Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə16/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Gömrük dəyərinin müəyyən edilməsi qaydalarının tətbiqi gömrük orqanlarına özlərinin əsas funksiyalarından birinin – fiskal funksiyasını yerinə yetirməyə imkan verir, çünki bu gömrük ödəmələrindən dövlət büdcəsinə daxil olmaların bütövlüyünə imkan verir.

Digər tərəfdən gömrük dəyərinin müəyyən edilməsinin ümumiliyi xarici- iqtisadi fəaliyyət iştirakçılarının hamısı üçün ödənilməli olan gömrük rüsumlarının hesablanması baxımından eyni şərait yaradır və xarici-ticarət əməliyyatlarının təşkili zamanı müəyyənlik dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına, sövdələşmələrin bütün iqtisadi parametrlərinin əvvəlcədən hesablanmasına imkan yaradır.

Gömrük dəyəri əmtənin Azərbaycan Respublikasının gömrük sərhədlərini keçərkən deklarant tərəfindən ölkənin görük orqanlarına bildirilir (deklarasiya edilir). Bundan əlavə gömrük dəyəri əmtəənin daxil olduğu gömrük rejimi dəyişildiyi zaman da deklarasiya edilir. Yəni, deklarant - “əmtəəni keçirən şəxslər, əmtəələri və nəqliyyat vasitələrini öz adından deklarasiya edən brokerlər (vasitəçilər)” - əmtənin gömrük dəyərini müstəqil olaraq qanunla müəyyən edilmiş üsulla müəyyən edirlər və ərizə ilə bağlı olan bütün hərəkətləri yerinə yetirirlər.

Əmtəənin gömrük dəyəri göstərilən əsas sənəd gömrük nəzarətinin əsas sənədi – “yük gömrük deklarasiyasıdır”.

Lakin aparılan əmtəələr üçün əlavə olaraq xüsusi deklarasiya formaları olan GDD-1 və GDD-2 tətbiq olunur. Burada gömrük dəyərinin tərkib hissələrə (kompanenlərə) bölünərək gömrük dəyərinin əsaslı sürətdə hesabatı verilir. Gömrük dəyəri deklarasiyası üyğun yük gömrük dəyərinə əlavə kimi verilir və bu əlavəsiz o, həqiqi sayılmır.

GDD Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan bütün əmtəələr üçün doldurulur və göstərilən gömrük rejimlərinə uyğun olaraq gətirilən əmtəələrdən gömrük rüsumları, aksizlər, ƏDV və digər vergi və yığımlar tutulur.

Gömrük dəyərinin, onun quruluşunun müəyyən edilməsi qaydası əmtəənin növündən, yaxud deklarant tərəfindən təqdim edilən gömrük rejimindən asılı olmayaraq vahiddir, lakin vergi tutma bazası bəzən dəyişir, çünki müəyyən güzəştlər də mövcuddur.

Deklarant tərəfindən təqdim olunan informasiya həqiqətə uyğun, kəmiyyətcə müəyyən oluna bilən və sənədlərlə təsdiq olunan məlumatlara əsaslanmalıdır.

Gətirilən əmtəələrin gömrük dəyəri üzrə təqdim olunan məlumatları təsdiq etmək üçün GDD – dan başqa deklarant aşağıdakı sənədləri də təqdim etməlidir:

-mal gətirən şəxsin təsis sənədləri;

-müqavilə (kontrakt və ona əlavə razılaşmalar (əgər nəzərdə tutulubsa);

-hesab-faktura (invoys) və bank ödəmə sənədləri (əgər hesab ödənilibsə). Hesab-faktura dedikdə hər şeydən əvvəl yerinə yetirildiyi haqda bankın qeydiyyatı olan ödəmə tapşırığının sürəti və müəssisənin rəhbəri və baş mühasibi tərəfindən təsdiq edimiş müəssisənin hesabından çıxarışın sürəti nəzərdə tutulur. Bu sənədlər tərtib olunan mal göndərmə ilə tutuşdurmaq üçün bütün zəruri rekvizitləri özündə əks etdirməlidirlər.

-mal göndərmənin şərtlərinə görə əgər möcuddurlarsa, nəqliyyat və sığorta sənədləri (daşınma müqaviləsi, daşınma üçün hesablar, konosament, dəmir yol,aviasiya, avtomobil daşıma sənədləri (CMR), sığorta sənədləri, sığorta polisi və s);

-nəql etmə alıcının nəqliyyat vasitəsilə həyata keçirilirsə, rəsmi təsdiq edilmiş nəqliyyat xərcləri kalkulyasiyası;

-göndərən ölkənin gömrük deklarasiyası (əgər varsa);

- qablaşdırma vərəqi;

-əmtəələrin idxalı qoyulmuş qaydalara uyğun olaraq lisenziya üzrə həyata keçirilirsə əmtəələr üçün lisenziya;

-əmtəənin mənşəyi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı və s.

Əgər yuxarıda sadalanan sənədlər kifayət deyilsə gömrük orqanları deklarandan əlavə sənədlər tələb edə bilərlər. Buraya aşağıdakı sənədlər daxildir:

-sövdələşməyə aidiyyəti olan üçüncü şəxslərlə kontrakt;

-satıcının xeyrinə üçüncü şəxslərə ödənişlərin hesabları;

-qiymətləndirilən məhsula nəzərən broker xidmətləri, komission xərclərinin hesabları;

-mühasibat sənədləri;

-lisenziya və ya müəllif razılaşması;

- ixrac (idxal) lisenziyası;

-ambar qəbzləri;

-mal göndərmə üçün sifarişlər;

-istehsalçı-firmaların kataloqları, kommersiya təklifləri, qiymət preyskurantları (prays-vərəqlər);

-qiymətləndirilən mallara istehsalçı firmanın kalkulyasiyası ( əgər firma onu azərbaycan alıcısına verməyə razıdırsa);

-deklarasiyada göstərilən məlumatları təsdiq etmək üçün istifadə oluna biləcək digər sənədlər.

Ümumiyyətlə gömrük dəyərini müəyyən etmək üçün altı üsuldan istifadə edilir:

-gətirələn əmtəə üzrə sövdələşmə qiyməti üzrə üsul;

-oxşar əmtəələr üzrə sövdələşmə qiyməti üzrə üsul;

-eynicinsli əmtəələr üzrə sövdələşmə qiyməti üzrə üsul;

-dəyərin çıxılması üsulu;

-dəyərin toplanması üsulu;

-ehtiyat üsulu.

Məhsulların ixracı zamanı “gömrük dəyəri sövdələşmə dəyəri, yəni əmtəələrin ixracı üçün satışı zamanı faktiki olaraq ödənilən və ya ödənilicək qiymət əsasında müəyyən edilir”.

Gətirilən əmtəələrin gömrük dəyərlərinə analoji olaraq, Azərbaycan Respublikasının ərazisindən aparılan əmtəələrin gömrük dəyərlərinə faktiki ödənilən və ya ödəniləcək sövdələşmə dəyərinin tərkibinə daxil olmayan, alıcının çəkdiyi xərclər daxil edilir. Qaydalara görə buraya aşağıdakılar aiddirlər:

-komission və broker xərcləri;

- konteynerlərin və ( və ya) başqa qablaşdırmanın dəyəri ( əgər MDB XİF ƏN –na uyğun olaraq ararılan əmtəə ilə bütöv kimi baxılırsa);

-qablaşdırma materiallarının və qablaşdırma işlərinin dəyəri də daxil olmaqla qablaşdırma dəyəri;

- alıcının satıcıya istehsal və ya ixraca satış üçün pulsuz və aşağı qiymətlə verdiyi uyğun malların dəyərinin uyğun hissəsi. Buraya aşağıdakılar aid edilir:

*aparılan əmtəələrin tərkib hissəsi olan xammal, material, yarımfabrikat və digər komplektləşdirici məmulatlar;

*aparılan malların istehsalında istifadə edilən alətlər, qəliblər, formalar və digər predmetlər;

* aparılan malların istehsalında istifadə edilən kğməkçi materiallar;

*Mühəndis işləri, təcrübə-konstruktor işləri, dizayn, bədii tərtibat, eskizlər, çertyojlar.

-ararılan əmtəənin alınması şərtləri kimi alıcının birbaşa və ya dolayı yolla həyata keçirdiyi intellektual mülkiyyətdən istifadə üçün lisenziya və ya digər ödənişlər;

-Azərbaycanın kömrük ərazisindən çıxardıqdan sonra alıcının əmtəədən istifadəsi, başqasına verməsi və yenidən satışından əldə etdiyi gəlirin satıcıya birbaşa və ya dolayı yolla daxil olan hissəsi;

Deklarant tərəfindən təqdim edilən məlumatların istifadəsi mümkün olmadıqda gömrük dəyərini müəyyən etmək üçün aşağıdakılardan istifadə edilir:

-ya eynicinsli və ya oxar məhsulların qiymətləri haqqında məlumatlardan;

-ya yuxarıda sadalanan xərclər də nəzərə alınmaqla aparılan oxşar və ya eynicinsli əmtəələrin maya dəyəri kalrulyasiyasından.

Xarici-iqtisadi əlaqələrdə texnologiyaların ötürülməsinin təşkili və texnikası da mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki beynəlxalq miqyasda tüxnologiyalar əsasən kommersiya və qeyri-kommersiya yolları vasitəsilə ötürülür.



1) Qeyri - kommersiya əsaslarla:

-xüsusi ədəbiyyatların informasiya yığımı, kompüter verilənlər bazası, arayışlar və s.;

-konfranslar, sərgilər, seminarlar, klublar, o cümlədən daim fəaliyyət göstərənlər;

-xaricdə təhsil alma, staj keçmə, tələbələrin,alimlərin, ixtisasçıların ali təhsil məktəblərində, müəssisələrdə, təşkilatlarda paritet əsaslarla təcrübə keçməsi;

-alimlərin və ixtisasçıların beynəlxalq miqrasiyası, o cümlədən “beyin axını”.

2)Kommersiya əsaslarla:

-texnologiyaların satışı;

-birbaşa xarici investisiyalar və onları müşayət edən tikinti, yenidənqutma, müəssisələrin, istehsalların modernləşdirilməsi;

-nou – hau patentlərinin və lisenziyaların satışı;

-lizinq;

-injinirinq;

-konsaltinq;

-portfel investisiyaları;

-elmi-texniki və istehsal kooperasiyası.

Texnologiyaların ötürülməsinin ən əsas forması lisenziya razılaşmalarıdır. Lisenziyaların alqı-satqısı zamanı təkcə texniki-iqtisadi aspektləri deyil, həm də meydana çıxan kommersiya, hüquqi, və ictimai məsələləri nəzərə almaq, onların mümkün həll yollarını hərtərəfli qiymətləndirmək məsləhət görülür. Lisenziya əsasında texnologiya əldə etmək istəyən firma bir qayda olaraq üç məsələni həll etməlidir:

-lazımi texnologiyanın seçilməsi;

-seçilən texnologiyanın qiymətləndirilməsi;

-lisenziya razılaşmasının tərtibi.

Lazımi texnologiya seçildikdən sonra onun ilkin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə üçün informasiya toplandıqdan sonra satışa çıxarılan texnologiyaların xarakteristikalarının müqayisəli tədqiqi aparılır və müəssisə üçün ən lazımlısı seçilir. Bundan sonra lisenziyanın alınmasının texniki-iqtisadi əsaslandırılması mərhələsi başlanır. Texnologiyanın alınması üzrə qərar qəbul etmək üçün zəruri olan gizli informasiyaların əldə edilməsi üçün çox vaxt satıcı-firma ilə gizlilik haqqında ilkin saziş (opsion razılaşma formasında) bağlanılır.

Opsion razılaşmaya uyğun olaraq lisenziat müəyyən haqq müqabilində yeni texnologiya ilə tanış olduqdan və onu zəruri sınaqdan keçirdikdən sonra lisenziyanı alıb – almamaq haqqında qərar verir. Opsion razılaşması aşağıdakı şərtləri nəzərdə tutur:

Saticının öhdəlikləri:

-alıcıya texniki sənədləşdirmənin ötürülməsi;

-ayrıca haqqı ödənilməklə alıcıya lisenziya üzrə istehsal ilunmuş məhsul nümunəsini göndərmək;

-zəruri olan hallarda öz mütəxəssislərini texniki kömək üçün alıcının müəssisəsinə ezam etmək;

Alıcının öhdəlikləri:

-satıcıdan alınan texniki sənədlərdən, habelə hər hansı informasiyadan yalnız opsion razılaşma üçün istifadə etmək və bütün məlumatları bir neçə ik gizli saxlamaq;

-faliyyətdə olan patentləri tanımaq, razılaşmaya aid olan patentlərin verilməsinə mane olmamaq;

-opsionun vaxtı qurtaranadək lisenziya almaqdan imtina edildiyi zaman satıcıya texniki sənədləşmələri, və informasiyaları geri qaytarmaq.

Seçilən texnologiyadan istifadə etməklə layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Texniki-iqtisadi əsaslandırma bir qayda olaraq aşağıdakı elementləri birləşdirir:

-planın fəaliyyət müddəti;

-son məhsulun texniki səciyyəsi;

-satışın proqnozlaşdırılması;

-xammal, kommunal xidmətlər, texniki personalın mövcudluğu;

-istehsal gücü;

-qurulma və xidmət xərcləri;

-əsas və dövriyyə kapitalı;

-maliyyə planı;

-amortizasiya;

-istehsal xərcləri;

- nəqd pul axını;

-kapital qoyuluşunun ödəmə müddəti.

Danışıqların sonunda müqavilənin ən son variantı imzalanır və tərəflər rəhbərlik tərəfindən formal təsdiq etmə vaxtı və qaydaları haqqında razılığa gəlirlər. Yalnız müəssisə rəhbərlərinin təsdiqindən sonra müqavilə qüvvəyə minir.

Xarici iqtisadi fəaliyyətin təşkilində vasitəçilk də mühüm rol oynayır. Ticari-Vasitəçilik ümumiyyətlə bazar iqtisadiyyatının çox mühüm və ayrılmaz hissəsidir. “Azərbaycan Respublikasında xarici-iqtisadi fəaliyyətin liberallaşdırılması” haqqında qanun Azərbaycan ərazisində qeydiyyatdan keçmiş bütün müəssisə və təşkilatlara onların mülkiyyət formalarından asılı olmayaraq xarici – iqtisadi, o cümlədən, vasitiçilik fəaliyyəti ilə məşğul olmağa icazə verir.

Vasitəçi sövdələşmə aparmaq istəyən tərəfləri birləşdirən şəxslərdir. Onlar yükdaşıma, saxlama, sığortalama, əmtəə satışı və digər sferalarda fəaliyyət göstərirlər. Vasitəçi kimi ayrı-ayrı şəxslər kimi təşkilatlar da çıxış edə bilərlər. Vasitəçilərə brokerlər, dilerlər, maklerlər, topdansatış alıcıları, ticarət və sənaye agentləri və d. aid edilir. Onlar tapşırıq verənlərin hesabına işləyirlər və bunun üçün mükafat alırlar. Beynəlxalq əmtəə mübadiləsinin yarıdan çoxu isyehsalçılardan və istehlakçılardan asılı olmayan belə şəxslərin, təşkilatların, ticarət firmalarının -vasitəçilərin köməyi ilə həyata keçirilir.

Vasitəçilik əməliyyatları – idxalçı və ya ixracçının tapşırığı ilə müstəqil vasitəçi-firma tərəfindən həyata keçirilən xarici tərəf-müqabilin axtarılması, sövdələşmə üçün sənədlərin hazırlanması və onların həyata keçirilməsi , nəqliyyat-ekspeditor əməliyyatları, kredit-maliyyə xidməti, əmtəələrin sığortalanması, əmtəələrin reklam edilməsi, satışdan sonra xidmət, satış bazarlarının öyrənilməsi və təhlili, gömrük işlərinin yerinə yetirilməsi və s. –ni əhatə edir.

Vasitəçiləri cəlb etməkdə məqsəd xarici – ticarət əməliyyatlarının aparılmasında qənaətliliyi əldə etmək üçün istifadə edilir. Məsələn, ixrac zamanı ticarət vasitəçisi əmtəə istehsalçısını bu əmtəələrin satışı ilə əlaqədar bir çox öhdəliklərdən azad edir. O əmtəəni idxalçının ölkəsinə gətirir, sortlaşdırır, qablaşdırır, əmtəələri çeşidlərə görə seçir, malları bazarın tələblərinə uyğunlaşdırmağa çalışır.

Beləliklə, ixracçı (istehsalçı) xarici bazarda möhkəmlənmək üçün vasitəçinin bilik və təcrübəsindən istifadə edir, eyni zamanda idxal edən ölkədə öünün xüsusi satış şəbəkəsini yaratmaq üçün lazım olacaq vəsaitə qənaət edir. Çünki ticarət-vasitəçi firmalar çox vaxt özlərinin maddi-texniki bazalarını: anbar binaları, nümayiş salonları, təmir emelatxanaları, müxtəlif mağazalar və s. yaradırlar.

Ödənilən mükafatlara baxmayaraq vasitəçilərdən istifadə qənaətlə işləməyə imkan verir, çünki:

*məhsul satışında operativlik artır, nəticədə kapital dövriyyəsinin sürətinin artması hesabına mənfəət artır;

*bazar konyukturasının dəyişməsinə vasitəçilərin operativ və fəal reaksiyası onlara məhsulları daha sərfəli şərtlərlə sataraq ixracçının maraqları çərçivəsində daha müvəffəqiyyətlə işləməyə imkan verir. İstehlakçılarla daim kontaktda olan vasitəçilər əmtəələrin keyfiyyət və rəqabətədavamlılıq səviyyələri haqqında qiymətli ilkin informasiyaya malik olurlar;

*vasitəçilər tərəfindən həyata keçirilən texniki xidmət, satışdan sonra servis xidməti və malgöndərmə müddətinin azalması məhsulun rəqabətə davamlılıq bacarığının yüksəlməsinə səbəb olur;

*işlərində müvəffəqiyyət qazanmış vasitəçilərlə satış şəbəkəsinin yaradılması və inkişafı ixracçıların vəsaitlərinə qənaət etməyə imkan verir;

*vasitəçilərin adətən müəyyən nğv məhsulun kütləvi satışı üzrə ixtisaslaşması satılan əmtəə vahidinə tədavül xərclərini azaltmağa və əlavə kommersiya üstünlüyü əldə etməyə imkan verir.

Ümumilikdə dünya ticarət təcrübəsində vasitəçilərdən çox geniş istifadə olunur, çünki bu həm alıcılara, həm də satıcılara müəyyən üstünlük əldə etməyə imkan verir.

Xarici – iqtisadi fəaliyyətdə vasitəçilər üç satış şəbəkəsindən istifadə edirlər.

Öz xüsusi satış şəbəkəsi baş vasitəçinin (əsasən idxalçının)satış şöbələrini və ölkənin ayrı-ayrı regonlarında yerləşən şöbələrini birləşdirir.

Müstəqil satış şəbəkəsi (agentlər üçün) əsas vasitəçilərin (agentlərin) kapitalının iştirakı ilə törəmə kompaniyaları və topdansatış və pərakəndə ticarətlə məşğul olan müstəqil satış firmalarını əhatə edir. Axırıncıların sırasına regionlar üzrə distribüterlər, dilerlər vəson stıcılar kimi subdilerlər, habelə ixtisaslaşdırılmış mağazalar daxil ola bilərlər.

Qarışıq şəbəkələr beynəlxalq ticarətdə daha çox yayılmışlar, öz xüsusi satış şəbəkələrindən və müstəqil satış firmalarından ibarətdirlər.

Vasitəçilərin köməyi ilə əmtəələr bazarda aşağıdakı üsullarla reallaşdırılırlar:

-istehlakçılarla birbaşa kontrakt bağlamaqla;

-müqavilə bağlamadan topdansatış ticarət mərkəzləri, ixtisaslaşdırılmış və universal mağazalar vasitəsilə;

Bütün vasitəçilər satışın sürətləndirilməsinə yöəldirlər və öz rəqiblərini qabaqlamağa çalışırlar. Bundan alınan gəlirin kəmiyyəti asılıdır və bu onların işinin səmərəlilik göstəricisidir.

Məhsulun rəqabət səviyyəsini onu kreditə satmaqla da yüksəltmək olar. Lakin bu zaman nəzərə almaq lazımdır ki, bu kapitalın dövriyyəsini yavaşıdır və ödənişlərlə problemlər meydana çıxa bilər.

Sənaye müəssisələrinə kreditə xammal, maşın və avadanlıqlar satarkən ödənişləri təmin etmək üçün onlardan bank təminatı almaq olar.

Topdansatış firmalarından və iri dilerlərdən də maliyyə təminatı almaq olar.

Son illərdə xarici ölkələrdə satöş problemlərinin kəskinləşməsi ilə əlaqədar məhsul isteklaçıları ilə xüsusi kontrakt bağlamaq təcrübəsi geniş yayılmışdır. Kontrakta görə alıcının aldığı əmtəənin dəyərini tamamilə ödəmədiyi müddət ərzində satılan əmtəələrə satıcının mülkiyyət hüququ saxlanılır.

Məşğələ üçün suallar.


1.Xarici Ticarət Təşkilatının şöbə və xidmətlər qruplarını sayın və onun gördüyü işləri səciyyələndirin.

2.Müəssisənin xarici-iqtisadi əlaqələr şöbəsinin hansı funksiyaları var?

3.Müəssisənin xarici-iqtisadi əlaqələr şöbəsi məhsulun tanıdılması və müştəri axtarışında hansı üsullardan istifadə edirlər?

4.Müəssisələrə potensial tərəfdaşlar haqqında lazım olan informasiyanı ölkənin hansı təşkilatları verə bilər?

5. Müəssisələrə potensial tərəfdaşlar haqqında lazım olan informasiyanı hansı xarici təşkilatlardan almaq olar?

6.Müəssisələrin xarici-ticarət əlaqələrində gömrük rüsumları hansı məqsədlərə xidmət edirlər?



7.Gömrük dəyəri deklarasiyasında deklarant (müəssisə) hansı məlumatları verməlidir?


1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə