Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə7/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Azərbaycanın əmtəə dövriyyəsinin həcminə görə əsas ticarət tərəfdaşları İtaliya (25,5%), Rusiya (13,1%), Türkiyə (6,6%), İsrail (6,1%), Birləşmiş Krallıq (3,9%), Almaniya 3,5%), Fransa (3,5%), İran (3,3%), Türkmənistan (3,3%) və digərləridir (Cədvəl 3.8). Lakin idxal və ixracın quruluşunda ölkələrin ranqları dəyişir. Belə ki, İtaliyaya ixrac 44,7% təşkil edir və ixrac üzrə olkəmizin ən yüksək xüsusi çəkiyə malik olan ticarət tərəfdaşıdır. İtaliyadan idxal isə ümumi idxal həcminin 2,4%-i təşkil edir və ticarət balansı müsbət kəmiyyətə malikdir. Rusiya ilə ticarət balansı mənfi kəmiyyətə malikdir. Ümumi idxal həcmində bu ölkənin xüsusi çəkisi 22,4% -dir və idxal ölkələri arasında birinci yeri tutur, onun ümumi ixrac həcmində payı isə cəmi 5,4%-dir və ticarət balansı mənfi kəmiyyətə malikdir.Ümumiyyətlə ixrac üzrə Azərbaycanın ən iri ticarət tərəfdaşları İtaliyadan sonra İsrail (10,7%), Türkiyə (6,1%), Fransa (5,5%) və digərləridir. İdxal üzrə ən iri tərəfdaşlar isə Rusiyadan sonra Birləşmiş Krallıq (8,6%), Almaniya (7,7%), Türkiyə (7,3%), Türkmənistan (7,0%) və başqalarıdır.

Cədvəl 4.8



2006-cı ildə Azərbaycanın əsas ticarət tərəfdaşları
(min ABŞ dolları)


Ölkələr

Əmtəə dövriyyəsi

%

Idxal

%

Ixrac

%

Ticarət balansı

Ölkələr üzrə

11639796,5

100,0

5267639,5

100,0

6372157,0

100,0

1104517,5

İtaliya

2970011,1

25,5

124602,9

2,4

2845408,2

44,7

2720805,3

Rusiya

1525843,5

13,1

1181584,1

22,4

344259,4

5,4

-837324,7

Türkiyə

773185,0

6,6

385040,2

7,3

388144,8

6,1

3104,6

İsrail

711008,6

6,1

26179,7

0,5

684828,9

10,7

658649,2

Birləşmiş Krallıq

459361,0

3,9

453764,6

8,6

5596,4

0,1

-448168,2

Almaniya

412843,2

3,5

403838,5

7,7

9004,7

0,1

-394833,8

Fransa

403340,8

3,5

55837,4

1,1

347503,4

5,5

291666,0

İran

381819,0

3,3

85917,4

1,6

295901,6

4,6

209984,2

Türkmənistan

378532,1

3,3

369007,2

7,0

9524,9

0,1

-359482,3

Ukrayna

355915,9

3,1

317512,3

6,0

38403,6

0,6

-279108,7

Gürcüstan

334477,3

2,9

49201,8

0,9

285275,5

4,5

236073,7

Birləşmiş Ştatlar

289842,4

2,5

197949,0

3,8

91893,4

1,4

-106055,6

Qazaxıstan

232908,0

2,0

127252,0

2,4

105656,0

1,7

-21596,0

Çin

228875,6

2,0

222493,1

4,2

6382,5

0,1

-216110,6

Yaponiya

188338,4

1,6

188293,7

3,6

44,7

0,0

-188249,0

Yunanıstan

187351,9

1,6

5368,9

0,1

181983,0

2,9

176614,1

Finlandiya

167732,0

1,4

167732,0

3,2

 

0,0

-167732,0

Tacikistan

131186,7

1,1

289,4

0,0

130897,3

2,1

130607,9

Rumıniya

119380,3

1,0

39258,1

0,7

80122,2

1,3

40864,1

Koreya Respublikası

115286,2

1,0

46932,6

0,9

68353,6

1,1

21421,0

Niderland

105579,6

0,9

90938,1

1,7

14641,5

0,2

-76296,6

Braziliya

85317,4

0,7

85288,0

1,6

29,4

0,0

-85258,6

İsveç

84445,3

0,7

84367,2

1,6

78,1

0,0

-84289,1

İspaniya

69019,9

0,6

16182,1

0,3

52837,8

0,8

36655,7

Hindistan

58455,4

0,5

57447,6

1,1

1007,8

0,0

-56439,8

Digər ölkələr

869739,9

7,5

485361,6

9,2

384378,3

6,0

-100983,3


Məşğələ üçün suallar.


1.Xarici ticarətin milli iqtisadiyyatın inkişafında rolu nələrdən ibarətdir?

2.Beynəlxalq ticarətin motivləşdirilməsinin nəzəri konsepsiyalarının ümumi və fərqli cəhətləri hansılardır?

3.Beynəlxalq ticarətin tərifini və onu ölçən göstəriciləri izah edin.

4.Əmtələrin mənşəyi və təyinatından asılı olaraq ixrac və idxal klassifikasiyasını verin.

5.Beynəlxalq əmtəə ticarətinin müasir meyllərini sayın. Onun sahə və coğrafi quruluşunu izah edin.

6.İnkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr və keçid iqtisadiyyatlı ölkələrin dünya əmtəə dövriyyəsində yerini xarakterizə edin.

7.Beynəlxalq xidmət ticarəti beynəlxalq əmtəə ticarətindən nə ilə fərqlənir və onun hansı formaları var?

8. “Alınıb –satılan xidmətlərin” əsas növlərini sayın və dynya xidmət bazarının əsas seqmentlərinin inkişaf dinamikasını səciyyələndirin.

9.Dünya qiymətlərinin hansı əlamətləri var?

10.Dünya təcürbəsində mövcud olan xarici ticarət siyasətlərini səciyyələndirin.

11.Əmtələrinxarici ticarətinin tarif və qeyri-tarif tənzimləməsinin əsas alətlərini səciyyələndirin.

12. Beynəlxalq xidmət ticarətinin müxtəlif formalarının dövlət tənzimləmə tədbirlərinin məzmununu açıqlayın.

Mövzu 5.BEYNƏLXALQ ELMİ-TEXNİKİ VƏ İSTEHSAL ƏMƏKDAŞLIĞI.
5.1. Texnologoyaların beynəlxalq tədavülü.

5.2. Dünya texnologiya bazarı: quruluşu və xüsusiyyətləri.

5.3. Elmi-texniki biliklərin beynəlxalq səviyyədə ötürülməsinin əsas formaları.

5.4. Beynəlxalq istehsal-texniki əməkdaşlığın formaları.


5.1. Bu gün dünyanın heç bir ölkəsi elm və texnika sahələrinin hamısında və ya bir çoxunda özünə qabaqcıl mövqe təmin edə bilməz. Bu nəinki mümkün deyil, həm də iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Bu şəraitdə beynəlxalq elmi-texniki və istehsal əməkdaşlığının inkişafı ən sərfəli yoldur.

Texnologiyaların beynəlxalq ötürülməsi – xarici elmi-texniki nəaliyyətlərdən istifadə sahəsində müxtəlif ölkələrin firmaları arasında iqtisadi münasibətlərin cəmidir.

Texnologiyaların ötürülməsi Məccələsini hazırlayan UNKTAD ekspertlərinin təyininə görə, texnologiyaların beynəlxalq tədavülünə “sənaye mülkiyyətinə öz hüquqlarını vermək və ya lisenziya ilə vermək, satmaq, yaxud texniki xidmətlərin ötürülməsinin digər növünü bir məqsəd kimi nəzərdə tutan, hüquqi formalarından asılı olmayaraq tərəflər arasında razılaşmalar” əsasında sövdələşmələr aiddir. Texnologiyaların beynəlxalq tədavülü XX əsrin əvvəllərindən məlumdur, lakin dünya texnologiya bazarının formalaşması həmin əsrin 50-60-cı illərindən başlamışdır.

Beynəlxalq elmi-texniki və istehsal əməkdaşlığına şərait yaradan səbəblərə iki səviyyədə baxıla bilər:

-ölkələr səviyyəsində;

-lokal ( firma, müəssisə və təşkilatlar) səviyyədə.

Ölkə səviyyəsində beynəlxalq elmi-texniki tədavülün meydana çıxma səbəbləri müxtəlif ölkələrin firmalarında innovasiya prosesinin obyektiv differensiallaşması, milli iqtisadiyyatların texnoloji səviyyələrinin müxtəlifliyi, və nəticədə dünya texnologiya bazarında ayrı-ayrı dövlətlərin müxtəlif mövqelərdə olmaları ilə izah edilir. Ölkələr arası müxtəliflik həm kəmiyyət, həm də keyfiyyət müxtəlifliyi daşıyır. Kəmiyyət müxtəlifliyi elmi-texniki inkişaf və texnologiyalar idxalına ayrılan vəsaitin həcminə aiddir. (Cədvəl 5.1.)

Cədvəl 5.1.

İnkişaf etmiş ölkələrdə elmin maliyyə təminatı

(ETTKİ – nə xərclərin ÜDM-un tərkibində payı %)



Ölkələr

1985

1990

1995

2000

2015(proqnoz)

ABŞ

2.8

2.7

2.6

2.8

3.0

Yaponiya

2.6

2.9

2.7

2.9

3.0

Almaniya

2.7

2.8

2.5

2.7

2.9

Fransa

2.3

2.4

2.4

2.4

2.6

В.Britaniya

2.3

2.2

2.2

2.3

2.5

İtaliya

1.1

1.3

1.3

1.7

2.3




Kanada

1.4

1.5

1.5

1.6

1.9

Keyfiyyət dəyişiklikləri tədqiqatların, elmi işlərin, ixrac və idxalın istiqamətlərinin elmi-texniki məhsullara yönləndirilməsinə aiddir.

Ölkədə formalaşmış elmi-texniki potensial (əmtəə və texnoloji xarakteistika ilə ifadə olunan) və texnologiyaların beynəlxalq səviyyədə ötürülməsi imkanları öz xüsusi ETTKİ-nin, yeniliklərin və başqalarından əldə edilən elmi-texniki nəticələrin optimal uyğunlaşdırılmasının nəzərə alınmasını tələb edir. Verilən ölkəninin (firmanın) ixtisaslaşma sferasına daxil olmayan elm və texnika sahələrində texniki səviyyənin yüksəldilməsi xarici texnologiyaların hesabına əldə edilir.

Elmtutumlu məhsulların istehsalında və ixracında yeniliklərə nail olmuş ölkələrin təhlili innovasiya yönümlü inkişaf strategiyasının bir neçə növünü ayırmağa imkan verir.

Köçürmə” (перенос-rus.) strategiyası xarici elmi-texniki potensialdan istifadə etməyi və yenilikləri öz iqtisadiyyatında tətbiq etməyi ( öz iqtisadiyyatına köçürməsini ) ifadə edir. Bu cür innovasiya yönümlü inkişaf strategiyası II Dünya müharibəsindən sonra Yaponiyada tətbiq edilmişdir. Bu ölkə o zamanlar ABŞ, İngiltərə, Fransa və Rusiyadan xaricdə böyük təlabat olan yeni məhsulların istehsalını mənimsəmək üçün yüksək səmərəli texnologiyalar almış, və bunun əsasında sonralar bütün innovasiya tsiklini (əsaslı tədqiqatlar və kəşflərdən tutmuş, onların nəticələrinin həm ölkə daxilində, həm də dünya bazarında satışına qədər) təmin edən, özünün xüsusi potensialını yaratmışdır. Nəticədə yapon texnologiyalarının ixracı onların idxalını aşmışdır və ölkə qabaqcıl əsaslı elmlərə malikdir.

Götürmə” strategiyası (заимствования-rus.) ucuz işçi qüvvəsinə malik olan ölkələr öz xüsusi elmi-texniki potensialından istifadə edərək, əvvəllər inkişaf etmiş ölkələrdə istehsal olunan məhsulun istehsalını mənimsəyirlər və bununla yanaşı ardıcıl olaraq istehsalın mühəndis-texniki təminatını gücləndirirlər. Bu ölkələr sonralar mülkiyyətin dövlət və bazar formalarından da istifadə edərək, özlərinin elmi-tədqiqat və təcrübi-konstruktor işlərini həyata keçirmək imkanı əldə edirlər. Bu strategiya Çin-də və bir sıra Cənubi-Şərqi Asiya ölkələrində qəbul edilmişdi. Bu strategiyaya misal olaraq Cənubi Koreyada rəqabətə davamlı avtomobil sənayesi, yüksək səmərəli hesablama texnikası vasitələri, məişət elektronikası istehsallarının yaradılmasını göstərmək olar.

Daha da gücləndirmə” (наращивания-rus.) strategiyasından adətən ABŞ, Almaniya, İngiltərə və Fransa istifadə edirlər. Bu strategiyanın mahiyyəti ondadır ki, öz elmi-texniki potensialından istifadə, xarici alimlərin və ixtisasçıların cəlb edilməsi, ölkənin əsaslı və tətbiqi elmlərinin inteqrasiyası daima istehsalda və sosial sferada reallaşdırılan yeni məhsul növləri, yeni texnologiyalar yaratmağa imkan verir.

Müəssisə və təşkilatlar səviyyəsində lokal beynəlxalq elmi-texniki tədavülün meydana çıxmasına şərait yaradan səbəblərə aşağıdakılar daxildirlər:

-konkret elmi-texniki problemlərin həlli üçün zəruri olan, resurs imkanlarının artırılması;

-ayrı-ayrı müəssisələrin, institutların, laboratoriyaların maddi-texniki bazalarının darlığı;

- mövcud istehsal sistemlərinin yeni texniki həllərin istifadəsinə hazır olmaması;

-alınmış elmi-texniki nəticələrin müəssisənin inkişaf strategiyasına uyğun olmaması;

-texnologiyaların beynəlxalq səviyyədə ötürülməsi prosesində iştirak nəticəsində meydana çıxacaq yeni strateji imkanlar.

Texnologiyaların ixracı və idxalının özünəməxsus iqtisadi məqsədəuyğunluqları vardır.

Texnologiyaların ixracının iqtisadi məqsədəuyğunluğuna aşağıda göstərilən amilləri aid etmək olar:


  1. Gəlirin artırılması vasitəsi. Əgər yeni texnologiyanın bu və ya digər məhsulun istehsalı və satışı formasında reallaşdırılması üçün şərait yoxdursa, onda bu texnologiyanın özünü müstəqil məhsul kimi satmaq daha məqsədəuyğundur. Bu sonrakı ETTKİ, yeni istehsal güclərinin mənimsənilməsi, daxili və xarici bazarlarda marketinq tədqiqatlarının aparılması üçün maliyyə imkanlarını artırar.

  2. Əmtəə bazarı uğrunda mübarizə forması. İlk əvvəllər kapitalın azlığı üzündən kifayət qədər məhsul istehsal etmək və onun xarici bazarlarda satışını təşkil etmək çox çətindir. Bununla yanaşı lisenziya ilə buraxılan məhsullar xarici bazarlardakı alıcılara tanışdır.

  3. Maddi formada əmtəənin ixracı problemlərinin aradan qaldırılması. Məhsulun nəqli və satışı problemləri, gömrük maneələri aradan qalxır.

  4. Əmtəə ixracının genişləndirilməsi üsulu. Buna avadanlıq, material, kompanentlərin göndərilməsini nəzərdə tutan kompleks lisenziya müqaviləsi bağlayaraq nail olmaq olar.

  5. Xarici firma üzərində nəzarəti ələ keçirmək üsulu. Buna lisenziya müqaviləsinə məhsul buraxılışı həcminin razılaşdırılması, gəlirlərdə payın olması (royalti), istehsalın texniki şəraiti üzərində nəzarət hüququnun olması, lisenziya qarşılığında lisenziya alanın qiymətli kağızlarını, səhmlərinin əldə edilməsi kimi şərtlərin daxil edilməsi ilə nail olmaq olar.

Texnologiyaların idxalının iqtisadi məqsədəuyğunluğunu aşağıda sadalananlarla izah etmək olar:

  1. Yüksək texniki səviyyənin yeniliklərini əldə etmək imkanı;

  2. ETTKİ-nə məsrəflərə o cümlədən vaxta qənaət vasitəsi;

  3. Əmtəə idxalına məsrəflərin azaldılması üsulu, eyni zamanda milli kapitalın və işçi qüvvəsinin cəlb edilməsi vasitəsi;

  4. Xarici texnologiyalar əsasında buraxılan məhsulun ixracının genişləndirilməsi şərtləri.

5.2. Bir tərəfdən elmi-texniki tərəqqinin eynicinsli olmaması, elm və texnikanın müxtəlif formalarının mövcudluğu, digər tərəfdən texnologiyaların ötürülməsi kanallarının müxtəlifliyi dünya texnologiyalar bazarının eynicinsli olmamasını şərtləndirmiş və onun aşağıdakı seqmentlərinin formalaşmasına gətirib çıxarmışdır:



-patentlər və lisenziyalar bazarı;

-elmtutumlu texnoloji məhsullar bazarı;

-yüksək texnoloji kapital bazarı;

-elmi-texniki ixtisasçılar bazarı.

Dünya texnologiyalar bazarı bir sıra xüsusiyyətlərə malikdir:

1) Son onilliklər ərzində ən intensiv inkişaf edən dünya bazarlarından biridir, çünki öz dinamika parametrlərinə görə texnologiya tədavülü, həm əmtəələrin, həm də pul kapitalının ənənəvi dünya təsərrüfat axınlarından yüksəkdir.

2) Dünya texnologiyalar bazarı eyni milli bazarlardan daha yaxşı inkişaf etmişdir.

3) Dünya texnologiyalar bazarı iki səviyyəli quruluşa malikdir:

-yüksək texnologiyalar əsasən inkişaf etmiş sənaye ölkələri arasında dövr edirlər;

-orta və aşağı səviyyəli texnologiyalar inkişaf etməkdə olan ölkələrin bazarları üçün yeni ola bilərlər, bu ölkələr arasında texnologiya tədavülünün predmeti ola bilərlər.

4) Yüksək texnologiyaların dünya bazarı bu sahədə resursların azsaylı inkişaf etmiş ölkələrdə yüksək səviyyədə cəmlənməsi ilə xarakterizə olunur: bazarın 40%-i ABŞ-yə, 30%-i Yaponiyaya, 13%-i Almaniyaya, 0,3%-i Rusiyaya aiddir.

5) Dünya texnologiyalar bazarında əsas rəqiblər ABŞ və Yaponiyadır.

6) Dünya texnologiyalar bazarının inhisarçılıq səviyyəsi dünya əmtəə bazarına nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir, belə ki, XX əsrin 90-cı illərində TMK dünya sənaye istehsalının 1/3, xarici ticarətin ½-nə nəzarət etdikləri halda texnologiyalar sahəsində inhisar kapitalının səviyyəsi 80%-ə çatırdı.

7) Dünya texnologiyalar bazarı öz fəaliyyətində spesifik normativ-hüquqi bazaya malikdir. Bunların sırasına Texnologiyaların ötürülməsi sahəsində Beynəlxalq Davranış Məcəlləsi (Cenevrə, UNCTAD, 1979 il) və beynəlxalq tənzimləmə orqanları (təşkilatları): Texnologiyaların ötürülməsi üzrə UNCTAD Komitəsi, Təhlükəsizlik və texnologiyalar üzrə ixtisasçıların İclası aiddirlər.
5.3. Texnologiyaların ötürülməsinin aşağıdakı əsas yolları fərqləndirilir:

1   2   3   4   5   6   7   8   9   10   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə