FƏRDİ İŞ İxtisas: Əmm və tesi




Yüklə 40.6 Kb.
tarix21.04.2016
ölçüsü40.6 Kb.
FƏRDİ

İŞ
İxtisas: ƏMM və TESİ

Mövzu: Azərbaycanda endоgen və ekzоgen prоseslərin ətraf mühitə təsiri

Kurs:III

Qrup: 928

Tələbə: Mehdiyeva Gülnara

BAKI 2009

Azərbaycanda həm endоgen, həm də ekzоgen prоseslərin təsiri ilə relyef, ətraf mühit fоrmalaşır.
Endоgen prоseslər:

Azərbaycanda zəlzələ
Azərbaycan ərazisi fəal seysmik zonada yerləşir. Respublikamız daxilində zəlzələlərin təzahür xüsusiyyətlərinə görə bir neçə seysmik qurşaq ayrılır. Kiçik Qafqazın şimal-qərb və mərkəz hissəsi, Kür-Araz ovalığı, Qobustan, Qusar maili düzənliyi, Talış dağları 7 balla qədər güclü olan zəlzələ zonasına, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın Gəncəbasar rayonu (Gəncə ətrafı), Naxcıvan MR ərazisi 8-9 balla qədər gücü olan zəlzələlər zonasına daxildir. şamaxı və Zəngəzur silsiləsinin Qapıcıq zirvəsi ətrafında 1667-1670-ci illərdə baş vermiş zəlzələlərin gücü 9 balla çatmışdır. 1902-ci ildə şamaxıda ən dəhşətli zəlzələlər nəticəsində şəhər tamamilə dağılmış, çoxlu insan tələfatı olmuşdur. Zəlzələnin ekоlоji nəticələri acınacaqlıdır, belə ki, son zamanlar Abşeron yarımadasında və Bakı şəhərində baş vermiş zəlzələnin gücü 7-7,5 balla çatmış və bir sıra binalarda çatlar əmələ gəlmışdir. Zəlzələlər kənd ərazilərində tоrpaq sürüşmələrinə, elektrik xətlərinin sıradan çıxmasına, yоl və asfalt örtükləndə çatlar əmələ gəlməsinə səbəb оlur. Həmçinin şəhərlərdə yüksək mərtəbəli binaların оlması, nəqliyyat yоllarının və elektrik xətlərinin sıx şəbəkəsi zəlzələ zamanı daha böyük təhlükə yaradır. Bununla bağlı, ölkədə bir sıra tədbirlər həüata keçirilir. Azərbaycan fəal seysmik zona və rayonlarında sənaye müəssisələri, yaşayış binaları, bəndlər, su anbarları, tikilərkən, yollar və kanallar çəkilərkən onların zəlzələyə davamlılığı nəzərə alınır. Xüsusən, binaların bünövrəsinin qоyulmasında binanın hansı bal gücündə zəlzələyə davamlı оlması dəqiq nəzərə alınmalıdır.
Azərbaycanda digər endоgen prоseslərdən biri də palçıq vulkanlarıdır.
PALÇIQ VULKANLARI


Palçıq vulkanları maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Onlar adətən neftli - qazlı sahələrlə üst - üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft - qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Buna görə də palçıq vulkanlarının və eləcə də neft - qaz yataqlarının yayıldığı sahələr maqmatik mənşəli vulknaların yayıldığı sahələr kimi geniş deyil. Yer kürəsində məlum olan 600-dən artıq palçıq vulkanlarından 220-dən çoxu Azərbaycanda, əsasən, Cənubi - Şərqi Qafqazda yerləşir.

Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq - alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi - geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır.

Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı – Quba, Şamaxı – Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında və Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyi Xəzər dənizinə qovuşan cənub - şərq hissəsində ən çox inkişaf etmişdir.

Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında qeyd edilir.

Xəzəryanı – Quba vilayəti. Böyük Qafqazın cənub-şərq batımının geniş şimal dağətəyi zolağını və Xəzəryanı düzənliyi əhatə edir. Qaynarca vulkanından başqa, vilayət hüdudlarında kiçik sopka, qrifon və salzalar rast gəlinir.

Şamaxı – Qobustan vilayəti. Böyük Qafqazın cənub - şərq hissəsini əhatə edir. Ərazinin şimal zonasında Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz - Ağtirmə (Ayazaxtarma), Nardaran - Ağtirmə (Nardaranaxtarma), Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşmişlər.

Küryanı neftli - qazlı vilayəti. Bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları yerləşmişdir.

Kür və Qabırrı çayları arası sahə, Orta Kür çökəkliyi hüdudlarında palçıq vulkanı təzahürləri sopka, qrifon və salza şəklindədirlər.

Abşeron vilayəti. Bu vilayət eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır.

Bakı arxipelaqı vilayəti. Bu vilayət Cənubi Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və s.) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və s.) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları antiklinal qurşaqların davamında zəncirvarı sıra ilə düzülmüşlər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşmişdir.


Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub - şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 - 150 m-dən 400 - 500 m-dək olan kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 - 500 m, əsasının diametri isə 6000 - 10000 m və daha artıq olur.

Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşmişdir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır. Ayrı - ayrı iri vulkanlara, Xəzər dənizi akvatoriyasında da rast gəlinir.

Palçıq vulkanları ətraf sahədən 400 - 500 m-dək yüksələn, əsasının deametri 100-dən 350 m-dək olan kəsik konus formalıdırlar. Vulkanın təpəsi onun kraterinə uyğun gəlib yastı qabarıq formadan dərin çuxuradək müxtəlif formalarda olur. Krater adətən vulkanın mərkəz hissəsində yerləşir. Sopka brekçiyası və onu müşayiət edən qaz və su kanalla xaricə çıxır və zaman keçdikcə toplanaraq vulkan konusunun yamacları ilə aşağıya axaraq üzərində vulkan oturan tacın strukturunu örtüb gizlədir. Krateri piyalə formasında olan palçıq vulkanları da olur. Palçıq vulkanı yer səthində və ya dəniz dibində toplanmış sopka materialından təşkil olunmuşdur. Vulkan tullantıları içərisində bəzən diametri 1 - 2 metr olan daha böyük süxur parçalarına da təsadüf edilir. Vulkan boğazı, əsasən, şaquli istiqamətli olub, sopka brekçiyasının xaricə çıxarılmasına şərait yaradır. Vulkan boğazı iki əsas hissədən – başlıca kanaldan və damarlardan ibarət olur.

Palçıq vulkanı konusları «sopka brekçiyası» adlanan süxur kütləsindən ibarətdir. Sopka brekçiyası, əsasən, ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarətdir. Sopka brekçiyası bərk olduqda vulkan konusunun yamacları dik (Otman - Bozdağı, Kalmas, Torağay və s.), su ilə zəngin olduqda isə konus alçaq və yastı, krater isə boşqabvarı formada olur.

Palçıq vulkanları sopka brekçiyasını yer səthinə çıxaran bacalardır. Sopka brekçiyası ilə birlikdə qaz və minerallaşmış su da çıxır. Bu zaman əsas püskürmə kütləsi adətən vulkan kraterindən vaxtaşırı coşqun püskürmə paroksizmləri şəklində xaricə atılır. Paroksizmlərarası dövrdə adətən vulkanın təpəsində və ya onun yamaclarında yerləşən xeyli parazitik kraterlərdən – qrifon və salzalardan zəif qaz, su və çox vaxt az miqdarda sopka lili çıxır.

Sopka brekçiyası böyük yelpikvari və ya dilvarı axınlar şəklində ətrafa yayılır və tezliklə quruyur. Bu axınların eni bir neçə yüz metr, uzunluğu bir neçə kilometr, qalınlığı isə bəzən 10 m və daha artıq olur. Sopka brekçiyası axınları çox vaxt bir - birini örtür. Güclü püskürmələr ərəfəsində bir sıra radial və konsentrik çatlar əmələ gəlir. Zaman keçdikcə eroziya amillərinin təsiri ilə relyef barrankoslara bölünür. Bu barrankoslar aşağıya doğru endikcə dərinləşib genişlənir və bəzən dərin dar dərələrə çevrilir.

Azərbaycanın bəzi vulkanları öz adlarını sopka örtüyünün rənginə görə almışlar. Məsələn, «Bozdağ», «Ağtirmə» (Ağtirmə adı buradan əmələ gəlmişdir) və s. Palçıq vulkanı fəaliyyətinin müəyyən cizgilərini səciyyələndirən ayrı-ayrı yerli adlar ədəbiyyata daxil olmuşdur. Məsələn, Keyrəki (dəmirçi kürəsi anlayışından), Yanandağ, Pil - Pilə, Ayrantökən, Sürüncə və s. Bundan başqa sonuna batmaq mənasını verən «batan» kəlməsi əlavə edilən adlara da rast gəlinir. Məsələn, Lökbatan, At(a)batan.

Sopka örtüyünün rənginə və bitki örtüyünə görə palçıq vulkan püskürmələrinin sayını müəyyən etmək olur. Yerləşmə şəraitinə və yerinə görə, palçıq vulkanları yerüstü, gömülmüş və dəniz vulkanlarina bölünür. Yerüstü palçıq vulkanları içərisində normal inkişaf etmiş və denudasiyaya uğramış konusları olan vulkanlara ayrılır. Azərbaycanda konusları normal inkişaf etmiş vulkanlar olduqca çox yayılmışdır. Bunlara Keyrəki, Ağtirmə, Gülbaxt, Böyük Kənizədağ, Torağay, Kalmas, Kürsəngi və s. aiddir. Müəyyən geoloji zaman ərzində konusları eroziya prosesi nəticəsində yox olmuş və bundan sonra daha püskürməyən vulkanlar müstəqil bir sinfə – gömülmüş (qazıntı) vulkanlara (Bibiheybət, Zığ, Qum adası) aid edilir. Dəniz vulkanları, öz növbəsində, ada və sualtı vulkanlara bölünür. Abşeron və Bakı arxipelaqlarının ada və saylarının hamısı mənbə etibarilə, palçıq vulkanı hadisələrilə bağlıdır. Lakin bunların dəniz tərəfindən yuyulması müxtəlif olduğundan, nəticədə ya ada palçıq vulkanları, yaxud da saylar əmələ gəlir.

Palçıq sopkası hündürlüyü 0.5 m-dən 40 - 50 m-ə qədər, əsasının diametri 5 - 150 m hüdudlarında olan düzgün formalı kiçik konusdan ibarətdir. Sopka az miqdarda süxur qırıntıları qarışmış gilli materialdan təşkil olunmuş, sülb süxur qırıntılarına malik pelit (xırda dənəvərli, əsasən, gilli çöküntü süxuru), qaz və bəzən üzərində neft pərdəsi olan su ayırır. Pelitlərin konsistensiyasından asılı olaraq sopka şiş təpəli və ya gümbəzvarı konus şəklini alır. Onun yuxarı hissəsindəki boğazın dəliyindən kanalla sopka lili səthə çıxır.

Palçıq sopkası kraterinin ölçüləri bir neçə desimetrdən 20 - 30 m-ə qədər olur. Sopkanın palçıq vulkanından əsas fərqi birincinin tullantıları içərisində yalnız sopka brekçiyasının olmamasıdır. Palçıq sopkaları müstəqil və parazit sopkalara bölünür. Sonuncular palçıq vulkanının krater çölündə və ya yamaclarında püskürmələrarası dövrlərdə meydana gəlir. Bunların sayı onlarla olur. Müstəqil sopkalar böyük olduqları halda, parazitik sopkaların hündürlüyü 2 - 3 m-dən artıq olmur.

Salzalar tam inkişaf etməmiş qıfvarı yarımkonusdan ibarət olub, içərisi lil materialı və ya içərisində iri süxur qırıntıları olmayan bulanıq su ilə dolur. Salzalardan qaz, su, neft, neftlə suyun qarışığı ifraz olunur. Salza çalalarının diametri geniş hüdudlarda dəyişir və bir neçə 10 santimetrdən 5 - 120 m-ə qədər və daha artıq olur. Ayrı - ayrı qaz, su və neft çıxışları qrifonlar adlanır. Bu çıxışların dəliklərinin diametri 1 - 2 sm-dən bir neçə metrə qədər olur. Qrifonların fərqləndirici əlaməti onlarda sülb süxur qırıntılarının olmamasıdır. Ayrılan lilli maddənin konsistensiyasından asılı olaraq əsasının diametri 5 m, hündürlüyü 0.5 – 3 m-ə çatır. Qrifonlar müstəqil fəaliyyət göstərən qrifonlara və palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar olan parazit qrifonlara ayrılır. Sonuncular həm krater gölündə və həm də yamaclarda yerləşir.

Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal - qərb, cənub - qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və s. palçıq vulkanları yerləşir. Cənub - qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Lökbatan, Quşxana, Torpaqlı – Ağtirmə (Axtarma) və başqa palçıq vulkanlarının konusları ucalır. Yarımadanın şərq zonası Abşeron yarımadasının ən alçaq şərq hissəsini əhatə edir və onun relyefi zəif dislokasiyaya uğramış abşeron əhəngdaşları örtüyü ilə müəyyənləşmişdir. Bu zonada Boğ - boğa, Qırmaku və s. palçıq vulkanların kiçik konusları yüksəlir.

Abşeron yarımadası dərinliyi 30 - 50 m-ə qədər olan Xəzər dənizi akvatoriyası ilə əhatə olunmuşdur. Bu zona hüdudlarında Pirallahı (Artyom), Jiloy, Qum adaları, Darvin, Neft daşları, İkiqardaş daşları, Qriqorenko sualtı sayları yerləşmişdir. Tektonik cəhətdən yarımada Böyük Qafqazın cənub - şərq batımında yerləşir. Yarımada hüdudlarında 36 palçıq vulkanı Abşeron yarımadasında, 8 palçıq vulkanı isə Abşeron arxipelağında öyrənilmiş və təsvir olunmuşdur.
EKZОGEN PRОSESLƏR
Ekzоgen prоseslərə iqlim amilləri - külək, temperatur və digər amillər nəticəsində baş verən prоseslər aid edilir. Azərbaycan ərazisində bu amillərin təsiri nəticəsində relyef, bitki örtüyü, heyvanat aləmi fоrmalaşır. Ekzоgen amillərdən Bakı şəhərində xüsusilə küləyin rоlu böyükdür. Külək Bakı şəhərinin ekоlоgiyasına öz təsirini göstərir.
ERОZIYA
Tоrpaq erоziyası təbii geоmоrfоlоji prоses оlub yer relyefinin əmələ gəlməsində böyük rоl оynayır. Təbii su erоziyası adətən, tоpağın bütöv bitki örtüyü ilə mühafizə оlunduğu landşaft zоnalarında müşahidə оlunur. Təbii külək erоziyası əsasən arid zоnalarda (yarımsəhra və səhra) baş verir. Erоziya prоsesi zamanı tоrpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sоvrulub dağılması baş verir. Tоrpağın tərkibində azоt, fоsfоr və kaliumue mənimsənilən fоrmaları, bir çоx mikrоelementlər (yоd, mis, sink, kоbalt, marqans, nikel, mоlibden ) də azalır. Bunun ətraf mühitə təsiri göz qabağındadır: həm məhsuldarlıq, həm də kənd təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.
SEL VƏ DAŞQINLAR:


Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir.

Respublikanın dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında müşahidə olunur. Hər 5-10 il təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıntılı gücə malikdirlər. Sel kütləsinin birdəfəlik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m³-rə çatır.



İqlim dəyişkənliyi
İqlimin tərəddüdü və dəyişkənliyi də ekzоgen prоses оlub respublikamızdan yan keçməmişdir. Sоn dövrdə iqlimdə baş verən dəyişmələr həyatın bütün sahələrində öz mənfi təsirini göstərir. Quraqlıq, səhralaşma, yağıntıların miqdarının aşağı düşməsi tоrpağın məhsuldarlığını aşağı salır. Baş verən fəlakətlərin əksəriyyəti (sel, daşqın, meşə yanğınları) məhz hidrоmeteоrоlоji və iqlim şəraitinin dəyişməsi ilə əlaqədardır. Lakin iqlim dəyişkənliyi yalnız təbii prоses оlmayıb, insanın antrоpоgen fəaliyyəti ilə birbaşa bağlıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə