Fransada təHSİl sistem




Yüklə 14.55 Kb.
tarix27.02.2016
ölçüsü14.55 Kb.
FRANSADA TƏHSİL SİSTEM
Dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi Fransada da təhsil səviyyəsi yüksəkdir. Təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub və təhsil pulsuzdur.6 yaşından 16 yaşınadək uşaqlar üçün təhsil icbari xarakter daşıyır.Dövlət elə cə də, özəl təhsil müəssisələri mövcudur.Fransada məktəblilərin təxminən 20%-i özəl orta təhsil müəssisələrində oxuyur.Həm özəl, həm də dövlət təhsil müəssisələri üçün məktəb proqramlarını dövlət təqdim edir.Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət tərəfindən təmin olunur.Bakalavriat dərəcəsi səviyyəsində diplomların verilməsi hüququ yalnız dövlətə məxsusdur.1959-cu ildən bəri özəl təhsilə dövlət tərəfindən yardım edilir.Ölkədə 9 özəl məktəbdən 8-i bu yardımdan yararlanır.Özəl sektorda çalışan müəllimlərin əməkhaqqı və təhsil xərclərini də dövlət ödəyir.

Fransanın təhsil sistemi aşağıdakı sstruktura malikdir.





  • Məktəbəqədər təhsil (6 yaşadək)

  • İbtidai təhsil (6-11 yaş)

  • Orta təhsil ((11-18 yaş) orta təhsilin sonunda bakalavriat diplomu verilir.Bu diplom imtahansiz universitetə qəbul olmaq hüququ verir).

  • Ali təhsil

Müxtəlif pillələrdə təhsilin təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata keçirilən islahatlarla müşayət olunur.Aparılan islahatlar təhsilin demokrotikləşdirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini təmin edir.Fransada son illərin təhsil islahatları aşağıdakılardan ibarətdir.

  • 3 yaşından 5 yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri şəbəkəsini inkişafı.

  • İbtidai məktəblərdə kolleclərə keçid imtahanlarının ləğv edilməsi, təhsildə geri qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması.

  • Xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara bölünmə olmadan təhsinin ümumi sütununun təşkili.

  • Təhsilin ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımı vəsaitlərlə təmin olunması, məktəbə gediş haqlarını odənilməsi)

  • Yeni fənlərin tədris proqramının daxil edilməsi (informaika, vətəndaş

cəmiyyətinin əsasları və digərləri)
MƏKTƏBƏQƏDƏR TƏHSİL

Məktəbəqədər uşaq müəssisələri “Ana məktəbləri” 3 yaşından ( boş yer olduqda 2 yaşından) 6 yaşınadək uşaqları qəbul edir.Fransada məktəbəqədər təhsil icbari olmasa da, faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar (99, 5%) uşaq müəssisələrinə gedirlər.

“Ana məktəbləri”-nin çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab edirlər.Məktəbəqədər təhsil müəssisələrində siniflər, tədris prossesi yaxşı təşkil edilib, uşaqların hərtərəfli inkişafı üçün lazimi olan bütün amillər nəzərə alınıb.Uşaqlar müvafiq tədris materiallrı əsasında öyrədilir, bir çox faydalı bilikləri mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər.

Bu məktəblərdə uşaqlar 3 yaş qrupuna bölünür.Birinci 3 yaşından (bəzən 2 yaşından) 4 yaşınadək uşaqların oynadıqları və danışıq vərdişlərinə yiyələdikləri qrupdur.İkinci 4 yaşından 5 yaşınadək uşaqların yapma, rəsm və digər praktik vərdişlər, eləcə də şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri qrupdur.Üçüncü böyük qrup isə 5 yaşından 6 yaşınadək uşaqları əhatə edir.Bura

da uşaqlar oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər.
ORTA TƏHSİL.

Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə 3 qrupa bölünür.





  • İbtidai məktəb (5 illik təhsil)

  • Kollec ( 4 illik təhsil)

  • Lissey (3 illik təhsil)

Adətən bu təhsil müəssisələri bir-birindən ayrı yerləşirlər.İbtidai məktəb və kollec məcburi xarakter daşıyır.

İbtidai məktəb 6 yaşından 11 yaşınadək ( əgər uşağın təhsillə bağlı problemi yoxdursa) davam edir və aşağıdaki pillələrə bölünür.



  • Hazırlıq kursu (CP)

  • İbtidai kurs 1-ci il (CE 1)

  • İbtidai kurs 2-ci il (CE 2)

  • Orta kurs 1-ci il (CM 1)

  • Orta kurs 2-ci il (CM 2)

İbtidai məktəblərdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-də) həftədə 4 gün (27 saat) davam edir.Çərşənbə günü, şənbə günü nahardan sonra və bazar günü uşaqlar istirahət edirlər.Bu günlər ərzində uşaqlar maraqlarına uyğun olaraq müxtəlif idaman və bədii dərnəklərdə məşğul ola bilərlər.

Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə yapşırıq verilmir.İbtidai təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir.

İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər.Kollecdə təhsil, hər biri 2 il olmaqla 2 dövrə bölünür.


  • Müşahidə dövrü

  • İstiqamətləndirici dövr.

Müşahidə dövrünə VI və V siniflər daxildir.( Fransada siniflərin sıralanması əks istiqamətdə aparılır –VI, V, IV,III) Bu dövrdə təhsil prosesi orta təhsilin baza elementlərini təqdim etməklə ibtidai təhsili tamamlayır.Bütün uşaqla kollecə daxil olur, bərabər tədris proqramı üzrə dərs keçir və mütləa şəkildə müəvvan olunmuş xarici dillərdən birini öyrənirlər.

İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki təmayüllü kolleclərin IV və III sinifləri daxildir.Bu mərhələdə uşaqlar ikinci xarici dil öyrənməyə başlayır və əlavə olaraq latın, yunan və digər dilləri seçə bilirlər.III sinifin sonunda şagirdlər imtahan verir və kolleci bitirməkləri haqqda şahadətnamə alırlar.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə