Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə8/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

1) Qeyri - kommersiya əsaslarla:

-xüsusi ədəbiyyatların informasiya yığımı, kompüter verilənlər bazası, arayışlar və s.;

-konfranslar, sərgilər, seminarlar, klublar, o cümlədən daim fəaliyyət göstərənlər;

-xaricdə təhsil alma, staj keçmə, tələbələrin, alimlərin, ixtisasçıların ali təhsil məktəblərində, müəssisələrdə, təşkilatlarda paritet əsaslarla təcrübə keçməsi;

-alimlərin və ixtisasçıların beynəlxalq miqrasiyası, o cümlədən “beyin axını”.

2)Kommersiya əsaslarla:

-texnologiyaların satışı;

-birbaşa xarici investisiyalar və onları müşayət edən tikinti, yenidənqurma, müəssisələrin, istehsalların modernləşdirilməsi;

-nou-hau patentlərinin və lisenziyaların satışı;

-lizinq;

-injinirinq;

-konsaltinq;

-portfel investisiyaları;

-elmi-texniki və istehsal kooperasiyası.

3) Sənaye cəsusluğu formasında texnologiyaların qeyri – leqal (gizli) ötürülməsi və texniki piratçılıq ( gizli /qeri-leqal/ quruluşlar tərəfindən əmtəələrin imitasiyalarının kütləvi buraxılışı və satışı).

Texnologiyaların beynəlxalq ötürülməsinin əsas formaları – patent və lisenziyaların beynəlxalq ticarəti, françayzinq, beynəlxalq lizinq, injinirinq, beynəlxalq konsaltinq hesab edilir.
5.4. Beynəlxalq istehsal texniki əməkdaşlığın konkret məqsədlərinin həyata keçirilməsi müəyyən təşkilati forma və üsulların tətbiqini nəzərdə tutur. Onların arasında ən mühümləri aşağıdakılardır:

1.Sənaye əməkdaşlığı haqqında razılaşma: texniki biliklərin ötürülməsi və ya tədavülü, istehsal və işçi qüvvəsindən istifadə üçün yaxşı şərait yaradılması, istehsal xərclərinin azaldılması, seriyalı istehsalın genişləndirilməsi, yeni bazarların axtarışı və s. məqsədilə bağlanılır.

2.Birgə şirkətlər, sənaye konsorsiumları, assosasiyalar formasında firmaların birləşməsi.

3.Əməkdaşlıq edən firmaların işlərinin koordinasiyası, razılaşdırılması, məsləhət verilməsi üzrə ixtisaslaşdırılmış orqanların yaradılması.

4.Firmalararası elmi-tədqiqat birliklərinin, birgə tədqiqat mərkəzlərinin təşkkili.

Tamamilə aydındır ki, intensiv inkişaf edən beynəlxalq istehsal və elmi-texniki əməkdaşlıq ölkələrə və iştirakçı-firmalara dünya elmi-texniki təcrübədən istifadə etməyə və bunun əsasında milli istehsalın texniki səviyyəsini yüksəltməyə imkan verir və buna görə də BİM-in bir forması kimi böyük inkişaf perspektivlərinə malikdir.


Məşğələ üçün suallar.
1.Makro və mikro səviyyələrdə beynəlxalq elmi-texniki və istehsal əməkdaşlığa sövq edən səbəblər hansılardır?

2. “Köçürmə”, “Götürmə” , “Daha da gücləndirmə” innovasiya inkişaf strategiyalarının fərqlərini xarakterizə edin.

3.Texnologiyaların ixracı və idxalının iqtisadi məqsədəuyöunluğunu səciyyələndirin.

4.Texnologiyaların ötürülməsinin kommersiya və qeyri kommersiya yollarını sayın.

5.Beynəlxalq elmi-texniki və istehsal əməkdaşlığının beynəlxalq lizinq, françayzinq, injinirinq kimi formalarını səciyyələndirin.

6. Beynəlxalq istehsal əməkdaşlığı prosesinin məzmununu izah edin.

Mövzu 6.7. KAPİTALIN BEYNƏLXALQ MİQRASİYASI. BEYNƏLXALQ VALYUTA-KREDİT VƏ MALİYYƏ ƏMƏKDAŞLIĞI.

6.1. Kapitalın beynəlxalq miqrasiyasının (hərəkətinin) mahiyyəti, mərhələləri, amilləri, inkişaf göstəriciləri.

6.2. Kapitalın beynəlxalq hərəkəti nəzəriyyəsi.

6.3. Ssuda kapitalının dünya bazarı: quruluşu və müasir xüsusiyyətləri.

6.4. Dünya valyuta sisteminin mahiyyəti, funksiyaları, mərhələləri, təkamülü.

6.5. Valyuta, valyuta kursu və valyuta bazarı.


6.1. Kapitalın beynəlxalq miqrasiyasının yaranması və inkişafı BİM-in beynəlxalq əmtəə ticarəti və beynəlxalq əmək miqrasiyasından çox sonralar başlamışdır. Kapitalın ixracı imkanlarının yaranması üçün onun əhəmiyyətli miqdarda yığılması lazım gəlirdi.

Kapitalın daşınması- bir ölkənin milli dövriyyəsindən kapitalın bir hissəsinin götürülərək, daha yüksək gəlir əldə etmək məqsədi ilə onun, əmtəə və ya pul formasında digər ölkənin istehsal və ya tədavül sferasına yerləşdirilməsi prosesidir.

Belə bir imkan kapitalın beynəlxalq miqrasiyasının təkamülünün birinci mərhələsində yarandı. Birinci mərhələ XYII – XYIII əsrlərin kəsişməsində (kapitalist istehsal münasibətlərinin inkişafı ilə ilkin kapital yığımı proseslərinin başa çatması) başlayaraq XIX əsrin sonlarına qədər davam etdi. Bu mərhələni “kapitalın daşınmasının yaranması” mərhələsi adlandırırlar. Kapital yalnız bir istiqamətdə ( metropoliyalardan müstəmləkələrə) hərəkət edirdi, məhdud və təsadüfi xarakter daşıyırdı.

Kapitalın beynəlxalq miqrasiyasının təkamülünün ikinci mərhələsi XIX əsrin sonları – XXəsrin əvvəllərindən XXəsrin ortalarına qədər bir müddəti, yəni dünya təsərrüfatında kapitalist istehsal münasibətlərinin özünütəsdiq müddətini əhatə edir. Kapitalın hərəkəti bu mərhələdə həm sənaye ölkələri arasında, həm də sənaye ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həyata keçirilirdi. Bu mərhələdə kapitalın daşınması adi hal almışdı və bu da həmin mərhələni “kapitalın daşınması mərhələsi” adlandırmağa imkan verir.

Kapitalın beynəlxalq miqrasiyasının təkamülünün üçüncü mərhələsi XX əsrin ortalarından başlayaraq bu günə kimi davam edir. Bu mərhələdə baş verən proseslərin mahiyyətini “kapitalın beynəlxalq miqrasiyası” termini dəqiq əks etdirir. Çünki:

a) kapitalın daşınması ilə yalnız inkişaf etmiş sənaye ölkələri məşğul olmurlar; b) ölkələr eyni zamanda həm kapitalın ixracı, həm də idxalı ilə məşğul olurlar;

c) kapital ixracı onun kreditlərə faizlər, sahibkarlıq gəliri, səhmlərə görə dvidendlər şəklində daha böyük həcmdə əks hərəkətini təmin edirlər.

Kapitalın beynəlxalq miqrasiyasının obyektiv əsaslarını dünya təsərrüfatı ölkələrinin iqtisadi inkişaflarının qeyri-bərabərliyi təşkil edir. Bu qeyri-bərqbərlik aşağıdakılarda öz əksini tapır:

-müxtəlif ölkələrdə kapital yığımının qeyri-bərabərliyi;

-ayrı-ayrı ölkələrdə kapitalın “nisbi çoxluğu”;

-dünya təsərrüfatının ayrı-ayrı həlqələrində kapitalın təklifi ilə ona tələbatın üst-üstə düşməməsi.

“Nisbi” anlayışı onunla əlaqədardır ki, kapitalı ixrac edən edən ölkələrdə kapitalın mütləq artıqlığı müşahidə olunmur, çünki iqtisadi nöqteyi-nəzərdən istehsal məhdudsuz artım meyllərinə malikdir və ona görə də kapitala tələbat həmişə var. Bundan əlavə kapital ixracı hətta ölkə daxilində çatışmamazlıq olduğu halda da həyata keçirilə bilər, belə ki, bazar iqtisadiyyatı şəraitində kapital qoyuluşu gözlənilən mənfəətin miqdarından birbaşa asılıdır.

Kapitalın beynəlxalq miqrasiyası prosesinin inkişafına iki amillər qrupu təsir göstərir:

1.İqtisadi xarakterli amillər:

-istehsalın inkişafı və iqtisadi artım sürətinin saxlanması;

-dünya iqtisadiyyatında, habelə ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında dərin quruluş dəyişiklikləri;

-istehsalın beynəlxalq ixtisaslaşma və kooperativləşməsi;

-dünya iqtisadiyyatının transmilliləşdirilməsinin yüksəlməsi (ABŞ-nın TMK-nın xarici filiallarının məhsul istehsalı həcmi ölkənin özünün əmtəə ixracından 4 dəfə çoxdur);

-istehsalın beynəlmiləlləşdirilməsinin yüksəlməsi və inteqrasiya proseslərinin inkişafı;

-dünya təsərrüfat əlaqələrinin bütün formalarının fəal inkişafı.

2.Siyasi xarakterli amillər:

-kapitalın ixracı/idxalı proseslərinin liberallaşması;

-“üçüncü dünya” ölkələrində sənayeləşmə siyasəti;

-keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatına keçməsi;

-məşğulluq səviyyəsinin yüksəldilməsiməsi siyasəti.

Ölkənin beynəlxalq kapital miqrasıyasında iştirakı bir sıra göstəricələrlə xarakterizə olunur. Mütləq göstəricilərə kapital ixracı və idxalının həcmi, kapital ixracı və idxalının saldosu, ölkədə xarici kapitala malik müəssisələrin sayı, bu müəssisələrdə işləyənlərin sayı və s. daxildir. Saldoya əsasən dünya təsərrüfatı ölkələri - əsasən kapital ixrac edən ölkələr (Yaponiya, İsveçrə), əsasən kapital idxal edən ölkələr (ABŞ, Böyük Britaniya) və kapitalın təqribən tarazlı ixracı və idxalına malik olan ölkələr kimi (Almaniya, Fransa) sinifləşdirilirlər.



Nisbi göstəricilər qrupu – kapitalın beynəlxalq miqrasiyasında mövcud vəziyyəti və ölkənin kapital ixracı/idxalından asılılığını daha real əks etdirirlər. Onlara aşağıdakı göstəriciləri aid etmək olar:

  1. xarici kapitalın (XK) ölkənin ÜDM –da payını əks etdirən kapital idxalı əmsalı:

Kid = XK/ÜDM x 100

2)ixrac edilən kapitalın (İK) ölkənin ÜDM –da payını əks etdirən kapital ixracı əmsalı:

Kix = İK/ÜDM x100

3) xarici kapitalın ölkənin kapitala daxili tələbatında(DK) payını əks etdirən əmsal:

Kdt = XK/ DK x 100

ABŞ - də kapitala daxili tələbatın təqribən 33%-i xarici kapitalın hesabına ödənilir.



  1. digər nisbi göstəricilər: milli istehsalda xarici və ya birgə şirkətlərin payı, əvvəlki dövrə nisbətən kapitalın ixracı/idxalının artım sürəti, əhalinin bir nəfərinə düşən xarici investisiyaların məbləği.

Kapitalın beynəlxalq miqrasiyası bir neçə formada reallaşır və bu təcrübədə bir sıra əlamətlər üzrə sinifləşdirilir (Cədvəl 6.1).

Cədvəl 6.1.

Kapitalın beynəlxalq miqrasiyasının formaları





Əlamətlərin sinifləşdirilməsi

Kapital miqrasiyasının formaları

1.

Miqrasiya edən kapitalın mülkiyyət formasına görə


-xüsusi

-dövlət


-beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının

-birgə (qarışıq)



2.


Kapitalın miqrasiya müddətinə görə



-çox qısa müddətə (3 aya qədər)

-qısa müddətə (1 ilə qədər)

-orta müddətə (1 ildən 5-7 ilə qədər)

-uzun müddətə (5-7 ildən 40-45 ilə qədər)


3.

Kapitalın verilmə formasına görə


-əmtəə

-pul


-qarışıq

4.

Miqrasiya edən kapitaldan istifadənin məqsəd və xarakterinə görə

-sahibkarlıq

-borc (ssuda)


Göstərilən formalardan hər biri hərəkət edən eyni kapitalı müxtəlif əlamətlərə görə səciyyələndirə bilər. Məsələn, beynəlxalq tərübədə dövlət kapitalı çox vaxt borc kapitalı kimi, xüsusi və uzunmüddətli kapital sahibkarlıq förmasında ölkədən çıxarılır.

Sahibkarlıq formasında kapitalın hərəkəti mütləq üç əlamətin mövcud olmasını nəzərdə tutur:


  1. xarici ölkədə istehsal prosesinin təşkili və ya istehsal prosesində iştirak;

  2. qoyulan xarici kapitalın uzunmüddətli olması;

  3. xarici müəssisəyə ya bütövlükdə və ya onun bir hissəsinə mülkiyyət hüququ.

Göstərilən xüsusiyyətlərin həyata keçirilməsi dərəcəsindən asılı olaraq sahibkarlıq kapitalının ölkədən çıxarılmasının iki növü fərqləndirilir:

  1. birbaşa xarici investisiyalar (BXİ) ;

  2. portfel investisiyaları (Pİ).

UNCTAD-ın klassifikasiyasına uyğun olaraq, birbaşa xarici investisiyalara tərəflər arasında üzunmüddətli münasibətləri, bir ölkənin iqtisadi agentinin ( xarici investor və ya “ana” firma) yaşayış yeri olmayan ölkənin təsərrüfat təşkilatına nəzarət etməklə dayanıqlı cəlb edilməsini nəzərdə tutan kapital qoyuluşları aid edilir. Buna uyğun olaraq BXİ-lara aşağıdakılar aid edilir:

a) xarici investor tərəfindən müəssisənin səhm paketinin alınmasını - bunun üçün o, elan edilən səhmdar kapitalının cəmi dəyərinin 10-20%-dən az olmayan kapital yatırmalıdır;

b) səhmdar kapitalında investorun payına uyğun olaraq verilən müəssisənin mənfəəti bölüşdürüldükdən sonra əldə edilən dvidendlərdən reinvestisiyanın həyata keçirilməsi;

d) “ana” şirkət və onun xarici filialları arasında münasibətlərdə borcların tənzimlənməsi üzrə firma daxili kreditlərin verılməsi.

UNCTAD versiyasına görə BXİ-dan fərqli olaraq, Pİ-na səhmlərin alınmasına yönəldilən və ümumi səhmdar kapitalının 10-dən az olmayan kapital qoyuluşları aid edilir. Pİ-ı investorlara müəssisənin fəaliyyətinə müdaxilə etmək hüququ vermir. Pİ-na həmçinin, istiqrazlara, veksellərə və digər borc öhdəliklərinə qoyulan investisiyalar aid edilir. Bir çox ölkələrin təcrübəsində xarici şirkətlərin nizamnamə kapitalında 10% (və daha çox) səhmdar iştirakı birbaşa xarici investisiya kimi sinifləşdirilir. Bir sıra ölkələrdə (məs. Almaniya, Böyük Britaniya) bu kandar 20% təşkil edir və bundan az olan investisiyalar portfel investisiyalarına aid edilir. Bu cür fərqlərə gorə, BXİ-ın ölkələr arası statistikası çox vaxt üst-üstə düşmür.

Xarici birbaşa və portfel investisiyaları formasında shibkarlıq kapitalının hərəkətində fərqlər Cədvəl 6.2-də verilir.

Cədvəl 6.2

Birbaşa və portfel investisiyalarının xarakterik fərqləri







Əlamətlər

Birbaşa xarici investisiyalar

Portfel investisiyaları

1

Daşınmanın əsas məqsədi

Xarici firma üzərində nəzarət

Yüksək gəlir əldə etmək

2

Məqsədə çatma yolları

Xaricdə istehsalın təşkili və idarə edilməsi

Xarici qiymətli kağızların əldə edilməsi

3

Məqsədə çatma üsulları

a) xarici firmanı tam əldə etmək;

b) səhmlərin nəzarət paketini əldə etmək (şirkətin səhm kapitalının 10%-dən az olmamaqla)



Xarici firmanın səhmdar kapitalının 10%-dən (Almaniya və B.Britaniya-da 20%) az olmayan payının əldə edilməsi.

4

Gəlirin formaları.

Sahibkarlıq mənfəəti, dvidendlər

Dvidendlər, faizlər.

Kapitalın daşınmasının sahibkarlıq formasını, onun istehsal prosesləri ilə bilavasitə əlaqələrinə görə “ikinci iqtisadiyyat” adlandırırlar.

Borc kapitalının (ssuda) hərəkəti bu cür bilavasitə əlaqəyə malik deyildir və və qəbul edən ölkədə təkrar istahsal prosesinə yalnız dolayı yolla təsir göstərir. Borc formasında kapitalın hərəkəti dedikdə, BXİ və Pİ istisna olmaqla kapitalın bütün beynəlxalq yerdəyişmələri nəzərdə tutulur:

-ticarət kreditləri;

-dövlət və xüsusi borclar;

-borclar üzrə ödəmələr;

-banklar arası depozitlər;

-inkişafa rəsmi köməklər və s.


6.2. Birbaşa xarici investisiyaların nəzəri izahlarının nəzərdən keçirilməsi göstərir ki, XX əsrdə şirkətlərin investisiya fəallığınin yozulmasında əsasən iki nəzəri yanaşmadan istifadə edilmişdir:

1) Eyni bazarda TMK-a rəqabət üstünlüyünü təmin edən BXİ niyə həyata keçirilir sualına cavab verən xarakteristikaları müəyyən edən, sənayenin təşkili nəzəriyyəsi mövqeyindən yanaşma;

2) Kapitalın beynəlxalq axınlarının coğrafi istiqamətlərinin izah edilməsi üçün yerləşdirmə nəzəriyyəsi mövqeyindən yanaşma. (Cədvəl 6.3)

Cədvəl 6.3.

BXİ-ın əsas nəzəri izahları



Müəllif

BXİ- ın əsas stimulları

Nəzəri nəticələr



Müasir tətbiq Sahələri

Makroiqtisadi yanaşma

1

T.Ozava

Yaponiya iqtisadiyyatının xüsusiyyətləri:

Xarici bazarlardan güclü asılılıq, milli istehsal amillərinə qiymətlərin yüksəlməsi, ölkə məhsulları əleyhinə güclənən proteksionizm və s.



BXİ qeyd edilən amillərin mənfi təsirini azaltmağa imkan verir

Yapon BXİ-ın xüsusiyyətləri

2

A.Şmits

P.Helmberqer



BXİ əsasında vertikal inteqrasiya edilmiş istehsal quruluşlarının və kapital ixracçısı olan ölkəyə yeni xammal-ticarət axınlarının formalaşdırılması imkanları

BXİ vertikal və horizontal inteqrasiya prosesləri sayəsində ticarət həcmini yüksəldir

Hasilat sahələrinə BXİ

və başqaları...

Mikroiqtisadi yanaşma

3

Q.Horst

Mənfəət və ixracın maksimumlaşdırılması

Bu iki məqsədin həyata keçirilməsi eyni strategiyanın – BXİ-ın həyata keçirilməsini nəzərdə tutur

Tələbata görə qiymət elastikliyi nəzərə alınan zaman

4

C.Danniq

Firma üç şərtin mövcud olduğu halda BXİ həyata keçirir:

  1. aktivlərə mülkiyyətlə bağlı üstünlüklərə malikdir;

  2. aktivlərdən özünün istifadə etməsi daha sərfəlidir;

  3. qeyd edilənlərin hər ikisi mövcud olduqda firmanın xaricdə hər hansı istehsal amili ilə birlikdə üstünlüklərindən istifadə etməsi sərfəlidir

Yalnız birinci üstünlüyə malik olan firma patent və lisenziyalar satır, birinci və ikinci yaxud hər üç üstünlüyə malik olan firma BXİ-ı həyata keçirir

Qeyd edilən şərtlərə malik firmaların BXİ

5

S.Haymer

Pİ üçün –faiz stavkaları;

Bİ üçün - məhsulların differensiallaşdırılması, miqyasda qənaət, ticarət markası və s. şəklində investisiya qoyan firmanın spesifik üstünlükləri



Bİ və beynəlxalq ticarət – yerli firmalar tərəfindən rəqabətə qarşı investorlara maneələr yaratmağa imkan verən, iki bir-birini tamamlayan strategiya

Firmaların Pİ; differensiallaş-

dırılmış və vertikal inteqrasiya olunmuş istehsalla firmaların BXİ.



Və başqaları...

Ümumiyyətlə isə birbaşa investisiyaların xaricdə yerləşdirilməsinin başlıca motivləri satış bazarının genişləndirilməsi, ücüz təbii resurslar və mülkiyyət əldə etməkdir.



Birbaşa xarici investisiyalaşdırmanın əsas səbəbləri aşağıdakılardır:

a) bazarın genişləndirilməsi üçün:

-milli istehsal güclərinin olmaması;

-məhsulların ixracını əlverişsiz edən yükdaşımaların bahalığı;

-idxal edən ölkədə ticarətə qoyulan məhdudiyyətlər;

-“miqyas effektindən” istifadə etmək istəyi;

-“müştərilərin dalınca getmək” (məs., şin istehsalçıları avtomobil istehsalçılarının dalınca gedirlər);

-öz ölkələrinin məhsullarına üstünlük verən xarici ölkə alıcılarını əldə etmək ;

-müqayisəli məsrəflər arasındakı fərqlər və s.



b) ücüz istehsal amilləri mənbələri üçün:

-məsrəflərin azaldılması üçün istehsalın ölkələrarası səmərələşdirilməsi;

-qəbul edən ölkədə xarici investisiyaların dövlət tərəfindən həvəsləndirilməsi;

-özünü strateji resurslarla təmin etmək istəyi.



c) xaricdə mülkiyyət əldə edilməsi və ya yeni tikinti üçün:

-ayrı-ayrı resursların xaricdəki müəssisəyə ötürülməsinin çətinliyi;

-risklərin, məsrəflərin azalması;

-məşhur firmanın reputasiyası və ya ticarət markasına mülkiyyətin əldə edilməsi imkanı və s.

BXİ-ma çox vaxt yuxarıda adları çəkilən səbəblərdən biri ilə deyil, bir neçəsi ilə izah edilir.

Dünya təcrübəsi göstərir ki, beynəlxalq iqtisadi tərəfdaşlığın digər formalarına nisbətən qəbul edən ölkə üçün BXİ bir sıra üstünlüklərə malikdir:



Birincisi, o, əmtəə və xidmətlər istehsalı üçün kapital qoyuluşunun mənbəyi kimi çıxış edir, texniki kömək, nou-hau, qabaqcıl idarəetmə və marketinq üsullarının transfertini təmin edirlər.

İkincisi, xarici injvestisiyalar xarici borclar və kreditlərdən fərqli olaraq, ölkənin xarici borcuna əlavə yük olmur.

Üçüncüsü, BXİ artan xarici kontaktlar, müxtəlif cür istehsal və elmi-texniki əməkdaşlıq sayəsində milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha səmərəli inteqrasiya olunmasına kömək edir.

Hər-hansı bir ölkəyə kapital ixracında investorun iştirak fəallığı, kapitalı idxal edən ölkədəki investisiya mühitindən asılıdır.



İnvestisiya mühiti xarici kapital qoyuluşlarının risk dərəcələrini və onların ölkədə səmərəli istifadə imkanlarını müəyyən edən iqtisadi, siyasi, hüquqi və sosial amillərin cəmini əks etdirir. İnvestisiya mühiti kompleks anlayışdır və bir sıra parametrləri birləşdirir. Bu parametrlərə: milli qanunvericilik, iqtisadi şərait, gömrük rejimi, valyuta siyasəti, iqtisadi artım sürəti, infilyasiyanın sürəti, valyuta kursunun sabitliyi, xarici borcların səviyyəsi, vergilərin səviyyəsi və s. daxildir.

XX əsrin 60-cı illərindən sahibkarlıq kapitalının miqrasiyasının əhəmiyyətli ölçüdə olması xarici investisiyaların dünya bazarını yaratmışdır. UNCTAD – ın TMK və investisiyalar üzrə şöbəsinin hesabatına görə 2003-cü ilin əvvəllərinə dünyada yığılan xarici investisiyaların ümumi həcmi 7.1 trln.dollara çatmışdı.

Kapitalın beynəlxalq miqrasiyası prosesi çox dinamikdir və müasir zamanda bir sıra özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Sahibkarlıq formasında kapital miqrasiyasının müasir meyllərinə aşağıdakıları aid etmək olar:


  1. Dünyada kapitalın aparıcı ixracçıları və idxalçıları inkişaf etmiş sənaye ölkələridir;




  1. Sahibkarlıq formasında kapital miqrasiyası inkişaf etmiş sənaye ölkələri arasında, xüsusilə “üçlük” ölkələri (ABŞ, Qərbi Avropa, Yaponiya) və Qərbi Avropa ölkələri arasında daha çoxdur;

  2. İnkişaf etməkdə olan ölkələr və postsovet ölkələrinin kapital ixracında payı azalmış, idxalda isə artmışdır;

  3. İnkişaf etməkdə olan ölkələr arasında xarici investisiyaların həcmi artır;

  4. Xarici investisiyaların sahə quruluşunda dəyişikliklər müşahidə olunur: inkişaf etmiş sənaye ölkələrində investisiya qoyuluşunun əsas sferaları maliyyə-bank sektoru, xidmət sahələri (əsasən informasiya), farmokologiya, biotexnologiya, elektron sənayesi, elm və texnika tutumlu maşınqayırma sənayesidir; inkişaf etməkdə olan dünyada isə əvvəlki kimi BXİ üçün neft və qaz hasilatı, maşınqayırmanın ayrı-ayrı sahələri və aqrosənaye sahələi daha cazibədardır.

  5. Birləşmə və udma xaricdə birbaşa investisiyaların tətbiqinin əsas formalarına çevrilirlər. Buna misal olaraq 1999-cu ildə Fransanın “Reno” kompaniyasının Yaponiyanın “Nissan”, 2000-ci ildə ABŞ-nin “Daymler Kraysler” kompaniyasının yapon firması “Mitsubisi”-nin 33%-ni əldə etməsini göstərmək olar.

  6. Dunya xarici investisiya bazarlarının əsas subyektləri kimi TMK-ın rolu artır. Beynəlxalq investisiya fəaliyyətinin ən parlaq nümayəndələri “Royal Datç Şell”, “Ford”, “Ekson” –nun xarici aktivləri 70 mlrd.dollara çatır.

  7. Xarici investisiyalaşdırmanın beynəlxalq tənzimlənməsi sistemi yaradılır. Hələ 1976 –cı ildə İqtisadi əməkdaşlıq və İnkişaf təşkilatına üzv-ölkələr “Beynəlxalq kapital qoyuluşları və çoxmillətli müəssisələr haqqında deklarasiya” qəbul etdilər. Bu deklarasiyaya uyğun olaraq xarici investorlara “anoloji hallarda yerli müəssisələrə yaradılan rejimdən əlverişsiz rejim yaradıla bilməz”. 1988 –ci ildə İnvestisiya təminatı üzrə Beynəlxalq Aqentlik (İTBA) yaradılmışdır. 1992-ci ildə Ümumdünya Bankı “Birbaşa xarici investisiyalar üçün rejim üzrə Təkliflər” işləyib hazırladı. Bu sənədə görə azad rəqabət şərti ilə eyni şəraitdə investorlar üçün eyni rejim, əlverişli investisiya şəraitinin başlıca şərtidir. 1994-cü ildə Sakit Okean əməkdaşlıq Təşkilatının üzləri tərəfindən “ BXİ üzrə Könüllü Kodeks” qəbul edilmişdir.

6.3. Borc kapitalının ixracının yüksək artım sürəti və beynəlxalq səviyyədə əhəmiyyətli həcmdə təkrar olunan əməliyyatlar XX əsrin 70-ci illərnin əvvəllərinə dünya borc kapitalı bazarının yaranmasına gətirib çıxardı.


1   ...   4   5   6   7   8   9   10   11   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə