Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə15/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16
Dəzgahqayırma məhsullarının isttehsalının coğrafiyası getdikcə genişlənsə də, dünyada bu sahənin təmərküzləşmə səviyyəsi çox yüksəkdir. Dünya üzrə cəmi dəzgahlar istehsalında lider olan üç ölkənin (Yaponiya, Almaniya və ABŞ) payı 50%-dən çoxdur. Dəzgahqayırma məhsulları istehsalınada ən iri regionlar arasında Qərbi Avropa əvvəlki kimi liderdir (dünya üzrə istehsalın təqribən 40%-i, o cümlədən Almaniyanın payı təqribən 20%). İkinci yerdə Asiya regionudur (30%-dən çox, o cümlədən Yaponiyanın payı 20%-dən çox). Şimali və Cənubi Amerikanın payına sahə məhsulunun dünya üzrə həcminin ¼-i düşür. Dəzgah və avadanlıqların dünya bazarında ilkin yerləri həmişə olduğu kimi Almaniya, ABŞ, Yaoniya, İtaliya, B.Britaniya, Fransa və digərləri tutur. Lakin hazırda Çin, Koreya Respublikası, Taypey (Tayvan) və habelə Braziliya artıq onları çox yaxından təqib edirlər.

Elektrotexnka sənaye sahəsində aşağıdakı mənsulları istehsal edən iki istehsal qrupu fərqlənir:

-sənaye təyinatlı çox bahalı məhsullar;

-təsərrüfatda və məişətdə geniş istifadə üçün ucuz məhsullar.

Elektrotexnika sahəsində ən iri TMK-lar (“Ceneral elektrik”, “Vestinhauz” –ABŞ, “Simens” Almaniya ) hələ XIX əsrin sonlarında yaradılmışlar. Yaponiyada bu sahə İkinci Dünya müharibəsindən sonra, Çində XX əsrin son onilliyində inkişf etdirilməyə başlamışdır. Hazırda elektrotexnika məmulatları istehsalı üzrə dünyada birinci yeri Yaponiya, 2-ci yeri ABŞ, 3-cü yeri Almaniya tutur..

Məşğələ üçün suallar.
1.BİM-də dünya sənayesinin rolunu izah edin.

2.Dünya sənayesinin quruluş tiplərini sayın və səciyyələndirin.

3.Ölkələrin hansı inkişaf tipinə malik olması hansı göstəricilərin nisbəti ilə müəyyən olunur?

4.”İnsansız artım” termini nəyi ifadə edir?

5.Cədvəl 2-nin verilənlərini izah edin və Azərbaycanın vəziyyətini səciyyələndirin.

6.Sənaye sahəsində vəziyyətlərinə görə ölkələr necə qruplaşdırılırlar?

7.Dünya sənayesinin quruluşunda dəyişikliklərə yol açan mərkəzdənqaçma və mərkəzəqaçma qüvvələrini səciyyələndirin.

8.”Sənayeləşmə əmsalı” necə hesablanır?

9. BİM-də energetika sahəsinin rolunu izah edin.

Mövzu 11.MÜƏSSİSƏLƏRDƏ XARİCİ_İQTİSADİ ƏLAQƏLƏRİN TƏŞKİLİ


11.1. Müəssisələrin xarici-iqtisadi xidmət şöbələrinin təşkili formaları.

11.2. Müəssisələrdə xarici-iqtisadi fəaliyyətin informasiya təminatı.

11.3. Müəssisələrdə xarici-iqtisadi əməliyyatların həyata keçirilməsinin təşkili.
11.1. Xarici-iqtisadi əlaqələrin dövlət inhisarından çıxdığı müasir dövrdə müəssisələr ölkənin xarici-iqtisadi kömpleksinin əsas subyektinə çevrilmişdir. Fəaliyyətdə olan qanunvericiliyə görə müəssisə - ictimai tələbatı ödəmək və gəlir əldə etmək məqsədi ilə məhsul istehsal etmək, işlərin yerinə yetirilməsi və xidmət göstərmək üçün yaradılmış müstəqil təsərrüfatçılıq subyektidir. Qanunvericiliklə müəssisə xarici bazarlarda iş həcmi, üsulları və formalarını müstəqil müəyyən etmək hüququna malikdir. Müəssisənin xarici–iqtisadi fəaliyyətinin idarə edilməsinin təşkilati quruluşu hər şeydən əvvəl onun qarşısına qoyduğu məqsəd və vəzifələrlə müəyyən olunur.

Təsərrüfatçılığın bazar üsulları ilə aparılması hazırkı dövrdə keçmiş SSRİ-dən miras qalan müəssisələr qarşısında duran ən əsas məsələ - nəinki özünun mövcud potensialını, məhsulun çeşid və keyfiyyətini qoruyub saxlamaq, həm də bunun üçün satış sistemini və marketinq fəaliyyətini təkmilləşdirmək, istehsal xərclərini azaldaraq məhsul bazarlarını daha operativ mənimsəməkdir. Müəssisələr gündən – günə çətinləşən resurslar əldə etmək və satışla müstəqil olaraq, dövlətin köməyi olmadan məşğul olmalıdırlar.

Xarici-iqtisadi əlaqələr sahəsində ən çox təcrübə toplamış təşkilatlar ixtisaslaşdırılmış xarici ticarət təşkilatlarıdır (XTT). XTT-nın aparıcı quruluş vahidi müəyyən əmtəələr və ya müəyyən ölkələr qrupu ilə işləyən firmalardır. Bu təşkilatların işinə kömək edən şöbə və xidmətləri şərti olaraq 3 qrupa bölmək olar:

*Planlaşdırmanı həyata keçirən şöbə və xidmətlər qrupu:

-plan-iqtisad şöbəsi – xarici-ticarət fəaliyyətinin planlaşdırılması və planın yerinə yetirilməsinə nəzarət, XTT-nın təsərrüfat fəaliyyətinin təhlili;

-valyuta-maliyyə şöbəsi – valyuta planlaşdırması və bank, valyuta, kredit və hesablaşma əməliyyatları üzərində nəzarət, xarici ticarət sövdələşmələrində XTT-nın maraqlarının qorunması;

-nəqliyyat şöbəsi – ixrac və idxal yüklərinin daşınmasının planlaşdırılması və təmin edilməsi;

-XTT-nın mühasibat şöbəsi – uçot və hesabat, banklarla, mal göndərənlərlə, digər təşkilatlarla hesablaşmalar, əmək haqqının hesablanması və ödənilməsi, maliyyə fəaliyyətinin təhlili.

*Bilavasitə marketinqlə məşğul olan şöbələr qrupu:

-konyuktura və qiymət şöbəsi- tələb və təklifin, qiymətlərin dinamikasının, bazarların quruluşunun tədqiqi, Firmanın xarici agentlərlə işinin koordinasiyası, kontraktların hazırlanması və bağlanması zamanı qiymətlərin hesablanmasının və tətbiqinin düzgünlüyünə metodik rəhbərlik və nəzarət;

-reklam və sərgilər şöbəsi – XTT-nın reklam fəaliyyətinin təmin edilməsi, ixtisaslaşdırılmış firmaların beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakını təşkil etmək;

-mühəndis –texniki şöbə - dünya bazarında əmtəələrə texniki tələblərin öyrənilməsi və bu haqda məlumatların məhsul istehsalçılarına çatdırılması, məhsulun texniki səviyyəsi və keyfiyyətinin, rəqabətə davamlılığının təhlili və uyğun firmalara bu məsələlərlə bağlı alınan nəticə və təkliflərin hazırlanması;

-birgə müəssisələr şöbəsi – Azərbaycan ərazisində xarici kapitalın iştirakı ilə yaradılmış birgə müəssisələrin fəaliyyətlərinin koordinasiyası, planlaşdırılması və nəzarəti;

-texniki xidmət və ehtiyat hissələri şöbəsi –ixrac edilən malların xarici ölkələrdə təminat və təminat sonrası texniki xidmətin təşkili, xaricdə texniki mərkəzlərin və agentlərin zəruri ehtiyat hissələri, təmir avadanlıqları və nəqliyyatla təmin edilməsi.

*İdarəetmə həllərinin qəbulu və yerinə yetirilməsini təmin edən şöbələr qrupu:

-inkişaf şöbəsi – birliyin təşkilati quruluşunun təkmilləşdirilməsi;

-AİS şöbəsi – hesablaşmaların avtomatlaşdırılması, müəsisə işində iqtisadi-riyazi üsulların tətbiqi, digər şöbələr və firmalarla birlikdə verilənlər bazasının yaradılması;

-kadrlar şöbəsi – kadrların seçilməsi və yerləşdirilməsi məsələləri, işçilərin şəxsi işlərinin aparılması;

-ümumi şöbə - təşkilatii-yönləndirici sənədləşdirmə və yazışmaların qeydiyyatı və nəzarəti;

-inzibati-təsərrüfat şöbəsi – müəssisənin işi üçün zəruri olan materiallarla və avadanlıqlarla təmin edilməsi, binaların istismarına cavabdehlik, digər təsərrüfat işləri;

-hüquqi şöbə - kontrakt və razılaşma şərtlərinin tərtibinə kömək, prezentasiyalar, reklamasiyalar və digər məsələlər üzrə firmalara məsləhətlər, XTT-nın məhkəmələrdə, arbitrajlarda maraqlarının qorunması, hüquqi təminat;

-protokol şöbəsi – işgüzar məqsədlərlə gələn xarici firma nümayəndələrinin qarşılanması, görüşlər və yola salınması üzrə rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

Xarici–iqtisadi fəaliyyətin bu cür geniş idarəetmə quruluşu təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyətləri bütövlükdə xarici bazarlara yönəldilmiş müəssisələr üçün xarakterikdir. Lakin belə firmaların sayı təbii olaraq istehsalla məşğul olan müəssisələrin sayından azdır.

Xarici-iqtisadi fəaliyyətlə fəal məşğul olan müəssisələrdə xarici ticarət aparatı əsasən iki formada mövcuddur:

-istehsaldaxili quruluşun bir hissəsi kimi-xarici-iqtisadi şöbə (xarici-iqtisadi əlaqələr şöbəsi);

-nisbətən müstəqil bölmə kimi xarici ticarət firması.

Müəssisələrin xarici-iqtisadi əlaqələr şöbələri (XİƏŞ) xarici bazarlara məhsulun çıxarılmasını və satışını həyata keçirirlər. Satış sahəsində aparıcı rol marketinq xidmətinə məxsusdur, çünki xarici bazara çıxmaq üçün istehlak bazarlarını öyrənmək, bir çox digər marketinq işlərini yerinə yetirmək lazımdır.

Xarici ölkələrin iri müəssisələrinin təcrübəsi göstərir ki, müəssisələrdə xarici-iqtisadi əlaqələrin təşkilinin ən müasir forması aşağıdakı kimidir:

1)XİƏŞ aşağıdakı funksiyaları:

*Elmi-texniki əməkdaşlıq və xarici əlaqələr aşağıdakıları nəzərə almalıdır:

-digər firmalarla elmi-texniki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üzrə zəruri tədbirlərin həyata keçirilməsini;

-əməkdaşlıq planın işlənib hazırlanmasını;

-danışıqların təşkil edilməsini;

-beynəlxalq təcrübə üzrə informasiyaların yığılmasını;

-xaricə ezamiyyə üçün mütəxəssislərin seçilməsini;

-ixrac üçün istehsalların planlaşdırılması və onun üzərində nəzarət, statistik hesabatların aparılması.

*Protokol:

-nümayəndələrin qəbulu, xarici mütəxəssislərlə məsləhətləşmələrin aparılması ilə əlaqədar protokol tədbirlərinin təşkili;

-satış bazarlarının genişləndirilməsi və təcrübə mübadiləsi üzrə müəssisəyə gələn mütəxəssislərin sənədlərinin tərtibi;

-xarici mütəxəssislərin , nümayəndələrin, aparılan danışıqların tərcüməçilərlə təchizi;

-kataloqların, prospektlərin və digər texniki sənədlərin tərcüməsi;

*Analitik tədqiqatlar, satış proqnozunun tərtibi və qiymətqoyma siyasətinin işlənib hazırlanması:

-bazar tələblərinə görə buraxılan məhsulların xarakteristikalarının təhlili, məhsul satışı bazarının təhlili;

-satış proqnozunun işlənib hazırlanması və tərtibi;

-xarici bazarda satmaq üçün mümkün əmtəə çeşidinin müəyyən edilməsi və müəssisənin planlaşdırılan dövriyyəsinin və yeni xidmət formalarının layihələrinin işlənib hazırlanması;

-məhsulun bazara yeridilməsinin sürətinə təsir edən amillərin öyrənilməsi və bazarda qiymətlərin vəziyyətinin təhlili;

*Reklam fəaliyyətinin öyrənilməsi:

-müəssisə məhsuluna tələbatın həvəsləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanması;

-məhsulun reklamı üzrə tədbirlərin təhlinin aparılması.

*Məhsulun satışı üzrə müqavilələrin bağlanması üçün planların işlənib hazırlanması:

-müqavilələrin bağlanması, müddətlərinin uzadılması və yerinə yetirilməsi üzərində nəzarət, kontraktların tərtibi;

-satış agentləri və dilerləri ilə iş aparmaq;

-verilən satış proqnozları əsasında tələbatçıların axtarışı;

-istehlakçıların uçotunun aparılması;

-potensial tələbatçılarla danışıqlar aparılması;

-regionların üzrə satışın təşkili;

-servis mərkəzlərinin ehtiyat hissələri ilə təminatının təşkili.

2.Məhsulun tanıdılması və müştəri axtarışında aşağıdakı üsullardan istifadə edirlər:

* Sərgilərdə və yarmarkalarda iştirak:

Müəssisəyə lazım olan sərginin seçilməsi zamanı sərginin populyarlığı, onun keçirilməsi vaxtı və yeri, reklam, iştirakın dəyəri kimi meyarları nəzərə almaq lazımdır. Sərgilərdə iştirak ucuz başa gəlməyən bir tədbirdir, ona görə də seçim zamanı bütün amillər nəzərə alınmalıdır. Sərgilərdə bir qayda olaraq, çox saylı kontaktlar qurulur, şərtlər nəzərdən keçirilir. Sərgilərin ən üstün cəhəti odur ki, əlaqələr birbaşa qurulur, kontakt bilavasitə olduğundan tərəf-müqabillə perspektivdə əməkdaşlığın səmərəli olub-olmayacağı haqqında dərhal, yerində qərar vermək mümkündür.

*Lazımi ünvanlara məktub və kataloqların göndərilməsi.

Xüsusi arayış kitablarında öz istehsal xüsusiyyətlərindən və yerləşdiyi yerdən asılı olaraq müəssisənin məhsulunda maraqlı olan bir çox müəssisə axtarıb tapmaq olar. Məktublar müəssisənin firma blanklarında çap olunmalı, alıcını maraqlandıran tərzdə yazılmalıdır. Qeyd etmək lazımdır ki, bu iş heç də həmişə səmərəli deyildir, müəyyən vaxt aparır və və cavab alınacağına təminat vermir.

*Mümkün alıcılarla (müəssisələrlə) telefon zəngləri və danışıqları.

Bu analoji müəssisələrə məktub göndərməkdən daha sürətli yerinə yetirilən tədbirdir. Buraya həmçinin “İnternet” şəbəkəsindən istifadə də aiddir.

Müəssisələrin ( əsasən neft-mədən avadanlıqları istehsalı ilə məşğul olan müəssisələrin) XİƏŞ-ləri müasir şəraitdə əsas diqqətlərini öz məhsulları üçün alıcılar və sifarişçilər axtarışına yönəltməlidir. Bu məqsədlə müəssisə məhsullarına potensial alıcıların ünvanlarının kartotekası tərtib edilməli, MDB daxilində tapılan ünvanlara təklif edilən məhsulların nomenklaturası ilə məktub-təklif göndərilməli, digər xarici ölkələrlə işgüzar yazışmalar aparılmalıdır. İstehlakçıların ehtiyaclarının və xidmətin yaxşılaşdırılmasının öyrənilməsi üçün anketlər tərtib edilməlidir.
11.2. Xarici-ticarət əməliyyatlarının ən mühüm mərhələsi bazarlar, qiymətlər, müştərilər və məhsullar haqqında zəruri informasiyanın axtarışıdır. Kommersiya informasiyaları özündə çoxlu biliklər və anlayışlar birləşdirir.

Ölkənin bir çox müəssisələri müstəqil olaraq xarici bazarlara çıxdıqlarından, onları xarici müəssisələr, bazarlar və qiymətlər, habelə keyfiyyət standartları, elmi-texniki nailiyyətlər haqqında informasiya maraqlandırır. Təsərrüfat rəhbəri xarici ölkələrin firmaları, oradakı investisiya mühiti və bazarlar haqqında tam məlumat əldə edə bilər. Bunun üçün o, müəssisələrin arayışları, illik hesabatları, işgüzar iqtisadi jurnallar, qəzetlər və digər kütləvi informasiya vasitələri, bank və kredit-büroların arayışları, informasiya kompüter şəbəkələrinin kartoteka-terminalları ilə işləməyi bacarmalıdır.

İnformasia özünə məxsus bir resursdur, onun mənbəyi isə saxlandığı yer və saxlanma formasıdır.

Müəssisələrə lazım olan informasiyaların saxlanma yerləri – dövlət orqanları, ticarət palataları, elmi-tədqiqat institutları, banklar, birjalar, məsləhət və informasiya firmaları və agentlikləri, diplomatik və ticarət nümayəndəlikləri, sərgilər, yarmarkalar və s.-dir.

Azərbaycanda müəssisələrə zəruri informasiyaları aşağıdakı təşkilatlar verə bilər.

1.Azərbaycanın Ticarət və Sənaye Palatası –ölkənin xarici-iqtisadi əlaqələrinin inkişafına kömək edən aparıcı təşkilatdır, xarici-iqtisadi əlaqələrdə iştirak edən bir çox müəssisələr onun üzvüdür.

2.Valyuta əməliyyatları aparmaq üçün lisenziyaları olan banklar. Onların kartotekalarında çoxsaylı xarici təşkilatlar, firmalar, banklr haqqında məlumatlar vardır.

3.Fəaliyyət sferalarına məsləhət, marketinq, tərəfdaş axtarmaq da daxil olan bir sıra birgə müəssisələr.

4.İctimai təşkilatlar, beynəlxalq birliklər.

Xaricdə lazımi məlumatı aşağıdakı təşkilatlardan almaq olar:

1.Kredit-bürolar. Buradakı təcrübəli məsləhətçilər bir gün ərzində firma haqqında qısa bir arayış da, ətraflı hesabat da hazırlayıb təqdim edə bilərlər. Onlar istənilən müəssisə haqqımda məxfi məlumatları da verə bilirlər. Bu məlumatlar əsasən çoxsaylı informasiya kütləsinin emalından deyil, digər şirkətlərdə, banklarda, dövlət orqanlarında olan agentlərdən əldə edilir. Dünyada ən iri kredit büroları – “Danənd Bredstrit” (ABŞ), “Kreditşutsferband” (Avstriya), “Deytastrim” (Böyük Britaniya), “Kosmos” (İtaliya), DAFSA (Fransa) sayılırlar.

İnformasiya sifarişçiləri ilə kredit-bürolar arasında qarşılıqlı münasibət sistemi birdəfəlik sifariş deyil, abonement xidməti əsasında qurulur. Belə ki, müəssisə onu maraqlandıran firma haqqında yalnız bir arayış sifariş verə bilməz, standart arayışlar üçün abonementə yazılmaq lazımdır, arzu olunan halda isə arayışa əlavə- əlavə abonement almaq olar. İllik abunə ilə firmaların aylıq siyahıları, xüsusi xülasələr, bazarlar və istehsalçı firmalar üzrə elmi-informasiya xülasələri verilə bilər. Ən qiymətlisi odur ki, kredit –büro kontragentin seçilməsinə köməklik göstərir və müəssisə kontragentləri haqqında məlumatlar verir.

2.Ölkələrin, şəhərlərin, inzibati ərazilərin ticarət-sənaye palataları. Öz mahiyyətinə görə verilən ərazidə firmaların və kommersantların birliyi olan palatalar bütün arzu edənlərə işgüzar kontaktlar yaratmağa köməklik göstərirlər. Bunun üçün onlar müəyyən nəşrlər buraxırlar, informasiya-kommersiya fəaliyyəti həyata keçirirlər, kommersiya kompüter şəbəkəsinə qoşulurlar.

3.Banklar. Müasir banklar işgüzar informasiyalar üzrə böyük saxlama ambarlarına çevrilmişlər. Həm də bu məlumatlar təkcə onların müştərilərinə (bankda hesabları olan, ondan kredit alan müştərilər haqqında bankda ən xırda detallarına qədər müfəssəl informasiya olur) deyil, həmçinin bankın əlaqədə olduğu bazara da aiddir. Bank öz müştərilərinin ödəniş qabiliyyətli olub-olmaması haqında məlumat, onun qısa xarakteristikası, məsləhətçi məktub verə bilər. Bu əlbəttə ki, inrormasiyanı kimin və nə məqsədlə soruşmasından asılıdır.

4.İnformasiya xidməti, məsləhət, injinirinq və broker xidmətləri üzrə ixtisaslaşan və ya haqqında məlumat almaq istənilən tərəfdaşla çox sıx əlaqədə olan ayrı-ayrı müəssisələr.

5.Yeni yaradılan müəssisələrin qeydiyyatdan keçdikləri dövlət orqanları. Onlar reestrdən və ya qeydiyyat kitabının sürətini verə bilərlər.

6.Sahibkarlar ittifaqı.

7.İstehsalın və ixracın inkişafına kömək təşkilatları.

8.Fond birjaları. Öz fəaliyyətlərinin özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq fond birjaları daima firmaların maliyyə əlaqələri, maliyyə vəziyyətləri haqqında məlumata malik olurlar.

Xarici firmalar haqqında müəssisənin özü də məlumat əldə edə bilər. Belə informasiyaları firmaların arayış kitabçalarından, monoqrafiyalardan, mətbuat vasitələrindən, kataloqlardan, reklamlardan, internet şəbəkəsindən, sərgilərdən, illik hesabatlardan əldə etmək olar.


11.3. Xarici-iqtisadi əməliyyatların həyata keçirilməsi zamanı müəssisələr gömrük tarifləri, məhsullarının gömrük qiymətlərinin müəyyən edilməsi mexanizmini, texnologiyaların ötürülməsinin kommersiya formalarını, əmtəə birjaları və hərraclarda iştiraklarını təşkil etməyi, lizinqdən istifadə yollarını , vasitəçilərin xidmətlərindən istifadəni ətraflı öyrənməli və fəaliyyətlərində tətbiq etməyi bacarmalıdırlar.

Məhsullar gömrük sərhədlərini keçərkən gömrük tərtibatına məruz qalırlar.Gömrük tərtibatı – malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altına alınmaları və bu rejimin fəaliyyətinin Gömrük Məcəlləsinin tələblərinə və maddələrinə uyğun olaraq sona çatdırılmasıdır.

Gömrük tənzimləməsi məqsədilə aşağıdakı növlərdə gömrük rejimləri müəyyən edilir:

-azad dövriyyə üçün gömrükdən buraxma;

-reidxal;

-tranzit;

-gömrük ambarı;

-rüsumsuz ticarət mağazaları;

-gömrük ərazisində emal;

-gğmrük nəzarəti altında emal;

-müvəqqəti mal gətirilməsi (aparılması);

-azad gömrük zonası;

-azad ambar;

-gömrük ərazisindən kənarda emal;

-ixrac;

-reixrac;



-məhv etmə;

-dövlətin sərəncamına keçirmə.

Ən çox tətbiq edilən rejim azad dövriyyə üçün gömrükdən buraxma rejimidir, yəni Azərbaycanın gömrük ərazisinə gətirilən əmtəələr onların buradan ararılması öhdəliyi olmadan bu ərazidə qalır. Azad dövriyyə üçün nəzərdə tutulan mallar gömrük rüsumlarına, vergilərə, digər gömrük ödənişlərinə məruz qalırlar.

Malların azad dövriyyəyə buraxılması zamanı ödənilməli olan gömrük rüsumlarının hesablanması qaydaları müəyyən edilmiş ardıcıllıqla aşağıdakı mərhələləri keçməlidir:

1.Sövdələşmə predmeti olan əmtəənin çox dəqiq kodlaşdırılması, çünki bu sonrakı hesablamalar üçün böyük əhəmiyyət kəsb edir.

2.Əmtəənin gömrük dəyərinin müəyyən edilməsi.

3.Rüsumların, ƏDV-nin və aksizlərin kəmiyyətinin müəyyən edilməsi.

Gömrük rüsumları aşağıdakı məqsədlərə xidmət edir:

*Azərbaycan Respublikasına gətirilən əmtəələrin quruluşunun məqsədəuyğunluğunu təmin edir;

*Azərbaycan Respublikası ərazisində əmtəələrin gətirilməsinin və aparılmasının, valyuta gəlirləri və məsrəflərinin səmərəli mütanasibliyinin təmin olunmasına xidmət edir;

*Azərbaycan Respublikasında əmtəə istehsalı və istehlakının quruluşunda mütərəqqi dəyişikliklərin olması üçün şərait yaradır;

*Azərbaycan iqtisadiyyatının xarici rəqabətin əlverişsiz təsirindən qorunmasına yardım edir;

*Azərbaycan Respublikasının dünya iqtisadiyyatına səmərəli inteqrasiyası üçün şəraiti təmin edir.

Gömrük rüsumu stavkaları fəaliyyətdə olan Gömrük məcəlləsində nəzərdə tutulan bəzi hallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük sərhədlərindən əmtəələri keçirən şəxslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olmayaraq dəyişməzdir.

Ölkədən çıxarılan mallar üçün gömrük rüsümları stavkası və onların tətbiq olunduğu əmtəələrin siyahısı, habelə xarici – iqtisadi əlaqələrin qeyri-tarif tənzimləmə üsulları Azərbaycan Respublikasının Hökuməti tərəfindən müəyyən olunur.

Əmtəələrin kodlaşdırılması və izahının Harmonik sistemi və Avropa iqtisadi birliyinin Kombinələşdirilmiş tarif-statistik nomenklaturası bazasında işlənib hazırlanmış - MDB məkanında xarici-iqtisadi fəaliyyətin əmtəə nomenklaturası ölkənin xarici-iqtisadi əlaqələrinin dövlət tənzimləməsinin əsasını təşkil edir. Nomenklaturada əmtənin vəziyyətinin düzgün müəyyən edilməsi (onun klassifikasiyası) bu əmtəə üçün xarici-iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi rejiminin müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Əmtəələri düzgün klassifikasiya etmədən və (yaxud) gömrüki deklarasiyasında düzgün olmayan verilənlər göstərmək yolu ilə sərhəddən müəyyən edilmiş keçid qaydalarından yayınmaq, gömrük orqanları tərəfindən pozuculuq kimi qiymətləndirilir və mövcud qanunvericiliyə görə cəzalandırılır.

Əmtəələrin kodlaşdırılması və izahının Harmonik sistemi haqqında Beynəlxalq Konvensiya 01.01.1988-ci ildə qüvvəyə minmişdir və Azərbaycan Respublikası bu Konvensiyanın üzvüdür. Konvensiyanın təyinatına görə Əmtəələrin kodlaşdırılması və izahının Harmonik sistemi dedikdə hissələrə ayrılmış və unifikasiya edilmiş xarici-ticarət əmtəə klassifikatoru başa düşülür.

Harmonik sistem nomenklaturasının da (HSN) hər bir iqtisadi klassifikator kimi öz quruluşu vardır. Onun əsas elementləri klassifikasiya və kodlaşdırma sistemləridir.

HSN –na uyğun olaraq əmtəələrin klassifikasiyası onların əlamətlərinə uyğun olaraq həyata keçirilir. Belə ki, ayrı-ayrı bölmələr formalaşdırılarkən aşağıdakı əlamətlərdən istifadə edilir:

*əmtəələrin hazırlandığı materialın mənşəi və növü (“Mineral məhsullar”, “Bitki mənşəli məhsullar” və s.);

*təyinatı (“Hazır yeyinti məhsulları”, “Maşın və avadanlıqlar və mexanizmlər, elektrotexniki avadanlıqlar” və s.);

*kimyəvi tərkib və ya kimya sənayesinə aidiyyət “Kimya və onunla bağlı olan sənaye sahələrinin məhsulları” və s.).

Kodlaşdırma sistemi əmtəə və onun HSN –də onun yeri haqqında informasiyaya imkan verir. Harmonik sistemdə bölmələrin və alt qrupların kodlaşdırılması üçün roma rəqəmləri, qruplar və əmtəə mövqələri üçün ərəb, submövqelər üçün defislə birlikdə ərəb rəqəmlərindən istifadə edilir.

Hər bir əmtəənin kodu altı ərəb rəqəmindən ibarətdir. Burada birinci iki rəqəm qrupun kodu, həmin iki rəqəm üstəgəl üçüncü və dördüncü rəqəmlər əmtəə mövqeyinin kodu, bütün altı rəqəm birlikdə submövqeni göstərir. Hər bir şərti işarədə “0”-dan “9”- a qədər ərəb rəqəmləri ola bilər.

Bu differensiallaşdırma üsulu əhəmiyyətli sayda “digər” qruplaşmaların yaranmasına səbəb olur. “Digərləri” Harmonik sistemdə və Aİİ-ın Kombinələşdirilmiş tarif – statistik nomenklaturasında (Aİİ KN) bütün bölmələrində vardır ( XX bölmədə “Müxtəlif sənaye məhsulları, 96-cı qrupda “Müxtəlif hazır məhsullar” və s.). Lakin onların əsas sayı bölgünün axırında yerləşir. Hesablanmışdır ki, əmtəə submövqelərinin ¼-dən çoxu “digər” qruplaşmalara aiddir. MDB-də xarici-iqtisadi fəaliyyətin Əmtəə Nomenklaturasında (MDB XİF ƏN) əmtəələrin kodlaşdırılması doqquz rəqəmli kodla həyata keçirilir. Birinci altı rəqəm HSN-da qəbul edilmiş kodlaşdırmaya uyğun gəlir. Hənin altı dərəcə və üstəgəl yeddinci və səkkizinci dərəcələr Aİİ KN üzrə əmtəənin kodunu yaradırlar. Doqquzuncu dərəcə (hələlik bütün hallarda sıfır kodu ilə işarə olunur) MDB ölkələrinin maraqlarını nəzərə alamaqla gələcəkdə bu və ya digər əmtəə mövqelərinin mümkün detallaşdırılması üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Gömrük məcəlləsində ölkəyə gətirilən və ölkədən çıxrılam əmtəələrin “gömrük dəyərlərinin“ müəyyən edilməsinin əsas prinsipləri və qaydaları verilmişdir.

Gömrük qanunvericiliyində vergi tutlan bazanı əmtəənin gömrük dəyəri adlandırmaq qəbul edilmişdir. Beləliklə əmtəənin gömrük dəyəri dedikdə, gömrük rüsumlarının tutulması məqsədilə istifadə edilən və qanunvericiliklə müəyyən edilən özünəməxsus kəmiyyət nəzərdə tutulur. Bundan əlavə gömrük dəyərinin hesablanması birbaşa və ya dolayı yolla gömrük statistikası, müəyyən edilmiş dəyər kvotalarınin gözlənilməsi üzərində nəzarət kimi digər gömrük məqsədləri üçün də zəruridir.

1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə