Əsasnamə (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 aprel 2007-ci IL tarixli, 356 nömrəli əmri ilə təsdiq edilmişdir)




Yüklə 417.14 Kb.
səhifə1/6
tarix27.02.2016
ölçüsü417.14 Kb.
  1   2   3   4   5   6



Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Elmi-Metodik Şurası haqqında

ƏSASNAMƏ

(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 aprel 2007-ci il

tarixli, 356 nömrəli əmri ilə təsdiq edilmişdir)


  1. Ümumi müddəalar

1.1. Elmi Metodik Şura (bundan sonra - EMŞ) Azərbaycan Republikası Təhsil Nazirliyinin məşvərətçi ictimai qurumudur.

1.2. EMŞ-nin əsas məqsədi mülkiyyət və təşkilati-hüquqi for­ma­sından asılı olmayaraq ali təhsil müəssisələrində təlim və tər­bi­yə prosesinin key­fiyyətinin artırılmasına dair təkliflər hazırla­maq və elmi-tədqiqat işlə­ri­nin, dərslik, proqram və elmi-metodik ədə­biyyatın müasir tələblərə uyğun olmasını təmin etməkdən ibarətdir.

1.3. EMŞ öz fəaliyyətində Azərbaycan Respublikasının Konsti­tu­si­ya­sı­nı, Azərbaycan Respublikasının Təhsil Qanununu, Azərbaycan Respubli­ka­sının Təhsil sahəsində İslahat Proqramını, Azərbaycan Respublikası Prezidentinin təhsillə bağlı fərman və sə­rən­camlarını, Azərbaycan Respub­li­kası Nazirlər Kabinetinin mü­vafiq qərar və sərəncamlarını, Təhsil Nazir­li­yinin kollegiya qə­rar­larını, əmr, sərəncam, təlimat və göstərişlərini, müvafiq nor­ma­tiv hüquqi sənədləri və bu Əsasnaməni rəhbər tutur.

1.4. EMŞ-nin Əsasnaməsi, strukturu, eləcə də Rəyasət He­yə­ti­nin və bölmələrinin tərkibi Azərbaycan Respublikasının Təhsil Na­zir­liyi tərəfindən təsdiq edilir. EMŞ-nin bölmələri elmi isti­qa­mət­lər üzrə təşkil olunur. EMŞ-nin Rəyasət Heyətinin və bölmə­lə­ri­nin tərkibinə respub­li­ka­nın tanınmış alimləri, yüksək ixtisaslı mütəxəssislər və təcrübəli müəllimlər daxil edilir.


  1. EMŞ-nin əsas vəzifələri və funksiyaları

2.1. EMŞ-nin fəaliyyəti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrində təhsilin məzmununun keyfiyyətcə yaxşılaşdırılmasına xidmət edir.

2.2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə birgə müəl­lim­lə­rin ixtisasartırma kurslarının və institutlarının işinin müasir səviyyəyə qaldırılması üçün müvafiq tədbirlərin, tədris planlarının və proqramlarının hazırlanmasında iştirak edir və ya onlara rəy verir.

2.3. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin təqdimatı əsasında müəllimlər üçün keçirilən respublika, zona, rayon və şəhərlər üzrə seminar-müşavirələrin, elmi-praktik konfransların işində iştirak edir.

2.4. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işlərinin möv­zu­­larının və mühüm istiqamətlərinin aktuallığını müzakirə edir və rəy verir.

2.5. Təhsil Nazirliyi rəhbərliyinin və müvafiq struktur bölmələrinin tapşırığı ilə digər vəzifələri yerinə yetirir.

2.6. Məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisə­lərin­də, orta ümumtəhsil məktəblərində (lisey və gimnaziyalarda) tə­lim-tərbiyə prose­si­nin təkmilləşdirilməsinə dair tövsiyə və təkliflər hazırlayır.

2.7. Təhsilin bütün pillələri üçün istiqamətlər və ixtisaslar üzrə hazır­lan­mış tədris planlarını, fənn proqramlarını, dərslik və dərs vəsaitlərini, təd­ris-metodik vəsaitləri müzakirə edir, onlara rəy verir (lazım gəldikdə, əlyaz­ma­sı Təhsil Nazirliyi tərəfindən əlavə rəyə göndərilə bilər).

2.8. Təhsilin müxtəlif pillələri üçün nəzərdə tutulmuş ixtisas nomenklaturasının təkmilləşdirilməsinə dair təkliflər verir.

2.9. Müasir tələblərə cavab verən mütəxəssislərin, o cümlədən yeni ixtisaslar üzrə kadrların hazırlanması ilə bağlı tövsiyələr verir.

2.10. Təhsil sistemində nəşr edilən elmi jurnalların, tematik məcmuələrin, pedaqoji, o cümlədən təhsil problemləri ilə bağlı ədə­biy­yatın çap olunmasının vəziyyətini araşdırır, onların yö­nü­­mü­nün və məzmununun yaxşılaşdırılmasına dair təkliflər verir.

2.11. Yeni informasiya-kommunikasiya və pedaqoji texnolo­gi­­yalardan tədris prosesində istifadə edilməsi ilə bağlı məsələlərə baxır və təkliflər hazırlayır.

2.12. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə birgə təhsil sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin rəhbərlərinin hesabatının dinlənilməsində və həmin müəssisələrin monitorinqinin həyata keçirilməsində iştirak edir, onların işinin təkmilləşdirilməsi haqqında tövsiyələr verir.

2.13. Ali məktəblərdə ayrı-ayrı elm sahələri üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin planlaşdırılmasında və qiymətləndirilməsində iştirak edir, alınmış elmi nəticələrin istehsalatda tətbiq edilməsi barədə təhsil müəssisələrinin təkliflərinə rəy verir.

2.14. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə birlikdə kütləvi informasiya vasitələrində elmi-pedaqoji verilişlərin hazırlan­masına, aktual mövzularda müsahibələrin təşkilinə dair təkliflər verir və onların təşkilinə kömək edir.


  1. EMŞ-nin hüquqları

3. EMŞ öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1. Öz səlahiyyətləri daxilində təhsil müəssisələrindən zəruri məlumatlar almaq.

3.2. Lazım gəldikdə dərslik müəlliflərini və təhsil müəssisələri rəhbərlərini bölmə iclaslarına dəvət etmək.

3.3. “Elmi-Metodik Şura”nın bölmə iclaslarında üzürsüz səbəbdən üç dəfə və daha çox iştirak etməyən üzvlərin xaric edilməsi barədə Təhsil nazirliyi qarşısında vəsatət qaldırmaq.

3.4. Bölmə iclaslarının qərarlarını Təhsil Nazirliyinə təqdim etmək.

3.5. Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.


  1. EMŞ-nin idarə olunması

4.1. EMŞ-nin strukturu onun Rəyasət Heyəti və ayrı-ayrı böl­mələrindən ibarətdir. EMŞ-nin ali orqanı Rəyasət Heyətidir. Rə­ya­sət Heyətinin tər­ki­bi­nə Təhsil Nazirliyinin rəhbər işçiləri, EMŞ-nin bölmə sədrləri, tanınmış alim­lər və pedaqoqlar daxil edilir.

4.2. EMŞ-nin Rəyasət Heyətinin və onun bölmələrinin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş illik iş planı əsasında qurulur, sədr, sədr müavini və elmi katib tərəfindən idarə olunur. EMŞ-nin fəaliyyəti Təhsil Nazirliyinin Elm şöbəsi tərəfindən əlaqələndirilir.

4.3. EMŞ-nin Rəyasət Heyətinin və onun bölmələrinin qəbul etdiyi bütün qərarlar elmi və pedaqoji cəhətdən əsaslandırılır və tövsiyə xarakteri daşıyır.

4.4. EMŞ-nin bölmə iclaslarının protokolları rəsmi sənəddir. Protokollar sədr (sədr müavini) və elmi katib tərəfindən imzalanır və elmi katibdə 5 il müddətində saxlanılır.

4.5. EMŞ-nin bölmə üzvlərinin fəaliyyəti ilə bağlı sərf et­dik­lə­ri vaxt onların əsas iş yerində saat hesabı qaydasında ödənil­məklə əlavə dərs yükü kimi hesablanır (20 saatdan çox olmayaraq).

4.6. EMŞ-nin bölmə sədrinin, sədr müavininin, elmi katibinin fəa­liyyəti ilə bağlı sərf etdiyi vaxt onların əsas iş yerində saat he­sa­bı qaydasında ödənilməklə əlavə dərs yükü kimi hesablanır (30 saatdan az olmayaraq). Bölmə sədrlərinin işlədiyi təhsil müəssi­sə­lə­rinin rəhbərləri müvafiq bölmənin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir.

4.7. EMŞ-nin bölməsində müzakirə edilib qəbul olunmuş və sədr tərəfindən imzalanmış sənədlər (protokollar, rəylər və s.) hə­min bölmə sədri işlədiyi təhsil müəssisələrində təsdiq edilir və mö­hürlənir. Bölmə iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin azı 2/3-si iştirak etdikdə bölmə iclasları qərar çı­xar­mağa səlahiyyətlidir.

4.8. EMŞ-nin bölmələri hər ilin əvvəlində (yanvar ayının 25-dək) ötən il ərzində görülmüş işlər haqqında hesabatı və yeni il üçün iş planını Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim edir.

5. EMŞ-nin Rəyasət Heyətinin fəaliyyətinin təşkili
5.1. Rəyasət Heyəti EMŞ-nin işini təşkil edir, özünün və bölmələrin iş planlarını təsdiq edir, bölmələrin fəaliyyətinin həmin planlara və bu Əsasnaməyə uyğun qurulmasına nəzarət edir.

5.2. Hər təqvim ilinin sonunda EMŞ-nin bölmələrinin hesabatlarını dinləyir və EMŞ-nin işi haqqında ümumiləşdirilmiş illik hesabat hazırlayır.

5.3. Təhsilin strateji inkişafı və təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı əsas problemlərin, eləcə də bölmə iclaslarında qarşıya çıxan problemlərin müzakirəsini təşkil edir.

5.4. Rəyasət Heyətinin qərarları gizli və ya açıq səsvermədə sadə səs çoxluğu ilə qəbul edilir. Rəyasət Heyəti üzvlərinin ən azı 2/3-si iştirak etdikdə onun çıxardığı qərarlar səlahiyyətlidir. Rəyasət Heyətinin qərarları EMŞ-nin bölmələri üçün məcburidir.

5.5. EMŞ-nin Rəyasət Heyətinin və bölmələrinin tərkibi bir qayda ola­raq 3 il müddətinə Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Zərurət yaran­dıq­da bölmə sədrləri və üzvləri müəyyənləşdirilmiş vaxtdan əvvəl Təhsil nazirinin əmri ilə dəyişdirilə bilər.

5.6. Rəyasət Heyəti öz səlahiyyətləri daxilində EMŞ-nin fəaliyyətinə dair qərar çıxara və Təhsil Nazirliyinin rəhbərliyi qarşısında məsələ qaldıra bilər.

5.7. Rəyasət Heyətinin iclasları ildə 2 dəfədən az olmayaraq çağırılır. Növbədənkənar iclaslar Rəyasət Heyəti sədrinin və ya onun üzvlərinin ən azı yarısının təklifi ilə çağrıla blər.


  1. EMŞ-nin yenidən təşkili və ləğv edilməsi qaydası

6.1. EMŞ-nin yenidən təşkili və ləğv edilməsi Təhsil Nazirli­yi­nin əmri ilə həyata keçirilir.


Elmi-Metotik Şuranın strukturunun,

Rəyasət Heyəti və bölmələrin tərkibinin

təsdiqi barədə

(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 aprel 2012-ci il tarixli, 534 nömrəli əmri ilə təsdiq edilmişdir)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının Rəyasət Heyəti və bölmələrinin tərkibi, habelə Elmi-Metodik Şura haqqında Əsasnamə Təhsil nazirinin 24 aprel 2007-ci il tarixli, 356 nömrəli əmri ilə təsdiq edilmişdir.

Elmi-Metodik Şuranın strukturunda 48 nəfərdən ibarət Rəyasət Heyəti və müxtəlif ixtisasları əhatə edən 35 bölmə yaradılmış və fəaliyyət göstərmişdir. Görkəmli alim və elm xadimlərinin rəhbərlik etdikləri bölmələrə ali təhsil müəssisələrinin aparıcı alimləri, ümumi və məktəbəqədər təhsil müəssisələrinin müəllim və metodistləri daxil edilmişdir. Bölmələrin fəaliyyəti haqqında hesabatlar müvafiq illər üzrə toplanmış və təhlil edilmişdir.

EMŞ-nin bölmələrinin fəaliyyəti onların iş planlarına və Təhsil Nazirliyindən daxil olan məktublara uyğun qurulmuş, iclaslar protokollaşdırılmışdır.

Təhsil Nazirliyinə təqdim edilmiş hesabatlara görə 2007-2010-cu illər ərzində EMŞ-nin bölmələrinə ümumilikdə 2822 məktub daxil olmuş və 1438 iclas keçirilmişdir. Bölmələrin təşəbbüsü ilə 539 məsələyə baxılmış, o cümlədən elmi-tədqiqat işlərinin vəziyyəti ilə bağlı 265, təlim-tərbiyə prosesinin təkmilləşdiril­mə­sinə dair 152 məsələ müzakirə edilmiş, normativ sənədlərin layihələrinə 279 təklif verilmişdir. Bundan əlavə, 3739 adda dərslik, dərs vəsaiti və fənn proqramları müzakirə edilərək, müvafiq qərarlar çıxarılmışdır.

Hesabatların təhlilinə əsasən “Əczaçılıq, farmakologiya və tibbi kimya” bölməsinin fəaliyyəti səmərəli olmamışdır. Belə ki, 4 il ərzidə cəmi 16 məktub daxil olmuş, 7 iclas keçirilmiş və 1 məsələyə baxılmışdır. Tibb sahəsində iki bölmə fəaliyyət göstərmişdir.

EMŞ-nin bölmələrində dərsliklərin müzakirəsi aşağıdakı istiqamətlərdə aparılmışdır: a) təqdim olu­nan yeni dərsliklər; b) hazırda istifadə edilən dərsliklərdə mövcud olan qüsurlar; c) gələcək­də yeni dərsliklərə olan tələbat.

2009-cu ildə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi tərəfindən EMŞ-nin bölmələrində dərslik, dərs vəsaiti və proqramlara qrif verilməsi məsələləri araşdırılmış və bir sıra qüsurlar aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, əlyazmaların bəzi bölmələrdə müzakirəsi bir çox hallarda səthi aparılır, təkrar­çılığa və plagiatçılığa göz yumulur, yenilikləri əks etdirmə­yən, məzmun baxımından müasir tələblərə cavab vermə­yən və müvafiq tədris proqramları ilə uzlaşmayan, elmi və üslubi cəhətdən qüsurlu olan materiallar qısa müddətdə nəşrə tövsiyə edilir və onlara qrif verilməsi barədə bölmənin rəyi Nazirliyə təqdim olunur.

Bu məsələ Təhsil Nazirliyində EMŞ-nin bölmə sədrlərinin iştirakı ilə müzakirə edilmiş və “Elmi-Metodik Şuranın fəaliyyə­tinin yaxşılaşdılılması barədə” Təhsil nazirinin 11 noyabr 2009-cu il tarixli, 1278 nömrəli əmri hazırlanaraq yerlərə göndərilmişdir.

Elmi-Metodik Şuranın 4 illik fəaliyyəti müddətində bölmə­lərin tərkibində qismən dəyişikliklər edilmiş, bəzi bölmə üzvləri tərkibdən çıxarılmış və onlar yeni üzvlərlə əvəz edilmişdir. EMŞ-nin bölmələrinin yeni tərkibinin formalaşmasında bölmə sədrləri tərəfindən qaldırılan bu və ya digər məsələlər öz əksini tapmışdır.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası haqqında Əsasnamə”nin 5.5-ci bəndini rəhbər tutaraq


ƏMR EDİRƏM:


  1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının strukturu (əlavə 1), Rəyasət Heyətinin (əlavə 2) və bölmələrinin tərkibi (əlavə 3) təsdiq edilsin.

  2. Qeyd edilsin ki, Təhsil Nazirliyinin Elmi-Metodik Şura­sı­nın bölmələri fəaliyyət dövründə öz vəzifələrinin öhdə­sin­dən gələ bilmiş, təhsil müəssisələrində istifadə olunan dərsliklərin və tədris metodik ədəbiyyatın müasir tələblərə uyğun hazırlan­ma­sını təmin etmişdir.

  3. EMŞ-nin bölmə sədrlərinə tapşırılsın:

    1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Me­to­dik Şurası haqqında Əsasnamə”də nəzərdə tutulan vəzifə­lə­rin yüksək səviyyədə yerinə yetirilməsi təmin olunsun.

    2. Təhsil sahəsində aparılan islahatların, müvafiq Dövlət Proqramlarının həyata keçirilməsində bölmələrin fəal iştirakı təmin edilsin.

    3. Bölmələrdə müzakirə olunmuş və müsbət rəy verilmiş əlyazmalara dair məlumat bazasının yaradılması təşkil edilsin.

    4. Bölmədə müzakirə edilərək qrif almış və nəşr olunmuş dərslik, tədris-metodiki vəsaitlərin və fənn proqramlarının çap olunmuş bir nüsxəsinin həmin bölmədə saxlanılması təmin olunsun.

    5. Hər ilin sonunda bölmənin işləri haqqında hesabat Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim edilsin.

  4. Aşağıdakı bölmələrin adı və ya strukturu dəyişdirilsin:

    1. “İnformatika və kompyuter texnologiyası” bölməsi “Kom­pyu­ter elmləri” bölməsi adlandırılsın;

    2. “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab­şü­nas­lıq və kitabxana işi” bölməsi “Kitabxanaşünaslıq – informasiya və ki­tab­xana işi” bölməsi adlandırılsın;

    3. “Kənd təsərrüfatı” bölməsi “Kənd təsərrüfatı və aqrar iqtisadiyyatı” bölməsi adlandırılsın;

    4. “Əczaçılıq, farmakologiya və tibbi kimya”, “Tibbi-nəzəri elmlər” və “Tibbi klinik elmlər” bölmələri birləşdirilərək “Tibb və əczaçılıq elmləri” bölməsi adlandırılsın.

  5. Ali təhsil müəssisələrinin rektorlarına tapşırılsın ki, rəhbərlik etdikləri ali təhsil müəssisələrində çalışan Elmi-Metodik Şuranın bölmə sədrlərinin və müvafiq bölmənin normal fəaliyyət göstərməsi üçün lazımi iş şəraitinin yaradılmasını təmin etsinlər.

6. Elm şöbəsinə tapşırılsın:

6.1. EMŞ-nin bölmələrinin işinin əlaqələndirilməsini həyata keçirsin.

6.2. EMŞ-nin Rəyasət Heyəti və bölmələrinin hesabatlarını hər ilin əvvəlində ümumiləşdirilərək Nazirliyin rəhbərliyinə müvafiq arayış təqdim etsin.

6.3. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin monitorinqinin keçirilməsi və prioritet elmi istiqamətlərin müəy­yən­ləşdirilməsinə EMŞ-nin bölmələrinin cəlb edilməsi barə­də tək­liflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin.

7. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan yeni proqram, dərslik və dərs vəsaitlərinin bir məcburi nüsxəsini (elektron daşıyıcılarda əlavə olunmaqla) və bütün elektron tədris vəsaitlərinin bir nüsxəsini Respublika Elmi Pedaqoji Kitabxanasına təqdim edilməsini təmin etsin.

8. Respublika Elmi Pedaqoji Kitabxanasına (T.İsmixanova) tapşırılsın:

8.1. Kitabxanada dərslik fondunun yaradılmasını təşkil etsin.

8.2. Yeni dərsliklərin və tədris-metodik vəsaitlərin elektron kataloqunun yaradılmasını təmin etsin.

8.3. Virtual dərslik kitabxanasının yaradılması barədə təkliflər hazırlayıb bir ay müddətində Təhsil Nazirliyinə təqdim etsin.

9. Bu əmrdən irəli gələn məsələlərin həlli Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın.

10. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 aprel 2007-ci il tarixli, 356 nömrəli əmri (əlavə 1 istisna olmaqla), qüvvədən düşmüş hesab edilsin.

11. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavələri ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: müvafiq dərkənarla Elm şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı.


Misir Mərdanov,

Azərbaycan Respublikasının təhsil naziri

Əlavə 1

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Elmi-Metodik Şurasının strukturu




Avropa dilləri və ədəbiyyatı bölməsi



Avtomatika və robototexnika bölməsi



Azərbaycan dili və ədəbiyyatı bölməsi



Biologiya bölməsi



Coğrafiya bölməsi



Dövlət və hüquq bölməsi



Ekologiya bölməsi



Elektronika və rabitə bölməsi



Energetika bölməsi



Fizika bölməsi



Geologiya və geofizika bölməsi



Hərbi, fiziki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizliyi

bölməsi




İdarəetmə bölməsi



İncəsənət bölməsi



İnşaat bölməsi



İqtisadiyyat bölməsi



Kənd təsərrüfatı elmləri və aqrar iqtisadiyyatı bölməsi



Kimya və kimya texnologiyası bölməsi



Kitabxanaşünaslıq – informasiya və kitabxana işi bölməsi



Kompyuter elmləri bölməsi



Maşınqayırma və metallurgiya bölməsi



Məktəbəqədər tərbiyə və ibtidai təlim bölməsi



Memarlıq bölməsi



Mexanika bölməsi



Mühəndis qrafikası bölməsi



Neft və qaz sənayesi bölməsi



Nəqliyyat bölməsi



Pedaqogika və psixologiya bölməsi



Riyaziyyat bölməsi



Sosial-siyasi elmlər bölməsi



Şərq dilləri və ədəbiyyatı bölməsi



Tarix bölməsi



Tibb və əczaçılıq elmləri bölməsi

Əlavə 2

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Elmi-Metodik Şurasının Rəyasət Heyəti




Mərdanov Misir

Cumayıl oğlu

(sədr)


Azərbaycan Respublikasının təhsil naziri, f.-r.e.d., professor



Novruzov Qulu

Novruz oğlu

(sədr müavini)


Təhsil nazirinin müavini, hüquq elm.üzrə fəl.dok.



Pirməmmədov İlham

Teymur oğlu



Təhsil Nazirliyi Aparatının rəhbəri, f.-r.e.d.



Hüseynova Gültəkin Şəmsətdin qızı

Təhsil Nazirliyi Elm şöbəsinin müdiri



Mustafayev İlham

Abdulla oğlu



Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin müdiri, i.e.n.



Əhmədov Aydın

Əhəd oğlu



Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri



Əliyev Şahrza

Hacı oğlu



Təhsil Nazirliyi İqtisadiyyat şöbə­sinin müdiri, i.e.n.



Qədirov Fərzəli

Dövlət oğlu



Təhsil Nazirliyi Strateji təhlil, plan­laşdırma və kadrların ida­rə­olun­ması şöbəsinin müdiri



Hacıyeva Təranə İmamverdi qızı

Təhsil Nazirliyi Monitorinq və qiy­mətləndirmə şöbəsinin müdiri, f.e.d.



Şahbazlı Faiq

Şaban oğlu



Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdiri, f.e.n., dosent



Zərbəliyev Həbib

Məmməd oğlu



Təhsil Nazirliyi Akkreditasiya şöbə­sinin müdiri, f.e.d., professor



Məmmədov Namiq

Valeh oğlu



Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri



Əliyeva Tamilla

Şamil qızı



Təhsil Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri



Sadıqov İsmayıl

Cəlal oğlu



Təhsil Nazirliyi Təhsilin idarə olun­masının məlumat sistemləri şöbə­si­nin müdiri



Məmmədbəyova Nüşabə Faiq qızı

(elmi katib)



Təhsil Nazirliyi Elm şöbəsinin böyük məsləhətçisi



Yunusov Dünyamin

Nurqələm oğlu



Avropa dilləri və ədəbiyyatı bölmə­sinin sədri, ADU-nun elmi işlər üzrə prorektoru, professor, f.e.d.



Əfəndiyev İsrail

Rüstəm oğlu



Avtomatika və robototexnika bölmə­sinin sədri, ADNA-nın İstehsalat pro­seslərinin avtomat­laşdırıl­ması ka­­­­fed­rasının müdiri, t.e.d. professor



Cəfərov Nizami

Qulu oğlu




Azərbaycan dili və ədəbiyyatı bölmə­­sinin sədri, AMEA-nın müxbir üzvü, f.e.d., professor, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri



Babayev Məcnun

Şıxbaba oğlu



Biologiya bölməsinin sədri, BDU-nun Genetika və darvinizm kafed­ra­sının professoru, b.e.d.



Əfəndiyev Vüsət

Əmir oğlu



Coğrafiya bölməsinin sədri, BDU-nun Azərbaycanın coğrafiyası kafed­ra­sının müdiri, c.e.d., professor



Səməndərov Firudin

Yusif oğlu



Dövlət və hüquq bölməsinin sədri, BDU-nun Cinayət hüququ kadefra­sının müdiri, h.e.d., professor



Göyçaylı Şövqi Yusifziya oğlu

Ekologiya bölməsinin sədri, BDU-nun Coğrafi-ekologiya kafedra­sı­nın müdiri, c.e.d., professor



Həsənov Alışan

Nəriman oğlu



Elektronika və rabitə bölməsinin səd­ri, AzTU-nun Telekommu­ni­ka­si­ya şəbəkələ­ri və texnologiyaları ka­fed­rasının professoru, t.e.d.



Abdullayev Kamal

Mehman oğlu



Energetika bölməsinin sədri, ADNA-nın Sənaye isti­lik energeti­kası və su­yun texnologiyası kafedra­sı­nın mü­diri, t.e.d., professor



Murquzov Mirzəli

İsmayıl oğlu



Fizika bölməsinin sədri, ADPU-nun Fizika fakül­tə­sinin dekanı, Elektrik və optika kafedrasının müdiri,

f.-r.e.d., professor





Babazadə Vasif

Məmmədağa oğlu



Geologiya və geofizika bölməsinin sədri, BDU-nun Astrofizika kafed­rasının müdiri, f.-r.e.d., professor



Ocaqov Həbib

Osman oğlu



Hərbi, fiziki hazırlıq və həyat fəa­liyyətinin təhlükə­siz­liyi bölməsinin sədri, AzİMU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlü­kəsizliyi kafedrasının mü­diri, t.e.d., professor



Abdullayev Əlikram Zakir oğlu

İdarəetmə bölməsinin sədri, Azər­bay­­can Respub­likasının Prezidenti ya­nında Dövlət İdarəçilik Akade­mi­yasının (DİA) I prorektoru, f.e.d., professor



Bayramov Əvəz

İslam oğlu



İqtisadiyyat bölməsinin sədri, ADİU-nun elm və innovasiyalar üzrə prorektoru, professor, i.e.d.



Cəfərov İbrahim

Həsən oğlu



Kənd təsərrüfatı elmləri və aqrar iq­ti­sa­diyyatı bölməsinin sədri, Azər­baycan Dövlət Aqrar Univer­sitetinin tədris işləri üzrə prorektoru, k.e.d., professor



Qafarova Zemfira

Həsən qızı



İncəsənət bölməsinin sədri, BMA-nın Musiqi tarixi kafedrasının pro­fessoru, sənətşünaslıq namizədi



Mahmudzadə Ramin

Əlinazim oğlu



Kompyuter elmləri bölmə­si­nin sədri, BDU-nun İnformasiya texnologiyası və proq­ram­laşdırma kafedrasının do­senti, f.-r.e.n.



Ağayev Nuhəli

Hacıbaba oğlu



İnşaat bölməsinin sədri, AMİU-nun Metal, ağac və plas­­­­­­tik kütlə kon­struk­­­­siyaları kafedrasının profes­so­ru, t.e.d.



Abbasov Vaqif

Məhərrəm oğlu



Kimya və kimya-texnologiyası böl­məsinin sədri, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, BDU-nun pro­fes­soru, AMEA-nın müxbir üzvü, k.e.d.



Xələfov Abuzər

Alı oğlu


Kitabxanaşünaslıq – informasiya və kitabxana işi bölməsi sədri, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, t.e.d., professor



Abdullayev Ayaz Hidayət oğlu


Maşınqayırma və metallurgiya böl­mə­­sinin sədri, AzTU-nun Maşın de­tal­ları və YQM kafedrasının müdi­ri, t.e.d., professor



Əliyev Knyaz

Ələsgər oğlu



Mexanika bölməsinin sədri, AMİU-nun Nəzəri mexanika kafedrasının müdiri, t.e.d., professor



Əbdülrəhimov Ramiz Həmid oğlu

Memarlıq bölməsinin sədri, AMİU-nun Memarlıq kon­struksiyaları və abidələrin bərpası kafedrasının pro­fes­soru, memarlıq doktoru



Kərimov Yəhya

Şəfi oğlu



Məktəbəqədər tərbiyə və ibtidai tə­lim bölməsinin sədri, ARTPİ-nin direktor müavini, p.e.d., professor



Həbibov İbrahim

Əbülfəz oğlu



Mühəndis qrafikası bölməsinin səd­ri, ADNA-nın Mü­hən­dis qrafi­kası kafedrasının müdiri, t.e.d., professor



Əhmədov Zaur

Musa oğlu



Neft və qaz sənayesi bölməsinin səd­­ri, ADNA-nın prorektoru, t.e.d., professor



Tağızadə Əsgər

Həbib oğlu



Nəqliyyat bölməsinin sədri, AzTU-nun Avtomobil daşımaları və yol hə­rə­kətinin təşkili kafedrasının mü­diri, t.e.d., professor



Ağayev Əjdər

Əbdülhüseyn oğlu



Pedaqogika və psixologiya böl­mə­si­nin sədri, ARTPİ-nin Təhsilin kon­sep­­tual problemləri şöbəsinin mü­di­ri, p.e.d., professor



Yaqubov Məmməd

Haqverdi oğlu



Riyaziyyat bölməsinin sədri, BDU-nun İdarəetmə nə­zə­riyyəsinin riyazi üsulları kafedrasının müdiri, pro­fes­sor, f.-r.e.d.



Əliyev Məmməd

Arif oğlu



Sosial-siyasi elmlər bölməsinin səd­ri, BSU-nun elmi işlər üzrə pro­rek­to­ru, fəl.e.d., professor



Məmmədəliyev Vasim

Məmmədəli oğlu



Şərq dilləri və ədəbiyyatı bölməsinin sədri, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, ilahiyyat fakül­tə­sinin dekanı, AMEA-nın müxbir üzvü, f.e.d., profes­sor



Mahmudov Yaqub

Mikayıl oğlu



Tarix bölməsinin sədri, AMEA-nın Tarix İnstitutunun direktoru, Əmək­dar elm xadimi, t.e.d., professor



Əliyev Sabir

Cahan oğlu



Tibb və əczaçılıq elmləri böl­mə­sinin sədri, ATU-nun Pato­loji fizio­logiya kafedrasının professoru, t.e.d., Əmək­­dar müəllim



Əlavə 3

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə