Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə3/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

*OPEK-ə üzv-ölkələr.

Mövzu 2. İNTEQRASİYA PROSESLƏRİ VƏ ƏSAS İNTEQRASİYA BİRLİKLƏRİ. 4

2.1. Reqional iqtisadi inteqrasiyanın mahiyyəti, məqsəd və vəzifələri

2.2. İnkişaf etmiş sənaye ölkələri üzrə inteqrasiya birlikləri.

2.3. İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq iqtisadi inteqrasiyanın

xüsusyyətləri.

2.4. Keçid iqtisqdiyyatlı ölkələrdə iqtisadi inteqrasiya prosesləri.
2.1. Reqional iqtisadi inteqrasiya birliklərinin meydana çıxması XX əsrin ortalarına təsadüf edir və hazırda onların sayı 60-dan çoxdur. İqtisadi inteqrasiya – ölkələrin iqtisadi qarşılıqlı fəaliyyətləridir və bu onların təsərrüfat mexanizmlərini bir-birinə uyğunlaşdırır.

İqtisadi inteqrasiya onu ölkələrin qarşılıqlı iqtisadi fəaliyyətlərinin digər formalarından fərqləndirən bir sıra əhəmiyyətli xüsusiyyətlərə malikdirlər:

-milli təkrar istehsal proseslərini bir-biri ilə uyğunlaşması;

-istehsal, elmi, təcürbə-konstruktor işləri üzrə beynəlxalq ixtisaslaşma və kooperasiyanın geniş inkişafı;

- üzv ölkələrin iqtisadiyyatlarında inteqrasiyanın ztrateji məqsədlərinə tabe olan dərin quruluş dəyişiklikləri;

-inteqrasiya prosesinin məqsədyönlü şəkildə tənzimlənməsi, üzv ölkələrin iqtisadi strategiya və siyasətlərinin koordinasiyası.

İqtisadi inkişaf prosesində inteqrasiya birliklərində iştirak ölkələrə bir sıra üstünlüklər qazandırır. Onlardan ən əhəmiyyətliləri aşağıdakılardır:

-təsərrüfat subyeklərinin müxtəlif resurslar (maliyyə, əmək, material, yeni texnologiya) əldə etməsi asanlaşır;

-daha geniş olan inteqrasiya bazarında fəaliyyət göstərmək imkanı əldə edilir ;

-mürəkkəb sosial-iqtisadi , elmi-texniki, ekoloji, məşğulluq və s. problemləri üzv ölkələrin birgə həll etmə imkanları yaranır və s.

Tarixən inteqrasiya prosesi bir neçə təkamül prosesi keçmişdir və hər bir mərhələ əvvəlki mərhələnin inkişafıdır ( Cədvəl 8.1).

1-ci mərhələdə ticarət razılaşmaları ölkələr arasında ya ikitərəfli əsaslarla, ya da mövcud unteqrasiya qruplaşması və ya olkələr qrupu ilə bağlanır. Bu razılaşmaya əsasən ölkələr bir-birinə üçüncü ölkələrə nisbətən daha əlverişli ticarət rejimi tətbiq edirlər.

2-ci mərhələdə ölkələr arasında inteqrasiya zamanı qarşılıqlı olaraq əmtəə və xidmətlər ticarətində kömrük tariflərinin tam ləğvi nəzərdə tutulur və eyni zamanda üçüncü ölkələrlə ticarətdə milli kömrük tarifləri qüvvədə saxlanılır.

3-cü mərhələdə üzv ölkələrin milli gömrük tarifləri ləğv edilir, üçüncü ölkələrlə münasibətdə ümumi gömrük tarifləri qəbul edilir, əmtəə və xidmətlərin inteqrasiya birliyi regionu ərazisində azad yerdəyişməsi nəzərdə tutulur. Adətən bu vərhələdə razılaşdırılmış xarici ticarət siyasətininin həyata keçirilməsini koordinasiya edən dövlətlərarası orqan yaradılır.

4-cü mərhələdə (ümumi bazar) - ölkələr nəinki əmtəə və xidmətlərin , həmçinin istehsal amillərinin –kapital, işçi qüvvəsi, texnologiyanın da azad hərəkəti haqqında razılığa gəlirlər. Daim fəaliyyət göstərən dövlətlərarası katiblik yaradılır ( məs. Aİ –da hökumət və dövlət başçılarının Avropa Şurası, Nazirlər Şurası, Katiblik).

5-ci ( ən yüksək ) mərhələdə üzv ölkələr arasında vahid iqtisadi, valyuta, büdcə, pul siyasətinin həyata keçirilməsi , vahid valyutadan istifadə edilməsi, inteqrasiya qruplaşması daxilində hökumətlərin bəzi funksiyalardan birgə üst orqanın xeyrinə əl çəkməsi nəzərdə tutulur. ( məs. Aİ-da AŞ Komissiyası).

Cədvəl 2.1.

İnteqrasiya prosesinin mərhələləri




1.Ölkələr arasında ticarət razılaşmaları


2.Azad ticarət zonaları



3.Gömrük ittifaqı


4.Ümumi bazar

5.İqtisadi ittifaq

-qarşılıqlı ticarətdə tarif qiymətləri və digər maneələrin azaldılması;

-üçüncü ölkələrlə münasibətdə milli tariflərin saxlanılması;

-dövlətlər arası idarəetmə orqanlarının yaradilmaması.

-qarşılıqlı ticarətdə tarif və qeyri –tarif maneələrinin ləğvi;

-ölkələr arasında əmtəə və xidmətlərin azad hərəkəti;

-kiçik dövlətlər arası katiblik


-qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvi;

-üçüncü ölkələrlə münasibətdə vahid tarif və qeyri-tarif tənzimləməsinin tətbiqi;

-nazirlər səviyyəsində dövlətlərarası şura və katiblik


-əmtəə, xidmət, kapital və işçi qüvvəsinin azad hərəkəti;

-dövlət başçılarının görüşləri, nazirlər şurası, katiblik


-tam inteqrasiya;


-iqtisadi siyasətlərin harmoniyası;
-milli tənzimləmədən üstün olan funksiyalara malik dövlətlərarası orqan

Çoxsaylı olmalarına və müxtəlif inkişaf səviyyələrinə malik olmalarına baxmayaraq dünyadakı bütün inteqrasiya qrupları aşağıdakı eyni məqsədləri güdürlər:

1) Bazarın ölçülərinin genişləndirilməsi, xarici birbaşa investisiyaların axını hesabına miqyas üstünlüklərindən istifadə. Bu cür məqsədlər Mərkəzi Amerika və Afrika ölkələrinin inteqrasiya qruplarında daha aydın özünü göstərir.

2) Üzv-ölkələrin siyasi, hərbi, ictimai və digər sahələrdə əməkdaşlığı və qarşılıqlı anlaşması yolu ilə əlverişli xarici siyasət mühitinin yaradılması. Cənubi-Şərqi və Yaxın Şərq ölkələri üçün daha səciyyəvidir.

3) ÜDTT (ümumdünya ticarət təşkilatında) çoxtərəfli danışıqlar çərçıvəsində iştirakçı ölkələrin mövqelərinin gücləndirilməsi yolu ilə ticarət siyasəti məsələlərinin həlli. Şimali və Latın Amerikası , Cənubi-Şərqi Asiya ölkələrinin inteqrasiya birlikləri üçün səciyyəvidir.

4) Qruplaşmaların daha inkişaf etmiş iştirakçılarının bazar təcürbəsi, kapital və texnologiyalarından istifadə hesabına iqtisadiyyatda quruluş dəyişikliklərinə kömək. Bu məqsədlər Aİ çərçivəsində özünü daha çox biruzə verir.

5) Daha geniş regional bazarların yaranması hesabına milli sənaye sahələrinin inkişafına kömək. Bu məqsəd Latın Amerikası, Saxaradan cənubda yerləşən Afrika ölkələrinin inteqrasiya qrupları üçün aparıcı rol oynamışdır.

Bütün bunlar göstərir ki, ayrı-ayrı ölkələr inteqrasiya prosesində region daxili ticarət və istehsal amillərinin miqrasiyasında bir-birinə daha əlverişli şərait yaradırlar və bununla birliklər çərçivəsində beynəlxalq iqtisadi münasibətlərin inkişafını sürətləndirirlər. Bununla yanaşı reqional iqtisadi inteqrasiya qlobal beynəlxalq iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərir, çünki bu birliklər üçüncü ölkələrlə xarici-iqtisadi siyasətdə daha əlverişsiz şəraitin yaradılmasını nəzərdə tuturlar.

2.2. Dünyada ən mühüm və ən inkişaf etmiş inteqrasiya qrupu Avropa İttifaqıdır (Aİ) və o, Avropa İqtisadi Əməkdaşlığı (AİƏ-1967) əsasında yaradılmışdır. Avropa İqtisadi Birliyi (AİB) hüquqi cəhətdən müstəqil olan aşağıdakı üç regional təşkilatın birləşməsi nəticəsində meydana gəlmişdir:

1.1951-ci ildə yaradılmış Avropa Kömür və polad birliyi (ECSC);

2.1957-ci ildə Roma müqaviləsi əsasında yaradılmış Avropa İqtisadi Birliyi (European Economic Community);

3.1958-ci ildən fəaliyyət göstərən Avropa atom enerjisi birliyi (Avroatom).

AİƏ təşkilatının məqsədi ümumi bazar yaratmaq və bunun əsasında iqtisadi sabitliyə nail olmaq, həyat səviyyəsini yüksəltmək idi. Bunun üçün ardıcıllıqla aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulurdu:

-gömrük rüsumlarının, idxal və ixraca kəmiyyət məhdudiyyətlərinin və habelə digər bütün ticarət məhdudiyyətlərinin aradan qaldırılması;

-üçüncü ölkələrə münasibətdə vahid gömrük tarifləri və vahid ticarət siyasətinin tətbiqi;

-istehsal amillərinin sərbəst hərəkəti, AİƏ ərazisində sərbəst olaraq filiallar yaradılması, üzv-ölkələr arasında azad xidmət ticarəti;

-ümumi aqrar və nəqliyyat siyasətinin həyata keçirilməsi;

-birlik daxilində rəqabət şəraitinin yaradılması;

- üzv-ölkələrin iqtisadi siyasətlərinin koordinasiyası və tədricən yaxınlaşması;

-ümumi bazar üçün əhəmiyyət daşıyan dövlətdaxili hüquqi normaların eyniləşdirilməsi.

AİB 1992-ci ildə Niderlandda bağlanmış Mastrixt müqaviləsi ilə rəsmən Avropa İttifaqına (Aİ) çevrilmişdir.

AİB-nin qarşıya qoyduğu məqsədlər tədrici təkamül nəticəsində aşağıdakı ardıcıllıqla həyata keçirilmişdir:



-Azad ticarət zonası - 1958-1966-cı illər.

- Gömrük ittifaqı - 1968-1986 –cı illər

- Ümumi bazar - 1987-1992 ci illər.

- İqtisadi ittifaq - 1993- hazırkı dövr. ( 1999 Aİ - da vahid valyutaya

keçid).

Hazırda Aİ-da 27 üzv-ölkə vardır. 1.05.2004-cü ildən Aİ yalnız inkişaf etmiş ölkələrin inteqrasiya birliyi deyildir. Onun tərkibinə keçid iqtisadiyyatı mərhələsində olan 10 ölkə ( Macarıstan, Latviya, Litva, Slovakiya, Sloveniya, Polşa, Çexiya,, Estoniya ,Bolqarıstan, Rumıniya, habelə Kipr və Malta daxil edilmişdir). Aİ-nın fəaliyyət mexanizmi əsasən siyasi-hüquqi idarəetmə sisteminə əsaslanır. Dövlətlərarası idarəetmə orqanları kimi aşağıdakı qurumlar fəaliyyət göstərirlər:



Nazirlər Şurası- Aİ-nın vahid siyasətini həyata keçirmək üçün həllər qəbul edən qanunverici orqandır.

Avropa Şurası-ümumi siyasi prinsipləri müəyyən edir, onun tərkibinə dövlət və hökumət başçıları daxildirlər.

Avropa Parlamenti-nəzarətedici orqandır, büdcəni müəyyən edir ( üzv-ölkələrin ÜDM-nun 1,2-1,3 %- i və öz xüsusi vəsaitləri).

Avropa Birliyi məhkəməsi – bağlanan müqavilələrin və Aİ-nin əsas prinsiplərinin həyata keçirilməsini təmin etmək üçün yaradılmışdır.

Qərbi Avropada iqtisadi inteqrasiya yalnız Aİ ilə məhdudlaşmır. 1960-cı ildə Avropa Azad Ticarət Assosasiyası yaradılmışdır (AATA). Yaranan zaman onun tərkibinə 11 ölkə daxil olsa da, hazırda cəmi 4 üzv-ölkə: Norveç, İsveçrə, İslandiya və Lixtenşteyn bu birlik çərçivəsində fəaliyyət göstərirlər.



AATA-nın məqsədləri aşağıdakılardır:

-üzv-ölkələrin dayanıqlı iqtisadi artımına və maliyyə sabitliyinə kömək;

-ədalətli rəqabət şəraitinin yaradılması;

-tədricən ticarət maneələrini aradan qaldırmaqla, dünya ticarətinin inkişafına kömək.

AATA-nın fəaliyyəti yalnız sənaye məhsullarına aiddir. 21.101991-ci ildə Aİ və AATA arasında Avropa İqtisadi Məkanı (AİM) haqqında razılaşma imzalanmışdır. Razılaşma əsasında Aİ ölkələri ilə AATA arasında müəyyən növ k/t məhsullarının idxalı; Aİ ilə İslandiya, Aİ ilə Norveç arasında balıq ovu haqqında ikitərəfli müqavilələr imzalanmışdır.

Avropa qitəsində mövcud olan inteqrasiya birlilərindən biri də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QİƏT). Bu təşkilat Türkiyə Respublikasının təşəbbüsü ilə 1992-ci ilin iyun ayında yaradılmışdır. Təşkilat Qara dəniz sahilində yerləşən dövlətləri iqtisadi cəhətdən birləşdirmək və üzv ölkələrin iqtisadi inteqrasiyasını təmin etməklə region əhalisinin ümumi rifah səviyyəsinin artırılması üçün onların iqtisadi, siyasi, sosial və mədəni birliyini təmin etmək məqsədi daşıyır. Təşkilata ilkin olaraq 11 üzv-ölkə daxil olmuşdur: Azərbaycan Respublikası, Albaniya Respublikası, Ermənistan Respublikası , Bolqarıstan Respublikası, Gürcüstan Respublikası, Yunanıstan Respublikası, Moldova Respublikası, Rumıniya Respublikası, Rusiya Federasiyası, Türkiyə Respublikası və Urayna Respublikası.

Qərbi Avropada iqtisadi inteqrasiyanın müvəffəqiyyətlə inkişafı digər reqionlarda da inteqrasiya birliklərinin yaradılmasına təkan verdi. 01.01.1994-cü ildən Şimali Amerika azad ticarət zonasının (NAFTA) yaradılması haqqinda qərar qüvvəyə mindi (ABŞ, Kanada, Meksika). İmzalanmış razılaşmaya görə növbəti 15 il ərzində NAFTA-nın üzv-ölkələri arasında demək olar ki, bütün ticarət və investisiya maneələri ləğv edilməli, gömrük rüsumu aradan qaldırılmalıdır.( Hazırda ABŞ və Kanada arasında bütün ticarət maneələri aradan qaldırılmışdır.). Razılaşmada Meksika ilə bağlı əlavə bölmələr nəzərdə tutulmuşdur:

-Meksika vasitəsilə reeksport yolu ilə ABŞ-a rüsumlar ödəmədən öz mallarını şimali amerika bazarına çıxarmaq istəyən Asiya və Avropa şirkətlərindən müdafiə;

-Meksikada kapital qoyuluşuna , ABŞ və Kanada şirkətlərinin bank və sığorta işində rəqabət aparmasına qadağanın aradan qaldırılması.

Bununla yanaşı Meksika da digər üzv-ölkələri irəli zürdüyü şərtlə razılaşmağa vadar etdi: -heç bir xarici şirkət Meksika neftinin hasili və emalına investisiya qoya bilməz. NAFTA haqqında razılaşmada mühüm yerlərdən birini ətraf mühitin birgə qorunması bölməsi tutur.


2.3. İnkişaf etməkdə olan ölkələr arasında inteqrasiya birliklərinin yaradılması ilkin olaraq xarici-iqtisadi fəaliyyətin diversifikasiyası və inkişaf etmiş sənaye ölkələrindən asılılığın azaldılması vasitəsi kimi nəzərdə tutulmuşdu. Lakin inkişaf etməkdə olan ölkələrdə regional iqtisadi qruplaşmaların ( 50-dən çox) 40 illik fəaliyyəti göstərdi ki, onların heç biri sənaye ölkələrində yaradılan inteqrasiya qruplarına oxşar inteqrasiya kompleksi yarada bilməmişlər. Belə ki, Aİ-da qarşılıqlı ticarətin payı 70%-ə qədərdirsə, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 1-20% arasında tərəddüd edir.

İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya məqsədləri də fərqlidir. Əgər inkişaf etmiş sənaye ölkələri üçün inteqrasiya onların nail olduqları məhsuldar qüvvələrin yüksək inkişaf səviyyəsinin funksiyasıdırsa, inkişaf etməkdə olan ölkələr üçün inteqrasiya sənayeləşdirmə prosesinin aparılmasını yüngülləşdirən vasitədir. Daha dəqiq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inteqrasiyanın məqsədi aşağıdakılardır:

-iqtisadi artımın sürətləndirilməsi;

-milli iqtisadiyyatın quruluşunun optimallaşdırılması;

-keçmiş metropoliyalardan asılılığın azaldılması;

-beynəlxalq əmək bölgüsündə ölkənin vəziyyətinin yaxşılaşdırılması.



İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya prosesinin zəif getməsinin səbəbi hər bir ölkənin iqtisadiyyatının daxili xüsusiyyətləri ( məhsuldar qüvvələrin inkişafının aşağı səviyyəsi, birgə layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaitlərinin azlığı); qruplaşmalardakı ayrı-ayrı ölkələrin iqtisadi ( o cümlədən xarici-iqtisadi) strategiyalarında əhəmiyyətli fərqlilik və s ilə əlaqədardır.

Bütün bunlara baxmayaraq inkişaf etməkdə olan ölkələr üzrə iqtisadi inteqrasiyada müəyyən müvəffəqiyyətlər əldə etmiş inteqrasiya qruplarını ayırmaq olar.

Mərkəzi və Latın Amerikasında 6 inteqrasiya qrupu mövcuddur və reqionun 33 ölkəsindən 29 -nu əhatə edirlər.

1.Latın Amerikası inteqrasiya assosasiyası (1980) – Boliviya, Kolumbiya, Ekvador, Peru, Venesuela, Argentina Braziliya,Çili, Meksika, Paraqvay, Uruqvay –(cəmi 11 ölkə ) – ümumi bazar yaratmaq mərhələsindədirlər.

2.Mərkəzi Amerika ümumi bazarı (1961) – Kosta Rika, Salvador, Qvetemala, Qonduras, Nikaraqua ( 5)- Gömruk ittifaqı mərhələsindədirlər.

3. And Paktı (1969) - Boliviya, Kolumbiya, Ekvador, Peru və Venesuela (5) – ümumi and bazarı yaratmaq məqsədi ilə yaradılmışdır.

4.Karib dövlətləri burliyi (1973) –Baqama, Barbados Beliz, Dominika, Qrenada, Qayana, Yamayka, Trinidad və Tabaqo, Antiqua və Barbuda, Montserrat, Sent-Kits və Nevis, Sent-Lyusiya, Sent-Vinsent və Qrenadina (14). Ümumi bazar mərhələsindədirlər. İnkişaf etməkdə olan ölkələrdə yaradılmış ən çox inkişaf etmiş inteqrasiya birliklərindən biridir, özünün dövlətlərarası idarəetmə sisteminə malikdir: Hökumət başçılarının konfransı, Konfrans Bürosu, Katiblik, Parlament Assambleyası bə s.

5.Cənub Konusu ölkələrinin ümumi bazarı (MERKOSUR-1961)Argentina, Braziliya, Paraqvay və Uruqvay.Ümumi bazar səviyyəsinə uyğundur.

6.Şərqi Karib Dövlətlərinin təşkilatı (1981) - Dominika, Qrenada, , Antiqua və Barbuda, Montserrat, Sent-Kits və Nevis, Sent-Lyusiya, Sent-Vinsent və Qrenadina (7). Məqsədləri iqtisadi və siyasi əməkdaşlığın inkişafına kömək etməkdir.

Cənübi Asiya Reqional əməkdaşlıq assosasiyası (SAARK) (1985) özündə Banqladeş, Butan, Hundistan, Maldivlər, Nepal, Pakistan, Şri-Lankanı birləşdirir. Məqsədləri aşağıdakılardır:

  • əsas hesab edilən əməkdaşlıq sferalarını müəyyən etmək;

  • əməkdaşlıq proqramları üzrə fəaliyyət və maliyyələşmənin koordinasiyası;

  • iqtisadi, texniki və ticarət əməkdaşlığı sahələrində layihə və proqramların işlənib hazırlanması.

Ərəb dünyasında 2 inteqrasiya birliyi daha əhəmiyyətlidir.

1.Ərəb iqtisadi birlik şurası 1964. Özündə Misir, İrak, İordaniya, Yəmən, Küveyt, Liviya, Mavritaniya, BƏƏ, Fələstin, Suriya, Somali, Sudanı (12) birləşdirirdi. Qarşısına qoyduğu əsas məqsəd ümumi bazarı yaratmaqdır və hazırda 7 üzvü vardır. (Misir, İrak, İordaniya, Yəmən, Liviya, Mavritaniya Suriya).

2.Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası (1981 ) – Bahreyn, Qətər, Küveyt, BƏƏ, Oman, Səduyyə Ərəbistanını birləşdirir. Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-maliyyə, iqtisadi və ticarət əməkdaşlığı;

-ixracın monoəmtəə (neft) quruluşunu dəyişdirmək uçün səylərin

birləşdirilməsi;

-regionlarda sahibkarlığın inkişafına kömək etmək;

-birgə elmi-texniki proqramların təşkili.



Afrikada çoxsaylı müxtəlif inteqrasiya qrupları mövcuddur. Onlardan ən əhəmiyyətliləri və fəaliyyət göstərənləri aşağıdakılardır (6):

1.Qərbi Afrika ölkələrinin iqtisadi birliyi (EKOVAS-1975) – 16 dövləti birləşdirir. Məqsəd ümumi bazar , iqtisadi və valyuta ittifaqı yaratmaqdır.

2.Şərqi və Cənubi Afrika ümumi bazarı (KOMESA-1964) – 20 ölkəni birləşdirir. Azad ticarət zonası yaratmaq mərhələsindədirlər. ( Anqola, Birundi, Zair, Komor adaları, Cibutu, Efiopiya, Keniya, lesoto, Malavi, Mavrikiya, Mozambik, Namibiya, Ruanda, Somali, Sudan, Svizlend, Tanzaniya, Uqanda, Zambiya, Zimbabve).

3.Qərbi Afrika iqtisadi və valyuta ittifaqı (UEMOA – 1994). Əsas məqsədi ümumi bazarın yaradılması, üzv-ölkələrin milli iqtisadi siyasətlərinin koordinasiyası, qanunvericilik aktlarının uyğunlaşdırılmasıdır. (Benin, Burkina-Faso, Kot-d”İvuar, Mali, Niger, Seneqal, Toqo (7).

4.Afrika birliyi təşkilatı -1963. 53 ölkəni birləşdirir. Siyasi məqsədlərlə yanaşı iqtisadiyyat, elm və texnika sahəsində əməkdaşlığı nəzərdə tutur.

5. Mərkəzi Afrikanin gömrük və iqtisadi ittifaqı – 1966. Məqsədi Mərkəzi Afrikada mərhələli şəkildə ümumi bazarin yaradılması, real fəaliyyət göstərən gömrük ittifaqının möhkəmləndirilməsidir. (Qabon, Kamerun, Konqo, Mərkəzi Afrika Respublikası –MAR, Çad, Ekvator Qvineyası).

6.Cənubi Afrika inkişaf birliyi (SADK-1992) . Məqsədi kapitalın,əmtəələrin və xidmətlərin, işçi qüvvəsinin sərbəst hərəkətinə maneələrin mərhələli aradan qaldırılması, üzv-ölkələrin siyasi və iqtisadi-ictimai strategiyalarının razılaşdırılması və s.-dir. ( Anqola, Botsvana, Zambiya, Zimbabve lesoto, Malavi, Mozambik, Namibiya, Svizlend, Tanzaniya, CAR).

Afrika regionunda inteqrasiya prosesləri sənayenin inkişafı üçün şəraitin yaradılması və daxili bazarın tələbatının ödənilməsi olsa da, bu ideyalar hələlik arzu olaraq qalır.

Nəzərdən keçirilən dünya inteqrasiya qruplaşmaları inkişaf etmiş sənaye ölkələri və inkişaf etməkdə olan ölkələrdəki unteqrasiya prosesləri arasında aşağıdakı fərqləri göstərməyə imkan verir:

-inteqrasiya qrupları yaratmanı doğuran səbəblərin müxtəlifliyi;

-inteqrasiya üçün ilkin iqtisadi və siyasi şəraitin müxtəlifliyi;

-üçüncü dünya ölkələrində inteqrasiya qruplaşmalarının inkişafında müsbət dinamikanın olmaması.

Bu fərqləri nəzərə alaraq inkişaf etmiş sənaye ölkələri və inkişaf etməkdə olan ölkələr arasında vertikal inteqrasiya adlandırılan üsul daha perspektivli görünür. Buna misal olaraq Asiya-Sakit Okean və Şimali Amerika regionlarında olan inteqrasiya qruplarını göstərmək olar. Asiya-Sakit okan regionunda inteqrasiya üzv-ölkələrin xarici-iqtisadi əlaqələrinin assimetriyası üzərində qurulur və özünü ilk öncə mikrosəviyyədə və transmilli şirkətlərin yaradılmasında göstərir (ASEAN bloku ölkələri ABŞ, Yaponiya , bu regionun YSD-nin iqtisadiyyatları ilə daha çox bağlıdırlar).
2.4. Keçmiş sosialist olkələri bloku tərəfindən yaradılan İqtisadi qarşılıqlı yardım Şurası (İYŞ) dağıldıqdan sonra Şərqi Avropa ölkələri “Vışeqrad üçlüyü” adlı inteqrasiya birliyi yaratdılar (Macarıstan, Polşa, Çexoslavakiya (1990). Axırıncı da parçalandıqdan sonra “Vışeqrad dördlüyü” yaradıldı. 01.03.1993-cü ildən bu qruplaşma çərçivəsində azad ticarət haqqında Mərkəzi Avropa razılaşması fəaliyyətə başladı.

SSRİ dağıldıqdan sonra əvəzində MDB yaradıldı (21.12.1991 – Alma-Ata). Litva, Latviya və Estoniya bu birliyə daxil olmadılar. MDB-nin nizamnaməsi 1993-cu ilin yanvarında qəbul edildi.

MDB-nin yaradılması üçün razılaşma iki istiqamətlidir: o, bir tərəfdən köhnə iqtisadi quruluşların sökülüb dağıdılmasına, digər tərəfdən müstəqil dövlətlər arasında kəmiyyətcə yeni münasibətlərin təşkili və vahid iqtisadi məkanın saxlanılmasını nəzərdə tutur.

MDB-nin yaradılmasının obyektiv bazası respublikalar arasında əvvəlcədən mövcud olan qarşılıqlı əlaqələrdir. Hər bir respublika digər respublikalardan mühüm xammal resurslarının və son məhsulun göndərilməsindən asılı və iri tutumlu postsovet satış bazarina maraqlı olduqlarından belə bir qrupun yaradılmasında iştirak etmək məcburiyyətində idilər.

Bütün bunlara baxmayaraq bu qruplaşma daxilində ayrılma meylləri daha güclüdür. Dezinteqrasiya amillərini bir neçə qrupa bölmək olar:

I. Cari konyuktura amilləri – hər bir dövlətdə əsas diqqətin daxili tələbatın ödənilməsinə və ixracdan dönərli valyuta əldə etmə istəyi; öz daxili bazarını qorumaq üçün zəruri inzibati tədbirlər tətbiq etmək məcburiyyəti;

II. Keçmiş ittifaq respublikalarının vahid xalq təsərrufatı kompleksinə xas olan iqtisadi münasibətlərin yeni şəraitdə təsərrüfat əlaqələrini mürəkkəbləşdirməsi və daha çox dezinteqrasiya potensialını daşıması.

III. Keçmiş ittifaq respublikalarında təşəkkül tapmış təsərrüfat quruluşunun onların suveren dövlət kimi inkişaf tələblərinə cavab verməməsi. Hətta MDB çərçivəsində belə rəqabətədavamlılığa cavab verməyən istehsalın aşağı texniki səviyyəsi onları xarici tərəfdaşlar axtarmağa sövq edir.

IV. Hər bir respublikanın özünəməxsus yeni təsərrüfat mexanizmlərini formalaşdırma üsulları və sürətinin olması.

MDB çərçivəsində çoxsaylı razılaşmalar imzalansa da, onların arasında ikitərəfli razılaşmalar daha işqabiliyyətlidirlər. Çoxtərəfli razılaşmalara “Azad ticarət zonasının yaradılması” (1994), “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım (aprel 1994) və s göstərmək olar. Qeyd etmək lazımdır ki, 2006-cı ilə qədər MDB üzrə qəbul edilən 880 qərardan yalnız 130-u müəyyən qədər fəaliyyət göstərir.

Bu səbəblərdən qruplaşmanın tərkibində yeni subreqional qruplaşmalar yaradılmağa başladı:

-“Dördlərin ittifaqı” –Rusiya, Belorusiya, Qazaxstan, Qırğızıstan (1996).

- “Rusiya və Belorusiya ittifaqı” (1997).



-“Mərkəzi Asiya İttifaqı” - Qazaxstan, Qırğızıstan, Özbəkistan.(1994)

-“GÜÖAM –Gürcüstan, Ukrayna, Özbəkistan, Axərbaycan, Moldova. 2005-ci ildə Özbəkistan bu təşkilatdan çıxdıqdan sonra “GUAM” adlanır.

GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf Təşkilatı) əsas məqsədləri demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının təmin olunması, davamlı inkişafın təmin edilməsi, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropa ilə inteqrasiyanın dərinləşdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsidir.

Rusiya bu təşkilatın onun maraqlarını nəzərə almadan Asiya və Avropa arasında nəqliyyat dəhlizi və kommunikasiya sistemi yaratmaq üçün qurulduğunu iddia etsə də , təşkilatın işqabiliyyəti yüksəldikcə üzv-ölkələrin suveren dövlətlər kimi inkişafına yardım edəcəyi aydındır.

19.VII.2007 tarixdə GUAM-ın Bakıda keçirilən sammitində birliyə sədrilik Azərbaycana keçmişdir. Öz sədrliyi dövründə Azərbaycan Respublikası aşağıda göstərilən məqsəd və vəzifələri yerinə yetirmək öhdəliyi götürmüşdür:

* GUAM ərazilərində “dondurulmuş münaqişələrin” həlli sahəsində əməkdaşlıq;

*təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq;

*beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq;

*iqtisadi sferada üzv-ölkələr arasında əməkdaşlıq;

*enerji təhlükəsizliyi sahəsində və alternativ enerji mənbələrinin istifadəsi sahəsində əməkdaşlıq;

*CUAM-ın Parlament Assambleyası çərçivəsində əməkdaşlıq;

*humanitar və turizm sahəsində əməkdaşlıq;

*GUAM-ın institutlaşdırma prosesinin sona çatdırılması.

Hazırda GUAM-ın təşkilati quruluşu aşağıdakı kimidir (Şəkil 8.1).

Azərbaycan qərb istiqamətində Aİ-dan başqa Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) da üzvüdür. Azərbaycan Respublikası QDİƏT – in yaradılmasının ilk mərhələsindən başlayaraq təşkilatın fəaliyyətində, Bosfor Qətnaməsi və İstanbul Bəyannaməsinin hazırlanmasında iştirak etmişdir və 1992-ci ildən onun üzvüdür.

Azərbaycan şərq istiqamətində İslam Kofransı Təşkilatı (İKT) və İqtisadi Əməkdaşlıq Təşkilatı-nın (İƏT) üzvüdür.

Azərbaycan 1991-ci ildən İslam Kofransı Təşkilatı –nın üzvüdür. Bu təşkilat ölkəmizi siyasi arenada ən yüksək səviyyədə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkilatın bir sıra qətnamələrində öz əksini tapmışdır. İLT çərçivəsində Azərbaycan Respublikasına iatisadi yardımlar edilməsi haqqında bir neçə qətnamə qəbul olunmuşdur. Bu sənədlərdə üzv dövlətlər və islam qurumları tərəfindən Azərbaycana lazımi iqtisadi və humanitar yardımın göstərilməsi,





Ticarət və yük daşımalarının təşkilinə yardım edilməsi üzrə layihə

Şəkil 2.1. GUAM-ın təşkilati quruluşu

beynəlxalq təşkilatlar tərəfindən maliyyə və humanitar yardımın təmin edilməsi üçün tədbirlərin görülməsi əməkdaşlığın üstün istiqamətləri kimi qeyd olunmuşdur.

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətləri 1991-ci ilin fevral ayında, hələ ölkəmiz keçmiş SSRİ-nın tərkibində olarkən qurulmuşdur. Təşkilatın əsas məqsədi üzv-ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiyasının sürətləndirilməsidir. Azərbaycan üzv-ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılmasına yönəldilən 10 müxtəlif sazişə, o cümlədən “İƏT üzv-dövlətlər arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi”-nə, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş”-ə, “İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş”-ə qoşulmuşdur.

Ölkələr arasında iqtisadi inteqrasiyanın nəticələrindən biri inteqrasiya birlikləri çərçivəsində beynəlxalq ticarətin həcminin artmasıdır. Mövcud problemlərə baxmayaraq Azərbaycanın regional inteqrasiya birlikləri ilə xarici ticarət əlaqələqələrinin təhlili göstərir ki, ölkəmizin MDB ölkələri ilə əlaqələri dinamik inkişaf edir.

MDB ölkələri ilə əmtəə dövriyyəsi hər il artır (Cədvəl 2.2). Cədvəlin verilənlərinə görə, Azərbaycanın MDB ölkələrinə ixrac həcmi 2001-2005-ci illər ərzində 2,2 dəfə, MDB-dən idxal həcmi 3,3 dəfə artmışdır. Bu inteqrasiya qrupunun daxilində isə ayrı-ayrı ölkələr üzrə idxal-ixrac əməliyyatlarında əhəmiyyətli fərqlilik nəzərə çarpır.

Cədvəl 1.2

2001-2005-ci illərdə MDB ölkələri ilə ixrac və idxal həcminin

dinamikası

İllər

İxrac

İdxal


min doll.



Ümumi ixrac həcmində payı, %

min.doll.



Ümumi idxal həcmində payı, %

2001

222795,8

9,6

445233,8

31,1

2002

243720,4

11,2

650555,5

39,1

2003

332291,5

12,8

851201,8

32,4

2004

614282,4

17,0

1200535,9

34,1

2005

905390,0

20,8

1449516,2

34,4

İdxal üzrə Azərbaycanın əsas tərəfdaşları RF, Ukrayna, Qazaxstan və Türkmənistandır (Cədvəl 8.3).

Cədvəl 2.3

Azərbaycanın idxal üzrə MDB ölkələri arasında əsas tərəfdaşları

(%-lə)




1999

2000

2001

2002

2003

2004

2005

RF

21,9

21,3

10,7

16,9

14,6

16,2

17,0

Ukrayna

3,7

3,1

2,7

4,8

4,5

4,8

5,4

Qazaxstan

2,4

4,9

7,0

9,0

5,3

6,7

2,3

Türkmənistan

1,3

0,8

9,4

7,2

7,2

3,3

5,8

Özbəkistan



0,1

0,4

0,1

0,1

2,3

2,4

Gürcüstan



0,9

0,9

0,3

0,8

0,4

1,1

Belorusiya





0,3

0,2

0,2

0,3

0,4

Azərbaycanın ümumi idxal həcmində ən az paya malik olan ölkələr Gürcüstan(1,1%), Özbəkistan (2,4%) və Belorusiyadır (0,4%). Pusiyadan idxal həcmi 1999-2000-ci illərə nisbətən növbəti illərdə xüyli azalsa da, son illərdə artmağa doğru meyl edir və 2005-ci ildə 17% təşkil etmişdir.

MDB ölkələri arasında Azərbaycanın ixrac üzrə əsas tərəfdaşları RF ( 6,6 %), Türkmənistan (6,3%) və Gürcüstandır (4,8%) (Cədvəl 8.4).

Cədvəl 2.4

MDB ölkələri arasında ixrac üzrə Azərbaycanın ən əsas tərəfdaşları

(%-lə)





1999

2000

2001

2002

2003

2004

2005

RF

8,9

5,6

3,4

4,4

5,7

5,8

6,6

Türkmənistan

1,0

0,5

0,5

0,4

0,2

4,0

60,3

Gürcüstan

7,7

4,3

4,5

3,7

4,2

5,2

4,8

Tacikstan

1,2

1,1

0,5

1,3

1,3

1,3

1,8

Ukrayna

2,6

1,4

0,3

0,6

0,8

0,3

0,8

Qazaxstan

0,4

0,4

0,3

0,5

0,4

0,3

0,4

Azərbaycanın GUAM ölkələri ilə xarici ticatət əlaqələri getdikcə genişlənir (Cədvəl 8.4).

Cədvəl 2.4

Azərbaycanın GUAM ölkələri ilə xarici ticatət həcmi (mln. ABŞ doll.).


Göstəricilər



Ukrayna

Gürcüstan

Moldova

2005

2006

2005

2006

2005

2006

İdxal

226.2

317.4

45.5

49.2

2.7

4.67

İxrac

35.8

38.4

208.4

285.2

0.2

0.34

Dövriyyə

262.0

355.8

253.9

334.4

2.91

5.01

Dəyişmə (%)



35.8




31.7




72.1

Məşğələ üçün suallar.
1.İqtisadi inteqrasiya qruplaşmalarında iştirak ölkələrə hansı üstünlükləri qazandırır?

2. İqtisadi inteqrasiya prosesinin tarixi inkişaf mərhələləri hansılardır?

3. İqtisadi inteqrasiya prosesinin mərhələlərini səciyyələndirin.

4.Aİ hansı inkişaf mərhələlərindən keçmişdir?

5.Aİ-da dövlətlərarası idarəetmə orqanlrı hansı vəzifələri yerinə yetirirlər?

6.İnkişaf etmiş ölkələr arasında Aİ-dan başqa daha hansı inteqrasiya qrupları mövcuddur və məqsədləri nələrdir?

7.İnkişaf etməkdə olan ölkələr iqtisadi inteqrasiyada hansı məqsədləri güdürlər?

8. İnkişaf etməkdə olan ölkələrdə müəyyən müvəffəqiyyətlər əldə etmiş qruplaşmalar hansılardır?

9.Ərəb dünyasındakı inteqrasiya qruplarının əsas məqsədləri hansılardır?

10.Keçid iqtisadiyyatlı ölkələrin yaratdıqları inteqrasiya qruplarını sayın.

11. MDB-nin yaradılmasının əsas məqsədləri hansılardır?

12.Azərbaycanın daxil olduğu inteqrasiya qruplarını səciyyələndirin.


Mövzu 4. BEYNƏLXALQ TİCARƏT VƏ XARİCİ TİCARƏT SİYASƏTİ.

4.1. Beynəlxalq ticarətin (BT) nəzəri əsasları.

4.2. Əmtəələr üzrə BT-in mahiyyəti, formaları, göstəriciləri və inkişaf meylləri.

4.3. Xidmətlər üzrə BT-in xüsusiyyətləri, quruluşu və dinamikası.

4.4. Dünya ticarətində qiymətlərin yaranması.

4.5. Xarici ticarət siyasəti.

4.6. Xarici ticarətin formaları, üsulları və tənzimləmə alətləri.

4.7. Azərbaycanın xarici ticarət əlaqələri.

4.1. BT dünya iqtisadiyyatında dünya təsərrüfat əlaqələrinin həm tarixən, həm də məntiqi olaraq ilkin formasıdır. Milli iqtisadiyyatın inkişafı üçün xarici ticarətin əhəmiyyəti ondadır ki, onun sayəsində resursların milli bazasının məhdudluğu və daxili bazarın darlığı problemləri aradan qaldırılır; milli təsərrüfatlarda təkrar istehsal prosesi intensivləşdirilir, kütləvi istehsalın təşkili imkanları yaranır, yeni texnika və texnologiyanın tətbiqinin səmərəliliyi artır; yığım, sənayeləşmə, iqtisadi artım sürətinin yüksəlməsi imkanları çoxalır və s.

BİM- sistemində BT-in yeri aşağıdakılarla müəyyənləşir:

-onun vasitəsilə dünya təsərrüfat əlaqələrinin bütün formalarının nəticələri (kapitalın hərəkəti, istehsal kooperasiyası, ET əməkdaşlıq və s.) həyata keçirilir;

-əmtəələr üzrə BT son nəticədə xidmətlər üzrə beynəlxalq tədavülün dinamikasını müəyyənləşdirir;

-BT-in inkişafı reqional iqtisadi inteqrasiya üçün mühüm baza yaradır və BƏB-nün daha da dərinləşməsinə kömək edir;

-xarici investisiyalaşdırma prosesi və beynəlxalq hesablaşmaların inkişafını stimullaşdırır.

BT nəzəriyyəsinin əsasları XVIII əsrin sonları – XIX əsrin əvvəllərində A.Smit və D.Rikkardo tərəfindən işlənib hazırlanmışdı. A.Smit “Xalqların rifahlarının təbiəti və səbəbləri haqqında tədqiqat”* (Исследование о природе и причинах богатства народов” - 1776) əsərində mütləq üstünlüklər nəzəriyyəsini işləyib hazırlamışdı. XVIII əsrin axırlarında xammal üzrə ticarət üstünlük təşkil edirdi və A.Smit öz nəzəriyyəsini bunun üzərində hazırlamışdı. Nəzəriyyənin başlıca nəticəsi ondadır ki, əmtələrin nəinki xarici bazarlara satışı, həmçinin alışı da əlverişli ola bilər.

D.Rikkardo “Siyasi iqtisadiyyatın və vergitutmanın başlanğıcı”* («Началo политической экономики и налогового обложения» - 1817) əsərində qarşılıqlı əlverişli ticarət və beynəlxalq ixtisaslaşmanın daha ümumi prinsiplərini iləyib hazırladı. D.Rikkardonun müqayisəli üstünlüklər qanununa uyğun olaraq, hər bir ölkə müqayisədə hansı məhsulun istehsalı üzrə daha az əmək məsrəflərinə malikdirsə, o məhsulların istehsalı üzrəixtisaslaşır.

XIX əsrin sonları – XX əsrin əvvəllərində BT-də quruluş dəyişiklikləri nəticəsində BƏB-nün amili kimi təbii resurslar üzrə fərqlərin rolu əhəmiyyətli dərəcədə azalmağa başladı. İsveç alimləri E.Hekşer və B.Olin (XXəsrin 20-30-cu illəri) emal sənayesi məhsulları üzrə beynəlxalq ticarətin səbəblərini izah edən nəzəriyyə işləyib hazırladılar. Müəlliflərin fikrincə, müxtəlif ölkələr əmək, kapital, torpaqla müxtəlif səviyyədə təmin olunmuşlar, habelə bu və ya digər məhsullara müxtəlif təlabatları vardır. Hekşer – Olin nəzəriyyəsinə görə, öz istehsallarına artıqlamasilə əldə edilə bilən istehsal amillərinin əhəmiyyətli məsrəflərini və az tapılan amilliərin elə də böyük olmayan məsrəflərini tələb edən məhsullar əks mütanasibdə amillərdən istifadə edilərək istehsal edilən məhsullarla mübadilə üşün ixrac edilir.

XX əsrin 50-ci illərinin ortalarında rus mənşəli Amerika iqtisadşısı V.Leontyev özünün “Leontyev paradoksu” adı altında məşhur olan əsərində xarici ticarət nəzəriyyəsini inkişaf etdirmişdir. Hekşer-Olin nəzəriyyəsindən istifadə edərək o, göstərmişdi ki, ikinci dünya müharibəsindən sonra amerika iqtisadiyyatı kapitala nisbətən daha çox əmək tələb edən istehsallar üzrə ixtisaslaşmışdılar. Bu isə ABŞ iqtisadiyyatı haqqında əvvəllər mövcud olan fikirlərə, yəni “kapital çox olduğu üçün daha çox kapitaltutumlu əmtəələr ixrac etməlidir” fikirinə əkslik təşkil edirdi. V.Leontyev bunu paradoks adlandırmış və müqayisəli üstünlüklər nəzəriyyəsinə öz töhfəsini vermişdir.

Son zamanlar BT nəzəriyyələrində təhlilə makroiqtisadi yanaşma mikroiqtisadi yanaşma ilə daha da zənginləşdirilmişdir. Bunlardan ən maraqlısı M.Porterin rəqabət üstünlükləri nəzəriyyəsidir. Bu nəzəriyyədə belə bir fikir irəli sürülür ki, beynəlxalq bazarda ölkələr deyil, firmalar rəqabət aparırlar, bununla əlaqədar olaraq firmanın rəqabət üstünlüyünü necə yaratdığı və əldə saxladığını başa düşmək və ölkənin bu prosesdə rolunu aşkar etmək çox mühümdür. Onun fikrincə ölkənin beynəlxalq tədavüldə rəqabət bacarığı “rəqabət rombu” adlandırdığı 4 əsas amilin qarşılıqlı təsiri və qarşılıqlı əlaqəsi ilə müəyyən olunur:



  1. amil şərtləri (ölkədə əsas istehsal amillərinin mövcudluğu);

  2. miqyas effekti yaradan daxili tələbat şərtləri;

  3. köməkçi və yanaşı sahələrin mövcudluğu;

  4. firmanın quruluş strategiyası və onun sahədaxili rəqabətdə yeri.

4.2. Beynəlxalq ticarət – ayrı-ayrı ölkələrin alıcıları və satıcıları arasında əmək məhsullarının tədavülü üzrə beynəlxalq əmtəə münasibətləri sferasıdır.



Dünya əmtəə dovriyyəsi- bütün dövlətlərin yalnız ixrac həcmlərini toplamaqla hesablanır və ənənəvi olaraq ABŞ dolları ilə ifadə edilir.

Ayrı-ayrı dövlətlərin beynəlxalq ticarətdə iştirakını qiymətləndirmək üçün “xarici ticarət”, “xarici ticarət dövriyyəsi” terminlərindən istifadə edilir.
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə