GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə6/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

BEŞİNCİ BÖLÜM


CAVANLARİN İNKİŞAFİNDAKİ MANEƏLƏR

BİRİNCİ FƏSİL


İŞSİZLİK
1/1
İŞSİZLİYİN MƏZƏMMƏT EDİLMƏSİ
338. Peyğəmbər (s): Nə dünya işləri ilə, nə də ki, axirət işləri ilə məşğul olmayan sağlam adam, Allahın düşmənidir. 1
339. İmam Əli (ə): İşləmək əziyyət versə də, davamlı bikarçılıq, fəsaddır.2 (İşlə müqayisədə iy vermiş suya bənzəyir).
340. İmam Əli (ə) – Ona aid olan hikmətlərdən: İşsiz ürək pislik axtarar, işsiz əl isə günaha tərəf uzanmış olar.3
341. İmam Sadiq (ə): Təharət və namaz qılmaqda tənbəllik edənin axirəti yoxdur. Yaşayışını nizama salmaqda tənbəllik edənin isə, dünyada heç bir xeyri olmaz.4
342. İmam Sadiq (ə): Çox yuxu (yatmaq) və uzunmüddətli işsizlik, Allahın düşmənidir.5
343. əl-Kafi – Ömər bin Yeziddən nəql edilir: İmam Sadiq (ə)-a dedim ki, bir kişi belə deyir: Evdə oturaraq namaz qılıram, oruc tuturam və Allaha ibadət edirəm, ruzimi də ki, Özü yetirəcək.

Buyurdu: “Bu şəxs sayılan üç nəfərdən biridir ki, duaları qəbul deyil”.6


344. əl-Kafi – Əsbat bin Salim: İmam Sadiq (ə)-ın yanına getdim. Ömər bin Müslimin nə işlə məşğul olduğunu soruşdu.

Dedim: Əməli saleh kişidir, lakin daha ticarətlə məşğul deyil.

İmam Sadiq (ə) üç dəfə buyurdu: “Bu şeytanın davranışıdır. Məgər bilmir ki, Peyğəmbər (s) Şamdan gələn karvanı aldı, (onu satdıqdan sonra) həmin qazanc ilə borclarını verdi, (qalanını) qohumlarının arasında böldü?1
345. əl-Kafi – Zürarədən nəql edilir: İmam Sadiq (ə)-ın yanına bir kişi gələrək dedi: Əlimdən heç bir iş gəlmir, ticarətə də bələd deyiləm. Hər şeydən məhrumam, ehtiyacım var.

İmam Sadiq (ə) buyurdu: “İşlə, başında yük daşı, amma heç kimə möhtaç olma”.2


346. Tühəfül-üqul – Müfəzzəl bin Ömərdən nəql olunur: Bu dünyada edilən işlərdən axirət üçün kömək alın. Həqiqətən, mən eşitdim ki, İmam Sadiq (ə) belə buyurdu: “Bu dünyadan axirət üçün işləyib bəhrələnmək lazımdır. (Özünüz işləyin) heç kimə yük olmayın”.3
347. İmam Kazim (ə): Çox yatan və bikar adam Allahın düşmənidir. 4

2/1
BİKARÇİLİĞİN TƏHLÜKƏSİ

348. Cameül-əxbar – İbn Abbasın dediklərindən: Allahın Rəsulu, əgər bir kişini görüb, ondan xoşu gələrdisə, soruşardı ki, sənəti varmı?

Əgər desəydilər: Xeyr.

Buyurardı: “Gözümdən düşdü”.

Deyərdilər: Nə üçün ey Allahın Peyğəmbəri?

Buyurardı: “Çünki möminin işi yoxdursa, dini ilə yaşayar (dinindən yaşamağı üün istifadə edər”.5
349. İmam Əli (ə): Bikarlıq, nadalığıa səbəb olar.6
350. İmam Sadiq (ə): Mədinə şəhərində, bikar bir kişi dayanıb camaatı güldürürdü. Həmin kişi dedi: Bu adamı (İmam Səccad (ə)-ı) indiyə qədər güldürməyi bacarmamışam. İmam Səccad (ə) oradan keçirdi və arxasınca onun iki xidmətçisi gedirdi. O kişi gəlib İmamın (ə) çiynindəki əbanı götürüb getdi. İmam Səccad (ə) onun bu hərəkətinə heç əhəmiyyət vermədi. Nökərlər kişinin arxasınca gedib əbanı ondan aldılar və gətirib İmamın (ə) çiyninə saldılar. İmam Səccad (ə) buyurdu: “O, kimdir?”.

Dedilər: Bu avara bir kişidir, Mədinə camaatını (ələ salmaqla) güldürür.

Buyurdu: “Ona deyin: Allah-Təala o gündə (qiyamətdə) batil iş görənləri (puç edərkən) o da ziyan çəkər”.7

3/1
BİKARÇİLİĞİN HAQQ - HESABİ


351. Loğman (ə): Qiyamət günü, başqasının hesabına yaşayan, bikar adamların haqq-hesabları daha ağır olacaq. İşləmək əziyyətli olsa da, (təqdirə layiqdir,) bikarlıq isə hər şeyi korlayır.2

İKİNCİ FƏSİL

KEFLƏNDİRİCİ

1/2


KEFLƏNDİRİCİNİN HARAM OLMASİ
352. Peyğəmbər (s): Bilin ki, məstedici hər şey haramdır, kefləndirici hər şey haramdır. Ağılı məhv (məst) edən hər şey haramdır, az da olsa.1
353. Sünəni Əbi Davud – Ümmi Sələmədən nəql edilir: Allahın Rəsulu, məstedici və süstedici hər şeyi qadağan etmişdir.2
354. İmam Kazim (ə): Allah-Təala, şərabı adına görə haram etməmişdir, onu təsiri və nəticəsinə görə haram etmişdir. Hər hansı bir şeyin nəticəsi, şərabın nəticəsi kimidirsə, o, da (şərab kimi) haramdır.3

2/2
KEFLƏNDİRİCİLƏRDƏN ÇƏKİNDİRMƏ


355. Peyğəmbər (s): Bir gün gələcək, mənim ümmətimdən olan bir sıra adamlar “bənc” (tiryək) adlı maddədən istifadə edəcəklər. Mən o adamlara nifrət edirəm və onlar məndən deyillər. 4
356. Peyğəmbər (s): Yəhudi və məsihilərə salam verin, lakin tiryək çəkənə (narkomanlara) salam verməyin.5

ÜÇÜNCÜ FƏSİL

PİS YOLDAŞ
1/3
PİS YOLDAŞİN TƏHLÜKƏSİ
Quran:
O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım;

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). 1

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! 2
Hədis:
357. Peyğəmbər (s): Ləyaqətli yoldaş ətir satan kimidir. Ətirin özündən sənə verməsə də, iyi sənə gəlib çatacaq. Pis yoldaş dəmirçi kimidir. (Odu) paltarını yandırmasa da, (pis yanığ dəmir) iyi sənə çatacaq.3
358. Peyğəmbər (s) – həmişə buyurardı: Pərvərdigara! Pis yoldaşdan və qafil (etinasız) dostdan sənə pənah aparıram.4
359. İmam Əli (ə): Necə ki, külək çürümüş (iylənmiş) şeyin üzərində əsdikdən sonra, çürüntünün iyini hər yerə özü ilə aparır, pis yoldaş da özü ilə pislik gətirir.5
360. Musa (ə): Pis dostdan əl götürən (uzaqlaşan), elə bil ki, Tövrata əməl etmişdir.6
361. Loğman (ə): - Övladına: Pis yoldaşla oturub-duran amanda (ehtiyatsız) olmsın.2
362. əl-Kafi – Əli bin Əsbat, imam(ə)-lardan nəql edir: Allah-Təalanın, İsa (ə)-a buyurduğu nəsihətlərdə gəlmişdir: “Ey İsa! Bil ki, pis yol yoldaşı insana əziyyət verər, pis dost isə insanı alçaldar. Bax gör kiminlə dostluq edirsən. Əgər dostluq etmək istəyirsənsə, özünə mömin qardaşlardan dost seç”.3
363. əl-Xisal – Süfyan Suriydən nəql olunur: Düz danışanın oğlu düz danışan, yəni Cəfər ibn Məhəmməd (ə)-la görüşdüm və ona dedim: Ey Peyğəmbərin oğlu! Mənə bir vəsiyyət et. Buyurdu: “Ey Süfyan! Atam mənə üç şeyə əməl etməyi göstəriş verib və üç şeyi qadağan edib. Söhbət əsnasında belə buyurdu: “Övladım! Hər kəs pis dostla dostluq etrsə, amanda olmayacaq”.4

2/3
PİS DOSTUN ƏLAMƏTLƏRİ


364. Peyğəmbər (s): Allah-Təalaya iman gətirən və qiyamət gününə inanan adam, heç vaxt kafir və pozğun adamla qardaşlıq etməməlidir. Kafirlə qardaşlıq edən, ya pozğunla dost olan, nəticədə özü də kafir və pozğun olacaq. 5
365. İmam Əli (ə): Sənin eybini üzünə deməyib üstünü örtən və arxanca eyiblərini deyən, sənin düşmənindir.6
366. İmam Əli (ə): Ürəyiniz kimin düşmən olduğunu hiss edirsə, ondan çəkinin.7
367. İmam Əli (ə): Kimin dostluğu Allaha xatir deyilsə, ondan uzaq ol. Çünki onun dostluğu alçaqlıq, onunla ünsiyyətdə olmaq isə uğursuzluq gətirər.8
368. İmam Əli (ə): Dindarlığını və xeyrini qorumaq istəyirsənsə, dünyapərəstlərlə ünsiyyətdə olma.9
369. İmam Sadiq (ə): Diqqətli ol, kim dindarlığına fayda vermirsə, ona əhəmiyyət vermə və onunla ünsiyyətdə olma. Çünki Allah-Təaladan başqa hər şey puç və pis sonluqla nəticələnir.1
370. Adəm (ə) – Oğlu Şeysə verdiyi tövsiyələrdən: Əgər ürəyin nəyəsə nifrət edirsə, ondan pəhriz et. Həqiqətən, o vaxt ki, (qadağan olunmuş) ağaca yaxınlaşıb ondan meyvə yemək istədim, nifrət içindəydim (ürəyim sıxılırdı). Əgər onu yeməkdən özümü saxlasaydım, daha o giriftarçılıqlara düçar olmazdım.2

3/3


ƏN PİS DOSTLAR
371. Peyğəmbər (s): Pozğunlarla münasibət saxlamayın.3
372. Peyğəmbər (s): İçki içənlərlə dostluq etməyin. Çünki onlarla dost olmaq peşmançılığa səbəb olur.4

373. Peyğəmbər (s): Xeyri az olan, şərlə dolu və pis nəfsli adamlardan uzaq durun. Onlar qorxuqları zaman kənara çəkilirlər. Əmniyyətdə olanda isə hücum edirlər.5


374. İmam Əli (ə): Ən pis dostun odur ki, sənin batil yolda olmağına razı olsun.6
375. İmam Əli (ə): Ən pis dostun odur ki, sənə yaltaqlıq edərək sənin eyiblərini ört-basdır etsin (sənə eyiblərini deməsin).7
376. İmam Əli (ə): Allahın düşmənləri ilə dostluq etmə. Allahın dostlarından başqa heç kimlə dostluq etmə. Çünki hər kəs qiyamət günü sevdikləri (dostları) ilə tanınar.8
377. İmam Əli (ə): Pislərlə yoldaşlıq dənizdəki (qayıqdakı) müsafirə bənzəyir. (Tufana düşmə və dənizdə batmaq ehtimalı çoxdur).9
378. İmam Cavad (ə): Şər adamlarla dostluq etmə. Onlar, iti qılınca bənzəyirlər; ürəyəyatan mənzərəsi var, lakin qorxunc iz buraxır.1

DÖRDÜNCÜ FƏSİL
CAVANLİĞİN MƏSTLİYİ

379. Peyğəmbər (s): Cavanlıq, dəliliyin bir şaxəsidir.2


380. İmam Əli (ə): Məstlik dörd növdür: Cavanlığın məstliyi, sərvətin məstliyi, yuxunun məstliyi, padşahlığın məstliyi.3
381. İmam Əli (ə): Ağıllı adam sərvət sərxoşluğundan, qüdrət sərxoşluğundan, elm sərxoşluğundan, ibadət sərxoşluğundan və cavanlıq sərxoşluğundan özünü pəhriz edər. Çünki bunlardan hər birinin çirkin iyi ağlı oğurlayır, əzəmət və vüqarı azaldır. 4
382. Bəharül-ənvar: İmam Əli (ə) və onun imam övladları Şaban ayında bu cür dua edirdilər: Pərvərdigara! Ömrümü səndən bixəbər keçirdim və cavanlığımı səndən uzaq vəziyyətdə olduğum üçün, məstliklə məhv etdim. İlahi! Dünyada məğrur olmaqdan və sənin qəzəb yoluna düşməkdən, oyanmadım (qorxmadım).5

BEŞİNCİ FƏSİL

CİNSİ EHTİRASLAR
1/5
ŞEYTAN YUVASİ
Quran:
Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xal-xallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! ” 1


Hədis:
383. Peyğəmbər (s): Əvvəlinci baxış xətadır, ikinci baxış məqsədlidir, üçüncü baxış viran edəndir.2
384. Peyğəmbər (s): Ərli qadın, ərindən başqsına ya naməhrəmə şəhvətlə baxsa, Allah-Təalanın qəzəbinə gələr. Belə hərəkət edən qadın hər nə yaxşı iş görübsə, Allah o işi puç edər.1
385. Peyğəmbər (s): Çox baxmaqdan çəkin, bilmədən ehtiras toxumu əkərsən.2
386. Səhihi-Buxari – Abdullah bin Abbasdan nəql olunur: Peyğəmbər (s) Qurban bayramında Fəzl bin Abbası öz miniyinə mindirdi. Fəzl yaraşıqlı və təmiz bir kişi idi. Peyğəmbər (s) camaatın qarşısında dayanaraq onların sorğu-sualına cavab verirdi. Xəsəm adlı qəbilədən olan gözəl və təmiz bir qadın Peyğəmbər (s)-ın yanına gəldi və ona bəzi suallar verdi. Fəzlin bu qadından çox xoşu gəldi və nəzərlərini ondan çəkmədi. Peyğəmbər (s) qayıtdı, Fəzl hələ də qadına baxmağa davam edirdi. Peyğəmbər (s) üzünü Fəzlə tərəf döndərib ona baxdı. Sonra (Peyğəmbər (s)) əli ilə onun çənəsindən tutub üzünü başqa tərəfə çevirdi.3
387. İmam Əli (ə): Gözlər şeytanın tələsidir.4
388. İmam Əli (ə): Elə ki, göz şəhvətli səhnələrə baxırsa, qəlb heç vaxt bir işin nəticəsini görə bilməz.5
389. İmam Əli (ə): Nə çox eşq ki, elə bir baxışdan doğur! 6
390. İmam Baqir (ə): Bəni İsraildən olan pis bir qadın cavanların yanına gəlib onları aldatdı. Onlardan biri dedi: Əgər filan abid bu qadını görsə, qadın onu aldadaraq tora salar.

Qadın onların sözünü eşidərək dedi: Allaha and olsun, o abidi aldada bilməsəm heç evimə girmərəm. Qaranlıq düşüncə onun yanına gedib, qapısını döydü və ona dedi: Olar bu gecə sənin yanında qalım?

Abid imtina etdi. Qadın dedi: Bəni İsrailin bəzi cavanları mənim dalımca düşüblər. Məni evə buraxsan mənə toxuna bilməyəcəklər.Yoxsa abır-həyamı tökəcəklər.

Abid bu sözlərdən sonra qapını açdı. Evə daxil olandan sonra libaslarını çıxardı. Abid onun bədəninin gözəlliyini görüb vəsvəsəyə düşdü və qadına əlini toxundurdu. Tez özünə gəlib öz əməlindən əl çəkdi. Evdə qazanın altında ocaq qalamışdı. Ocağa yaxınlaşıb, əlini onun içinə soxdu. Qadın dedi: Sən nə edirsən? Abid dedi: Əlimi yandırıram, çunki o başıma iş açır.

Qadın evdən çıxdı. Bəni İsrailin cavanlarının yanına getdi və dedi: Abidin sorağına gedin. O, əlini yandırdı. Cavanlar abidin evinə getdilər və gördülər ki, əlinı doğrudan da yandırıb.1
391. İmam Sadiq (ə): Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır.Nə çox baxışlar ki, uzunmüddətli peşmançılığa səbəb olur.2
392. İmam Sadiq (ə): Peyğəmbər (s) qadınlara həm salam verirdi, həm də salamlarına cavab verirdi. Əmirəlmöminin (ə) isə qadınlara salam verirdi, lakin cavan qadınlarla salamlaşmaqdan heç xoşu gəlmirdi. Buyururdu: “Qorxuram ki, səsindən xoşum gələ və mükafatlanmaqdan daha çox, günaha girəm”.3
393. İsa (ə): Sənin üçün halal olmayana heyrətlə baxma. Gözlərini naməhrəmə baxmaqdan qorusan pozğunluğa düçar olmazsan. Bacarsan, naməhrəm qadının heç paltarına da baxma.4
394. İsa (ə) – Həvariyunlara belə buyurdu: Qadağan olunmuş heç şeyə baxmayın. Çünki baxmaq şəhvət toxumu əkir və cavanları fəsad işlərə yürükləyir.5

2/5
MƏZƏMMƏT OLUNMUŞ SEVGİNİN BAŞLANĞİCİ


395. İmam Əli (ə): Çox eşqlər var ki, ilk baxışla toxumu əkilmişdir!6
396. İmam Sadiq (ə) – Sevgi haqqında suala cavab verərək buyurmuşdur: Allah sevgisindən boş olan ürəyi, Allah başqa sevgilərlə doldurar.7

3/5
İSTƏKLƏRİN ARDİNCA GETMƏYİN SONU


397. Peyğəmbər (s): Nəfsani istəkləri üçün çox səy göstərənin ürəyində imanın şirinliyindən əsər-əlamət olmaz.8
398. İmam Əli (ə): Nə çoxdur, bir saatlıq həvəs ki, uzunmüddətli qəm-qüssəyə səbəb olur!1
399. İmam Əli (ə): Şəhvətin qəlbinizə hakim olmasına imkan verməyin. Çünki bu həvəs padşahlıqla başlar və çox pis nəticə ilə sona çatar.2
400. İmam Əli (ə): Şəhvət şadyanalıqla başlar, puç olmaqla bitər.3

4/5
NAMƏHRƏMLƏ TƏK QALMAĞİN TƏHLÜKƏSİ


401. Peyğəmbər (s): Allah-Təalaya və axirətə iman bəsləyən şəxs, naməhrəm qadının onun nəfəsini eşidə biləcəyi məkanda yatmamalıdır.4
402. İmam Baqir (ə): Nuh (ə) Allah-Təala dərgahına öz qövmünü qarğış etdiyi zaman, şeytan (Allah ona lənət etsin)- onun yanına gəlib dedi: Ey, Nuh! Məni üç yerdə yadına sal. Çünki mən bu üç məkanda adamlara daha yaxın vəziyyətdə oluram. Qəzəbli olduğun zaman, məni yadına sal. İki nəfərin arasında hakimlik edəndə, məni yadına sal. Bir qadınla tək qaldıqda, yəni yanınızda heç kim olmadıqda, məni yadına sal.5
403. Mən-la yəhzərhül-fəqih kitabı – Məhəmməd Təyyardan nəql edilir: Mədinə şəhərinə daxil oldum. İcarə üçün ev axtarırdım. Bir evə gəldim. Bu evin iki otağı vardı. Otaqların arasında qapı var idi. Və o evdə bir qadın yaşayırdı. Qadın dedi: Evi kirayə götürürsən?

Dedim: Mən cavan adamam, otaqları isə yalnız qapı ayırır.

Qadın dedi: Qapını bağlayaram.

Ev əşyalarımı evə gətirdim və dedim: Qapını bağla.

Qadın dedi: Qapını bağlayanda çox qorxuram. Qoy açıq qalsın.

Dedim: Xeyr. Mən də cavanam, sən də cavansan. Qapını bağla.

Qadın dedi: Mən öz otağımda olacam, sənin yanına gəlməyəcəyəm və sənə yaxınlaşmayacağam. O, qapını bağlamaqdan boyunm qaçırdı.

İmam Sadiq (ə)-ın yanına gedib bu məsələ haqqında soruşdum.

Buyurdu: “O evdən çıx. Çünki harada qadın və kişi tənha qalırlarsa, orada üçüncü (şəxs) şeytan olur”.6

5/5


CİNSİ MƏSƏLƏLƏRDƏ NAMUSLU OLMAĞİN MÜKAFATİ

404. Peyğəmbər (s): Qadın və kənizlərlə haram münasibətdə olmaq istəyən şəxs, Allah qorxusundan bu işdən vaz keçsə, Allah-Təəla (cəhənnəm) atəşini ona haram edər, qiyamət gününün qorxusundan amanda saxlayar. Allah-Təala onu behiştə daxil edər.1

405. Peyğəmbər (s): Hər kəs, zina və ya digər şəhvətli əməllər etmək üçün şərait yarandığı zaman, Allah qorxusundan o işdən əl çəksə, Allah cəhənnəm odunu ona haram edər. Qiyamət gününün qorxusundan (və nigarançılığından) onu amanda saxlar. Kitabında buyurduğu bu kəlamda vəəd olunanlardan ona əta edər:

Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn və Nəim cənnətləri) gözləyir!2 3

406. İmam Zeynəlabidin (ə): Bir kişi ailəsi ilə birlikdə dəniz səyahətinə çıxmışdı. Yolda onların gəmisi sındı və həmin kişinin arvadından başqa heç kim sağ qalmadı. Taxta parçasının üstündə (qalaraq) nicat tapan qadın üzüb bir adaya pənah apardı.

Bu adada qarət və çapovulçuluqla məşğul olan, Allahın ehtiram bəslədiyi hər bir şeyə hörmətsizlik edən bir kişi yaşayırdı. O, birdən başının üstündə həmin qadının dayandığını gördü. Kişi Bşını qadına sarı qaldırıb, soruşdu: İnsansan, yoxsa cin?

Qadın cavab verdi: İnsanam.

O, heç bir söz söyləmədən, hər kişinin öz məhrəminin kənarında əyləşdiyi tərzdə qadının yanında oturdu. O, qadına yaxınlıq etmək istədikdə, qadın pərişan oldu. Kişi ondan soruşdu: Nə üçün belə narahat nə nigaran oldun?

Qadın: Ondan (Allahdan) qorxuram - deyərək əli ilə göyə işarə etdi.

Kişi dedi: İndiyə qədər bu işlə (zina ilə) məşğul olmusan?

Qadın cavab verdi: Allahın izzətinə and olsun ki, heç vaxt belə iş görməmişəm.

Kişi dedi: Hələ mən səni məcbur etdiyim halda, sən heç bu işi görməmiş Ondan qorxursan? Allaha and olsun ki, mən səndən daha çox pərişan və qorxu içində olmağa layiqəm.

Sonra, kişi ayağa qalxdı. Heç nə etmədi və ailəsinin yanına yola düşdü. O, yalnız Allaha tövbə etmək haqqında düşünürdü.

Fikirli halda yol gedirdi ki, qarşısına bir rahib çıxdı. Günəş ikisini də bərk yandırırdı. Rahib cavan kişiyə dedi: Allahdan istə ki, üstümüzə bulud kölgə salsın. Günəş çox yandırır.

Cavan dedi: Allah yanında heç bir yaxşı işim olduğuna güman etmirəm ki, onun xatirinə Ondan nə isə istəməyə cürət edim.

Rahib dedi: Onda mən dua edim, sən də amin de.

Cavan kişi dedi: Oldu.

Rahib dua etdikcə cavan da amin deyirdi. Çox keçmədi ki, bir bulud onların üzərinə kölgə saldı. Hər ikisi bir müddət başlarının üstündə bulud kölgə saldığı halda yol getdilər. Yolları ayrıldıqda cavan bir tərəfə, rahib isə digər tərəfə üz tutdu. Bulud cavanın üstünə kölgə salmağa başladı. Rahib ona dedi: Sən məndən daha üstünsən. Buna görə ki, sənin duan qəbul oldu, amma mənim duam qəbul olmadı. Başına gələnləri mənə danış görüm, nə olub?

Cavan kişi qadınla başına gələnləri ona danışdı. Rahib dedi: Ürəyində Allah qorxusu yol açdığı üçün, günahların bağışlanıb. Diqqət et ki, həmişə belə olasan.1

6/5
İFFƏTLİ SEVƏNLƏRİN MÜKAFATİ


407. Peyğəmbər (s): Aşıq olub dünyadan köçənə qədər bunu gizli saxlayan və iffətli olan şəxs, şəhid sayılar.2
408. Peyğəmbər (s): Pak, təmiz eşqlə sevmək günahların kəffarəsidir.3
409. Peyğəmbər (s): Allah-Təala, aşiq olduqda bunu gizli saxlayıb, iffətli və səbirli olan şəxsi, bağışlayar və onu cənnətə daxil edər.4
410. Kənzul-İmam –İbn Abbas Peyğəmbər (s) dən nəql edir: Ümmətimin ən üstün şəxsləri, Allah-Təala onları bəlaya düçar etdikdə iffətli davrananlarıdır.

Dedim: Hansı bəla?

Buyurdu: Eşq!5

ALTİNCİ FƏSİL
ŞEYTANİN TƏLƏLƏRİ
411. İmam Rza (ə) - Atasından nəql edir: Şeytan, Adəm (ə)-ın zamanından İsa (ə)-ın dövrünədək peyğəmbərlərin yanına gedərək onlarala danışıb, sual soruşurmuş. O, peyğəmbərlərin arasında ən çox Yəhya bin Zəkəriyyə (ə)ilə söhbət edərmiş. Bir gün Yəhya (ə) ona dedi: “Ey, Əba Morrəh (acılıqların, kədərlərin atası)! Səndən bir şey istəyirəm”.

Şeytan dedi: Sən istəyinə rədd cavabı verilməkdən daha uca (məqama) maliksən. Hər nə istəyirsən soruş. Doğrusu, mən istəklərinə qarşı deyiləm.

Yəhya (ə) dedi: “Ey, Əba Morrəh! İnsanları azdırmaq üçün qurduğun tələləri, kələkləri mənim üçün açıqlamanı istəyirəm”.

Şeytan dedi: Böyük məmnuniyyətlə! Və sabaha qədər vədə aldı.

Səhər açıldı. Yəhya (ə) evində oturub gözləyirdi. Qapını möhkəm bağladı. Elə bu zaman qapının üzərindəki kiçik pəncərədə, sifəti meymun şəklində, bədəni donuz şəklində, gözləri və ağzı əmudi şəkildə yarılmış halda olan şeytanı gördü. Dişləri və ağzı çənəsiz, saqqalsız bir sümükdən ibarət idi. Onun dörd əli vardı: iki əli sinəsində, iki əli isə çiynində idi. Ayaqlarının dalı qabaqda, ayaq barmaqları isə dalda idi. Əynində ortadan cürbəcür rəngli xətlərə sahib kəmər bağlamış qəba var idi. Əlində böyük bir zəng var tutmuşdu. Başına qoyduğu papağın üzərindən sanki çəngələ oxşar dəmir asılmışdı. Yəhya (ə) ona baxdıqdan sonra dedi: “Bu ortadakı kəmər nə üçündür?”.

Dedi: Bu atəşpərəstliyin (zinakarların) əlamətidir. Onu mən yaratdım və onların nəzərində zinətləndirdim.

Yəhya (ə) soruşdu: “Bəs rəngli xətlərin nə mənası var?”.

Dedi: Bu qadınların rənglərinin simvoludur. Qadın rəngini dəyişir ki, camaatı bununla yolundan azdırsın.

Soruşdu: “Əlindəki bu zəng nədir?”.

Dedi: Bütün şadyanalıqların açarıdır. Məsələn: tar, ud, saz, təbil, ney və iri zurna bu qəbildəndir. Elə ki, adamlar şərab süfrəsinə otururlar, ondan ləzzət alırlar bu zəngi aralarında səsləndirirəm. Bunu eşitdikdə, mütrüb işlər onları məst edir. Bəziləri rəqs edir, bəziləri çırtma çalır, bəziləri isə paltarlarını cırırlar.

Soruşdu: “Sənin gözünü ən çox nə nurlandırır?”.

Dedi: Qadınlar. Onlar mənim tələlərim və hiylələrimdir. Əməlisalehlərin dualarını və qarğışları mənim üzərimə hücum gətirdikdə, qadınlara sarı üz tuturam və bununla sakitləşirəm.

Yəhya (ə) dedi: “Başındakı papaq nə üçündür?”.

Dedi: Onunla möminlərin dualarından qorunuram.

Yəhya (ə): “Üstündəki dəmir nə üçündür?”.

Dedi: Onunla salehlərin ürəklərini dəyişdirirəm.

Yəhya (ə) dedi: “İndiyədək mənə qaləbə çala bilmisənmi?”

Dedi: Yox. Sənin bir xüsusiyyətin xoşuma gəlir.

Yəhya (ə): “Hansı xüsusiyyətim?”.

Dedi: Sən çoxyeyənsən. İftar etdikdə çox yeyirsən. Bu da səni gecə namazından və gecələr oyaq qalmaqdan saxlayır.

Yəhya (ə) dedi: “Allahla əhd-peyman edirəm ki, bundan sonra tox oluncayana qədər yeməyəcəyəm, ta ki Allaha ibadət edə bilim”.

Şeytan dedi: Mən də Allahla əhd bağlayıram ki, Onun hüzurunda dayandığım zamana (qiyamət gününə) qədər heç bir müsəlmana nəsihət verməyəcəyəm.

Sonra o, Yəhya (ə)-ın yanından çıxıb getdi və bir daha geri dönmədi.1

YEDDİNCİ FƏSİL

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə