Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə 1 – Terapiya 1 Təmizləyici imaləyə əks- göstəriş hansıdır?




Yüklə 1.84 Mb.
səhifə1/23
tarix30.04.2016
ölçüsü1.84 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23
Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ
Bölmə 1 – Terapiya
1) Təmizləyici imaləyə əks- göstəriş hansıdır?
A) Qarın boşluğundakı əməliyyatlardan əvvəl

B) Dərman imaləsindən əvvəl

C) Bağırsaq keçməməzliyi olduqda

D) Doğuşdan əvvəl

E) Qanayan babasil olduqda
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu zaman təmizləyici imalə əks-göstəriş sayılır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998
2) Mədə qanaxmasında həkimə qədər yardıma nə daxildir?
A) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi

B) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi

C) Mədənin yuyulması, buz qovuğunun tətbiqi

D) Aclıq və qansaxlayıcı preparatların tətbiqi.

E) Aclıq və buz qovuğunun tətbiqi
Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu uzandırıb mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir, qansaxlayıcı preparatlar həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz qovuğunun təsirindən damarlar daralır və qanaxma yavaşıyır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998
3) 1 Təsir Vahidi ( TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə , 200 qram qlükozanı qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir?
A) 40 TV

B) 10 TV


C) 60 TV

D) 25 TV


E) 20 TV
200 qr. qlükozanı qlikogenə çevirmək üçün neçə TV insulin lazım olmasını tənasüb yolu ilə tapa bilərik.

1TV-5 qr


X TV-200 ml. qr X=200 : 5 = 40 TV
Ədəbiyyat : N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “.Səh.158“ Çıraq “ 20-08.
4) Sidik ifrazının azalması necə adlanır?
A) Oliquriya

B) Poliuriya

C) Anuriya

D) Nikturiya

E) Opsouriya

Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.


Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998
5) Sidikdə qanın olması necə adlanır?
A) Albuminurieya

B) Hematuriya

C) Nikturiya

D) Qlükozuriya

E) Piuriya
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü var: qan sidik aktının əvvəlində olur, sonunda olur və total hematuriya, yəni sidik başdan-başa qana boyanır.
Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
6) Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
A) 30 dəqiqə

B) 3 saat

C) 1 saat

D) 45 dəqiqə

E) 1,5 saat
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın divarı zədələnə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27” “Çıraq” 2008.
7) Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?
A) Qida qəbulu zamanı

B) Qida qəbulundan 15-30 dəq. sonra

C) Qida qəbulundan dərhal sonra

D) Gecə və acqarına

E) Qida qəbulundan 2-3 saat sonar
Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir, orada olan xoranı qıcıqlandırır və ağrıya səbəb olur.
Ədəbiyyat: :N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147 “Çıraq” 2008
8) Tənəffüsün olması necə təyin edilir?
A) Ağız boşluğuna nəzarət etməklə

B) Xəstənin ağzına güzgü yaxınlaşdırmaqla

C) Xəstənin rənginə nəzarət etməklə

D) Ətrafların hərəkətlərinə nəzarət etməklə

E) Döş qəfəsinin hərəkətinə nəzarət, tənəffüs küylərinə qulaq asmaqla
Tənəffüs zamanı (nəfəs alma və nəfəs vermə) qabırğaarası əzələlər yığılıb-açıldığı üçün döş qəfəsi hərəkətli olur və fonendoskopla qulaq asdıqda tənəffüs küyləri asan eşidilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 5 “Çıraq” 2008
9) Duodenal zondlama zamanı neçə porsiya öd götürülür?
A) 3

B) 4


C) 2

D) 1


E) 5
Duodenal zondsalma zamanı 3 porsiya öd götürülür: A- porsiyası 12 barmaq bağırsaqdan götürülür, açıq-sarı rəngdə olur; B porsiyası öd kisəsindən götürülür, tünd zeytun rəngdə olur; S porsiyası qaraciyər ödü olub, öd axacaqlarından götürülür, daha şəffafdır və sarı-qızılı rəngdədir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.36 “Çıraq” 2008.
10) Aşağıdakılardan hansı instrumental müayinəyə aid deyil?
A) Palpasiya

B) EXQ (exokardioqrafiya)

C) Ultrasəs müayinəsi

D) EKQ (elektrokardioqrafiya)

E) Kompyuter tomoqrafiyası
Palpasiya sözü latın dilindən tərcümədə “əlləmək” deməkdir, bu zaman müayinə yalnız əllə aparıldığı üçün bu müayinə instrumental müayinə hesab edilə bilməz.

Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. Стр. 24 «Медицина» Москва 1989


11) Qızdırmanın I dövründə sadalananlardan hansını tətbiq etmək olar?
A) Yaş bürümə

B) Ilıq vanna

C) Sərin vanna

D) Soyuq kompress

E) İsitqac
Qızdırmanın I dövründə periferik damarlarda spazma olur, bu zaman xəstə üşüyür, titrəyir. Ona görə bu dövrdə xəstənin ayaqlarına isitqac qoyulur.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105 “Təhsil” Bakı 1998
12) Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
A) 30°

B) 60°


C) 75°

D) 90°


E) 45°
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.152 “Təhsil” Bakı 1998.
13) Hipovolemik şok zamanı təxirəsalınmaz yardımın əsas vəzifəsi nədən ibarətdir?
A) Qanəvəzedicilərin köçürülməsi

B) Ürəyin yığılma fəaliyyətinin stimulyasiyası

C) Sirkulyasiya edən qanın həcminin bərpası

D) Dehidratasiya

E) Damar büzücü preparatların vena daxilinə yeridilməsi
Hipovolemik şok massiv qanitirmələr zamanı, mikrosirkulyasiyanın pozulması, toxumalarda qan dövranının azalması, toxuma hipoksiyası nəticəsində yaranır. Bu baxımdan ilk növbədə dövriyyədə olan qan defisitinin bərpası (yəni xəstəyə eyni qrupdan olan qan, plazma, qanəvəzedicilər və s. köçürülməsi) yerinə yetirilməlidir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи».«Феникс» 2001.Стр102-103.
14) Anafilaktik şok zamanı aşağıdakılardan hansı ilk növbədə yerinə yetirilməlidir?
A) Əzələ daxilinə pipolfen məhlulu (2,5 %-2-4ml) yeridilir

B) Xəstəni intubasiya edirlər

C) Dərmanın yeridilməsi dayandırılır, dərman yeridilən yerdən yuxarıda jqut qoyulur

D) Dərman yeridilən yerə adrenalin məhlulu (0,1%-0,5ml, d/a) vurulur

E) Vena daxilinə steroid hormonlar yeridilir
Anafilaktik şokun daha da dərinləşməməsi üçün ilk növbədə buna səbəb olan dərman preparatının yeridilməsi dayandırılır, jqut isə allergenin yayılmasına mane olur. Sadalanan digər variantlardakı tədbirlər isə dərhal sonar yerinə yetirilir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи». «Феникс» 2001.Стр105
15) Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır?
A) Kolonoskopiya

B) Duodenoskopiya

C) Ezofaqoskopiya

D) Qastroskopiya

E) Sistoskopiya
“Kolon” latın dilində yoğun bağırsaq, “skope”-baxıram deməkdir. Latın dilinən tərcüməyə əsaslanaraq kolonoskopiya yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi deməkdir. “Endo”-daxili deməkdir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.217. “Təhsil” Bakı 1998.
16) Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalədən isitfadə olunur?
A) Sifon

B) Təmizləyici

C) Dərman

D) Yağlı


E) Qidalandırıcı
Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon imaləsindən istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su götürülür.Bu miqdarda su orqanizmə daxil olmuş zəhərli maddələrin tam təmizlənməsini təmin edir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998
17) Mədə qanaxması zamanı istifadə olunan preparatlar hansılardır?
A) Fentanil, relanium

B) Aspirin, prednizolon

C) Aminokapron turşusu, jelatinol

D) Heparin, dibazol

E) Dimedrol, kordiamin
Aminokapron turşusu adətən qanaxmalar zamanı ümumi təsirli hemostatik vasitə kimi, jelatinol isə hipovolemiya və hemorragik şokla mübarizə üçün plazma əvəzedici məhlul kimi istifadə edilir.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 353
18) 1 ml – də neçə vahid insulin vardır?
A) 30 vahid

B) 10 vahid

C) 20 vahid

D) 25 vahid

E) 40 vahid
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4 vahid insulin deməkdir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq “2008.
19) Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
A) Döş qəfəsinin aşağı hissəsinə

B) Onurğaya

C) Döş qəfəsinin yan tərəflərinə

D) Kürəkaltı nahiyəyə

E) Onurğa ətrafı nahiyəyə
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998
20) Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?
A) Hiperbilirubinemiya

B) Hiperqlikemiya

C) Hipoproteinemiya

D) Hiperproteinemiya

E) Hipoqlikemiya
“Hiper” latınca çox, “emiya” qan deməkdir, “qlik” şəkilçisi isə şəkər sözünü bildirir. Şəkərli diabet zamanı insulin hormonu çatışmadığına görə qlükoza qlikogenə cevrilə bilmir və nəticədə qanda hiperqlikemiya olur.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilı “Tibb bacısının məlumat kitabı” .Səh. 158 “Çıraq” 2008.


21) Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?
A) Metabolik alkaloz

B) Ürək çatışmazlığı

C) Hiperqlikemik koma

D) Metabolik asidoz

E) Hipertonik kriz
Şəkərli diabet zamanı turşu-qələvi müvazinəti turşu tərəfə pozulur, ketoasidoz olur,keton cisimcikləri MSS-nə (mərkəzi sinir sisteminə) toksik təsir edir, nəticədə xəstə hiperqlikemik komaya düşür.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Çıraq” 2008
22) Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?
A) Alkoqol iyi

B) Ammonyak iyi

C) Heç nə hiss olunmur

D) Aseton iyi

E) Lax yumurta iyi
Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ gəlir, nəticədə xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Cıraq” 2008.
23) Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi

B) Qaraciyərin baryer rolunun kənarda qalması

C) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi

D) Asan olması

E) Allegik reaksiyanın olmaması
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
24) Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir dəyişmək lazımdır?
A) 2,5

B) 3


C) 1

D) 1,5


E) 2
Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, dərialtı və digər yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə hər 2 saatdan bir xəstəni müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə saxlamaq lazımdır.
Ədəbiyyat: C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998.
25) Aşağıdakılardan hansı obyektiv metoda aid deyil?
A) Anamnez (sorğu)

B) Baxış


C) Auskultasiya

D) Palpasiya

E) Perkussiya
Anamnez (sorğu) subyektiv müayinə metodu sayılır. Sadalanan qalan müayinə metodları isə obyektiv metodlardır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 150
26) Bayılma zamanı istifadə olunan dərmanlar hansılardır?
A) Strofantin, eufillin

B) Prednizolon, poliqlükin

C) Vikasol, qlükoza

D) Analgin, fentanil

E) Kordiamin, mezaton
Kordiamin mərkəzi sinir sistemini stimulyasiya edir, damar hərəki mərkəzin oyanmasına səbəb olur, mezaton damar büzücü preparat olub, qan təzyiqinin artmasına səbəb olur. Bayılma kəskin damar çatmamazlığı olduğundan bu preparatların istifadəsi daha məqsədəuyğundur.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321
27) Endemik urun profilaktikası üçün hansı məhsulları yodlaşdırırlar?
A) Süd məhsulları

B) Bitki yağları

C) Ət məhsulları

D) Qənd, konfet

E) Xörək duzu
Xörək duzu digər məhsullardan fərqli olaraq hər gün qida rasionuna daxil edilir, ona görə endemik urun profilaktikasında 1qr duza 10 qr kalium yodid əlavə edilmiş yodlaşdırılmış duzdan istifadə olunur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 117. “Çıraq” 2008
28) Qanın ümumi analizində nəyi müəyyən etmək olmur?
A) Hemoqlobini

B) Hormonları

C) Leykositləri

D) Eritrositlərin çökmə sürətini

E) Eritrositləri
Hormonları müəyyən etmək üçün qanın biokimyəvi analizi aparılır, bunun üçün venadan 20 ml qan götürülür. Sadalanan digər amilləri müəyyən etmək üçün isə qanın ümumi analizi aparılır və bu zaman barmağın ucundan bir neçə damcı qan götürülür.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 27 “Çıraq” 2008
29) UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir?
A) Sancma

B) Vibrasiya

C) Yüngül istilik

D) Tirtrətmə

E) Qarışqa gəzintisi
UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik əmələ gəlir, bu da xəstədə yüngül istilik hissi yaradır.
Ədəbiyyat: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980
30) Plevral punksiya hansı nahiyədə aparılır?
A) Döş qəfəsi, arxa qoltuqaltı xətt, VI-VII qabırğaarası nahiyə

B) Döş qəfəsi, ön qoltuqaltı xətt, VII-VIII qabırğaarası nahiyə

C) Döş qəfəsi, ön qoltuqaltı xətt, V-VI qabırğaarası nahiyə

D) Döş qəfəsi, arxa qoltuqaltı xətt, VII-VIII qabırğaarası nahiyə

E) Döş qəfəsi, orta qoltuqaltı xətt, VI-VII qabırğaarası nahiyə
Plevra boşluğuna maye adətən aşağı paylarda yığılmağa başlayır. Arxa qoltuqaltı xətt üzrə VII-VIII qabırğaarası nahiyə punksiya daha təhlükəsiz və rahat sayılır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 94-95
31) Masaj qaydalarına uyğun gəlməyən nədir?
A) 1 çarpayı üçün 8m x2 sahə ayrılmalıdır

B) Ventilyasiyalı olmalıdır

C) Hava quru olmalıdır

D) Masaj otağının hərarəti +35° – 37° olmalıdır

E) İşıqlı olmalıdır
Masaj hərarəti 20 dərəcədən az olmayan, işıqlı, yaxşı ventilyasiyası olan otaqda aparılmalıdır. +35° – 37° variantında göstərilmiş temperaturlarda massaj etmək massaj qaydalarına uyğun deyil.

Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278 “Maarif” Bakı 2008


32) Masaj zamanı dəri qıcıqlanmasın deyə nədən istifadə etmək olmaz?
A) Talk tozundan

B) Uşaq tozundan

C) Vazelindən

D) Bitki yağından

E) Sudan
Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və uşaq tozundan istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün ondan istifadə edilmir.

$$

Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” Bakı 2008


33) Bədən temperaturu hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C0)?
A) 39,0 – 40,0

B) 38,0 – 38,5

C) 38,5 – 39,0

D) 37,0 - 38,0

E) 40,5 - 41,0
Temperatur 40,0 C0 –ni keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu zaman zülalların parçalanma məhsulları qanla baş beynə gedir və huşun dəyişməsinə, bəzən itməsinə, hətta sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara) səbəb olur.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974
34) Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə....... yeridilməsindən ibarətdir. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) Qlükoza

B) Heparin

C) İnsulin

D) Dibazol

E) Kofein
Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə yeridilən qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 2008


35) İsti vannaları hansı halda tətbiq etmək olmaz?
A) Xroniki bronxit

B) Yüksək hərarət

C) Kəskin respirator xəstəlik

D) Xroniki rinit

E) Xroniki pnevmoniya

Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır.


Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998
36) Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?
A) Lax yumurta

B) Tütün


C) Aseton

D) Ammonyak

E) Alkoqol
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
37) Hansı halda masaj etmək olmaz?
A) Piylənmə

B) Spastik iflic

C) Limfa düyünləri şişdikdə

D) Oynaq xəstəlikləri

E) Bağların dartınması
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980
38) Bunlardan hansı masajın əsas metodu deyil?
A) Döyəcləmə

B) Sığallama

C) Kəsmələmə

D) Sürtmə

E) Basmalama
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980
39) Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?
A) Dolğunluq

B) Yüksəklik

C) Gərginlik

D) Tonus


E) Tezlik
Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974
40) Hirudoterapiya nədir?
A) İqlimlə müalicə

B) Qanburaxma

C) İşıqla müalicə

D) Su ilə müalicə

E) Zəli ilə müalicə
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh.39 “Çıraq” 2008
41) “Qəhvə xıltı” şəklində qusma nəyi bildirir?
A) Ağız boşluğunda travmanı

B) Qida borusu qanaxmasını

C) Qida toksikoinfeksiyasını

D) Ağciyər qanaxmasını

E) Mədə qanaxmasını
Mədə qanaxması zamanı qan mədə möhtəviyyatı ilə qarışır, mədə turşusunun təsirindən hemoqlobin parçalanır, methemoqlobinin parçalanmasından qan tündləşir və qəhvə xıltınını xatırladır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 354
42) Hipertonik krizin müalicəsində hansı preparat;n istifadəsi əks göstərişdir?
A) Dibazol

B) Nifedipin

C) Maqnezium – sulfat

D) Hipotiazid

E) Mezaton
Mezaton damar büzücü preparat olduğundan, arterial təzyiqin qalxmasına səbəb olur ki, bu da hipertonik krizi daha da ağırlaşdırır.
Ədəbiyyat: Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 306
43) Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?
A) Atoniya

B) Hipertoniya

C) Hipotoniya

D) Ritm


E) Taxipnoe
Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri ilə arteriya divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni olur.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
44) 10 %-li kalsium-xlorid vena daxilinə düzgün vurulmadıqda hansı fəsad verir?
A) Anafilaktik şok

B) Abses


C) Kvinke ödemi

D) Yumşaq toxumanın nekrozu

E) Yağ emboliyası
10 %-li kalsium xlorid güclü qıcıqlandırıcıdır, o səhvən dərialtına vurulduqda yumşaq toxumanın yerli ölümü- nekroz baş verir. Bu hal baş verdikdə yeridilən maddənin konsentrasiyasını azaltmaq məqsədilə həmin nahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoyulur.
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998
45) Arterial hipertoniyalı xəstələr qida rasionunda nəyi azaltmalıdırlar?
A) Xörək duzunu

B) Un məmulatlarını

C) Şəkəri

D) Ədviyyatlar

E) Tərəvəzləri
Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta bilər. Qəbul edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə dövr edən qanın miqdarı artır, bu da təzyiqi daha da artırır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008
46) Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?
A) Yataq yarası

B) İştahsızlıq

C) Kollaps

D) Arterial təzyiqin qalxması

E) Baş gicəllənmə
Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri, dərialtı və digər yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni yataq yaraları əmələ gəlir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998
47) Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
A) Morfinin yeridilməsi

B) Nitroqliserini dil altına qoymaq

C) Əzələ daxilinə analgin-dimedrol vurmaq

D) Analginin yeridilməsi

E) Daxilə dimedrol
Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi qidalandıran tac damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar genişlənir, ürəyin qidalanması yaxşılaşır və ağrı aradan qalxır.
Ədəbiyyat: N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq” 2008

  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə