Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə14/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

9.3. Ödəniş balansının dövlət tərəfindən tənzimlənməsi – hökumətin balansın əsas maddələrinin formalaşdırılmasına və habelə mövcud saldonun düzəlişinə yönəldilən iqtisadi, o cümlədən valyuta, maliyyə, pul-kredit tədbirlərinin cəmidir. Ödəniş balansının tənzimlənməsinin müxtəlif üsulları mövcuddur. Bu üsullar iqtisadi, valyuta və ölkənin beynəlxalq hesabatlarının vəziyyətindən asılı olaraq ya xarici-iqtisadi əlaqələrin həvəsləndirilməsinə, yaxud onun məhdudlaşdırılmasına yönəldilir.

Ölkənin ödəniş balansının dövlət tənzimlənməsi tədbirlərinə aşağıdakıları göstərmək olar:


  1. xarici-iqtisadi əməliyyatlar üzərində birbaşa dövlət nəzarətinin gücləndirilməsi: idxal gömrük rüsumlarının artırılması (himayəçilik), xaricə kapital daşinmasına qadağa və ya onun məhdudlaşdırılması, digər ölkələrə əvəzsiz yardımların azaldılması, xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması və s;

  2. milli valyuta kursunun aşağı salınması , bunun birbaşa nəticəsi idxalın kəskin aşağı düşməsi və ixracın həvəsləndirilməsidir;

  3. Milli bankın uçot stavkasının artırılması, -daha aşağı uçot stavkası olan ölkələrdən kapitalın ölkəyə axınını həvəsləndirər, ölkədən xaricə kapital axınını azaldar;

  4. Ölkənin valyuta ehtiyatlarının diversifikasiyası – onun tərkibinə müxtəlif valyutalar daxil etmək, qeyri – sabit valyutaları satmaq, daha sabit valyutalar almaq yolu ilə həyata keçirilir.

Məşğələ üçün suallar.


1.Balans nə deməkdir?

2.Beynəlxalq hesabatlar balansının mahiyyətini izah edin.

3.Hesabat balansı özündə nələri əks etdirir?

4.Ödəniş (tədiyyə) balansı özündə nələri əks etdirir?

5.Ödəniş balansının tərtib edilmə prinsiplərini izah edin.

6.Cədvəl 1-in verilənlərinə əsasən Azərbaycan Respublikasının ödəniş balansını təhlil edin.

7.Ödəniş balansının dövlət tənzimləmə üsullarını səciyyələndirin

Mövzu 10. BİM-DƏ SƏNAYE SEKTORUNUN ROLU.


1/Dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrin iqtisadiyyatında

sənaye sektorunun rolu.

2. Müxtəlif tipli ölkələrdə sənayenin inkişaf səviyyəsi.

3. Sənaye sahələrində miqrasiya proseslərinin xüsusiyyətləri.

4. Dünya energetikası və BİM-də onun yeri.

5. Dünya maşınqayırma sənayesi və BİM-də onun yeri.

1. Sənaye sektoru - istehsal vasitələrinin istehsalı, yeni texnikanın yaradılması, mexanikləşdirmə, intensivləşdirmə və k/t-da, nəqliyyatda, tikintidə və s. sahələrdə istehsal prosesinin səmərəliliyinin yüksəldilməsinə xidmət edən ən mühüm sahədir.

Sənayenin iqtisadiyyatın inkişafında rolu onun maddi istehsal sahələri arasındakı mühüm yeri ilə müəyyən olunur və o, müxtəlif ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafının əsasını təşkil edir. Sənaye məhsulları bir çox ölkələrin xarici ticarət dövriyyəsinin böyük bir hissəsini təşkil edir.

Dünya sənayesinə mürəkkəb, müəyyən ierarxiya üzrə təşkil olunmuş çoxquruluşlu sistem kimi və ya qarşılıqlı əlaqədə olan elementlərin – milli iqtisadiyyatların istehsal vahidləri, transmilli korporasiyalar, onların filialları və s.-nin toplusu kimi baxılır.

Bir çox sahələrdə (əsasən maşınqayırmada) beynəlxalq istehsal kooperasiyası geniş tətbiq olunur – texnoloji zəncir yaradılır, onun həlqələri müxtəlif ölkələrdə yerləşdirilir, lakin onlar vahid müəssisənin sexləri kimi, razılaşdırılmış ritmlə işləyirlər. Məsələn maşın və nəqliyyat vasitələrinin ümumi ixrac həcmində ayrı-ayrı hissələrin xüsusi çəkisi iqtisadi inkişaf etmiş ölkələrdə 30% -ə çatır. Bir sıra inkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm daha yüksəkdir –Tayvan-40%, Nikaraqua -80% və s.

Texnoloji proseslərin, məmulat növlərinin, istehsalın təşkili formalarının standartlaşdırılması, habelə planet əhalisinin bu və ya digər məhsula üstünlük verməsi beynəlxalq əmək bölgüsünün və inteqrasiyanın dərinləşməsinə səbəb olur. Maşınqayırma, elektronika və elektrotexnika sahələrində vahid dünya standartları mövcuddur. Bu isə iqtisadi qlobalizasiyanı və o da öz növbəsində dünya sənaye sisteminin bütövlüyünü səciyyələndirir.

Dünya sənayesini aşağıdakı ilkin quruluşlar xarakterizə edir:



  • sahə quruluşu (istehsal- texniki);

  • təşkilati quruluş;

  • ictimai quruluş;

  • məkan (ərazi) quruluşu;

Dünya sənayenin sahə (istehsal-texnoloji) quruluşu özündə bir neçə milyon adda sənaye məhsulları istehsal edən minlərlə ayrı-ayrı istehsalları birləşdirir. Dünya sənayenin təşkilati quruluşu iri transmilli korporasiyalar(filiallar nəzərə alınmaqla) da daxil olmaqla ayrı-ayrı ölkələrdə müxtəlif növ istehsal obyektləri arasında təşkilati-təsərrüfat münasibətlərinin məcmuudur. Dünya sənayenin ictimai quruluşu sənaye istehsalı prosesində insanların zaman ərzində inkişaf edən ictimai- iqtisadi münasibətlərinin məcmuudur.

Dünya sənayenin məkan (ərazi) quruluşu dedikdə dünya sənaye sisteminin çoxsaylı elementlərinin ( müəssisələrin, istehsalların, milli dövlətlərdəki sahələrin, habelə transmilli korporasiyalar və onların filiallarının istehsal gücləri) yerləşdirilməsini əks etdirən dünya təsərrüfatının inteqral məkan quruluşunun tərkib hissəsi başa düşülür. Dünya sənayenin məkan (ərazi) quruluşunun tədqiqi dünya təsərrüfat sistüminin digər quruluşlarının elementləri ilə qarşılıqlı fəaliyyət göstərən həm dövlətlər arası, həm transmilli məkan (ərazi) münasibətlərinin tədqiqidir.

Maddi istehsal sferasındakı nisbətlər – ilk növbədə sənaye və k/t arasında nisbət - bu və ya digər ölkənin aqrar, aqrar-sənaye, sənaye və ya postsənaye inkişaf növünə aid edilməsini müəyyənləşdirir. Hazırda da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqlilik ilk növbədə onların sənaye potensialı ilə xarakterizə olunur. İnkişaf etmiş ölkələrin sənaye sektorunda məşğul olanların azalması ilə yanaşı istehsal həcminin artımı hazırda “İNSANSIZ ARTIM” (JOBLESS GROWTH) termini ilə ifadə olunur.

XXI əsrin əvvəllərinə dünya UDM-un tərkibində k/t-nın payı ən aşağı səviyyədə -4-5% həddində olmuşdur. Xidmətlər sferasının xüsusi çəkisi sürətlə artmış – 60%-dən çox təşkil etmişdir ki, bu da postsənaye erasına keçidi xarakterizə edir. 1980-cı ildə cəmi dünya UDM-nun 38%-i sənayenin payına düşürdüsə, bu rəqəm 1990-cı ildə 35%, 2000-ci illərin əvvəllərinə 31% təşkil edir.

Dünya ÜDM-nun yaradılmasında sənayenin payınin azalması ilə yanaşı, emal sənayesinin payının da aşağı düşməsi müşahidə olunur ( ilk növbədə əhalinin orta və yüksək gəlir səviyyəsinə malik olduğu ölkələrdə). Eyni zamanda əhalinin aşağı gəlir səviyyəsinə malik olduğu ölkələrdə emal sənayesinin ÜDM-da payı artmağa doğru meyl edir. Beləliklə, dünya sənaye sektorunda baş verən dəyişiklikləri birmənalı şəkildə izah etmək olmaz. (cədvəl 7.1).

Bütün bunlara baxmayaraq qlobal iqtisadiyyatın quruluşunda sənaye sektoru sabit olaraq böyük rol oynayır. Demək olar ki, bütün olkələrdə iqtisadiyyatın bu sahəsininə əhəmiyyətli investisiya yönəldilir. Dünya bazarında, bir çox ölkələrin xarici ticarət fəaliyyətlərində sənaye məhsullarının ticarəti böyük əhəmiyyt daşıyır. Məsələn Avropa İttifaqı (Aİ) ölkələrinin ixracında hazır sənaye məhsulları və yarımfabrikatlarının (yanacaq istisna olmaqla) xüsusi çəkisi 77%-dən (1960 cı il) 83%-ə (2001 ci il), inkişaf etməkdə olan ölkələrdə 16%-dən 70%-ə qədər yüksəlmişdir.

Qeyd olunanlar onu göstərir ki, sənaye ayrı-ayrı dövlətlərin və bütövlükdə dünya təsərrüfatının inkişafında mühüm rol oynayır.

Cədvəl .I

Müxtəlif inkişaf səviyyəsinə malik ölkələrin sənaye sektorunun

Dünya ÜDM nun tərkibində xüsusi çəkisi



İnkişaf səviyyəsi



ÜDM-də sənayenin payı, %-lə

ÜDM-də emal sənayesinin payı, %-lə

1980

2001

1980

2001

1.Aşağı səviyyədə gəlirə malik

olan ölkələr

32

32

27

29


2.Orta səviyyəli gəlirə malik ölkələr

41

38

25

21

a) orta kəmiyyətdən aşağı gəlir səviyyəsinə malik ölkələr

39

41

17

24

b) orta kəmiyyətdən yüksək gəlir səviyyəsinə malik ölkələr

42

35

26

22

3.Yüksək gəlir səviyyəsinə malik ölkələr

37

30

25

19


4.Dünya

38

31

25

21

Mənbəə: World Development Report . 2003. Pub. for the World Bank.

Oxford Universe. Press. 2003.

2. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının quruluşunda hazırda xidmət sferası üstünlük təşkil etsə də, onlar müxtəlif sahələri olan sənaye sektoruna malikdirlər və burada yüksək elmtutumlu sahələr üstünlük təşkil edirlər. Məhz bu ölkələr dünya iqtisadiyyatında möhkəm mövqelərə malirdirlər, ETTKİ-nə işlərinə ən yüksək mütləq və nisbi xərclər onlara məxsusdur və əhalinin bir nəfərunə sənaye məhsulu istehsalına görə öndə gedirlər.

Bu qrupa cəmi 30-a yaxın ölkənin daxil olmasına baxmayaraq, dünyada sənaye məhsulunun 60%-ə qədəri onların payına düşür. Maşın və nəqliyyat vasitələrinin ixracinda və birbaşa investisiyalarda bu ölkələrin payı daha yüksəkdir. Qeyd olunan ölkələr bir tərəfdən dünya sənaye məhsulunun istehsalı və ixracında paylarını artırmaq üçün rəqabət aparırlar, digər tərəfdən iqtisadi ittifaqlar və bloklar çərçivəsində birləşirlər və dünya iqtisadiyyatında öz fəaliyyətlərinin koordinasiyasını təşkil edirlər. Onların hamısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT-OЭCP rus.) üzvüdürlər.

Lakin sənaye-inkişaf mərhələsinə təzə keçmiş inkişaf etməkdə olan ölkələrdə sənayenin əhəmiyyəti və onda məşğul olanların sayı artmaqda davam etsə də, yüksək iqtisadi inkişaf səviyyəsinə malik olan ölklərin sənaye sahələrində məşğul olanların sayının azalması son 25-30 il ərzində müşahidə olunur. Ənənəvi olaraq bunun səbəbi kimi bir sıra əmək- və materialtutumlu sahələrin (qara meallurgiya , tekstil və s.) dünya təsarrüfatının ucqarlarına köçürülməsi hesab edilir ( hesab edilir ki, ucuz işçi qüvvəsi hesabına istehsallar daha rəqabətədavamlı olur).

Şərqi Avropa ( o cümlədən keçmiş SSRİ respublikaları) və Çində isə sənaye inkişaf tipi hələlik üstunluk təşkil edir. Müxtəlif tipli ölkələrdə iqtisadiyyatın ayrı-ayrı sektorlarında ÜDM-un quruluşu və əhalinin məşğulluğunu müqayisə etməyə cədvəl 7.2-də göstərilən verilənlər imkan verir.

Cədvəl 2.

ÜDM və iqtisadi fəal əhalinin ayrı-ayrı ölkələr üzrə quruluşu (2000-ci il)

Ölkə

Iqtisadiyyatın sahələri

k/t

Sənaye

Xidmət sferası

1)inkişaf etmiş ölkələr:










ABŞ

2.0/2.4

18.0/24.1

80.0/73.5

Yaponiya

1.4/5.0*

30.9/25.0

67.7/70.0

AFR(Almaniya)

1.0/2.8

31.0/33.4

68.0/63.0

B.Britaniya

1.4/1.0

24.9/25.0

73.7/74.0

Fransa

3.0/4.0

26.0/25.0

71.0/71.0

2)inkişaf etməkdə olan ölkələr:










Braziliya

8.0/23.0

36.0/24.0

56.0/53.0

Meksika

5.0/20.0

26.0/24.0

69.0/56.0

Hindistan

25.0/60.0

25.0/17.0

50.0/23.0

Koreya Respublikası

4.4/9.5

41.6/21.5

54.0/69.0

Tailand

11.0/54.0

40.0/15.0

49.0/31.0

3.keçid iqtisadiyyatlı ölkələr:

Çin


Rusiya

15.2/50.0

5.8/12.3


51.2/22.0

34.6/27.7


33.6/28.0

59.6/60.0


Polşa

3.8/27.5

35.0/22.1

61.2/50.4

Macarıstan

4.1/8.0

33.8/27.0

62.1/65.0

Azərbaycan**

10.7/1.54

85.9/0.18

3.4/0.69

DÜNYA

4/44

32/17

64/39

*Qeyd: sürətdə-ÜDM – də payı;

məxrəcdə-məşğul iqtisadi fəal əhali(mln.nəf) .

** Azərbaycan üzrə verilənlər 2006-cı ilə məxsusdur.

Sənayedə əhalinin məşğulluğunun quruluşu müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə çox ciddi fərqlənirlər. Məsələn, bir çox inkişaf etməkdə olan ölkələrdə və Çində ÜDM-un tərkibində sənaye məhsulunun payı iqtisadi fəal əhalinin tərkibində

sənayedə məşğul olanların payından çoxdur (k/t-da əksinə). İqtisadi inkişaf etmiş olkələr üçün də bu hal müşahidə olunur, lakin burada bu meylin əhəmiyyəti daha aşağıdır. Bu isə müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə sənaye və k/t sahələrində əmək məhsuldarlığı arasında əhəmiyyətli fərqin olduğunu əks etdirir. (Cədvəl 3).

Cədvəl 3.

Dünya sənaye istehsalında ayrı-ayrı ölkələrin xüsusi çəkisi (2000 il)

Ölkələr

Sənaye istehsalı

Mlrd.doll.



Dünya sənaye istehsalında payı, %

Bir nəfər işləyənə düşən

ÜDM, min doll.



a)inkişaf etmiş ölkələr

ABŞ

2025

20.8

83.3

Yaponiya

800

8.2

57.4

Almaniya

625

6.4

56.1

Fransa

355

3.6

58.5

B.Britaniya

335

3.4

54.2

b)inkişaf etməkdə olan ölkələr

Hindistan

205

2.6

4.9

Braziliya

200

2.5

16.8

Meksika

150

1.5

23.6

İndoneziya

145

1.5

11.8

Koreya Respublikası

140

1.4

40.6

Tayvan

150

1.5

52.7

Tailand

80

0.8

21.0

c)keçid iqtisadiyyatlı ölkələr

Çin

1115

11.5

10.2

Rusiya

435

4.5

19.5




Azərbaycan*

22.0

0.002

2.6





Dünya

9740

100

21.7

* Azərbaycan üzrə verilənlər 2006-cı ilə məxsusdur.

Müxtəlif tipli ölkələrdə sənayeləşmə prosesinin inkişafını xarakterizə edən göstəricilərdən biri “sənayeləşmə əmsalı”dır. Bü əmsal ayrılıqda bir ölkənin bütün dünya ölkələrinin illik sənaye məhsulunun həcmində olan payının onun əhalisinin dünya əhalisinin tərkibinlə olan payına nisbəti kimi hesablanır. “Sənayeləşmə əmsallarının” müqayisəsi ölkələrin ranqlar cədvəlində vəziyyətlərinin dinamıkasını aydınlaşdırmağa imkan verir.

Dünya sənaye sahəsindəki vəziyyət (XXI əsrin əvvəllərinə) ölkələri aşağıdakı kimi qruplaşdırmağa imkan verir:

I-ci tip – yüksək səviyyədə inkişaf etmiş sənaye sahəsinə malik ölkələr. Onlara iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr daxildirlər. Bu ölkələrin ÜDM-nin tərkibində xidmətlərin xüsusi çəkisi yüksək yer tutsa da, onlar yüksək elm tutumlu, inkişaf etmiş sənaye sektoruna, ETTKİ-nə ən yüksək mütləq və nisbi xərclərə, və əhalinin bir nəfərinə düşən sənaye məhsulunun istehsal həcminin ən yüksək göstəricisinə malikdirlər.

II-ci tip- xaricə yönəldilən sənayeləmə yolü ilə inkişaf edən ölkələr. Buraya əsasən Asiyanin YSÖ (Sinqapur, Koreya Respublikası, Tayvan, Malaziya, Tailand, İndoneziya, Flippin) daxil edilir. YSÖ-nin inkişaf dinamikasını Hindistan, Braziliya, Meksika, Argentina kimi ölkələrin inkişaf dinamikası ilə müqayisə etmək olar. Çin də şərti olaraq bu ölkələrin sırasına daxil edilir. Ümumiyyətlə bu tip ölkələrin əsas inkişaf modeli – müqayisəli xərclərdə üstünlukdən istifadə edərək xarici bazarlara çıxmaq strategiyasıdır.

III-tip- keçid dövrünün çətinlikləri ilə üzləşən, orta inkişaf səviyyəsinə malik sənaye ölkələridir. Bu qrupa XX əsrin sonlarına öz mövqelərini itirən keçmiş ittifaq respublikaları, Şərqi Avropa ölkələrini ail aid etmək olar.

IV tip ölkələrə- sənayesi ən az inkişaf etmiş və inkişaf prespektivləri məhdud olan ölkələri aid etmək olar. Buraya əsasən Afrika ölkələri, habelə Yəmən, Əfqanıstan, Laos və digər Asiya ölkələri daxil edilir.

Beləliklə qeyd etmək mümkündür ki, dünya sənaye inkişafının mərkəzində planet əhalisinin az bir hissəsini təmsil edən iqtisadi cəhətdən yüksək unkişaf etmiş ölkələr durur. Aİ ölkələri (“Avropa qütbü”) getdikcə güclənir, “uzaq şərq qütbü” (Yaponiya və onun əhəmiyyətli dərəcədə nəzarət etdiyi “sənaye flialları”-Koreya, Tayvan, Sinqapur, Flippin,Malaziya, Tailand) daha da fəallaşır. Buna baxmayaraq , sənaye məhsulu istehsalına görə ABŞ dunyada lider olaraq qalır.
3. Bütövlükdə dünya sənayesinin də ayrı-ayrılıqda bəzi sahələrinin istehsal və məkan quruluşunda dəyişikliklərə yol açan bir neçə ümumiləşdirici amilləri ayırmaq mümkündür. Mərkəzdənqaçma qüvvələrinə aşağıdakıları aid etmək olar:

-iqtisadi inkişaf etmiş ölkələrdə mineral ehtiyatların əhəmiyyətli dərəcədə azaldılması və ya tamamilə yox edilməsinin faydalı qazıntıların kəşfiyyatı və hasilatının həmin ölkələrin yeni, coğrafi cəhətdən çətin rayonlarında, və ya inkişaf etməkdə olan ölkələrin ərazilərində aparmağa sövq etməsi;

- iqtisadi inkişaf etmiş ölkələrdə sənaye məhsulu istehsalınin texniki - iqtisadi göstəricilərinin pisləşməsi ( yüksək əmək haqqı, yüksək vergi dərəcəsi, ekoloji məhdudiyyətlər, xammal və enerjinin dəyərinin yüksək olması və s.);

-dünya nəqliyyat şəbəkəsinin təkmilləşməsi və s.

Sənaye istehsallarınin dünyanın yeni ölkələrinə və rayonlarına yerdəyişməsinə maneə törədən səbəblərə isə (mərkəzəqaçma qüvvələrinə) aid etmək olar:

-yüksək inkişaf etmiş ölkələrin sənaye sahələrinin yüksək potensialı, yeni, daha mütərəqqi texnologiyaların tətbiqi ilə texniki - iqtisadi göstəricilərin dəyişməsi hesabına istehsalın səmərəliliyinin yüksəldilməsi;

-geniş çeşiddə sənaye məhsulunun istehsalı zamanı ucuz gətirilən xammaldan istifadə imkanları;

-yükək potensiala malik ETTKİ-nin mövcudluğu və s.

XX əsrin ikinci yarısında mərkəzdənqaçma və mərkəzəqaçma qüvvələrinin birgə təsiri nəticəsində səınaye istehsalınin dunya ölkələri və regionları arasında məkan üzrə yenidən bölüşdürülməsi baş verdi.

Bir çox sənaye sahələrində köklü ərazi dəyişmələri baş vermişdir. Belə ki, qara metallurgiyada polad ərintisinin həcmi son 50 il ərzində Qərbi Avropada təqribən 3 dəfə, Şimali Amerikada cəmi 1,5 dəfə , Asiya reqionunda isə 50 dəfə artmışdır.

4. Energetika sənayenin “baza” sahələrinə aid edilir, onun inkişafı digər sənaye sahələrinin və dövlətin bütün iqtisadiyyatının inkişafının əsas şərtidir. Bu sahə özündə bütün yanacaq sahələrini və və elektroenergetikanı ( kəşfiyyat, mənimsəmə, istehsal, emal və nəqletmə də daxil olmaqla) birləşdirir.

Müasir dünyada əsas kommersiya elementləri enerji daşıyıcıları (ilkin enerji daşıyıcıları) - neft,qaz, kömür, hidro-və atom enerjiləri və s.-dir. Digər ilkin enerji daşıyıcılarının (odun, torf, günəş və külək enerjisi , k/t istehsalı tullantıları, slanslar ) ümumi enerji istehlakında birgə payı çox da böyük deyildir (Cədvəl 7.4).

Cədvəl 4.

İlkin enerji daşıyıcılarının istilik yaratma qabiliyyətlərinin

müqayisəsi.

Enerji ehtiyatları



1 kq yanacağın

yanmasından alınan istilik (min kkal)


İstilik əmsalı*



Neft

10.5

1.5

Qaz

10.4

1.5

Daş kömür

7.0

1.0

Kömür (boz)

3.0

0.4

Torf

3.4

0.5

Odun

2.5

0.4

İstilik slansları

2.1

0.3




  • “Şərti yanacaq və ya kömür ekvivalenti” ayrı-ayrı üzvi yanacaq növünün istilik dəyərini müqayisə etmək üçün istifadə edilir. 1kq bərk şərti yanacağın yanmasından alınan istilik 29.3 MC (7000 kkal) –yə bərabərdir , bu halda istilik əmsalı 1.0-a bərabər götürülür.

Elmi-texniki inqilab əsas enerji növlərinin istehsalı və istehlakında əsaslı dəyişikliklərə səbəb olmuşdur. XX əsr “neft əsri” kimi dünya iqtisadiyyatının bütün sahələrinin intensiv şəkildə inkişafına təkan verdi ki , bu da onun istehsalı və istehlakının artırılmasını tələb edirdi. (Cədvəl 5.)

Cədvəl 5

Dünyada mineral yanacaq hasilatı və elektrik enerjisi istehsalının

dinamikası




Ölçü vahidi

1950

1960

1970

1980

1990

2003

İlkin enerji ustehsalı

Mlrd tn şərti yanacaq



4.5

7.4

9.3

11.4

16.0

Xam neft hasili

Mlrd tn

0.5

1.1

2.3

3.0

3.1

3.7

Təbii qaz hasili

Trln kub.m

0.2

0.5

1.0

1.5

2.1

2.6

Daş kömür hasilatı

Mlrd tn

1.4

2.0

2.1

2.7

3.5

4.2

boz kömür hasilatı

“-“

0.4

0.6

0.8

1.0

1.2

0.9

Elektrik enerjisi istehsalı

Trln kVt/s

0.97

2.3

5.0

8.3

11.8

16.7

Dünya energetikasının inkişafına enerji böhranı çox ciddi təsir göstərmişdir. 1970-ci illərin əvvəllərində neftin qiyməti digər enerji daşıyıcılarının orta dünya qiymətlərindən əhəmiyyətli dərəcədə aşağı idi və nəticədə ucuz neft digər yanacaq növlərini sıxışdıraraq yanacaq-enerji balansında (YEB) (əsasən iqtisadi unkişaf etmiş ölkələrin) birinci yerə çıxdı (neft əsasən keçmiş koloniyalarda və asılı ərazilərdə -Yaxın və Orta Şərqdə- hasil edilirdi). Enerji böhranı neftin qiymətinin dünya bazarında kəskin artımı ( 1 tn –nu 235 doll.) ilə başladı. Bu böhranın nəticələrini zəiflətmək üçün aparıcı dövlətlərdə YEB –da neftin payını azaltmağa, enerjiyə qənaətə, istehsalların enerjitutumunu azaltmağa, öz ərazilərində yeni yanacaq ehtiyatlari yataqlarının işlənməsinə yönəldilən milli enerji proqramları işlənib hazırlandı. Nəticədə dünya təsərrüfatında enerjiyə ümumi tələbat bir qədər azaldı və YEB-nın quruluşu müəyyən qədər dəyişdi. Ümumililikdə isə enerji böhranı dünya iqtisadiyyatının yeni, enerjiyə qənaət edən inkişaf tipinə keçməyə məcbur etdi (Cədvəl 6).


Cədvəl 6

Dünyanın YEB-da quruluş dəyişiklikləri (%)




İlkin enertji daşıyıcılarının istehlakı

1940

1960

1980

2000

Kömür

74.6

51.0

29.5

29.6

Neft

17.9

31.4

43.0

34.1

Təbii qaz

4.6

13.5

20.6

26.5

Hidroenerji

2.9

4.0

5.0

5.2

Atom enerjisi

-

0.1

1.9

4.6

Dünya üzrə cəmi

100

100

100

100

Neft sənayesi- sənayenin ən mühüm və sürətlə inkişaf edən sahələrindən biridir. Onun məhsulunun əsas hissəsi enerji məqsədləri üçün istifadə olunur və bu səbəbdən də neft sənayesi energetika sahələri qrupuna aid edilir.

Planetdə proqnozlaşdırılan neft ehtiyatı təqribən 300 mlrd tn təşkil edir. Dünyada dəqiq isbat edilmiş neft ehtiyatı (elm və texnikanın müasir səviyyəsində yerin təkindən çıxarıla bilən) 2003-cü ilin əvvəlinə 140 mlrd tn. miqdarında dəyərləndirilir. Bu yanacaq növünün əsas hissəsi inkişaf etməkdə olan ölkələrin, birinci növbədə Yaxın və Orta Şərq ölkələrinin payına düşür. (Cədvəl 7).

Cədvəl 7


Dünyada isbat edilmiş neft ehtiyatları və hasilatı

2004-cü ilin əvvəlinə



Reqion (ölkə)


Neft ehtiyatı,

Mlrd.tn

Dünya ehtiyatlarında

Payı, %

Dünya hasilatında Payı, %



Ehtiyatların hasilatın müasir səviyyəsinə nisbəti*

Şimali Amerika

8.8

5.5

18.2

12.2

Mərkəzi və Cənubi Amerika

14.6

8.9

9.2

41.5


Avropa

2.6

1.6

8.3

5.4

MDB ölkələri

O cüm.: Rusiya



11.9

9.5


7.6

6.0


13.8

11.4


20.0

12.2


Yaxın və Orta Şərq

99.0

63.3

29.6

88.1

Digər Asiya ölkələri

5.8

3.8

9.1

16.6

Afrika

13.5

8.9

10.8

33.2

Avstraliya və Okeaniya

0.6

0.4

1.0

19.3

Cəmi dünya ,

O cümlədən:

OPEK ölkələri


156.7
120.4

100
76.9

100
39.7

41.0
79.5

Mənbəə: BP Global. Statistical Review of world Energy. 2003 (http//www.bp.com).

*Ehtiyatların hasilata nisbəti əgər müasir səviyyədə hasilat həcmi davam edərsə , kəşf edilmiş ehtiyatların neçə ilə tükənəcəyini göstərir.
Dünya neft hasilatı sənayesinin yerləşməsində baş verən dəyişikliklər yalnız yeni neft yataqlarının aşkar edilməsi və mənimsənilməsi ilə deyil, həm də muxtəlif illərdə neftin qiymətinin artması və ya azalması ilə də bağlıdır. Bununla yanaşı inkişaf etmiş sənaye ölkələrində (1970-ci illərdən fərqli olaraq ) özlərinin çətin rayonlarında neft yataqlarının kəşfiyyatı və mənimsənilməsinə maraq əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu da son nəticədə OPEK –in üzv-ölkələrində neft hasilatının artırılmasını stimullaşdırdı. Neft hasilatı sənayesinin yerləşdirilməsi indi dünyada neft ehtiyatlarının yerləşməsinə daha uyğundur.

Neft hasilatı sənayesinin yerləşməsində baş verən dəyişikliklər neft ticarəti siyasətinə çox güclü təsir göstərmişdir və neft axını istiqamətlərini dəyişdirmişdir (Cədvəl 8).


Cədvəl 8

Lider-ölkələrdə neft hasilatı (1950-2003 iliər), mln.tn.




Ölkə

1950

Ölkə

1970

Ölkə

1990

Ölkə

2003

ABŞ

267

ABŞ

475

SSRİ

570

S.Ərəbistanı

475

Venesuela

78

SSRİ

353

ABŞ

417

Rusiya

421

SSRİ

38

Venesuela

194

S.Ərəbistanı

341

ABŞ

341

İran

32

İran

191

İran

161

Meksika

190

S.Ərəbistanı

27

S.Ərəbistanı

188

Çin

138

Çin

189

Küveyt

17

Liviya

161

Meksika

137

İran

169

Meksika

10

Küveyt

151

Venesuela

116

Norveç

154

İndoneziya

7

İrak

77

BƏƏ

105

Venesuela

153

İrak

7

Kanada

62

İrak

105

Kanada

142

Rumıniya

5

Niqeriya

55

B.Britaniya

91

B.Britaniya

118

Dünya-cəmi:






520




2270




3180




3760

Dünya hasilatında 10 aparıcı ölkənin payı, %






94




84




69




63

Azərbaycan da artıq neft hasil edən ölkələr sırasında öz layiqli yerini tutmağa başlamışdır və bu sahə hələlik ölkənin beynəlxalq əmək bölgüsündə yerini müəyyənləşdirir. Bununla yanaşı hələ müəyyən müddət Azərbaycanın iqtisadi artımı da yanacaq – enerji kompleksinin inkişafı ilə müəyyən ediləcəkdir. Ölkədə həyata keçirilən neft strategiyası bütövlükdə milli iqtisadiyyatın inkişafına müsbət təsir edir, modernləşmə sahəsində imkanları artırır, iri sosial problemləri həll etməyə, xarici investisiyaları cəlb etməyə imkan verir.

“Əsrin müqaviləsinin” bağlanması sənayedə artımı saxlamaqla Azərbaycanın dünya arenasına çıxmasına yardım etmişdir. Məlumdur ki, son onillikdə dünyanın 15 ölkəsindən olan 33 aparıcı şirkətlərlə 23 müqavilə bağlanmışdır. Bununla yanaşı azərbaycan neft-qaz ehtiyatlarının dünya bazarlarına nəqli üçün bir neçə razılaşmalar əldə edilmiş, Bakı – Tbilisi – Ceyhan boru xətti çəkilib istifadəyə verilmişdir.

1990 – cı ilə nisbətən 2005-ci ildə ökədə neft hasilatı təqribən 1,8 dəfə artmışdır. (Cədvəl 9 ). Cədvəlin verilənlərindən göründüyü kimi, 1990-cı ilə nisbətən 1995-ci ildə neft hasilatı azalsa da 2000-ci ildə baza ilinə nisbətən artıq 12% artım əldə edilmiş və bu artım meyli sonrakı illərdə də saxlanılaraq, 2005-ci ildə 77,6% təşkil etmişdir.

Cədvəl 9

Azərbaycanda neft hasilatının dinamikası


İllər


Cəmi neft hasilatı

Dənizdə neft hasilatı

Quruda neft hasilatı

mln.ton

1990-cı ilə nis. %-lə

mln.ton

1990-cı ilə nis. %-lə

mln.ton

1990-cı ilə nis. %-lə

1990

12.5

100

9.9

100

2.6

100

1995

9.2

73.6

7.5

75.7

1.7

65.4

2000

14.0

112.0

12.5

126.2

1.5

57.7

2001

14.9

119.2

13.3

134.3

1.6

61.5

2002

15.3

122.4

13.8

139.3

1.5

57.7

2003

15.4

123.2

13.8

139.3

1.6

61.5

2004

15.5

124.0

13.8

139.3

1.7

65.4

2005

22.2

177.6

20.5

207.0

1.7

65.4

Mənbəə: Azərbaycan Dövlət Statistika Komitəsinin Məlumatları – 2006-cı il.
Bununla yanaşı, quruda neft hasilatı bu müddətdə 34,6% azalmış, dənizdə neft hasilatı isə 2 dəfədən çox artmışdır.

Həmin dövrdə ölkədə qaz hasilatı isə 42,3 % azalmışdır. (Cədvəl 10)


Cədvəl 10

Ölkədə qaz hasilatının dinamikası



İllər

Mln.kub m

1990-cı ilə nis. %-lə

1990

9926

100

1995

6644

66.9

2000

5642

56.8

2001

5535

55.7

2002

5144

51.8

2003

5128

51.6

2004

4995

50.3

2005

5732

57.7

Mənbəə: Azərbaycan Dövlət Statistika Komitəsinin Məlumatları – 2006-cı il.
Xam neft Azərbaycan Beynəlxalq  Əməliyyat Şirkəti, Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi tərəfindən ixrac edilir. Neft məhsulları əsasən Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi, "Azneftyağ" İstehsalat Birliyi, "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı və "Aztrans reil" MMC tərəfindən ixrac edilir.

Azərbaycandan ixrac edilən əmtəələr arasında neft məhsulları da xüsusi yer tutur. Bunların sırasına mazut, dizel yanacağı, yağlar və sürtgülər, neft bitumu, neft koksu, aviasiya və s. üçüm ağ neft aiddir. (Cədvəl 7.11)

Cədvəl 11

Neft məhsullarının istehsalı və ixracı


Əmtəələr


2000

2005

İstehsal

min tn


İxrac,

min tn

%


İstehsal,

min tn


İxrac,

min tn

%


Dizel yanacağı

2061

1341

65.0

2247

1407

62.6

Avtomobil benzini

551

215

39.0

948

323

34.0

Mazut yanacağı

4240

2

0.0

3399

392

11.5

Aviasiya və s. üçün

ağ neft


796

460

57.7

772

202

26.1

Neft-bitum

20

-

-

133

32

24.0

Neft koksu

12

11

91.6

12

10

83.3

Sürtgü yağları

173

69

39.8

86

28

32.5

Mənbəə: Azərbaycan Dövlət Statistika Komitəsinin Məlumatları – 2006-cı il.
Göründüyü kimi, bir sıra neft məhsullarının xeyli hissəsi xarici ölkələrə ixrac edilir. Dizel yanacağının 2000-ci ildə 65.0%-i, 2005-ci ildə 62.6%-i, aviasiya və s üçün ağ neftin uyğun olaraq 57.7% və 26.1%-i, neft koksunun 91.6% və 83.3%-i, avtomobil benzinin 39.0% və 34.0%-i xarici ölkələrə ixrac edilmişdir.

Azərbaycanın xarici ölkələrlə müstəqil ticarət əlaqələrini son onillik ərzində qurmasına baxmayaraq neft və neft məhsullarının ixrac edildikləri ölkələrin coğrafiyası da xeyli genişdir (Cədvəl 12). Dizel yanacağı 10-dan çox ölkəyə, o cümlədən, Türkiyə, Sinqapur, Gürcüstan, Xorvatiya, İtaliya, Yunanıstan, ABŞ kimi müxtəlif qitələrdə yerləşən ölkələrə ixrac edilir.

Cədvəl 12

2005-ci ildə neft məhsullarının ölkələr üzrə ixracı



Öıkələr

Dizel yanacağı

Avtomobil benzini

Mazut yanacağı

Aviasiya və s. üçün

ağ neft


Neft bitum

Neft koksu

Sürtgü yağları

173

İtaliya

74

-

95

25

-

-

-




İran

10

151

-

-

-

-

-




Türkiyə

294

-

-

2

-

-

15




Yunanıstan

41

-

-

73

-

-

-




Ukrayna

27

-

-

3

-

4

6




Sinqapur

263

-

-

-

-

-

-




Ruminiya

2

-

-

-

-

-

-




Gürcüstan

185

172

6

12

32

-

1




Malta

-

-

30

-

-

-

-




Xorvatiya

344

-

-

-

-

-

-




Rusiya

-

-

-

13

-

6

-




İsrail

-

-

137

...

-

-

-




ABŞ

-

-

83

-

-

-

-




Digər ölkələr

167

-

41

74

-

-

6




Cəmi

1407

323

392

202

32

10

28




Mənbəə: Azərbaycan Dövlət Statistika Komitəsinin Məlumatları – 2006-cı il.
Avtomobil benzini isə yalnız İran və Gürcüstana satılır. Cədvəlin verilənlərindən göründüyü kimi Gürcüstan neft koksundan başqa bütün digər verilən məhsulları idxal edir. Türkiyə və İtaliya Azərbaycandan 3 adda, Ukrayna 4 adda, Yunanıstan 2 adda neft məhsulu ixrac edir.
.5. Maşınqayırma sənayesi dünyada emal sənayesinin əsas sahəsi hesab edilir.

Məhz bu sahənin inkişafı təsərrüfatın bütün sahələrinn əmək məhsuldarlığının və səmərəliliyinin yüsəlməsinə şərait yaradır, dünyda hər hansı bir ölkənin elmi-texniki potensialını və müdafiə qabiliyyətini əks etdirir. . Maşınqayırma sənayesinin müssisələri bir-biri ilə və digər sahələrin istehsal gücləri ilə sıx əlaqədardırlar.

Maşınqayırma və metal emalı iri sənaye sahələridir və bu sahələrdə maşın və avadanlıqlar, aparatlar və cihazlar, məişət, istehsal və hərbi təyinatlı müxtəlif mexanizmlər istehsal edilir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə cəmi emal sənaye məhsullarının 35-40%-i bu sənaye sahəsinin payına düşür, sənayedə işləyənlərin 25-35 %-i bu sahədə çalışır. Sahədə istehsal edilən məhsullar yüksək ixrac qabiliyyətinə malikdirlər. İnkişaf etmiş ölkələrdə ixracın ½ -i (bəzən daha çoxu) bu sahənin payına düşür.

Müasir maşınqayırma sahəsi çox profillidir, o özündə yüzlərlə alt sahələri və sahələri birləşdirir, sənayenin ən mürəkkəb və differensiallaşmış sahəsi hesab edilir. İstehsalın texniki-iqtisadi xüsusiyyətlərinə görə metaltutumlu, əməktutumlu və elmtutumlu; istifadə edilən texnologiyalaa görə isə az məsrəfli və yüksək məsrəfli ( yəni,orta- və yüksək texnologiyalı) maşınqayırma sahələri fərqləndirilir.

Buraxılan məhsulun çeşidi, istehsalın və texnoloji proseslərin yerləşdirilməsi xüsusiyyətlərinə görə maşınqayırma kompleksinin ayrı –ayrı sahələri fərqləndirilir. Xaricdə maşınqayırma dedikdə yalnız təsərrüfatın digər sahələri və bu sahə üçün istehsal avadanlığı istehsal edən ümumi maşınqayırma başa düşülür. Həqiqətdə isə maşınqayırma kompleksinin tərkibinə ümumi maşınqayırmadan başqa nəqliyyat maşınqayırmasının, elektrotexnika və elektronikanın bütün sahələri, cihazqayırma, k/t maşınqayırması, silah və hərbi tezxnikanın istehsalı və bir sıra digər sahələr də daxildir.

Maşınqayırma kompleksi müəssisələrinin yerləşdirilməsinə çoxsaylı şərtlər və amillər, o cümlədən satış bazarının həcmi və tələbatın xarakteri, istehsalın təşkilinin ictimai formalarının inkişaf səviyyəsi, əmək ehtiyatları ilə təminat səviyyəsi, habelə infrastrukturanın inkişaf səviyyəsi və s. təsir göstərir.

Sənayedə ixtisaslaşma prosesinin və beynəlxalq əmək bölgüsünün dərinləşməsi şəraitində maşınqayırma sənayesinin bir çox sahələrində kütləvi məhsul buraxılışı həm ölkə, həm də reqional və qlobal səviyyədə komplektləşdirici hissələrin, aqreqatlarin istehsalı ilə məşğul olan müəssisələrin yığma müəssisələri ilə qarşılıqlı əlaqələrinin artmasına səbəb olur. Bu meyl qlobal səviyyədə istehsalın təşkili üsullarının dəyişməsi (postfordizm, “çevik” istehsal), “dəqiq vaxtında” təchizat sisteminin tətbiqi hesabına daha da dəyişir. Bu xüsusilə avtomobil, məişət elektronikası (bir qayda olaraq son yığma mərhələsində) müşahidə olunur.

İxtisaslaşmanın bu və ya digər növü (əşya, texnoloji, hissələr üzrə) buraxılan məhsulun xarakteri ilə müəyyən olunur. Ərazi üzrə əmək bölgüsü ilə birlikdə maşınqayırma müəssisələrinin ixtisaslaşması dar ixtisslaşmış sənaye mərkəzlərinin və hətta rayonlarının formalaşmasına gətirib çıxarır. Bu prosesə öz istehsal güclərini bütün dünyada yerləşdirən TMK-ın bütün quruluşlarının fəliyyətləri çox böyük təkan verirlər.

Maşınqayırma sənayesinin bir çox sahələri yüksək əmək tutumludur və bəzilərində də işçilərin ixtisas səviyyələrinə yüksək tələblər irəli sürülür (cihazqayırma, elektrotexnika, aerokosmik və s). Ona görə də son illərdə ucuz işçi qüvvəsinə malik olan ölkələr m/q sənayesinin yüksək əmək tutumlu sahələrinin inkişafı üçün daha əlverişli mövqedədirlər. Lakin yüksək elmtyutumlu sahələrin inkişafı yüksək ixtisaslı kadrlara, iri elmi –tədqiqat və konstruktor mərkəzlərinə malik ölkələrdə cəmlənmişdir. Belə istehsallar əsasən Qərbi Avropa, Şimali Amerika və Yaponiyada yerləşirlər.

Adətən komplektləşdirici hissələri dünyanın müxtəlif ölkələrindən alan Asiyanın, Cənubi Amerikanın və müəyyən qədər Afrikanın inkişaf etməkdə olan ölkələrində kütləvi məhsul buraxan yığma zavodları yerləşdirilir.



1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə