Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə4/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

Xarici ticarət - əmtəələrin (xidmətlərin) ödənilən ixrac və idxalını özündə birləşdirən, bu və ya başqa ölkənin digər ölkələrlə tədavül prosesidir. “Xarici ticarət” termini ayrıca götürülmüş bir ölkənin xarici ticarət dövriyyəsini təhlil etmək üçün tətbiq edilir. BT-i xarakterizə etmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir:

-ümumi əmtəə dövriyyəsi;

-əmtəə quruluşu;

-coğrafi quruluş.



Xarici ticarət dövriyyəsi – bu və ya digər ölkənin idxal və ixrac dəyərlərinin cəmidir.

Xarici ticarətin dəyər ifadəsində həcmi müəyyən vaxt dövrü üzrə və cari valyuta kursları nəzərə alınmaqla uyğun illərin cari qiymətləri ilə hesablanır.

Xarici ticarətin fiziki həcmi daimi qiymətlərlə hesablanır və bu da zəruri müqayisələri aparmağa, onun real dinamikasını müəyyən etməyə imkan verir.

BT-in əsas formaları əmtəələrin (xidmətlərin) ixracı və idxalıdır. Əmtəələrin harda istehsal edilməsindən və təyinatından asılı olaraq ixrac aşağıdakı növlərdə həyata keçirilir:

1) verilən ölkədə hazırlanmış (istehsal edilmiş və yenidən emal edilmiş) əmtəələrin ixracı;

2) gömrük nəzarəti altında, sonradan qaytarılmaq şərti ilə xammal və yarımfabrikatlarınm xaricdə emalı üçün ölkədən çıxarılması;

3) beynəlxalq hərraclarda, əmtəə birjalarında və s. satılmış mallar da daxil olmaqla, əvvəllər xaricdən gətirilmiş əmtələrin yenidən ixracı (reixrac);

4) sonradan geri qattarılmaq şərti ilə milli malların müvəqqəti olaraq xaricə aparılması (sərgilərə, yarmarkalara və s.), yaxud əvvəllər müvəqqəti gətirilmiş xarici malların (sərgilərə, yarmarkalara və s) geri qaytarılması;

5) birbaşa istehsal əlaqələri və TMK çərçivəsində malların xaricə daşınması .

Həmin əlamətlərə görə idxalın klassifikasiyası özündə aşağıdakıları birləşdirir:

1) idxalçılar tərəfindən daxili bazarda satılmaq üçün xaricdən əmtəələrin , texnologiyaların gətirilməsi, habelə haqqı ödənilməklə xarici kontragentdən istehsal və istehlak xarakterli xidmətlərin alınması;

2) reidxal - əvvəllər xaricə aparılmış milli malların geri qaytarılması;

3) idxalçının ölkəsində emal olunmaq və yenidən geri qaytarılmaq şərti ilə xaricdən xammal, yarımfabrikatlar, hissələr və s. gətirilməsi;

4) müvəqqəti olaraq malların beynəlxalq yarmarkalara, sərgilərə, hərraclara gətirilməsi;

5) birbaşa istehsal əlaqələri və TMK çərçivəsində məhsulların gətirilməsi.

Ölkənin beynəlxalq ticarətdə iştirakını əks etdirən göstəricilər sırasına idxal və ixrac kvotaları daxildir.

İxrac kvotası əmtəə və ximətlər ixracının cəmi dəyərinin ÜDM –a nisbəti kimi hesablanır və ölkədə istehsal edilən cəmi məhsulun hansı payının xarici bazarlarda satıldığını göstərir.

İdxal kvotası idxal həcminin ölkənin daxili tələbat həcminə (milli istehsal və idxal ehtiyatlarının cəmi) nisbəti kimi hesablanır və idxal olunan əmtəə və xidmətlərin daxili tələbatda payını göstərir.

BT-də ayrıca götürülmüş bir ölkənin (ölkələr qrupunun, regionun) ticarət şərtlərini öyrənmək üçün ticarət şərtləri indeksindən istifadə edilir. Ticarət şərtləri indeksi orta ixrac qiymətləri indeksinin orta idxal qiymətləri indeksinə nisbəti kimi hesablanır.

Əmtəələrin beynəlxalq ticarətinin ikişafında XXI əsrin əvvəllərinə nəzərə çarpacaq müasir meylləri aşağıdakı kimi səciyyələndirmək olar:

1.BT dinamikası yüksək inkişaf sürəti ilə xarakterizə olunur. Əmtəələrin dünya üzrə ixracının orta illik artım sürəti (təqribən 7%) dünya üzrə istehsalın orta illik artım sürətini 1%-dən çox qabaqlayır (2002 il) (Cədvəl 4.1).

Cədvəl 4.1

Dünya əmtəə ticarətində ayrı-ayrı regionların payı



1953 – 2002 il



İxrac

Həcm- mlrd dollar ; payı - %




İdxal
Həcm – mlrd. dollar; payı-%





1953

1963

1973

1983

1993

2002




1953

1963

1973

1983

1993

2002

84.0

157.0

579.0

1835.0

3671.0

6272.0

Dünya


84.0

163.0

589.0

1881.0

3768.0

6510

100.0

100.0

100.0

100.0

100.0

100.0

Dünya


100

100.0

100.0

100.0

100.0

100

24.2

19.3

16.9

15.4

16.6

15.1

Şimali Amer.

19.7

15.5

16.7

17.8

19.7

22.0

10.5

7.0

4.7

0.0

4.4

5.6

Latın Amerikası

9.3

6.8

5.1

4.5

5.1

5.4

34.9

41.4

45.4

38.9

44.0

42.4

Qərbi Avropa

39.4

45.4

47.4

40.0

43.0

40.8

8.1

11.0

9.1

9.5

2.9

5.0

Mərkəzi Avropa,

Baltikyanı və MDB ölkələri

7.6

10.3

8.9

8.4

2.9

4.6

6.5

5.7

4.8

4.4

2.5

2.2

Afrika

7.0

5.5

4.0

4.6

2.6

2.1

13.1

12.4

14.9

19.1

26.1

25.8

Asiya

15.1

14.2

15.1

18.5

23.3

22.4

68.7

72.8

81.8

76.0

89.5

94.6

DTT-nın üzvləri

66.0

74.2

89.1

83.9

88.7

96.1
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə