakılardan yaşca ən kiçik olan bir cavan var idi, sol tərəfində isə qoca kişilər oturmuşdu. Peyğəmbər (s): buyurdu:”Ey cavan! İcazə verirsən südü qocalara verim?”

Cavan dedi: Mən sizin artığınızı özüm qala-qala qoymaram başqası içsin, ey Allahın Peyğəmbəri!

Peyğəmbər (s) südü ona verdi.1

2/2
MƏSLƏHƏT ETMƏK


501. İmam Əli (ə) – Ona mənsub olan hikmətlərdən: Məsləhətə ehtiyacın olduğu zaman, birinci cavanlarla məsləhətləş, çünki onların zehni itidir və onlar hər şeyi tez təmin edirlər. Sonra isə bu məsələni ortayaşlılarla və qocalarla məsləhətləş, çünki onların təcrübəsi çoxdur. Qoy onlar ən yaxşı fikri seçsinlər. Onlar hər şeyə qiymət verməyi və ya irad tutmağı bacarırlar.2

3/2


CAVANLARA XAS OLAN EHTİYACLARA DİQQƏT ETMƏK
502. İmam Baqir (ə): Əli (ə) bazarda parçasatanların yanına gəldi. Bir kişiyə dedi: “Mənə iki libas ver”.

Həmin kişi dedi: Ey Əmirəlmöminin! Hər nə ürəyin istəyirsə burda var.

Parçasatan Əmirəlmöminini(ə) tanıdığı üçün, Əli (ə) ondan almadı. Cavan bir satıcının yanında dayandı. Ondan iki libas aldı: Birini üç dirhəmə, digərini isə iki dirhəmə. Qənbərə buyurdu: “Ey Qənbər! Üç dirhəmə aldığım geyimi götür”.

Qənbər dedi: Siz onu geyməyə daha haqlısınız. Camaatla görüşə gedirsiniz, minbərə çıxırsınız.

Əli (ə) buyurdu: “Sən cavan olduğun üçün cavanlara xas olan istəklərin var, əgər özümü səndən qabağa salsam Allah-Təaladan xəcalət çəkərəm”. 3

BEŞİNCİ BÖLÜM

GƏNCLƏRƏ NÜMUNƏ


BİRİNCİ FƏSİL

GƏNCLƏRƏ ÜÇÜN QURANDAKI NÜMUNƏLƏR

1/1
İBRAHİM XƏLİL



Quran:
İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahimin öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” -deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.

Ey Rəbbimiz! Bizi kafirlərə sınaq etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”

(Ey möminlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyuruğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tərifə (şükrə) layiqdir!”. 1

1 – 1/1


BÜTSINDIRAN

Quran:
Biz daha öncə İbrahimə də öz doğru yolunu nəsib etmişdik. Biz onu (onun buna layiq olduğunu) bilirdik. (İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” - dediyi zaman

Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” - deyə cavab vermişdilər.

(İbrahim onlara:) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!” -demişdi.

Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)”- deyə soruşduqda, belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!

Allaha6 and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!”. (İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər.

(Onlar) dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”

(Müşriklərin bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” -dedilər.

(Qalanları:) “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!” -dedilər. (Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular.

(İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” -deyə cavab verdi.

Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız”-dedilər.

Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski etiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” - dedilər.

(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?

Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Məgər (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?” 1


Hədis:
503. Təfsiri-Qumi: İbrahim (ə) onları bütə sitayiş etməkdən şəkindirdi və bütpərəstliyin əleyhinə onlara dəlil-sübut gətirdi. Lakin insanlar öz əməllərindən (bütə ibadət etməkdən) əl şəkmədilər. Bir bayram günü idi. Nəmrud və onun xalqı şəhərdən kənara çıxmışdılar. İbrahimin atası onun Nəmrudla birgə getməyini istəmirdi. O, İbrahimi(ə) bütlərə nəzarət etmək üçün oarada saxladı. Elə ki, o bayıra çıxdı, İbrahim (ə) yemək hazırlayıb, götürüb bütxanaya gətirdi. O, hər bütün qabağına çatanda deyirdi: “Ye və danış”. Elə ki, cavab eşitmirdi balta ilə həmin bütün əl-ayaqlarını sındırırdı. Bütün bütləri bu günə saldı. İşini qurtarandan sonra baltanı bütxananın ən hündür yerində qoyulmuş böyük bütün boynundan asdı. Bayram qurtaran kimi padşah və onun əyanları mərasimdən qayıdıb gördülər ki, bütün bütlər sındırılıb. Dedilər:“Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!” (Müşriklərin bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” -dedilər. O, Azərin oğludur. Azəri Nəmrudun yanına gətirdilər. Nəmrud Azərə dedi: Bu uşağı məndən gizlətməklə mənə xəyanət etmisən. Dedi: Ey padşah! Bu İbrahimin anasının işidir. O deyir ki, buna mən cavabdehəm.

Nəmrud İbrahimin anasını çağırdı və ona dedi: Səni bu işə nə vadar edib ki, cavanı məndən gizlədirsən və o da tanrılarımızı bu günə salır?

Dedi: Ey padşah! Bunu rəiyyətinin xeyiri üçün etmişəm.

Nəmrud dedi: Necə?

Dedi: Gördüm ki, camaatın uşaqlarını öldürürsən və nəticədə nəsilləri kəsiləcək. Öz-özümə dedim ki, əgər bu sənin dediyin həmin uşaqdırsa, onu sənə verərəm. Onu öldürərsən və başqalarının uşaqlarına dəyməzsən. Yox əgər (sənin nəzərincə) həmin uşaq deyilsə, uşağımız sağ qalar. İndiki o sənin əlindədir, hər nə istəyirsənsə onu da et, camaatın uşağına dəymə.

Nəmrud qadının gətirdiyi dəlillərdən razı qaldı və İbrahimdən (ə) soruşdu: İbrahim, sən bilən bu işi bizim Tanrılarımızın başına kim gətirib?

İbrahim (ə) dedi: “Bütlərin ən böyüyü özündən kiçiklərin başına bu oyunu açıb. (İnanmırsansa) əgər danişmaq (cavab vermək) qabiliyyətinə malikdirlərsə, onlardan soruş”.

İmam Sadiq (ə) buyurdu: “Allaha and olsun ki, bütlərin böyüyü bu işi etməmişdi və İbrahim (ə) da yalan demirdi”.

Dedilər: Necə?

İmam Sadiq (ə) buyurdu: “İbrahim dedi: Əgər cavab verə bilərlərsə (deməli) bütlərin ən böyüyü bu işi edib. Yox əgər danışa bilmirlərsə, onda bütlərin böyüyü bu içi etməyibdir.1

2 – 1/1
ALLAH – TƏALANIN DOSTU
Quran:
Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” 2

Hədis:
504. Peyğəmbər (s): Allah İbrahim (ə)-ı, adamlara yemək payladığına və gecə camaat yatdığı zaman namaz qıldığına görə, özünə dost seçmişdir.3
505. İmam Baqir (ə): Allah İbrahim (ə)-ı özünə dost seçmişdir. Çünki, kim nə istəsə rədd etməmiş və Allahdan başqa kimsədən bir şey istəməmişdir.4

3 – 1/1


ODA ATILMAQLA İMTAHANA ÇƏKİLMƏK

Quran:
(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”

Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və xətərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)”- deyə buyurduq. 5


Hədis:
506. Təfsiril-Qumi: Nəmrud camaatla İbrahim (ə) haqqında məsləhətləşdi. Dedilər:

“Onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”.

İmam Sadiq (ə) buyurdu: “İbrahim zamanındakı firon və onun camaatı (nəsihət) anlamadılar, çünki dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”

Lakin, Musa (ə)-ın zamanındakı Firon və onun xalqı isə anlayış göstərdilər. Çünki Firon camaatla məsləhətlədikdə, onlar dedilər: Ona və qardaşına möhlət ver, bütün şəhərlərə xəbər göndərib, ən bilici sehrbazların bura gəlməklərini əmr et.

Nəmrud isə İbrahimi(ə) zindana salıb, odun toplatdırdı ki, qərar verəcəyi gün İbrahimi (ə) tonqala atdırsın. Vaxt gəlib çatdı. Nəmrud qoşunu ilə (şəhər) kənarına gəldi. Onun üçün elə yer düzəltmişdilər ki, oradan İbrahimin (ə) necə yandığını yaxşı görsun. Elə bu vaxt şeytan onların yanına gəldi və (İbrahimi) mancanaqla oda atmağı təklif etdi. Çünki odun yaxınına getmək olmurdu. Hətta quşlar odun hərarətindən neçə metr uzaqdan uçurdular, əgər bilmədən bir quş odun üstündən uçsaydı o dəqiqə yanardı. İbrahim (ə)-ı mancanağa oturtdular. Atası1 yanına gəlib ona bir sillə vurdu və dedi: Əqidəndən əl çək.

Və Allah mələkləri Yer üzərinə göndərdi. Yer üzərindəki varlıqların hamısı ona dua edirdi. Torpaq dedi: Pərvərdigara! İbrahimdən başqa, mənim üstümdə olan varlıqlardan heç biri sənə ibadət etmir. İbrahimi də od yandıracaq.

Mələklər dedilər: Pərvərdigara! Sənin dostun İbrahim yanacaq.

Allah buyurdu: “Əgər İbrahim mənə dua etsə, ona nicat verəcəm”.

Cəbrayil (ə) dedi: Pərvərdigara! Yerdə İbrahimdən başqa sənə heç kim ibadət etmir. Düşmənləri onu tutublar və odda yandırmaq istəyirlər.

Allah buyurdu: “Sakit ol! Sənin kimi ölümdən qorxan bəndə belə danışar.O mənim bəndəmdir. İstədiyim an ona nəzər salaram. Əgər İbrahim məni çağırsa ona cavab verərəm”.

İbrahim (ə) Allaha dua edərək İxlas surəsini oxudu: ”Ya Allah, Ya Vahid, Ya Əhəd, Ya Saməd! Ey, nə doğmuş, nə də doğulmuş olan! Ey, heç bir tayı-bərabəri olmayan! Öz rəhmətindən mənə əta elə. Məni oddan qoru”.

İbrahim (ə) mancanağın içində düşüb qalan vaxt Cəbrayil (ə) onun yanına gəldi. Mancanaq yuxarı qalxanda Cəbrayil (ə) da onunla yuxarı qalxdı və dedi: Ey İbrahim! Bir istəyin varmı?

İbrahim (ə) dedi: Səndən heç nə istəmirəm. Amma Yer üzünün Pərvərdigarından istəyirəm.

Elə bu zaman Cəbrayil (ə) ona bir üzük verdi. Üzüyün üstündə belə yazılmışdı: “Allahdan başqa ilah yoxdur. Məhəmməd (s) Allahın göndərdiyi Peyğəmbərdir. Allaha pənah aparıram. Hər işdə ona söykənirəm, arxalanıram və ömrümü ona əmanət edirəm”.

Bu vaxt Allah oda vəhy göndərdi: “Soyuq ol”. Və “İbrahim üçün təhlükəsiz ol”-deyə buyrulanadək İbrahim (ə)-ın soyuqdan dişləri bir-birinə dəyirdi.

Cəbrayil (ə) aşağı enərək onunla atəşin içində oturdu və söhbət eləməyə başladı. Nəmrud da uzaqdan İbrahim (ə)-a baxırdı. Bu zaman dedi: Kim özü üçün Allah seçirsə, İbrahimin Allahı kimi seçsin.2


507. Peyğəmbər (s): Atəşə atılacağı gün İbrahim (ə)-ı tonqalın yanına gətirən vaxt, odu görüb dedi: “Həsbunəllah (Allah bizə kifayətdir) və O ən yaxşı vəkil (müqəddaratını ona həvalə ediləcək şəxs)dir”.1
508. Peyğəmbər (s): “İbrahim, Xəlilullahdır”- deyirik. Xəlil ya “Xəlləh”, ya da “Xulləh” sözündən yaranıb. Əgər Xəlil sözü “Xəlləh” sözündən götürülübsə, mənası ehtiyaclı və əlidə heç nə olmayan deməkdir. İbrahim (ə) Allaha möhtac vəziyyətdə idi. Üzünü Allaha tutaraq, yalnız ona möhtac olduğunu, Ondan başqa heç kimə ehtiyacı olmadığınl bildirdi. (Nəmrud və onun xalqı) onu oda tulladıqda, mancanaqda tonqala tərəf atdıqda zaman, Allah Cəbrayil (ə)-ı göndərdi və ona dedi: “Bəndəmi axtar tap”. Cəbrayil (ə) İbrahim (ə)-ın yanına gəldi və onunla havada (mancanaqla atildığı zaman) qalxaraq dedi: Allah məni sənə kömək etmək üçün göndərib, nə istəyirsənsə mənə de.

İbrahim (ə) dedi:”Allahın özü mənə bəsdir və O ən yaxşı vəkildir. Ondan qeyrisindən heç bir şey istəmirəm və başqasına möhtac deyiləm”.

Bundan sonra, bu sözlərə görə o, “Xəlil” adlandı. Yəni: Allaha ehtiyaclı və Allahdan başqasına möhtac olmayan.2
3 – 1/1

ÖVLADINI QURBAN KƏSMƏKLƏ İMTAHAN EDİLMƏK

Quran :
Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik29.

O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda30 (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki31, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”

Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman32

Biz ona belə xitab etdik: “Ya İbrahim!

Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!”. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik”. 3

Hədis:
509. Bəharül-ənvar: Təbərsi – Allah ona rəhmət eləsin – Bu ayənin təfsirində:
“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda” - belə deyilir:
Yəni, (İsmayıl əleyhissalam) cavan idi və o, İbrahim (ə) kimi çalışmaq qüdrətinə çatdı. Elə bir yaşa çatmışdı ki, işləməyi bacarırıdı və atasına kömək edə bilirdi. Deyilir ki: Bu zaman onun artıq 13 yaşı var idi.1
510. əl-Kafi – Əbandan nəql edir ki, Əbu Bəsir İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan belə eşidib: Elə ki, “tərviyə” günü gəlib çatdı, Cəbrayil (ə) İbrahim (ə)-a dedi: “Özünlə su götür”. Buna görə də həmin gün “tərviyyə” adlanır.

Minaya gəldi və gecə İbrahimi (ə) orada saxladı. Ertəsi gün sübh açıldıqdan sonra onu Ərəfata apardı. Ərəfəyə getməmişdən qabaq həmin "Nəmrə" adlı ərazidə bir çadır qurdu. Ağ daşlardan bir məscid tikdi. İbrahim məscidinin əlamətləri gərünürdü və indi Nəmrədəki məscidin daxilində yerləşir. İmam (ə)-ın Ərəfə günü namaz qıldığı yerdə. İbrahim (ə) da zöhr və əsr namazlarını həmin yerdə qıldı.

Sonra onu Ərəfəyə apardı və dedi: “Bu ərazi Ərəfat adlanır. Buranın əməllərini öyrən və burada bütün günahlarını etiraf et”. Ona görə bura “Ərəfat” adlanır. Sonra onu “Muzdəlifə”yə apardı. Ora yaxınlaşdəğına görə bura Muzdəlifə deyilir. Daha sonra Məşərul-Həramda məskunlaşdı. Allah (yuxuda) ona göstəriş verdi ki, oğlunu qurban kəssin. Həmçinin yuxuda hər şeyi olduğu kimi gördü. Səhər tezdən Məşərdən Minaya tərəf köçdülər. Oğlunun anasına dedi: “Sən Kəbəni ziyarət et”. Oğlunu isə yanında saxladı.

Oğluna dedi: “Övladım! Ulağı, bir də biçağı gətir. Qurban kəsəcəyəm”.

Aban deyir: Əbu Bəsirə dedim: Ulağı və bıçağı görəsən nə üçün istədi?

Dedi: Oğlunu qurban kəsdikdən sonra onu kəfənləyib, dəfn etmək üçün.

Cavan ulağı və bıçağı gətirib dedi: Ata, qurbanlıq haradadır?

İbrahim (ə) dedi: “Pərvərdigarın harada olduğunu bilir. Oğlum! Allaha and olsun ki, Allah mənə səni qurban kəsməyi buyurdu. Sənin fikrin nədir?”.

Cavan dedi: Ata! Sənə buyurulanı yerinə yetir. İnşallah mən səbirlilərdən, dözümlülərdən olduğumu görərsən.

İbrahim (ə) oğlunu qurban kəsmək istəyən vaxt, oğlu dedi: Ata! Üzümü ört, əl-ayağımı möhkəm bağla.

İbrahim (ə) dedi: Oğlum! Əl-ayağını bağlayaraq, səni qurban kəsmək?! Allaha and olsun ki, bu gün ikisini bir yerdə sənə rəva görməyəcəyəm..

İmam Baqir (ə) buyurdu: “İbrahim (ə), ulağın üstündəki örtüyü (palanı) yerə sərdi. Sonra oğlunu yan tərəfi üstə örtüyün üstündə uzandırdı və bıçağı oğlunun boğazına yaxınlaşdırdı.

Elə bu zaman bir qoca onlara yaxınlaşarq dedi: Bu oğlandan nə istəyirsən?

İbrahim (ə) dedi: “Onu qurban kəsmək istəyirəm”.

Qoca kişi dedi: Allaha pənah apar! Günahsız cavanı qurban kəsirsən?!

İbrahim (ə): “Bəli! Allah-Təala mənə belə buyurub”.

Qoca dedi: Sənin Allahın bu işi nəhy etmişdir. Yəqin şeytan yuxuda səni inandırıb.

İbrahim (ə) dedi: “Yuxumda eşitdiyim səs, məni peyğəmbərliyə və bu mənzilə yetişdirən, daima ğulağıma gələn həmin səs idi. Allaha and olsun daha səninlə danışmayacayam”. Sonra öz işinə davam etdi.

Qoca dedi: Ey İbrahim! Axı sən rəhbərsən, hamı sənin etdiyin işi edir. Əgər oğlunu qurban kəssən sabah hamı öz övladını qurban kəsəcək. Gəl bu işi ləngit.

İbrahim (ə) daha onunla danışmadı.

Əbu Bəsir deyirdi: Eşitdim İmam Baqir (ə) buyurur: “İbrahim (ə) övladını Cəmərətul-vüstanın yanında uzatmışdı. O, bıçağı götürüb onun boğazına yaxınlaşdırdı, sonra başını göyə qaldırdı və bıçağı boğazına sürtdü. Cəbrayil (ə) bıçağı tərsinə çevirdi. İbrahim (ə) bıçağın çevrildiyini gördü. O, yenidən bıçaqın iti tərəfini övladının boğazına çevirdi. Cəbrayıl yenə də bıçağı tərsinə çevirdi. Bir neçə dəfə bu iş təkrarlandı. Elə bu zaman Xəyf məscidinin sol tərəfindən bir səs gəldi: Ey İbrahim! Yuxunu düz yozmusan, oğlunu bıçağın altından çək.

Cəbrayil (ə) Subəyr qülləsindən bir qoç gətirib bıçağın altına qoydu. Yaramaz qoca artıq yerində yox idi. Cavanın anası Kəbəyə baxırdı. (O zaman) Kəbə bir çuxurun içində yerləşirdi. Qoca özünü ona çatdıraraq dedi: Minada bir yaşlı kişi gördüm, o kimdir? - İbrahim (ə)-ı təsvir elədi.

Ana dedi: O mənim ərimdir.

Sonra dedi: Onunla birlikdə cavan bir uşaq da gördüm. O kimdir? – Cavanı da təsvir elədi.

Ana dedi: O mənim oğlumdur.

Qoca dedi: Həmin qoca cavanı yerə uzadıb başını kəsmək istəyirdi.

Ana dedi: Heç vaxt ola bilməz! İbrahim(ə) xalq arasında ən mehriban insandır. Necə görə bilərsən ki, öz övladının başını kəssin?

Qoca dedi: Yeri-göyü Yaradana və bu evə and olsun ki, cavan yerdə uzanmışdı. Başını kəsmək üçün bıçaq da onun boğazına qoyub, öldürmək istəyirdi.

Ana dedi: Nə üçün?

Qoca dedi: Elə zənn edirdi ki, Allah cavanın qurban kəsilməsini əmr buyurmuşdur.

Ana dedi: Bizə Allah-Təalaya itaət etmək layiqdir .1

5 – 1/1
ÇOX DUA ETMƏK




Quran:
Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.” 2

Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir kimsə idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).” 1


Hədis:
511. İmam Baqir (ə) – “Əvvah” kəlməsi barəsində buyurur: “Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.”

- Yəni, çox dua edən idi.2


512. İmam Sadiq (ə) – “Əvvah” kəlməsi barəsində: “Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir kimsə idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).”

- Yəni, çox dua edən idi.3


513. İmam Baqir (ə): Bir gün İbrahim (ə) (yaradılışdan və dünyadakı hadisılırdın ilahi) ibrət almaq üçün başqa şəhərlərə səyahətə çıxdı. Bir əyalətdən keçirdi, gördü ki, bir kişi namaz qılır. Onun əynində tükdən düzəldilmiş paltar var idi və uca səslə namaz qılırdı.

İbrahim (ə) onun yanında dayandı və onun (hərəkətlərinə və ibadətinə) heyrətləndi. Namazının qurtarmasını gözlədi.

Kişinin namazı uzun çəkdiyindən İbrahim (ə) əli ilə ona toxundu və dedi: “Namazını qısa elə, səndən bir xahişim var”.

Kişi namazını qısa qıldı. İbrahim (ə) oturdu və ona dedi: “Kimin üçün namaz qılırsan?”

Dedi: İbrahimin Allahı üçün.

İbrahim (ə) dedi: “İbrahimin allahı kimdir?”.

Cavab verdi: Səni və məni yaradan.

Sonra İbrahim (ə) ona yenə dedi: “İbadət üsulun xoşuma gəldi və istəyirəm səninlə Allah yolunda qardaş olum. Əgər səni ziyarət etmək istəsəm hara gəlim, evin haradadır?”.

Kişi cavab verdi: Evim bu dənizin arxasındadır – deyərək, əli ilə dənizə işarə etdi – ibadət yerim isə buradır. Nə vaxt məni görmək istəsən həmin yerə gəl, inşallah.

Sonra kişi soruşdu: Bir istəyinmi var?

İbrahim (ə) dedi: “Bəli”.

Kişi soruşdu: Nədir?

İbrahim (ə) dedi: “Sən Allaha dua et, mən amin deyim. Ya da ki, mən Allaha dua edim, sən amin de”.

Kişi dedi: Allaha nə barədə dua edim?

İbrahim (ə) dedi: “Günahkar möminlər üçün dua edək”.

Kişi dedi: Yox.

İbrahim (ə) soruşdu: “Nə üçün?”.

Kişi dedi: Artıq üç ildir ki, Allahdan bir istəyim var. Hələ ki qəbul olmayıb. Bir duam qəbul olmamış, Ondan başqa bir şey istəməyə xəcalət çəkirəm.

İbrahim (ə) dedi: “Nə barədə dua etmisən?”.

Kişi dedi: Bir gün ibadət yerində idim. Gözəl simalı, alnı nur saçan, saçları arxadan tökülmüş bir cavan yanımdan gəlib keçdi. Yağlı bir inəyi və bir sürü kök qoyunu qabağına salıb aparırdı. Görən kimi xoşum gəldi.

Soruşdum: Ey cavan! Bu inək və qoyun sürüsü kimindir?

Dedi: Mənim.

Soruşdum: Sən kimsən?

Dedi: Mən Allahın Xəlili (dostu) İbrahimin oğlu İsmayılam.

O vaxtdan Allaha dua edirəm ki, öz Xəlilini mənə tanıtsın.

Dedi: “Mən İbrahim Xəlilür-Rəhmanam. Həmin cavan da mənim oğlumdur”.

Kişi dedi: Şükrlər olsun, bütün dünyanın Pərvərdigarına ki, mənim dualarımı qəbul etdi. Sonra İbrahim (ə)-ın alnından öpdü və onunla qucaqlaşdı. Sonra dedi: İndi hazıram. Sən dua et, mən də amin deyim.

İbrahim (ə) Allahdan, (bizim ardıcıllarımızdan olan) günahkar mömin qadın və kişilər üçün, həmin gündən qiyamət gününə qədər, bağışlanmaqlarını və onlardan razı qalmağı dua etdi. Kişi də amin dedi.

İmam Baqir (ə) buyurdu: “İbrahim (ə)-ın duası, bizim şiələrimizdən olan günahkar möminlərə qiyamət gününə qədər çatacaq”.1

2/1
MƏHƏMMƏD, ALLAH-TƏALANIN GÖNDƏRDİYİ ŞƏXSDİR



Quran:
Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”2

Hədis:
514. Peyğəmbər (s): Ey Əbdülmütəllibin övladları! Allaha and olsun, ərəblərin arasında elə bir cavan tanımıram ki, öz qövmü üçün sizə gətirdiklərimdən daha yaxşısını gətirsin. Həqiqətən, mən sizin üçün dünya və axirət xeyri gətirdim.3
515. İmam Zeynəlabidin (ə): Peyğəmbər (s)-ın yanına köçəri bir kişi gəldi. Peyğəmbər (s) əynində qırmızı rəngli əba ilə bayıra çıxdı. Köçəri kişi dedi: Ey Məhəmməd! Elə geyinmisən ki, elə bil cavan oğlansan?!

Buyurdu: “Bəli, ey köçəri! Mən cavanam, cavanın oğluyam və cavanın qardaşıyam”.

Kişi dedi: Ey, Məhəmməd! Bəli, sən cavansan. Lakin necə olur ki, cavanın oğlu və cavanın qardaşısan?

Buyurdu: Eşitməmisən ki, “Quranda buyurulur:

“İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” -dedilər”.1

Mən həmin İbrahimin övladıyam. Həm də cavanın qardaşıyam. Uhud döyüşündə asimandan bir səs gəldi: “Zülfiqar kimi qılınc, Əli kimi cavan yoxdur” və Əli mənim qardaşımdır, mən də onun”.2


516. İmam Həsən (ə): Dayım Hində Əbu Halədən, Peyğəmbər (s)-ı təsvir etməyini istədim, çünki o, daim Peyğəmbər (s)-ı vəsf edən şəxs idi. O dedi: Allahın Rəsulu vüqarlı və əzəmətli idi. Üzü on dörd gecəlik ay kimi işıq saçırdı. Qədd-qaməti, ortaboylulardan hündür, arıq və hündür adamlardan isə qısa idi. Başı iri, saçları yumşaq idi, nə çox qıvrım, nə də düz deyildi. Saçının yığılmış bir hissəsi açılanda onları əvvəlki kimi yığırdı. Saçını hər nə qədər uzatsaydı, yenə də qulağını keçmirdi. Rəngi parlaq idi. Alnı geniş idi, qaşları gözlərinin üstündə kaman kimi dartılmışdı.

Uzun və sıx qaşları vardı, lakin arası birləşməmişdi. Əsəbləşəndə qaşlarının arası qırışırdı. Nazik və ortası azacıq qabarıq burnu var idi.Üzündə daim nur vardı. Bir halda ki,onu yaxşı tanımayanlar qarşısında dayananın təkəbbürlü olduğunu düşünürdü.

Saqqalı qısa və qalın, yanaqları hamar və ətsiz, ağzı böyük, dişləri ağ və parıltılı idi.

Boynundan ya sinəsindən başlayaraq göbəyinə qədər uzanan nazik tükləri var idi. Boynu gümüş su qabına oxşayırdı.

Zahiri görkəmində hər tərəfi bir-birinə uyğun idi. Bədəni iri və dolu, sinə və qarın səthi isə eyni səviyyədə idi. Çiyinləri enli və əzələli, bədəni ağ və nurlu idi. Boynunun ardından göbəyinə qədər nazik bir xət üzərində yerləşən tük sırası var idi. tüklü idi. Sinəsinin və qarnının aşağısı tüksüz idi.Əvəzində isə çiyin və sinəsinin üstü tüklü idi. Qolları (biləkləri) uzun, ovucları böyük, ayaqları və qolları əzələli idi. Əlləri və ayaqları mütənasib, sümükləri saf və düz idi.

Ayaqlarının içi çökək idi, topuqları çox da ətli deyildi. Su ayaqlaı üzərindən axıb-gedərdi. Hərəkət edərək, addım atmaqla başlayarkən sürətlə və vüqarlı şəkildə yol gedərdi, sanki üzüaşağı yol gedirdi. Hərəkət etdiyində hər hansısa bir səmtə doğru meyyilli olurdu. Sağa və ya sola tərəf baxmaq istəyəndə, bütün bədəni ilə o tərəfə dönürdü. Gözlərini aşağı dikərdi, göyə tərəf az baxardı, yerə isə daha çox baxardı. Ümumiyyətlə, heç nəyə mənasız yerə nəzər salmazdı. Kimə çatsa dərhal salam verərdi.

Ona dedim: Mənim üçün, onun danışığını təsvir et.

Dedi: (Peyğəmbərlik vəzifəsini daha yaxşı yerinə yetirmək məsuliyyətinə görə) Həmişə hüzünlü, fikirli olurdu, rahatlığı yox idi. Ehtiyacı olmasa bir söz danışmazdı. Danışığı ölçülüb-biçilmiş və kamil idi. Nə çox danışardı, nədəki az. Kəlamları mətin olardı, kobud və yüngül sözlər işlətməzdi. Başqalarının ona qarşı olan azacıq məhəbbətini və verdiyi neməti, özlüyündə böyük sayardı. Hər şeyə görə məzəmmət etməzdi. Yediyi yeməkləri nə tərifləməzdi, nə də narahatçılığını büruzə verməzdi. Dünyəvi işlər onu əsəbləşdirməzdi, kimsə haqqı tapdalasaydı, onda onu tanımaq olmurdu, qəzəbinin qabağında heç kim dayana bilmirdi. Bu vəziyyət haqqın qələbə çaldğıı vaxta qədər davam edirdi. Əli ilə işarə verərdi, təəccüblənəndə əlini tərpədirdi. Söhbət edəndə sağ əlini sol əlinə yaxınlaşdırırdı və sağ barmağı ilə sol ovcuna vururdu. Qəzəblənəndə narahatlıqla üzünü çevirərdi. Sevinəndə gözlərini aşağı dikərdi. Gülməyi daha çox təbəssümə bənzəyirdi. Çox gözəl gülümsəyirdi, güləndə dişləri görünürdü.

Bu hədisi Hüseyn (ə)-dan bir müddət gizli saxladım. Sonra ona danışdım və öyrəndim ki, məndən qabaq bunları dayım Hindədən soruşub.

Diqqət etdim ki, atasından həmçinin, Allah rəsulunun(s) xəlvətdə və bayırda davranmağını, oturub-durmağını və Peyğəmbər (s)-ın təsvirini soruşub öyrənmişdir. Soruşmadığı bir şey qalmamışdır.

Hüseyn (ə) dedi: Atamdan Peyğəmbər (s)-ın şəxsi yaşayışı barədə soruşdum. Atam buyurdu: “O, ixtiyarında olan hər bir evə daxil olduqda (həyat yoldaşlarından və öz yaxınlarından) icazə istəyirdi. Evə gəldikdən sonra, öz vaxtını üç hissəyə bölürdü: Bir hissəsini Allah - Təbarəkə və Təala – üçün, bir hissəsini ailəsi üçün, bir hissəsini də özü üçün. Öz hissəsini özü və camaat arasında bölüşdürürdü. Əvvəl yaxın adamlar daxil olurdular, sonra camaat. Onlara vaxt sərf etməyi əsirgəmirdi Ümmətinin dində ən fəzilətli şəxslərinə zaman ayırırdı. Onları digərlərinə üstün sayardı.

Onlardan bəzilərinin bir istəyi, bəzilərinin iki və bəzilərinin isə daha çox hacətləri vardı. Peyğəmbər(s) onlarla məşğul olurdu. Onlara xalqın məsləhətinə və xeyrinə səbəb olan işlər haqqında göstyəriş verirdi. Buyururdu: “Burada olanlar, burada olmayanlara xəbər versin. Kim mənim yanıma gələ bilmirsə, istəyini (başqa yolla) mənə çatdırsın. Hər kəs, hakimin yanıma gedə bilməyən şəxsin diləyini hakimə çatdırsa, Allah onu qiyamət günü vuqarlı duruşa malik olan şəxslərdən qərar verəcək. .

Onun yanında yalnız belə məsələlər müzakirə olunurdu. Heç kimdən bu tipli məsələlərin müzakirəsindən başqa bir mövzu qəbul edilmirdi. (Həqiqət və elm) axtarışında öndəgedər insanlar daxil olurdular. Əlləri dolu, dinşünas və digərlərini hidayət etməyə qadir halda oranı tərk edirdilər”.

Hüseyn (ə) dedi: Atamdan Peyğəmbər (s)-ın bayırdakı davranışları barəsində soruşdum. Atam buyurdu: “Allahın Peyğəmbəri (s) öz dilini ehtiyaclarından başqa şeyə sərf etməyərək, lazımsız yerə danışmırdı. Camaatın könlünü ələ alırdı. Onları ğzündən uzaqlaşdırdırmırdı. Bütün tayfaların başçılarına hörmət edərdi, başçını o seçərdi. Camaatdan uzaqlaşır, onlarların xoşagəlməz əməl və davranışlarından (təsirlənməmək üçün) özünü qoruyurdu. Amma eyni zamanda onlarla xoşrəftar idi. Səhabələrindən hal-əhval tutardı, onların (çətinlikləri) haqda öyrənərdi. Camaatın problemləri ilə maraqlanardı. İfrat (həddi aşmaq) və ya təfritə (həddən az) varmadan yaxşı işləri mədh və təsdiq edir, pis əməlləri tənqid edirdi. Həmişə mötədil halda idi. Ziddiyyətli işlər görməzdi. Xalqın (onu özlərinə nümunə götürərək) səhlənkar və diqqətsiz olmaması üçün, heç vaxt işlərində səhlənkarlıq və diqqətsizlik etməzdi. Haqq işdə heç nəyin üstündən tez keçməzdi, haqqa təcavüz etməzdi. Onun ətrafındakılar müsəlmanların ən üstünləri və xeyir əməllərə sahib olan insanlar idi. Onun yanında ən yaxşı və ən üstün şəxs, daima xeyir əməllər, yaxşı işlər edən və başqalarının dərdinə şərik olub, onlara kömək edənlər idi. Belə adamların onun yanında məqamı üstün və böyük sayılırdı”.

Hüseyn (ə) dedi: Onun oturub-durmağı barədə də soruşdum?

Atam buyurdu: “Oturub-duranda daim zikr edərdi. Ümumi yaşayış yerlərində yaşamadı. Bunun düzgün iş olmadığını buyurdu. Məclisə daxil olduqda, məclisin aşağı başında oturardı. Hər zaman belə etməyə göstəriş verərdi. Yoldaşlarına qarşı eyni nəzərlə baxır və hamısı ilə bərabər şəkildə davranardı ki, kiminsə onun yanında daha da əziz olduğunu fikirləşən olmasın. Hər kəs onunla bir məclisdə yoldaş olurdu, gözləyərdi ki, yanındakılar dursun və sonra özü məclisi tərk etsin. Kimsə Ondan bir şey dilədikdə, ya onları əli dolu yola salar ya da ki, çox mülayim və yumşaq tərzdə cavab verərdi. Hamı ilə xoşrəftar idi. Camaat üçün mehriban bir ata idi. Hamı ilə ədalətli davranardı. Onun məclisləri, həya, dözüm, sədaqət və əmanət məclisi idi. Səsini yüksəltməzdi, heç kəsə hörmətsiz etməz və heç kimin eyiblərini deyib onu pərt eləməzdi. Hamı eyni fikirdə idi. Bir-biriləri ilə təqva əsasında rəftar edərdilər.Qardaş və bir-birilərinə qarşı təvazökar idilər. Özündən böyüklərə hörmət edərdi, kiçiklərlə mehribanlıq göstərərdi. Hacəti olanları özündən üstün sayıb, qabağa salardı, qəriblərə pənah verərdi”.

Soruşdum: Yoldaşları ilə necə davranırdı?

Atam buyurdu: “Onlarla həmişə mülayim və xoşsifət davranırdı. Onlara qarşı qəzəbli, kobud, acıdil olmazdı və heç vaxt səsini onların üstünə yüksəltməzdi. Onların eyiblərini tutmazdı və çox zarafat etməzdi. Heç kəsi həddən çox tərif etməzdi. Xoşlamadığı şeylərlə qarşılaşdıqda özünü görməməzliyə vurar, bunu müqabilindəki şəxsə bildirməzdi. Heç kəs ondan naümid olmaz və arzularından məhrum olmağa qorxmazdı. Üç şeydən uzaq idi: Mübahisədən, inadkarlıqdan, çox və boş danışmaqdan.

Camaata qarşı bu üç işi etməzdi: Heç kimi məzəmmət etməz və pisləməzdi, insanların səhvlərini və gizlin məsələləri araşdırmazdı. Söhbət əsnasında buyurardı ki, ümid etmək savabdır. O, söhbət edəndə hamı susardı. Elə sakitləşərdilər ki, sanki başlarının üstündə quş oturub. O, sakit dayananda başqaları danışardı. Onun yanında danışmaq üçün birbirilə mübahisə etmirdilər. Kimsə onun yanında söhbət edirdisə,o, qurtarana qədər sakit dayanardı. Digərlərinin gülməyinə səbəb olan hər şeyə, o da gülərdi. Digərlərinin təəccüblənməyinə səbəb olan hər şeyə, o da təəccüblənərdi. Qəribləri səbirlə dinləyərdi, hətta onların danışıqları və hərəkətləri dürüst olmasa da. Hətta əshabı (kömək etmək niyyətilə) belə şəxsləri axtarıb tapardılar. Həmin qəribi yardımçılardan birinə tapşırardı və buyurardu: “ Ehtiyaclarını ödəmək istəyən şəxs gördükdə, ona yadım edin”. Başqalarının tərifini qəbul etmirdi, yalnız sadiq möminlərdən savayı. Heç kimin sözünü kəsmirdi. Ancaq kimsə həddini aşanda (layiq olmayan sözlər danışanda) ya qadağan etməklə və ya məclisdən durub getməklə sözünü kəsərdi”.

O həmçinin, dedi: Allahın Peyğəmbərinin (s) sükutu barəsində soruşdum. Atam buyurdu: “Onun sükutu dörd möhkəm sütuna əsaslanırdı: Səbir, ehtiyat, götür-qoy (diqqət) etmək və təfəkkür. Onun diqqəti, camaata eyni nəzərlə baxmaq və onları bərabər həddə dinləmək; təfəkkürü, qalıcı (axirət) işlər və fani (dünyəvi) işlər barəsində düşünmək idi. Dözümlü və səbirli olduğu halda, çox vüqarlı idi. Hər şey onu əsəbiləşdirib özündən çıxarmaz və dağdan (zirvədən) dərəyə (uçuruma) endirməzdı.

Dörd şeyə diqqət və ehtiyatla yanaşardı: Yaxşı işləri o qədər edərdi ki, ona baxıb həmin işləri davam etdirsinlər; pis işləri etməzdi ki, ona baxıb heç kim etməsin; ümmətinin islahına diqqət yetirib çalışardı; dünya və axirət üçün bütün yaxşı işləri yerinə yetirmək”.1

3/1

1   ...   4   5   6   7   8   9   10   11   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə