Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə6/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

Liberallaşma problemlərinə hazırda əsasən inkişaf etmiş ölkələrin qarşılıqlı tədavül məsələlərini asanlaşdırmaq və onların inkişaf etməkdə olan ölkələrin əmtəə bazarlarında mövqelərini genişləndirmək nöqteyi nəzərindən baxılır. Hazırda bir sıra ölkələrin ticari-siyasi praktikası və beynəlxalq təşkilatların fəaliyyətləri nəticəsində “liberallaşdırma” anlayışı məhz bu cür yözula bilər.

İkinci dünya müharibəsindən sonra beynəlxalq iqtisadi münasibətlərin quruluşunun formalaşması güclər balansının ABŞ-nin xeyrinə kəskin dəyişməsi fonunda baş verirdi və bu da xarici ticarətin libarallaşmasına yardım edirdi. Lakin Qərbi Avropa və Yaponiya “güc mərkəzləri” möhkəmləndikcə və ABŞ-nın xarici-iqtisadi mövqeləri uyğun olaraq zəiflədikcə, beynəlxalq iqtisadi tədavülün liberallaşdırılmasında maraqlar BƏB-nün genişləndirilməsinə ümumi tələblərlə müəyyənləşdirilməyə başladı.

Liberallaşma meylləri istehsalın beynəlmiləlləşdirilməsi şəraitində dünya təsərrüfat əlaqələrinin genişləndirilməsi məsələlərinin həlli ilə müəyyənləşir.

Reallıqda nə azad ticarət, nə də himayəçilik xalis şəkildə həyata keçirilmir. Dünya ticarətində yuxarıda adları çəkilən meyllərin qarşılıqlı fəaliyyətini nəzərdə tutan xarici ticarətin qarışıq formaları üstünlük təşkil edirlər. Bu iki meyldən hər hansı biri regional və dünya ticarətinin müəyyən inkişaf dövrlərində üstünlük təşkil edir.

Liberallaşma siyasəti son dövrlərdə ümumi səviyyəsi xeyli aşağı düşən gömrük rüsumları sayəsində böyük müvəffəqiyyət qazanmışdır. Beynəlxalq səylərin bü sahəyə cəmləşməsi aşağıdakı səbəblərlə izah edilir:

Birincisi, tarixən gömrük rüsumları xarici ticarətdə dövlətin tənzimləyici funksiyasını ifadə edirlər, onların səviyyəsi ticari-siyasi rejimin əsas meyarı hesab edilir.

İkincisi , rüsumlar digər xarici-ticarət maneələrinin fonunda daha çox nəzərə çarpır.

Üçüncüsü, gömrük tarifləri bütün ölkələrin ticarət siyasətlərinin əsas ümumi elementidir, bu da qarşılıqlı azaltma haqqında razılaşmaları asanlaşdırır.

4.6. Xarici ticarət siyasətinin konkret məqsədlərindən asılı olaraq dövlət müxtəlif alətlərdən istifadə edir. Ümumilikdə xarici ticarətdə istifadə olunan alətlər iki əsas qrupa bölünürlər:



1) tarif məhdudiyyətləri (gömrük rüsumları);

2) qeyri – tarif məhdudiyyətləri.

Gömrük tarifi – ölkənin gömrük sərhəddini keçən əmtəələrə tətbiq edilən gömrük rüsumları stavkalarıdır. Gömrük tarifi bir neçə funksiyanı yerinə yetirir:

-milli istehsalçıları xarici rəqabətdən müdafiə edir;

-dövlət büdcəsinə vəsait daxil olma mənbəidir;

-milli məhsulların xarici bazarlara daxil olmasını yaxşılaşdıran vasitə kimi çıxış edir.



Gömrük rüsumu – məhsulların dövlət gömrük sərhəddini keçərkən onların idxalına və ya ixracına verilən vergidir.

Gömrük tariflərinin klassifikasiyası zamanı müxtəlif meyarlardan istifadə olunur:

1) Əmtəələrin hərəkət istiqamətlərinə görə rüsumlar bölünürlər:

*idxal;


*ixrac ;

2) Rüsumların müəyyən edilməsi üsullarına görə bölünürlər:

*advolar - əmtənin dəyərindən faiz şəklində tutulur;

*xüsusi (spesifik) - əmtənin çəkisindən, həcmindən, gücündən pul stavkası şəklində tutulur;

*qarışıq – advalor və xüsusi rüsumların müxtəlif kombinasiyasını əks etdirir.

3) Tətbiq edilmə məqsədlərinə görə gömrük rüsumları bölünürlər:

*preferensial (azaldılmış) rüsumlar - hər hansı bir əmtəə və ya hər hansı bir ölkə ilə əlverişli ticarət şəraiti yaratmaq üçün tətbiq edilir;

*diskriminasiya (artırılmış) rüsumları – tərəfdaşın müəyyən hərəkətlərinə qarşı cavab kimi tətbiq edilir;

*kompensasiya rüsumları – digər ölkələrdə ixracın subsidiyalaşdırılmasına cavab olaraq və ticarət şərtlərini bərabərləşdirmək üçün tətbiq edilir;

*antidempinq rüsumları – qiymətlərin normal sayılan səviyyəyə bərabərləşdirmək üçün tətbiq edilir.



Dempinq – digər ölkə bazarında məhsulları bu ölkə üçün “normal” olan qiymətlərdən daha ucuz satmaqdır. İxracçılar dempinqdən bazarda yerləşmək, satış həcmini genişləndirmək, potensial rəqibləri sıxışdırmaq (ədlətsiz rəqabət də adlandırmaq olar) məqsədilə istifadə edirlər. Bir şox ölkələrdə dempinqlə mübarizə üçün antidempinq qanunvericiliyi işlənib hazırlanmışdır. Qanunvericilik adətən ölkə ərazisində ticarətə ziyan vurduğu, onun milli ticarətini yavaşlatdığı zaman tətbiq olunur. Əksər milli antidempinq qanunvericiliyində, bu və digər istehsal sahəsi üçün itkilər və ya təhlükələr yaratdığı haqqında sübutlar, və ya dempinqi ədalətsiz rəqbət kimi tanımaq üçün rəqabət qaydalarını pozan faktlar göstərilməsi tələb edilir. Sübutların göstərilməsində ən mürəkkəb an bir qayda olaraq, qiymətlərin “normal” səviyyəsinin müəyyən edilməsidir. Dempinq tətbiq edilən ölkədə, ölkə iqtisadiyyatına real və ya potensial itkilər gətirən dempinq faktı qəbul edildikdən sonra bu ölkənin qanunvericilik orqanları antidempinq tədqiqatı aparırlar. Tədqiqatların nəticəsi olaraq dempinq hallarının aradan qaldırılması üçün əsas tədbir müvəqqəti və ya daimi, adətən dempinq və “normal” qiymətlər arasında fərqi aşmayan antidempinq rüsümlarının müəyyən edilməsidir.

4) İqtisadi məqsədlər və nəticələrdən asılı olaraq gömrük rüsumları bölünürlər:

*fiskal – dövlət büdcəsinə pul axınını artırmaq üçün;

*himayəçi- milli istehsalı daha rəqabətədavamlı xarici məhsuldan müdafiə etmək üçün.



Qeyri-tarif tənzimləməsi tədbirlərinə aşağıdakıları daxil etmək olar:

-kvotalaşdırma;

-lisenziyalaşdırma;

-embarqo;

-valyuta nəzarəti;

-idxal-ixrac əməliyyatlarına vergi;

-subsidiyalar;

-inzibati maneələr.

Kvotalar – hökumət tərəfindən birtərəfli qaydada və ya danışıqlar və razılaşmalar nəticəsində, bu və ya digər məhsulun ixracına ( və ya idxalına) dəyər və ya fiziki ifadədə kəmiyyət məhdudiyyətləridir. Müəyyən edilmiş kvotalar çərçivəsində əmtəələr ticarəti lisenziyalar üzrə həyata keçirilir. Müəyyən müddətə böhran vəziyyətində olan sahələrin ayrı-ayrı məhsulları üzrə ölkələr arasında “könüllü olaraq ixrac məhdudiyyəti üzrə razılaşmalar” da kvotanın bir növü hesab edilir.

Lisenziyalaşdırma – təsərrüfat subyektlərinə ixrac-idxal əməliyyatlarının keçirilməsinə verilən xüsusi icazələrdir. Lisenziyaların əsas növləri açağıdakılardır:

-avtomatik və ya general (baş) lisenziyalar – müəyyən müddət ərzində üyğun siyahılara salınmış əmtəələrin maneəsiz olaraq idxalına və ya ixracına icazə verir;

-birdəfəlik və ya fərdi lisenziya – konkret ixracçıya (idxalçıya) əmtənin miqdarı, onun dəyəri, istehsal edildiyi və göndəriləcəyi ölkə, bəzən də keçəcəyi gömrük məntəqəsi göstərilməklə, müəyyən əmtəənin idxalına və ya ixracına icazə verir.

Embarqo – müəyyən ölkə və ya ölkələr qrupu, müəyyən məhsullar üzrə (bəzən hər ikisinə birlikdə) idxal-ixrac əməliyyatlarının keçirilməsinə mütləq və tam qadağa qoyulması deməkdir.

Valyuta məhdudiyyətləri – özündə valyuta və digər valyuta dəyərləri ilə rezidentlər və qeyri-rezidentlər arasında əməliyyatları reqlamentləşdirməyi əks etdirir və dövlətin valyuta nəzarətinin tərkib hissələrindən biri hesab olunur.

İxrac-idxal əməliyyatlarına vergilər – gömrük rüsumları ilə yanaşı ölkəyə gətirilən əmtəələrdən tutulur. Ölkə daxilində əmtəələrin satışı və istifadəsi zamanı müxtəlif vergilər və yığımlar tətbiq olunur ( aksizlər, əlavə dəyər vergisi - ƏDV).

İdxal depozitləri – ixracçının xaricdə mal almazdan əvvəl idxal olunan məhsulun dəyərinin müəyyən hissəsinə uyğun olaraq, milli və ya xarici valyuta ilə banka qoymalı olduğu girov formasını əks etdirir.

Subsidiyalar – idxalı əvəz edə bilən milli məhsul istehsalçılarını daha ucuz idxal məhsulları ilə rəqabətdən qorumaq, və ya ixrac üçün hazırlanan məhsul istehsalçılarını məhsullarını xarici bazarlara çıxarmağa həvəsləndirmək üçün, dövlət büdcəsindən əsasən pul formasında onlara ayrılan, müxtəlif vəsaitlərdir.

İnzibati maneələr – milli bazarda satılan əmtəələrin istehlak dəyərlərini, habelə onların istehsalı və satışına aid şərtləri ( məsələn, texniki standartlara, sanitar normalara, qablaşdırmaya tələblər və s.) əhatə edən məhdudiyyətlərdir.

İxrac sahəsində himayəçilik və azad ticarət xarici ticarət siyasətlərinin birgə fəaliyyəti, ixracın dövlət tərəfindən həvəsləndirilməsi proqramının modifikasiyası ilə gücləndirilir. Birbaşa ixracın kreditləşdirilməsinin ənənəvi formalarının əvəzinə, ayrı-ayrı məhsul növləri üçün daha çevik, daha az nəzərə çarpan formalar tətbiq olunur.

İnkişaf etmiş ölkələrdə aşağıdakı formalardan fəal istifadə edilir:

-ixracın birbaşa subsidiyalaşdırılması sistemi (əsasən Avropa İttifaqı ölkələrindən ixrac olunan k/t mallarına aid edilir);

-ixracın kreditləşdirilməsi (inkişaf etmiş ölkələrdə ixrac həcminin təqribən 12-20% əhatə edir);

-ixrac üçün göndərilən malların sığortalanması ( gözlənilən gəlir, siyasi, hərbi və digər risqlərdən sığortalama da daxil olmaqla kontrakt dəyərinin 10%-nə qədər).

Xidmətlər üzrə beynəlxalq ticarətin dövlət tənzimləmə alətlərinin klassifikasiyası xidmətlər üzrə beynəlxalq ticarət formalarının əlamətlərinə görə aparıla bilər.

Xarici istehlakçıya sərəddən keçərkən xidmətlər göstərilən zaman adətən kəmiyyət məhdudiyyətlərindən istifadə edilir: xidmətləri özündə cəmləşdirən spesifik məhsulların kəmiyyət və ya dəyərinə, xidmət göstərən xaricilərin paylarına, xidmət idxalı üçün verilən valyutanın məbləğinə limit qoyulur. Bu cür məhdudiyyətlər, məsələn, nəqliyyat xidməti bazarının (hava nəqliyyati sahəsində razılaşma və s.), informasiya xidməti ilə əlaqədar sektorların (kinofilmlərin, televiziya proqramlarının nümayiş etdirilməsinə və s. kvotalar) müdafiəsi üçün tətbiq olunur.



İstehlakçının xidmət istehsalçısının ölkəsinə keçməsi yolu ilə xaricə xidmət göstərilməsinin (məs. turizm) tənzimləmə tədbirləri çox vaxt ixrac edən ölkədə həyata keçirilir və özündə pasportların, vizaların, tibbi sertifikatların tərtıbi işlərini, aparılan xarici valyutanın məbləğinin məhdudlaşdırılmasını, çıxış yığımlarını və s. əks etdirir. Təyinat ölkəsində tətbiq edilən tədbirlər özündə, giriş vizaları, müvəqqəti yaşamaq üçün icazə, giriş və yaşamaq üçün maliyyə vəsaitlərinin mövcudluğunu təsdiq etmə, mehmanxana qiymətlərinin artırılması və s. əks etdirə bilər.

Xidmət göstərən idxalçının ölkəyə yerləşməsi yolu ilə xidmət göstərilməsi zamanı, bir qayda olaraq, tənzimləmə tədbirləri kimi, işləməyə gəlmək üçün icazə verilməsindən, müəyyən sənət fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya sistemindən, xarici dilləri bilməyə tələblərdən və s. istifadə olunur.

Başqa ölkənin ərazisində xidmət göstərənin kommersiya fəaliyyətini tənzimləmək üçün adətən, buna dolayı yolla təsir edən tədbirlər tətbiq edilir: xarici kompaniyaların yaradılması və fəaliyyətlərində milli qaydalar, yerli işçi qüvvəsinin işə cəlb edilməsi tələbi və s.


4.7. 2006-cı il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11637208,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112,8 min ABŞ dolları  dəyərində 2242 adda mal ixrac, 5265095,8 min ABŞ dolları dəyərində 5935 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1107016,9 min ABŞ dolları təşkil etmişdir

(Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatı).

2006-cı ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin quruluşu nəzərdən keçirildikdə diqqət çəkən məqamlardan biri ixrac həcminin idxal həcmindən yüksək olmasıdır.(Cədvəl 4.6). Azərbaycan buna yalnız son illərdə nail olmuşdur. İdxal edilən məhsulların quruluşundan göründüyü kimi ölkəyə gətirilən məhsulların içərisində ən yüksək xüsusi çəkiyə malik olan məhsullar “Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar” (29,4%), “Quru, hava və su nəqliyyatı vasitələri” (16,7%), “Mineral məhsullar” (14,8%), “Az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar” (11,7%), kimya məhsulları və s.-dir.

İxrac həcminin quruluşunda isə bir monotonluq vardır. Yəni, verilən ildə ixracın ümumi həcminin 84,6%-i mineral məhsullardır. Bundan sonra ixrac quruluşunda ikinci yerə malik olan kimya sənayesi məhsullarının xüsusi çəkisi cəmi 3,0% təşkil edir. Çox təəsüf ki, vaxtilə ölkədən ixrac edilən məhsullar içərisində neftdən sonra ikinci yeri tutan və ölkəyə xeyli valyuta gətirən maşın və mexanizmlərin ümumi ixrac həcmində xüsusi çəkisi cəmi 0,6%-dir.



Cədvəl 4.6

2006-cı ildə mal qrupları üzrə xarici ticarət dövriyyəsi

Qrupların adı

İdxal, min ABŞ dollar

%

İxrac, min ABŞ dollar

%

Cəmi

5267639,5

100,0

6372157,0

100,0

Diri heyvanlar və heyvandarlıq məhsulları

41207,0

0,8

647,9

0,0

Bitki mənşəli məhsullar

201665,8

3,8

156295,1

2,5

Heyvan və ya bitki mənşəli piylər və yağlar

40655,7

0,8

63369,7

1,0

Hazır yeyinti məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün

273233,4

5,2

101742,0

1,6

Mineral məhsullar

779758,1

14,8

5392663,0

84,6

Kimya sənayesi məhsulları

249167,9

4,7

193023,3

3,0

Plastik kütlələr, kauçuq, rezin, onlardan hazırlanan məmulatlar

134487,5

2,6

100563,8

1,6

Gön-dəri xammalı, xəz, onlardan hazırlanmış məmulatlar

1889,7

0,0

3386,7

0,1

Oduncaq, mantar, onlardan hazırlanan məmulatlar

53188,5

1,0

1265,6

0,0

Kağız kütləsi, kağız və karton, onlardan hazırlanmış məmulatlar

80510,4

1,5

2597,0

0,0

Toxuculuq materialları və məmulatları

64191,6

1,2

60951,3

1,0

Ayaqqabı, baş geyimi, çətir, əsa, süni güllər

16078,1

0,3

160,4

0,0

Daş, gips, sement, asbest, keramika və şüşə məmulatları

80619,3

1,5

1141,7

0,0

Mirvari, qiymətli daş və metal məmulatları

4478,6

0,1

6,0

0,0

Az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar

615572,2

11,7

149642,3

2,3

Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar

1547302,7

29,4

37136,2

0,6

Quru, hava və su nəqliyyatı vasitələri

877820,4

16,7

84780,3

1,3

Cihazlar və aparatlar, tibb və musiqi alətləri

115602,3

2,2

4649,3

0,1

Müxtəlif sənaye malları

86661,3

1,6

5759,1

0,1

Incəsənət əsərləri və antikvariat

18,8

0,0

96,5

0,0

Azərbaycanın yer kürəsinin demək olar ki, bütün qitələri ilə xarici ticarət əlaqələri vardır. Onların arasında ən yüksək xüsusi çəkiyə malik olanı Avropa qitəsidir ( idxal – 61,1%, ixrac – 63,4%). Xarici ticarət dövriyyəsində ikinci yer Asiya qitəsinə məxsusdur ( idxal – 31,6%, ixrac – 34,7%). Hər iki qitə üzrə də ticarət balansı Azərbaycanın xeyrinədir (Avropa: 4038249,4 – 3219207,2 = +819042,2 min doll. , Asiya: 2211258,5 – 1663111,9 = +548146,6 min doll). Amerika və Afrika qitələrinin, Okeaniyanın xarici ticarət dövriyyəsində xüsusi çəkiləri xeyli aşağıdır və ticarət balansı mənfi kəmiyyətə malikdir. (Cədvəl 4.7)

Cədvəl 4.7



2006-cı ildə xarici ticarət əlaqələrinin coğrafi quruluşu
(min ABŞ dollar)


Qitələr

Xarici ticarət dövriyyəsi

Idxal

Ixrac

həcmi

xüsusi çəkisi, %

həcmi

xüsusi çəkisi, %

həcmi

xüsusi çəkisi, %

Ölkə üzrə - cəmi

11639796,5

100,0

5267639,5

100,0

6372157,0

100,0

Avropa qitəsi

7257456,6

62,4

3219207,2

61,1

4038249,4

63,4

Asiya qitəsi

3874370,4

33,3

1663111,9

31,6

2211258,5

34,7

Amerika qitəsi

432157,2

3,7

325216,5

6,2

106940,7

1,7

Afrika qitəsi

63183,2

0,5

47497,8

0,9

15685,4

0,2

Okeaniya

12629,1

0,1

12606,1

0,2

23,0

0,0
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə