FaküLTƏ : Bİm kafedra: “Gömrük işinin təşkili”




Yüklə 243.28 Kb.
səhifə1/4
tarix23.02.2016
ölçüsü243.28 Kb.
  1   2   3   4
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Üniversiteti

FAKÜLTƏ : BİM

KAFEDRA: “Gömrük işinin təşkili”



Kurs işi

Mövzu: “Gömrük nəzarəti sistemində gömrük ekspertizasının rolu”

Qrup: 664
Kurs: III
Tələbə: Həsənov Elxan
Rəhbər: i.e.n.,Z.A.Şəkərəliyeva
Kafedra müdiri: prof.A.Ş.Şəkərəliyev



Bakı-2008

Plan:


Giriş
1) Gömrük nəzarətinin tətbiq olunmasını şərtləndirən amillərin xarakteristikası

2) Gömrük ekspertizası strukturasının inkişaf xranologiyası

3) Gömrük nəzarəti sistemində gömrük eskpertizasının rolu
Nəticə :

Ədəbiyyat siyahısı.




Giriş

Azərbaycan Respublikasının iqtisadi həyatında xarici ticarət, istehsal, elm və texnika sahəsində iqtisadi, elmi-texniki əməkdaşlıq, ixtisaslaşma və kooperasiya, tikinti, nəqliyyat, ekspeditor, sığorta, hesablaşma, kredit və digər bank əməliyyatları sahəsində iqtisadi əlaqələr, həmçinin digər müxtəlif xidmətlərin həyata keçirilməsi də daxil olmaqla, xarici iqtisadi fəaliyyət mərkəzi yer tutur.

Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini eyni zamanda həll etməyə məcburdur. Həmçinin nəzərə alınmalıdır ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı xarici iqtisadi siyasətin sərt tələblərini və məhdudiyyətini irəli sürür.

       Bu səbəbdən milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsi bu tənzimləmə obyektinin inkişaf edən vahid orqanizmdən ibarət olmasına əsaslanmalıdır.

  Milli təsərrüfatın sistem kimi bütövlüyü üçün təhlükə yaradan uyğunsuzluğun aradan qaldırılmasını tə'min edən dinamik tarazlığın saxlanılması məsələsi müasir dövrdə çox aktualdır. Bu iqtisadiyyatın strukturunun yaxşılaşmasına, inkişafın  strateji istiqamətlərində ehtiyatların mərkəzləşdirilməsinə, bə'zi mühüm istehlak mallarının ucuzlaşdırılmasına, Azərbaycan malları üçün qarşılıqlı şəkildə xarici bazarların açılmasına yardım edir.

      Azərbaycan istehsalın və istehlakın milli struktur xüsusiyyətləri, iqtisadi inkişaf səviyyəsi, digər obyektiv və subyektiv faktorların tə'siri xarici ticarətin tənzimlənməsi sisteminə kompleks tələb dir.      Ixrac-idxal əməliyyatları iştirakçılarına tə'sir prosesində, gömrük sistemi, ,gömrük siyasətigömrük xidməti kimi anlayışlardan istifadə edilməsi zəruriyyəti meydana çıxır. Belə ki, xarici ticarət fəaliyyəti təcrübəsində əsas beş qrup vasitələrə nəzər salsaq görərik ki, burada ,gömrük əməliyyatlarının yeri əvəzsizdir. Gömrükl sisteminin fəaliyyətinin birbaşa ölkənin xarici iqtisadi həyatına nüfuz etdiyini nəzərə alaraq Azərbaycan Dövlət Gömrük komitəsi respublikanın müvafiq strategiyasını işləyib hazırlamışdır.Bu kurs işində Azərbaycanın gömrük infrastrukturu ,onun quruluşu,gömrük nəzarəti sistemi,onun inkişaf xranologiyasından bəhs edəcəm.

1.Gömrük nəzarətinin tətbiq olunmasını şərtləndirən amillərin xarakteristikası
Gömrük nəzarəti gömrük hüququnun ən mühüm instutlarından biridir.Gömrük Məcəlləsinə görə gömrük nəzarəti –gömrük işi üzrə Azərbaycan Respublikası Qanunvericiliyinə ,həmçinin,icrasına nəzarətin Azərbaycan Respublikası gömrük orqanlarına həvalə olunduğu Azərbaycan Respublikasının digər qanunvericiliyinə və beynəlxalq müqavilələrinə riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusudur.

Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir-birindən seçilir.Nəqliyyat vasitələrinə gömrük nəzarəti onların növündən asılı olaraq aşağıdakı kimi təsnifatlaşdırılır.

  1. Dəniz gəmilərinə gömrük nəzarəti:

  2. Çay gəmilərinə gömrük nəzarəti:

  3. Dəmiryol qatarlarına gömrük nəzarəti:

  4. Hava gəmilərinə gömrük nəzarəti:

  5. Avtonəqliyyat vasitələrinə gömrük nəzarəti:


Mallara gömrük nəzarəti dedikdə,idxal(gətirilən),ixrac (aparılan) və tranzit mallarına gömrük nəzarəti növləri nəzərdə tutulur.

Gömrük nəzarətində həyata keçirilməsində malların ayrı-ayrı mühüm xassələri böyük əhəmiyyət kəsb etdiyindən gömrük nəzarətinin yarımnövləri kimi əl yükünə ,müşayiət olunan və olunmayan baqaja gömrük nəzarətini göstərmək olar.

Əməkdaşlıq edən ölkələrin gömrük orqanlarının gömrük nəzarətində iştirakının xarakterindən asılı olaraq.

  1. ikitərəfli gömrük nəzarəti (hər ölkənin gömrük orqanı ayrılıqda gömrük müayinəsi həyata keçirir.)

  2. birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi ) həyata keçirir.)

  3. birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti (müayinəsi )həyata keçirilir) seçilir.


Gömrük nəzarəti birdəfəlik və təkrar ola bilər.

Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulur ki,gömrüh sərhədi ancaq bir istiqamətdə keçilir və gömrük nəzarəti (müayinəsi) bir dəfə keçirilir.Əgər mal və nəqliyyat vasitələri nisbətən qısa müddət ərzində gömrük sərhəddini iki dəfə keçirsə, onlar təkrar gömrük nəzarəti altına düşür.Təkrar gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədinin bir neçə dəfə keçilməsi hər vaxt tələb olunmur.Belə ki,xaricə üzən dəniz gəmisi təyinat limanına gələndə gömrük məntəqəsini keçərkən gömrük müayinəsinə cəlb edilmişsə ,bir qayda olaraq təkrar gömrük nəzarəti həyata keçirilmir.Lakin qaçaqmalçılıq barədə məlumat olduqda gömrük orqanlarının gəmini liman suları hüdudunda və limanda dayanarkən təkrar gömrük müayinəsini təşkil etmək hüququ var.Analoji qaydalar digər nəqliyyat vasitələrinə də şamil edilir.

Gömrük nəzarətinin həyata keçirilmə formalarına görə aşağıdakı növləri var.

  1. mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması.

  2. mal və nəqliyyat vasitələrinə gömrük baxışı.

  3. mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi.


Gömrük nəzarətinin birinci forması sənədli, ikinci və üçüncü formaları faktiki nəzarət kimi xarakterizə edilir.

Gömrük nəzarəti ,onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur.bu metodlardan aşağıdakıları göstərmək olar.

  • Mal və nəqliyyat vasitələri gömrük məntəqəsinə gətirilərkən həyata keçirilən adi gömrük nəzarəti.

  • Nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti.

  • Gömrük nəzarətinin müəyyən formalarında azad etmə halları istisna olmaqla ,nəzarətin bütün formalarının istifadə olunduğu tam nəzarət:

  • Seçmə gömrük nəzarəti.


Gömrük nəzarətinin növ, forma və metodları onların praktiki tətbiqində bir-biri ilə sıx bağlıdır.Tarixən gömrük nəzarəti qaydaları milli hüquqi sistemlər çərçivəsində formalaşmışdır.

Müasir şəraitdə dövlətlər gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsinə və eyni zamanda böyük sərnişin-yük axını böyük kütlələrinin hərəkətini sürətləndirmək məqsədi ilə gömrük nəzarətinin səmərəliyinin artırılmasına çalışaraq ,gömrük nəzarəti proseduralarını tənzimləyən beynəlxalq hüquqi razılaşmalar gömrük prosedurlarının sadələşdirilməsi və razılaşdırılması barədə 1973-cü il Kyoto konvensiyası,hava gəmilərində gömrük nəzarətinin keçirilməsi qaydalarına aid olan, beynəlxalq mülki aviasiya barədə 1944-cü il Çikaqo konvensiyası və i.a yolu ilə gedirlər.

Gömrük nəzarəti məqsədləri üçün tələb olunan sənəd və məlumatlar.

Mal və nəqliyyat vasitələrini gömrük sərhəddindən keçirən ,yaxud gömrük orqanlarının nəzarət sahəsinə aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər.

Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər nəzarət orqanlarından da ala bilərlər.Qanunvericilik gömrük orqanlarına bank və digər kredit idarələrindən mal və nəqliyyat vasitələrini gömrük sərhəddindən keçirən şəxslərin ,gömrük brokerlərinin yaxud nəzarəti gömrük orqanlarına həvalə edilmiş sahələrdə,fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar , hesablarının vəziyyəti barədə arayış və məlumatlar almaq hüququ verir.

Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır.

  1. Ticarət sənədləri.Bu sənədlərə müqavilə,hesab, faktura, spesifikasiya,invoys, qablaşdırma sənədləri və s.aiddir.Gömrük nəzarətinin həyata keçirilməsi üçün hər hansı o cümlədən faksimil sürəti və həmçinin,belə müqavilələrdən çıxarılışlar da qəbul edilə bilər.Lakin müqavilələrin sürətləri və onlardan çıxarılışlar müqaviləni bağlayan təşkilatın rəhbərliyinin imzası və bu təşkilatın möhürü ilə təsdiqlənməlidir.Bununla belə təqdim edilən sənədlərdə məlumatların dəqiq olmadığı güman etməyə kifayət qədər əsas olarsa ,gömrük orqanının vəzifəli şəxsləri müqavilələrin orijinal nüsxələrini tələb edə bilərlər.Müqavilə tərəfləri barədə məlumatların təsdiqi üçün, qeydiyyat və bank rekvizitləri göstərilmiş təşkilatın rəhbəri və baş mühasibi tərəfindən imzalanmış ,möhürlə təsdiq edilmiş məktub-ərizə qəbul edilə bilər.

  2. Nəqliyyat sənədləri.Sadalanan nəqliyyat sənədlərinə əsasən mallar gömrük sərhəddindən keçirilir.konosament,qaimə, dəmiryol nəqliyyatı üçün –yol daşınma cədvəlləri,vaqon vərəqi,təhvil cədvəlləri ,baqaj qəbzləri.

  3. Gömrük sənədləri. Belə sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən verilir və şəhadətləndirilir.Gömrük bəyannamələri ,təyinat gömrükxanasına təqdim edilməsi tələb olunan digər sənədlər (çatdırılmaya nəzarət sənədləri), gömrük təminatları altında daşınmaya buraxılmış nəqliyyat vasitələrinin şəhadətnaməsi ,gömrük oranları tərəfindən verilən müxtəlif lisenziyalar ,ixtisas attestatları və s.gömrük sənədləridir.

  4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər.Belə sənədlərə xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri: uyğunluq və keyfiyyət sertifakatları ,digər dövlət nəzarət orqanları tərəfindən verilən karantin, icazə sənədləri : sərhəd buraxılış vərəqələri və s. aid edilə bilər.

Sadalanan sənədlər mal və nəqliyyat vasitələrinin seçilmiş rejimin tələblərinə uyğun olaraq buraxılması və istifadə olunmasına qədər gömrük orqanının vəzifəli şəxsləri tərəfindən diqqətlə yoxlanılır. Sənədlərin yoxlanılmasının məqsədi,onların mövcud qanunvericilik qaydalarına uyğun olması və sənədləşməni tam əhatə etməsinə əmin olmaqdır.

Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük məqsədləri üçün əlavə sənədlər tələb etmək hüququ var.Belə sənədlərin siyahısı gömrük orqanları tərəfindən gömrük sərhədindən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin məqsədlərindən asılı olaraq müəyyən edilir, deklarantlar və digər maraqlı şəxslərin nəzərinə çatdırılır.

Gəmilərdə gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərə xüsusi tələblər qoyulur.Xaricdən gələn gəminin kapitanı “Kapitanın yazılı ifadəsi “ni təqdim edir.Bu sənəddə gəminin adı,onun bayrağı,limanın adı,gəlmə tarixi,kapitanın soyadı,ekipaj üzvlərinin sayı,sərnişin və baqajın miqdarı ,yola düşmə limanı ,valyuta,yüklərin adı və miqdarı,konosamentlər manifestlər göstərilir.

İlk dəfə beynəlxalq daşımalarla məşğul olan hava gəmilərinə aid gömrük və digər proseduraların beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi 25 mart 1949-cu ildə İKAO şurası tərəfindən bəyənilib və “Beynəlxalq hava daşımalarında rəsmiləşdirmənin sadələşdirilməsi “ adlı Konvensiyaya 9 saylı əlavə şəkildə təsdiq edilmişdir.Bu sənədin hava gəmisinə gömrük nəzarətinin təşkili və tələb olunan sənədlərə aid edilən bir sıra müddəaları xüsusilə qeyd edilməlidir.

Birincisi,tövsiyə olunur ki, hava gəmilərinə gömrük nəzarətində tətbiq edilən qayda və proseduralar digər nəqliyyat vasitələrinə tətbiq edilənlərdən əlverişsiz olmasın.

İkincisi,nəzərdə tutulur ki, tərəfdaşlar elə şərait yaratmalıdır ki, rəsmiləşdirmə proseduraları hava nəqliyyatına xas olan sürət üstünlüyünə xələl gətirməsin .

Üçüncüsü ,aşağıdakı sənədlərin vahid formaları müəyyən edilir.

  1. əsas (baş)bəyannamə .Bu bəyannamədə digər məlumatlarla birgə hava gəmisinin istismarçısı, onun milli mənsubiyyəti ,qeydiyyat nişanları ,reysin nömrəsi ,tarix,uçub getmə məntəqəsi,uçub gəlmə məntəqəsi,uçuş maşrutu,ekipaj üzvlərinin ümumi sayı ,verilmiş bu uçuş mərhələsində sərnişinlərin sayı göstərilir.

  2. sərnişinlərin hava gəmisinə mindirilmə ,düşürülmə kartları

  3. ekipaj üzvünün şəhadətnaməsi.


9-cu əlavədə qeyd edilmiş Beynəlxalq standartlar nəzərdə tutur ki, tərəf-dövlətlər məlumatın digər münasib yolla alınması mümkün olan hallarda əsas bəyannamənin təqdim edilməsini tələb etmirlər.Həmçinin hava gəmisində qalan azuqə ehtiyyatı barədə yazılı bəyannamə tələb olunmur.Hava gəmisinə yüklənən və boşaldılan ehtiyyatlara gəlincə,yazılı bəyannamə tələb edən tərəf-dövlətlər öz tələblərini lazım olan məlumatlar barədə minumuma endirir və mümkün qədər gömrük rəsmiləşdirilməsini sadələşdirirlər.Bu halda hava gəmisi qəbul edildiyi zaman səlahiyyətli agent, yaxud gəmi kapitanından səlahiyyətli dövlət orqanlarına aşağıdakı hədlərdən çox olmayaraq sənəd təqdim edilməsi tələb olunur.

    1. əsas bəyannamənin üç nüsxəsi.

    2. Yük cədvəlinin üç nüsxəsi

    3. Bort ehtiyyatlarının sadə siyahısının iki nüsxəsi

Uçuşa hazırlaşdıqda isə

  1. əsas bəyannamənin iki nüsxəsi

  2. yük cədvəlinin iki nüsxəsi

  3. bort ehtiyyatlarının sadə siyahısının iki nüsxəsi


Sərnişin daşıyan avtonəqliyyat vasitələrinə gömrük nəzarəti həyata keçirilərkən ,onları idarə edənlər gömrük orqanlarına daşıma üçün müvafiq icazə sənədi təqdim etməlidirlər.Bu sənədlər daşıyıcının adı və yerləşdiyi yeri: avtobus xəttinin adını: icazənin verildiyi dövlətin ərazisində avtobus xətti trassı göstəricilərini, icazə verən dövlətin ərazisində sərnişinlərin mindirildiyi və endirildiyi dayanacaqların adı: daşınma müddəti və avtobusların hərəkət cədvəlini: əgər icazə verən dövlətin ərazisində sərnişinlərin mindirilməsi və endirilməsi üçün dayanacaqlar nəzərdə tutulmuşsa ,sərnişinlərin və baqajın daşınması üçün müəyyən edilmiş tarif ödənclərini daşıyıcının vəzifələrini :icazənin qüvvədə olan müddətini avtobus xəttinin istismara verilmə tarixinin özündə əks etdirilməlidir.

Avtomabillə yük daşımaları gömrük orqanlarına qaimə təqdim edilməsi ilə müşayiət olunur.bu qaimələrdə onların tərtib edilmə yeri və tarixi : mal göndərənin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer,tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı,yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırılma üsulu,təhlükəli yüklər daşındıqda isə,onların adətən,istifadə olunan şərti işarəsi,yük yerlərinin sayı,onların markalanma işarələri və nömrələri,yükün brutto vo ya başqa cür ifadə edilmiş kütləsi: daşınma xərcləri göstərilməlidir.

Lazım olan hallarda boşaldılıb –yükləmənin qadağan olunduğu göstərən tapşırıq alıcının öz ölkəsinə götürdüyü xərclər:əlavə olunan xərclərin məbləği (yük təhvil verildikdə geri qaytarılan ): yükün elan edilmiş qiyməti :yükün sığorta edilməsi üzrə təlimat ,daşınmanın razılaşdırılmış müddəti,daşıcıya verilmiş sənədlərin siyahısı :sərhəd keçid məntəqələri və qaimədə əks etdirilə bilər.

Bundan başqa sürücünün doldurulmuş yük vərəqəsi olmalı ,gömrük orqanları tələb etdikdə o təqdim olunmalıdır.

Beynəlxalq Yük Daşımaları kitabçası ilə yük daşımaları zamanı gömrük orqanlarına bu kitabçalar (karnetlər ) təqdim olunur.Gömrük orqanlarının yükü gömrük sərhədindən keçirən şəxslərin ,gömrük brokerlərinin ,yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyətlə məşğul olan digər şəxslərin barəsində bank və digər kredit idarələrindən məlumat və arayış almaq hüququ Gömrük Məcəlləsi ilə təsbit edilmişdir.

Gömrük nəzarəti üçün lazım olan məlumatların mənbələri kimi vergi və digər nəzarət orqanları öz təşəbbüsləri ilə gömrük orqanlarının sorğusu əsasında çıxış edə bilərlər.

Gömrük nəzarəti üçün istifadə olunan sənədlər üç ildən az olmayaraq saxlanılmalıdır.

Gömrük nəzarəti formaları və onların tətbiqinin əsas xüsusiyyətləri.

Gömrük nəzarətini gömrük orqanlarının vəzifəli şəxsləri həyata keçirir.Gömrük Məcəlləsinə gömrük nəzarətinin formaları:gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması ,gömrük müayinəsi (yoxlanması ) (mal və nəqliyyat vasitələrinin müayinəsi , şəxsi müayinə -gömrük nəzarətinin xüsusi forması) mal və nəqliyyat vasitələrinin uçotu,fiziki və hüquqi şəxslərin şifahi sorğusu,uçot və hesabat sisteminin yoxlanılması: müvəqqəti saxlanc anbarlarına ,gömrük anbarlarına,sərbəst anbarlara,sərbəst gömrük zonalarına,rüsumsuz ticarət mağazalarına ,mal və nəqliyyat vasitələri yerləşən digər ərazilərə,tikililərə gömrük baxışıdır.

Bu siyahı gömrük nəzarətinin digər formaları: müşahidə tədqiqat, təhqiqat proqnozların hazırlanması və başqa bu kimi nəzarət funksiyaları obyektlə bilavasitə təmasdan çıxarmağa və kənardan yerinə yetirməyə imkan verən sair formalardır.

Gömrük nəzarətini həyata keçirilməsinin əsas yük gömrük bəyannaməsidir.(YKB).Gömrük nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə gölünür.

Birinci mərhələ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir.Bunun üçün yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır.,bəyan edilmiş gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən edilir.YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvləri düzəldilməsi üçün deklaranta qaytarılır.

İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti olur.Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır.

Üçüncü mərhələ gömrük ödənclərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin qanunamüvafiqliyi yoxlanılır,ödənclərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.

Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını yoxlayır.

Nəhayət beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük müayinəsi(yoxlaması ) barədə qərar qəbul edir.

Gömrük nəzarəti gedişində insan əzalarının istifadəsinə əsaslanan (görmə,eşitmə,qoxulama ,lamisa) orqanoleptik metoddan istifadə oluna bilər.Müxtəlif ölçü cihazları və digər vasitələr də tətbiq edilə bilər.

Gömrük Məcəlləsi gömrük nəzarəti zamanı xüsusi texniki vasitələrdən də istifadə olunmasını nəzərdə tutur.Texniki vasitələrdən istifadə edilməsi əmək sərfinin azaldılmasına ,sərnişin və yük axınına gömrük nəzarəti müddətinin qısaldılmasına gətirib çıxarır.mal və nəqliyyat vasitələrinin əlçatmaz yerlərinin müayinəsinə imkan verir.Gömrük rəsmiləşdirilməsi əməliyyatlarının və gömrük nəzarətinin sadələşdirilməsinə xidmət edir.Bu texniki vasitələr qaçaqmalçılıqla mübarizədə xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Hər bir operativ məsələnin həlli gömrük nəzarətinin xüsusi texniki vasitələrindən istifadə olunmasını tələb edir.

  1. Gömrük sənədlərinin və gömrük təminatlarının yoxlanması üçün optik böyüdücü cihazlar (işıqlandırılan lupa,mikroskop) ultrabənövşəyi və infraqırmızı dalğalı cihazdır.

  2. Gömrük nəzarəti obyektinin daxilindəkilər barədə uzaq məsafədən məlumat alınması,qaçaqmalçılıq obyektlərinin axtarışı və aşkar edilməsi üçün-rentgenetelevizor konveyer müayinə aparatı ,metalaxtaran və metallodektorlar (silah ,döyüş sürsatı,qiymətli metallar və s aşkar edilməsi üçün.) və i.a

  3. Gömrük nəzarəti obyektinin tərkibinin identifikasiya (eyniləşdirmə) ekspres-analizi üçün-müxtəlif analizatorlar, ekspres-identifikatorlar və s.

  4. Gömrük zonalarında operativ şəraitin vizual müşahidəsi üçün optik və optik televizion müşahidə texniki vasitələrlə uyğunlaş-dırılmış rediolokasiya tipli avadanlıq, optik uzaqdanölçmə aparatları(mono-,və stereo borular,dəniz binoklları,infraqırmızı müşahidə cihazları ,telekameralar və s.)

  5. Audio-video məlumat daşıyıcılarına nəzarət üçün –müxtəlif növlü diktafon ,audiopleer,maqnitafon,foto-kinoplyonkaların aşkarlanması üçün qurğular,slayd və mikrofilmlər ,videopleer və videomaqnitafonlar və s.

  6. Gömrük müayinəsi zamanı texnaloji əməliyyatların yerinə yetirilməsi üçün -əl yükünün ,baqajın ,poçt göndərişlərinin ,həmçinin irihəcmli yüklərin trarasının açılması zamanı fərdi və qrup üçün xüsusi alətlər dəsti.

  7. Gömrük təminatları qoymaq üçün –plombiratorlar ,marka işarəli yapışdırıcı lent rulonları,müxtəlif işarəqoyucular və s.Bunlardan başqa gömrük nəzarəti gedişində müxtəlif köməkçi texniki vasitələrdən (qidalanma mənbələri,gərginlik doldurucu qurğular ,çəki cihazları ,ölçü cihazları ,dozimetrik nəzarət cihazları və s) istifadə olunur.


Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən ,bir qayda olaraq icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının gömrük işi haqqında qanunvericiliyinə ,Azərbaycan Respublikasının digər qanunveri-ciliyinə ,və beynəlxalq müqavilələrinə riayət edilməsini təmin etmək üçün kifayət edən gömrük nəzarəti formalarından istifadə edə bilər.

Şəxsi yoxlama (müayinə )barədə qərar gömrük orqanın rəisi və ya onu əvəz edən şəxs tərəfindən qəbul olunur.Müayinədən əvvəl gömrük orqanının vəzifəli şəxsi qəbul edilmiş qərarı fiziki şəxsə elan edir,ona hüquq və vəzifələrini başa salır və həmçinin gizlədilmiş malların könüllü olaraq verilməsini təklif edir.

Şəxsi müayinə gömrük orqanının müayinə edilən şəxslə eynicinsli səlahiyyətli şəxsi tərəfindən sanitar-gigiyena tələblərinə cavab verən otaqda aparılır.Digər fiziki şəxslərin həmin otağa girməsi və müayinə prosesinin onlar tərəfindən müşahidə oluna bilmə ehtimali istisna edilməlidir.Nəzarətə götürülən şəxsin bədən üzvlərinin müayinəsi tibb işçisi tərəfindən aparılmalıdır.

Şəxsi müayinənin aparılması barədə protokol tərtib edilir.Həmin protokol gömrük orqanının vəzifəli şəxsi, hal şahidləri, müayinə edilən şəxs və bədən üzvləri müayinə edildikdə isə həmin tibb əməkdaşı tərəfindən imzalanır.Müayinə edilən şəxs öz rəyini protokola qeyd edə bilər.
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə