Əczaçılıq (ali) ixtisası üzrə 332 yeni test nümunələri 1) Qarğıdalı saçağından hansı dərman forması kimi istifadə edilir?




Yüklə 379.04 Kb.
səhifə3/5
tarix21.04.2016
ölçüsü379.04 Kb.
1   2   3   4   5

150) Orqanizmin immun mexanizmlə bağlı olaraq hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Sinergizm

B) Dərmandan asılılıq

C) Allergiya

D) İdiosinkraziya

E) Vərdişolma
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
151) Hansı dərman maddələri orqanizmə rezorbtiv təsir göstərmir?
A) Antikoaqulyantlar

B) İmmunodepressantlar

C) Hipolipidemik dərman maddələri

D) Suda və yağda həll olmayan dərman maddələri

E) Yerli anestetiklər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
152) Hansı dərman formaları konsistensiyalarına görə duru, qatı və quru olurlar?
A) Ekstraktlar

B) Tinkturalar

C) Suspenziyalar

D) Suppozitoriyalar

E) Miksturalar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
153) Aşağıdakı preparatlardan hansı yeni Qalen preparatıdır?
A) Oksibral

B) Erqotal

C) Platifillin

D) Adonizid

E) Qalantamin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
154) Dərman maddəsinin hansı təsiri rezorbtiv və ya ümumi təsir adlanır?
A) Dərman maddəsinin qana sorulduqdan sonra göstərdiyi təsir

B) Dərman maddəsinin toxunduğu və ya yeridildiyi nahiyəyə göstərdiyi təsir

C) Dərman maddəsinin xəstəliyin simptomlarına qarşı yönəlmiş təsiri

D) Dərman maddəsinin xəstəliyin səbəbinə qarşı yönəlmiş təsiri

E) Dərman maddəsinin arzuolunmaz təsiri
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
155) Dərman maddəsinin hansı təsiri etiotrop təsir adlanır?
A) Dərman maddəsinin yeridildiyi nahiyəyə göstərdiyi təsir

B) Xəstəliyin səbəbinə qarşı yönəlmiş təsir

C) Dərman maddəsinin qana sorulduqdan sonra göstərdiyi təsir

D) Xəstəliyin simptomlarına qarşı yönəlmiş təsir

E) Dərman maddəsinin toxunduğu nahiyəyə göstərdiyi təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
156) Hansı poroşoklar (tozlar) mürəkkəb poroşoklar adlanır?
A) Tərkibində bir dərman maddəsi olan poroşoklar

B) Tərkibi narkotik dərman maddəsindən ibarət olan poroşoklar

C) Tərkibcə bitki mənşəli dərman maddəsindən ibarət olan poroşoklar

D) Tərkibində iki və daha çox dərman maddəsi olan poroşoklar

E) Tərkibcə sintetik dərman maddəsindən ibarət olan poroşoklar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
157) Reseptdə 1 desimilliqram doza necə ifadə edilir ?
A) 0,001 kimi

B) 1,0 kimi

C) 0,0001 kimi

D) 0,00001 kimi

E) 0,1 kimi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
158) Bu yerli anestetiklərdən hansı kimyəvi təbiətinə görə mürəkkəb efirlərə aiddir ?
A) Mepivakain

B) Bupivakain

C) Artikain

D) Lidokain

E) Prokain (novokain)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
159) Aşağıdakı yerli anestetiklərdən hansı kimyəvi təbiətinə görə amidlərə aiddir?
A) Benzofurokain

B) Kokain

C) Benzokain (anestezin)

D) Lidokain

E) Prokain (novokain)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
160) Tərkibində amid rabitəsi olmayan yerli anestetik hansıdır?
A) Artikain

B) Mepivakain

C) Bupivakain

D) Prokain (novokain)

E) Lidokain
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
161) Kimyəvi təbiətinə görə mürəkkəb efirlərə və amidlərə aid olan yerli anestetiklər bir birindən nə ilə fərqlənir?
A) Tərkibində amid rabitəsi olan yerli anestetiklər yalnız keçirici anesteziya üçün istifadə olunur

B) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri zəif və qısamüddətli olur

C) Tərkibində mürəkkəb efir rabitəsi olan yerli anestetiklərin təsiri tez başlayır və daha güclü olur

D) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri daha güclü və uzunmüddəti olur

E) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri gec başlayır və zəif olur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
162) Aşağıdakı xüsusiyyətlərdən hansı benzokainə (anestezin) aid deyildir?
A) Suda pis həll olur

B) İnyeksiya dərman forması yoxdur

C) Cərrahiyyə təcrübəsində istifadə olunmur

D) Periferik qanın mənzərəsini dəyişir

E) Yalnız səthi anesteziya üçün istifadə olunur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
163) Aşağıdakı yerli anestetiklərdən hansının aerozol dərman forması vardır?
A) Bupivakain

B) Trimekain

C) Benzokain (anestezin)

D) Lidokain

E) Prokain (novokain)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
164) Qıcıqlandırıcı maddələrin təsir mexanizmi nədən ibarətdir?
A) Oyanmanın sinapslardan keçməsi prosesinə tormozlayıcı təsir göstərirlər

B) Hissi sinir uclarını blokadaya alırlar

C) Hissi sinir uclarını oyadırlar

D) Asetilxolinesteraza fermentini inaktivləşdirirlər

E) Oyanmanın sinir lifləri ilə ötürülməsinə mane olurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
165) Hansı qrup preparatlar M-xolinoreseptorları birbaşa oyadır?
A) Adrenomimetiklər

B) Simpatomimetiklər

C) Xolinomimetiklər

D) Antixolinesteraz maddələr

E) Xolinoblokatorlar
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
166) Aşağıdakılardan hansılar birbaşa təsirli m-, n-xolinomimetik dərman maddələridir?
A) Ambenonium-xlorid (oksazil), qalantamin-hidroxlorid

B) Asetilxolin, karboxolin

C) Qalantamin-hidroxlorid, distiqmin-bromid (ubretid)

D) Piridostiqmin-bromid (kalimin), distiqmin-bromid (ubretid)

E) Neostiqmin-metilsulfat (prozerin), qalantamin-hidroxlorid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
167) Hansı qrup preparatlar azan siniri birbaşa oyadır?
A) Xolinoblokatorlar

B) Xolinomimetiklər

C) Adrenomimetiklər

D) Simpatomimetiklər

E) Antixolinesteraz maddələr
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
168) Birbaşa təsirli m-, n-xolinomimetik dərman maddələrinin təsir mexanizmi necədir?
A) Onlar xolinergik sinapslarda xolinesterazanı inaktivləşdirir

B) Onlar bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərir

C) Onlar bilavasitə m- və n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir

D) Onlar bilavasitə m- və n-xolinoreseptorları blokadaya alır

E) Onlar xolinergik sinapslarda xolinesterazanı aktivləşdirir
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
169) Dolayı təsirli m-, n-xolinomimetik dərman maddələri nə üçün antixolinesteraz maddələr adlandırılır?
A) Xolinergik sinapslarda xolinesterazanı aktivləşdirdikləri üçün

B) Bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərdikləri üçün

C) M- və n-xolinoreseptorları blokadaya aldıqları üçün

D) M- və n-xolinoreseptorlara birbaşa qıcıqlandırıcı təsir göstərdikləri üçün

E) Xolinergik sinapslarda xolinesterazanın katalitik fəaliyyətini azaltdıqları üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
170) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün onların məhlullarına hansı maddə əlavə edilir?
A) Epinefrin (Adrenalin-hidroxlorid)

B) Efedrin-hidroxlorid

C) Benzilpenisillin

D) Diazepam

E) Etil spirti
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
171) Hansı yerli anesteziyaedici maddə parçalandıqda para-aminobenzoy turşusu əmələ gəlir?
A) Lidokain

B) Prokain-hidroxlorid (novokain)

C) Trimekain-hidroxlorid

D) Kokain

E) Benzokain (anestezin)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
172) Benzokain (anestezin) cərrahi təcrübədə nə üçün istifadə olunmur?
A) Anesteziyaedici təsiri qısamüddətli olduğuna görə

B) Suda pis həll olduğuna görə

C) Anesteziyaedici təsiri çox güclü olduğuna görə

D) Anesteziyaedici təsiri uzunmüddətli olduğuna görə

E) Anesteziyaedici təsiri zəif olduğuna görə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
173) Əsasi bismut-nitrat hansı tabletin tərkibinə daxildir?
A) Vikalin

B) Aspirin

C) Aeron

D) Papazol

E) Validol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
174) “Vikalin” və “Vikair” tabletlərinin tərkibinə daxil olan büzüşdürücü maddə hansıdır?
A) Maqnezium-hidroksid

B) Əsasi bismut-nitrat

C) Qurğuşun-asetat

D) Kalium-alüminium zəyi

E) Alüminium-hidroksid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
175) Bismut-3-Kalium-disitrat (De-Nol və ya Biskolsitrat) tibbi təcrübədə nə zaman istifadə olunur?
A) Mədə və 12-barmaq bağırsağın hərəki fəaliyyəti gücləndiyi hallarda

B) Diareya (ishal) zamanı

C) Mədə və 12-barmaq bağırsağın xora xəstəliklərində

D) Qəbizlikdə

E) Mədə bağırsaq sisteminin hərəki fəaliyyəti zəiflədiyi hallarda
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
176) Aşağıdakı metal oksidlərindən hansı kseroformun tərkibininə daxildir?
A) Dəmir 3-oksid

B) Bismut 3-oksid

C) Mis 2-oksid

D) Dəmir 2-oksid

E) Titan 4-oksik
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
177) Aşağıdakı göstərilənlərdən hansılar qeyri-üzvi büzüşdürücü maddələrə aiddir?
A) Əsasi bismut-nitrat, kalium-alüminium zəyi, qurğuşun-asetat

B) Qurğuşun-asetat, adaçayı yarpaqlarının dəmləməsi, palıd qabığının bişirməsi

C) Alüminium-hidroksid, maqnezium-hidroksid, tannin

D) Romazulan, dermatol, kseroform

E) Kalium-alüminium zəyi, tannin, qurğuşun-asetat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
178) Aşağıda sadalanan xüsusiyyətlərdən hansı büzüşdürücü maddələrə aid deyildir?
A) Büzüşdürücü maddələr güclü antimikrob təsirə malikdir

B) Büzüşdürücü maddələr selikli qişada zülalı pıxtalaşdırır

C) Büzüşdürücü maddələrin zülalı pıxtalaşdırmaqla əmələ gətirdiyi təbəqə hissi sinir uclarını qıcıqlandırıcıların təsirindən qoruyur.

D) Büzüşdürücü maddələr zəif antimikrob təsirə malikdir

E) Büzüşdürücü maddələr yara səthində olan zülalı pıxtalaşdırmaqla büzüşdürücü təsir göstərir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
179) “Vikalin” və “Vikair” tabletləri hansı hallarda istifadə olunur?
A) Daxili orqanların spazmında

B) Mədə və 12-barmaq bağırsağın xora xəstəliklərində

C) Qəbizlikdə

D) Vəba xəstəliyində

E) Qanlı ishalda
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
180) Aşağıdakılardan hansılar yerli qıcıqlandırıcılara aiddir?
A) Salisil turşusu, asetilsalisil turşusu, skipidar

B) Validol, mentol, aspirin

C) Natrium-salisilat, indometasin, ibuprofen

D) Nişasta seliyi, zəyərək yağı, naşatır spirti

E) Naşatır spirit (ammonyak məhlulu), mentol, xardal yaxması
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
181) Hansı qrup maddələr m-xolinoreseptorlara qıcıqlandırıcı tısir göstərir?
A) N-xolinomimetiklər

B) N-xolinoblokatorlar

C) M-xolinoblokatorlar

D) Alfa-adrenomimetiklər

E) M-xolinomimetiklər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
182) Xolinergik sinapsların mediatoru aşağıdakılardan hansıdır ?
A) Asetilxolin

B) Efedrin

C) Serotonin

D) Adrenalin

E) Noradrenalin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
183) Adrenergik sinapsların mediatoru aşağıdakı maddələrdən hansıdır?
A) Serotonin

B) Noradrenalin

C) Adrenalin

D) Asetilxolin

E) Dofamin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
184) M-xolinoreseptorların blokadası nəyə səbəb olur ?
A) Göz bəbəyi genişlənir, gözdaxili təzyiq yüksəlir, saya əzələlərin tonusu aşağı düşür, ağızda quruluq əmələ gəlir

B) Bradikardiya baş verir

C) Daxili üzvlərin saya əzələlərinin spazmı baş verir

D) Göz bəbəyi daralır, gözdaxili təzyiq aşağı düşür, ağızsuyu ifrazı artır

E) Saya əzələlərin tonusu yüksəlir, tər ifrazı artır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
185) Preparatın daxilə qəbulu zamanı doza həddinin aşılması nəticəsində ağızda quruluq, taxikardiya, göz bəbəklərinin genişlənməsi, sidik ifrazının azalması, fotofobiya, qəbizlik, görmənin pisləşməsi ilə müşayiət olunan zəhərlənmə baş vermişdir. Bu simptomlar hansı preparatdan şübhələnməyə əsas verir?
A) Sizapriddən

B) Aseklidindən

C) Neostiqmin-metilsulfatdan (prozerin)

D) Pilokarpin-hidroxloriddən

E) Atropin-sulfatdan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
186) Atropinlə zəhərlənmə zamanı onun hansı funksional antaqonistləri təyin edilir?
A) Antasid maddələr

B) M-xolinoblokatorlar

C) M-xolinomimetik maddələr

D) Antixolinesteraz maddələr

E) Antiseptiklər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
187) Bu preparatlardan hansı n-xolinomimetikdir?
A) Sizaprid

B) Sititon

C) Atropin-sulfat

D) Pilokarpin-hidroxlorid

E) Aseklidin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
188) Bu təsirlərdən hansı Sititona aid deyil?
A) Tənəffüs mərkəzini birbaşa oyadır

B) Tənəffüs mərkəzini reflektor yolla oyadır

C) Venadaxili istifadə olunur

D) Sitizin alkaloidinin 0,15%-li məhlulundan ibarətdit

E) Sinokarotid zonada n-reseptorları oyadır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
189) M-xolinoreseptorların qıcıqlanması zamanı bunlardan hansı baş vermir?
A) Göz bəbəkləri daralırr, gözdaxili təzyiq aşağı düşür

B) Bradikardiya baş verir, arterial təzyiq aşağı düşür

C) Göz bəbəkləri genişlənir, gözdaxili təzyiq yüksəlir

D) Saya əzələlərin tonusu yüksəlir

E) Bronxlarda və həzm sistemində şirə ifrazı artır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
190) Fosfor-üzvi birləşmələrlə zəhərlənmələr zamanı asetilxolinin hansı antaqonistlərindən istifadə edilir?
A) Aseklidindən

B) Atropin-sulfatdan və xolinesterazanın reaktivatorlarından

C) Antixolinesteraz maddələrdən

D) Xolinomimetiklərdən

E) Sititondan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
191) Hansı halda atropin-sulfatın istifadəsi əks göstərişdir?
A) Daxili orqanların spazmı nəticəsində baş verən ağrılarda

B) M-xolinomimetiklərlə zəhərlənmə zamanı

C) Qlaukoma

D) Bradikardiya

E) Hiperasid qastritlərdə antasid maddələrlə birlikdə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
192) Xolinomimetiklərlə və xolinesteraz maddələrlə, o cümlədən fosfor-üzvi birləşmələrlə səhərlənmə zamanı hansı maddə təsirli antidotdur?
A) Atropin-sulfat

B) Pilokarpin

C) Sititon

D) Prozerin

E) Bemeqrid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
193) Aşağıdakı maddələrdən hansı xolinesterazanın reaktivatorlarına aid deyildir?
A) Trimedoksim-bromid (dipiroksim)

B) Dietiksim

C) Alloksim

D) Piridoksin

E) İzonitrozin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
194) Aşağıdakı maddələrdən hansı xolinesteraza fermentinin reaktivatorudur?
A) Pirilen

B) Trimedoksim-bromid (dipiroksim)

C) Tiofos

D) Karbofos

E) Meloksikam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
195) Fosfor-üzvi birləşmələrə aid olan hansı maddə qlaukoma zamanı göz damcısı şəklində istifadə olunur?
A) Armin

B) Tiofos

C) Karbofos

D) Göstərilənlərin hamısı

E) Xlorofos
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
196) Mentol hansı tabletin tərkibinə daxildir?
A) De-nol

B) Metamizol

C) Validol

D) Vikair

E) Vikalin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
197) Yerli anesteziyanın bütün növlərində istifadə olunan anestetik hansıdır?
A) Lidokain

B) Benzofurokain

C) Prokain-hidroxlorid (novokain)

D) Trimekain-hidroxlorid (trimekain)

E) Benzokain (anestezin)
Ədəbiyyat: Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
198) Aşağıdakı maddələrdən hansı qanqlioblokatorlara aiddir?
A) Heksametonium-benzosulfonat (benzoheksonium)

B) Pipekuronium-bromid (arduan)

C) Suksametonium-yodid (ditilin)

D) Tubokurarin-xlorid

E) Anatruksonium
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
199) Mədənin şirə ifrazını zəiflətmək üçün atropin hansı maddələrlə birlikdə təyin edilir?
A) Ödqovucu maddələrlə

B) Yerli anestetiklərlə

C) Bürüyücü maddələrlə

D) Büzüşdürücü maddələrlə

E) Antasid maddələrlə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
200) Büzüşdürücü maddələrin təsir mexanizmi necədir?
A) Qan damarlarını genişləndirir

B) Zülalları dehidratasiyaya uğradır

C) Zülalları hidroliz edir

D) Zülalları pıxtalaşdırır

E) Qanı laxtalandırır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
201) Arduanın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Suksametonium-yodid

B) Dioksonium

C) Pankuronium-bromid

D) Pipekuronium-bromid

E) Tubokurarin-xlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
202) Ditilinin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Dioksonium

B) Pipekuronium-bromid

C) Pankuronium-bromid

D) Suksametonium-yodid

E) Tubokurarin-xlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
203) Norepinefrin hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Halazolinin

B) Dioksoniumun

C) Adrenalinin

D) Noradrenalinin

E) Mezatonun
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
204) Fenilefrin hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Dioksoniumun

B) Noradrenalinin

C) Mezatonun

D) Halazolinin

E) Adrenalinin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
205) Epinefrin hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Noradrenalinin

B) Dioksoniumun

C) Halazolinin

D) Mezatonun

E) Adrenalinin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
206) Dolayı təsirli adrenomimetik maddə hansıdır?
A) Fenilefrin-hidroxlorid

B) Ksolometazolin (halazolin)

C) Efedrin-hidroxlorid

D) Epinefrin

E) Norepinefrin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
207) β1-adrenoreseptorların ən çox yerləşdiyi orqan hansıdır?
A) Qaraciyər

B) Ağ ciyər

C) Ürək

D) Mədə


E) Dalaq
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
208) Qan damarlarının spazmını törədən maddə hansıdır?
A) Drotaverin (NO-Şpa)

B) Norepinefrin-hidrotartrat

C) Anaprilin

D) Tropafen

E) Papaverin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
209) Damar kollapsında istifadə olunan maddə hansıdır?
A) Metaprolol

B) Norepinefrin-hidrotartrat

C) Anaprilin

D) Tropafen

E) Prazozin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
210) Depolyarizəedici mierolaksant preparat hansıdır?
A) Atrakurium (trakrium)

B) Suksametonium-yodid (ditilin)

C) Pankuronium-bromid (pavulon)

D) Tubokurarin-xlorid

E) Pipekuronium-bromid (arduan)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
211) Antidepolyarizəedici miorelaksant hansıdır?
A) Pipekuronium-bromid (arduan)

B) Paxikarpin-hidroyodid

C) Suksametonium-yodid (ditilin)

D) Pankurmen

E) Dioksonium
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
212) Qarışıq təsirli miorelaksant hansıdır?
A) Suksametonium-yodid (ditilin)

B) Pipekuronium-bromid (arduan)

C) Tubokurarin-xlorid

D) Dioksonium

E) Pankuronium-bromid (pavulon)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
213) α-adrenomimetik maddə hansıdır?
A) Salbutamol

B) Nafazolin

C) Dobutamin

D) İzadrin

E) Fenilefrin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
214) Damar-hərəkət mərkəzinin tonusunu aşağı salmaqla hipotenziv təsir göstərən maddə hansıdır?
A) Halazolin

B) Rezerpin

C) Fenoterol

D) Klonidin (klofelin)

E) İzadrin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
215) Qeyri-inhalyasion ümumi anesteziyaedici maddələrin nümayəndəsi hansıdır?
A) Ftorotan

B) İzofluran

C) Ketamin (kalipsol)

D) Halotan

E) Narkoz üçün efir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə