GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə5/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!”. 4

Hədis:
225. Allahın Peyğəmbəri: Övladın ata və ana üçün etdiyi dualar, onlara kömək etmək kimidir.5
226. Peyğəmbər (s): Üç nəfər gəzmək üçün evdən çıxdılar. Dağın başındakı mağarada ibadət etməyə başladılar. Bu vaxt böyük bir daş dağın başından düşüb mağaranın ağzını bağladı. Onlardan biri digərlərinə üzünü tutub dedi: Ey Allahın

bəndələri! Burdan çıxmaq qeyri-mümkündür. (Ona görə də, belə bir təklifim var.) Gəlin, hamımız bir-bir təmiz ürəklə Allaha qarşısında dua edək. (Günahlarımızı etiraf edərək ondan bağışlanma diləyək.) Çünki günahımıza görə, bu bəlaya düçar olduq.

Üç nəfərdən biri dedi: Ey Allahım! Sən yaxşı bilirsən ki, mən gözəl bir qadının dalınca idim, onu əldə etmək üçün çoxlu pul xərclədim. Elə ki, onu əldə edtim və yanında əyləşdim, od (cəhənnəm) yadıma düşdü. Səndən qorduğum üçün ondan uzaqlaşdım. Pərvərdigara! Bu daşı mağaranın qabağından götürməyini rica edirəm.

Bu vaxt onlar daşın parçalandığını gördülər.

İkinci nəfər dilləndi: Ey Allahım! Sən bilirsən ki, əkin üçün fəhlə işlətdim ki, onların hər birinə yarım dirhəm pul verim. Elə ki, iş vaxtı qurtardı maaşlarını verdim.

Bir gün işçılərdən biri mənə dedi: Mən iki nəfərin yerinə işlədim. And olsun Allaha, bir dirhəmdən az göturməyəcəyəm, yarım dirhəmi yanımda yerə atdı. Mən də onu toxum üçün xərclədim. Həmin torpaqdan Allah mənə çoxlu ruzi nəsib etdi.

Bir gün, o fəhlə gəlib yarım dirhəm pulunu məndən tələb etdi. Mən ona on səkkiz min dirhəm verdim. Pərvərdigara! Əgər səndən qorxduğum üçün o işi gördümsə daşı mağaranın qabağından götürməyini rica edirəm.
Elə bu vaxt daş bir az kənara çəkildi, (içəri işıq dqşdq). Hətta bir-birlərini gördülər.

Üçüncü dedi: Pərvərdigara! Sən yaxşı bilirsən ki, atam-anam yatmışdılar. Mən də onlar üçün böyük kasada süd gətirdim. Südün ağzı bağlı olmadığından qorxdum ki, içinə zəhərli cücü ya həşərat düşə bilər. Onları oyatmadım, ayılana qədər yanlarında qaldım. Pərvərdigara! Əgər mənim bu işimi bəyənibsənsə, o daşı oradan götür.

Bu vaxt daş yerindən çəkildi və yol açıldı.

Sonra Peyğəmbər (s) buyurdu: Allaha təmiz ürəklə yaxınlaşan adam, həmişə qalib olar.1

5/6


CAMAATLA ÜNSİYYƏTDƏ İNSAFA RİAYƏT
227. İmam Əli (ə): Necədə hikmətamiz və hər nəyə şamil olan sözdür bu: Özünün sevdiyin şeyləri, başqalarına da layiq bil. Özünün bəyənmədiyin şeyi, digərlərinə də layiq bilmə.2
228. İmam Əli (ə): Bir adamın nadanlığına ən böyük dəlil odur ki, özü də əməl etdiyi bir şeyi digərlərindən səhv tutur.3
229. İmam Əli (ə): Adamların ən pisi başqalarının eyiblərini axtaran, öz eybini isə görməyəndir.4
230. İmam Əli (ə)- Oğlu İmam Həsənə (ə) yazdığı məktubda: Oğlum! Nəfsini özünlə başqaları arasında bir tərəziyə qoy. Sevdiyin, istədiyin şeyi başqaları üçün də sev, istə. İstəmədiyin şeyləri onlar üçün də istəmə.1

6/6


İŞ
231. Peyğəmbər (s): Halal ruzi qazanmaq hər bir müsəlman qadın və kişiyə vacibdir.2

232. İmam Əli (ə): Çox iş görənin gücü, az iş görənin də süstlüyü və tənbəlliyi artar.3


233. İmam Sadiq (ə): Əmirəlmöminin evdən çıxdı, özü ilə xurma çəyirdəyi götürdü. Ondan soruşdular ki: Ey, Əbul Həsən! Onlar nədir?

Buyurdu: “İnşallah, xurma ağacıdır.”4

Onları əkirdi və hamısı da tuturdu.
234. əl-Kafi – Əmru Şeybanidən nəql edilir: İmam Sadiq (ə)-ı gördüm. Əlində bel, əynində də cod parçadan paltar var idi. Öz bağçasında işləyirdi, onun kürəyindən tər axırdı. Ona dedim: Sənə fəda olum! Beli mənə ver ki, sənə kömək edim.

Buyurdu: “Mən o adamı sevirəm ki, günün istisində işləyib özünün və ailəsinin yaşayışını təmin edir”.5


235. əl-Kafi – Əbdül Əəladan nəql edilir: Yayın isti günlərindən biri idi. Mədinə şəhərinin yollarından birində İmam Sadiq (ə)-ı gördüm. Dedim: Sənə, fəda olum!

Sənin Allah yanında böyük məqamın var, Peyğəmbər (s)-ə yaxın nisbətin var, (bütün qapılar üzünə açıq olduğu halda) nə üçün özünü belə gündə zəhmətə salırsan (zəhmətlə ruzi qazanırsan)?

Buyurdu: “Ey, Əbdül Əəla! Ona görə ruzi qazanıram ki, sənin kimilərə (heç
kimə) möhtac olmayım”.6
236. İmam Sadiq (ə): Ruzi qazanmaq üçün hər işdə işləməyə utanmayan adamın fikri azad olacaq, qazandığını çətinlik çəkmədən xərcləyə biləcək və ailəsi rifah içərisində yaşayacaq.7
237. əl-Kafi – Əli bin Əbu Həmzədən nəql olunur: Əbul Həsən (İmam Kazim) (ə)-ın torpaqda işlədiyini gördüm. Ayaqları tərdən islanmışdı. Dedim: Sənə fəda olum! İşçilər haradadırlar?

Buyurdu: “Ey Əli! Atamdan və məndən üstün olan şəxs də öz əlləri ilə torpaqda işləyibdir”.

Dedim: O kimdir?

Buyurdu: “Peyğəmbər (s), Əmirəlmöminin (ə) və babalarım. Onlar hamısı öz əlləri ilə torpaqda işləyiblər. Bu peyğəmbərlərin, rəsulların, onların canişinlərinin və əməli salehlərin adətidir”.2

7/6


İŞİ MÖHKƏMLƏNDİRMƏK
238. Peyğəmbər (s): Həqiqətən, Mütəal-Allah, sizlərdən işini vaxtında görən və onu möhkəmləndirən hər bir şəxsi sevir.3
239. İmam Əli (ə): İstəyirsən ki, Allahın ordusunda olasan? Allahdan qorx və işini düzgün yerinə yetir. Allah, həmişə təqvalı olanların, öz işlərini eyib və nöqsansız yerinə yetirənlərin yanındadır.4
240. İmam Sadiq (ə): Peyğəmbər (s), Səəd bin Məazın qəbrinə düşdü. Kərpicləri sahmana salaraq buyurdu: “Mənə daş verin! Gil verin!”. Kərpiclərin arasını doldururdu. Bu işi qurtarandan sonra, qəbrin üstünə torpaq tökərək, onu hamarladı. Buyurdu: “Bilirəm ki, bu bədən tezliklə çürüyəcək. Fəqət, Allah istəyir ki, bəndə hər zaman iş görsə, onu möhkəm görsün”.5

8/6
İŞDƏ MÜSTƏQİLLİK


241. əl-Kafi: İmam Sadiq (ə) buyurdu: “Başqasının yanında muzdla işləyən, öz ruzisini (qapısını) bağlamış sayılır.”

İmam Sadiq (ə)-dan olan digər bir hədisdə buyrulur: “Əgər biş kəs hər nə ələ gətirirsə, sahibkar yanında muzdla işləmək nəticəsindədir, onun necə ruzisi bağlanmasın?!”.1

9/6
CAMAATA XİDMƏTETMƏ

242. Peyğəmbər (s): Sübh yuxudan oyanıb, müsəlmanların işinə əhəmiyyət verməyən adam, müsəlman deyil.2


243. İmam Sadiq (ə) – Allah-Təalanın bu ayəsi barədə:

O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi”.3

Buyurdu: “Yəni, O kəs ki,başqaları üçün faydalı ola”.4
244. İmam Sadiq (ə): Peyğəmbər (s)-dən soruşdular: Allah nəzərində, adamların ən sevimlisi kimdir?

Buyurdu: “Adamlara fayda verən şəxs”.5


245. əl-Kafi – Cəmildən nəql olunur: İmam Sadiq (ə)-ın belə buyurduğunu eşitdim: “Möminlər, bir-birinin xidmətçiləridir”.

Soruşdum: Necə, bir-birinə xidmətçidirlər?

Buyurdu: “Bir-birinə faydaları toxunur”.6
246. İmam Sadiq (ə): İsa (ə) bir tayfanın yanından keçirdi. Səs-küy eşitdi. Soruşdu: “Nə olub?” Dedilər: Filankəsin qızı gəlin gedir. Buyurdu: “O, bu gecə öləcək”.

Səhər İsa (ə)-a dedilər: O qadın ölmədi, yaşayır.

İsa (ə) camaatla həmin qadının evinə gəldilər. Əri həyətə çıxdı. Ona dedi: “Arvadından soruş ki, dünən gecə hansı yaxşı işi görüb”.

Qadın dedi: Təkcə bir şey. Keçən cümə axşamları yanıma kasıb bir adam gəlirdi. Dünən də həmin kişi yenə gəldi və fəryad etdi (adamlardan ona kömək etmələrini istədi). Lakin heç kəs ona kömək etmədi. Kasıb kişi öz-özünə danışmağa başladı: Səsimi heç kəs eşitmir. Nə qədər ağır bir dərddir, ailəm bu gecə ac qaldı. (Belə dediyinə görə) tanınmayan surətdə ayağa qalxdım, əvvəl cümə axşamları olduğu kimi ona bir az şey verdim.

İsa (ə) buyurdu: “Yerindən qalx”. Qadın ayağa qalxdı. İsa (ə) yerdəki xalçanı qaldırdı. Onun altında zəhərli ilan vardı. İsa (ə) buyurdu: “Verdiyin ehsana görə bu bəla səndən uzaqlaşdı”.1

10/6
ƏMANƏT SAXLAMAQ


247. Peyğəmbər (s): Əmanətə xəyanət etməmək, izzət-dövlət deməkdir.2
248. İmam Sadiq (ə): Bax Əli (ə)-ın Allahın Peyğəmbərinin yanındakı məqamına! Əli (ə) düz danışan və əmanət saxlayan olduğu üçün, Peyğəmbər (s)-in yanında o böyük məqama əl tapdı.3
249. əl-Kafi – Əbdür-Rəhman bin Səyabədən nəql olunur: Atam Səyabə dünyadan köçdükdən sonra, dostumuz sayılan bir kişi bizə gəldi. Başsağlığı verəndən sonra, dedi: Atandan nəsə qalıb?

Dedim: Yox.

İçində min dirhəm olan kisəni mənə verdi və dedi: Bunu sərmayə et, düzgün qoru və bu pullardan faydalan.

Sevinərək anamın yanına getdim və onu da bu işdən xəbərdar etdim. Axşam olan kimi atamın başqa bir dostunun yanına getdim. O mənim üçün bir miqdar

“sabiri” adlanan parça aldı və mən bir mağazada işləməyə başladım. Allah-Təala mənim işləməyimə və səyimə görə çoxlu gəlirlə mükafatlandırdı. Həcc zamanı gəlib çatdı. Ürəyimə düşdü ki, Məkkəyə gedim. Anamın yanına gəlib dedim: Məkkəyə getmək istəyirəm. Anam dedi: Filankəsin pullarını özünə qaytarmamısan.

Sonra pulları həmin kişinin yanına apardım. Məni elə qarşıladı ki, elə bil bu pulları mən ona bağışlayıram (o, güman etmirdi ki, pulunu ona qaytaracağam).

Kişi dedi: Bəlkə də bu, Sənin üçün az oldu, daha çox verim?

Dedim: Həccə getmək istəyirəm. Malımın sənin yanında qalmağını istərdim.

Məkkəyə getdim. Həcc əməllərini yeinə yetirdikdən sonra, Mədinəyə qayıtdım.

Camaatla birlikdə İmam Sadiq (ə)-ı görməyə getdim. O, ümumi söhbətlər edirdi. Mənim yaşım az olduğuna görə lap arxada oturmuşdum. Adamlar sual verirdilər və o cavab verirdi. Camaat azaldıqda İmam (ə) məni işarə ilə çağırdı. Yaxına getdim. Mənə buyurdu: “Bir diləyin varmı?”

Dedim: Canım sənə fəda olsun! Mən Səyabənin oğlu Əbdür-Rəhmanam.

Buyurdu: “Atan nə işlə məşğuldur?”

Dedim: Atam dünyadan köçüb.

İmam (ə) mənə başsağlığı verib, atamın ruhuna rəhmət oxudu. Sonra mənə buyurdu: “Atandan sənə mal qalıb?”

Dedim: Xeyr.

Buyurdu: “Bəs, Həccə necə gəldin?”

Atamın dostu olan kişinin əhvalatını danışdım, sözümü qurtarmamışdım ki, buyurdu: “Min dirhəmi nə etdin?”

Dedim: Həmin kişiyə qaytardım.

Mənə buyurdu: “Afərin!”.

Sonra əlavə edərək buyurdu: “Sənə tövsiyə edə bilərəm?”

Dedim: Bəli, sənə canım fəda olsun!

Buyurdu: “Həmişə əmanət saxlayan ol və düz danış, belə olan halda camaatın malına şərik ol” deyərək, (bu mətləbin ciddi olmasını başa salmaq üçün) barmağlarını yığdı.

Həmin nəsihəti həmişə yadımda saxladım. (Bir gün o qədər sərvət qazandım ki,) üç yüz min dirhəm zəkat verdim.1
250. İmam Baqir (ə): Allah-Təala, üç şeyi tərk etməyi heç kəsə icazə vermir: İstər yaxşı olsun və istər pis adam olsun ona əmanətdə xəyanət etməyi; bir kəsin əhdinə sadiq qalmağı istər yaxşı adam olsun, istər pis olsun; ata-anaya yaxşılıq etməyi, istər yaxşı olsunlar, istərsə də pis.2

11/6
BƏZƏNMƏ


251. Peyğəmbər (s): Allah, gözəldir və gözəlliyi sevir.3
252. Peyğəmbər (s): Gözəl saç, Allah-Təalanın insana bəxş etdiyi örtükdür. O gözəl saçı əzizləyin.4
253. Peyğəmbər (s): Saçlarını uzadandan şəxs, sonra ona yaxşı qayğı göstərə bilməsə, saçlarını qısaldsın.5
254. Peyğəmbər (s): Kişilərə buyurdu: “Dırnaqlarınızı qısa saxlayın”. Qadınlara buyurdu: “Dırnaqlarınızı uzadın, çünki bu qadına gözəllik verir”.6
255. İmam Əli (ə): Sizlərdən hər biriniz müsəlman qardaşınız üçün özünüzə bəzək və zinət verin. Necə ki, (hər bir insan) özgələri üçün bəzənib, onların yanında gözəl görünməyi sevir.1
256. İmam Baqir (ə): Qadına bəzəksiz gəzmək yaraşmır, bu ona layiq olmayan hərəkətdir. Ən azı boyunbağı taxmalıdır.2
257. İmam Sadiq (ə): Gözəl libasla özünü bəzə, Allah gözəldir və gözəlliyi sevir, bir şərtlə ki, hər şey halallıqla olsun.3
258. əl-Kafi – Həkəm bin Ütəybdən nəql olunur: İmam Baqir (ə)-ın yanına getdim. Onun əynində zərif libas vardı, bəzənmişdi. Çiynindəki əbanın rəngi o qədər gözəl idi ki, gözəlliyi çiynində həkk olub qalmışdı. Mən onu evinə və gözəlliyinə (bəzənmiş halına) baxırdım.

Buyurdu: “Ey, Həkəm! Bu haqda nə deyirsən?”.

Dedim: Sizin belə geyinməyiniz haqda nə deyə bilərəm? Əgər bizim nəzərimizlə baxsaq, yeniyetmələrin geyiminə bənzəyir.

Buyurdu: “Ey Həkəm! Allahın Öz bəndələri üçün yaratdığı (zahirə çıxartdığı) zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?4 Bu, Allahın halal buyurduğu əməllərdəndir. Gördüyün bu ev həyat yoldaşımın evidir və mən onunla təzə evlənmişəm. Mənim evim sənin tanıdığın evdir”.5

12/6
XOŞ ƏXLAQLİ OLMAQ
259. Peyğəmbər (s): Həqiqətən, seçilmişəm ki, əxlaqi dəyərlərinizi kamilləşdirim (alicənablıq həddinə çatdırım).6
260. Peyğəmbər (s): Həqiqətən, seçilmişəm ki, yaxşı əxlaqı kamilləşdirim.7
261. Peyğəmbər (s): Sübhan Allah, özü və bəndələri arasında əlaqə yaratmaq üçün əxlaqi dəyərləri vasitə qərar vermişdır. Kifayətdir ki, sizlərdən hər biriniz öz
əxlaq və xasiyyətinizlə Allahla əlaqə yaradıb, ondan möhkəm yapışasınız.8
262. İmam Əli (ə): Fərz edin ki, heç kimə savab və cəza veriləyəcək. Görəsən, o zaman alicənablığı tərk edəcəksiniz?!1
263. İmam Əli (ə): Xoşəxlaq, insanın hörmətə layiq əsil-nəcabətinin olduğunu göstərir.2
264. İmam Əli (ə): Xoşəxlaqlılıqda ruzi xəzinələri gizlənib.3
265. İmam Əli (ə): Camaatın ən çox sevinən, həyatından razı olan insanı, xoşəxlaqlı insandır.4
266. İmam Əli (ə): Sizin aranızda imanı ən kamil şəxs, ən yaxşı əxlaqa sahib olan adamdır.5
267. İmam Sadiq (ə): Xoşəxlaq dindarlığın bir hissəsi sayılır və ruzini artırır.6
268. İmam Sadiq (ə): Vərəqə bin Nofəl,7 Xuvəylidin qızı Xədicənin (s) evinə gələndə, həmişə ona tapşırarmış: ... Xoşəxlaqlı cavan , yaxşılıqların açarı və pisliklərin qıfılı sayılır, bədəxlaq cavan yaxşılıqların qıfılı və pisliklərin açarı sayılır.8
269. əl-Kafi – Hüseyn bin Ətiyyədən nəql olunur: İmam Sadiq (ə) buyurdu:

“Əxlaqi kəramətlər ondur. Onları özündə tətbiq et. Mümkündir ki, bu xislətlər kişi də olsun, övladında olmasın; yaxud övladda olsun, atasında olmasın; yaxud qulda olsun, azad adamda olmasın”.

Dedim: Bu xislətlər hansılardır?

Buyurdu: “Döyüşdə sədaqət, düz danışmaq, əmanət saxlamaq, qohumluq əlaqəsi, qonaqpərvərlik, yoxsulu yedizdirmək, yaxşılıqların əvəzini vermək, qonşunun haqqını tapdalamamaq, dostunu zərərdən qorumaq, onlardan ən üstün cəhət isə həyalı olmaqdır”.9


270. Bəharül-ənvar – Həsən bin Məhəmməd öz cəddindən və o da İmam Kazim (ə)-ın bir neçə nəfər köməkçilərindən nəql edir: Ömər bin Xəttabın nəslindən olan bir kişi, Mədinədə İmam Kazim (ə)-a əziyyət verirdi. Onu nə vaxt görürdü, Əli (ə)-ı söyürdü. İmam Kazim (ə)-ın ətrafındakılardan bəziləri ona deyirdi: İcazə ver bu pis adamı öldürək.

İmam Kazim (ə) onları bu işdən çəkindirdi və onlara mane oldu. Söyüş söyən kişinin yerini sorağlaşdı, dedilər ki, Mədinənin filan məntəqəsində əkinçiliklə məşğul olur.

İmam (ə), ulağa minib yola düşdü. Onu tarlada tapdı və ulaqla tarlaya daxil oldu. Kişi fəryad etdi: Bizim əkdiklərimizi tapdalama!

İmam (ə) əkin yerindən ulağı ilə kişiyə tərəf gedib lap yaxınlığında dayandı. Sonra ulaqdan düşüb ayaqla gedib kişinin yanında oturdu. Onunla hal-əhval etdi və ona buyurdu: “Nə qədər əkininə ziyan vurdum?”.

Dedi: Yüz dinar həcmində.

Buyurdu: “Sən nə qədər məhsul əldə etməyə ümidvarsan?”.

Dedi: Qeyb aləmindən heç nə deyə bilmərəm.

Buyurdu: “Mən dedim nə qədər ümidin var?”.

Dedi: Ümid edirəm ki, iki yüz dinarlıq məhsul əldə edərəm.

İmam Kazim (ə) içində üç yüz dinar olan kisəni ona verib, buyurdu: “Sənin əkinin yerində qalacaq. Allah, ümid bağladığın miqdarda sənin ruzini verəcək.”

Kişi ayağa qalxıb İmamın başından öpdü. Ondan təqsirindən keçməyi xahiş elədi. İmam (ə) gülümsədi və çıxıb getdi.

İmam Kazim (ə) məscidə getdi və gördü ki, söyüş söyən kişi məsciddə oturub. Elə ki, İmamı (ə) gördü, dedi: Allah bilir, risalətini harada qərar versin!

İmam Kazim (ə)-ın köməkçıləri tez həmin kişiyə tərəf getdilər. Ona dedilər: Nə əhvalat baş verib? Sənə nə olub, bu günə kimi başqa cür danışırdın?!

Kişi dedi: “İndi nə dediyimi eşitdiz” və İmam Kazim (ə)-a dua etməyə başladı. İmamın (ə) köməkçıləri ilə kişinin söhbəti davam edirdi. İmam Kazim (ə) evinə qayıdanda yanındakı köməkçılərə ki, (ondan qabaq) kişini öldürmək istəyirdilər, buyurdu: “Sizin etmək istədiyiniz iş daha yaxşı idi, yoxsa mənim etdiyim iş? Mən bir miqdar pulla onu islah etdim və onun şərrindən amanda olduq”.1

13/6
İFFƏT
271. Peyğəmbər (s): Ey Qüreyşın cavanları! Paklığı özünüzə peşə seçin. Bilin ki, şəhvətdən özünü qoruyan behiştlikdir.2
272. İmam Əli (ə): Allah, bəndənin xeyirli olmağını istəyəndə onu qarın və şəhvət dalınca getməkdən çəkindirir.3
273. İmam Əli (ə): Allah yolunda vuruşaraq şəhid olanın mükafatı və əcri, pak insanın mükafatından böyük deyil. İffətlili insan, demək olar ki, mələklərdən biridir.1
274. İmam Əli (ə): Pak və iffətli olmaq, şəhvəti və ehtirası süstləşdirir.2
275. İmam Əli (ə): Ən gözəl zəkat, iffətdir.3
276. İmam Əli (ə): İffət, nəfsi təhlükəsiz hala salır və onu rəzil olmağa qoymur.4
277. İmam Əli (ə): İffət, bütün yaxşılıqların təməlidir.5
278. İmam Əli (ə): Pak və iffətli fəhlə, şəhvətpərəst varlıdan üstündür.6

16/6
İSMƏTLİ BAXİŞ


279. Peyğəmbər (s): Hər bir müsəlman kişi, ilk baxışda gözəl qadın gördükdə tez gözünü çəksə, (ikinci dəfə ona baxmasa,) Allah həmin kişiyə bir ibadət (qüdrəti) əta edər ki, şirinliyini dadsın.7
280. İmam Əli (ə): Baxışları təmiz olanın xasiyyəti də yaxşı olar.8
281. İmam Əli (ə): (Naməhrəmləri gördükdə) Gözünü aşağı dikmək, mərd kişilərin əlamətidir.9
282. İmam Əli (ə): Üç şey mərd kişiyə aid olan əlamətlərdir: (Naməhrəmlə qarşılaşdıqda) gözünü aşağı dikmək, bərkdən danışmamaq, yol gedərkən (həyatda) normanı gözləmək.10
283. İmam Əli (ə): Əgər sizlərdən biri bayırda, xoşunuza gələn gözəl qadın gördükdə tez arvadınızın yanına getsin. Çünki elə arvadınında, gördüyündə olanlar var. Bu yolla şeytanı özünə yaxın buraxmasın. Əgər arvadı yoxdursa, iki rikət namaz qılsın. Allaha çoxlu şükr edərək Peyğəmbər (s)-a və Əhlı-beytə (ə) salam göndərsin. Allah-Təalanın dərgahından arzularını istəsin. Həqiqətən, Allah mərhəmətli və mehriban olduğu üçün, ona ehtiyacını və istədiyini əta edəcək.1
284. İmam Əli (ə) – İmam (ə) köməkçiləri ilə oturarkən yanlarından gözəl bir qadın keçdi və onlar qadına heyrətlə baxdılar-: Bizlərdən biri xoşa gələn qadın gördükdə öz arvadının yanına getsin, çünki öz arvadı elə gördüyü qadın kimi, qadındır.2
285. İmam Sadiq (ə): Naməhrəmə baxmaq, şeytanın zəhərli oxlarındandır. Kim, Allah xatir belə baxmaqdan özünü qorusa, Allah-Təala ona elə iman bəxş edər ki, onun ləzzətini dadar.3

15/6



ÖRTÜLMƏ

Quran:
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! “4
Hədis:
286. İmam Baqir (ə): Ənsardan olan cavan oğlan, Mədinədə bir qadınla üzbəüz çıxdı. O zaman qadınlar başılarını (örtüklərini) qulaqlarının arxasından bağlayırdılar. Qadın ona tərəf gələndə oğlan qadına baxmağa başladı. Qadın onun yanından gəlib keçdi və oğlan qadının arxasınca bəni filan (küçənin adı naməlumdur) küçəyə daxil oldu ki, hələ də dönüb, dalınca baxırdı. Sifəti divardakı şüşəyə, ya sümüyə bərk dəydi, parçalandı. Qadın çıxıb gedəndən sonra, gördü ki, üstü-başı qan içindədir. Öz-özünə dedi: Allaha and olsun, Peyğəmbər (s)-ın yanına gedib başıma gələnləri ona danışacağam. O Peyğəmbər (s)-ın yanına gəldi. Peyğəmbər (s) onu bu vəziyyətdə görüb soruşdu: “Nə üçün bu haldasan?”

Cavan olan hadisəni danışdı. Elə bu vaxt Cəbrayil (ə) nazil oldu və bu ayəni gətirdi: “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!”1. 2


287. Peyğəmbər (s): Allah, kişi görkəmində olan (geyim və formada) qadınlara, lənət etsin; Allah, qadın görkəmində olan kişilərə (örtük və geyimdə), lənət etsin.3
288. İmam Əli (ə): Tutqun və yağışlı bir gün idi. Peyğəmbər (s)-la Bəqidə oturmuşduq. Bu vaxt bir qadın ulağın üstündə yanımızdan keçdi. Ulağın ayağı çalaya düşdü və qadın ulaqdan yerə yıxıldı. Peyğəmbər (s) üzünü çevirdi. Peyğəmbərin (s) köməkçiləri dedilər: Ey Allahın Peyğəmbəri! Qadın şalvar geyib (ayaqları görsənmədi).

Buyurdu: “Ey Allahım! Bu qadının şalvar geydiyinə (ayaqlarını örtdüyünə) görə, (başqa günahlarını da) bağışla!”. Üç dəfə bu duanı təkrar etdi. Sonra buyurdu:”Ey, camaat! Əyninizə şalvar geyin. Şalvar bədəni

daha yaxşı örtür. Evdən bayıra çıxan qadınlar, (altdan şalvar geyindikdə) təhlükədən üzaq olurlar”. 4
289. İmam Əli (ə): Axirüz-zamanda və qiyamətin yaxınlaşdığı bir vaxtda (ən pis zamanda), qadınlar açıq və çılpaq şəkildə gəzəcəklər. Onlar dindən uzaqlaşacaqlar və fitnə-fəsadla məşğul olacaqlar. Şəhvətə meyl göstərəcək, daim çalçağırla gün keçirmək və başqa ləzzətlərdən istifadə etmək üçün həvəs göstərəcəklər. (Qadağan olunmuş) haramları halal kimi sayılacaqlar. Onlar əbədi olaraq cəhənnəmdə qalacaqlar.5

16/6
EVLƏNMƏ



A. Cavanların evlənməsi üçün tapşırıq
290. Peyğəmbər (s): Lap cavan yaşda evlənəndə şeytan fəryad edərək deyir: “Vay mənim halıma! Vay mənim halıma! O dininin üçdə ikisini mənim hücüm çəkməyimdən qorudu”. Beləliklə də, üçdə bir hissəni isə, bəndə ilahi təqvaya sərf etməlidir.6
291. Peyğəmbər (s): Ey cavanlar! Evlənin, əgər evlənə bilmirsinizsə oruc tutun. Çünki oruc şəhvətin qarşısını alır.7
292. Peyğəmbər (s): Ey cavan! Evlən, zinadan çəkin; çünki zina imanı ürəkdən çıxarır.2
293. İmam Sadiq (ə): Peyğəmbərin (s) yanına ənsardan olan cavan bir oğlan gəldi. Öz ehtiyaclarından şikayətləndi. Peyğəmbər (s) ona dedi: “Evlən!”

Cavan dedi: Peyğəmbər (s)-ın yanına yenidən qayıtmağa xəcalət çəkirəm. ( Axı əlim boş olduğu halda necə evlənim?).

O vaxt ənsardan olan bir kişi ona dedi: Mənim gözəl qızım var.

Kişi qızını onunla evləndirdi. Ondan sonra Allah-Təala onun həyatda sevincini və dövlətini artıdı. Cavan Peyğəmbər (s)-ın yanına gəldi və əhvalatı danışdı. O zaman Peyğəmbər (s) buyurdu:”Ey, cavanlar! Evlənməyi sizə təkid edirəm.”3


294. Peyğəmbər (s): Əgər yanınıza əxlaqını və dinini bəyəndiyiniz bir kəs gəlsə, onu evləndirin: “Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər) 4.5
295. Peyğəmbər (s): Mən, Zeyd və Miqdadı evləndirdim, ta biləsiz ki, Allah yanında sizlərdən ən hörmətlisi, xoşəxlaqlı olanlardır.6
296. İmam Baqir (ə) – Ondan evlənmək barəsində soruşduqda belə cavab verdi: Sizin yanınıza əmanətdar və dindarlığını bəyəndiyiniz adam elçıliyə gəlirsə, ona razılıq verin: “Əgər siz bunları (sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).”7

297. Məkarimul-əxlaq: İmam Həsən (ə)-ın yanına bir kişi gəlib qızının ərə getməsi barədə məsləhətləşmək istədi. İmam (ə) buyurdu: “Onu dindar adama ərə ver. Çünki belə kişi arvadını çox istəsə-sevsə, ona hörmət edər. Əgər arvadından xoşu gəlməsə, yenə də ona zülm etməz”.8


C. Ləyaqətli qadın
298. Peyğəmbər (s): Gənc Qızlarla evlənin, çünki gənc yaşda olan qızlar xoşəxlaq olurlar.9

299. Peyğəmbər (s): Bu dörd xüsusiyyətə görə qadınlarla evlənirlər: sərvət, dindarlıq, gözəllik və əsil-nəcabət. Sən isə dindarı seç.1 (Onlardan ən üstün cəhət, qadının dindarlığıdır!).


300. Peyğəmbər (s): Qadının təkcə gözəlliyinə görə evlənən, heç bir məqsədinə çatmayacaq. Təkcə sərvətə görə evlənəni, Allah onu özbaşına duraxar. Belə olduğuna görə, dindar qadınla evlənin.2

301. Peyğəmbər (s): Qadınla halal sərvətinə görə evlənən adamın əgər məqsədi qürurlanmaq və riyakarlıq olsa, Allah, onun zəlilliklərindən və rüsvayçılıqlarından savayı heç bir şeyini artırmaz.3


302. Peyğəmbər (s): Əsil-nəcabətli ailədən qız alın, çünki bu (kübarlıq onun həyatı boyu) öz təsirini göstərəcəkdir.4
303. Peyğəmbər (s): Uşaqlarınız üçün layiqli ana seçin; çünki qadın öz bacı və qardaşlarına oxşar övlad dünyaya gətirəcəkdir.5
D. Qohumla evlənmə
304. Peyğəmbər (s): Özgə ilə evlənin (qohumla evlənməyin), yoxsa uşaqlarınız zəif (arıq və taqətsiz) doğular.6
305. Peyğəmbər (s): Çox yaxın qohumla evlənməyin, çünki övladlarınız zəif doğular.

17/6
HƏYA


306. Peyğəmbər (s): Peyğəmbərlərin ibrətamiz kəlamlarından camaatın arasında qalan (istifadə edilən), təkcə bu cümlədir: “Əgər abır-həyan yoxdursa, nə istəyirsənsə elə”.7


307. Peyğəmbər (s): Həya, tamam şəkildə xeyirdir.8
308. İmam Əli (ə): Həya, insanları gözəlliklərə aparan vasitədir.1
309. İmam Əli (ə): Həya, gözəl əxlaqdır.2
310. İmam Əli (ə): Həya, bütün yaxşılıqların açarıdır.3
311. İmam Əli (ə): Həya, insanı pis işlərdən saxlayır.4
312. İmam Sadiq (ə): Həya on hissədən ibarətdir: Doqquzu qadınlarda, biri isə kişilərdədir.5

18/6
YERSİZ UTANCAQLIQDAN ÇƏKİNMƏK


313. Peyğəmbər (s): Həya iki növdür: Ağıllı şəkildə utanmaq və axmaqlıq edərək utanmaq. Ağıllı həya etmək bilikli olmaqdan, axmaqcasına həya etmək isə nadanlıqdan irəli gəlir.6
314. İmam Əli (ə): Üç şeydən utanma: qonaq qəbul etməkdən, atanın və müəlliminin qarşısında ayağa qalxmaqdan, haqqını tələb etməkdən, hətta az da olsa.7
315. İmam Əli (ə): Haqqı deməkdən utanan, axmaqdır.8
316. İmam Sadiq (ə): Həya iki növdür: Bəzən bacarıqsızlıq sayılır, və bəzən də qüvvət, islam və iman.9
317. İmam Sadiq (ə): Xəcalət çəkənin, biliyi az olar.10

19/6
VÜQAR


318. Peyğəmbər (s): Siz cavanların ən üstünü özünü yaşlı insanlar kimi vüqarlı aparandır. Yaşlıların ən pisi isə özünü cavan kimi aparandir.1
319. Peyğəmbər (s): Allah-Təala, 20 yaşlı cavanın özünü 80 yaşlı kişi kimi aparmağını bəyənir və düşməndir o şəxslə ki, 60 yaşı var özünü 20 yaşlı cavan kimi aparır.2
320. Peyğəmbər (s): Allah-Təala, yüngüllük etməyən cavanlardan xoşu gəlir.3
321. İmam Sadiq (ə): Cavanların ən yaxşısı özünü yaşlı (ağır) adam kimi aparandır, yaşlıların ən pisi isə özünü cavan kimi aparandır (yaşına uyğun rəftar etməyəndir). 4

20/6
UZAQGÖRƏNLİK


322. İmam Sadiq (ə): Peyğəmbər (s)-in yanına bir kişi gəldi və dedi: Ey Allahın Peyğəmbəri! Mənə tövsiyələrini ver.

Peyğəmbər (s) ona buyurdu: “Nəsihət qəbul edənsən, sənə tövsiyələrimi verim?

Bu sözləri üç dəfə təkrar etdi və hər dəfə də kişi belə cavab verdi: Bəli, ey Allahın Peyğəmbəri!

Peyğəmbər (s) ona belə buyurdu: “Sənə tövsiyə edirəm, Bir iş görməyə qərar verirsənsə, onun axırını fikirləş. Əgər axırı xeyirli və yaxşıdırsa onu yerinə yetir. Yox, əgər yolunu aza bilərsənsə, o işdən imtina et”.5


323. İmam Əli (ə): İşi başlamamışdan axırını fikirləşmək, sonrakı peşmançılığın qabağını alır.6
324. İmam Əli (ə): İşə başlamamış fikirləş, elə iş et ki, sonunda danlanmayasan.7
325. İmam Əli (ə): Kişilərin arasında ən ağıllı adam o kəsdir ki, işin sonunu
fikirləşir.1
326. İmam Həsən (ə) – Atası ondan soruşanda ki, səncə uzaqgörənlik nədir? Belə cavablandırdı: Fürsəti gözləyəsən, bacardığın işə tələsəsən.2

327. İmam Sadiq (ə): Qərar verib, sonra peşman olmadan, hər bir işin barəsində dərindən fikirləşmək lazımdır, əvvəlindən sonuna kimi.3


21/6
UZAQGÖRƏN ADAMLARLA MƏSLƏHƏTLƏŞMƏK
328. İmam Baqir (ə): Peyğəmbərdən soruşdular: Uzaqgörənlik nədir?

Buyurdu: “Uzaqgörənlərlə məsləhətləşmək və dediklərinin ardınca getmək”.4


329. İmam Əli (ə): Məsləhətləşməkdən möhkəm arxa (zəmanət) yoxdur.5
330. İmam Kazim (ə): Məsləhət eləyən, düzgün qərar verəndə işi təriflənir, səhv edəndə isə üzrü qəbul olunur.6

22/6
AZADLIQ


331. İmam Əli (ə): Digər bəndələrə qul olma ki, Allah səni azad yaratmışdı.7
332. İmam Əli (ə): Şəhvəti tərk edən, özünü azad eləmişdir.8
333. İmam Əli (ə): Həya və iffət imanın əlamətlərindəndir və bu iki xüsusiyyət azad insanların təbiəti və yaxşıların adətidir.9
334. İmam Sadiq (ə): İnsanda olan bu beş xüsusiyyətin biri olmasa, bir o qədər də faydalı olmaz: Birincisi, sədaqətli olmaq; ikincisi, aqibəti fikirləşmək; üçüncüsü həya; dördüncüsü, xoşəxlaqlı olmaq; beşincisi, azadlıq. Axırıncı xasiyyətdə beşi də cəmlənmişdir.10

23/6
ÜZR-Ü QƏBULETMƏ


335. İmam Əli (ə): Qardaşının üzrünü qəbul et, əgər üzrü yoxdursa, onu üzrlü kimi qəbul et.1
336. İmam Əli (ə) – Məhəmməd bin Hənəfiyəyə etdiyi tövsiyələrdən: Şübhələndiyin üçün qardaşından ayrılma (şübhələrini sındır). Dərdin bilmədən (nəzakətsizlik edib) ondan ayrılma. Bəlkə də onun üzrü var, sənsə elə onu danlayırsan.2
337. İmam Kazim (ə): Atam əlimdən tutdu və buyurdu: “Oğlum! Atam Məhəmməd ibn Əli (ə) (İmam Baqir (ə)) əlimdən tutdu necə ki, mən sənin əlindən tutmuşam və buyurdu: "Atam Əli ibn Hüseyn (ə) (İmam Səccad (ə)) əlimdən tutdu və buyurdu:" “Övladım! Kim səndən yaxşı iş görməyini xahiş etsə, yerinə yetir. Ona layiq işdirsə, işi onun yerinə görmisən. Əgər ona layiq iş deyilsə, sənə yaraşanı etmisən. Kimsə səni sağ tərəfində söysə (səni biabır etsə), sonra sol tərəfinə keçib, səndən üzr istəsə, üzrünü qəbul et”. 3
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə