FƏSİL 5: Əsas logiSTİk konsepsiyalar firmalarin logiSTİk konsepsiyasi




Yüklə 0.56 Mb.
səhifə1/6
tarix27.04.2016
ölçüsü0.56 Mb.
  1   2   3   4   5   6
FƏSİL 5: ƏSAS LOGİSTİK KONSEPSİYALAR
5.1. FİRMALARIN LOGİSTİK KONSEPSİYASI
Konsepsiya baxışlar sistemi olub hadisə və proseslərin bu və ya digər dərəcədə başa düşülməsi kimi izah edilir.

İqtisadiyyatın logistikləşdirilməsi prosesinin dərk edilməsi, öyrənilməsi material və onlara bərabər tutulan maliyyə və informasiya axınlarının ilkin mənbədən son təyinat məntəqəsinə qədər hərəkətilə bağlı yerinə yetirilən əməliyyatlar logistik yanaşma ideyasının başa düşülməsinə əsaslanır. İstehsal, kommersiya, sahibkarlıq və təsərrüfat fəaliyyətinin digər növləri kimi material axınlarının idarəedilməsi ilə əlaqədar olan fəaliyyət də ilkin inkişaf mərhə­ləsindən başlayaraq müxtəlif dövrlərdə insanlar tərəfindən həyata keçirilmişdir. Bu baxımdan material axınlarının idarəedilməsinə logistik yanaşmada yenilik hər şeydən əvvəl ayrı-ayrı təsərrüfat fəaliyyəti növləri arasında material axınlarının idarə­edilməsi üzrə fəaliyyətin prioritet üstünlük kəsb etməsi, habelə iqtisadiyyat inkişaf etdikcə onun müxtəlif təsərrüfat subyektləri üçün rolunun artması, güclənməsindən ibarətdir.

Bazar iqtisadiyyatının əsas həlledici həlqələrindən olan firmalar (müəssi­sələr) cəmiyyət üzvlərinə lazım olan hazır məhsulların istehsalçısı və eyni zamanda bu məhsulların hazırlanması üçün lazım olan material resurslarının istehlakçısı kimi ikili funksiyanı yerinə yetirirlər. Bu zaman firmaların (müəssisələrin) bazar subyektləri arasında davranış tərzi firmanın məhsul istehsalına və ya onun hazırlanması üçün zəruri olan material resurslarının nəql edilməsi və ya saxlanılmasına çəkdikləri xərclərin səviyyəsi, təsərrüfat fəaliy­yətinin iqtisadi effektivliyi, istehsal olunan məhsullara tələb və onların qiyməti, firmanın nizamnamə kapitalının həcmi, bazarda mövcud rəqabətin vəziyyəti, istehlakçıların tədiyyə qabiliyyəti və sair amillərə görə müəyyənləşdirilir.

Kibernetik yanaşma baxımından firmalar (müəssisələr) girişində material resursları çıxışında hazır məhsul olan «qara yeşiyə» bənzəyir. Firmanın giriş və çıxış parametrləri arasında əlaqələndirmə funksiyası son nəticədə onun rəqabət qabiliyyətini təyin edir. Başqa sözlə, çıxış parametrləri – məhsul satışından və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlir əhəmiyyətli dərəcədə fir­manın xarici mühiti ilə determinələşdirilir. Daha doğrusu, çıxış parametrinin yax­şılaşdırılması istehlakçıların zəruri məhsullara olan tələbatını dolğun ödəməklə firmanın marketinq strategiyasının düzgün qurulması və rəqabət qabiliyyətinə malik yüksək keyfiyyətli məhsul istehsalına əsaslanır. Odur ki, məhsullara tələbat və tarazlaşdırılmış bazar qiymətləri kimi göstəricilər firmanın xarici mühitini xarakterizə edən amillər olduqlarından onlar çıxış parametrlərinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Çıxış parametrlərinin yaxşılaşdırılması eyni zamanda xarici faktorlarla yanaşı firma daxili logistik mühiti xarakterizə edən məhsulların material tutumu, fondverimi və əmək məhsuldarlığı göstəricilərindən də asılıdır.

Sənaye istehsalı sahəsində müəssisələrin iqtisadi fəaliyyətlərini xarak­terizə edən mühüm göstəricilərdən biri avadanlıqların optimal yüklənməsi gös­təricisidir. Bu hər şeydən əvvəl maşın və aqreqatların müəssisənin əsas fond­larında böyük xüsusi çəkiyə və ümumi xərclər içərisində istehsal xərclərinin əhəmiyyətli paya malik olması ilə izah edilir. Başqa sözlə, istehsalçı müəssi­sələrinin fontutumu göstəricisi fondverimi göstəricisini üstələməməsi üçün mövcud avadanlıqların optimal yüklənməsi mikroiqtisadiyyatın vacib prob­lemlərindən biri hesab olunur. Buna görə də avadanlıqların tələb olunan səviyyədə yüklənməsi müəssisənin məhsul istehsalı üzrə strategiyasının hazırlanması zamanı ən mühüm məqsədlərdən birini təşkil etməlidir.

İnzibati amirlik dövründə həm strateжi planlaşdırma, həm də müəssisə-lərin idarə edilməsi aspektindən qeyd edilən bu tələb sifarişlərin yerinə –yetirilməsi müddətlərinə yüksək səviyyədə riayət olunması, ehtiyatların tələb olunandan aşağı səviyyədə yaradılması və optimal idarə edilməsi, material resurs­larının istehsal mərhələsindən qısa vaxt kəsiyində keçməsi kimi göstəricilərə üstün yer vermək məqsədinə xidmət edirdi. Lakin bazar iqtisadiyyatı şəraitində logistik metodlara istina etmədən ənənəvi üsullarla istər makro səviyyədə sifariş paketlərinin verilməsi və onların konkret müəyyən edilmiş müddətlərdə yerinə yetrilməsinə riayət etmək, istərsə də mikro aspektdə ehtiyatların səviyyəsini optimallaşdırmaq və istehsalı alıcı bazarının tələbləri nöqteyi – nəzərindən təşkil etmək qeyri -mümkündür. Buna görə də firma daxilində və ya ondan kənarda cərəyan edən logistik proseslərin mahiyyətini xarakterizə etmək və səciyyələndirmək üçün logistika elmi idarəetmənin bir sahəsi kimi aşağıdakı kateqoriyalara əsaslanır:



  • Nəqliyyat – tədarükat xərcləri. Bu xərclər məhsul istehsalı üçün zəruri olan ayrı-ayrı material resurslarına sifarişlərin verilməsi prosedurasının təşkili və onların həyata keçirilməsi, material qiymətlilərinin tədarükü və nəql edilməsi ilə əlaqədar çəkilən məsrəfləri xarakterizə edir. Praktiki olaraq nəqliyyat - tədarükat xərcləri logistik xərclərin bir hissəsini təşkil etməklə bərabər məhsul­gön­dərənlər şəbəkəsinin formalaşması, onların seçilməsi və qiymətləndi­ril­məsi, eləcə də nəqliyyat, poçt – teleqraf, ezamiyyət, yolda olan məhsulların təbii itki norması çərçivəsində çatışmaması və ya itkisi ilə bağlı çəkilən xərcləridə özündə əks etdirir.

  • Ehtiyatların yaradılması və saxlanması xərcləri istehsal prosesinin fasiləsiz yerinə yetrilməsi və bu əsasda hazır məhsul üzrə alıcıların sifarişlərinin vaxtında icra edilməsi məqsədilə ehtiyatların yaradılması və onlara cari xidmətin (vergilərin verilməsi, inventarlaşdırmanın aparılması, bank kreditlərinə görə faizlərin ödənilməsi və s.) həyata keçirilməsinə, ehtiyatların saxlanması və təsərrüfat risklərinin sığortalaşdırılmasına istehlakçı firmaların çəkdikləri xərclərdən ibarətdir.

  • Nəqliyyat xərcləri istehsal ediləcək hazır məhsulların substansiyasını təşkil edən material resurslarının, hazır məhsulların özlərinin və dəstləşdirici məmulatların istehsalçı müəssisələrdən istehlakçı müəssisələrə daşınmasına çəkilən nəqliyyat – tədarükat xərclərinin bir qismi olmaqla bura tarif haqları, yükləmə – boşaltma işlərinə sərf edilən məsrəflər və ekspeditor xidməti üzrə xərclər aid edilir.

  • Anbar xərcləri anbarların tikilməsi və saxlanılması, anbar heyətinə əmək haqqının verilməsi, inzibati idarəetmə xərcləri, təbii itki norması daxilində anbarda saxlanılan məhsulların itkisi nəticəsində onların dəyərinin ödənilməsi ilə əlaqədar xərcləri özündə əks etdirir.


Firmalar üçün logistik yanaşma sistemli dərk etmə, bütövlük, ümumi xərclərin optimallaşdırılması, vahid rəhbərlik və sairəni nəzərdə tutduğundan logistik strategiyanın reallaşdırılması zamanı onun əsas vəzifəsi şəkil də verilmiş formada ola bilər.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə