GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə7/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15

MƏDƏNİ VƏ SİYASİ BƏLALAR

1/7
MƏDƏNİ ZƏRƏRLƏR


412. İmam Sadiq (ə): Cavanları “qülüv əhli”nin1 təhlükəsindən qoruyun ki, onların (əqidəsi) pozulmasın. Çünki qülüv əhli Yaradanın ən pis məxluqatıdır. Onlar Allah-Təalanın əzəmətini kiçildir və Allahın bəndələrı barəsində rübubiyyət (allahlıq) iddia edirlər.2
413. İmam Sadiq (ə): Nə qədər ki, “murciə”3 övladlarınızı azdırmayıb, siz onlara hədis öyrədin.4

2/7
KOR-KORANƏ İTAƏT ETMƏK


Quran:
Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. 1

Hədis:
414. Peyğəmbər (s): İradəsiz və kor-koranə müti olub belə söyləməyin: “Əgər adamlar yaxşılıq edirsə yaxşılıq etməliyik. Pislık edirsə pislik etməliyik”. Lakin özünüzü elə tərbiyə edin ki, əgər camaat yaxşılıq edirsə yaxşılıq edin, yox əgər pislik edirsə pislik etməyin.2

415. Nəhcül-bəlağə - Kumeyl bin Ziyad: Əmirəlmöminin Əli bin Əbu Talib (ə) əlimdən tutub səhraya sarı apardı. Səhraya çatarkən ucadan bir ah çəkib, buyurdu: “Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. İnsanlar üç qisimdir: rəbbani (ilahi xislətli) alim, nicat uğruna elm öyrənən, hər çağıran səsə uyub, sağa-sola qaçan, hər əsən küləklə səmtini dəyişən şəxslər. Onlar nə elm işığıyla işıqlanmış, nə də möhkəm bir pənahgaha söykənmişlər.3


416. İmam Sadiq (ə) – Səhabələrindən birinə: “Mən camaatla birgəyəm” və “Mən camaatdan biriyəm”- deyə, iradəsiz və kor-koranə müti insan olma.4
417. əl-Kafi – Əbu Həmzə Somalidən nəql edilir: İmam Sadiq (ə) mənə buyurdu: “Vəzifəpərəstlikdən çəkin və insanların (tanınmış şəxslərin) ardınca getməkdən özünü qoru”.

Dedim: Canım sənə fəda olsun! Vəzifəpərəstliyi başa düşdüm, lakin insanların ardınca getməkdən çəkindirməyi başa düşmədim. Mənim sahib olduğum şeylərin üçdə biri (sizin kimi) şəxslərə itaət etdiyim üçündür.

Buyurdu: “Məsələ sənin başa düşdüyün kimi deyil. Məqsəd odur ki, heç kimi tutarlı səbəb olmadan özünə rəhbər seçib, onun hər bir sözünü (kor-koranə şəkildə) təsdiqləməyəsən”.5
418. Töhfəl-uqul – Fəzl bin Yunisdən nəql olunur: İmam Kazim (ə) mənə buyurdu: “Xeyrxahlıq et, faydalı sözlər danış, lakin “imməəh” olma”.

Dedim: “İmməəh” nə deməkdir?

Buyurdu:“Mən camaatlayam” və “mən camaatdan biriyəm” demə. Peyğəmbər (s) buyurur: “Ey camaat! Yalnız iki yol mövcuddur: xeyirə gedən yol və şərə gedən yol. Məbadə, sizin üçün şərə gedən yol xeyirə gedən yoldan üstün olsun”.6

3/7
PİS RƏHBƏRLƏR




Quran:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar”. 1

Hədis:
419. İmam Sadiq (ə):”Ey cavanlar! Təqvalı olun və (zalım) rəhbərlərin yanına getməyin. Onlardan rəhbərlikdən məhrum olana qədər uzaq durun. Allah-Təalanın yerinə (məşhur) insanlarla dost və sirdaş olmayın. Allaha and olsun ki, Allaha and olsun ki, biz sizin üçün onlardan daha üstün və faydalıyıq”. Sonra əlini sinəsinə vurdu (yəni, bizim əvəzimizə zülmkar rəhbərlərin dalınca getməyin).2

SƏKKİZİNCİ FƏSİL

ƏXLAQ VƏ DAVRANİŞLARDAKİ BƏLALAR

1/8
ATA-ANAYA TABE OLMAMAQ


Quran:
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” 1
Özünü Allaha, axirət gününə iman gətirməyə dəvət edən) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı vəd edirsiniz?!” -deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın vədi haqdır!” -deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” -deyə cavab verər”. 2


Hədis:
420. Peyğəmbər (s): Allah-Təala “off” kəlməsindən daha da yüngül bir itaətsizlik görsəydi, onu haram buyurardı. Ata-anaya tabe olmayan hər nə qədər ibadət etsə də, heç vaxt behiştə daxil olmayacaq.1
421. İmam Baqir (ə): Atam övladları ilə birgə yol gedən bir kişini gördü. Oğlu atasının əlinə söykənmişdi. Atam qəzəbindən onunla dünyadan köçənə qədər danışmadı.2
422. İmam Baqir (ə): Ən pis ata odur ki, övladına həddən artıq xeyirxahlıq edir və ən pis övlad da odur ki, ata-anasına qarşı səhlənkarlığı onun itaətsizliyinə səbəb olur.3
423. İmam Sadiq (ə): Ən az itaətsizlik “uf” deməkdir ki, əgər Allah-Təala ondan yüngülünü tanısaydı onu da qadağan edərdi. 4
424. İmam Əsgəri (ə): Kiçik yaşlarında ata-anaya kobudluq, ədəbsizlik edən uşaq böyüyəndə onlara tabe olmaz.5
425. Muhəcüd-dəvat – İmam Hüseyn (ə)-dan belə nəql olunur: Qaranlıq və buludlu bir gecədə, təvafın xəlvət olduğu və zəvvarların yatdığı vaxtda, gözlərdən yuxu tökülərkən mən Əli bin Əbu Talib (ə)-la birlikdə təvaf edirdim. Bu zaman qəlbi sınıq bir kəsin hüzünlü fəryadını eşitdik. Ürəyi qəmlə dolu halda (qüdrətli Allahdan) rəhmət diləyir, pənah istəyərək deyirdi:
Ey biçarələrin qaranlıqlarda dualarını qəbul edən!

Ey xəstəliklərin çətinliklərini aradan aparan!

Sənin qonaqların Kəbənin ətrafında yatıb-dururlar

Səni çağırırlar, sən də ki, hər bir zaman oyaqsan.

Ən gözəl bağışlamağın və güzəştinlə günahımdan keç.

Ey O Kəs ki, bütün varlıqlar yalnız Ona ümidvardır.

Əgər günahkarlar özlərini sənə əfv etdirə bilməsələr,

Kim onlara bu (əfv) nemətini bəxş edəcək?!
Atam (Əmirəlmöminin) mənə buyurdu:”Ey Əba Abdullah! Günahları üzündən ah-nalə edən, Allaha yalvaran şəxsin fəryadını eşitdin?

Dedim: Bəli, eşitdim.

Buyurdu: “Onun dalınca get, bəlkə onu görə biləsən”.

Gecə qaranlıq olduğu üçün əlimi (o tərəfə və bu tərəfə) sürtə-sürtə və yatmış insanların arası ilə gedirdim. Rükün və məqamın arasına gəlib çatdıqda, ayaq üstdə dayanan (namaz qılan) bir adam gördüm. Diqqət etdikdə, bu namaz qılanın həmin (ah-nalə) edən şəxs olduğunu anladım. Dedim: Salam olsun sənə, ey Allahın bəndəsi ki, günahlarını etiraf edirsən və Allahdan güzəşt, bağışlanmaq diləyirsən! Səni and verirəm Allaha, Tanrı elçisinin əmisi oğlunun səni çağırır. Onun dəvətini qəbul et. Kişi tələsik səcdə, təşəhhüd və namazın salamlarını yerinə yetirərək ayağa qalxdı. Mənə əli ilə işarə etdi ki, qabağa düşüm.

Onu Əmirəlmömininin hüzuruna gətirdim. Dedim: Bu həmin kişidir. İmam (ə) ona nəzər saldı. Bu xoşüzlü və təmiz paltarlı cavan idi.

Ondan soruşdu: “Kimsən?”.

Cavab verdi: Ərəb qəbilələrindən birindənəm.

Soruşdu: “Adın nədir?”.

Dedi: Münazil Şeybani.

Soruşdu: “Nə haldasan? Nə üçün ağlayır və istiğfar edirdin?”.

Dedi: Mənim kimi adamın halı necə olsun ki, valideynlərimin üzünə ag olub günaha girmişəm və indi də ehtiyac içində, bədbəxtliklər, bəlalar içindəyəm. Bir halda ki, əgər tövbə belə etsəm qəbul olunmur?

Soruşdu: “Nə üçün bu hala düşmüsən?”.

Dedi: Mən camaat arasında xoşgüzəran keçirən və öz nəfani istəklərimin dalınca gedən adam kimi tanınirdim. Allaha qarşı itaətsizliyimi Rəcəb və Şaban aylarında da davam etdirirdim. Mərhəmətli Allahdan qorxmurdum. Mehriban və sakit təbiətli bir atam vardı. Məni bu işlərdən çəkindirirdi ki, xoşa gəlməyən hadisələr baş verməsin. Məni Allah-Təalanın qəzəblənərək cəhənnəm atəşi ilə cəzalandırmağı ilə qorxuzaraq deyirdi: Nə qədər nur və qaranlıq, gecə və gündüzlər, aylar və illər, əzəmətli mələklər sənin əlindən fəryad edəcəklər (hansı ki, sən öz səhvlərindən və günahlarından əl çəkmirsən)?!

Hər dəfə o mənə nəsihət etməkdə israr etdikdə, mən vəhşicəsinə və azğınlıqla onu döyürdüm.

Bir gün evdə olan bir miqdar qızıl pulu götürdüm ki, əyyaşlığa sərf edim, amma atam mənə mane oldu. Mən ona əziyyət verdim. Onun qollarını burub və qızılları götürüb getdim. O əllərini dizinə dirəyib durmaq iştədi, lakin ağrıdan və narahatçılıqdan dura bilmədi...

Sonra Allaha and içdi ki, Allahın evinə gəlsin və orada Ondan mənə qarşı yardım diləsin. Neçə həftə oruc tutdu, neçə rükət namaz qıldı, dua etdi və bir səfər dəvəsinə mindi. Səhraları və dağları aşıb həcc günü Məkkəyə daxil oldu. Dəvəsindən düşüb, Allahın evinə sarı üz tutdu. "Səy" və təvafdan sonra Kəbənin pərdəsindən yapışdı və həmb-səna ilə Allaha yalvararaq belə dua etdi:


İlahi, hacılar cox uzaq yerlərdən kəcavalərinə minib sənə doğru gəlirlər,

Mən də sənə doğru gəldim.

Ey Onun birliyinə və ehtiyacsızlığına inamla ağlayaraq çağıranı naümid etməyən.

Münazil məni incitməkdən ləzzət alır.

Ey Cabbar! Haqqımı övladımdan al.

Sənin köməyinlə beli fələc olsun.

Ey eyibsiz və nöqsansız, paksan, nə doğulubsan və nə doğmusan!
Göyləri ucaldan, suları axıdan Allaha and olsun ki, onun duaları sona yetmədən gördüyün bu bəlaya düçar oldum.

Sonra sağ tərəfini açdı. Gördüm ki, iflic olubdur.

(Davam etdi:) Üç ildir ona yalvarırdım ki, mənə qarğış elədiyi yerdə, yenə mənə dua etsin, qəbul etmirdi. Axır ki, bu il mənə minnət qoyaraq qəbul etdi. Sağlamlıq ümidi ilə onu arıq bir dəvəyə mindirdim. Tələs-tələs vətəndən çıxdıq. Ərakdakı xarabalığa, Səyak adlı yerə çatdıq. Gecənin yarısı atamın mindiyi dəvə, bir quşun səsindən hürkərək atamı üstündən yerə atdı. Atam iki daşın arasına düşərək zədələndi və vəfat etdi. Atamı elə oradaca dəfn etdim. Bütün bu müsibətlərdən daha betəri budur ki, indi camaat arasında “Atasının qarğışı tutan şəxs!” kimi tanınıram.

Əmirəlmöminin (ə) ona buyurdu: “Sənə kömək etmək vaxtı gəlib çatmışdır. Peyğəmbər (s)-ın mənə öyrətdiyi duanı sənə öyrədimmi? Bu duada Qüdrətli, Əziz, Kəramət sahibi Allah-Təalanın uca adı, İsmi-Əzəm mövcuddur. Bu adlar vasitəsilə Allah, həmin adları çağırana cavab verir, ondan kim istəsə, ona əta edir. Qəm-qüssəni, fikri, narahatçılığı aradan aparır. Xəstələrə şəfa verir, qəmliləri ruhlandırır, kasıbı varlı edir, borcluları borcdan qurtarır, (pis) gözlərin təhlükəsinindən qoruyur, günahları bağışlayır, eyibləri gizlədir, təkəbbürlü şeytandan və qatı zülmkardan qorxan hər kəsi əmin-amanda saxlayır. Allaha itaət edən bu duanı dağa oxusa, dağ yerindən oynatar. Əgər ölü üçün oxusa, Allah onu dirildər. Əgər suya oxusa (heyranlığa, təkəbbürə düçar olmasa) suyun üzərində yol gedə bilər.

Ey insan! İlahi təqvaya üz gətir, sənə ürəyim yanır. Sübhan Allah səndə sidq ürək, səmimi qəlb və niyyətinin təmizliyini müşahidə etmək istəyir. Bu duanı günaha aludə olduğun halda oxuma. Onu etibar etdiyin (təqvalı) dindar şəxsdən başqasının ixtiyarında qoyma.Əgər xalis niyyətlə bu işə başlasan, Allah-Təala duani qəbul edər və öz peyğəmbərinin, Məhəmməd(s)ın yuxunda sənə behişt müjdəsini və duanın qəbul olması xəbərini verdiyini görərsən”.

İmam Hüseyn (ə) deyirdi: Mənim bu duanın faydalarını öyrəndiyim üçün olan sevincim, cavanın düşdüyü müsibətdən qurtulmağına sevinməyindən daha çox idi. Çünki bundan əvvəl Əmirəlmöminin (ə)-dan bu dua haqda eşitməmişdim və bu barədə məlumatım yox idi.

Sonra (atam Əli (ə) mənə) buyurdu: “Kağız-qələm gətir sənə söyləyəcəklərimi yaz”.

Mən belə də etdim. Buyurdu: “İlahi! Səndən istəyirəm, Sənin adına, mehriban və bağışlayan Allahın adına and verirəm. Ey, əzəmətli və uca olan! ... ”1.2

Cavan deyir: Hava işıqlanırdı, gözlərimdən də yuxu tökülürdü. Əllərimi həmin yazılmış dua ilə birgə göyə qaldırıb, Allahı bir neçə dəfə onun haqqına and verədim. İkinci dəfə oxuduqda belə bir cavab eşitdim: “İsmi-Əzəmi oxumağın kifayətdir”. Sonra yuxuya getdim. Yuxuda Peyğəmbər (s)-ı gördüm. Əlini mənə çəkdi və buyurdu:”Qüdrətli Allahi daim yad et ki, aqibətin xeyirli oldu”.

Yuxudan sağlam vəziyyətdə ayıldım.

2/8
PİS ƏXLAQ
426. Peyğəmbər (s): Bədəxlaqlıq, elə bir günahdır ki, heç vaxt bağışlanmır.1
427. Peyğəmbər (s) –a dedilər: Filankəs günlərlə oruc tutur və gecələr ibadət edir, lakin daima qonşularına dili ilə əziyyət verir. Etdiyi ibadətin heç bir xeyiri yoxdur, çünki o cəhənnəm əhlidir.2
428. İmam Əli (ə): Bədəxlaq ınsanın dostu və rəfiqi çox az olar.3
429. İmam Əli (ə): Bədəxlaq insanın ruzisi az olar.4
430. İmam Sadiq (ə): Bədəxlaq insan öz-özünə işkəncə verir. 5
431. İmam Sadiq (ə): Loğman (ə) dedi: “Övladım! Qüssədən, bədəxlaqlılıqdan və dözümsüzlükdən özünü qoru. Çünki, bu xasiyyətlərlə dostluqluğun möhkəm olması mümkün deyil. Hər işdə sakitliyini və vüqarını saxla. Qardaşlarına qarşı əliaçıq ol. Hamı ilə yaxşı münasibət qur”.6

3/8
ACİDİLLİLİK


432. İmam Sadiq (ə): Hamıya dili ilə əziyyət verən adam, atəş (cəhənnəm) əhlidir.1

4/8
TƏKƏBBÜR


433. Peyğəmbər (s): Xudpəsəndlik gözəlliyin bəlasıdır.2

5/8
ÜCB ( EQOİSTLİK)


434. İmam Əli (ə): Özündən razılıq, ən pis xasiyyətdir.3
435. İmam Əli (ə): Özünü böyük sayan Allah yanında kiçik və dəyərsizdir.4
436. İmam Sadiq (ə): İlahi təqvaya malik olun, bir-birinizə həsəd aparmayın.

İsa bin Məaryəm (ə) şəriəti öyrətmək və yaymaq üçün şəhərləri gəzirdi. Səfərlərinin birində qısaboylu bir kişi ilə yol yoldaşı oldu. O, İsa(ə) ın müridlərindən sayılırdı. İsa (ə) dənizə çatdıqları zaman, sidq ürəklə “Bismillah” dedi və suyun üzəri ilə yeridi. Qısaboylu kişi İsa (ə)-ın necə keçdiyini gördü. O da inam və sidq ürəklə “Bismillah” deyib suyun üstü ilə gedərək İsa (ə)-a qoşuldu.

Elə bu zaman onda ücb yarandı. Dedi (öz-özünə): İsa Ruhullah (ə) da suyun üstü ilə gedir, mən də suyun üstü ilə gedirəm. Bəs onun o məndən nəyi üstündür?

Bu zaman suda bataraq, boğulmağa başladı. O İsa (ə)-dan kömək istədi. İsa (ə) ona kömək edərək sudan çıxardı və ona dedi: “Kişi! (Öz-özünə) nə fikirləşirsən (ki, belə vəziyyətə düşdün)?”.

Kişi dedi: (Öz-özümə) dedim: Ruhullah da suyun üstü ilə gedir, mən də suyun üstü ilə gedirəm. Beləliklə ücba giriftar oldum.

İsa (ə) ona buyurdu: “Özünü Allah sənə əta etmədiyi rütbəyə, məqama qaldırmışdın. Ona görə də Allah-Təala sənin dediklərindən qəzəblənib. Dediklərinə görə tövbə et”.

Kişi tövbə etdi və Allahın ona əta etdiyi məqama geri döndü.

İlahi təqvaya malik olun və bir-birinizə həsəd aparmayın.

6/8
QÜRRƏLƏNMƏK

437. Peyğəmbər (s): Qürrələnməkdən çəkinin. Təkəbbür elə bir şeydir ki, əynindəki təkcə bir əbadan başqa heç nəyi olmayan şəxsə də üz gətirə bilər.1

7/8
TAMAHKARLIQ

438. Peyğəmbər (s): Həqiqətən, Adəm övladları onlara qadağan olunmuş hər bir şeyə hərisdirlər.2


439. İmam Əli (ə): Tamahkar adam həmişə yoxsuldur. Hətta bütün dünyaya sahib olsa belə.3

8/8
PAXILLIQ

440. İmam Əli (ə): Paxıllıq əzab-əziyyət yaradır.4
441. İmam Əli (ə): Paxıllıq ruhu zindana salır.5
442. İmam Əli (ə): Paxıllıq qəzəb yaratmaqdan və zərər vurmaqdan başqa heç bir nəyicə vermir. Paxıllıq ürəyi süstləşdirir və bədəni xəstələndirir. Paxıllıq insan qəlbinin malik olduğu ən pis hissdir.6
443. İmam Əli (ə): Paxıl həmişə xəstə olur.7
444. İmam Əli (ə): Cismi sağlam olsa da, paxıl həmişə xəstə (qəm-qüssəli)dir.1
445. İmam Əli (ə): Paxılın heç vaxt ağalığa, hakimiyyətə yetişməz.2
446. İmam Əli (ə): Paxılların öz sağlamlıqlarına diqqət etməməsi təəccüb doğurur.3
447. İmam Əli (ə): Paxıl dildə dost olduğunu söyləyər, əməllərində kin-küdurətini gizləyər. Onun zahirdə adı dostdur, əslində isə düşmən mövqedədir.4
448. İmam Əli (ə): Paxıllıq nəticə etibarilə, insanı dünya və axirətdə bədbəxt edir.5

449. İmam Sadiq (ə): Loğman (ə) övladına dedi: Paxılın üç əlaməti var: Adamın arxasınca pis sözlər danışır; adam yanında yaltaqlıq edir; pis günündə sevinir.6


450. İmam Sadiq (ə): Paxıl başqasına ziyan vurmaqdan öncə özünə zərər yetirir. Şeytan kimi, necə ki, o paxıllıqdan özünə nifrin qazandı. Adəm (ə)-ın isə seçilmişlərdən biri olmasına səbəb oldu.7

9/8
KİN


451. İmam Əli (ə): Kinli adam daim işkəncə və əzab içində qıvrılır, o ikiqat kədər qazanır.8
452. İmam Əli (ə): Kin-küdurətı özündən uzaqlaşdıran adamın ürəyi və ağlı sakitlik tapır.9

10/8
QƏZƏB

453. İmam Əli (ə): Qəzəb (qeyz), dəliliyin bir növüdür. Qəzəblənmiş adam sonradan peşmançılıq çəkir, əgər peşman olmursa demək həqiqətən də dəlidir.1

11/9
TƏRSLİK


454. İmam Əli (ə): Tərslik tədbiri zəiflədir.2
455. İmam Əli (ə): Tərslik tədbiri məhv edir.3
456. İmam Əli (ə): Tərsliyin nəticəsi bədbəxtlikdir.4
457. İmam Əli (ə): Tərs adam daim zərərə məruz qalar.5
458. İmam Zeynəlabidin (ə): Tərslik nadanlıqla yoldaşdır, qeyrət çətinliklərlə birgədir, böyüklüyün səbəbi təvazökarlıqdır. 6

12/8
ZƏİF İRADƏLİ OLMAQ


459. Peyğəmbər (s) – Əli (ə)-a xitabən: İki xasiyyətdən çəkin: hövsələsizlikdən (darıxan) və zəiflikdən. Əgər hövsələsiz olsan hər hansı bir haqqa axıra kimi sadiq qala bilməyəcəksən, əgər zəif iradəli olsan heç bir haqqı yerinə yetirə bilməzsən. 7
460. İmam Əli (ə): Mən dünya işlərində zəif iradəli olan şəxsi sevmirəm, çünki dünya işlərində zəiflik edən insan, axirət üçün görülən işlərdə daha artıq zəiflik göstərəcək.8
461. İmam Əli (ə): Əşyalar cüt olduğu kimi, zəiflik və taqətsizlik də ekiz xüsusiyyətlərdir. Bu xüsusiyyətlər fəqirlik və hövsələsizlik yaradarlar.9
462. İmam Əli (ə) – Möminin xasiyyətlərini açıqlayarkən buyurmuşdur: Onun zəifliyi özündən uzaqlaşdmış və həmişə sevinc içərisində olduğunu görərsən.1
463. İmam Zeynəlabidin (ə) – Minacatında: Pərvərdigara! Sevinc içərisində olmağı bizə asanlaşdır. Tənbəllik və zəiflikdən bizə pənah ver.2

13/8
RADİKALLIQ


464. Peyğəmbər (s): Dində radikallıqdan çəkin, çünki Allah-Təala dini asan qərar vermişdir. Dinə bacardığınız qədər riayət edin. Hər hansı layiqli iş nə qədər davamlı yetirilərsə Allah-Təala bu işi bəyənər. Az olsa da belə.3
465. İmam Əli (ə): Radikallıq (çılğınlıq) edən haqqa çatmaz.4

466. İmam Əli (ə): Nadanı həmişə ifrata varan və ya səhlənkarlıq etdiyi halda görürsən.5


14/8
BƏYƏNİLMƏMİŞ BƏZƏK-DÜZƏK
467. Peyğəmbər (s): Özlərini kişiyə oxşadan qadınlar və ya özlərini qadına oxşadan kişilər bizdən deyil. 6
468. Peyğəmbər (s): Cəhənnəm əhlindən olan iki qrupu heç vaxt görməyəcəyəm: Əlindəki inək quyruğuna bənzəyən şallaqla camaatı döyən şəxsləri, yarıçılpaq geyinərək başqalarında şəhvət hissi yaradan və özləri də şəhvətə meylli olan qadınlar. Onların başı dəvənin hürgücünə bənzəyir. Onlar heç vaxt behiştə daxil olmayacaqlar. Behiştin iyi uzun məsafədən duyula bildiyi halda, belə insanlar heç behiştin iyini belə ala bilməyəcəklər.1
469. İmam Əli (ə): Özünü kimlərəsə oxşatdıqda, tezliklə onlardan birinə çevrilməyən çox az adam tapılar.2

15/8
LƏZZƏTLƏR BARƏSİNDƏ ÇOX DÜŞÜNMƏK


470. İmam Əli (ə): Ləzzətlər haqqında çox fikirləşənlərə, həmin ləzzətlər qalib gələr.3
471. İmam Əli (ə): Günahlar haqqında çox fikirləşəni, (bu iş) günahlar özünə sarı çəkər. 4
472. İmam Sadiq (ə): Həvarilər5 İsa (ə)-ın ətrafında toplanmışdılar və ona dedilər: Ey xeyir işləri öyrədən! Bizə yol göstər.

İsa (ə) onlara buyurdu: “Musa Kəlimullah sizə göstəriş vermişdir ki, Allah-Təalaya yalandan and içməyin. Mən də sizə əmr verirəm, Allah-Təalaya istər yalandan istərsə də doğrudan and içməyin”.

Dedilər: Ey Ruhullah! Bizə daha çox yol göstər.

Buyurdu: “Musa Peyğəmbər sizə göstəriş vermişdir ki, zina etməyin. Mən də sizə göstəriş verirəm ki, zina barəsində heç düşünməyin. Çünki sanki zina etmiş kimisiniz. Hər kəs zina etmək haqqda düşünsə, sanki bəzəkli (zinətlənmiş) evin içində od qalayıb və od evi yandırmasa da, tüstü evin bəzəyini korlayacaqdır”.6

16/8
ŞƏRAB İÇMƏK
473. Peyğəmbər (s): Şərab içmək pisliklərin və böyük günahların köküdür.7
474. Peyğəmbər (s): Şərab içmək bütün çirkinliklərin bünövrəsidir.8
475. Peyğəmbər (s): Bütün pisliklər bir evə toplanmışdır. Onların açarı şərab içməkdir.1
476. Peyğəmbər (s): Kim gecəni sərxoş vəziyyətdə keçirsə, həmin gecə şeytanın gəlini olmuşdur.2
477. İmam Əli (ə): ... Allah içki içməyin tərk edilməsini ağlı qorumaq üçün vacib etdi.3

17/8
AŞKAR İTAƏTSİZLİK


478. Peyğəmbər (s): Hər vaxt günah xəlvətdə (gizli şəkildə) edildikdə yalnız o günahı edən ziyana düşmüşdür. Günah aşkarda edildikdə isə, əgər onunla mübarizə aparılmasa, hanıya zərər verəcəkdir.4

DÖRDÜNCÜ BÖLÜM



CAVANLARIN HÜQUQU

BİRİNCİ FƏSİL
CAVANIN ATA-ANA ÜZƏRİNDƏKİ HÜQUQLARI

ÖVLADIN HÜQUQUNA ƏHƏMİYYƏT VERİLMƏSİ
479. Peyğəmbər (s): Ata-ananın övladın boynunda haqqı olduğu kimi, övladın da ata-ananın boynunda haqqı var. 1
480. Peyğəmbər (s): Övlad ata-ananın üzünə ağ ola bildiyi kimi, ata-ana da övladın üzünə ağ olur.2
481. Peyğəmbər (s): Övlad ata-ananın üzünə ağ olduğu kimi, ata-ana da övladın (əgər övlad əməlisaleh olsa) üzünə ağ olur.3
482. Peyğəmbər (s): Övlad 7 il ağadır(əmr verən), 7 il quldur (əmri yerinə yetirən), 7 il vəzir (köməkçi) dir.4
483. İmam Sadiq (ə): 7 il uşağın oynamağına icazə ver, 7 il tərbiyə elə, 7 il onu özünə yoldaş et.5

2/1
EVLƏNDİRMƏK

484. Peyğəmbər (s): Övladı evlənmək yaşına çatan valideyn övladını evləndirməsə gələcəkdə baş verə biləcək hər bir hadisə valideynin öhdəsinə düşəcək.1
3/1
ƏDALƏT

485. Peyğəmbər (s): Övladlarınız arasında ədalətlə davranın.2


486. Səhih Buxari – Nüman bin Bəşirdən nəql olunur: Atam mənə hədiyyə verdi,

Rəvahenin qızı Əmrəh (anam) dedi: Peyğəmbər (s) (bu əməlini) təsdiqləməsə, mən bu işə razı deyiləm.

Atam Peyğəmbər (s)-ın yanına gedib dedi: Mən Rəvahenin qızı Əmrəhdən olan övladıma hədiyyə verdim, lakin o, məni sizin bu işi təsdiqlədiyinizi (sübut etməyə) məcbur etdi.

Peyğəmbər (s) buyurdu: “Digər uşaqlarına da hədiyyə almışdın?”.

Dedi: Yox.

Buyurdu: “Allah-Təaladan qorxun. Övladlarınız arasında ədalətlə davranın”.

Atam (evə) gayıtdıqda hədiyyəsini geri aldı.3
487. İmam Sadiq (ə): Ədalət, susuzun içdiyi sudan da şirindir. Ədalət gör nə qədər rahatlıq yaradır, hətta ona azacıq riayət olsa da belə.4

4/1
DUA


488. Peyğəmbər (s): Ata-ananın övladı üçün etdiyi dua, Peyğəmbərin ümməti üçün etdiyi dua kimidir.5
489. Peyğəmbər (s): Ata-ananın övlad üçün etdiyi duası, suyun əkin üçün verdiyi faydaya bərabərdir.6
490. Peyğəmbər (s): Allah-Təala övladlarını yaxşı işlərə yönəldən valideynlərə kömək olsun. Yəni (övladının) pis işlərini (bağışlayar) və xəlvətdə Allah-Təala ilə razi-niyaz edərkən ona dua edər.7
491. İmam Zeynəlabidin (ə) – Övladları üçün etdiyi dualarından: İlahi! Mənim boynuma minnət qoy və övladlarımı qoru. Mənə görə onların qismətlərinə ləyaqətli olmağı nəsib elə, onları mənim üçün faydalı et, ömürlərini uzat, həyatlarını firavan et, kiçikyaşlılarını (sağ-salamat) böyüt, bacarıqsızlarını bacarıqlı et. Bədənlərini, dinlərini və əxlaq (rəftar)larını salamat elə, cismü-canlarında və çalışdıqları hər işdə onlara sağlamlıq ver. Ruzilərini mənə xatir və mənim əlimlə həmişə əta et.

İlahi! Övladlarımı yaxşılardan, pəhrizkarlardan, eşidən və görənlərdən, Tanrıya itaətkarlardan qərar ver. Dostlarını sevən, xeyirxahlıq edən və düşmənlərinə qarşı kinli olanlardan qərar ver. Amin!

İlahi! Biləklərimə övladlarımla qüvvət baöışla. Sahmansız işlərimizi sahmana sal.

Onların vasitəsilə köməkçilərimin sayını artır, məclislərimi övladlarımla bəzə, onların vasitəsilə adımı həmişə diri saxla, yoxluğumda onları mənim ardıcıllarımdan et, ehtiyacım olan zaman onları mənə yardımçı et.

İlahi! Övladlarımda mənə nisbət sevgi yarat, mənə mehr salsınlar, mənə tərəf gəlsinlər, mənə daim köməkçi olsunlar. Elə et ki, mənə qarşı itaətkar olsunlar. Üsyankar və sözə baxmayan, mənim əleyhdarım və xatakarlardan olmasınlar.

İlahi! Mənə onları yaxşı tərbiyə edib böyütmək yolunda müvəffəqiyyət əta et. Mənə yenə də oğlan uşaqları hədiyyə et. Onları mınimüçün xeyirli qərar ver. Səndən onlar barəsin hər nə istəyirəmsə, mənə bəxş et. Məni və övladlarımı dərgahından qovulmuş şeytanın şərrindən uzaq et.

İlahi! Bizi yaradıb və bizə yaxşı işlər görməyi əmr etmisən, pisliklərdən çəkindirmisən, bizi savab işlərə həvəsləndirmisən, itaətsizlik üçün verilən cəzaya görə bizdə qorxu hissi yaratmısan. Əməllərimizdə bizə kələk gəlmək istəyəni (şeytanı), bizə düşmən təyin etmisan. Onları əməllərimizdə bizə qalib etmisən, bizi onlara qalib etməmisən. Ürəklərimizdə ona yer vermisən, onun üçün damarlarımızdakı qanı hərəkət etdirmisən.

Əgər ona qarşı diqqətsizlik etsək, bizə qarşı diqqətsiz olmaz. Onu unutsaq, o bizi unutmaz. Əzabını bizim nəzərimizdə kiçildər, bizi səndən başqalarından qorxmağa vadar edər. Günah işlərə qoşulmaq istəsək, bizə cəsarət verər. Amma dəyərli əməllərə əl atmaq istəsək, bizə mane olar. Şeytani istəklərimizi bizim nəzərimizdə gözəlləşdirər. Qəlbimizə şübhələr salar. Əgər bizə nəyisə vəd etsə, deməli yalan söyləyir. Ürəyimizdə yaratdığı hər arzunun (nəticəsini bizim istəyimizin) əleyhinə qərarlaşdırar. Əgər hiyləsini bizdən saxlamasan, bizi yolumuzu azarıq. Əgər yaramazlıqlarlna qarşı çıxmasan, bizi yolumuzdan azdırar.

İlahi! Ğz qüdrətinlə onun gücünü əlindən al ki, bizim xoşbəxtliyimizin bünövrəsini silkələməsin (təhlükəyə atmasın), dualarımızı qəbul et ki, hiylə və yalanlardan qoruna bilək.

İlahi! Bütün istədiklərimi bizə əta et, hacətlərimi qəbul et. Necə ki, bunları qəbul etməyi öz öhdənə götürmüsən. Dualarımı dərgahından uzaqlaşdırma, buna özün fərman vermisən. Axirət və dünyamı üçün məsləhət olan hər bir şeyi mənə bəxş et: Dilimə gətirmiş olduğum və ya unutduğum, zahir etdiyim və ya ürəyimdə gizli qalan, aşkara çıxardığım və ya üstünü ört-basdır etdiyim olsun.

İlahi! Elə et ki, səndən bütün hallarda səndən mədəd umaraq müslih şəxslərdən olum. Sənin dərgahından tələb etməklə arzusuna çatmışlardan olum, Sənə təvəkkül edib məhrum qalanlardan olmayım.

İlahi! Sənə pənah aparmağa adət etmişlərdənəm, eşqindən faydalanmışlardanam, Sənin rahatlığında sakitləşmişlərdənəm, səxavətindən halal ruzi əldə edənlərdənəm, bəxş etdiyin nemətlərdən gen-bolluqla istifadə edənlərdənəm, Sənin köməyinlə zillətdən çıxıb izzətə çatanlardanam, zülm içində sənin hakimliyinə pənah axtaranlardanam, Sənin məhəbbətinlə çəyinlıkdən xilas olanlardanam, Sənin dövlətin sayəsində varlananlardanam, möminlik sayəsində günahlardan qorunmuşlardanam, Sənə itaət edərək xeyir, savab və inkişafa nail olmuşlardanam, Sənin qüdrətinlə günahlardan azad olub, rəhmətinlə rahatlananlardanam.

İlahi! Bütün bu istədiklərimi lütf və mərhəmətin sayəsində mənə nəsib et. Bizi cəhənnəm atəşindən qoru, Bütün mömin kişi və qadınları bu dünyada bağışla, övladlarım və özüm üçün bütün istədiklərimi onlara da şamil et. Sən (bizə) yaxın və dualarımızı qəbul edənsən, eşidən və bilənsən. Bağışlayansan, bizə qarşı zərifsən və mehribansan. Bizə bu dünyada və axirətdə yalnız yaxşı şeylər əta et, cəhənnəm atəşindən nicat ver.1

5/1
QARĞIŞ ETMƏKDƏN ÇƏKİNMƏK

492. Peyğəmbər (s): Övladlarınıza qarğış etməyin ki, birdən Allah sizin nifrininizi qəbul edər.2
493. Peyğəmbər (s): Özünüzə, övladlarınıza, xidmətçilərinizə və mal-dövlətinizə qarğış etməyin. Çünki Allahın bəxşiş əta edən (duaları eşidən) zamanına rast gələ bilər. 3
494. Peyğəmbər (s): Hər nə qədər pis işlərlə məşğul olsalar da, cavanlarınıza ölüm arzulamayın. Belə cavanlar bir neçə yerə bölünürlər: Ya tövbəkar olurlar və Allah da onların tövbələrini qəbul edər. Ya bəlalar onların axırına çıxar, və ya (əgər sağ qalarlarsa, həyatda sizə kömək edərlər, məsələn bu işlər kimi:) düşmənlə vuruşarlar, odu söndürərlər və ya suyun qabağına sədd çəkərlər.1
495. İmam Sadiq (ə): Hər kim övladına qarğış edərsə, onu gələcəkdə fəqirlikyə düçar etmiş sayılır.2

6/1
DANLAYAN ZAMAN HƏDDİ AŞMAMAQ


496.İmam Əli (ə) – Ona nisbət verilən hikmətli kəlamlardan: Cavan adamı danlayan zaman, onun bəzi günahlarından keç (üzünə vurma), yoxsa sənin danlağın onu daha da çox günah etməyə vadar edər. 3
497. İmam Əli (ə): Məzəmmət edəndə həddi aşmaq, inadkarlıq atəşini şölələndirər.4
498. İmam Əli (ə): Danlayan zaman, (günahdan) geri dönüş üçün yer saxla.5

İKİNCİ FƏSİL
1   2   3   4   5   6   7   8   9   10   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə