Doktorant və dissertantlara elmi rəhbərlik və elmi məsləhətçiliyə görə əməyin ödənilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin




Yüklə 9.68 Kb.
tarix03.04.2016
ölçüsü9.68 Kb.
Doktorant və dissertantlara elmi rəhbərlik və elmi məsləhətçiliyə görə əməyin ödənilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

Qərarı

 

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.24, 4.4 və 6.10-cu bəndlərinin icrasını təmin etmək və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün doktoranturada və dissertantlıq yolu ilə təhsil alan doktorant və dissertantlara elmi rəhbərlik və elmi məsləhətçiliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



1. Elmi dərəcə almaq üçün doktoranturada və dissertantlıq yolu ilə təhsil alan doktorant və dissertantların elmi rəhbərlərinə və elmi məsləhətçilərinə hər tədris ili üçün aşağıdakı   həcmdə saat normaları müəyyən edilsin:

1.1. elmlər doktoru proqramı üzrə əyani təhsil alan doktorantların elmi məsləhətçilərinə - 100 saat;

1.2. elmlər doktoru proqramı üzrə qiyabi təhsil alan doktorant və dissertantların elmi məsləhətçilərinə - 50 saat;

1.3. fəlsəfə doktoru proqramı üzrə əyani təhsil alan doktorantların elmi rəhbərlərinə - 60 saat;

1.4. fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil alan doktorant və dissertantların elmi rəhbərlərinə - 30 saat.

2. Elmi dərəcə almaq üçün doktoranturada və dissertantlıq yolu ilə təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elmi rəhbərlərinə və elmi məsləhətçilərinə hər tədris ili üçün aşağıdakı   həcmdə saat normaları müəyyən edilsin:

2.1. elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elmi məsləhətçilərinə - 120 saat;

2.2. elmlər doktoru proqramı üzrə doktoranturada qiyabi və ya dissertantlıq yolu ilə təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elmi məsləhətçilərinə - 60 saat;

2.3. fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elmi rəhbərlərinə - 80 saat;

2.4. fəlsəfə doktoru proqramı üzrə doktoranturada qiyabi və ya dissertantlıq yolu ilə təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elmi rəhbərlərinə - 40 saat.

3. Doktorant və dissertanta iki elmi rəhbər və ya elmi rəhbər və elmi məsləhətçi təyin olunduqda onların hər biri üçün saat normaları 1-ci və 2-ci bəndlərdə göstərilən saatların 50%-i həcmində müəyyən edilsin.

4. Elmi rəhbərlərin və elmi məsləhətçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri “Büdcədən məliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilsin.

5. Müəyyən edilsin ki, elmi rəhbərlik və elmi məsləhətçiliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

Azərbaycan Respublikasının

Baş naziri: A.Rasi-zadə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə