GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə4/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

HALAL ŞƏNLİKLƏR VƏ BƏDƏNİN QÜVVƏTLƏNDİRİLMƏSİ

1/5
BƏDƏNİN QÜVVƏTLƏNDİRİLMƏSİNDƏ TƏRİF


Quran:
(İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu119 sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” -deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!” 1

Ey Yəhya! Kitabdan bərk yapış! (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik. 2


Hədis:
163. Bəharül-ənvar – İshaq bin Əmmardan nəql edir: İmam Sadiq (ə)-dan bu ayələr barəsində soruşdum:

Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun”.3

Bu ayədə deyilən möhkəmlik cismə aiddir, yoxsa ruha?

Buyurdu: ”Hər ikisinə”.4


164. Peyğəmbər (s): Xoş o kəsin halına ki, islamı qəbul edib, həyatı, yaşayışı lazımı miqdardadır, özü də güclü və möhkəmdir.5
165. Allahın Rəsulu (s): Qüvvətli mömin Allah yanında, qüvvətsiz mömindən daha üstündür. Hər yaxşı işdə belədir.6
166. Peyğəmbər (s) – İbrahim (ə)-ın səhifələrinin təlimində -: Aqil, nə qədər ki, ağlı və hafizəsi möhkəmdir vaxtını belə keçirməlidir: Zamanının bir hissəsini Allaha ibadətlə, raz-niyazla keçirməlidir. Zamanının bir başqa hissəsini özünü nəyə həsr elədiyini götür-qoy etməlidir. Zamanından digər bir hissəni Allah-Təalanın yaratdıqları haqda fikirləşməlidir. Zamanından bir hissəsini də icazə verilmiş şənliklərdə bəhrələnmək üçün sərf etməlidir. Bu zamanlardan bəhrələnmək həm ürəyi sakitləşdirir, həm də rahatlandırır.7
167. Peyğəmbər (s): Aqil, nə qədər ki, ağlı və hafizəsi möhkəmdir vaxtını dörd hissəyə bölməlidir: Zamanının bir hissəsini Allaha raz-niyazla keçirməlidir. Zamanının bir başqa hissəsini özünü nəyə həsr elədiyini götür-qoy etməlidir. Zamanından digər bir hissəni, zamanının alim və mütəfəkkirlərin yanında keçirməlidir ki, dini işlərdə onun gözünü açsınlar və məsləhət versinlər. Zamanının bir başqa hissəsində də dünyanın halal və gözəl şənliklərdə keçirsin (ki, gözəlliklərindən zövq ala bilsin).1
168. İmam Əli (ə): Pərvərdigara, Pərvərdigara! Mənim bədənimi sənə xidmət etmək üçün qüvvətli et və daxilimdəki qərar vermək hissini gücləndir.2
169. İmam Əli (ə): Möminin (ona yaraşan) günü üç zamana bölünməlidir: Allaha ibadət və raz-niyaz etmək vaxtı, yaşamaq üçün vəsait qazanmaq vaxtı, gözəl və halal şənliklərlə keçirmək vaxtı.3
170. İmam Sadiq (ə): Ali Davudun (ə) hikmətində belə deyilirdi: Müsəlman aqilə yaraşan budur ki, zamanının bir hissəsini Allahla yaxın olmaq üçün edilən əməllərə ayırsın, zamanının bir hissəsini dindar dostları ilə görüşə və onlarla axirət barəsində söhbət etməyə ayırsın. Zamanının digər bir hissəsində də halal şənliklərə həsr etməlidir ki, digər vaxtdakı işlərini etmək üçün dincəlsin.4
171. İmam Kazim (ə): Çalışın ki, zamanınızı dörd hissəyə böləsiniz: Zamanınızın bir hissəsini Allaha ibadət etmək üçün, bir hissəsini yaşayışınızı təmin etmək üçün, digər bir hissəsini də mömin-sədaqətli qardaşlarınız ilə görüşmək üçün ayırın ki, onlar eyiblərinizi sizə başa salsınlar və sizə bu yolda gizlicə kömək etsinlər. Zamanınızın başqa bir hissəsində də, halal şənliklərdə sərf etmək üçün bəhrələnin.5
2/5
ŞADLIQ YARADAN SƏBƏBLƏR
172. Peyğəmbər (s): Üç şey insana şadlıq gətirir: Xoş ətir, yumşaq geyim, bal yemək.6
173. Peyğəmbər (s): Xoş ətir adamı şənlədirir. Bal yemək bədənə şadlıq gətirir. Yaşıllığa baxmaq sevindirir. Ata minmək şənlik yaradır.7
174. İmam Əli (ə): Xoş ətir şadlandırır. Bal yemək bədənə şadlıq gətirir. Minik şadlıq verir. Yaşıllığa baxmaq sevindirir.1
175. İmam Baqir (ə): Bəni İsrail tayfaları arasında alim və varlı bir kişi var idi. Onun nəcib olan həyat yoldaşından bir oğlu vardı. Sifət cizgiləri ona oxşar idi.Pis arvaddan olan iki oğlu da var idi. Elə ki, kişinin ölümü yaxınlaşdı, oğlanlarını yanına çağırıb dedi: Mənim sərvətim sizlərdən biri üçündür.

Elə ki, kişi dünyadan köçdü, ən böyük oğul dedi: “O bir nəfər mənəm (sərvət mənim üçündür”.

Ortancıl oğul dedi: “O bir nəfər mənəm”.

Kiçik oğul dedi: “O bir nəfər mənəm”.

(Bu mübahisə yuxarılara qədər gedib çıxdığına görə), onlar şəhər qazisinin yanına şikayətə getdilər. Qazi dedi: “Mən bu barədə heç nə deyə bilmərəm.” Orada ataları coban olan üç qardaşın yanına gedin. Onlar həmin qardaşlardan birinin yanına gəldikdə, qoca bir kişi ilə üzləşdilər. Qoca onlara dedi: Gəlin sizi qardaşımın yanına aparım. O məndən böyükdür, ondan bu məsələni soruşub öyrənərik.

Elə bu vaxt o, içəri daxil oldu. Bu ortayaşlı bir kişi idi. O dedi: Böyük qardaşımdan soruşarıq. (İkinci qardaşdan ayrılıb) üçüncüsünün yanına getdilər. Bu kişi isə cavan idi. (Çobanın oğulları məəttəl qalınmalı vəziyyətdə idilər. Çünki cavan yaşda olanı qoca görünürdü, böyük yaşda olanı cavan görünürdü.) Bəni İsrail tayfasından olan kişinin oğulları cobanın böyük oğlundan ilk öncə öz vəziyyətlərini anlatmağı, sonra onların suallarına cavab vermələrini istədilər. Cobanın böyük oğlu dedi: Bayaq ən birinci gördüyünüz qoca görünən ən kiçik qardaşımızdır. Onun çox pis və nalayiq arvadı var, ona həmişə pislik edir. Qardaşım da bu pisliklərin qarşısında həmişə səbr edir, məbada böyük dərdə və əlacsızlığa düşməsin. Onu arvadı qocaltdı. İkinci qardaşımın arvadı isə ona qarşı gah yaxşıdır, gah pis. Ona görə də, nə cavan kimi cavan, nə də qoca kimi qoca görünür. Mənim isə arvadım həmişə məni sevindirir. Mən ondan heç vaxt pislik görməmişəm. Ona görə də cavan və möhkəm qalmışam. Sizin məsələdə isə atanızın vəsiyyətini düzgün yerinə yetirmək üçün birinizi seçmək lazımdır. Birincisi qəbir qazılıb sümüklər çıxarılmalıdır, sonra onu yandırmalısınız. Onları mənim yanıma gətirəndən sonra, mən sizin aranızda höküm kəsim. Qardaşlar getdilər. Ən kiçik qardaş atasının qılıncını götürdü. O biri iki qardaş isə külüng götürdülər.Qəbri qazmaq vaxtı gəlib çatdı. Kiçik qardaş dedi: Qəbri qazmayın. Mən öz payımı sizə verirəm.

Qardaşlar qazinin yanına gəldilər. (Qazi dedi:) Bu sizə kifayətdir. Sərvəti mənim yanıma gətirin. Sərvət gətiriləndən sonra, kiçik qardaşa dedi ki, sərvəti sən götürməlisən.

Sonra dedi: Əgər bu iki qardaş o kişinin oğlanları olsaydı, (qəbir qzıldığı zaman) kiçik qardaşları kimi narahat olardılar.2


176. İmam Sadiq (ə): On şey şadlıq gətirir: Piyada gəzmək, minik, suya girmək, yaşıllığı seyr etmək, yemək-içmək, gözəl qadına baxmaq,1 qadınla bir yataqda yatmaq, diş fırçalamaq, hamamda və ya digər yerdə başını gül suyu ilə yumaq, (yaşlı-müdrik) kişilərlə söhbət etmək.2
177. əl-Fiqhül-mənsub iləl-İmam Rza (ə): Bədənin gücünü artıran vasitələrdən biri də masajdır. Həmçinin, yumşaq paltar geymək, xoş ətir iyləmək və hamama getmək bədəni qüvvətləndirir. Əgər ölünü masaj etsələr və o həyata dönsə, mən bunu inkar etmərəm. 3

3/5


HALAL ƏYLƏNCƏ
178. Peyğəmbər (s): Əylənin və şadlıq edin (gününüz xoş keçsin). Mən xoşlamıram ki, dini kəskin və sərt görmüş olasız. 4
179. Bəşarətül-Mustafa – Əbu Rafeidən nəql edir: Həsən ibn Əli (ə) ilə uşaqlıqda daşla oynayırdıq. Hər dəfə mənim daşlarım onun daşlarını udanda, deyirdim: Mən sənin belinə süvar olmalıyam (minməliyəm). O deyirdi: “Vay, olsun sənə! Sən necə bir adama süvar olmaq istəyirsən ki, həmin adam, Peyğəmbərə süvar olardı?! Ondan sonra onu azad buraxırdım. Hər vaxt ki, onun daşları mənim daşlarımı udurdu, mən deyirdim: Süvari vermirəm, ona görə ki, sən süvari vermirsən. O zaman o, deyirdi: “İstəməzsən ki, bir adam sənə süvar olsun ki, Peyğəmbərə süvar olardı?! Ondan sonra, ona süvari verirdim.5

4/5
GƏZİNTİ


180. əl-Kafi – Əmru bin Hurəysdən nəql olunur: İmam Sadiq (ə)-ın yanına gəldim. Bura onun qardaşı Abdullah bin Məhəmmədin evi idi. Dedim: Canım fəda olsun! Nə olub ki, sən bu evə gəlmisən?

Buyurdu: “Hava almağa və gəzmək üçün”.6


181. əl-Kafi – İbrahim bin Əbi Mahmuddan nəql edilir: İmam Rza (ə) mənə buyurdu: “Ürəyə yatan ən yaxşı qida nədir?”

Bəziləri dedilər: Ət. Bəziləri dedilər: Yağ. Bəziləri dedilər: Süd.

İmam (ə) buyurdu: “Xeyr, duz. Bir gün hava almaq üçün bayıra getmişdik. Bəzi cavanlar duz gətirməyi yaddan çıxarmışdılar. Kök qoyunu kəsdilər, lakin ondan istifadə etmədik, evə qayıtdıq”. 1

5/5
ZARAFAT


182. Bəharül-ənvar: Allahın Rəsulu zarafat edirdi, lakin nahaq danışmirdı (artıq söz deyib heç kimi incitmirdi). Ənəs deyir: Əbu Ümeyrin (ummi Suləyminin oğlu) sərçə balası öldü. Peyğəmbər (s) həmişə ona buyurardı: “Əbu Umeyr! Sərçə balan nə edir?”2
183. Əl-mənaqib: İbn Şəhr Aşub: Əncəşə, Peyğəmbərin (s) xanımlarının bəzisinin xidmətçisi və sarbanı idi. Peyğəmbər (s) ona buyurdu: “Əncəşə! Ürəyi kövrəklərə mülayimlik göstər, dözümlü ol”.3
184. Bəharül-ənvar: Bir kişi dedi: Ey Allahın Peyğəmbəri! Məni süvari (dəvəyə minməyimə kömək) et.

Peyğəmbər (s) buyurdu: “Səni gərək dişi dəvənin balasın mindirək”.

Kişi dedi: Dəvənin dişi balasını nə edim?!

Peyğəmbər (s) buyurdu: “Məgər bilmirsən ki, erkək dəvə dişi dəvədən başqa, kimin balası ola bilər”.4


185. Bəharül-ənvar – Zeyd bin Əsləmdən nəql olunur: Allahın Peyğəmbəri, bir qadına əri haqqında məlumat vermək istərkən, belə buyurdu: “Gözündə ağ olan kişi?”

Qadın dedi: Xeyr! Onun gözündə ağ yoxdur.

Qadın ərinə bu hadisəni danışdı. Əri dedi: Məgər, gözümün içini görmürsən ki, ağı qaradan çoxdur?! 5
186. Bəharül-ənvar: Ənsardan olan qoca bir qadın, Peyğəmbərə (s) dedi: Mənim üçün dua et ki, behiştə gedim.

Peyğəmbər (s) buyurdu: “Qocalar behiştə getməyəcəklər”.

Qadının gözü yaşardı. Peyğəmbər (s) güldü və buyurdu: “Məgər sən Allahın sözlərini eşitməmisən? Uca Allah buyurubdu:“Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik”.1.2
187. Bəharül-ənvar: (Peyğəmbər (s), Əşcəiyyə qəbiləsindən olan qoca qadına belə buyurmuşdur) “Ey, Əşcəiyyə qəbiləsindən olan qadın! Qoca qadınlar behiştə daxil olmayacaqlar”.

Bilal qadının ağlamağını gördü və Peyğəmbərə (s) xəbər verdi. Peyğəmbər (s) buyurdu: “Qaralar da behiştə daxil olmayacaqlar”.

O zaman Bilal da qadına qoşularaq ağlamağa başladı. Abbas, onların ikisini də belə bir vəziyyətdə görüb, Peyğəmbərə (s) xəbər verdi. Peyğəmbər (s) buyurdu: “Qoca kişilər də behiştə daxil olmayacaqlar”.

Sonra onları yanına çağırıb ürək-dirək verdi və belə buyurdu: “Allah-Təala onları ən üstünlərlə behiştə daxil edəcək”. Buyurdu: “Onları üzü nurlu və cavan surətdə behiştə daxil edəcəkdir”. Buyurdu: “Behiştdəkilər nöqsansız, kamil, üzü təzə xətli və gözləri sürməlidirlər”.3


188. Bəharül-ənvar: Peyğəmbər (s) gördü ki, Suheyb xurma yeyir. Buyurdu: “Gözün ağrıdığı halda, xurma yeyirsən?!”

Suheyb dedi: Ey, Allahın Peyğəmbəri! Ağzımın o biri tərəfi ilə çeynəyirəm, ağrıyan isə bu biri tərəfdəki gözümdür!4


189. Bəharül-ənvar: Mühacir olan Suvəybit adlı şəxs, Nuəyman Bədriyə (səfər vaxtı ərzaqların üstündə məsul idi) dedi: Mənə yemək ver.

Nuəyman dedi: Yaxşı, icazə ver, o biri dostlar da gəlsin.

Onlar bir başqa tayfanın yanından keçrdilər ki, Suvəybit onlara dedi: Məndən qul almaq istəyirsiniz?

Dedilər: Bəli.

Dedi: Bu qul (deyə, Nuəymanı onlara göstərdi). Lakin (qabaqcadan deyim ki,) bu qul eyni bu sözü “mən azadam” deyir və təkrar edir. Əgər onun bu sözünə inansanız, onu əldən verərsiniz.

Onlar qul almaq üçün on dənə dişi dəvə verdilər. Sonra Nuəymanın yanına gəldilər və onun boynuna ip saldılar.

Nuəyman dedi: Bu kişi sizinlə zarafat edib. Mən azadam.

Dedilər: Sənin xəbərini eşitmişik.

Sonra onu apardılar. Köməkçilər (Nuəymanın səsinə) gəlib onu azad etdilər.

Peyğəmbər (s) bir müddət bu zarafatı yadına salıb güldü.5


190. Bəharül-ənvar: Nuəyman, köçəri bir kişi gördü. Onun əlidə bal ilə dolu olan tuluq var idi. O tuluğu aldı. Həmin gün də Peyğəmbər (s) Aişənin evində idi. Onların yanına gəldi və Aişəyə dedi: Bu balı götürün. Peyğəmbər (s) elə bildi ki, ona hədiyyə gətirmişdir.

Köçəri kişi də Nuəymanla evin qapısının yanına gəldi və elə ki, gördü Nuəyman oturdu ucadan dedi: Əgər pulunu vermirsizsə, bal tuluğunu qaytarın.

Peyğəmbər (s) məsələdən agah oldu və onun pulunu verdi. Nuəymana buyurdu: “Nə səbəbə görə, belə iş gördün?”.

Dedi: Allahın Rəsulunun baldan xoşu gəldiyini bilirdim və köçəri kişinin də balı var idi.

Peyğəmbər (s) güldü və narahatçılıq bildirmədi”.1

6/5
ÜZGÜÇÜLÜK, AT SÜRMƏK, ATICILIQ


191. Peyğəmbər (s): Möminin ən yaxşı əyləncəsi, üzgüçülüklə məşğul olmaqdır.2
192. Peyğəmbər (s): Övladınıza üzməyi və atıcılığı öyrədin.3
193. Peyğəmbər (s): Övladın hüquqlarından biri də budur ki, atası ona yazmağı, üzməyi və atıcılığı öyrətsin.4
194. Peyğəmbər (s): Allah-Təalanın bəyəndiyi ən yaxşı əyləncə at sürmək və atıcılıqdır. 5

195. əd-Dürrül-mənsur: Süleyman Təymidən nəql olunur: Allahın Rəsulu xoşlayırdı ki, hər bir kişi üzməyi və atıcılığı bacarsın.6

7/5
GÜLƏŞ
196. Müstədrəkül-vəsail: Peyğəmbər (s) bir gün bir dərə tərəfə gedirdi. Gördü ki, gücü və qüvvəti ilə məşhur olan bir kişi qoyun otarır. Çoban Peyğəmbərə (s) dedi: Mənimlə güləşmək istəyirsən?

Peyğəmbər (s) buyurdu: “Əgər qalib gəlsəm, nə mükafat verəcəksən?”

Dedi: Bir dənə qoyun.

Peyğəmbər (s) onunla güləşdi və onu yerə vurdu. Köçəri kişi dedi: Hazırsansa, yenə güləşək?

Peyğəmbər (s) buyurdu: “Nə mükafat verəcəksən?”

Dedi: Bir dənə də qoyun verərəm.

Peyğəmbər (s) onunla yenə güləşdi və onu yenə də yerə çırpdı. Köçəri kişi dedi: İslamı mənə öyrət. Hələ indiyədək məni heç kim yerə çırpmamışdı.

Peyğəmbər (s) onu islam dininə dəvət etdi.O kişi islamı qəbul etdi və Peyğəmbər (s) onun qoyunlarını özünə qaytardı.1


197. Bəharül-ənvar – İshaq bin Bəşşardan nəql olunur: Rukanə bin Əbd, Qureyş qəbiləsinin ən qüvvətli şəxslərindən idi. Bir gün Peyğəmbər (s) daşlıq yerdə ona belə buyurdu: “Rukanə! Dəvətimi qəbul etmədiyinə görə, Allahdan qorxmursan?”

Rukanə dedi: Əgər bilsəm ki, haqq sənin tərəfindədir, sənin ardınca gedərəm.

Peyğəmbər (s) buyurdu: “Əgər güləşdə səni yerə vursam, qəbul edərsən ki, haqq mənim tərəfimdədir?”

Rukanə dedi: Bəli.

Peyğəmbər (s) buyurdu: “Qalx ayağa, güləşək”.

Rukanə qalxdı. Onlar güləşməyə başladılar. Peyğəmbər (s) hücum edərək onu yerə uzatdı. Rukanə dedi: Yenə də güləşmək istəyirəm.

Yenə də güləşdilər. Bu dəfə də Peyğəmbər (s) onu yerə çırpdı. 2
198. Kənzül-əmmal – Əli bin əbi Rabiədən nəql olunur: Əli (ə) bir kişi ilə güləşdi və onu yerə çırpdı. Kişi Əli (ə)-a dedi: Ey Əmirəl-möminin! Allah-Təala səni daha möhkəm etsin!3

Əli (ə) buyurdu: “Sinəni gücləndir”.


199. İmam Baqir (ə) – İmam Əli (ə)-ın barəsində: Əli (ə)-ın atası, öz övladlarını və qardaşının övladlarını bir yerə toplayırdı. Onlar üçün güləş yarışı düzəldirdi. Bu ərəblərin adəti idi. Əli (ə) qollarını çırmalayaraq güləşə başlayırdı. Yaşı az olmağına baxmayaraq, qolu qüvvətli və möhkəm idi. Öz böyük və kiçik qardaşları ilə, əmisinin özündən böyük və kiçik oğlanları ilə güləşirdi, hamısını yerə çırpırdı. Atası deyirdi: “Əli qalib gəldi”. Ona görə də onun adını “Zəhir” (qalib) adlandırdı. Onun adı ərəb camaatının arasında “Əli” idi.4
200. Bəharül-ənvar: Əbu Talib öz oğullarını və qardaşı oğullarını bir yerə cəm edib onlara güləş üçün yarış meydanı düzəldirdi. Belə yarışlar ərəblərin adəti idi. Əli (ə) qollarını çırmalayaraq güləşə başlayırdı. Yaşı az olmağına baxmayaraq, qolu qüvvətli və möhkəm idi. Öz böyük və kiçik qardaşları ilə, əmisinin özündən böyük və kiçik oğlanları ilə güləşirdi, hamısını yerə çırpırdı. Atası deyirdi: “Əli qalib gəldi”. Ona görə də onun adını “Zəhir” (qalib) adlandırdı. Böyüdükdən sonra da güclü və qüvvətli adamlarla güləşərək onlara qalib gəlirdi. Döyüş meydanlarında, düşmənin əlindən tutaraq özünə tərəf çəkib, öldürürdü. Bəzən də düşmənin belini tutub, onu başının üstünə qaldıraraq yerə çırpırdı. Gah da ki, atın üstündə hərəkət edərək düşməni elə dəhşətə salırdı ki, onlar meydanı qoyub geriyə qaçırdılar.1
201. İmam Əli (ə): Allahın Peyğəmbəri qəbiristanlığın kənarında oturdu. Mən də onun kənarında idim. Elə bu vaxt Həsən (ə) və Hüseyn (ə) gəldilər. Onlar güləşməyə başladılar. Peyğəmbər (s) buyurdu: “Həsən! Hüseyni tut!”.

Əli (ə) dedi: Ey Allahın Peyğəmbəri! Həsəni həvəsləndirsən, axı o ki, Hüseyndən böyükdür?

Buyurdu: “Hüseyni Cəbrail həvəsləndirir”.2
202. Əl-əmali – Əbu Hureyrədən nəql edir: Həsən və Hüseyn güləşirdilər. Peyğəmbər (s) buyurdu: “Həsən onun qabağına keç”.

Fatimə (ə) buyurdu: Ey Allahın Peyğəmbəri! Həsəni həvəsləndirsən, axı o ki, Hüseyndən böyükdür?

Buyurdu: “Mən Həsəni, Cəbrail isə Hüseyni həvəsləndirir”.3

8/5
YARİŞMA


203. Peyğəmbər (s): At sürmək və atıcılıq yeganə məşğuliyyətinizdir ki, mələklər onu seyr edirlər.4
204. Allahın Rəsulu (s): At çapmaq yarışı, halaldır.5
205. İmam Əli (ə): İsmayıl və İshaq (ə) cavan ikən bir-biri ilə

yarışdılar. İsmayıl qalib oldu. İbrahim (ə) İsmayılı ətəyində, İshaqı isə yanında oturtdu.6


206. İmam Əli (ə): Allahın Rəsulu, at sürmək yarışına icazə verdi. Özü də onu icra etdi və yeddi misqal gümüş mükafat verdi.7
207. İmam Baqir (ə): Allahın Peyğəmbəri, Həfya8 məhəlləsindən Bəni Zürəyq9 məscidinə kimi hazırlanmış atların yarışı üçün açıq elan etdi. Mükafat üçün üç xurma ağacı ayırmışdı. Birinci çatan atlıya bir xurma ağacı, ikinci atlıya da (yarış sonu atının başı birinci atlının atının çiyninin yaxınlığına çatmışdı,) bir xurma ağacı və üçüncü çatan atlıya da bir xurma ağacı mükafat verdi.1
208. Müsnəd bin Hənbəl – Abdullah bin Əmrdən nəql edir: Peyğəmbər (s) atlar arasında yarış keçirməyi qərara aldı. Yarışda təcrübəli olan atların yolu Həfyə məhəlləsindən Səniyətəl-vədai məhəlləsinə qədər idi. Yarışda təcrübəsi olmayan atların yolu isə Səniyətəl-vədai məhəlləsindən Bəni Zurəyq məscidinə kimi təyin olunmuşdu. Mənim at sürməkdə təcrübəm olduğundan hamıdan irəlidə gedirdim. At məni Bəni Zurəyq məscidinə kimi apardı. 2
209. Əvalil-ləali: Peyğəmbər (s) ənsardan olan bir qrupun kənarıdan keçirdi. Onlar oxatma yarışı keçirirdilər. Peyğəmbər (s) Buyurdu: “Mən Bin Ədrə olan qrupdayam”. O biri qrup yarışmaqdan çəkinərək dedilər: Peyğəmbər (s) iştirak etdiyi qrup heç vaxt məğlub olmaz.

Peyğəmbər (s) buyurdu: “Ox atın. Mən, hər iki qrupda ox atacağam”. O hər qrupda ox atdı. Qruplardan heç biri qalib gələ bilmədi. Bundan sonra, onlar oxatmağa davam etdilər. Övladlarını, hətta övladların övladlarını da müsabiqəyə saldılar, lakin heç bir qrup qalib olmadı.3


210. Əvalil-ləali - Əbu Lubəyddən nəql edilir: İbn Malikdən soruşdular: Peyğəmbər (s)-ın dövründə yarış keçirilirdi?

Dedi: Bəli. Peyğəmbər (s) öz atını mükafat olaraq təyin etdi. Qalib gəldi və bu işdən razı qaldı.4


211. Əlsunənul-kubra – Həsəndən (Bəsri) nəql edilir: Peyğəmbər (s) Əli (ə)-a buyurdu: “Ey Əli! Camaat arasında bu yarışı keçirməyi sənin öhdənə qoyuram”.

Əli (ə) bayıra çıxdı və Suraqə bin Malikə dedi: “Ey Suraqə! Peyğəmbər (s) yarışın bütün işlərini mənim öhdəmə qoydu. Mənim öhdəmdəmə qoyulan bu işi mən də sənin öhdənə qoyuram. Elə ki, yarışın başladığı ilk yerə çatdın, atları sıraya düz və ucadan qışqır: Öz atını cilovlaya bilməyən ya yanında uşaq olan və ya atını yəhərləyə bilməyən varmı? Əgər heç kəs cavab verməsə, üç dəfə təkbir de. Üçüncü təkbiri deyəndə əmr et yarış başlasın. Allah-Təala kimi istəsə o, qalib gələr”.

Əli (ə), özü yarışın qurtaracağı yerdə otururdu və bir xətt çəkirdi. İki kişini üzbəüz qoyurdu və yerlərini xətlə nişanlayırdı. Onları elə yerləşdirdi ki, ayaqlarının baş barmağı xətlə üzbəüz olsun və atlar bu iki nəfərin arasından keçsin. Buna görə də həmin iki kişiyə buyururdu: “Əgər atlardan birinin iki qulağı və ya bir qulağı, ya yüyəni xətti keçsə, (at sürəni) onu qalib bilin və mükafatı ona verin. Əgər tərəddüd keçirirsinizsə, hər iki iştirakçını qalib hesab edin və mükafatı bölüşdürün. Əgər iki at xətti eyni keçsə, ən kiçik atı qələbədə nəzərə alın. (Bilin ki) islamda “cələb” (atın sürətini artırmaq üçün onu incitmək və üstünə qışqırmaq), “cənəb” (ehtiyat üçün at götürmək və yarışdakı yolun yarısında ona minmək) və “şiğar” (müsabiqə iştirakçılarına yarış zamanı kömək etmək) qadağan edilmişdir”.1

ALTİNCİ FƏSİL
ƏXLAQ VƏ DAVRANİŞ DƏYƏRLƏRİ
1/6
GÜNAHİ TƏRKETMƏ
212. Peyğəmbər (s): İtaətsizlikdən əl çəkib, düzgün yola gələn adamı Allah-Təala tək qoymaz. Əgər dostu yoxdursa onu (dostu olmadan belə) sakitləşdirər, sərvəti yoxdursa ona yardım edər.1
213. Peyğəmbər (s): Haramdan əl çəkib, Allahdan qorxaraq düzgün yola yönələn adam, həyatda, qiyamətdən qabaq Tanrı tərəfindən yaxşı qismətlə və tale ilə mükafatlandırılar. 2
214. Peyğəmbər (s): Qiyamət günü Allah-Təala mənim ümmətimdən olan bir qrup adama üstünlük verər. Onlar qəbirdən behiştə doğru uçaraq daxil olarlar. Behiştdə gəzərək ürəkləri hansı nemətlərdən istəyirsə ondan bəhrələnərlər. Mələklər onlara deyərlər: Sorğu-sual edəni gördünüz?

Deyərlər: Biz sorğu-sual edəni görmədik.

Soruşarlar: Siratdan keçdiniz?

Deyərlər: Biz Siratı görmədik.

Soruşarlar: Cəhənnəmi gördünüz?

Deyərlər: Görmədik.

Onda mələklər soruşarlar: Siz kimin ümmətindənsiz?

Deyərlər: Məhəmməd (s)-in.

Soruşarlar: Allaha xatir, deyin dünyada necə davranmısınız?

Deyərlər: Bizim iki xasiyyətimizə görə, Allah bizi mükafatlandırdı.

Soruşarlar: O iki xasiyyət hansıdır?

Deyərlər: Tək qalan vaxt Allaha itaətsizlikdən utanardıq, ruzimiz az olanda da razı qalardıq.

Mələklər deyərlər: Bu məqam həqiqətən, sizə layiqdir.3

2/6
TÖVBƏ

215. Peyğəmbər (s): Tövbə gözəldir, Lakin cavanlıqda daha gözəldir.4
216. Peyğəmbər (s): Allah-Təalanın ən çox sevdiyi, tövbə edən cavanlardır. Ən nifrət etdiyi isə, itaətsizliyini yaşlı vaxtı da davam etdirəndir.5
217. Peyğəmbər (s): Həqiqətən, Allah-Təala tövbə etmiş cavanları sevir.1
218. Peyğəmbər (s): Uşağı olmayanlar övlad sahibi olanda, itiyi olanlar itmiş şeylərini tapanda, susuz olan su tapanda necə sevinirsə, Allah-Təala da bəndənin etdiyi tövbədən elə şad olur.2
219. İmam Əli (ə): Əgər günaha girmisənsə, tez onu tövbə etməklə məhv et.3
220. əl-Kafi – Əbu Bəsirdən nəql olunur: Bir qonşum vardı, (ədalətsiz qurulan) hökumət sistemi ardınca gedənlərdən idi. Bir zaman varlandı. Müğənni kənizləri başına toplayıb məclislər düzəldərək mənə, (yəni qonşusuna) əziyyət edirdi. Ona dəfələrlə şikayətlənirdim, lakin o buna əhəmiyyət vermirdi. Bir gün mənim israrımı görüncə, mənimlə görüşdü və dedi: Filankəs! Mən bu yola bulaşmışam, sən isə təmiz adamsan. Əgər sən mənim halımı Ağana açıqlasan, bəlkə Allah sənin vasitənlə mənə nicat verər. Bu söhbət heç yadımdan çıxmırdı. Elə bu fikirlə İmam Sadiq (ə)-ın yanına getdim və o kişinin halını açıqladım.

İmam (ə) mənə dedi: “Kufəyə qayıdanda, kişi yanına gələcək. Ona deyərsən: Cəfər ibn Məhəmməd deyir ki: (Pis) işlərini burax, mən behiştə getməyin üçün zəmanət verirəm”.

Kufəyə qayıdandan sonra, başqa yoldaşlar ilə yanıma gəldi. Onu ev boşalana qədər saxladım və təklikdə ona dedim: Filankəs! Sənin vəziyyətini İmam Sadiq (ə)-a danışdım və o, cavab olaraq buyurdu: “Kufəyə qayıtdıqdan sonra, kişi yanına gələcək, ona deyərsən ki: Cəfər ibn Məhəmməd dedi: İşlərini burax, mən behiştə getməyin üçün zəmanət verirəm”.

Kişi ağlayaraq mənə dedi: Səni Allaha and verirəm, doğrudan İmam Sadiq (ə) belə dedi?

And içdim ki, İmam Sadiq (ə)-ın buyurduqlarını çatdırdım.

O dedi: “Kifayətdir!” və sonra getdi.

Bir neçə gün keçdi. Arxamca adam göndərərək məni evinə dəvət etdi. Getdim. Evinin boş olduğunu gördüm. Mənə dedi: Əbu Bəsir! Allaha and olsun ki, evdə nəyim vardısa, evdən çıxarmışam. İndi gördüyün kimiyəm (heç nəyim qalmayıb).

Ona geyim gətirmək üçün, (dindar) qardaşların yanına getdim. Bir neçə gün keçmişdi ki, xəbər göndərdi. Xəstələnmişəm, mənim yanıma gəl. Yanına gedib-gəlirdim.

Onu müalicə eləyirdim. O, ölüm ayağında idi. Can verən vaxt yanında idim. Tez-tez özündən gedirdi. Özünə gələndə dedi: Əbu Bəsir! Ağan, öz əhdini yerinə yetirdi. Bu sözləri deyib dünyasını dəyişdi – Allah ona rəhmət eləsin.

Həcc zamanı İmam Sadiq (ə)-ın yanına getdim. İcazə alıb yanına keçmək istədim. Hələ bir ayağım dəhlizdə idi, digəri isə həyətdə, buyurdu: “Ey Əbu Bəsir! Sənin dostun üçün verdiyimiz əhdə əməl etdik”. 1


221. əl-Kuna vəl-əlqab: Əbu Nəsr, Bişr bin Haris bin Əbdürrəhman Mərv şəhərindən idi və Bağdadda yaşayırdı. O, məşhur arif, zahid və təriqət əhlindən olan bir şəxs idi. Deyilənlərə görə, o, varlı və vəzifəli sahibkar oğlu idi, gününü eyş-işrətlə keçirərmiş. Sonra isə tövbə etmişdir. Tövbəsinin səbəbi barədə belə danışılır: ... İmam Kazim (ə) Bağdadda, onun evinin qapısının yanından keçirdi ki, evdən haram musiqi səsləri eşitdi. Bu vaxt evdən bir kəniz çıxdı o, əlindəki zibili bayıra tökdü. İmam Kazim (ə) ona buyurdu: “Ey, kəniz! Bu evin sahibi bəndədir, yoxsa azaddır?”

Dedi: Azaddır.

Buyurdu: “Düz deyirsən. Əgər bəndə olsaydı, Ağasından qorxardı”.

Kəniz evə daxil oldu, ağası şərab içirdi. Soruşdu: Nə üçün gec gəldin?

Dedi: Bir kişi mənə bu sözləri dedi.

Bişr ayaqyalın halda evdən çıxdı və İmam Kazim (ə)-la görüşüb, tövbə etdi və ondan üzrxahlıq istədi. O öz davranışından xəcalət çəkib ağladı.2


222. İmam Sadiq (ə): Bəni İsraildə, dünyanın heç bir ləzzətini dadmamış abid bir kişi vardı. Bir gün şeytan nərə çəkərək ordusunu qabağına yığıb belə dedi:

Kim bu abidi yoldan çıxara bilər?

Biri dedi: Mən.

Şeytan soruşdu: Necə?

Dedi: Qadınların vasitəsilə.

Şeytan dedi: Bacarmazsan. Bu abidin qadınlarla əlaqəsi yoxdur.

Digəri dedi: Mən bacararam.

Şeytan soruşdu: Necə?

Dedi: Ona şərabın və keflə yaxşı yaşamağın dadını göstərərəm.

Şeytan dedi: Bacarmzsan. Onun belə işlərə meyli yoxdur.

Başqa biri dedi: Mən bacararam.

Şeytan soruşdu: Necə?

Dedi: Yaxşı iş görməklə onu yoldan azdııraram.

Şeytan dedi: Görünür ki, sən bu işi bacararsan.

Şeytancıq abidin yaşadığı məhəlləyə gedib onun yaxınlığında namaza başladı. Abid yatırdı, o yatmırdı. Abid istirahət edirdi, o etmirdi. Abid etdiyi ibadəti onun etdiyi ibadətin yanında kiçik gördü. Soruşdu: Ey Allahın bəndəsi! Sən bu qədər namaz qılırsan, bunu necə bacarırsan? Şeytan cavab vermədi. Abid yenə soruşdu.

Şeytan cavabında dedi: Ey Allahın bəndəsi! Günah işlətmişdim, sonra tövbə etdim. Nə vaxt ki, həmin günah yadıma düşür elə bil mənə qüvvət gəlir. Mən də başlayıram namaz qılmağa.

Abid dedi: Sən hansı günah işi görmüşdünsə, mənə də de həmin günahı edim. Tövbə etdikdən sonra, qüvətim artsın və daha çox namaz qıla bilim.

Şeytan dedi: Filan şəhərə daxil ol. Orada filan əxlaqsız qadını xəbər al. Ona iki dirhəm verib sən də əxlaqsızlığa dücar ol.

Abid dedi: İki dirhəmi hardan tapım? Ümumiyyətlə iki dirhəm nədir? Şeytan onun üçün iki dirhəm çıxardı və ona verdi.

Abid uzun libası ilə şəhərə daxil oldu. Pozğun qadının evinin yerini soruşdu. Adamlar ona yolu göstərdilər, elə bilirdilər ki, abid qadına nəsihət vermək üçün onun yanına gedir. Abid qadının yanına gedib iki dirhəmi ona verdi. O dedi: Yuxarı qalx! Qadın yuxarı qalxdı, evə daxil oldu və abidə dedi: Daxil ol.

Abiddən soruşdu: Sənin kimi, bu şəkildə adamlar mənim yanıma gəlmirlər. Necə olub ki, sən bura gəlmisən? Mənə danış. Abid başına gələnləri ona danışdı. Qadın dedi: Ey Allahın bəndəsi! Günahı tərk etmək tövbə etməkdən asandır. Tövbə etmək hər kəsə nəsib olmaz. Mənim fikrimcə, səni bura yönəldən adam şəklinə girmiş şeytandır.

Abid çıxıb getdi. Pozğun qadın o gecə öldü. Adamlar səhər həmin qadının qapısında bu yazının yazıldığını gördülər: “Bu qadın behişt qadınlarındandır. Onun cənazəsini dəfn etməyə hazırlaşın”.

Camaat bilmədilər nə etsinlər. Üç gün səbr etdilər və onu dəfn etmədilər. Allah-Təala peyğəmbərə (yəni, Musa bin İmrana (ə)) vəhy göndərdi ki: “Cənazəni dəfn etmək üçün hazırlaş, o qadın üçün namaz qıl və göstəriş ver ki, camaat da onun üçün namaz qılsın. Mən onu həqiqətən bağışlamışam və cənnəti ona vacib etmişəm. Çünki həmin qadın bir bəndəmi günahdan qoruyub”.1
223. əl-Məhəccətül-bəyza: Davud (ə)-ın xəbərlərində gəlib ki, Allah-Təala ona belə bir vəhy göndərdi: Ey Davud! Mənə qarşı itaətsizlik göstərənlər əgər bilsəydilər ki, onlardan gözlədiyim, onların hallarına etdiyim diqqət və onların günahdan uzaqlaşması üçün olan əlaqəm nə qədərdir, mənə həddən artıq yaranan sevgi nəticəsində can verərdilər və eşqimdən şiddətindən bədənləri parçalanardı.2

3/6


İŞLƏRİN QAYDAYA SALİNMASİ
224. İmam Əli (ə) – İbn Mülcəm tərəfindən, Allah ona lənət eləsin, zərbətləndiyi vaxt İmam Həsən və İmam Hüseyn (ə)-lara etdiyi sifarişlərdən: Sizə, bütün övldlarıma, Əhli-beytimə və bu məktubum kimə yetişərsə ona Allahdan qorxmağı, işlərinizi sahmana salmağı vəsiyyət edirəm. 1

4/6


ATA – ANANİN HÜQUQLARİNA RİAYƏT ETMƏK

Quran:
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur”.2

Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!” 3


Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş,
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə