GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə3/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

İKİNCİ BÖLÜM

CAVANLARİN İNKİŞAF AMİLLƏRİ

BİRİNCİ FƏSİL
TANİMA

1/1
TƏRBİYƏLƏNDİRMƏ


Quran:
"De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!".1
"Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!” -deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!".2


"Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır".3
Hədis:
49. İmam Əli (ə): Elə bir iş yoxdur ki, onu öyrənməyə ehtiyac olmasın.1
50. İmam Əli (ə): Ey, cavanlar! Şərəfinizi tərbiyənizlə, dininiz isə biliyinizlə qoruyun.2
51. İmam Əli (ə): - Ona aid olan hikmətlərdə: Cavanların əvvəlinci işi onların yaşlı vaxtı ehtiyacı olacaq işləri öyrənməkdir.3
52. İmam Əli (ə): - Ona aid olan hikmətlərdə: Övladlarınıza öz tərbiyənizi və adətlərinizi məcbur öyrətməyin, onların zamanı sizin zamanınızdan fərqlidir.4

2/1
ÖZÜNÜTANİMA


Quran:
"Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib, Ona tapınmalıdır!)".5
Hədis:
53. İmam Əli (ə): Ən üstün hikmət insanın özünü tanımasıdır.6
54. İmam Əli (ə): Kim özünü tanıyarsa, biliyin və mərifətin zirvəsinə çatmışdır.7
55. İmam Əli (ə): Nadanlığın ən üstünü, insanin özünü tanıya bilməməsidir.8
56. İmam Əli (ə): Özünü tanımayı bacarmayan adam sağlam yoldan uzaqlaşır və yolunu azıb nadanlığa üz tutar.9
57. İmam Əli (ə): O kəsə təəccüblənirəm ki, itirdiyi bir şeyi axtarır, amma heç özünü axtarmır, halbuki o özünü də itirib.1
58. İmam Əli (ə): Özünü tanıyan nəfsi ilə cihad etməyi bacarır, özünü tanıya bilməyən isə özünü boş buraxır. 2
59. İmam Əli (ə): Öz dəyərini bilən, (şərəfini qoruyan şəxs,) puç və müvəqqəti işlərlə özünü xar etməz.3
60. İmam Əli (ə): Özünü dərk edən, Allahını da dərk etmişdir.4
61. İmam Əli (ə): Özünü dərk etməyən insan, Allahını necə dərk edəcək ona məəttəl qalıram?5

62. İmam Əli (ə) – Ona aid olan rəvayətdə: (Allah) Adəmi (ə) şüurlu varlıq olaraq yaratmışdı. Əgər insan əqlini elm və əməllə yetkinləşdirərsə, ilk yaranışı kimi inciyə və gövhərə çevriləcək. Əgər təbiətən mülayim və ziddiyyətlərdən uzaq olarsa, pak nəfsi sayəsində yeddi möhkəm asimana şərik olacaq (asimanlar kimi uca və sarsılmaz olacaq).


63. İmam Sadiq (ə): Abdullah bin Sinanın sualına cavab olaraq: Adəm övladı üstündür, yoxsa mələklər? – Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: Allah mələkləri ağıllı və şəhvətsiz, heyvanları isə şəhvətli və şüursuz yaratmışdır. İnsana isə hər iki hiss verilmişdir. Ağlı ehtirasına üstün olan şəxs mələklərdən də üstün sayılır, ehtirası ağlına üstün olan şəxs isə heyvandan da pisdir.6

3/1



QURANLA TANİŞLIQ
64. Peyğəmbər (s): Hər kəs cavanlığında Quran öyrənsə, elə bil ki, əti və qanı onunla yoğrulur.7
65. İmam Əli (ə) – oğlu Həsənə (ə) yazdığı məktubda: Sənə ilk öncə Allahın kitabını, Quranın təfsirini, islam şəriətini və əhkamını təlim edim. 8
66. İmam Sadiq (ə): Hər kəs cavanlığında Quran öyrənsə, elə bil ki, əti və qanı onunla yoğrulur. Allah-Təala onu hörmətli mələklərlə yoldaş edər. Qiyamət günü, Quran onun qoruyucusu olacaq.1

4/1
DİN HAQQİNDA DƏRİNDÜŞÜNMƏ


67. Peyğəmbər (s): Hər şeyin sütunu olduğu kimi, bu dinin də sütunu dərrakədir (din haqqında xəbərdar olma).2
68. İmam Baqir (ə) və İmam Sadiq (ə): Əgər şiələrin arasında cavan, lakin dini məlumat dalınca olmayan birini tapsam, onu tərbiyələndirərəm.3
69. İmam Baqir (ə) – həmişə belə buyurardı - : Dini öyrənin, yoxsa köçərilər kimi
nadan olacaqsınız.4
70. İmam Baqir (ə): Əgər şiələrin arasında cavan, lakin dini məlumat dalınca olmayan birini tapsam, onu tənbih edərəm.5
71. İmam Sadiq (ə): Şiələrimdən dini məlumat dalınca olmayan bir gənci tapsam, onu yaxşı ədəbləndirərəm.6
72. İmam Sadiq (ə): Cavanları “Mürciə” 7 (və ya digər, yolunu azmış qruplar) azdırmadan hidayət edin.8
73. İmam Sadiq (ə): Cavanları iki haldan başqa vəziyyətə görmək istəmirəm; tələbə ya alim. Əgər cavan bu iki halda deyilsə, səhlənkarlıq edib, səhlənkarlıq edibsə, pis iş də edər, pis iş edibsə günah iş də edər, günah iş də edərsə, and olsun Ona ki, Məhəmməd (s)-i peyğəmbər seçmişdir, həmin cavanlar cəhənnəmə gedəcəklər.9

5/1
ELMLƏ İMANİN BAĞLILIĞI BARƏDƏ AGAHLIQ


Quran:
"Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər".1

"(Kitab əhlindən Abdullah bin Salam kimi) elm verilmiş kimsələr2 Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun (insanları) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yoluna yönəltdiyini görürlər". 2

"Elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!"3

Hədis:

74. İmam Əli (ə): İmanın əsası, bilikdir.4


75. İmam Əli (ə): İman və elm, birbirindən ayrılmayan yoldaş və dostlardır.5
76. İmam Əli (ə): Elmin nəailiyyəti, Allahı tanımaqdır.6
77. İmam Kazim (ə) – Hişam bin Həkəmə - : Ey, Hişam! Allah peyğəmbər və rəsullarını bəndələrinin yanına yalnız ilahi bəsirəti tapmaları üçün göndərmişdi. Buna görə də, bu dəvəti daha yaxşı qəbul edən şəxslər, düşüncəli şəxslərdir.7

6/1
SUAL VERMƏYƏ SƏY GÖSTƏRMƏK



Quran:
"Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!".8

Hədis:
78. Peyğəmbər (s): Elm bir xəzinədir ki, açarı verəcəyiniz suallardır. Soruşun. Allah sizə rəhm edər. Dörd qrup insan mükafatlandırılacaq: Sual edən, cavab verən, dinləyən və onları sevənlər.1
79. İmam Əli (ə): Kiçik yaşlarında soruşan, böyük yaşlarda cavab verər.2
80. İmam Sadiq (ə) – Humran bin Əyənə cavab olaraq buyurdu: Camaat məhv olub gedirlər, çünki soruşmurlar.3
81. İmam Sadiq (ə): Peyğəmbərə (s) xəbər verdilər ki, yaralı bir kişinin boynuna qüsl gəlmişdi. Ona qüsl etməsini dedilər. O qüsl etdikdən sonra, titrətdi və dünyasını dəyişdi.

Peyğəmbər (s) buyurdu: “Onu öldürdülər, Allah onları məhv etsin! Məhz, möhtacın dərmanı (cavabı), (bilən adamdan) soruşmaqdır.”4


82. Müsnəd bin Hənbəl – Əbu Ümamədən nəql edir -: Bir cavan oğlan Peyğəmbər (s)-ın yanına gəlib dedi: Ey, Allahın Peyğəmbəri! İcazə ver zina edim!

Onların yanında olan camaat oğlana hücum etdilər və onu danladılar.

Peyğəmbər (s) buyurdu: “Onu yanıma gətirin”.

Cavan Peyğəmbər (s)-in yanına gəlib oturdu. Peyğəmbər (s) soruşdu: “Əgər bunu anan üçün desələr, bəyənərsən?”

Dedi: Allaha and olsün ki, yox. Canım sənə fəda olsun!

Buyurdu: “Camaat da anaları üçün bu davranışı bəyənməzlər”.

(Sonra) Buyurdu: “Əgər qızın üçün desələr, bəyənərsən?”

Dedi: Yox. Allaha and olsun ki, yox. Canım sənə fəda olsun!

Buyurdu: “Camaat da qızları üçün bu davranışı bəyənməzlər”.

(Sonra) Buyurdu: “Əgər bacın üçün desələr, bəyənərsən?”

Cavan dedi: Allaha and olsun ki, yox. Canım sənə fəda olsun!

Buyurdu: “Camaat da bacıları üçün bu davranışı bəyənməzlər”.

(O zaman) Buyurdu: “Əgər bibin üçün desələr, bəyənərsən?”

Dedi: Allaha and olsun ki, yox. Canım sənə fəda olsun!

Buyurdu: “Camaat da bibiləri üçün bu davranışı bəyənməzlər”.

(Sonra) Buyurdu: “Əgər xalan üçün desələr, bəyənərsən?”

Cavan dedi: Allaha and olsun ki, yox. Canım fəda olsun!

Buyurdu: “Camaat da xalaları üçün bu davranışı bəyənməzlər”.

(Sonra) Peyğəmbər (s) əllərini cavanın çiyninə qoydu və dua etdi: “Allahım! Onun günahlarını bağışla, ürəyini saflaşdır və ona nəciblik ver!”

Bu hadisədən sonra, həmin cavan heç vaxt pis yollara düşmədi.5



İKİNCİ FƏSİL
ÖZÜNƏİNAM

1/2
QƏRAR


83. İmam Əli (ə): Sübhan Allah, peyğəmbərləri qəti qərarlar qəbul edən yaratmışdır. Lakin camaatın gözündə onları zəif göstərdi.1
84. İmam Əli (ə): Qəti qərarlar qəbul etməklə, süstlük və tənbəlliklə mübarizə edin.2
85. İmam Əli (ə): Qərarlı olmaqla qarınotarma heç vaxt birlikdə ola bilməz. Bir çox gün ərzində qəbul olan qərarlar, gecə yuxunu əldən alır. Bir çox qaranlıqlar da var ki, yüksək səviyyəli çalışmaları və səyləri yaddan çıxararaq məhv edir.3
86. İmam Kazim (ə) – Rəcəb ayında etdiyi dualardan: Həqiqətən bilirəm ki, sənin yolunda götürülən daha üstün azuqə, səni seçmək qərarıdır. 1

2/2
ÇALİŞMA



Quran:
"İnsana ancaq öz zəhməti (səyi, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir!".2
"Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq".3

Hədis:
87. Peyğəmbər (s): Qapını çox döyən, sonda içəri daxil olar.4
88. İmam Əli (ə): Qapını çox döyən və (içəri girmək üçün) israr edən, sonda içəri daxil olar.5
89. İmam Əli (ə): Çox çalışmaqla işini görən, nəhayət öz istədiklərinə nail olar.6
90. İmam Əli (ə): Axtaran hər kəs, öz payını tapar.7
91. İmam Əli (ə): Tənbəllik və işləməmək, insanı xoşbətliyi əldə etməkdən uzaqlaşdırır.8
92. İmam Əli (ə): Əgər bir işdən qorxursansa, özünü o işin içinə at. Çünki təhlükənin özündən də daha çətin (pis), qorxu və dəhşətə gəlməkdir.9
93. İmam Əli (ə): İşin çətinliyindən qorxursansa, onu əzənə qədər möhkəm ol, vaxtla hiylə qur ki, iş sənə asan gəlsin.1
94. İmam Əli (ə): Mənim keçmişdə bir dostum var idi ki, Allah yolunda (mənimlə qardaşlıq edirdi)... Zəif və gücsüz görsənsə də, qarşısına ciddi iş çıxdıqda, şir kimi (fəryad edir) və səhradakı ilan kimi hərəkət edirdi. 2

3/2
YÜKSƏK SƏVİYYƏDƏ MƏQSƏD

95. İmam Əli (ə): Yüksək məqsədin, əhəmiyyəti və dəyəri də çox olar.3
96. İmam Əli (ə): Nəsə tələb edirsənsə, o yüksək səviyyəli məqsəd olmalıdır.4
97. İmam Əli (ə): Açıq gözlə baxan, sonsuz arzularına çatar.5
98. İmam Əli (ə): Bəşər üçün uca məqsəddən üstün mərtəbə yoxdur. Şəhvət kimi hisslər isə heç bir şey qədər onu rüsvay və xar etməz.6
99. İmam Əli (ə): Yüksək məqsəd yolunda mərhələləri keçən adama, ətrafındakı hər kəs böyük hörmət edər. 7
100. İmam Sadiq (ə): Bəşərin nəaliyyət əldə etməyinə üç şey mane olur: Məqsədinin kiçik olması, çarəsizlik və dar düşüncə .8

4/2
LƏYAQƏT


101. İmam Əli (ə): Özünü alçaqlıqdan, əclaflıqdan uzaq tut, baxmayaraq ki, istəklərin səni o tərəfə çəkir. Dininin və həyanın (dəyərini bil), onu yenidən qazanmaq olmur. Hətta zahirdə istəyin böyük belə görsənsə.9
102. İmam Əli (ə): Özünü hər alçaqlıq və əclaflıqdan uzaq tut, baxmayaraq ki, səni istəklərinə tərəfə aparır. Çünki özündən ödədiyin qədər, bir şey əldə edə bilmirsən.1
103. İmam Əli (ə): Bəli, ölmək! Cismini alçaqlığa sərf etmək, yox! Bəli, az da olsa qane olmaq! Ona ya buna yalvarmaq, yox! 2
104. İmam Əli (ə): Az da olsa qane olmaq, lazımdır! Xar olmaq, yox!3
105. İmam Sadiq (ə): Kim, əsil-kökü olmayan halda ağalıq və ləyaqət istəsə, sərvəti olmayan halda ehtiyacsızlıq istəsə, qüdrətli olmayan halda əzəmət istəsə, gərək Allaha itaətsizliklə xar olmaqdan əl çəksin və öz izzətini artırsın.4

5/2



EHTİYACSIZLIQ
106. əl-Xisal – Səhl bin Səiddən nəql olunub: Cəbrayıl (ə) Peyğəmbər (s)-in yanına gəlib dedi:”...Bil ki! İnsanın böyüklüyü səhərə qədər oyaq qalmasında (etməsində) və kimsəyə möhtac olmamasındadır (ləyaqətini qoruyub saxlamasındadır).” 5
107. İmam Əli (ə): Öz qiymətini bilən, yüngül işlərə qoşulmaqla həyatını zay etmir.6
108. İmam Əli (ə): Adamların əlində olan ən böyük ehtiyacsızlıq (izzət-şərəf), başqalarının əlində olan hər şeyə qarşı ümidsizlikləridir.7
109. İmam Əli (ə): Başqalarından asılı olmaq, zəlillikdir.8
110. İmam Zynəlabidin (ə): Gördüm ki, xeyir və bərəkət, başqalarının əlində olan heç bir şeyə tamah salmamaqdır.1

6/2
MÖHKƏMLİK


111. İmam Əli (ə): Özünü daim möhkəm saxlayan, sağlam və rahat olar.
112. İmam Əli (ə): Bilin ki, Allah-Təala, ikiüzlü bəndəni düşmən bilir. Beləliklə, haqq və haqq əhlindən uzaqlaşmayın. Hər kəs bizi başqa bir şeylə (kimlə) əvəz etsə, məhv olmuşdur.
113. İmam Əli (ə): Möhkəmlənməyi bilsən, hörmət və böyüklük qazanarsan. Töhmətlənməkdən rahatlıq taparsan.

7/2
TƏVƏKKÜL


Quran:
"Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!".2

Hədis:
114. Peyğəmbər (s): Allah təvəkkül edənin xərcini öhdəsinə alır. Güman etmədiyi yerdən ona ruzi verir.3
115. İmam Əli (ə): Kim Allaha təvəkkül etsə, O... kifayətdir, nə istəsə ona verər.4
116. İmam Cavad (ə): Allaha etimad göstərmək, qiymətli bir şeyin dəyəri və hündür nərdivan kimidir.5
117. Kənzül-fəvaid – Loğman (ə)-ın övladına etdiyi nəsihət və sifarişlərindən cümlələr: Övladım! Allah-təalaya inan. Kimdən istəyirsənsə soruş: Kim Allaha etimad göstərib, Allah ona nicat verilməyib? Övladım! Allah-Təalaya təvəkkül et. Kimdən istəyirsən soruş: Kim Allaha təvəkkül edib, Allah onun üçün kifayət etməyib?1

ÜÇÜNCÜ FƏSİL
ALLAH-TƏALAYA BAĞLILIQ

1/3
CAVANLIQ DÖVRÜNDƏ ALLAHA İBADƏTİN DƏYƏRİ


118. Peyğəmbər (s): Yeniyetmə dövründən ibadətə başlayan abid, yaşlı vaxtında ibadətə başlayan ahıldan daha üstün sayılır. Eyni ilə bu, peyğəmbərlərin ibadətinin adi adamların ibadətindən üstünlüyünə bənzəyir.2
119. Peyğəmbər (s): Allah-Təala buyurur: ”Qəza-qədərimə etiqadlı cavan (inanan), kitabımdan (yazılanlardan) razı, verdiyim ruziyə qənaət edən, mənim xatirimə nəfsinin istəklərinə hakim kəsilən, elə bil ki, mənim mələklərimdən biri kimidir.3
120. Peyğəmbər (s): Qüdrətli Allah, həyatını öz Yaradanına bəndəlik yolunda keçirən gənci sevir.1
121. İmam Baqir (ə): İbrahim (ə) saqqalında ağ tük gördü. O buyurdu: ”Şükür olsun, O Allaha ki, aləmlərin Rəbbidir! Məni bu yaşıma çatdırıb, lakin bir an da olsun belə Ona itaətsizlik etməmişəm.”2

2/3
ALLAH-TƏALA, CAVANLARİN İBADƏTİ İLƏ FƏXR EDİR


122. Peyğəmbər (s): Qüdrətli Allah, ibadətkar cavana görə, mələklərinin yanında fəxr edər. O halda belə buyurar: ”Bəndəmə baxın. Mənə görə, nəfsinin istəklərini özündən rədd etmişdir.”3
123. Peyğəmbər (s): Mutəal-Allah dünya şadlığı və əyləncəsini buraxıb, cavanlıq çağından bəndəliyi qəbul edən hər bir gəncə, 72 siddiqin mükafatını verər. O,

buyurdu: ”Qüdrətli Allah buyurmuşdur: Ey, cavan! Mənə görə şəhvətindən çəkin və mənim üçün cavanlığının qarşısını al! Sən mənim hüzurumda mələklərimdən bəzisi kimisən”.4


124. İmam Sadiq (ə): Həqiqətən, Allah, yaradılmışların arsında ən çox cavan və xoşsimalı, lakin cavanlığını və gözəlliyini itaət yolunda qoyan gənci sevir. Allah-Təala, həmin cavan abidi mələklərə göstərib onunla fəxr edir. Buyurur: ”Bu həqiqətən mənim bəndəmdir.”5

3/3



CAVANLIQDA EDİLƏN İBADƏTİN BƏRƏKƏTİ

125. Peyğəmbər (s): Allah-Təala, cavanlıqda Ona yaxşı bəndəlik edən adama, qocalanda hikmət və bilik verər. Mutəal-Allah belə buyurmuşdur:

(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik.”6

Bu ayənin davamında belə buyrulur: “Biz yaxşı əməl sahiblərini (gözəl davrananları) belə mükafatlandırırıq!”


126. Peyğəmbər (s): Allah-Təala, o gün (qiyamətdə) Onun himayəsindən başqa kömək olmayan vaxtda, yeddi qrup adamı öz himayısində saxlayar: Ədalətli başçı, Allaha bəndəlik edərək yetkinləşən cavan... .1
127. Peyğəmbər (s): İbadət və bilik sayəsində yetkinləşən gəncə, Mütəal-Allah qiyamət günündə 72 siddiqin2 mükafatını verərəcək.3
128. Peyğəmbər (s): Ey Əbuzər! Mutəal-Allah dünyanı və ləzzətlərini buraxıb, cavanlıq çağından bəndəlik edən hər bir gəncə, 72 siddiqin mükafatını verər.4
129. Peyğəmbər (s): Mənim ən üstün ümmətim, onlardır ki, Allaha itaət yolunda

cavanlığını sərf edən və dünya ləzzətlərindən uzaqlaşıb, axirət dünyasının eşqi ilə yaşayanlardır. Həqiqətən, İlahi dərgahında onların mükafatları behiştin ən uca yeri olacaqdır.5


130. İmam Sadiq (ə): Allah-Təala, üç qrup adamı hesabsız-sualsız behiştə daxil edəcək:.. Ədalətli başçını, dürüst taciri, ömrünü Allaha itaət etməklə keçirmiş qocanı.6

4/3


ALLAHA İBADƏT ETMƏYİN MƏNASİ
131. əl-Məhəccətül-bəyza: Bir gün Peyğəmbər (s), səhabələri arasında oturmuşdu. Orada olan qüvvətli və çevik bir cavana diqqət yetirdi. Bu gənc səhərdən axşama qədər işləyirdi. Səhabələr dedilər: Vay olsun, onun halına! Kaş,

cavanlığını və cəldliyini Allah yolunda sərf edəydi.

Peyğəmbər (s) buyurdu: “Belə danışmayın. Əgər o, bu niyyətlə işləyib çalışırsa ki, heç kimdən asılı olmasın, elə bunun özü, Allahın yoludur. Taqətsiz ata-anası və zəif övladlarını dolandırmaq üçün çalışıb ruzi qazanırsa, elə bu, Allah yoludur. Lakin varlanmaq və (bununla) fəxr etmək üçün işləyirsə, bu şeytanın yoludur”.1

5/3
İBADƏTDƏ NORMA


132. Peyğəmbər (s): Həqiqətən, islam dini möhkəm dindir. Dinə aramca gəlin. Bəndələrin yanında, Allaha ibadəti xoşa gəlməyən acı bir iş kimi göstərməyin. Təzə atsürən kimi olun. Hansı ki, nə bir heyvana minib, nədə ki, səfərə çıxıb. 2

(Yəni ibadətdə özünü çox mahir-bacarıqlı göstərmə).


133. İmam Sadiq (ə): Cavan vaxtı ibadətlə çox məşğul olurdum. Atam mənə buyurdu: “Övladım! Heç nəyi həddən artıq etmə. Əgər, Allah bəndəni sevirsə,

onun etdiyi ibadət az belə olsa, razı qalır”.3



DÖRDÜNCÜ FƏSİL
LAYİQLİ DOST
1/4
YAŞAYİŞDA DOSTUN ROLU
134. Peyğəmbər (s): İnsan öz dostunun dinində (əqidəsində) olar. Sizlərdən hər biriniz diqqət etməlisiniz ki, kimi dost seçirsiniz.4
135. İmam Əli (ə): O adam uzaqgörən sayılır ki, dostluq üçün seçim edir. Çünki insanlar daima dostları ilə ölçülərlər (qiymətləndirilərlər).1
136. İmam Əli (ə): Nəfsini saxlayan və əməlisalehlərlə dostluqdan savayı, bütün dostlar daim peşmançılıq çəkir2.3
137. İmam Əli (ə): İnsanın dostu onun ağlının nişanəsidir.4
138. Kənzül-fəvaid: Rəvayət olunur ki, Süleyman (ə) buyurmuşdur: “Kimin necə olduğu haqda tez qərar verməyin, baxın-görün ki, həmin adamın dostları kimdir. Çünki hamı özünə tay və oxşar adamla tanınar və dostlarına nisbətləndirilər”.5

2/4
DOSTU SİNAMAQ

139. İmam Əli (ə): Kimisə sınaqdan keçirməmiş, ona etibar etmək bacarıqsızlıqdır.6
140. İmam Əli (ə): Dost seçməmişdən öncə onu sına və seçimdə ehtiyatlı ol. Yoxsa məcburiyyət səni pislərlə dost olmana səbəb olar.7
141. İmam Əli (ə): Altı şeylə kişinin ağıl və fikri bilinər: Dostluğu, ticarəti, başçılığı, işdən kənarlaşması, sərvəti və yoxsulluğu.8
142. İmam Əli (ə): Adamları sınamadan tanımaq olmur. Ailəni və övladlarını yoxluğunda, dostunu çətinlikdə, qohumları yoxsulluqda, sənə yaltaqlıq edib, özlərini dost göstərənləri işsiz olanda, sına. O zaman özünün onların yanında nə qədər dəyərinin olduğunu bilərsən. 9
143. İmam Əli (ə): Bir kəslə onu üç vəziyyətdə sınamadan həqiqi dostluq etmə: Onu qəzəbləndir, bax gör, qəzəb onu haqq yoldan çəkib batil yola aparacaq, ya yox; qazanc əldə edəndə (varlananda); onunla səfərə çıxdıqda.10
144. İmam Sadiq (ə): Dostun vəzifəyə (rəhbər) keçəndən sonra, səninlə əvvəlkinə nisbətdə rəftarı və davranışı onda bir miqdarda dəyişməyibsə, demək o, pis yoldaş deyil.1
145. Ricalul-Kəşşi: Məhəmməd bin Sənandan nəql edir: Kufəlilərdən bir dəstə adam İmam Sadiq (ə)-a məktub yazdılar: Mufəzzəl yaramaz, quşbaz və içki içən adamlarla yoldaş olmuşdur. Çox yaxşı olar ki, ona göstəriş verin ki, onlarla yoldaşlıq etməsin?

İmam Sadiq (ə), Müfəzzələ bir məktub yazdı və möhür vurdu. Kufəliləri yanına çağırıb məktubu onlara verdi və tapşırdı ki, əlbəəl Müfəzzələ çatdırsınlar. Onlar məktubu götürdülər. Bu qrup ibarət idi: Zürarə, Abdullah bin Bukəyr, Məhəmməd bin Müslim, Əbu Bəsir və Hücr bin Zaidədən. Məktubu Müfəzzələ verdilər. O məktubu açıb oxudu. Məktubun mətni belə idi:

“Rəhimli və Mehriban Allahın adı ilə! Filan şeyi və filan şeyi satın al.”

Məktubda o adamların dedikləri haqqında heç nə yox idi. Nə bir kəlmə az, nə bir kəlmə çox. Müfəzzəl məktubu oxuyub Zürarəyə verdi, o da Məhəmməd bin Müslimə verdi və beləliklə, məktub əldən ələ keçdi. Müfəzzəl dedi: Bu əmr barədə nə deyirsiniz?

Dedilər: Səndən böyük bir sərvət tələb olunur. İcazə ver, fikirləşək. Görək onu aramızda toplaıb sənə gətirə bilərik? Toplamadan yanına gəlmərik, bu məsələyə baxarıq hələ.

Onlar çıxıb getmək istədilər, lakin Müfəzzəl dedi: Nahar vaxtı olduğu üçün mənimlə nahar edin. Onlar nahara qaldılar. Müfəzzəl, dostlarını (o dostların haqqında ki, pis deyilirdi) çağırmaq üçün adam göndərdi. Onlar dərhal gəldilər. İmam Sadiq (ə)-ın məktubunu onlar üçün oxudu. Dostlar çıxıb getdilər.

Müfəzzəl yenə o əvvəlki ilk qrupu yemək bəhanəsi ilə saxlayırdı.Çox keçmədi ki, cavanlar qayıtdılar. Özləri ilə bacardıqları qədər, bir və ya iki min, bəzisi daha çox və ya az pul gətirmişdilər. Onlar naharlarını hələ yeyib qurtarmamışdılar ki, (Müfəzzəlin dostları) aralarında pul toplayaraq on iki min dirhəmi Müfəzzələ verdilər. O, üzünü qonaqlara tutub dedi:

Deyin, bunları özümdən necə uzaqlaşdırım? Güman edirsiz ki, Allah-Təalanın sizin oruc və namazınıza ehtiyacı var?!2


İZAH:
Müfəzzəl günahkarlarla get-gəl etdiyinə görə, kufəlilərin şikayətinə və töhmətinə məruz qalırdı. Amma şübhəsiz ki, cəmiyyətin bəzi şəxslərinin intizamsızlığı və səhvləri, burada məsum İmam tərəfindən o demək deyil ki, təsdiq olunur. Sadəcə İmam (ə)-ın bu işdə məqsədi, Müfəzzəlin şəxsiyyət kimi başqalarına necə təsir etdiyini nümayiş etdirmək idi. Yoxsa belə ünsiyyətin təsir altına tez düşən şəxslərə, xüsusilə də cavanlara, heç bir faydası yoxdur.

3/4
DOSTLARİN NÖVLƏRİ


146. Müsnədi-İbn Hənbəl – Muəz bin Cəbəldən nəql olunur –: Peyğəmbər (s) buyurdu: ”Axirüz-zamanda, camaat üzdə dostluq edəcək, daxildə isə düşmənçilik.”

O soruşdu: Bu necə olan şeydir?

Buyurdu: ”Onlardan bəziləri, digərlərini sevdiklərinə görə və bəziləri, digərlərindən qorxduqlarına görə.”1


147. İmam Əli (ə): Sənin dostların üç qrupdur və həmçinin, düşmənlərin də üç qrupdur.

Dostlar bunlardır: Sənin dostun, dostunun dostu, sənin düşməninin düşməni.

Düşmənlərin bunlardır: Sənin düşmənin, dostunun düşməni, sənin düşməninin dostu.2
148. İmam Baqir (ə): Bəsrə şəhərində, Əmirəl-möminin hüzurunda bir kişi ayağa qalxaraq dedi: Ey Əmirəl-möminin! Qardaşlıq barəsində söhbət elə.

Buyurdu: ”Qardaşlar iki dəstəyə bölünür: İnandığın qardaşlar və zahiri qardaşlar. Etibar etdiyin qardaşlar, ailə və mal-dövlət kimidirlər. Əgər belə inandığın dostun varsa, onun üçün malından və canından keçə bilərsən. Hər kimlə dostdur, sən də onunla dost ol və hər kim ki, düşməndir sən də onunla düşmən ol. Onların sirrlərini və eyiblərini gizlin saxla, ancaq yaxşılıqlarından danış. Bil ki, ey sual verən! Belə qardaş qırmızı kükürddən də nadir tapılandır.

Amma zahiri dostlar, onlarla ancaq vaxtını xoş keçirə bilirsən. Bu işə davam et, lakin çox içlərinə girmə. Onlar səninlə nə qədər ki, xoşüzlə və şirindillə davranırlar, sən də o həddə davran.” 3
149. İmam Sadiq (ə): Qardaşlar üç qrupa bölünürlər. Birinci dəstəyə aid olanlara həmişə yemək kimi ehtiyac var, onlar ağıllı olurlar. İkinci dəstəyə aid olanlar xəstəlik və bəla kimidirlər, onlar nadan və dərrakəsizdirlər. Üçüncü qrupa aid olanlar dərman kimidirlər, onlar alim və müdrikdirlər.4

4/4


DOSTLARİN ƏN ÜSTÜNÜ
150. Peyğəmbər (s): Qardaşların ən üstünü, axirət işlərində sənə kömək edəndir.1
151. Peyğəmbər (s): Ən üstün qardaşın gərək, Allahın göndərdiyi əmrləri yerinə yetirmək üçün sənə kömək etsin, səni günahlardan çəkindirsin və səni Allah yoluna çəksin.2
152. Peyğəmbər (s): Sizin ən üstün qardaşınız, sizin eyiblərinizi sizə hədiyə edəndir.3
153. Peyğəmbər (s): Ona sual vermişlər: Ey Allahın Peyğəmbəri! Ən üstün yoldaş kimdir? -: Onu görmək sizə Allahı xatırlada, söhbəti sizin elminizi artıra və rəftarı sizə qiyamət gününü yada sala.4
154. Peyğəmbər (s): İsa (ə)-ın köməkçiləri ona dedilər: Ey Allahın Ruhu! Kiminlə yoldaşlıq edək?

Buyurdu: ”Onu görmək sizə Allahı xatırlada, söhbəti sizin elminizi artıra və rəftarı sizə axirət işlərinə tərəf çəkə.”5


155. İmam Əli (ə): Ən üstün qardaş odur ki, yalandan xeyirxahlıq etməsin.6
156. İmam Əli (ə): Ən üstün qardaş odur ki, Allaha görə dostluq etsin.7
157. İmam Əli (ə): Hər şeyin təzəsi, dostun isə köhnəsi daha yaxşıdır.8
158. İmam Baqir (ə): Sənə göz yaşı tökürən, lakin sənin xeyrini istəyən kəsə itaət et (onun ardınca get). Sənin üzünə gülən, amma sənə kələkbazlıq edənin dalınca düşmə.9
159. İmam Sadiq (ə) – Bir kişiyə xitabən: Köhnə dostların qədrini bil, təzə dost seçmə (tələsmə). Çünki dəqiq bilmirsən sədaqətlidir, əmanətə xəyanət edəndir, ya yox. (Səninlə heç bir əlaqəsi olmayan adamı necə dost seçə bilərsən?) Hətta camaat bir kəsə çox etibar etsələr belə, sən onunla dost olma. Çünki camaat nemətlərinə qarşı düşməndirlər. 10
160. İmam Əsgəri (ə): Sənin ən üstün qardaşın, ona qarşı olan (günahlarını) səhvlərini unuda, ona qarşı olan yaxşılıqları yada sala.11
161. əl-İxvan – Həsənin (Bəsri) dediklərindən -: Peyğəmbər (s)-ə dedilər: Ey Allahın Peyğəmbəri! Ən üstün köməkçi (dost) kimdir?

Buyurdu: O şəxsdir ki, Allahı yada salanda sənə kömək edir, nə vaxt Allahı yaddan çıxarsan yadına salır.”

Dedilər: Ey Allahın Peyğəmbəri! Öz aramızda ən yaxşı xüsusiyyətə malik olanı bizə tanıtdır ki, onları özümüzə dost və yoldaş seçək.

Buyurdu: ”Bəli! Onları (dost və yoldaş seçin ki,) görməklə sizə Allahı xatırlada”.2

5/4
YOLDAŞLIQ HAQQI
162. İmam Zeynəlabidin (ə): Sənin boynunda olan dostunun haqqı (aşağıdakılardan) ibarətdir: Onunla mehriban davranmalısan, danlayanda insafla danışmalısan, onun icazəsi olmadan yerindən durmamalısan, o isə sənin yanında oturubsa səndən icazəsiz dura bilsin. Onun səhvlələrini yadından çıxar, yaxşılıqlarını yadına sal. O sənin ancaq yaxşı sözlərini eşitməlidir.3

BEŞİNCİ FƏSİL

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə