Elan I baki beynəlxalq kitab səRGİ-yarmarkasi 10-11-12 sentyabr 2009




Yüklə 44.87 Kb.
tarix06.03.2016
ölçüsü44.87 Kb.
ELAN
I BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI
10-11-12 sentyabr 2009
Hörmətli naşirlər, poliqrafçılar və kitab yayımçıları!
Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi
Sizi I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına
DƏVƏT EDİR
Sərgi-yarmarka Muzey Mərkəzində keçiriləcək.

(Ünvan: Bakı şəh., Neftçilər pr. 123 a)


Rəsmi açılış – 10 sentyabr 2009-cu il, saat 11:00

Stendlərin qurulma günü – 9 sentyabr 2009-cu il (saat 14:00-dan)


DİQQƏT!
KİTAB SATIŞI VƏ NÜMAYİŞİ ÜÇÜN SAHƏLƏR VƏ BÜTÜN STEND AVADANLIQLARI PULSUZ VERİLƏCƏK!
Əlaqə telefonları:

(+99412) 493 06 80

(+99412) 493 30 05

(+99412) 493 79 56
Faks:

(+994 12) 493 56 05

E-mail:

mtc_nesr@hotmail.com

neshriyyat@gmail.com
Bakı,

10-12 sentyabr 2009-cu il

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

I Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası

Keçirilmə yeri və vaxtı
10-12 sentyabr 2009-cu il

Muzey Mərkəzi (Bakı şəh., Neftçilər pr.123 a)



İştirakçıların qeydiyyatı
9 sentyabr 2009-cu il

Saat 10:00-dan 18:00-dək

10 sentyabr 2009-cu il

Saat 09:00-dan 11:00-dək

Muzey Mərkəzi

Ünvan: Bakı şəh., Neftçilər pr. 123 a



Rəsmi açılış
10 sentyabr 2009-cu il

Saat 11:00



İş qrafiki

10-12 sentyabr

Hər gün saat 11:00-dan 18:00-dək

Nümayiş edilən ədəbiyyatlar


  • Sosial-iqtisadi

  • Universal

  • Təbiət elmləri. Xəritə və atlaslar

  • Texniki

  • Kənd təsərrüfatı

  • Tibb. Psixologiya. Bədən tərbiyəsi

  • Pedaqoji və metodoloji. Filologiya

  • Dərsliklər

  • Bədii

  • Turizm nəşrləri

  • Uşaq

  • İncəsənət, qrafik sənətlər. Açıqcalar. Musiqi

  • Məktəb ləvazimatları

  • Təqvimlər, bələdçilər və digər dəftərxana ləvazimatları

  • Memarlıq və inşaat

  • Lüğətlər

  • Kompüter avadanlıqları



Müraciətlərin son günü

31 avqust 2009-cu il



I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
Ərizə-müqavilə
I BBKSY-də 10-11-12 sentyabr 2009-cu ildə iştirak etmək üçün

Diqqət: Ərizələrin təqdimi üçün son gün 31 avqust 2009-cu il




  1. Müəssisənin tam adı­­­_______________________________________________________

________________________________________________________________________


  1. Frizdə əks olunmaq üçün müəssisənin qısa adı (20 işarəyə qədər)

________________________________________________________________________


  1. Tam poçt ünvanı (indekslə)_________________________________________________

________________________________________________________________________


  1. Telefon (kod)________________ Faks ______________; E-mail___________________




  1. Əsas fəaliyyət sahəsi_______________________________________________________

________________________________________________________________________


  1. Sərgi-yarmarka haqqında informasiya əldə edilmiş mənbə_________________________

_______________________________________________________________________


  1. Mehmanxanada yer bronlaşdırılması__________________________________________

tək yerlik ____________­­___________ iki yerlik_________________________________

Gəlmə tarixi ­­­­________________________ Getmə tarixi__________________________

Nümayişçilərin ad və familiyası­______________________________________________


  1. Kataloqa daxil etmək üçün müəssisə haqqında qısa məlumat (300 işarəyə qədər)________________________________________________________________________________________________________________________________________________________________________________________________________________




  1. Reklam sifarişi (orijinal-maket nümayişçilər tərəfindən təqdim olunur)

_______________________________________________________________________


  1. Banketdə iştirak (neçə nəfər)________________________________________________




  1. Sərgi-yarmarkada nümayəndə heyətinin rəhbəri_________________________________

_______________________________________________________________________
İştirakçıların qeydiyyatı ərizələrin orijinalı təqdim olunduqdan sonra aparılır.

Biz, aşağıda imza edən iştirakçılar iştirak şərtlərini qəbul edirik.

Doldurulmuş ərizələr Təşkilat Komitəsinə ünvanlanır:
Təşkilat komitəsi: İştirakçı:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Adı:__________________________

Ünvan: AZ 1000, Bakı şəh., Ü.Hacıbəyov küç. 40, Ünvanı:_______________________

Hökumət evi, 3 mərtəbə. Poçt indeksi ___________________

Məsul şəxs:_____________________________________ Telefon: ______________________

İmza:__________________________________________ İmza: ________________________

Tarix:__________________________________________ Tarix:________________________

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

10-11-12 sentyabr 2009
Sərgi-yarmarkanın iş rejimi
Gəlmə günü – 9 sentyabr 2009.
Qeydiyyat Muzey Mərkəzində aparılacaq.
Qeydiyyat vaxtı – 9 sentyabr 2009, saat 10:00-dan 18:00-a qədər.
Ekspozisiyaların gətirilməsi – 9 sentyabr 2009, saat 15:00-dan 18:00-a qədər.
Ekspozisiyaların qurulması – 10 sentyabr 2009, saat 09:00-dan 11:00-a qədər.
Təntənəli açılış – 10 sentyabr 2009, saat 11:00.
Sərgi-yarmarkanın qapanışı – 12 sentyabr 2009, saat 17:00
Ekspozisiyaların yığışdırılması – 12 sentyabr 2009, saat 17:00-dan 20:00-a

qədər.
Diqqət: 12 sentyabr 2009-cu il, saat 16:30-a qədər ekspozisiyalar sərgi salonunda

qalmalıdır.


I BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI
İştirak Şərtləri
1. Ümumi müddəalar
I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Muzey Mərkəzində 10-11-12 sentyabr 2009-cu il tarixlərində keçiriləcək.

Sərgi-Yarmarkanın rəsmi açılışı 10 sentyabr 2009-cu ildə saat 11:00-da olacaq. Sərgi-Yarmarkanın iş qrafiki: hər gün saat 11:00-dan 19:00-a qədər.

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir (AZ 1000, Bakı şəh., Ü.Hacıbəyov küç. 40, Hökumət evi, 3 mərtəbə. Təşkilat komitəsinin sədri – Ədalət Vəliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini. Koordinatorlar – Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov. Sərgi-yarmarkanın hazırlığı və keçirilməsi Təşkilat Komitəsi tərəfindən gerçəkləşdirilir).
2. İştirakçılar
Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evləri, kitab yayım firma və təşkilatları, poliqrafik müəssisələr, müəllif hüquqları qurumları, kitab nəşri və yayımı ilə əlaqədar bütün orqanlar iştirak edə bilərlər.
3. Eksponatlar
Müəllif hüquqları qorunan müxtəlif mövzulu kitablar, periodik nəşrlər, notlar, açıqcalar, poçt markaları, plastinkalar, kompakt disklər, video və audio kasetlər, slaydlar, coğrafi xəritələr, atlaslar, qlobuslar, müasir nəşriyyat texnika və avadanlıqları nümayiş oluna bilər. İştirakçılar istədikləri halda kitabları sata və ya hədiyyə olaraq paylaya bilər.
4. Sərgi-yarmarkada qeydiyyat
İştirak etmək istəyənlər ərizələrini göndərdikdən sonra qeydiyyatdan keçmiş və iştirak qaydalarını qəbul etmiş sayılırlar.
5. Nümayiş sahəsi, vasitələri və xidmətlər
Sərgi ilk dəfə təşkil olunduğu üçün iştirakçılara sahələr pulsuz təqdim olunacaq.

İştirakçı sahəni yalnız təyinatı üzrə istifadə edə bilər. Sərgi zamanı o, qonşuluqdakı və bütün sərgi-yarmarkadakı iştirakçılara maneə yaratmamalıdır.

Stendlərin yerləşmə prinsipi iştirak ərizəsinin daxil olduğu tarixi ardıcıllığa əsaslanacaq. Stendlərin hansı ardıcıllıq və prinsiplə düzülməsi hüququ Təşkilat Komitəsinə məxsusdur.

Sərginin iş günlərində açılışdan sona qədər iştirakçılar öz stendlərində olmalıdırlar.

Eksponatların yığışdırılmasına sərgi bitdikdən sonra başlana bilər və bir gün ərzində yekunlaşdırılmalıdır.

Təşkilat komitəsi kitablara dəyəcək hər hansı zərərə görə məsuliyyət daşımır.



6. Kataloq
Sərgi-yarmarkanın açılışı münasibətilə Təşkilat Komitəsi qəbul edilmiş ərizələrə əsasən rəsmi kataloq nəşr etdirir. İştirakçılar haqqında informasiyaların kataloqda yerləşdirilməsi pulsuzdur. Kataloqda yayınlanması üçün iştirakçılar öz nəşrləri haqqında qısa məlumat (250-300 işarə) təqdim edirlər. İnformasiyaların yanlışlığı haqqında məsuliyyəti iştirakçılar özləri daşıyırlar. Təşkilat komitəsi hər iştirakçıya pulsuz olaraq bir nüsxə kataloq təqdim edir. Əlavə hər nüsxə kataloqun dəyəri ödənməlidir. Sərgi-yarmarkanın kataloqunu, proqramını tədbirin keçirildiyi Muzey Mərkəzinə (Ünvan: Bakı şəh., Neftçilər pr. 123 a) gələrkən əldə edir.
7. Fors-major hallar
Təşkilat komitəsi və Muzey Mərkəzi sərgi-yarmarkanın işinin fors-major hallarda pozulmasına görə iştirakçılar qarşısında məsuliyyət daşımır. Bu cür hallar baş verdikdə sərgi-yarmarkanın iş rejiminin dəyişdirilməsi və ya başqa daha uyğun yerə köçürülməsi hüququnu özündə saxlayır. Öz növbəsində iştirakçı da qəbul edir ki, bu cür hallarda Təşkilat Komitəsi və Muzey Mərkəzi də zərərçəkəndir və dəymiş ziyanı qarşılamaq iqtidarında deyil. İştirakçı eyni zamanda, bu sənədin tərəflər arasında tam anlaşmanı əks etdirdiyini və sonradan dəyişdirilməyəcəyini qəbul edir
8. Məskunlaşma
Sərgi-yarmarkanın özgə şəhərlərdən gəlmiş bütün iştirakçıları Bakının ən yaxşı mehmanxanalarında yerləşdiriləcək. Oteldə yer bronlaşdırılması gəlməzdən əvvəl gerçəkləşdirilir və dəyəri nağd ödənilir. Otellərdə yerlərin bronlaşdırılması 30 avqust 2009-cu ilə qədər iştirak haqqında müraciət daxil olduqdan sonra həyata keçirilir.
9. Nəqliyyat şəraiti
Sərgi-yarmarkanın rəsmi ekspeditoru Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir (Ünvan: AZ 1000, Bakı şəh., Ü.Hacıbəyov küç. 40, 3-cü mərtəbə).
10. Mübahisələrin həlli
Sərgi-yarmarka zamanı təşkilati məsələlərlə bağlı fikir ayrılığı yarandıqda tərəflər qarşılıqlı “Mübahisə aktı” təşkil edirlər. Mümkün iradlarla bağlı yeganə sənəd bu aktdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə