GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə2/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

4. GƏNCLƏRİN HÜQUQU
Hikmətnamənin ikinci və üçüncü bölümündə, gənclərin inkişafı yolundakı maneələr və əməllər haqqında gələn məlumatlar, gənclərin vəzifəsi haqqında danışır. Belə ki, gənclər məsuliyyətli olub öz cavanlıqlarından lazımi qədər bəhrələnməlidirlər. Lakin bu vəzifələr ailədən və cəmiyyətdən ayrı yerinə yetirilə bilməz. Hər bir gənc, cisim və ruhunun inkişafı üçün lazım olan amilləri, ailəsinin və yaşadığı cəmiyyətin tərkibində həyata keçirə bilər. Hikmətnamənin dördüncü bölümündə, ailə və cəmiyyətin gənclərin qarşısında olan məsuliyyətləri haqqında və "gənclərin hüququ" mövzusu ilə iki fəsil verilmişdir.
A. GƏNCLƏRİN AİLƏDƏKİ HAQQİ
İslami hədislərdə oxuyuruq ki, ata-ananın övlad üzərində haqqı olduğu kimi, gənc övladın da ata-ana üzərində haqqı var. Cavanların haqqının valideynlər tərəfindən tapdalanması pislənmiş və məzəmmət edilmişdir. Bu haqda Peyğəmbər (s) belə buyurmuşdur:

“Ata və ananın övladının boynunda haqqı olduğu kimi, övladın da ata və ananın boynunda haqqı var.”1

Ailənin boynunda olan ən sadə haqq övladının şəxsiyyətinə hörmət etməsidir. Peyğəmbər (s) buyurduğu kimi, övlad həyatının üçüncü yeddi ilində (15 yaşından 21 yaşına kimi) ailənin vəziri hesab olunmalıdır.2 Buradan belə qənaətə gəlmək olur ki, uşağın şəxsiyyəti bu yaşdan formalaşmağa başlayır. 15 yaşdan etibarən onda bir şəxsiyyət kimi müstəqilliyə və sərbəstliyə meyillilik artır. Bu zaman ata övladının yol göstərəni sayılır, nəinki öz hökmünü yeridərək uşağa əmr verməlidir. Övlad da atanın köməkçisi və yardımçısı sayılır, nəinki qulu.

Bundan əlavə, ailə gərək bütün gücünü sərf edərək gəncin maddi və mənəvi cəhətdən inkişafı üçün əlindən gələni əsirgəməsin. İslam hədislərində ailənin boynundakı öhdəçiliklər haqda göstərilmişdir. Onların ən əsası aşağıdakılardan ibarətdir: Cavanın evlənməsi üçün hazırlıq görmək, övladların arasında ədalətlə davransınmaq, dualarını ondan əsirgəməmək, onu xəta etdikdə nifrin etməmək (əzində düzəlməsi üçün kömək etmək), cavanı həddən artıq danlayıb töhmətləməmək. Bu tövsiyələrin izahı dördüncü bölümün birinci fəslində "cavanın hüququ"- mövzusu ilə qeyd olunubdur.


B. CAVANLARİN CƏMİYYƏTDƏKİ HAQQİ
Gənclərin demokratik müsəlman cəmiyyətdəki haqqı ailədəkindən daha artıqdır. İslam qanunları tək insan üçün deyil, bütün cəmiyyətin inkişafı və tərəqqisi üçün çalışılır. İnkişaf üçün fürsət sayılan ən əsas vaxt, gənclik və cavanlıq çağıdır. İslam dövlətinin əsas işi gənclərin problemlərini planlı şəkildə həyata keçırmək, onların ehtiyaclarını ödəməkdir (bunlardan: təhsil almaq, azad mütaliə, quruculuq və faydalı məşğuliyyət, evlənmə, idman, əyləncə, mədəni, etiqadi və siyasi şəffaflıq).

İslam cəmiyyətində diplomatik və mədəni məsuliyyətləri öhdəyə almaq gənclərin haqqıdır. Sözsüz ki, hər şeydən öncə onların tərbiyəsinin düzgün şəkildə aparılmasıdır. İslam dünyasının başçıları gərək Peyğəmbəri (s)-i özlərinə örnək alsınlar. Gəncləri islam cəmiyyətinin qarşısındakı haqqı qazanmaq üçün tərbiyə etsinlər.


5. NÜMUNƏVİ GƏNCLƏR
Hikmətnamənin beşinci bölümündə tarix boyunca, yəni İbrahim Xəlilin (ə) dövründən ta sonuncu Peyğəmbərin (s) və Əmirəlmöminin Əli (ə)-ın dövrünə kimi, hər sahədə seçilən, insani dəyərlərə malik və fədakar şəxslər, kamillik yolunda atdım atan gənclərə nümunə olaraq göstərilmişdir.

Bu bölümü mütaliə etmək, gənclərə obyektiv örnəkləri tanıtdırmaqla yanaşı, yalançı, özlərini təlim-tərbiyə (əxlaq-irfan) ustadı sayan böyük təhlükələrdən uzaqlaşdırmağa kömək edə bilər.

Ümüd edirik ki, islam dünyasının bugünkü cavanları Peyğəmbər əhli-beytinin düzgün və hikmətli yol göstərməsindən bəhrələnərək, Məhəmməd ailəsindən olan İmam Mehdi (əccələllahu-təala fərəcəh)-in rəhbərliyi ilə islam cəmiyyətinin layiqincə qurulması üçün hazırlıq işləri aparsınlar.

BİRİNCİ BÖLÜM
CAVANLIQ DÖVRÜNÜN İNKİŞAFDAKI ROLU

BİRİNCİ FƏSİL
HƏYATİN BAHARİ
1/1
CAVANLİĞİN DƏYƏRİ
Quran:
"Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!".1
"Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur".2
Hədis:
1. İmam Əli (ə): Dörd şeyin qiymətini dörd dəstədən başqa heç kəs bilməz: Cavanlığın dəyərini yalnız qocalar; əmin-amanlığın dəyərini yalnız giriftarlar; sağlamlığın dəyərini yalnız xəstələr; həyatın dəyərini yalnız ölülər bilər.3
2. İmam Əli (ə): İki şeyin qədrini onu itirənlərdən başqa heç kəs bilməz; cavanlıq və əmin-amanlıq.4
3. İmam Əli (ə)-a mənsub divanda:

İki şey var ki, əgər gözlər qan ağlayıb kor olsa da,

Onda birinin dəyərini belə düşünməmişlər:

Cavanlığı əldən vermək və doslardan ayrılmaq!1
4. İmam Əli (ə)-a mənsub divanda:

Cavanlıqdan ayrılınca ağladım.

Ey kaş cavanlıq bir də qayıdaydı.

Əgər cavanlığı satan olsaydı,

Satıcısına hər nə istəsəydi verərdim.2

2/1



CAVANLİĞİ MƏNFƏƏT BİLMƏK
Quran:

" Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan Yer üzündə fitnə-fəsad törətməyə Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et)". 3
"Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirdik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi".4

Hədis:
5. Peyğəmbər (s) –ın İmam Əli (ə)-a buyurduqlarından-: Ey Əli! Dörd şeyin qədrini dörd şeydən qabaq bil: Cavanlığı qocalmamışdan; bədəninin sağlamlığını xəstələnməmişdən; ehtiyacsızlığın dəyərini ehtiyaclı olmamışdan; həyatın qədrini ölüməmişdən.5
6. Peyğəmbər (s): Bəndə gərək axirət həyatı üçün dünyadan, ölüm üçün həyatdan, qocalıq üçünsə cavanlıqdan bəhrələnsin. Çünki dünya sizin üçün, siz isə axirət üçün yaradılmısınız.6
7. Peyğəmbər (s): Ey camaat! Sizin üçün müxtəlif məqsədlər var. Həmin məqsədlərə çatmaq üçün hərəkət etsəniz, çatacaqsınız. Ona tərəf tələsin! Həqiqətən mömin iki qorxu arasında qalıb: Pərvərdigarın onun keçmiş günləri haqqında nə hökm verəcəyini və dünyadan qalan günləri haqqında nə qərar verəcəyini bilməmək. Ona görə də bəndə özündən (artıq şəkildə) faydalanmalıdır: Dünyadan axirət həyatı üçün, cavanlıqdan qocalıq üçün, sağlamlıqdan xəstəlik üçün, yaşamaqdan ölüm (axirət günü) üçün faydalanmalıdır. And olsun Allaha, canım onun əlindədir. Ölümdən sonra xoşbəxtlik qaznma yolu, dünya həyatından sonra behişt və cəhənnəmdən başqa bir yer yoxdur.1
8. Peyğəmbər (s): İşlər yalnız öz zamanı çərçıvəsinə aiddir.2
9. İmam Əli (ə): Qocalıqdan əvvəl cavanlığın, xəstəlikdən əvvəl isə bədəninin sağlamlığının qədir-qiyməini bil.3
10. İmam Əli (ə): Qüssələnməmişdən əvvəl əlindəki fürsətdən istifadə et.4
11. İmam Əli (ə): Dünya yaşayışı ölümün, cavanlıq isə qocalığın bir

addımlığındadır.5


12. İmam Əli (ə): Sabahı öz ömründən bilən şəxs, ölümün mahiyyətini olduğu kimi dərk etməmişdir (çünki adam bilmir ki, ölüm onu harada və necə haqlayacaq).6
13. İmam Əli (ə): Fürsətlərdən yaxşı bəhrələnin ki, buludlar kimi sovuşur.7
14. İmam Əli (ə): Bu ayə barəsində- “Dünyadakı nəsibini də unutma” 8 – demişdir:

Sağlamlıq, bacarıq, fürsət, cavanlıq və enerjini yaddan çıxarma ki, onların vasitəsi ilə axirətini qazana biləsən.9


15. İmam Sadiq (ə)- Allah-təalanın bu ayəsi haqda demişdir:

Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?!10

- Bu deyilənlər, 18 yaşlıları danlayaraq (qəflətdən) ayıltmağa aid olunur.11
16. Tənbihül-xəvatir: İsa (ə) cavanların yanından keçərkən belə deyərdi: “Bir çox əkinlər biçin vaxtına çatmadılar”. Qocaların yanından keçərkən isə belə deyərdi: “Sahələrinin əkin vaxtı çatıbsa, onların təkcə biçinə hazırlanmaları gözlənilir”.1

3/1
GÜNLƏRİN XƏZİNƏLƏRİ


Peyğəmbər (s): Qiyamət günü, bəndənin hər gün (yəni 24 saat ərzində) etdiyi əməlləri saatbasaat açıqlanacaq. O gün bəndəyə ağ və nurlu dəftər verərlər. Öz Pərvərdigarına itaət edərək (yaxşı işlərlə) keçirdiyi zamana görə onu elə sevindirərlər ki, hətta o sevinci cəhənnəmdəkilərin arasında bölsələr, cəhənnəm odunun əzabını hiss etməzlər. Sonra digər sənəd (əməl dəftəri) açılar. Bəndə öz Pərvərdigarına üsyan etdiyi zamana görə onu qara və qoxulu halda görər. Onu görməklə o qədər qorxar ki, əgər həmin qorxu və iztirabı behişt əhlinin arasında bölsələr, cənnətin zövqündən məhrum olarlar (çünki Pərvərdigarına vaxtında itaət etməmişdir). Yenə də onun üçün digər bir sənəd açılar. Bu əməl dəftərini isə boş görər. Əməl dəftərinin içində sevinmək üçün nə yaxşı əməl var, nədəki qorxmaq üçün pis əməl. Bu ona görədir ki, həmin saatlarda bəndə ya yatıb, ya da başı dünyanın mübah işlərinə qarışıb. Həsrət və təəssüf hissi keçirərək bu əməl dəftərini qəbul edəcək. Orada başa düşəcək ki, həmin vaxtlar saysız-hesabsız yaxşı işlər görə bilərdi. Quranda buna işarə olaraq belə deyilir:

"Allahın sizi (haqq-hesab üçün) toplanış gününə cəm edəcəyi gün -məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır)".2. 3

4/1
İNKİŞAF YOLUNDA YORULMAQ BİLMƏDƏN ÇALİŞMA

18. Peyğəmbər (s): Dünya bir saat kimidir. Həyatınızı o saatda Allah-təalaya itaət etmək üçün tənzimləməyin.4
19. İmam Sadiq (ə): Kim ki, iki günü eynidir, o uduzmuş hesab edilir. Elə ki, ikinci günü birincidən pis keçdi, qarğış olunar. Əgər bir kəs özündə uğur görmürsə, səhv yoldadır. Əgər insanın səhvləri və nöqsanları çoxaldısa, deməli, o adam üçün ölmək yaşamaqdan daha yaxşıdır. 5

5/1
CAVANLIQ GÜNLƏRİNİN TƏFTİŞİ


20. Peyğəmbər (s): Qiyamət günü adamlar beş şeyə cavab verməyənə qədər Allah hüzurundan bir addım da götürə bilməyəcəklər: Ömrünü necə keçirmiş; cavanlığını hansı yolda (işdə) hədər etmiş; sərvətini necə əldə etmiş və necə xərcləmiş; bildiklərinə necə əməl etmişdir.1
21. Peyğəmbər (s): Qiyamət günündə bəndə dörd suala cavab verməyənə qədər bir addım ata bilməyəcək: Ömrünü nəyə sərf etmiş; cavanlığını nəyə hədər vermiş; sərvətini hardan əldə etmiş və necə xərcləmişdir. (Bunlardan başqa) ondan biz əhli-beytin sevgisi haqda soruşulacaq.2
22. İmam Sadiq (ə) – Loğmanın öyüdlərindən öz övladlarına tövsiyə etmişdi - : Bil ki, sabah Allahın hüzurunda olduğun zaman dörd şey səndən soruşulacaq: Cavanlığını harada puç etdin; ömrünü harada keçirdin; sərvətini necə qazandın; onu harada xərclədin. Həmin gün üçün hazır ol və sorğulara cavab hazırla.3

İKİNCİ FƏSİL
ÖZÜNÜ İSLAH ETMƏYİN BƏHRƏLƏRİ
1/2

CAVANİN ÖZÜNÜ İSLAH ETMƏK BACARİĞİ
Quran:

"Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi".1
Hədis:
23. Peyğəmbər (s): Sizə, cavanlara qarşı xeyirxah olmağınızı tövsiyə edirəm. Çünki onların ürəyi çox yumşaqdır. Doğrudan da, Allah-təala məni müjdə vermək və xəbərdarlıq etmək üçün göndərmişdi. Cavanlar mənimlə peyman bağladılar, qocalar isə müxalif oldular. (O zaman bu ayəni oxudu:)

"Onların ömürləri uzandıqca qəlbləri daşlaşdı". 2. 3
24. Təfsiri-Qumi: Bu ayə "Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) xəbərdarlıq edən (bir peyğəmbər) gəlməsinə təəccüb etdilər4" Məkkədə nazil olmuşdur. Elə ki, Peyğəmbər (s) Allahın dəvətini Məkkə şəhərində açıqladı, Qureyş başçıları Əbu Talibin yanına gəlib dedilər: Ey Əbu Talib! Sənin qardaşın oğlu, bizim arzularımızı bərbad etdi. Tanrılarımızı təhqir etdi, cavanlarımızın (Tanrılara olan) əqidəlrini pozdu və bu işlə aramızda ixtilaf saldı. Əgər kasıbçılıq onu bu işə məcbur edib, ona çoxlu var-dövlət verək, onu Qureyşin ən sərvətlisi edək, özümüzə başçı seçək ki, bu işlərdən əl çəksin.

Əbu Talib bu söhbətləri Allahın Peyğəmbərinə (s) çatdırdı. Peyğəmbər (s) buyurdu:”Əgər sağ əlimə günəşi, sol əlimə ayı versələr yenə də (bu yoldan dönməyi) qəbul etməyəcəyəm”.1


25. İmam Əli (ə): Hər insanın daxilində on səkkiz yaşa qədər biliklə nadanlıq mübarizə aparır. Elə ki, cavan həmin yaşa çatdı, daxilindəki bilik və ya nadanlığın hansı daha çox olarsa o da qələbə çalar.2
26. İmam Sadiq (ə): Qardaşım oğlu! Cavanlara (onların tərbiyəsinə) diqqət et, qocaları azad burax! (qocaların əqidəsi və tərbiyəsi ilə işin olmasın). 3
27. əl-Kafi – İsmail bin Əbdül Xaliqdən nəql olunur - : Eşitdim ki, İmam Sadiq (ə) Əbu Cəfər Əhvəldən soruşurdu: “Bəsrə şəhərinə getdin?”.

Dedi: Bəli.

Buyurdu: “Oradakı camaatın imamətə nəzərlərini və bu yolda səylərini necə dəyərləndirdin?”

Dedi: Allaha and olsun ki, şiələr azdır. Tədricən calışırlar, lakin bu çalışmalar da azdır.

İmam (ə) ona (o dəqiqə) buyurdu: “Sən cavanlara daha diqqətli ol ki, onlar

yaxşı işlər görməyə daha çox tələsəndirlər (həvəslidirlər)”. 4


28. İləluş-şərai – İsmail bin Fəzl Haşimidən nəql olunur: İmam Sadiq (ə)-a dedim: Yaqub (ə)-ın əhvalatını, övladlarının ona bu dediklərini bizə danış;

(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.

(Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”5

Yəqub (ə) bağışlanmaq üçün duanı təxirə saldı. Həmçinin, Yusif (ə)-ın əhvalatında qardaşlarının ona dediklərini bizim üçün danış;

Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” dedilər.

(Yusif) dedi: “Bu gün sizə (etdiklərimizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!) ” 6

İmam Sadiq (ə) buyurdu:Cavanların ürəyi, yaşlı kişilərin ürəyindən yumşaq olur. Yaqubun övladları Yusifə zülm etdilər. Bu vasitə ilə onlar Yaquba zülm etmiş oldular. Yusif qardaşlarını tez bağışladı. Lakin bağışlamaq əslində Yusifin haqqı olduğu üçün, Yaqub onları cümə gecəsinin səhərinə kimi (sübh azanına yaxınlaşana qədər) bağışlamadı”.1

2/2
CAVANLIQ ÇAĞLARINDA ELM ÖYRƏNMƏYİN ÜSTÜNLÜYÜ

29. Peyğəmbər (s): Cavan vaxtı elm öyrənmək, elmi daşın üzərinə həkk eləməyə bənzəyir. Yaşlı vaxtı elm öyrənmək, öyrəndiyini suyun üzərinə yazmağa bənzəyir.2
30. İmam Əli (ə): - Ona aid olan hikmətlərdə - : Elmi kiçik yaşlarından öyrən ki, böyük yaşlarda böyüklük edə biləsən.3
31. İmam Əli (ə): Kiçik yaşlarından özünü (təhsil almağa, bilikli olmağa) məcbur etməsə, böyük yaşlarda heç bir üstünlüyə nail ola bilməz.4
32. İmam Əli (ə): - Ona aid olan hikmətlərdə - : Cavanları elmi mübahisələrə, orta yaşlıları fikirləşməyə, qocaları isə sükut etməyə əmr edin.5

33. İmam Baqir (ə): Atam Zeynəlabidin (ə), bilik öyrənən cavanlara diqqət yetirərərək, onlarlı yanına çağırıb, belə buyurardı: “Biliklilərin əmanətdarı olduğunuza görə sizə afərin! Siz cəmiyyətin azyaşlıları tezliklə başqa bir cəmiyyətin böyükləri olacaqsız”.6


34. İmam Sadiq (ə): Cavanları iki haldan başqa vəziyyətə görməyi sevmirəm; tələbə ya alim. Əgər cavan bu iki halda deyilsə, səhlənkarlıq edib, səhlənkarlıq edibsə, pis iş də edər, pis iş edibsə günah iş də edər, günah iş də edərsə, and olsun Ona ki, Məhəmməd (s)-i peyğəmbər seçmişdir, həmin cavanlar cəhənnəmə gedəcəklər.7
3/2
MƏNƏVİ TƏRBİYƏLƏNDİRMƏ
35. İmam Əli (ə) – oğlu Həsən (ə)-a vəsiyyətində: Sanki cavanların ürəyi, əkilməmiş torpaq kimidir. Ona hər nə səpsən qəbul edəcəkdir. Ürəyin bərkiməmiş, başın dünya işlərinə qarışmamış sənə ədəb-ərkan öyrədəcəm.1
36. İmam Əli (ə) – oğlu Həsən (ə)-a vəsiyyətində: Sənə ədəb-ərkan öyrətməyə qərara gəldikdə gördüm ki, cavanlığın ilk çağlarında və yaşayışın baharındasan və niyyətin pak və təmizdir.2
37. İmam Zeynəlabidin (ə): Peyğəmbər (s) bir dəstə adamın yanından keçəndə gördü ki, daş qaldırırlar.

Buyurdu: “Siz nə edirsiz? “

Dedilər: Bu işlə aramızda ən güclü və möhkəm şəxsi tanıyırıq.

Buyurdu: “İstəyirsinizmi kimin daha qüvvətli olduğunu sizə deyim?”

Dedilər: Bəli, ey Allahın Peyğəmbəri.

Buyurdu: “Hamıdan möhkəm və güclü şəxs odur ki, hər zaman şəndirsə, bu iş onu günah və batil işlərə çəkməz. Əgər hirslidirsə, qəzəbi onu haqq sözdən (yoldan) çıxarmasın və qüdrətə çatdığda, nalayiq iş görməsin”.3



ÜÇÜNCÜ FƏSİL

QURUCULUĞUN BƏHRƏSİ

1/3


PEYĞƏMBƏRLƏRİN CAVAN VAXTİ BESƏTƏ ÇATMASİ

Quran:
"(Müşriklərin bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!”1 -dedilər.

(Musa) yetkinləşib kamilləşəndə ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini (gözəl davrananları) belə mükafatlandırırıq!". 2

"(Yusif gəncliyinin) ən yetkin dövrünə (17, 18, 21, 30, yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!". 3

Hədis:
38. İmam Sadiq (ə) – Allahın buyurduqları haqda: “(Musa) yetkinləşib kamilləşəndə ona hikmət və elm (şəriət elmi) verdik.”- "yetkinləşmək" on səkkiz yaş və "kamilləşmək"saqqal çıxma vaxtıdır.4
39. Peyğəmbər (s): Allah-Təala bütün peyğəmbərləri cavan yaşında besətə çatdırıb.1
40. Peyğəmbər (s): Allah-Təala bütün peyğəmbərləri cavan yaşında besətə çatdırıb, bütün alimlərə cavan yaşında elm əta edib.2
41. Peyğəmbər (s): Ey Əbdül-Müttəllib övladları! Allaha and olsun ki, doğrudan da ərəb cavanları arasında elə bir şəxs tanımıram ki, (öz cəmiyyəti üçün) mənim sizə gətirdiyimdən daha yaxşı bir şey gətirsin. Həqiqətən, sizin üçün axirət və dünya xeyirlərini gətirdim.3
2/3
İMAM MEHDİ (ə) CAVAN SURƏTİNDƏ ZÜHUR EDƏCƏKDİR

42. Peyğəmbər (s): Dünyanın sonunda, mənim ailəmdən olan gözəl simalı və burnu düz bir kişi qiyam (üsyan) edəcəkdir. O, zülmlə dolmuş yer üzünü xilas edib, onu ədalətlə dolduracaqdır.4


43. İmam Həsən (ə): Allah, qardaşım Hüseynin doqquzuncu övladına, qadınların və kənizlərin xanımının övladına, sirli ömür verərək uzun müddət gözlərdən uzaq, yəni qeybət halında yaşadacaqdır. Zühür vaxtı Allah onu bilərəkdən 40

yaşından cavan surətdə zahir edəcəkdir. O hər şeyə qadirdir.5


44. İmam Sadiq (ə): Qaim, zühur edəndə ola bilər ki, camaat onu tanımasın, çünki xoşagəlimli sifətlə və cavan halda camaatın yanına gələcəkdir.6
45. Kəmaləddin – Əba Səlt Hirəvidən nəql edilir - : İmam Rza (ə)-a dedim: Qiyam edəcək Qaimin əlamətləri nədir?

Buyurdu: ”Yaşının həddən artıq olduğuna baxmayaraq cavan adam simasında, yəni 40 yaş və bir az da cavan sifətdə olacaqdır”.7


3/3


SONUNCU PEYĞƏMBƏRİN (s) DÖVRÜNDƏ CAVANLARİN ROLU
1 – 3/3
PEYĞƏMBƏRİN (s) İLK NÜMAYƏNDƏSİ, BİR GƏNC
İslam Peyğəmbərinin (s) Mədinə şəhərinə hicrətindən əvvəl, Əsəd bin Zürarə və Zəkvan Əbd Qeys adlı iki nəfər Məkkə şəhərinə gəldilər. Onlar çox çətinliklə Allahın Peyğəmbərinin (s) ziyarətinə gəldilər. Peyğəmbərin (s) təsirli söhbətlərini

dinləməklə islam dinini qəbul etdilər. Sonra ona dedilər: Ey Allahın Peyğəmbəri! Bizimlə bir adam göndər ki, bizə həm Quran oxumağı öyrətsin, həm də camaatı sənin ayinlərinə dəvət etsin.1

ilk dəfə idi ki, Mədinə kimi əhalisi çox və qalmaqallı bir şəhər, Peyğəmbər (s)-dan nümayndə istəyirdilər və birinci dəfə idi ki, o həzrət gərək Məkkədən başqa bir şəhərə islamı tanıtdırmaq üçün rəsmi nümayəndə göndərəydi. Bu iş üçün gərək elə adam seçilməliydi ki, hər cəhətdən bacarıqlı və layiqli olsun.

Peyğəmbər (s) müsəlmanların içərisindən Müsəb bin Üməyr adlı cavanı öz nümayəndəsi seçdi.

Peyğəmbər (s) Müsəb bin Üməyrə göstəriş verdi ki, Əsədlə Mədinəyə yollansın. (Müsəb çox gənc olmağına baxmayaraq gözəl Quran qiraətçisi (oxuyanı) və hafizi (əzbər) idi. Qurandan çox şey bilirdi). 2

Bu imanlı, tədbirli və ağıllı cavan, öz işinin öhdəsindən yaxşı gəldi. Çox keçmədi ki, Mədinənin bütün təbəqələri, ələlxüsus cavanları onun dəvətini qəbul edərək müsəlman oldular. Onun imaməti ilə Mədinədə ilk cümə namazı qılındı. Onun haqqında belə deyilir ki: Müsəb, Mədinədə cümə namazını ilk təşkil edən adam idi. Üsəyd bin Hüzəyr və Səəd bin Muaz, onun vasitəsi ilə müsəlman oldular. O, bu işlərə görə islamın fəxri hesab edilir. 3


46. Bəharül-ənvar: Müsəb bin Üməyr Əsəd bin Zürarənin torpağına gəlib çatdı. Hər gün evdən çıxıb gedərək Xəzrəc qövmü ilə (ətrafdakılarla) ünsiyyət qururdu. Onlara islam dini haqqında məlumat verirdi. Cavanlar da onun sözlərini səmimiyyətlə qəbul edirdilər.4
2 – 3/3
MƏKKƏNİN İLK VALİSİ, 21 YAŞLİ CAVAN OLMUŞDUR
Məkkənin fəthindən sonra çox keçmədi ki, Hüneyn müharibəsi başladı. Peyğəmbər (s) məcburən döyüşçüləri Məkkədən çıxarmışdı və cəbhəyə yollamışdı. Şəhərin idarəçiliyi hələ təzə müşriklərin əlindən alındığına görə, şəhərə layiqli və tədbirli vali təyin edilməliydi. Məkkə şəhəri Ərəbistan yarımadasının mərkəzində yerləşdiyinə görə bütün qəbilələrin və müxtəlif təbəqələrin diqqət mərkəzində idi. Bundan əlavə bu qarışıqlıqdan islamın düşmənləri istifadə edib baş qaldıra bilərdilər.

Peyğəmbər (s), köməkçilərin arasından 21 yaşlı, Əttab bin Üsəyd adlı cavanı Məkkəyə yazılı əmrlə, vali təyin etdi. Bu haqda belə oxuyuruq:



Peyğəmbər (s), Əttab bin Üsəyd adlı, 21 yaşlı gənci Məkkəyə vali təyin etdi. Ona göstəriş verdi ki, adamlarla birlikdə camaat namazı qılsın. İlk vali idi ki, Məkkənin fəthindən sonra orada camaat namazı qıldı.1

Peyğəmbər (s) Məkkə şəhərinin valiliyinə görə yazdığı fərmanın əhəmiyyəti və məsuliyyəti barəsində, Əttaba belə buyurdu:

Ey, Əttab! Bilirsən səni kimlərə vali təyin etmişəm? Səni Allahın şəhəri sayılan, Məkkə camaatına vali seçmişəm. Əgər onlar üçün səndən yaxşısını tapsam, onu seçərdim.2

Şübhəsiz, 21 yaşlı cavanın Məkkəyə vali təyin edilməsi, Məkkənin böyüklərini pərt və dilxor etmişdi. Peyğəmbər (s) onların etirazının qarşısını almaq üçün Məkkə camaatına yazdığı genış bir müraciətnamənin sonu belə idi:

Bir kəs ona itaətsizlik edərək yaşının azlığını bəhanə etməsin. Yaşca ən böyük, ən ləyaqətli deyil, bəlkə işini layiqincə yerinə yetirən ən böyük və ən ləyaqətli hesab edilir”.3

Əttab bin Üsəyd islam Peyğəmbərinin (s) ömrünün sonuna qədər Məkkənin valisi oldu. Məmur olduğu uzunmüddətli dövürdə bu böyük məsuliyyətli işin öhdəsindən yaxşı gəldi.

3 – 3/3
18 YAŞLİ GƏNC, RUMLULARLA MÜHARİBƏDƏ SƏRKƏRDƏDİR
Ömrünün son günlərini yaşayan Peyğəmbər (s), bütün müsəlmanları güclü Rum dövləti ilə müharibəyə səfərbər etdi. Bütün yüksəkrütbəli zabitlər, islam ordusunun sərkərdələri, ənsar və mühacirlərin böyük şəxsiyyətləri bu qoşunda toplanmışdılar. Şubhəsiz, bu qoşuna ləyaqətli sərkərdə seçılməliydi. İslam Peyğəmbəri (s), 18 yaşlı Üsamə bin Zeyd adlı gənci qoşuna sərkərdə seçdi.4 Peyğəmbər (s)-ın bu tədbirinə, ələlxüsus siyasi şəraitin qarışıq bir dövründə, səhabələrin bir hissəsi etiraz etdilər ki: Bu cavanı nə üçün bu qədər təcrübəli insanlara başçı seçdin?5

Peyğəmbər (s) onların sözlərindən qəzəbləndi. Minbərə çıxıb İlahiyə həmd və səna etdikdən sonra buyurdu: Bəziləri Üsamənin sərkərdəliyi haqqında etirazınızı bildirərək acı-acı danışdı. Onlar onun atasına qarşı da belə davranmışdılar. Onların ikisi də mənim fikrimcə, çox layiqli sərkərdələrdir. Üsamə mənim üçün cox sevimli sərkərdələr sırasındadır. Sizlərə, Üsaməyə qarşı yaxşı davranmağınızı tövsiyə edirəm. 1


4/3
SAHİBƏZZAMAN (ə) DÖVRÜNDƏ CAVANLARİN ROLU
47. İmam Əli (ə): Mehdi (ə) köməkçiləri cavanlardan ibarət olacaq. Onların arasında yaşlı şox azdır; gözdəki sürmə, səfər azuqəsindəki duz kimidir. Azuqələrin içində də, ən az miqdar götürülən duzdur.2
48. İmam Sadiq (ə): Həmin vaxt, cavanlar damın üstündə yatsalar da, qəflətən, gecənin birində, Sahib-zaman (ə) onları cəm edərək, sübh vaxtı Məkkədə toplayacaq. 3
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə