Fatimə Mernissi Pərdələr arxasında gizlədilən tarix




Yüklə 0.99 Mb.
səhifə1/15
tarix31.03.2016
ölçüsü0.99 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Fatimə Mernissi



Pərdələr arxasında

gizlədilən tarix

Çevirən: Güntay Gəncalp

Redaktor: Ilahə Ucaruh


Çapa hazırlayan: Rasim Qaraca

Kitabın orijinal adı:

Harem politique= The veil and the male elite: a Feminist

İçindəkilər

- Tərcüməçidən önsöz.

- Kitabın ingilis dilində nəşrinə müəllifin giriş sözü.

- Ön söz.

- Müsəlman və zaman.

- Peyqəmbər və hədis.

- Peyqəmbərin vəfatı.

- Siyasi konfliktlər.

- Hədisin ortaya çıxışı

- Qadına inamsızlıq gələnəyi (ənənəsi).

- Qadına inamsızlıq gələnəyi.

- Hicab.


- Peyqəmbər və onun sosial mühiti.

- Peyqəmbər və qadınlar.

- Peyqəmbərin qadınları

Mutlu illər.

- Qadınlar və səfihlər.

- Qadınlar və savaş qənimətləri.

- Ömər və Mədinə kişiləri.

- Seksual ilişkilərlə bağlı dialoq.

- Köləlik.

- Qadınlara qarşı şiddət.

- Hərbi rəhbər olaraq peyqəmbər.

- Hicab Mədinədə nazil olur.



- Sonuc

- Tarixi olayların özəti




Tərcüməçidən önsöz

Əlinizdə bulunan bu kitabı oxumaqla eyni mövzuyla bağlı sanki yüzlərcə kitab oxumuş olacaqsınız. Mətnşünaslıq, tarix metodologiyası və dinşünaslıq baxımından yeni bilgilər əldə edəcək, özəlliklə islam tarixi üzərinə dərin bilgi və fikir sahibi olacaqsınız. Ancaq bunlar olayın hamısı deyildir. VII əsrdə təkbaşına meydana çıxıb ictimai ədalətdən danışan, qumsal çöllərin ərəblərini bir hədəf istiqamətində birləşdirib onları millət olaraq tarixə soxan, insanlıq tarixini etkiləyən böyük bir insanın mübarizəsi ilə tanış olacaqsınız. Hz. Məhəmmədin özəl və sosial həyatı ilə elmi şəkildə tanış olmaq kimi bir fürsəti yaxalayacaqsınız. Bu günə qədər peyqəmbərin ictimai-siyasi şəxsiyəti, ədalət anlayışı islam tarixində olduğu kimi göstərilməmiş, ərəb milliyətçiliyi mərkəzli islam qavrayışını ortaya qoyan Əməvilərdən başlayaraq günümüzə qədər Hz. Məhəmməd adına yüzlərcə saxta hədislər uydurularaq, onun gerçək missionunu ört-basdır etmişlər. Kitabı oxuduqca siyasi islamla, zaati islamın fərqinə varacaqsınız. Kiminsə inanıb inanmaması önəmli deyil. Əsas odur ki, Hz. Məhəmmədi gerçək kimliyi ilə tanıyacaqsınız. İnanmasanız belə, onun politik davranışlarına, hərbi, ictimai-siyasi münasibətlərinə heyrət edəcək, sayqı ilə yanaşacaqsınız. Hz. Məhəmmədə inanırsanız, o zaman öz peyqəmbərinizi yenidən tanıyıb kəşf edəcəksiniz. Görəcəksiniz ki, bu günə qədər islamı siyasətə alət edən dargörüşlü insanlar, siyasi təşkilatlar necə də Hz. Məhəmmədin idealına ihanət etmiş, onun böyük və Tanrısal idealını qısıtlamağa, göylərin qutsallığını yerdəkilərin mənafeyinə fəda etməyə çalışmışlar.

Türk tarixində öz ana dilimizdə islami dəyərləri öyrənmək üçün bir proje ortaya qoyulmadığı üçün əli qılınclı türklər ərəb-fars mərkəzli siyasi islama yem edilmişlər. Hz. Məhəmmədin həyatını araşdıran Buxari kimi böyük bilim adamlarının türk olmasına baxmayaraq, türk ulusuna bu araşdırmalar anlayacaqları dildə çatdırılmamışdır. Beləliklə də Qəznəvi, Səlcuqlu, Osmanlı, Səfəvi, Qacar dönəmlərində türklər, öz zatından, mahiyətindən ayrılmış ərəb-fars milliyətçiliyi mərkəzli islama yem edilmişlər. Oysa bu kitabı oxuduğunuzda peyqəmbərin özəl və ictimai-siyasi həyatından zövq alacaqsınız. Onu yenidən sevmək istəyəcəksiniz. Onun kimi səbirli, uzaqgörən və təmkinli olmaq istəyəcəksiniz.

Hz. Məhəmmədin dönəmindən uzaqlaşdıqca saysız təriqətlərin, məzhəblərin ortaya çıxışına şahid oluruq. Qardaşlığın carçısı olan Hz. Məhəmməddən sonra bu məzhəblər öz çıxarları adına nə qədər qan tökdülər. Xüsusən ərəb-fars irqçilərinin ortaya qoyduğu məzhəblər islamdan irqçi bir din görüntüsü ortaya qoymaq istəmiş, qanlar axıtmışlar. Müaviyənin öndərliyində qurulan Əməvi dövləti, islamı bir sülalə dini, qəbilə məzhəbinə dönüşdürmək istədi. Əməvilərin islamı bu şəkildə sapdırmalarına ilk etiraz Əlioğlu Hüseyn tərəfindən edilmişdir. Əlioğlu Hüseyn bu yolda böyük fədakarlıq göstərdi, öz çevrəsi ilə bir yerdə Kərbəlada qətl edildi. Əməvi dövləti böyüdükcə islamı sapdırmağa çalışmışdır. Qənimətlər yolu ilə yalnız zənginləşməyi hədəfləyən Əməvilər vardığı ölkələrdə ancaq və ancaq yağmaçılıqla məşğul olurdular. Əməvilərin islamı sapdırmalarına etiraz daha sonra alimlər tərəfindən edilmişdir. Siyasətin dışında Quranı və hədisləri öyrənmə zərurəti bu şəkildə yaranmışdır. İlk dörd xəlifə zamanında xəlifə müsəlmanların həm siyasi, həm də dini rəhbəri idi. Lakin daha sonrakı dönəmlərdə xilafət öz mənəvi dəyərini itirdi, sadəcə siyasi bir instituta dönüşdü. Bu siyasi institut, ancaq sülalənin mənafeyini qorumaqla məşğul olurdu. Həm Əməvilər, həm Abbasilər, həm Osmanlılar, həm də Səfəvilər dönəmində islam zahirdə var idi, batində isə nəfslərini kontrol edə bilməyən qəddar sultanlar, şahlar, xəlifələr islam adına olmazın cinayət törədirdilər. Bu üzdən də islama içdən və könüldən bağlı olan alimlər siyasətin dışında Quranın və peyqəmbərin təlimlərini elmi şəkildə araşdırmağa başladılar. Bu baxımdan islam tarixində üç növ islam anlayışının ortaya çıxdığına tanıq oluruq: 1. Dövlət islamı. Bu növ islam anlayışı islamı dövlətin mənafeyi yolunda kullanmışdır. Buna siyasi islam da demək mümkündür. Siyasi islam qavrayışı günümüzdə də sekular olmayan ölkələrdə davam edir. Böyük Atatürk dini siyasətdən ayıraraq islamı siyasətə alət edənlərə ən böyük zərbəni vurmuş, islamı da öz doğru yerində oturtmuşdur. 2. Mədrəsə islamı. Fiqh elmi mədrəsələrdə gəlişdi. Mədrəsə islamı Quran və hədislər üzərinə elmi təfsirlər yapırdı. Zaman zaman siyasət mədrəsə islamının da araşdırmalarına müdaxilə etmişdir. 3. Təsəvvüf islamı. Sufilər siyasətdən uzaq dinin təməl təlimləri əsasında yaşamağa özən göstərirdilər. Bir çox hallarda da siyasi və mədrəsə islamı tərəfindən təzyiqlərə məruz qalıb Mənsur Həllac kimi dəriləri soyulurdu. Təsəvvüf, siyasət və mədrəsə islamına antitez olaraq ortaya çıxdı. Onlar Tanrını yoxluqda deyil, varlıqda axtarırdılar. “Tanrı var” önərməsini “Tanrı yoxdur” önərməsinə qarşı qoyurdular. Təsəvvüfə görə mədrəsə və siyasət islamı “Tanrı yoxdur” önərməsi əsasında düşündüyü üçün yoxluğu axtarmış, yoxluqda qərq olmuşlar, oysa Tanrı insana şahdamardan da yaxındır. O zaman “Tanrı var” önərməsi üzərində düşünmək gərəkir. “Tanrı var” önərməsi Tanrını qeyblərdə axtarmamış, varlığın içində axtarmışdır. Bu üzdən də elmlə məşğul olmaq ibadət sayılır. Nədən? Çünkü elm varlığı araşdırır. Varlıq nə qədər araşdırılsa, bir o qədər də Tanrıya olan ehtiyac insanın ağlını və qəlbini daha da dərindən saracaqdır. “Tanrı var” önərməsi insanın ağlını, diqqətini, fikrini varlığa sövq edir. Yəni Tanrıya inanc yetərli deyil, Tanrının əsəri olan varlıq didik-didik araşdırılmalıdır. Fəlsəfə də bu görüşdən doğmuşdur. Çünkü fəlsəfənin doğuşu üçün üç tür varlıq bir yerdə bütünləşməlidir. Bu varlıqlar bunlardır: 1. Dil varlığı. Haydeger kimi bir çox filosoflar dili varlığın evi sanmışlar. Varlıq özünü dil aracılığı ilə tanımlayır, tanıdır. Varlıq sözlərə daşınır, söz varlığın əsrarəngiz təzahür şəklinə dönüşür. Füzulinin də “söz” rədifli qəzəlində dediyi kimi varlığı öyrənmək, dilin özünü, cövhərini öyrənmək kimi ortaya çıxır. Dil, yalnızca varlığın rəmzlərdən ibarət olan göstərgəsi deyildir. Dil, varlığın tanımlandığı mənəvi məkandır. Şərq aləmində fəlsəfənin doğmamasının səbəbi varlığı araşdıran dil etkəninin olmamasıdır. Fəlsəfənin doğuşu üçün öncə dil, daha sonra özgürlüyün olması şərtdir. İslam şərqində, xüsusən islam siyasətə alət edildikdən sonra varlıq araşdırılmamış, varlığı araşdıra biləcək dil gəlişdirilməmişdir. Özgürlük də olmamışdır. Hətta varlığın araşdırılmasına yasaq da qoyulmuşdur. Bir halda ki Quranda israrla söylənilir ki, varlığa baxın və düşünün. 2. Düşüncə. Düşünmək var oluşun səbəbidir. Düşüncədə geniş dış varlıq öz-özü ilə qarşılaşır. Düşünmək, varın varla örtüşməsidir. Hər bir varlıq türü mücərrəd və tanımlanmaz şəkildə ideyaların içində məxfidir. Tanımlanmazlığın tanımlanır olması düşüncə yolu ilə sağlanır. Bu bağlamda düşüncənin də birimi dil olaraq bəlirlənir. 3. Varlıq. İnsan, həyat və uzay (fəza). Bunlar da bağımsız varlıq. Ancaq bu bağımsız varlıq türləri, yəni dil, düşüncə və varlıq birləşdiyində fəlsəfə yaranmış olur.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə