GƏncləRİn hiKMƏtnaməSİ MƏHƏMMƏDİ reyşƏHRİ Mütərcim: dr. Haci tofiQ ƏSƏdov




Yüklə 1.35 Mb.
səhifə1/15
tarix07.04.2016
ölçüsü1.35 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
GƏNCLƏRİN HİKMƏTNAMƏSİ

MƏHƏMMƏDİ REYŞƏHRİ
Mütərcim: DR. HACI TOFİQ ƏSƏDOV

Giriş

Gənclərə aid olan bu hikmətli əsər, islamın əziz cavanlara çox dəyərli gənclik fürsətindən daha artıq bəhrələnmələri üçün olan hikmətamiz göstərişləridir.

Hər şeydən öncə, bu suala cavab verməliyik ki, "gənc" kimə deyilir? Gənclik neçə yaşdan başlayır və neçə yaşda sona çatır?
"Gəncliyin" tərifi

Fars dilində "gənc" ya "cavan" kəlməsi, ömründən çox keçməyən hər bir şeyə deyilir. Ərəb dilində də cavan məfhumu üçün iki məşhur kəlmə mövcuddur; "fəta" və "şabb". Birincisi "fətəyə" (təzəlik və şadlıq) ikincisi "şəbəbə" (istilikdən qidalanma və çiçəklənmə) sözündən tutulmuşdur.

Çox maraqlıdır ki, gənclik dövrünü, onun nə zaman başlayıb və nə zaman sona çatdığını təyin etmək mümkün deyil. Bu haqda yazılır:

"Hüquqi baxımdan iki yaş dövrü rəsmi şəkildə tanınmışdır; uşaqlıq və qocalıq. Yeniyetmə və cavanlıq dövrü üçün isə müəyyən vaxt dövrü qeyd olunmamışdır".1

Həmçinin son vaxtlarda seçilmiş tədqiqatçı gənclərdən olan bir qrupun vasitəsi ilə yazılmış kitabda "gənclik" belə göstərilmişdir:

"Cavanlığın potensiyallarına və bu haqqda verilən məlumatlara diqqət etməklə, onun müxtəlif mənalara malik olması aydın olur. İlk olaraq, 15 yaşla 24 yaşı arasında olan şəxslərə gənc deyilir. Bu tərif, işi daha asanlaşdırmaq üçündür. Çünki bu yaş qrupu haqqında lazımı məlumatlar toplanmışdır. Əlbəttə, hansısa bir ölkənin gəncləri haqqında söhbət getdikdə, adətən qeyd olunan yaş dövrü çox məhdud sayılır. Misal üçün, 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatının apardığı statistikada, xüsusi ilə İordaniya ölkəsi haqqında vurğulayır ki; bu ölkədə 15 yaşla 29 yaşı arasında olan şəxslər gənc sayılır". 2

Birləşmiş Millətlər Təşkilatının apardığı statistikada gənc şəxs üçün təyin olan yaş dövrü, İmam sadiq (ə) ın bu haqda buyurduğu hədislə uyğunluğu vardır:

"Kişi 30 yaşdan sonra ortayaşlı, 40 yaşdan sonra isə yaşlı sayılır".3

Bu sözün mənası odur ki, gənclik dövrü həddi-büluğdan; 15 yaşdan başlayır və 30 yaşına qədər davam edir.

Beləlliklə, gənclik dövrünü inkişaf, çiçəklənmə, enerji və sevinclə dolu yaşayış dövrü kimi tərif etmək olar. Buna görə də cavanlıq dövrünün hər bir əsrə görə dəyişməsi normal haldır. Necə ki, ərəb şairi cavanların sevinc və cismi qüdrətinin uzun müddətli olduğu bir dövürdə belə söyləmişdir:



Əgər bir cavan iki yüz il yaşasa,

Cavanlıq və şadlığını itirmiş olar.1

Deməli, gənclik və cavanlıq şəxslərə görə də dəyişir. Bunun özü də lüğətçilərin fikir ayrılığına əsas verir.2


QURAN BAXIMINDAN YAŞAYIŞIN MƏRHƏLƏLƏRİ
Qurani-Kərim insanın qüdrətini nəzərə alaraq yaşayış mərhələlərini üç qismə bölübdür:
"Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!".3

Başqa bir ayədə yaşayışın üç mərhələləsi:



"Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur".4
Cavanlıq dövrü, sonsuz qüdrət və güc dövrü deməkdir. Nə qədər ki, insanın canında enerji var, cavan sayılır.

Çox maraqlıdır ki, islam dini on dörd əsr bundan öncə, öz hikmətli tövsiyələrində ruhun və fikrin daim gənc qalmasının sirrini bəşəriyyət üçün açıqlamışdır.


RUHUN DAİM GƏNC QALMASININ SİRRİ

Gəncliyin gözəçarpan əlamətlərindən biri sevinc və fərəhdir. İslam baxımından gözəl əməl və düzgün düşüncə, sevinc və fərəhin davamlı qalmasının sirridir. Bu səbəbdən, İmam Əli (ə) mömin şəxsin vəsfində belə buyurur:

"Mömini daim tənbəllikdən uzaq, enerji və sevinclə dolu halda görə bilərsən".5

Bir gün İmam Sadiq (ə) Süleyman bin Cəfər adlı bir şəxsdən soruşdu: "Siz kimə cavan deyirsiz?".

O dedi: Gənc bir şəxsə.

İmam (ə) buyurdu: "Bilmirsənmi ki, Əshabi-kəhfin hamısı orta yaşlı idilər, lakin Allah onların hamısını mömin olduqları üçün cavan adlandırdı? Ey Süleyman! Hər kim Allaha iman gətirsə və təqvalı olsa cavan (əsl mərd) sayılır".6

Ləyaqətli insanlar qocaldıqları zaman cismi cəhətdən zəifləsələr də, ruh və düşüncələri cavanlaşır. İmam Əli (ə)ın buyurduğu kimi: "Aqil qocaldığı zaman ağlı cavanlaşır (güclənir)".7
İSLAMIN GƏNCLƏR HAQQINDA OLAN GÖSTƏRİŞLƏRİ
"GƏNCLƏRİN HİKMƏTNAMƏSİ" adlı bu kitab, Quran və islami hədislərin cavanlar haqqında olan tövsiyələrini beş bölümdə təqdim edir:
1. QURUCULUQ VƏ ÖZÜNÜİSLAH ETMƏDƏ GƏNCLİYİN ROLU
Kitabın birinci bölümünə diqqət etdikdə görürük ki, Quran və islam hədisləri baxımından gənclik yaşayışın baharı, özünü islah etmək və quruculuq işləri üçün böyük fürsət sayılır. Bu fürsətin dəyəri çox böyükdür. Qiyamət günü, həmin cavanlıq fürsətindən xüsusi soruşulacaq.1 Lakin gənclərin az bir hissəsidir ki, cavanlıq çağının dəyərini layiqincə bilir və ömürlərini hədər keçirmirlər.

Bu bölümün əvvəlinci fəslində üç əxlaqi, mədəni və diplomatik xüsusiyyət cəmiyyətində yaşayan gənclər, müsəlman mədəniyyət işçiləri və diplomatlar üçün tövsiyə edilir:



A. ƏXLAQ
Kitabın əvvəlinci fəslində gənclər üçün verilən əxlaqi tövsiyələrdən biri budur: Tələsin! Tələsin ki, cavanlığın baharı tez keçib gedir. Gec olmadan yaşayışınızdakı məqsədləri tənzimləyərək onları nizamla həyata keçirin. Öz işlərinizi təxirə, bu gün-sabaha salmağı bir kənara qoyun. Həyatınızı intizam əsasında qurun.2 Sabaha arxayın olmayın.3 Hər işi öz vaxtında edin.4 Həyatınızı elə planlaşdırın ki, hər gün bir addım irəli gedə biləsiniz.5
B. MƏDƏNİ – MAARİF
Hikmətnamənin birinci bölümünün ikinci fəslində islam cəmiyyətinin maarif işçilərinə təkid edilir ki, gənclərin təlim və tərbiyəyə işini ciddi tutsunlar. Çünki gənclərin zehni hər şeyi öyrənməyə qadirdir.6 Onlar pak fitrətli və zərif ruhlu olduqları üçün doğru sözləri tez qəbul edirlər. İmam Əli (ə) buyurmuşdur: "Həqiqətən, cavanların ürəyi boş torpaq kimidir, ora nə əksən göyərcəkdir."7 Allahın Rəsulu (s) besətin əvvəlində cavanların tərbiyə işini əsas bilib, böyük cəhdlə gənclərin diqqətini islama yönəltdi və nəticə aldı. Buna görə də səhabələrinə, cavanlara xüsusi qayğı göstərməyi tapşırırdı:

"Gənclərə xeyirxahlıq edin, onlar çox həssas qəlblidirlər. Uca Yaradan məni

xəbərdar etmək və müjdə vermək üçün göndərdi. O zaman qocaların mənimlə düşmənçiliklərinin olduğu vaxt, cavanlar mənimlə daima dost oldular".8

Həmçinin, İmam Sadiq (ə) Əhli-beyt (ə) məktəbini təbliğ etmək üçün Əbu Cəfər Əhvələ bu cür tövsiyə etmişdi:

“Cavanlara diqqət göstər, onlar xeyir işlər görməyə çox həvəslidirlər”.1

Bu göstəriş, islam cəmiyyətində bütün maarifçilərin, xüsusilə də media işçilərin və təbliğatçıların gənclərə qarşı vəzifələrini daha ciddiləşdirir.


C. DİPLOMATİYA – İDARƏÇİLİK
Birinci bölümün üçüncü fəslində islam xalqlarının rəhbər işçiləri üçün gənclərin diplomatik tərbiyələri haqqında tövsiyələrdən danışılır.

Allah – Təala öz peyğəmbərlərini cavanlardan seçmişdir.2 Sonuncu peyğəmbər Məhəmməd (s) da həmçinin, islam ayinlərini yerinə yetirmək üçün tayfaların cavanlarını islama cəlb edirdi. Buna görə də besətin əvvəlində onun tərəfdarları arasında cavanlar üstünlük təşkil edirdilər. Onun ilk diplomatik və mədəniyyət nümayəndəsi, Musəb bin Üməyr – cavan bir oğlan idi. Həmçinin, Məkkə şəhərinin fəthindən sonra, ilk təyin etdiyi sərkərdə 21 yaşlı olan Əttab bin Usəyd idi. Nəhayət, 18 yaşlı Usamə adlı gənci Rumlularla müharibə etmək üçün sərkərdə təyin etdi. Ən önəmlisi, Peyğəmbər (s) Allahın əmri ilə, şərafətli ömrünün sonunda 32 yaşlı imam Əlini islam dünyası üçün rəhbər təyin etdi.3

Çox maraqlıdır ki, Peyğəmbər (s) Məkkənin fəthindən sonra, bu şəhərə 21 yaşlı vali təyin edəndə bəziləri buna etiraz etdilər. Peyğəmbər (s) həmin an bu işdən narazı qalan şəxslər üçün müfəssəl bir məktub yazdı:”...Onun yaşının azlığına görə müxalifət etməyin. Hər yaşlı ləyaqətli sayılmır. Əslində, hər bir ləyaqətli və qabiliyyətli böyük sayılır”.4

Bu mövzuda başqa bir nöqtə də diqqəti çəkir. İmam Mehdi (ə) zühur zamanı gənc şəklində gələcəkdir. Onun hökumətində əsas işləri gənclər icra edəcəklər.

Bu fəsildə deyilən ayə və rəvayətlərə diqqət etsək görərik ki, İlahi dinlərində gənclik, bünövrə deməkdir. Cəmiyyətin xeyri ondadır ki, islami bir məmləkətdə bilikli və ləyaqətli gənclərin vəsaitləri ilə çox işlər icra olunsun.
2. GƏNCİN İNKİŞAFI ÜÇÜN HAZIRLIQ
Hikmətnamənin ikinci bölümündə Quran və Əhli-beyt (ə)-ın dediklərinə istinad edərək izah edilir ki, cavanlıq təklikdə hər bir gənc üçün çiçəklənmə dövrü sayılmır. Çiçəklənmə və inkişaf bir sıra amillərə bağlıdır ki, gənclər gərək o amillərə əl tapsınlar. Səhlənkarlıq edib qiymətli fürsətdən istifadə etməmək hər hansı bir gəncin ömrünü hədər edər. O amillər aşağıdakılardan ibarətdir:
A. ÖZÜNÜDƏRKETMƏ

Təkamül və inkişaf üçün ilk mərhələ biliyə sahib olmaqdır. İmam Əli (ə)-ın dediklərindən:

“Elə bir iş yoxdur ki, onu bilməyə ehtiyac olmasın.”1

Hikmətnamənin ikinci bölümünün birinci fəslindəki, Quran və islam hədislərində bir sıra dərketmə yolları sadalanır. Gənclərin öz istedadlarından bəhrələnməkləri üçün onlara ehtiyacları var. Ən əsas, cavanlıqdan səmərəli istifadə etmək üçün və kamilliyə çatmaq üçün diqqət edilməli birinci yol, özlərini dərk etmələridir.

İndiki dövrdə gənclərin özunə inamsızlığı baş alıb gedir. Burada göstərilən yol onları bu təhlükədən xilas edə bilər. Gənclər nadanlıq üzündən özlərini dərk etməyərək inamsızlığa qapılırlar.2 Bu da onların fəsad işlərə düşmələrinə və bir sıra günahlar etmələrinə səbəb olur. Bunun müqabilində, özünüdərketmə səmərəli və inkişaf yolu olaraq insanı kamillik zirvəsinə çatdırır.

Dini maariflənmə inkişaf üçün ilk addımdır. Bu yolla daxildəki sonsuz istedadları üzə çıxarmaq olar. Yüksək tərəqqiyə nail olub Xaliqin yer üzündəki nümayəndəsi məqamına çatmaq olar.

Hədisi-Qüdsi də belə deyilir: Ey mənim bəndəm! Mənə itaət et, səni özüm kimi edərəm (yer üzündə nümayəndəm olarsan).3
ELM VƏ DİN BAĞLILIĞI
Özünüdərketmə ilə yanaşı, Quran və dinşünaslıq ilə tanışlıq gənclər üçün xüsusi əhəmiyyət kəsb edir. Quranı öyrənməklə dini etiqada və inama yiyələnmək olur. Gənclər bilməlidirlər ki, dinlə elm birbiri ilə ziddiyət təşkil etmir.4 Əksinə, imansızlıq cəhalətdən doğur. Lakin modern dünya (mənəvi baxımdan) tədricən çirkinləşir. Bu gün ümumdünya diplomatiyanın və iqtisadi mənafeçilərin səyi budur ki, müqəddəs və dini olan hər bir şeyi, xüsusilə də öz mədəni və iqtisadi qüdrəti ilə seçilən islam dinini, aradan aparsınlar.

GƏNCLƏRƏ SUAL-CAVAB ETMƏK ÜÇÜN VERİLƏN İMKAN
Cavanların dinin müxtəlif etiqadi, əxlaqi və əməli məsələlərini öyrənmələri üçün onları sorğu-sual etməyə həvəsləndirməklə yanaşı, onlara azad danışmağa şərait yaratmaq lazımdır ki, ürəklərindəki sözləri deyə bilsinlər, çəkinməsinlər. Bu məsələdə islam rəhbərlərinin nəzərləri və əməlləri də belə olmuşdur. Onlar camaatı sual verməyə həvəsləndirməklə yanaşı, onlarla elə rəftar edirdilər ki, camaat öz etiqadi, əxlaqi və siyasi suallarını çox rahatlıqla soruşub, dolğun cavab alırdılar.5 Doğrusu bizim əsrdə hansı cavan cürət edib öz cinsi problemlərini məzhəb rəhbəri ilə müzakirə qoyub, ondan məsləhət alsın? Lakin peyğəmbərimizin (s) zamanında görürük ki, bir gənc başqalarının yanında peyğəmbərdən zina etmək üçün icazə istədi! Diqqəti cəlb edən budur ki. camaat o gənci verdiyi suala görə danlayanda Allahın Peyğəmbəri (s) onlara mane oldu. Əksinə, cavandan mehribanlıqla xahiş etdi ki, ona yaxınlaşsın.

Elə ki, cavan Peyğəmbərə (s) yaxınlaşdı, gülərüzlə cavana dedi: ” Xoşun gələr ki, ananla bu cür rəftar etsinlər?!”.

Cavan dedi: Allaha and olsun ki, yox. Allah bizi sənə fəda etsin!

Peyğəmbər (s) dedi: “ Xoşun gələr ki, qızınla bu cür rəftar etsinlər?!”.

Cavan dedi: Allaha and olsun ki, yox. Heç kəs belə hərəkətin onun qızı ilə olmasını istəməz, sənə fəda olum!

Peyğəmbər (s) soruşdu: “ Xoşun gələr ki, bacınla zina etsinlər?!”.

Cavan dedi: Allaha and olsun ki, yox. Bu mümkün deyil, sənə fəda olum!

Peyğəmbər (s) dedi: “ Xoşun gələr ki, bibinlə zina etsinlər?!”.

Cavan dedi: Allaha and olsun ki, yox. Heç kəs istəməz, sənə fəda olum!

Peyğəmbər (s) dedi: “ Xoşun gələr ki, xalanla zina etsinlər?!”.

Cavan dedi: Allaha and olsun ki, yox. Heç kəs istəməz, sənə fəda olum!

Söhbətin bu yerində Peyğəmbər (s) öz mübarək əllərini həmin cavanın çiyninə qoydu və Allah-Təaladan onun bağışlanmasını istədi. (Bu xasiyyətlərini tərgidib) pak bir insan olmağı üçün dua etdi. Peyğəmbərin (s) ona qarşı qayğı göstərməyi və onunla tərbiyəvi rəftarı nəticəsində, həmin cavan islah oldu. Ürəyində və zehnində olan vəsvəsədən azad oldu.1


B. ÖZÜNƏİNAM
Gənclərin inkişafı bölümünün ikinci müqəddiməsində özünəinam haqqında danışılır. Bu mövzuda Allahın insana verdiyi istedadlar nəticəsində təkamül zirvəsinə çatmaq üçün özünəinam dayaq nöqtəsi sayılır.

Allaha təvəkkül edərək yaşamaq, alicənablıq, uzaqgörmə, və nəfsin toxluğu üçün özünəinam vacib şərtdir. İnsan özünü formalaşdırıb inkişafa doğru gedə bilər.

Əgər gənc ona verilən qüvvətdən yararlanıb heç bir işdə bacarıq göstərə bilmirsə, heç vaxt sərbəst qərar verə bilməz. Səbirsiz olar və məqsədsiz yaşayar. Bu da ona gətirib çıxarar ki, həyatda heç bir nəailiyyət əldə edə bilməsin.

Hikmətnamədəki ikinci fəslin ikinci bölümündə müsəlman cavanlar, özünəinamla daxillərindəki qabiliyyətləri üzə çıxarmağa dəvət edilir.


C. ALLAHA BAĞLILIQ
Özünüdərketmə və özünəinam gəncləri bütün gözəlliklərə, kamilliyə yəni dünyanı yaradana, bağlılıq üçün hazırlayır. Yalnız bu bağlılıq nəticəsində həmişəlik səadətə çatmaq mümkündür. Allah-təala Quranda belə buyurmuşdur:

“Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir! ”2

Hamı bu bağlılıqla Allaha yaxınlaşa bilər. Lakin gənclərin bu işə daha çox istedadları var.

İmam Xomeyni əxlaqi vəsiyyətnaməsində öz əziz övladına müraciət edərək demişdir:

“Əzizim! Cavanlığından nə qədər mümkündürsə səmərəli istifadə et. Çünki qocalanda həmin imkanlar, hətta Allaha və axirətə olan diqqət əldən gedir. Şeytanın və nəfsi-əmmarənin cavanlara qarşı olan böyük hiylələrindən biri budur ki, onlara qocaldıqda islah olacaqları üçün vədə verir ki, ömürləri hədər getsin. Qocalara da uzunömürlülük vədəsi verir. Şeytan və nəfsi-əmmarə insanı ömrünün sonuna qədər puç vədələr verməklə Allahın zikrindən və ixlasla yaşamaqdan uzaqlaşdırır. Şeytan son ana qədər insanın imanını almağa çalışır. Cavanlıqda qüvvətli olduğun üçün daim mübarizəyə qoşul, yalnız Allahla dost ol! Allahla bağlılığın varsa, daha da dərinləşdir. (Allahetməmiş) əgər əgər yoxdursa, bunun üçün çalış və iradəli ol. İlahi övliyaları ilə bağlılığın əgər allaha xatir deyilsə, bu da səni Allahdan saxlamaq üçün şeytanın hiylələrindəndir.”2

Xatırladaq ki, hikmətnamənin ikinci bölümünün üçüncü fəslində, "Allah-Təala cavanların ibadəti ilə fəxr edir, cavanlıq dövrünün ibadəti dəyərlidir" mövzusu, Allaha və sonsuz kamilliyə yaxınlıq və bağlılıqda cavanlığın böyük rolu haqda söhbət olinacaq.


Ç. LAYİQLİ YOLDAŞ
Hər bir gəncin həyatda seçdiyi dostun və yoldaşın onun inkişafında və tərəqqisində, həmçinin bədbəxtliyində əsas rolu var. Yoldaşın insanın yaşayışında o qədər böyük rolu var ki, Peyğəmbər (s) (bu məsələyə çox böyük əhəmiyyət verərək) buyurmuşdu:

“İnsan öz səmimi dostunun dinindəir. Baxıb görün ki, sizlərdən hər biriniz kiminlə səmimi dost olmusunuz.” 3

Bir çox gənclər yoldaşlarının təsiri ilə xoşbəxt, bəziləri isə bədbəxt olurlar.

Hikmətnamənin ikinci bölümünün dördüncü fəslində dostun həyatdakı rolu, dost seçməmişdən qabaq onun haqqında axtarışın zərurəti, yaxşı və pis dostun nişanələri, dostun hüquqları əziz gənclərə aydın şəkildə göstərilir.



D. BƏDƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ VƏ İCAZƏ VERİLMİŞ LƏZZƏTLƏR
Gənclərin inkişafı üçün islamın tövsiyə etdiyi digər bir yol odur ki, ruhu və zehni qüvvətləndirməklə yanaşı cismi də gücləndirmək lazımdır. İslama əsaslanaraq demək olar ki, kamillik zirvəsinə çatmaq və yüksək dərəcədə özünü formalaşdıraraq üçün, bədənin sağlamlığı və gücü birinci şərtdir.

Bu barədə İmam Sadiq (ə)-dan soruşdular ki: “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun.”1

Bu ayədə cismi, yoxsa ruhi qüvvədən danışılır?

İmam (ə) cavabında dedi: “Burada məqsəd həm cismi, həm də ruhi qüvvədir.“2

Həmçinin, Qurani-Kərimdə Talutun Bəni-İsrailə padşah seçilməyi haqda belə yazılmışdır:

“Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir.”3

Peyğəmbərlərin tarixinə nəzər saldıqda görürük ki, onların hamısı həm cismi, həm də ruhi cəhətdən güclü insanlar olub.

İmam Əli (ə) Tanrıya dua edərkən ən axırda ruhunun güclənməsi ilə birgə, bədəninin də güclənməsini təkidlə Ondan istəmişdir. Bu özünüislahetməkdə bizlərə böyük dərsdir:

“Pərvərdigara, Pərvərdigara, Pərvərdigara! Sənə xidmət etmək üçün bədənimi qüvvətləndir, mənəviyyatımı qərarlarımızda gücləndir.”4

İslam rəvayətlərindəki peyğəmbərlərin, imamların dəyərli tövsiyələrinə əsasən, ağılı insanı təhsil almaqla, işləməklə və ibadətlə yanaşı, halal ləzzətlərlə bəhrələnərək həyatdan zövq almalıdır.

Sadaladıqlarımız əslinə baxanda həyatda əsas işləri görmək üçün zəminədir, onlar olmadığı təqdirdə isə kamillik zirvəsinə çatmaq olmaz.

Cismin sağlamlığı və gücü haqqında islam hədislərində vurğulanaraq gənclərə yol göstərilmişdir. Hikmətnamənin ikinci bölümünün beşinci fəslində həmin yollar barəsində yazılmışdır ( məsələn: əyləncə səfərləri, piyada gəzmək, üzgüçülük, yaşıllığa baxmaq, güləşlə məşğul olmaq, at sürmək və atıcılıq müsabiqələri keçirmək).

Əhli-beyt (ə)-ın hədislərində idmanın bir çox növləri, oyunlar barəsində danışılır. Halal sayılan bu idman oyunları orqanizmi möhkəmlədir. Cismi möhkəmləndirmək də ibadət sayılır, bu iş Allaha xatir olarsa, həm savabı var, həm də ki, insanı mənəviyyatın zirvəsinə daha tez çatdırar.

Elə buna görə də islam rəhbərləri idman fəaliyyətlərini, mədəniyyət və incəsənət fəaliyyətləri ilə birləşdirmək haqqında ciddi tövsiyələr etmişrlər. Müasir dövrdə qabaqcıl ölkələrdən bir çoxu bu məsələyə diqqət edirlər.


E. ƏMƏLİ VƏ ƏXLAQİ DƏYƏRLƏR
Özünüdərketmə, özünəinam, Allaha bağlılıq, yaxşı yoldaş və nəhayət ruhun, cismin möhkəmləndirilməsi yaşayışda inancla əxlaq normalarına riayət etməyin başlanğıcıdır. İnsanın inkişaf yolunda bu dəyərlər daima onu fərəhləndirərək xoşbəxt edəcəkdir.

İkinci bölümün altıncı fəslində gənclərin inkişafı üçün zəruri sayılan əməli və əxlaqi dəyərlər qabarıq şəkildə açıqlanır.


3. GƏNCLƏRƏ ZƏRƏR VURAN AMİLLƏRİ TANİMA
Hikmətnamənin üçüncü bölümündə müasir dövrdə gənclər üçün təhlükəli olan zərərli amillər açıqlanır. Həmin təhlükəli amillər aşağıdakılardan ibarətdir:
A. PİS YOLDAŞ
Pis adamla yoldaşlıq etmək əməli və əxlaqi təsirlərdən ən təhlükəlisi sayılır. Belə bir yoldaşlığın sayəsində cavan insan fəsad və çirkinliklər bataqlığına düşür. Bu haqda Peyğəmbər (s) belə buyurmuşdur:

“Pis yoldaş dəmirçilik (işi) kimidir, paltarını yandırmasa da daima pis iyi səni əziyyət edər.”1

Pis dost barəsində Quranda belə buyrulur:

“ Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim.”2

Gənclərə zərər vuran amilləri tanıma və dost seçmək məsələsi çox böyük əhəmiyyətə malik işlərdir. Elə etmək lazımdır ki, cavan bu məsələlərdə zərər çəkməsin. Hafiz Şirazi demişdir:
Bu qocaın ilk nəsihəti budur:

Nalayiqlərlə yoldaşlıq etməyin!
Hikmətnamənin üçüncü bölümünün üçüncü fəslində pis dost, onun əlamətləri haqda, bu dostluğun qarşısını necə almaq barəsində Quran və islam hədislərinə müraciət edilmişdi.
B. İŞSİZLİK
İkinci fəsad törədən amillərdən biri işsizlikdir.3 Narkomaniya, pozğunluq və dini-əqidəsini satmaq kimi cəmiyyət üçün təhlükəli olan işlər işsizlikdən törənən amillərdir.4 Bu haqda Loğman həkim demişdir:

“Əgər iş dözülməzdirsə, (bil ki,) işsizlik də əxlaqsızlıqlara səbəb olur.”5

Dini cəhətdən nəzər saldıqda görürük ki, Allah-Təala işsizliyi bəyənmir. İşləməyən sağlam insanları isə nifrətəlayiq sayır. Gənclərin öz cavanlıq qüvvələrini hədər etmələrinə nəinki islam cəmiyyəti, digər cəmiyyətlər də yol verməməli, onlara işləmək üçün zəminə düzəltməlidirlər. Cavanları elə həvəsləndirməkmək lazımdır ki, onlar öz asudə vaxtlarından (əhval-ruhiyyələrini daim yüksək saxlamaqla birgə) düzgün şəkiıllə bəhrələnsinlər. Asudə vaxtlarını həm təşəbbüskarlıq, həm də yaradıcılıq yolunda sərf etsinlər. Sözsüz ki, boş vaxtlarını səmərəli istifadə etməyə alışdırarlarsa, bu iş onlara gələcək həyatlarını düzgün qurmağa kömək edəcəkdir.
C. NARKOMANİYA
Narkotik vasitələrə qurşanma halhazırda dünyanın hər yerində gənclər üçün böyük təhlükədir.1 BMT tərəfindən böyük xətər sayılan narkotik maddələrin alveri və ondan istifadə cinayət kimi bütün dünyaya elan edib. Bir çox narkotik alverçiləri mafiya yaradaraq öz çirkin əməllərini bütün ölkələrdə yayırlar. Mafiya başçıları pul qazanmaq üçün hər cür pisliklərdən istifadə edirlər. Bundan isə gənclər əziyyət çəkirlər. Mafiyalar narkotik alverindən külli miqdarda vəsait əldə edirlər (təxminən, ildə 1500 milyard dollar). Hazırda 1 milyard cavan (15 – 25 yaş arası) bu təhlükə ilə üz-üzədir.2

Bu kitabın üçüncü fəslində narkomaniyaya qarşı olan bir sıra rəvayələrə toxunulubdur.

Şübhəsiz, bu kitabda belə təhlükəli bəlanın səbəblərini araşdırmağa və onunla mübarizə yollarını açıqlamağa, fürsət yoxdur. Bu səbəbdən də təkcə iki nöqtəyə diqqət edərək, narkoman dostları tanımaq yollarına və cavanların ruhi narahatlıqlarına səbəb olacaq amillərə burada işarə edirik.

Gənclər narkomaniya kimi pis vərdişlərə qurşanmamaq üçün dost və yoldaş seçiminə böyük diqqət etməlidirlər.3 Amma ruhi rahatlığı tapmaq üçün iki yol var: 1_ Cavanları dinə bağlamaq lazımdır. Çünki insan Mehriban Allaha yaxın olduqca insan ürəyi sakitləşir: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!”4

2_ Allaha bağlılığı möhkəmləndirməkdən əlavə, digər bir yol - ailənin təsiridir. Hər ailədə övladları narkomaniyadan çəkindirmk üçün vacib yol bu dur ki, uşaqların mülayim, şəxsiyyətli və tərbiyəli böyümələri üçün çalışılsın. Uşaqlara lazımı qədər məhəbbət göstərməklə yanaşı, yeniyetmə dövründə onlarla dostluq münasibətinin qurulması, onlara qarşı ehtiramla davranmaq və onlardan da hörmət etməyi tələb etmək, onların narkomaniyaya qurşanmaması üçün ən böyük səbəbdir. Əgər ailədən hər hansı bir yeniyetmə şəxs düzgün yoldan azıb, narkomaniyaya üz gətirərsə ailə həmin gənci özlərindən uzaqlaşdırmamalıdır. Əksinə ona düzəlməsi üçün kömək etməlidir. Ailə bilməlidir ki, ruhi böhran, şəxsiyyətində qeyri-normal hallar, cəmiyyətdən kənarlaşma və uzaqdüşmə onu bu vəziyyətə salmışdır. Ona kömək əvəzinə laqeydsizlik və diqqətsizlik etməklə, onu daha da cəmiyyətdən uzaqlaşdırıb, uçuruma yuvarlamayın. 5
Ç. CAVANLİĞİN MEYXOŞLUĞU
Gənclərin tərbiyəsində böyük təsirlərdən biri də sərxoşluqdur.1 İslam rəvayətlərində də bu mövzu kifayət qədər açıqlanmışdır. Sərxoşluğa səbəbkar təkcə maye halında olan spirtli içkilər deyil, əslində özünü islah etməyən adam hər növ qüdrət sayəsində ağlını itirərək insanlıq halından kənara çıxır. Siyasi, iqtisadi və hətta elmi nəaliyyətlər sayəsində insan şərab içmiş adam kimi məst ola bilər. Cavanlığın özü də sərxoş olan adam kimi insanı məst edə bilər. Bəzən cavanlıq onları o qədər məst edir ki, hətta dəlilik həddinə çatırlar. Peyğəmbər (s) bu haqda buyurmuşdur:

“Cavanlıq, divanəliyin bir qoludur.”2

"Cünun" (divanəlik), "cən" kökükündən tutulub, örtülü-anlaşılmamazlıq mənasınadır. Cavanlıq məstliyi gəncləri düşünmək qabiliyyətindən və uzaqgörənlilikdən məhrum edir. Onları xeyirsiz işlər görməyə vadar edir. Buna əlavə olaraq qeyd etmək lazımdır ki, gənclər bu işə çox diqqətlə yanaşmalıdırlar. Həmçinin, cəmiyyətdəki siyasi rəhbərlər və mədəniyyət rəhbərləri də gənclərin enerji və yüksək əhval-ruhiyyələrinin düzgün istiqamətdə sərf etmələri üçün əllərindən gələni etməlidirlər.
D. CİNSİ CAZİBƏLƏR
İslam rəvayətlərində deyilən, gənclərin inkişafına mane olan zərərlərdən biri də cinsi cazibələr sayılır. Cavanlıq dövrü həddi-buluğa çatmaqla, cinsi hormonların oyanışı ilə başlayır. Əgər onlara düzgün yol göstərilməsə qeyri-münasib tanışlıq, dostluq və pozğun eşqlər yaşayarlar ki, bu da özünüöldürməyə, qətllərə və ailələrin dağılmasına gətirib çıxarar.

İslamın hikmətli yolgöstəriciliyi gəncləri cinsi cazibələrdən qoruyur. Bu yollar aşağıdakılardan ibarətdir:

1. İslami geyimlərə riayət etmə;3

2. Şəhvət oyadan səhnələrə qadağa;4

3. Naməhrəmlə tək qalmağa qadağa;5

4. İffətsiz baxmağa qadağa;6

5. Şəhvətpərəstliyin xoşagəlməz nəticəsi haqda fikirləşmə;7

6. Özünə sahib çıxmağın gözəl nəticəsi haqda fikirləşmə;8

7. Evlənmək şərtlərini hər cəhdlə yüngülləşdirmək və mümkün olarsa tez evlənmə.9
E. SİYASİ VƏ MƏDƏNİ ZƏRƏRLƏR
Quran və hədislərdə xəbərdarlıq edilən, müsəlman cavanlar üçün təhlükə yaradan digər amillər bəzi siyasi və mədəni bəlalardır.

Hicrətin birinci yüzilliyində “Qalilər” adlı məktəb təşkil edilmişdi. Onlar dini rəhbərləri "Rəbb" kimi görürdülər. Həmçinin, o dövrdə “Mürcie” adlı məktəb də fəaliyyət göstərirdi. Onların fikrincə təkcə iman insanın nicat tapması

üçün kifayətdir. Bu minvalla hər şeyi halal sayırdılar. O zamanın cavanlarına maraqlı idi ki, islami hədislərdə (cavanlığın dəyəri) və bu növ azğın qruplar haqda onlara xəbərdarlıq edilmişdir.1 İndiki dövrdə isə müxtəlif siyasi və mədəni cərəyanlar artmaqdadır. Siyasi və iqtisadi fırıldaqçılar cavanları aldadaraq bir çox qurumlara cəlb edirlər.

Bir tərəfdən gərək cavanlar o qədər ayıq və savadlı olmalıdırlar ki, həmin tələlərə düşməsinlər. Digər tərəfdən isə müsəlman cəmiyyətində siyasi və mədəniyyət rəhbərləri cavanların siyasi şüurlarını artırmalı, mədəniyyətin səviyyəsini daha da yüksəltməlidirlər.

Kitabın üçüncü bölümünün yeddinci fəslindəki ayə və hədislərdə siyasi və mədəni zərərlərdən danışılır. Ayə və hədislər bu zərərlədən cavanların uzaq olmaq olması üçün dörd təklif irəli sürmüşdür:

1. Diplomatik və mədəni zərərlər haqqında xəbərdarlıq;

2. Diplomatik və mədəni bilikləri gücləndirmək zərurəti;

3. Siyasətçilərin və mədəniyyət xadimlərinin düşünmədən ardınca getməkdən çəkinmək zərurəti;

4. Nalayiq (əxlaqsız, milli-mənəvi dəyərlərə qarşı çıxan) siyasi və mədəniyyət rəhbərləri ilə müxalifət etmək zərurəti
Ə. ƏMƏLİ VƏ ƏXLAQİ ZƏRƏRLƏR
Pis yoldaş, işsizlik, narkomaniya, sərxoşluq, cinsi cazibələr, siyasi və mədəni zərərlər hamısı nalayiq hərəkətlərə, pis əməllərə gətirib çıxarır. Belə olan tərzdə gənclərin zehin və fikirləri pozularaq istedadları zay olur.

Gənclərə inkişaf yolunda mane olan və dəyərlərə zidd olan hərəkətlər bunlardır:

Valideynin üzünə ağ olmaq, bədxasiyyətlik, acıdillilik, lovğalıq, özünübəyənmək, təkəbbürlü olmaq, acgözlük, həsəd, düşmənçilik, əsəbilik, tərslik, tənbəllik və ifratçı (yersiz radikal) olmaq. Hikmətnamənin üçüncü bölümünün səkkizinci fəslində bu yollar açıqlanacaq.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə