Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə9/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Dünya borc kapitalı bazarı sosial-iqtisadi unkişaf səviyyələrindən asılı olmayaraq, dünya təsərrüfatı ölkələri arasında borc kapitalının akkumulyasiyası və yenidən bölüşdürülməsi üzrə münasibətlər sistemini əks etdirir.

Təcrübədə bu bazar üç səviyyədə olan bazarların birliyi və qarşılıqlı əlaqəsi kimi görünür: milli, regional, dünya borc kapitalı bazarları. Bu o deməkdir ki, borc kapitalının beynəlxalq yerdəyişmələrinin liberallaşdırılması nəticəsində bu bazarlar arasında sərhədlər silinir, milli bazarların muxtariyyət səviyyəsi ixtisara uğrayır, onların inteqrasiyası və əməliyyatların eyniləşdirilməsi (unifikasiyası) artır.



Dünya kredit bazarı- dünya borc kapitalı bazarının xüsusi bir seqmentidir. Bu bazarda müddət, qeri qaytarma və faizlərin ödənməsi şərtilə ölkələr arasında kapitalın hərəkəti həyata keçirilir. Bu bazar özünə məxsus xüsusiyyətlərə malik olan iki alt seqmendən ibarətdir – dünya pul bazarı və dünya kapital bazarı.(Cədvəl 6.4).

Cədvəl 6.4.

Dünya kapital bazarı və dünya pul bazarlarının fərqləri.





Meyarlar

Dünya kapital bazarı

Dünya pul bazarı

1

Kapital ixracının formaları


Özünü artıran dəyər formasında.

Bank kreditləri və borclar (zaym)


Pul (depozit) şəklində



2

Kredit müddəti


Ortamüddətli və uzunmüddətli (1 ildən artıq)

Qısamüddətli (1 ilə qədər)

3

Kreditin məqsədi

Əsas kapital əldə etmək üçün

Dövriyyə vəsaitləri əldə etmək üçün

4

Kreditin tətbiq sferaları

Geniş istehsal prosesinə xidmət, tikinti, yenidənqurma

Beynəlxalq ticarət –tədavül sferasına xidmət.

Dünya bazarının bu seqmentlərində borc formasında kapital miqrasiyasının əsas forması beynəlxalq kreditdir.



Beynəlxalq kredit – geri qaytarma, müddət və ödəniş şərtləri ilə valyuta və əmtəə resurslarının verilməsi ilə bağlı olan, beynəlxalq iqtisadi münasibətlər sferasında borc kapitalının hərəkətidir.

Beynəlxalq kredit xarici iqtisadi əlaqələr sferasında aşağıdakı funksiyaları yerinə yetirir:

-geniş istehsalın tələblərini təmin etmək üçün borc kapitalının ölkələr arasında bölüşdürülməsi;

-ayrı-ayrı ölkələrdə kapitalın təmərküzləşdirilməsi və mərkəzləşdirilməsi prosesinin sürətləndirilməsi;

-beynəlxalq hesablaşmalar sferasında həqiqi pulların kreditlə əvəz edilməsi və nəğdsiz kredit əməliyyatlarının inkişaf etdirilməsi yolu ilə tədavül xərclərinə qənaət.

Müasir dünya kredit bazarının əsas subyektləri ölkə hökumətləri, mərkəzi (milli) banklar, beynəlxalq və regional maliyyə-kredit institutları (BVF, DB, AİYB və s.), transmilli korporasiyalar və banklar, pensiya və sığorta fondları, digər kredit təşkilatları da daxil edilməklə digər hüquqi şəxslərdir .

Beynəlxalq kredit, kredit münasibətlərinin müxtəlif tərəflərini əks etdirən bir çox formalara malikdir:

1) Kredit vəsaitlərinin mənbələrinə görə daxili, xarici, və qarışıq kreditləşdirmə fərqləndirilir;

2) Təyinatına görə: əmtəə və xidmətlər üzrə beynəlxalq ticarəti kreditləşdirməyə yönəldilən kommersiya krediti; hər hansı bir məqsəd üçün istifadə edilə biləcək maliyyə krediti; kapital, əmtəə və xidmətlərin ölkədən çıxarılmasının kombinələşmiş formasına xidmət üçün nəzərdə tutulan müştərək kreditlər.

3) Növlərinə görə kreditlər ixracçıların öz idxalçılarına təqdim etdikləri əmtəə (kreditə satış), banklardan pul formasında verilən valyuta kreditlərinə bölünürlər;

4) Müddətinə görə kreditlər çox qısamüddətli, qısamüddətli, ortamüddətli və uzun müddətli olurlar;

5) Təqdim etmə texnikasına görə beynəlxalq kreditlər borc alanın sərəncamına köçürülən – maliyyə, aktsept* formasında, depozit sertifikatı; istiqraz borcları və s şəklində olurlar.

Dünya borc kapital bazarı öz inkişafının müasir dövründə bir sıra xüsusiyyətlərə malikdir:

1.Kapitalın beynəlxalq hərəkətində borc kapitalının payı axırıncı son onilliklərdə azalmışdır;

2.İnkişaf etməkdə olan ölkələr qrupunda borc kapitalı idxalçıları arasında Braziliya,Meksika və Argentina liderlik edirlər, keçid iqtisadiyyatlı ölkələr qrupunda ən iri borclular Çexiya, Rusiya və Ukraynadır.

3. Dünya borc kapitalı bazarına borc götürmək istəyən ölkələrin daxil olması imkanları müxtəlifdir. BVF üzvləri bu bazara daha asan daxil olurlar.

Dünya borc kapital bazarı müasir elmi-texniki nəaliyyətlərlə sıx bağlıdır. Beynəlxalq maliyyə mərkəzlərinin normal fəaliyyəti üçün bir sıra şərtlər zəruridir:

-verilən ölkənin yüksək iqtisadi inkişaf səviyyəsi;

-onun dünya tisarətində fəal iştirak etməsi;

-işqabiliyyətli milli kapital bazarının və inkişaf etmiş bank sisteminin mövcudluğu;

-liberal valyuta və vergi qanunvericiliyi;

-əlverişli coğrafi vəziyyəti;

*Aktsept (lat.-acceptus-qəbul edilmiş) – daxili və beynəlxalq dövriyyədə pul və əmtəə sənədlərinin ödənilməsinə razılıqdır. Köçürülmüş vekselin (tratta) aktsepti vekselin ödənilməsinə borclunun razılığı deməkdir və vekselin üz qabığında aktseptantın uyğun imzası ilə tərtib edilir.

-əlverişli coğrafi vəziyyəti;

-nisbi siyasi sabitliyi.

Dünyanın ən aparıcı maliyyə mərkəzi ABŞ-nin güclü iqtisadiyyatına və böyük həcmli kapital bazarına söykənən Nyu-York bazarıdır. Bu maliyyə bazarı səhm və istiqrazların emissiyası və qiymətli kağızların ticarətində böyük rol oynayır. London əsas avropa maliyyə mərkəzidir, beynəlxalq valyuta, depozit və kredit əməliyyatlarınin həcmi üzrə birinci yeri tutur. Uzunmüddətli borclar sahəsində Qərbi Avropada SürixFrankfurt-Mayn fərqlənirlər. Beynəlxalq maliyyə mərkəzi kimi Tokionun əhəmiyyəti getdikcə artır. Buna Yaponiyanın dünyanın ən iri kreditoruna çevrilməsi və yapon kapital bazarının liberallaşması yardım edir.

Dünya təsərrüfatının ucqarlarında (preferiya) – Sinqapur, Honkonq, Bahreyn, Panama, Baham, Kayman, Nidrland və Antil adalarında meydana çıxan və “ofşor zonalar” adlandırılan maliyyə mərkəzləri fəaliyyət göstərirlər. Bu o deməkdir ki, burada maliyyə əməliyyatları milli tənzimləmə qanunlarının təsiri altına düşmürlər. Onların bir çoxu güzəştli vergi və valyuta rejiminə malik olurlar və bu da TMB və TMK-ı özünə cəlb edir. Bu mərkəzlərdə bəzən bütün dünyada həyata keçerilən sövdələşmələr qeydə alınır.

6.4. Kapitalın hərəkəti, əmtəə və xidmətlər üzrə beynəlxalq ticarət, beynəlxalq elmi-texniki əməkdaşlıq dünya təsərrüfat əlaqələri subyektləri arasında qarşılıqlı pul öhdəliklərinin meydana çıxmasına səbəb olur. Milli təsərrüfatlar arasında ödəniş-hesabat əməliyyatlarını müəyyən edən pul münasibətlərinin cəmi valyuta münasibətləri adlandırılır.

Valyuta münasibətlərinin xarakteri beynəlxalq iqtisadi münasibətlərin vəziyyətindən asılıdır. Onun formalarında baş verən hər hansı bir dəyişiklik valyuta münasibətlərinə təsir edəcəkdir, lakin əks əlaqə də mövcuddur. Ölkələr arasında yaranan valyuta münasibətlərinin tənzimləmək üçün valyuta sisteminin mövcudluğu zəruridir.

Valyuta sistemi – təsərrüfrat həyatının beynəlmiləlləşməsi və dünya bazarının inkişafı bazasında yaranan, beynəlxalq müqavilələrdə və dövlət – hüquqi normalarında əks etdirilən pul-kredit münasibətlərinin cəmidir.

Təsərrüfat əlaqələrinin beynəlmiləlləşmə səviyyəsinə görə milli, regional və dünya valyuta sistemləri formalaşır. İlk olaraq milli valyuta sistemi yaranmışdır. Milli valyuta sistemi – tarixən təşəkkül tapmış və milli qanunvericiliklə əsaslandırılmış (habelə beynəlxalq hüququ nəzərə alan) ölkənin valyuta münasibətlərinin təşkili formasıdır. Milli valyuta sistemi daxili pul sisteminin tərkib hissəsidir və sonuncunun xarakterik xüsusiyyətləri ilə müəyyən olunur. Bununla belə o, nisbətən müstəqildir və milli çərçivələrdən kənara çıxır. Milli valyuta sistemi bir sıra funksiyaları yerinə yetirməlidir:

-valyuta resurslarının formalaşdırılması və istifadəsi;

-ölkənin xarici-iqtisadi əlaqələrinin təmin edilməsi;

-milli təsərrüfatın fəaliyyəti üçün optimal şəraitin təmin edilməsi.

Dünya və regional valyuta sistemləri beynəlxalq sistemlər hesab edilirlər və milli iqtisadiyyatların fəaliyyət nəticələrinin qarşılıqlı tədavülünə xidmət edirlər.



Regional valyuta sistemi – müəyyən bir regionun bir sıra ölkələri arasında valyuta münasibətlərinin təşkili formasıdır və dövlətlərarası razılaşmalar və dövlətlərarası maliyyə-kredit institutlarının yaradılması ilə formalaşdırılır (məs.Avropa valyita sistemi).

Dünya valyuta sistemi – çoxtərəfli dövlətlərarası razılaşmalar əsasıda yaranan və beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları tərəfindən tənzimlənən, dünya təsərrüfatı çərçivəsində valyuta nünasibətlərinin təşkilinin qlobal formasıdır. Dünya valyuta sistemi uzunmüddətli təkamül prosesi keçmişdir. Bu təkamül prosesini şərti olaraq üç məphələyə ayırmaq olar.

Birinci mərhələ - “qızıl standart” sisteminin yaranması dövrüdür (XIX-XX əsrin əvvəlləri). Bu dövrdə beynəlxalq valyuta-kredit sistemində aparıcı rolu qızıl oynayırdı. Britaniya imperiyası 1822-ci ildə öz milli pul vahidini (funt sterlinq) dövlət tərəfindən müəyyən edilən kursa (o zaman bir funt-sterlinqdə xalis qızılın çəkisi 7,322 qr təşkil edirdi) uyğun olaraq qızıla sərbəst dəyişdirilən valyuta elan etdikdən sonra “rəsmi” olaraq qızıl standart dövrü başlandı.

B.Britaniyanın ardınca ABŞ, sonra Qərbi Avropa ölkələri və Rusiya imperiyası qızıl standartı müəyyən etdilər.

Qızıl standartının üstün cəhətlərindən biri kimi onun fəaliyyəti dövründə valyuya kurslarında kəskin tərəddüdlərin olmaması və infilyasıyanın səviyyəsinin aşağı olması göstərilir. Bu onunla izah edilir ki, qızıl standart sistemi hər bir üzv-ölkədən öz milli valyutasını qızıla (və əksinə) dəqiq müəyyən edilmlş kurs üzrə dəyişdirilməsini tələb edir. Məhz valyuta vahidinin dəqiq müəyyən edilmiş qızıl məzmunu dəyişdirmə kursunun kəskin tərəddüd etməsinə və xarici valyutaların alqı-satqısında möhtəkirliyə imkan vermir.

Nəzərə almaq lazımdır ki, qızıl az tapılan metaldır, onun bankların və hökumətlərin sərəncamında olan miqdarını istədikləri qədər artırmaları o qədər də asan məsələ deyildir (kağız pullardan fərqli olaraq). Çünki qızıl standart şəraitində kağız pullar sərbəst olaraq qızıla dəyişdirilə bilir və onların lazımı miqdardan artıq olan hissəsi dərhal baklara qayıdaraq həddindən artıq emissiya üçün onların özünü cəzalandırır: qızıl əvəzinə onlara kağız pullar qalır. Bu da o deməkdir ki, real qızıl standartı zamanı infilyasiya o qədər də əhəmiyyətli kəmiyyətə malik olmur.

Lakin qızıl standartının özünəməxsus çatışmamazlıqları da var idi. Birincisi, bu sistemdə dünya iqtisadiyyatında dövr edən pul kütləsinin həcmi ilə qızıl hasiatı və istehsalı həcmi arasında kəskin qarşılıqlı əlaqə mövcuddur. Yeni qızıl yataqlarının kəşfi və onun istehsalının artımı dünyada infilyasiyaya, qızıl istehsalının real istehsal və ticarət artımından qeri qalması isə nəğd pul vəsaitlərinin azalmasına gətirib çıxarırdı.

İkincisi, qızıl standartı şəraitində ölkənin daxili iqtisadi problemlərinin həllinə yönəldilən müstəqil milli pul-kredit siyasətini yürütmək mümkün deyildi. Bu hal birinci dünya müharibəsi (1914-cü il) Avropa ölkələrini və Rusiya imperiyasını qızıl standart sistemindən əl çəkməyə vadar etdi. Çünki, hərbi xərclərin maliyyələşdirilməsi əsasən yüksək sürətlə artan kağız pulların emissiyası (buna heç bir ölkənin qızıl ehtiyatı bərabər ola bilməzdi) hesabına həyata keçirilirdi. Müharibədən sonra bir sıra Avropa ölkələri (İngiltərə, Fransa) qızıl standart sisteminə qayıtmaq istəsələr də buna nail ola bilmədilər.



İkinci mərhələnin başlanğıcı 1944-cü ildə beynəlxalq ticarət iştirakçılarının Bretton-Vudsda (ABŞ) keçirdikləri konfrasla başladı. Bu konfransda müharibədən sonrakı valyuta-kredit sisteminin (Bretton-Vuds sistemi adlandırılır) necə qurulması məsələləri müzakirə edilərək müəyyən edildi. Yeni sistemin tətbiq edilməsi və ona rəhbərlik üçün Beynəlxalq Valyuta Fondu yaradıldı (Bax: mövzu 9).

“Brettonvuds” sistemi qızıl standartı sisteminə çox oxşayır, bu da ona müəyyən mənada “keçid” sistemi xarateri verir. Bu sistemin əsasında kağız pulların ikili təminatı prinsipi (həm qızıl, həm də dollar) dururdu. “Brettonvuds” razılaşmasını imzalayan ölkələr öz milli valyutalarının kursunu dollarla müəyyənləşdirirdilər. Dollar isə möhkəm qızıl məzmununa malik idi – 35 dollar 31,1 qr. qızıla bərabər idi.

Beləliklə dollar əsas “ehtiyat” və “hesabat” valyuta vahidi kimi qəbul edilirdi, bu isə onu dünya valyuta sistemində “inhisarçı” mövqeyinə çıxarırdı.

“Brettonvuds” sisteminin üzv-ölkələri öz milli valyutalarının dollara nisbətən kursunu sabit səviyyədə saxlamaq öhdəliyi götürmüşdü. Əgər xarici valyuta bazarlarında tələb və təklifin tərəddüdləri nəticəsində hər-hansı bir ölkənin milli valyutası sabit səviyyədən 1%-dən artıq tərəddüd etsə, həmin ölkənin mərkəzi bankı dolların satışı (və ya alqısı) vasitəsilə vəziyyəti düzəltməli idi.

Bu sistemin tətbiqindən sonrakı dövrdə dünya iqtisadiyyatı və beynəlxalq ticarət çox sürətlə inkişaf etməyə başladı: infilyasiya çox aşağı səviyyədə saxlanılırdı, işsizlik azalır, avropa əhalisinin həyat səviyyəsi yüksəlirdi. Lakin bununla yanaşı “Brettonvuds” sisteminin əsasları laxlamağa başladı. Beləki bu dövrlərdə ABŞ sənayesində əmək məhsuldarlığı Aropa və Yaponiyada olduğundan aşağı səviyyəyə düşməyə başladı. Bu isə amerika mallarının rəqabətədavamlılığına mənfi təsir göstərərək, onların Avropaya idxal həcminin azalmasına , və əksinə, Avropa və Yaponiya mallarının ABŞ-na ixrac həcminin artmasına gətirib çıxardı. XX əsrin 60-cı illərində Avropada yığılan “avrodollarların” müəyyən hissəsi bir sıra Avropa ölkələrinin Mərkəzi Bankları tərəfindən birbaşa qızıla dəyişdirilmək üçün təqdim edildi və ABŞ-nın qızıl ehtiyatları azaımağa başladı. Bütün bunlar dolların yenidən qiymətləndirilməsinə səbəb oldu və iki devalvasiya (qızıl məmununun azalması – 1971 və 1973-cü illər) nəticəsində “Brettonvuds” sistemi faktiki olaraq fəaliyyətini dayandırdı.

Rəsmi olaraq dolların qızıla dəyişdirilməsi dayandırıldıqdan sonra (1971-ci il) valyutaların “dəqiq müəyyən edilmiş” kursları öz yerini “üzən” valyuta kursuna verdi və bununla dünya valyuta sisteminin üçüncü inkişaf dövrü başladı. Üçüncü dövr 1976 –cı ildə Kinqstonda (Yamayka adası) imzalanan razılaşma şəklində rəsmi olaraq təsdiq edildi. Bu razılaşmanın şərtlərinə əsasən hər bir qiymət kimi valyuta kursu da bazar tərəfindən, yəni tələb və təkliflə müəyyənləşdirilir. Xarici valyutaya tələbin ölçüsü ölkənin idxal etdiyi əmtəə və xidmətlərin həcmi, turistlərin xərcləri və müxtəlif xarici ödənişlərin həcmi ilə müəyyən edilir. Valyuta təklifinin ölçüsü ölkənin ixrac həcmi, onun aldığı bopclarla və s. ilə müəyyən edilir. Lakin valyuta qiymətlərinin bir-birinə nisbətən dəyişmə hədləri çox böyük olmamalıdır. Kəskin tərəddüdlərin yumşaldılması üçün müxtəlif ölkələrin Mərkəzi Bankları, razılaşmaya əsasən, xarici valyutalrın alqı-satqısını təşkil etməlidirlər, yəni öz milli valyutalarının kurslsrının qısamüddətli dəyişmələrini “idarə etməlidirlər”.

Beləliklə yeni sistem valyuta kurslarının uzunmüddətli çevikliyi ilə eyni zamanda onların qısamüddətli sabitliyinin (beynəlxalq ticarət və maliyyənin maraqları naminə) uyğunlaşdırılması prinsipi əsasında qurulmuşdur. Lakin faktiki olaraq bu prinsipə bütün ölkələrin əməl etməsi çox mürəkkəb bir işdir. Həqiqətdə aparıcı valyutalar (evro, amerika və kanada dolları, yaponiya ienası) dəyişən tələb və təklifə uyğun olaraq dəyişirlər. Az inkişaf etmiş ölkələr isə öz valyutalarını hər hansı inkişaf etmiş sənaye ölkəsinin valyutasına bağlamağa çalışırlar.

Dünya valyuta sistemi özündə bir tərəfdən, valyuta münasibətlərini, digər tərəfdən valyuta mexanizmlərini əks etdirir. Valyuta münasibətləri – valyuta və pul bazarlarında beynəlxalq hesablaşmaların, kredit və valyuta əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı şəxslərin, firmaların, bankların bir-biri ilə daim girdikləri əlaqələri əks etdirir. Valyuta mexanizmi həm milli, həm də beynəlxalq səviyyədə hüquqi normaları və onları təmsil edən alətləri əks etdirir. Dünya valyuta sisteminin əsas funksiyalarından aşağıdakıları qeyd etmək olar:

-beynəlxalq iqtisadi əlaqələrdə vasitə;

-dünya təsərrüfatı çərçivəsində ödəniş-hesabat dövriyyəsinin təmin edilməsi;

-normal təkrar istehsal prosesinin və istehsal olunmuş məhsulların fasiləsiz satışı üçün zəruri şəraitin təmin edilməsi;

-milli valyuta sistemləri rejimlərinin koordinasiyası (bir-biri ilə əlaqələndirilməsi);

-valyuta münasibətləri prinsiplərinin standartlaşdırılması və unifikasiyası.

Milli və beynəlxalq valyuta sistemləri bir-birinə oxşar bir sıra elementlərdən ibarətdir, lakin onlar müxtəlif məsələləri və funksiyaları yerinə yetirirlər və bu sistemlərin şərtlərini əks etdirirlər. (Cədvəl 6.5).


Cədvəl 6.5

Milli və Dünya valyuta sistemlərinin əsas elementləri





Milli valyuta sistemi

Dünya valyuta sistemi

1.Milli valyuta vahidi
2.Milli valyutanın digər valyutalara dəyişdirilməsi şəraiti

3.Milli valyuta paritetləri


4.Valyuta kursu rejimi
5.Valyuta məhdudiyyətlərinin olub-olmaması

6.Likvidliyin tərkibi və quruluşu


7.Ölkənin xarici-iqtisadi hesablaşmalarının, milli valyuta bazarı rejiminin, milli qızıl bazarı rejiminin tənzimlənməsi.

8.Beynəlxalq kredit tədavül vəsaitlərindən istifadənin tənzimlənməsi

9.Ölkənin valyuta münasibətlərini tənzimləyən milli dövlət orqanları.


1.Ehtiyat valyutaları və beynəlxalq hesablaşma valyuta vahidləri

2.Valyutaların bir-biri ilə dəyişdirilməsi şərtləri

3.Unifikasiya edilmiş valyuta paritetləri rejimi

4.Valyuta kursları rejimlərinin reqlamentləşdirilməsi

5.Valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi

6.Beynəlxalq valyuta likvidliyinin dövlətlərarası tənzimlənməsi

7.Beynəlxalq hesablaşma formalarının, dünya valyuta və qızıl bazarları rejimlərinin unifikasiya edilməsi
8.Beynəlxalq kredit tədavül vəsaitlərindən istifadənin unifikasiyası

9.Dövlətlərarası valyuta tənzimləməsini həyata keçirən beynəlxalq təşkilatlar.


5.6. Bütün valyuta sistemlərinin baza elementi valyutadır. Öz statuslarına görə valyutalar aşağıdakı kimi sinifləşdirilir:

-milli valyuta ( verilən ölkənin qanunvericiliklə müəyyən edilən pul vahidi);

-xarici valyuta (digər ölkələrin valyutaları ilə ifadə olunan pullar);

-beynəlxalq valyuta;

-regional valyuta.

Bu və digər valyutanın digər ölkələrin valyutalarına dəyişdirilməsi sərbəstliyindən asılı olaraq aşağıdakı valyutalar fərqləndirilir:

-sərbəst dəyişdirilə bilən valyuta (SDV) – həm daxildə həm də xaricdə məhdudiyyətsiz tam dəyişdirilə bilən valyutalardır, valyuta ehtiyatlarının formalaşdırılması üçün istifadə edilə bilər. BVF-nun göstərişlərinə əsasən ABŞ dolları, İngiltərə funt sterlinqi, yapon ienası və b. bu cür valyutalardır.

-nisbətən dəyişdirilə bilən valyuta – bu valyutaların dəyişdirilməsinə müəyyən məhdudiyyətlər qoyulur və heç də bütün xarici valyutalara dəyişdirilmir;

-qapalı (dəyişdirilə bilməyən) valyutalar – yalnız bir ölkə çərçivəsində fəaliyyət göstərir və dünya valyuta bazarlarında digər valyutalara dəyişdirilmlr.

Valyuta sisteminin digər aparıcı elementi valyuta kursu rejimidir. Valyuta kursu – verilən ölkənin pul vahidinin digər ölkənin pul vahidi və ya beynəlxalq valyuta vahidləri ilə ifadə olunan qiymətidir. Əmtəə və xidmətlərin beynəlxalq ticarəti, kapitalın investisiya və kredit şəklində hərəkəti zamanı valyuta dəyişmə nisbətinin müəyyən edilməsi, dünya əmtəə bazarlarında qiymətlərin və müxtəlif ölkələrin dəyər ifadəsində göstəricilərinin müqayisəsi, firmaların , bankların, hökumətlərin və ayrı-ayrı şəxslərin xarici valyutalarla hesablarının yenidən qiymətləndirilməsi zamanı valyuta kursunun müəyyən edilməsi zəruridir.

Valyuta pariteti- iki valyuta arasında qanunvericilik yolu ilə müəyyən edilən nisbətdir. Təcrübədə valyuta kursları yalnız təsadüfi olaraq və çox qısa müddətə (tələb və təklifin tarazlığı halında) öz paritetləri ilə üst-üstə düşə bilərlər. Valyuta kursu valyutaların alıcılıq qabiliyyətindən, infilyasiya səviyyəsindən, ölkənin ödəniş balansının vəziyyətindən, valyutalara tələb və təklifdən asılıdır.

Hər bir valyuta sisteminə onun öz valyuta kursu rejimi (onun müəyyən edilməsi və dəyişməsi) uyğundur. Müəyyən edilmiş rejimdən asılı olaraq valyuta kursu formalarının klassifikasiyası cədvəl 6.6-də verilir.

Cədvəl 6.6.

Valyuta kursu formalarının klassifikasiyası



Valyuta kursunun formaları

Səciyyəsi

1.Dəqiq qeyd edilmiş valyuta kursu:

-real
- müqavilə üzrə


2.Çevik valyuta kursi

-üzən (azad tərəddüd edən)

-tərəddüd edən


Valyuta kursunun əsasını təşkil edən və dövlət tərəfindən müdafiə edilən, rəsmi qeydiyyatdan keşmiş paritetlərin mövcudluğunu nəzərə alır.
Qızıl paritetə əsaslanır.
Aşağıdakılara əsaslanır:

-razılaşdırılmış etalon;

- qızılın şərti müəyyən edilmiş rəsmi qiyməti;

Tələb və təklifdən asılı olaraq dəyişir, lakin mərkəzi bankların intervensiyası (təcavüzü) ilə düzəlişlər edilə bilir.


Milli valyutanın digər xarici valyutalara dəyişdirilə bilmə səviyyəsi və valyuta kursunun səviyyəsi, habelə digər valyuta parametrləri valyuta bazarında müəyyənləşdirilir.



Valyuta bazarı – xarici valyutaların və müxtəlif valyuta dəyərlərinin alqı-satqısı üzrə əməliyyatlar nəticəsində meydana çıxan, dayanıqlı iqtisadi və təşkilati münasibətlər sistemidir. Balyuta bazarının əsas subyektləri: transmilli banklar, kommersiya bankları, ticarət-sənaye və maliyyə kompaniyaları, mərkəzi banklar, birjalar, beynəlxalq və regional təşkilatlar, xüsusi şəxslər və b.-dır.

İqtisadi subyektlər valyuta bazarlarında müxtəlif məqsədlər güdürlər:

-fasiləsiz olaraq beynəlxalq hesablaşmaların həyata keçirilməsi (müəssisə-bank müştərisi);

-xarici valyuta ehtiyatlarının quruluşunun dəyişməsi və onların artırılması (kommersiya, mərkəzi banklar);

-valyuta kursalarının fərqi və müxtəlif borc öhdəlikləri üxrə faizlər şəklində mənfəət götürmək (kommersiya bankları, müəssisələr);

-valyuta və kredit risqlərindən sığortalanmaq;

-valyuta siyasətinin həyata keçirilməsi (mərkəzi banklar);

-kreditlər alınması (Banklar və onların müştəriləri).



Valyuta bazarında konyuktura hər şeydən əvvəl, cari anda ixracçıların əmtəə və xidmətlərin satışından əldə etdikləri valyuta məbləğini rellaşdırmaq istəyindən; idxalçıların aldıqları əmtəə və xidmətləri ödəmək üçün valyuta almaq istəyindən; fraxtların ödənməsi, yüklərin sığortalanması üçün şirkətlərin, sığorta cəmiyyətlərinin valyuta alma istəyindən və s.-dən irəli gələn xarici valyutaya tələb və təkliflə müəyyən edilir. Beləliklə valyuta vazarının başlıca vəzifəsi BİM-ə xidmət etməkdir.

Cari mərhələdə valyuta bazarı aralarında sərhədlərin demək olar ki, yox olduğu milli, regional və dünya bazarlarının cəmi kimi görünür.


1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə