Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə5/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

Tərtib edilmişdir: İnternational Trade Statistics. WTO 2003/- Tablt II .2.H.32.


2.Xarici ticarət ölkələrin daxili təsərrüfat inkişafınin ümumi sürətindən daha sürətlə artır.

3.Bir çox ölkələrin idxal və ixrac kvotaları artmışdır:

-BT-də aparıcı rol inkişaf etmiş dünyanın 3 mərkəzinə - ABŞ, Aİ və Yaponiyaya aiddir, onların payına dünya idxal və ixracının 60%-ə qədəri düşür;

-dünya əmtəə dövriyyəsinin yarısına qədəri “böyük yeddiliyin” payına düşür (42,9% 2002 il);

-dünya əmtəə dövriyyəsində xüsusi çəkiinin ardıcıl artım meyli inkişaf etməkdə olan ölkələrə xasdır;

-inkişaf etməkdə olan dünyanın bütün reqionlarında artım meyli özünü eyni şəkildə göstərmir;

- dünya ixracında Cənubi-Şərqi Asiyanın YSÖ-nin payı əvvəllki kimi artır: xarici ticarətin cəmi həcmi üzrə Cənubi Koreya, Tayvan, İndoneziya, Malaziya, Tailand, Syanqan (1,3 mlrd. Doll.) yalnız ABŞ-dən geri qalırlar;

-ÇXR-nın payı artır: xarici ticarət dövriyyəsinin dəyər həcmi ölkənin dünyanın 10 iri ticarət ölkələri sırasına daxil olmasına imkan yaradır (620,8 mlrd.doll. 2002 il.) ;

-dünya ticarətində Afrika ölkələrinin (CAR –nı çıxmaqla) rolu azalmağa doğru meyl edir;

-Meksika, Braziliya, Arqentina və Çilini çıxmaq şərtilə Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinin də payları azalmağa doğru meyl edir (Meksika və Braziliya ixrac quruluşlarına görə artıq YSÖ-nin parametrlərinə yaxınlaşmışlar).(cədvəl 4.2.).



Cədvəl 4.2.
Dünyanın iri əmtəə ixracçıları və idxalçıları, 2002 il.




Yeri


İxrac


Həcmi

mlrd.

doll.


Payı

%





Yeri


İdxal


Həcmi

mlrd.

doll.


Payı

%

1

ABŞ

693,9

10,7




1

ABŞ

1202,4

18.0

2

Almaniya

613,1

9,5




2

Almaniya

493,7

7.4

3

Yaponiya

416,7

6,5




3

Böyük Britaniya

345,3

5,2

4

Fransa

331,8

5,1




4

Yaponiya

337,2

5,0

5

Çin

325,6

5,0




5

Fransa

329,3

4,9

6

Böyük Britaniya

279,6

4,3




6

Çin

295,2

4,4

7

Kanada

252,4

3,9




7

İtaliya

243,0

3,6

8

İtaliya

251,0

3,9




8

Kanada

227,5

3,4

9

Niderland

244,3

3,8




9

Niderland

219,8

3,3

10

Belçika

214,0

3,3




10

Honkonq

207,2

3,1

11

Honkonq

201,2

3,1




11

Belçika

197,4

2,9

12

Cənubi Koreya

162,5

2,5




12

Meksika

173,1

2,6

13

Meksika

160,7

2,5




13

İspaniya

154,7

2,3

14

Taypey(Tayvan)

135,1

2,1




14

Cənubi Koreya

152,1

2,3

15

Sinqapur

124,2

1,9




15

Sinqapur

116,4

1,7

16

İspaniya

119,1

1,8




16

Taypey (Tayvan)

112,6

1,7

17

Rusiya

106,9

1,7




17

İsveçrə

83,7

1,3

18

Malayziya

93,3

1,4




18

Malayziya

79,9

1,2

19

İrlandiya

88,2

1,4




19

Avstriya

78,0

1,2

20

İsveçrə

87,9

1,4




20

Avstraliya

72,7

1,1

21

İsveç

81,1

1,3




21

İsveç

66,2

1,0

22

Avstriya

78,7

1,2




22

Tailand

64.7

1,0

23

Səud.Ərəbistanı

73,9

1,1




23

Rusiya

60.5

0,9

24

Tailand

68,9

1,1




24

Hindistan

56.6

0,8

25

Avstraliya

65,0

1,0




25

Polşa

55.1

0,8

26

Norveç

61,0

0,9




26

İrlandiya

51.9

0,8

27

Braziliya

69,4

0,9




27

Braziliya

49.7

0,7

28

İndoneziya

57,1

0,9




28

Türkiyə

49.7

0,7

29

Danimarka

57,0

0,9




29

Danimarka

49.4

0,7

30

Hindistan

49,3

0,8




30

Çexiya







4.BT-in əsas axını inkişaf etmiş sənaye ölkələrinin qarşılıqlı ticarətinin payına düşür (60%-dən çox).

5.Müasir mərhələdə dünya ixracında əmtəə qruplarının nisbətini əks etdirən dünya ticarətinin əmtəə quruluşu müəyyən xüsusiyyətlərə malikdir (cədvəl 4.3).

Cədvəl 4.3.



Dünya ixracının əmtəə quruluşu 2002-ci il






Həcmi

(mlrd. doll)
2002 il

Payı


İllik kənarlaşma


1995

2002

1995-2000


2001

2002

Cəmi

6272

100.0

100.0

5

-4

4


Kənd təsərrüfatı malları:

O cüm.

-ərzaq

-k/t xammalları

583

468

114

9.6

7.7

1.9

9..3

7.5

1.8


-1

-1

-2

0

3

-9


5

5

4

Mineral ehtiyatlar: o cüm:

-dəmir filizləri və digər minerallar
-yanacaq

-əlvan metal filizi

788

63
615
110

13.0

1..2
7..3

2..2

12.6

1.0
9.8

1.8

10

1
13

3

-9

-4
-9

-10


-1

1
0

-2

Hazır məhsullar o cüm.:

-dəmir və polad

-kimya məhsulları

-yarımfabrikatlar

-maşınlar və nəqliyyat vasitələri

-parça

-geyim

-digər təlabat malları

4708
142

660

460

2539
152

201

553

77.4
3.1

9.7

7..9

38.8
3.0

3..2

8.7

75.1
2.3

10.5

7.3

40.5
2.4

3.2

8.8

5
-1

4

3

6
0

4

5

-4
-6

3

-2

-6
-5

-2

-2

4
7

10

6

3
4

4

4

Beynəlxalq əmtəə dövriyyəsinə cəlb edilən əmtəə axını diversifikasiyaya uğrayır. Hazırda Almaniyanın ixrac nomenklaturası 180, B.Britaniya və və Fransanın -175, Yaponiyanın 160-dan çoxdur, bu da məhsulların çox sürətlə yeniləşməsi nəticəsində baş verir. Maşinqayırma və cihazqayırmada 5 il ərzində məhsullurın 60%-dən çoxu yeniləşdirilir.

ETT-nin təsiri altında BT-də hazır məhsulların xüsusi çəkisi artır.

BT-də ərzağın xüsusi çəkisi azalır. Bu hal kənd təsərrüfatı məhsullarının intensiv texnologiyalar əsasında istehsalı və emalı bazasında özunutəminat səviyyəsi getdikcə artan ölkələr qrupunda ÜDM-un tərkibində aqrar sektorun payının azalması ilə izah olunur. Eyni zamanda inkişaf etmiş sənaye ölkələri aparıcı ərzaq ixracçılarına çevrilmişlər.


4.3. Beynəlxalq statistikaya görə xidmətlər üzrə BT dünya təsərrüfatının ən sürətli inkişaf edən sektorudur. DB-nın verilənlərinə görə xidmətlər ixracı XX əsrin sonuna ildə orta hesabla 8% artır. (Cədvəl 4.4).

Cədvəl 4.4.

Dünya xidmət ixracının quruluşu





Həcmi,

Mlrd. Doll..

2002


Payı, %

Orta illik artım sürəti


1995


2002

1995

-2000



2000


2001


2002

Cəmi, o cum.:
-nəqliyyat xidmətləri

- səfərlər
-digər satılan xidmətlər

1570
350
480

740

100
25.2
33.7

41.1


100
22.3
30.6

47.0

4
3
3

6

6
7
4

7

0
-1
-2

2

6
4
4

9

International Trade Statistics / WTO 2003/ Table IV. 2. P.104.

Xidmətlər BT-i ayrı-ayrı ölkələrin alıcıları və satıcıları arasında xidmətlər tədavülü üzrə beynəlxalq əlaqələrin özünəməxsus bir formasıdır. “Xidmət” anlayışının çox geniş çalarda mənası vardır. Ümumi olaraq, açıq şəkildə maddi daşıyıcısı olmayan müxtəlif fəaliyyət növlərini xidmət adlandırmaq qəbul edilmişdir.

Xidmətlər maddi formada əmtəələrdən onunla fərqlənirlər ki, onları əllə tutmaq və görmək olmur; oları saxlamaq olmur; bir qayda olaraq xidmətlərin istehsalı və istehlakı yerinə və zamana görə üst-üstə düşür. Xidmətlər üzrə BT-in əmtəələr üzrə BT-lə müqayisədə əsas xüsusiyyətlərini də bunlar müəyyənləşdirir. Bu xüsusiyyətlərə aşağıdakılar daxildir:

1.Xidmətlərin idxalı və ixracı çox vaxt satıcı və alıcının bilavasitə görüşməsini tələb edir;

2.Satıcının ölkəsinin gömrük ərazisində olan xarici vətəndaşlara göstərilən xidmətlər xidmət ixracının tərkibinə daxil edilir;

3.Dünya bazarlarında təklif edilən xidmətlərin çeşidi daxili bazarda təklif edilən çeşiddən və beynəlxalq əmtəə dövriyyəsinə cəlb edilən əmtəə çeşidindən azdır.

4. Xidmətlər üzrə beynəlxalq ticarətin həm milli, həm də beynəlxalq səviyyədə tənzimlənməsi özünün xüsusi normativ-hüquqi bazasına malikdir.

Uzun müddət BMT-nın qəbul etdiyi Beynəlxalq standartlar klassifikasiyasına görə xidmətlər ”satışa çıxarılmayan əmtəələr” sinifinə, yəni istehsal edildiyi ölkədə istehlak edilən əmtəələrə aid edilirdi. ETT inkişaf etdikcə, təsərrüfat həyatı beynəlmiləlləşdikcə xidmətlər dünya təsərrüfat dövriyyəsinə daxil olmağa başladı və “satışa çıxarılan xidmətlər” termini meydana çıxdı. BVF-nun tövsiyyəsi ilə “satışa çıxarılan xidmətlər” ölkənin ödəniş (tədiyyə) balansında əks etdirilir.

BVF-nun göstərişlərinə əsasən ödəniş balansı tərtib edilən zaman bütün alınıb-satılan xidmətlər aşağıdakı 11 növə ayrılırlar (onlar da öz növbəsində alt növlərə bölünə bilərlər:

-nəqliyyat (yük, sərnişin);

-səfərlər (işgüzar, şəxsi);

-rabitə (poçta, telefon və s.)

-tikinti;

-sığortalama (risqlər, şəxsi);

-maliyyə xidmətləri (rezidentlər və qeyri-rezidentlər, broker xidmətləri, valyuta dəyişmə);

-kompüter və informasiya xidmətləri;

-royalti* və digər lisenziya ödənişləri;

*Royalti – lisenziya müqaviləsi üzrə əşyadan istifadə etmək hüququ üçün satıcıya dövri olaraq ödəmələr. Lisenziya müqavilələrində royalti stavkası (adətən 2 – 10%) lisenziyalı məhsulun xalis satışının dəyərindən faizlə müəyyən edilir.

-digər biznes-xidmətləri (vasitəçilik, lizinq, hüquqi, reklam);

-lisenziyalaşdırılmış mədəniyyət və rekreasion xidmətlər;

-hökumət xidmətləri.

Xidmətlər həmçinin aşağıdakı kimi də sinifləşdirilirlər:

-amillər üzrə xidmətlər-ödənişlər – istehsal amillərinin (hər şeydən əvvəl kapital və işçi qüvvəsi) beynəlxalq hərəkəti ilə əlaqədar yaranırlar ( investisiya qoyuluşundan gəlir, royalti və lisenziya ödənişləri, qeyri-rezidentlərin əmək haqqı);

-qeyri-amil xidmətləri –qalan bütün növ xidmətlər (nəqliyyat, səyahət və digər qeyri-maliyyə xidmətləri).

Beynəlxalq ticarət təşkilatının (BTT) sənədlərində xidmətlərin BT-nin aşağıdakı əsas formaları fərqləndirilir:


  1. sərhəddən xidmətlərin göndərilməsi –ticarət bir ölkənin ərazisindən digər ölkənin ərazisinə keçir (beynəlxalq nəqliyyat, xüsusilə dəniz və hava nəqliyyatı, radiostansiyalar, sputnik əlaqələri və s.). Bu halda sərhəddi keçən mal göndərənlər və ya istehlakçılar deyil, xidmətin özüdür;

  2. xidmət tələbatçısının istehsalçının ölkəsinə keçməsi (turizm, təhsil, tibbi);

  3. xidmət göndərən –fiziki şəxsin sərhəddi müvəqqəti keçməsi (TMK-ın ixtisaslı qulluqçuları və ya müəyyən peşə sahibləri: məsləhətçilər, mühəndislər, həkimlər, idmançılar, artistlər);

  4. xidmət göstərənin başqa ölkənin ərazisində kommersiya fəaliyyəti ilə məşğul olması (bank, sığorta, audit, reklam və digər xidmətlər)

Bir sıra alimlərin fikrincə, ölklərin ödəniş balansındakı “xidmətlər” maddəsində rəsmi statistika bir sıra səbəblərdən dünyada aparılam xidmətlər ticarətinin miqyası haqqında dəqiq məlumat verə bilməz.

Birincisi, çir çox hallarda xidmətlər məhsul göndərilməsini müşayət edir və onun dəyəri əmtənin qiymətinə daxil olur.

İkincisi, bəzən xidmətin dəyərini müəyyən etmək mümkün olmur (məs., xəstənin dərmanlarla müalicəsi).

Üçüncüsü, xaricdən gələn fəhlələrin geriyə, öz ölkələrinə göndərdikləri əmək haqqını hesablamaq çətindir.

Dördüncüsü, TMK-ın firmadaxili tədavülündə xidmətlərin dəyərini müəyyən etmək mümükün deyildir.

Xidmətlər üzrə BT-in inkişafının intensivliyini aşağıdakı amillər müəyyənləşdirir:

-xidmətlər istehsalının artımına, oların yeni növlərinin yaranmasına və tətbiq sferasının genişlənməsinə kömək edən ETT;

-dünya ölkələrinin çoxunda işgüzar fəallığın artması, əmək məhsuldarlığının, əhalinin rifah halının artması ilə müşayət olunan uzun müddətli iqtisadi inkişaf;

-bir çox dünya ölkələrinin ÜDM-un quruluşunda xidmətlərin payının artması;

-əmtəə və texnologiyaların beynəlxalq ticarətinin, kapitalın miqrasiyasının inkişafı.

Xidmətlər ticarətinin coğrafi yönümü əmtəələrin beynəlxaq ticarətinə nisbətən inkişaf etmiş ölkələrin xeyrinə böyük qeyri-simmetrikliyi ilə də fərqlənir. Dünya xidmət ixracında inkişaf etmiş sənaye ölkələrinin payı təqribən 90% təşkil edir və onların əmtəə ixracındakı payından çoxdur. (Cədvəl 3.5.).

Xidmətlər üzrə BT-də inkişaf etməkdə olan ölkələrin payı Cənubi Asiya xidmət ixracçılarının hesabına artmışdır: Cənubi Koreya tikinti üzrə mühəndis-məsləhət xidmətləri, Syanqan və Sinqapur maliyyə xidmətləri üzrə ixtisaslaşmışlar və s. Bununla yanaşı bu ölkələr əsasən xidmət idxalçıları olaraq qalmaqdadırlar. 10 ən iri xidmət ixracçıları sırasına heç bir inkişaf etməkdə olan ölkə daxil deyildir.

İnkişaf etmiş sənaye ölkələri işgüzar xidmətlər, inkişaf etməkdə olan ölkələr türizm xidmətləri göstərmək üzrə ixtisaslaşmışlar.

Keçid iqtisadiyyatlı ölkələrin xidmət ticarətində payları əvvəlki kimi azdır, uyğun olaraq, dünya ixracı və idxalında təqribən 4% və 3% təşkil edir. Mərkəzi və Şərqi Avropada, Baltikyanı ölkələrdə və MDB-də xidmət göstərməkdə ən böyük xüsusi çəki Rusiyaya, ən rəqabətə davamlı xidmətlər isə Çexiya, Polşa və Macarıstana məxsusdur.

Cədvəl 4.5.

Xidmətlər üzrə ən iri dünya ixracçıları və idxalçıları 2002 il



Yeri



İxrac



Həcm.

mlrd


doll.

Payı


%



Yeri



İdxal


Həcm.

mlrd


doll.

Payı


%

1

ABŞ

272.6

17.4




1

США

205.6

13.3

2

В.Britaniya

123.1

7.8




2

Almaniya

149

9.6

3

Almaniya

99.6

6.3




3

Yaponiya

106.6

6.9

4

Fransa

85.9

5.5




4

В.Britaniya

101.4

6.6

5

Yaponiya

64.9

4.1




5

Fransa

68.2

4.4

6

İspaniya

62.1

4.0




6

İtaliya

61.5

4.0

7

İtaliya

59.4

3.8




7

Niderland

55.7

3.6

8

Niderland

54.1

3.4




8

ÇİN

46.1

3.0

9

Qonkonq

45.2

2.9




9

Kanada

41.9

2.7

10

ÇİN

39.4

2.5




10

İrlandiya

40.4

2.6

11

Kanada

36.3

2.3




11

Ispaniya

37.6

2.4

12

Avstriya

34.9

2.2




12

C.Koreya

35.1

2.3

13

Belçika

34.9

2.2




13

Belçika

34.9

2.3

14

İrlandiya

28.1

1.8




14

Avstriya

34.4

2.2

15

İsveçrə

27.9

1.8




15

Taypey

24.3

1.6

16

C.Koreya

27.1

1.7




16

Qonkonq

24.2

1.6

17

Sinqapur

26.9

1.7




17

Danimarka

23.6

1.5

18

Danimarka

25.5

1.6




18

İsveç

23.1

1.5

19

Hindistan

23.5

1.5




19

Hindistan

21.8

1.4

20

İsveç

22.5

1.4




20

Rusiya

21.5

1.4


























Xidmətlər üzrə beynəlxalq ticarətdə inhisarçılıq səviyyəsi əmtələr üzrə beynəlxalq ticarətə nisbətən daha yüksəkdir. Dünya ranqlar cədvəlində 9-cu yeri tutan “Kredi Lion” fransız bankının balansında xarici pay 46,4 % təşkil edir. İkinci dəfə sığortalama bazarında 32 iri sığorta kompaniyaları ümumi həcmin 70%-dən çoxunu öz əllərində cəmləmişlər (“Artur Andersen”, “Ernest və Yanq”, “DTT” və s.), dünyanın 110 ölkəsində nümayəndəlikləri vardır, səhə üzrə gəlirlərin 30%-i onlara məxsusdur. Dünya konsaltinq xidmətləri bazarının 60%-i 40 kompaniyanın əlində cəmləşmişdir.

Dünya ticarətində xidmətlərin müxtəlif növləri hələlik dəqiq özünəməxsus xüsusiyyətləri olan bazar halında formalaşmamışdır. Lakin onların da kəmiyyət artımlarında və keyfiyyət dəyişikliklərində mühüm meyllər qeyd edilə bilər. Onların arasında aşağıdakıları qeyd etmək olar:

1) firmadaxili informasiya, texnologiya, maliyyə vəsaitlərinin beynəlxalq xidmət ticarəti formasında ötürüldüyü TMK-ın iştirakının üstünlüyü;

2) satıcı və alıcının şəxsi kontaktlarını lüzumsuz edən sputnik əlaqələrinin yeni forma və vasitələrinin mövcudluğunu saxlayan ETT;
4.4. Bazar iqtisadiyyatında qiymət anlayışı həm daxili , həm də xarici şərait üçün eynidir. Qiymət verilən əmtəə və ya xidmət üçün alıcının verməyə hazır olduğu, satıcının almaq istədiyi pul məbləğidir.

Dünya bazarında qiymətqoyma prosesinin öz xüsusiyyətləri vardır. Belə ki, ixracçı dünya bazarında daxili bazara nisbətən daha çox sayda rəqiblə qarşılaşır. O, daima öz istehsal xərclərini təkcə milli bazar qiymətləri ilə deyil, həm də dünya bazarı qiymətləri ilə də müqayisə etmək məcburiyyətindədir.



Dünya əmtəə bazarı – özünəməxsus beynəlxalq təşkilati formaya malik olan (birjalar, hərraclar və s.), sabit təkrar olunan əmtəə və xidmətlərin alqı-satqı əməliyyatlarının cəmidir. Dünya bazarı tətbiq olunan qiymətlərin çoxluğu ilə xarakterizə olunur və bu müxtəlif kommersiya və ticari-siyasi amillərin təsiri ilə izah edilir. Qiymətlər çoxluğu-eyni tədavül sferasında (idxal, ixrac, topdansatış, pərakəndəsatış), eyni nəqliyyat bazasında eyni əmtəəyə və ya eyni keyfiyyətli əmtəəyə bir neçə müxtəlif qiymətin olması deməkdir .

Bu qiymətlər çoxluğundan xüsusi olaraq dünya qiymətləri adlandırılan növü ayırmaq olar.

Dünya qiymətləri – konkret əmtəələr üzrə beynəlxalq ticarətin vəziyyətini daha çox xarakterizə edə bilən, iri ixrac-idxal əməliyyatlarının qiyməti, habelə dünya ticarətinin mühüm mərkəzlərində yaranan qiymətlərdir.

Hazırda beynəlxalq ticarətdə əsas qiymətlərin iki növü : hesabat və nəşr edilən qiymətlər tətbiq olunur.



Hesabat qiyməti - müxtəlif metodikalara uyğun olaraq konkret sənaye məhsullarına ixracçı-firma tərəfindən fərdi olaraq müəyyən edilən qiymətlərdir.

Nəşr edilən qiymətlər firma mənbələri tərəfindən xəbər verilən xüsusi qiymətlərdir. Bu qiymətlər, bir qayda olaraq dünya qiymətlərinin səviyyəsini əks etdirirlər və müəyyən növlərə bölünürlər:

-arayış qiymətləri;

-birja kotirovkaları;

-hərrac qiymətləri;

-alqı-satqı qiymətləri;

-faktiki sövdələşmə qiymətləri;

-iri firmaların təklif etdikləri qiymət.

Arayış qiymətləri- dünya bazarında satılan bütün əsas məhsul növləri üzrə nizamlı olaraq, iqtisadi sahə qəzet və jurnallarında, xüsusi bülletenlərdə, firma kataloqlarında və preyskurantlarında çap olunan qiymətləridir və əsasən inkişaf etmiş ölkələrin daxili və xarici ticarətindəki əmtəələrin qiymətlərini əks etdirir. Bu qiymətlər sövdələşmələr zamanı qiymətlərin razılaşdırılması üçün baza rolunu oynayırlar və çox vaxt bazis qiymətləri adlandırılırlar.

Birja kotirovkaları beynəlxalq birjalarda sövdələşmələrin real qiymətlərini əks etdirirlər, lakin birja kotirovkalarının hər bir verilən anda dəyişmələri qiymətlərin dəyişməsində həqiqi meylləri əks etdirməyə bilərlər.

Hərrac qiymətləri beynəlxalq hərraclarda sövdələşmələrin real qiymətlərini əks etdirirlər.

Faktiki sövdələşmə və müqavilələrin qiymətləri çox az hallarda çap olunur və ona görə də dünya qiymətləri haqqında mühüm mənbəə sayıla bilməzlər.

Ayrı-ayrı olkələrin xarici-iqtisadi subyektləri arasında gedən dünya ticarətində qiymətqoyma prosesi ənənəvi olaraq aşağıdakılardan asılı olur:



1) rəqabət mühiti şəraiti;

2) tələb və təklif arasında dinamik tarazlıq;

3) ixrac və idxalçıların bazarda nisəbətən azad davranışı.

Qiymətqoymada qiymətlərin bu və ya digər tərəfə dəyişməsinə təsir edən qiymət yaradan amillər qrupları fərqləndirilir:

-makroiqtisadi göstəricilər: iqtisadi dövrün (tsiklin) fazaları, cəmi tələb və təklif, infilyasiya;

-konkret iqtisadi amillər: məsrəflər, gəlir, vergilər və yığımlar, əmtəninin istehlak xüsusiyyətləri (keyfiyyət, etibarlılıq, xarici görünüşü), əvəzedici əmtəələri (əmtəə-substit) nəzərə almaqla əmtəəyə tələb və təklif;

-xüsusi amillər: mövsümilik, istismar xərcləri, təminat və xidmət (servis) şərtləri;

-xarici-iqtisadi amillər: dövlət tənzimləməsi, valyuta kursu;

-digər amillər: siyasi,hərbi.

Ticarət subyektləri konkret bazar mühitində fəaliyyət göstərirlər və yuxarıda sadalanan amillər bazarın tipindən (mükəmməl rəqabət bazarı, xalis inhisar bazarı, oliqopoliya bazarı və s.) asılı olaraq dəyişə bilir.


4.5. Xarici ticarət siyasəti - daxili bazarın müdafiə olunmasına və ya xarici ticarətin həcminin yüksəlməsinə, onun quruluşunun dəyişdirilməsinə və əmtəə axınının istiqamətlərinin dəyişdirilməsinə yönəldilən tədbirlər sistemini əks etdirir. Xarici ticarət siyasətinin məqsədi uzunmüddətli və ya qısamüddətli xarakter daşıya bilər. Xarici ticarət siyasətinin ən çox yayılmış məqsədləri arasında aşağıdakıları qeyd etmək olar:

1.İqtisadi artımın təmin edilməsi.

2.Ödəniş balansının quruluşunun tarazlaşdırılması.

3.Milli valyutanın sabitliyinin təmin edilməsi.

4.Ölkənin BƏB-ə daxil olmasının strategiya və taktikasının dəyişdirilməsi.

5.Ölkənin siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanması.

6.İqtisadi və hərbi üstünlüyün saxlanması.

Ölkələrin xarici – ticarət siyasətlərinin 3 forması mövcuddur:

-azad ticarət siyasəti və ya fritrederçilik (free trade);

-himayəçilik və ya proteksionizm (protectionism)

-qarışıq, himayəçilik və azad ticarət və ya ticarətin liberallaşdırılması.

Dövlətin azad ticarət siyasəti xarici ticarətə bilavasitə təsir göstərilməməsinə yönəldilir, əsas tənzimləyici rolu bazara buraxılır.

Dövlətin himayəçilik siyasəti ölkə istehsalçılarının xarici rəqabətdən müdafiə olunmasına yönəldilir və xarici əmtəələrə yüksək gömrük rüsumlarının tətbiqi ilə xarakterizə edilir. Xarici məhsulların gətirilməsini məhdudlaşdıran bu cür gömrük rüsumlarına, çox vaxt məhsulların xarici bazarlara çıxarılmasını həvəsləndirən ixrac mükafatları da əlavə olunur.

İlkin kapital yığımı dövründə ölkələrin tipik xarici-ticarət siyasətləri himayəçilik siyasəti olmuşdur. Sənaye məhsullarına yüksək idxal rüsumları ilə ölkə sənayesi xarici rəqabətdən qorunurdu, sahibkarlar isə sürətlə kapital yığımını həyata keçirirdilər. Bu dövrdə himayəçilik ölkənin sənayesinin yüksəlməsində və bütövlükdə iqtisadiyyatın inkişafında mütərəqqi rol oynayır.

XIX əsrin ikinci yarısında ilk olaraq İngiltərə himayəçilik prinsipindən əl çəkərək azad ticarətə keçməyə başladı. Belə ki, bu ölkədə sənyenin güclü inkişafı onların xarici rəqiblərindən çəkinməməklərinə səbəb oldu (o vaxt İngiltərə “dünyanın sənaye emalatxanası” adlandırılırdı). İngiltərənin ardınca XIX əsrin 50-60-cı illərində digər ölkələrdə də himayəçilikdən azad ticarətə keçilməyə başlandı.

XX əsrdə xarici ticarət siyasəti əsaslı sürətdə dəyişməyə başladı: onun tipik forması yenidən himayəçilik siyasəti oldu. Lakin artıq bu siyasət ilkin kapital yığımı erasına xas olan əvvəlki xarakteri və təyinatı daşımırdı. Himayəçilik indi “müdafiə” deyil, “aqressiv” xarakter daşıyır. Əmtəələrdən yüksək gömrük rüsumları, onların istehsalının verilən ölkədə zəif inkişaf etdiyi üçün deyil, xarici əmtəələrin daxili bazara daxil olmasını əngəlləmək və bununla öz sənayesinə kömək etmək və yüksək inhisar qiymətlərini saxlamaq üçün tutulur.

Himayəçilik çox vaxt regional xarakter daşıyır: iqtisadi inteqrasiya birliklərinin daxilində tədavül liberallaşdırılır, yəni regiondaxili xarici ticarətə xüsusi şərtlər qoyulur, lakin bununla yanaşı üçüncü ölkələrə qarşı diskriminasiya rejimi gücləndirilir.

1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə