Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə11/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

8.3. Miqrasiya proseslərinin dövlətlərarası tənzimləmə sistemi özündə - miqrant əməyindən istifadə və onların sosial-iqtisadi hüquqları üzrə ikitərəfli və çoxtərəfli beynəlxalq razılaşmaları; Beynəlxalq əmək təşkilatı (BƏT), Beynəlxalq səhiyyə təşkilatı (BST), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) kimi beynəlxalq iqtisadi təşkilatların fəaliyyətlərini birləşdirir.

Beynəlxalq əmək miqrasiyasının tənzimlənməsində aparıcı rol BMT-nin ixtisaslaşdırılmış təşkilatı olan BƏT –na məxsusdur. Bu təşkilat 1919-cu ildə əmək qanunvericiliyi və əmək şəraitinin yaxşılaşdırılması üzrə məsləhətlər və konvensiyalar hazırlamaq üçün Beynəlxalq Komissiya kimi, Millətlər Liqası çərçivəsində Versal sülh müqaviləsi əsasında yaradılmışdır.

Nizamnaməyə görə BƏT-nın məqsədləri “sosial ədalət əsasında” ümumi və möhkəm sülhə nail olmaq və mövcud əmək şəraitinin yaxşılaşdırılmasıdır ki, buna da iş vaxtının reqlamentləşdirilməsi (iş gününün maksimum uzunluğunun müəyyən edilməsi də daxil edilməklə), əməyin və təhlükəsizliyin mühafizəsi, ölkədə mövcud olan bütün normaların miqrantlara da aid edilməsi və s. daxildir. BƏT-da üzv-ölkələrin iştirakını fərqləndirən əsas məsələ üçtərəfli nümayəndəlik prinsipidir – hökumət, iş verənlər və həmkarlar təşkilatı.

BƏT aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

1.Əmək haqqında konvensiyaların və göstərişlərin işlənib hazırlanması.

2.Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə texniki kömək göstərilməsi.

3. BƏT-nın fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə təhsil verilməsi.



Əmək haqqında konvensiya və göstərişlərin işlənib hazırlanması – BƏT-nın fəaliyyətinin mühüm formasıdır. Burada, əmək haqqının ödənilməsində beynəlxalq normalar əmək münasibətlərinin müxtəlif sahələrini əhatə edir. Onların arasında- işçi-miqrantların müdafiəsi; ölkə vətəndaşları və xaricilərin sosial təminat sahəsində tam bərabər hüquqa malik olması; əlillik, qocalıq, ailə təminatçısının itirilməsi zamanı sosial təminat sahəsində əməkçi-miqrantların hüquqlarının saxlanması kimi məsələlər var.

BƏT miqrasiya proseslərinə daxil olan bütün ölkələrə məşğulluq sahəsində siyasəti koordinasiya etmək, miqrantlara tibbi və ictimai xidməti yaxşılaşdırmaq, hazırlıqlı kadrların və “beyin axının” həvəsləndirilməsi əleyhinə mübarizə aparmaq, miqrantların könüllü olaraq ölkələrinə qayıtmalarını asanlaşdırmaq üçün göstərişlər verir.

BƏT-nın Göstərişlərindən bir neçəsi aşağıdakılardır:

-Xarici-işçilərə münasibət haqqında (1919);

-Gəmidə qadın-emiqrantların müdafiəsi haqqında (1926);

-Əməkçi-miqrantların cəlb edilməsi, işə düzəlməsi və əmək şəraiti haqqında (1939);

-Az inkişaf etmiş ölkələrdə və ərazilərdə əməkçi-miqrantların müdafiəsi haqqında (1955).

BƏT-nın Baş Konfransında belə problemlər müzakirə edilir:

-iş tapmaq məqsədilə miqrasiya (1949);

-sosial təminat sahəsində olkə vətəndaşları və xaricilərin bərabərhüquqluluğu (1961, 1962);

-sosial təminat sahəsində əməkçi-miqrantların hüquqlarının qorunması (1982).

1949-cu ildə BƏT-nın əməkçi-miqrantlar haqqında Konvensiya-97 qəbul edilmişdir. Bu Konvensiyanın müddəaları öz aktuallığını bu gün də saxlayır:

a) o, ölkə ərazisinə qanuni yolla gəlmiş immiqrantlara aid edilir;

b) əməkçi – miqrantların qəbul edən ölkədə müəyyən müddət işlədikdən sonra daimi yaşamaq hüququ nəzərdə tutulur.

1955-ci ildə BƏT daha bir sənəd – Gostərişlər-100 (inkişaf etməkdə olan ölkələrdə əməkçi-miqrantların müdafiəsi haqqında) - qəbul edildi. Bu sənəd inkişaf etməkdə olan ölkələrdə iqtisadi və sosial inkişaf naminə miqrasiya proseslərinin tənzimlənməsinə, bu ölkələrdə əmək resurslarının arzu olunmaz həddə itirilməsinin məhdudlaşdırılmasına yönəlmişdir. Təklif edilən tədbirlər sırasına emiqrasiya ölkələrində xüsusi iqtisadi inkişaf proqramlarının qəbulu, yeni iş yerlərinin açılması daxildir. Bununla yanaşı “işçi qüvvəsinin getməsinin iqtisadiyyata, əhalinin sağlamlığına, rifah halına və inkişafına mənfi təsir edəcəyi rayonlarda cəlbetmə prosesinin məhdudlaşdırılmasına” yönəldilən inzibati tədbirlər nəzərdə tutulur.

BƏT-nın normaları təkcə miqrantların hüquqlarını deyil, həm də immiqrasiya ölkələrinin xüsusi xidmətlərinin öhdəliklərini də nəzərdə tutur. Bu xidmətlər öz ölkələrinin vətandaşlarına olduğu kimi, adi xidmətlərdən əlavə, əməkçi-miqrantlara və onların ailələrinə bir sıra sosial funksiyaları da yerinə yetirirlər:

-ölkənin iqtisadi, sosial və mədəni şəraitinə uyğunlaşmağa kömək;

-lazımi orqanlardan informasiya və məsləhətlər almağa kömək;

-təhsil, peşə hazırlığı, dil öyrənilməsi, səhiyyə, yaşayış şəraiti və s. sahələrdə imkanlardan tam istifadə etməyə kömək;

-gəldikləri ölkədəki yaşayış şəraitinə uyğunlaşmaqda və ailələrin birləşməsində miqrantlara kömək;

- işə qəbul edildikdən dərhal sonra miqrantları ana dillərində və ya bildikləri dildə qanunvericilik və qaydaların əsas elementləri, kollektiv müqavilələrin maddələri, texniki təhlükəsizlik qaydaları ilə tanış etmək.

BƏT-na daxil olan hər bir üzv-ölkə borcludur:

-öz ölkə vətənlaşları ilə yanaşı əməkçi-miqrantlar və onların ailə üzvlərinə bərabər imkanlar prinsipinin tətbiqini təmin etməli və bu prinsipin gözlənilməməsi haqqında şikayətləri öyrənməlidir;

-qanunların yerinə yetirilməsinə cavabdeh olan sahibkarlar, digər şəxslər və ya təşkilatlar tərəfindən bu qanunlar pozularsa, onlara qarşı inzibati, mülki və hüquqi cəza tədbirləri görülməlidir;

-miqrantların hüquqları üzrə milli qanun və qaydaların beynəlxalq normalara üyğunluğunu təmin etməlidir;

-ailələrin tezliklə birləşməsinə yardım etməli və bunun üçün ikitərəfli və çoxtərəfli müqavilələr bağlanmalıdır;

-öz ölkəsi ərazisində mövcud sosial xidmətlərin fəaliyyətlərini digər ölkələrin uyğun xidmətlərinin fəaliyyətləri ilə koordinasiya edilməsinə yardım etməli, öz sosial xidmətlərinin işi üçün cavabdehlik daşımalıdır;

-miqrantların problemləri üzrə sahibkarlarla, sosial xidmətlərlə və digər təşkilatlarla məsləhətləşmələr aparmalıdır.

BƏT-dan başqa beynəlxalq səviyyədə Beynəlxalq Miqrasiya Təşkilatı da fəaliyyət göstərir (BMqT). Bu təşkilat miqrasiya axınlarının tənzimlənməsinə, miqrasiyanın təşkilinə təcrübi kömək göstərilməsinə yönəldilən proqramlar işləyib hazırlayır. BMqT-ın funksiyalarına aşağıdakılar daxildir:

-vətəndaşların miqrasiyasının planlaşdırılması və düzənlənməsi;

-qəbul edən ölkənin inkişafına yardım edə biləcək ixtisaslı işçi qüvvəsinin və onların ailə üzvlərinin yerdəyişməsinə kömək etmək;

-qaçqınların yerləşdirilməsini təşkil etmək və s.

Qaçqınların müdafiəsi və onların öz yerlərinə qaytarılması üzrə BMT yanında qaçqınlar üzrə Baş Ali Komissiarın İdarəsi fəaliyyət göstərir.

Bir çox beynəlxalq təşkilatlarda miqrasiya məsələləri ilə məşğul olan xidmətlər mövcuddur. ÜDST-da (Ümumdünya Səhiyyə Təşkilatı) əməkçi-miqrantlar və onların ailələrinin fiziki vəziyyəti üzrə xüsusi normaların işlənib hazırlanması ilə məşğul olan xidmət mövcuddur, UNESKO işləyən miqrantlar və onların ailə üzvlərinin təhsili sahəsində proqramlar işləyib hazırlayır və həyata keçirir.

İşçilərin immiqrasiyasının milli səviyyədə tənzimlənməsinin mühüm üsullarından biri iki və çoxtərəfli ola bilən beynəlxalq razılaşmalardır. Onların əsas məqsədi əmək miqrasiyası prosesinə kəmiyyət məhdudiyyəti qoymaqdan ibarətdir.

Ölkələrarası əmək miqrasiyasının intensiv inkişafı və onun tənzimlənməsi prosesi müasir şəraitdə BİM-in inkişafının xarakterik xüsusiyyətlərindən biridir.
8.4. Azərbaycanda əmək miqrasiyası prosesi yalnız onun müstəqillik illərinə xas olan bir problem deyildir. 1990-cı ilə qədər, yəni Azərbaycan Sovetlər Birliyinin tərkibində olan dövrlərdə də Respublikada miqrasiya prosesləri mövcud idi və miqrasiya böyük əksəriyyətlə keçmiş SSRİ hüdudları daxilində baş verirdi. Miqrasiya haqqında məlumatlar SSRİ Dövlət Statistika Komitəsində işlənib hazırlanırdı. Ona görə də Azərbaycana gələnlər və gedənlər haqqında dəqiq məlumat olmasa da miqrasiya saldosu haqqında verilənlər mövcuddur. (Cədvəl 8.1).

Cədvəl 8.1








7.1. Əhalinin beynəlxalq miqrasiyası 1)
(min nəfər)




İllər

Ölkəyə daimi yaşamaq üçün gələnlər

Ölkədən daimi yaşamaq üçün gedənlər

Miqrasiya artımı (azalması)

o cümlədən:




şəhər yerlərində

kənd yerlərində




1970





-2,8

25,2

-28,0




1971





-1,3

16,9

-18,2




1972





1,5

16,0

-14,5




1973





-4,4

16,7

-21,1




1974





-4,6

20,0

-24,6




1975





-13,3

18,9

-32,2




1976





-15,0

18,1

-33,1




1977





-13,6

13,7

-27,3




1978





-9,1

15,3

-24,4




1979





-21,8

5,0

-26,8




1980





-22,8

5,5

-28,3




1981





-20,0

2,7

-22,7




1982





-23,1

-2,5

-20,6




1983





-17,8

-0,8

-17,0




1984





-22,7

2,7

-25,4




1985





-36,3

0,4

-36,7




1986





-35,7

-4,4

-31,3




1987





-33,0

3,7

-36,7




1988





-34,2

-2,8

-31,4




1989





-40,2

-11,5

-28,7




1990

84,3

137,9

-53,6

-52,7

-0,9




1991

66,3

106,4

-40,1

-39,4

-0,7




1992

35,7

49,9

-14,2

-13,8

-0,4




1993

16,3

28,5

-12,2

-11,9

-0,3




1994

8,6

19,6

-11,0

-10,8

-0,2




1995

6,2

16,0

-9,8

-9,5

-0,3




1996

5,8

13,2

-7,4

-7,2

-0,2




1997

7,5

15,7

-8,2

-8,1

-0,1




1998

5,4

10,5

-5,1

-5,0

-0,1




1999

4,8

9,1

-4,3

-3,5

-0,8




2000

4,4

9,9

-5,5

-5,0

-0,5




2001

2,6

7,3

-4,7

-3,6

-1,1




2002

1,2

4,3

-3,1

-2,0

-1,1




2003

2,5

3,8

-1,3

-1,6

0,3




2004

2,4

2,8

-0,4

-0,7

0,3




2005

2,0

2,9

-0,9

-0,6

-0,3




2006

2,2

2,6

-0,4

-1,9

1,5




2007

2,0

3,1

-1,1

-1,4

0,3




2008

3,6

2,5

1,1

0,5

0,6




2009

2,3

1,4

0,9

0,1

0,8




2010

2,2

0,8

1,4

1,2

0,2




2011

2,2

0,5

1,7

2,0

-0,3




1) 1990-ci ilə qədər miqrasiya haqqında məlumatlar SSRİ Dövlət Statistika Komitəsində işlənilirdi.



1)1990-ci ilə qədər miqrasiya haqqında məlumatlar SSRİ Dövlət Statistika Komitəsində işlənilirdi

Göründüyü kimi 1970-ci illərdən miqrasiya saldosu ölkənin xeyrinə deyil, yəni ölkədən gedənlərin sayı gələnlərin sayından çoxdur. 1975-ci ildən bu meyl getdikcə güclənməyə başlamışdır. Belə ki, 1970-ci ildə miqrasiya saldosu -2,8 min nəfər idisə, 1975-ci ildə bu rəqəm təqribən 5 dəfə artaraq , -13.3 min nəfər təşkil etmişdir.

1979-cu ildən mənfi miqrasiya saldosu getdikcə daha da yüksəlməyə başlamışdır. Məs., 1985-ci ildə Respublikadan gedənlərin sayı gələnlərin sayından 36.3 min nəfər çox olmuşdur. Bu onu göstərir ki, Azərbaycanda miqrasiya prosesinin güclənməsini Respublikanın müstəqillik qazandığı illərlə bağlamaq olmaz, bu proses bütün ölkələrdə olduğu kimi Azərbaycanda da gedir və gedəcəkdir.

Bununla yanaşı, XX əsrin 90-cı illərində miqrasiya prosesinin əvvəlki dövrlərə nisbətən ölkədə xeyli gücləndiyini qeyd etmək lazımdır. Belə ki, 1990-cı ildə ölkəyə gələnlərin sayı 84.3 min nəfər, gedənlərin sayı 137.9 min nəfər (miqrasiya saldosu -53.6 min nəfər) olmuşdur. Yalnız 2000-ci illərdə miqrasiya prosesinin müəyyən qədər sabitləşdiyi görünür. Bununla belə, bütün bu illər ərzində də miqrasiya saldosu mənfi kəmiyyətlə ifadə olunur.

Cədvəlin verilənlərindən göründüyü kimi, 1970-1981–ci illərdə şəhər yerlərində miqrasiya saldosu müsbət ( yəni şəhərə gələnlərin sayı şəhərdən gedənlərin sayından çoxdur), kənd yerlərində isə mənfi kəmiyyətlə səciyyələndirilir, kənd yerlərində bunun əksinə olan meyl müşahidə olunur. 1982-ci ildən başlayaraq isə, həm şəhər, həm də kənd yerləri üçün mənfi kəmiyyətli miqrasiya saldosu xarakterikdir.

Azərbaycan Respublikası üzrə miqrasiya prosesində iştirak edənlərin əksəriyyəti əmək qabiliyyətli yaşda olan insalardır.

2000-ci ildə Azərbaycan Respublikasına gələnlərin tərkibində əmək qabiliyyəti yaşda olanların xüsusu çəkisi 75.4 % -dir, gələn kişilərin tərkibində isə onların xüsusi çəkisi 80.3 %, qadınların tərkibində 67.4%-dir. Həmin ildə Azərbaycan Respublikasından gedənlərin tərkibində əmək qabiliyyətli yaşda insanların xüsusi çəkisi 70.5%, gedən kişilərin tərkibində onların xüsusi çəkisi 71.2%, qadınların tərkibində xüsusi çəkiləri isə 69.8% olmuşdur.

2005-ci ildə isə Azərbaycan Respublikasına gələnlərin tərkibində əmək qabiliyyəti yaşda olanların xüsusu çəkisi 88.1%-dir, gələn kişilərin tərkibində isə onların xüsusi çəkisi 91.2 %, qadınların tərkibində 83.6%-dir. Həmin ildə Azərbaycan Respublikasından gedənlərin təkibində əmək qabiliyyətli yaşda insanların xüsusi çəkisi 77.1%, gedən kişilərin tərkibində onların xüsusi çəkisi 77.6%, qadınların tərkibində xüsusi çəkiləri isə 76.7% olmuşdur.

Buradan belə nəticə çıxarmaq olar ki, həm ölkəyə gələnlər, həm də ölkədən gedənlərin əksəriyyəti əmək qabiliyyətli yaşda olanlardır.

Ölkədəki əmək miqrasiyası prosesləri nəzərdən keçirilərkən belə bir meyl də diqqət çəkir ki, həm 2000-ci, həm də 2005-ci ildə ölkəyə gələnlər arasında kişilər daha yüksək xüsusi çəkiyə, ölkədən gedənlər arasında isə qadınlar daha yüksək xüsusi çəkiyə malikdirlər (cədvəl 6.3). Belə ki, 2000-ci ildə ölkəyə gələn əmək qabiliyyətli yaşda olanların 66.0%-i kişilər, 34.0%-ni qadınlar təşkil etdiyi halda ölkədən gedənlərin 46.4%-ni kişilər, 53.6%-ni qadınlar təşkil etmişlər. 2005-ci ildə də təxminən eyni meyl təkrar olunur.

Cədvəlin verilənlərindən göründüyü kimi, həm respublikaya gələnlər həm də respublikadan gedənlər arasında 20-44 yaş arasında olan insanlar daha çoxdur. Bu proses təhlil edilən 2000-ci və 2005–ci illərin hər ikisi üçün də xarakterikdir. Bunların arasında isə ən yüksək xüsusi çəki 30-35 yaşlarındakı qadın və kişilərə məxsusdur.

Ölkəyə gələnlərin əksəriyyəti MDB və Baltikyanı ölkələrdən, xüsusilə Rusiya Federasiyasındandırlar (cədvəl 6.4). 1990-cı ildə ölkəyə gələn 84279 min nəfərdən 83607 min nəfəri (99.2%) MDB və Baltikyanı ölkələrdən, o cümlədən, 30857 min nəfəri (36.6) RF-dan, 2005–ci ildə gələn 2013 nəfərdən 1974 nəfəri (98.0%) MDB və Baltikyanı ölkələrdən, o cümlədən 1158 min nəfəri (57.5 %) RF-dən gəlmişlər.

İmmiqrantlar əsasən Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan, Qazaxstan, Özbəkistan kimi MDB ölkələrdəndirlər. Bundan əlavə ölkəyə gələnlər arasında Türkiyə, İran, İsrail, ABŞ və digər ölkə vətəndaşları da vardır.

Ölkədən gedənlər (emiqrantlar) arasında da yuxarıda adları çəkilən ölkələrin əksəriyyəti qəbul edən ölkələr arasındadırlar. MDB ölkələrinə gedənlərin xüsusi çəkisi burada da çox yüksəkdir. Belə ki, 1990-cı ildə MDB ölkələrinə gedənlərin xüsusi çəkisi ümumi gedənlər sayının tərkibində 93.4%, 2005-ci ildə 98.3 % təşkil etmişdir (Cədvəl 6.5). Azərbaycan Resuplikası vətəndaşları MDB və Baltikyanı ölkələrdən əsasən Rusiya Federasiyası və Ukraynaya emiqrasiya edirlər. Belə ki, 1990-cı ildə ümumi gedənlərin təkibində Rusiyaya gedənlərin xüsusi çəkisi 56.2%, Ukraynaya gedənlərin xüsusi çəkisi 9.3 %, 2005-ci ildə isə uyğun olaraq, 85.8% və 3.5% olmuşdur.

Ölkədən gedənlərin üstünlük verdikləri digər xarici ölkələr arasında İsrail, ABŞ və Almaniya son zamanlar daha üstün yer tutur. Cədvəldən göründüyü kimi, son illərdə həm immiqrasiya həm də emiqrasiya dalğasının sürəti xeyli azalmışdır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, tədqiq olunan verilənlər yalnız rəsmi rəqəmlərdir. Çünki, Rusiya, Türkiyə və digər ölkələrə rəsmi qeydiyyatla gedənlərlərin sayı ilə faktiki gedənlərin sayı arasında çox böyük fərq olduğu məlumdur. Məsələn Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına ğörə 2005-ci ildə Türkiyə Respublikasına cəmi 4 nəfər getmişdir. Lakin faktiki olaraq qeyri-rəsmi, yəni icazəsi olmadan bu ölkədə minlərlə insanın yaşadığı və işlədiyi məlumdur.

Azərbaycan Respublikasında immiqrantların hüquqları Azərbaycan Respublikasının Konstitutsiyası ilə müdafiə olunur. Ölkə Konstitutsiyasının 69-cu maddəsinin (“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”) 1-ci bəndində təsbit edilmişdir - “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər və bütün vəzifələri yerinə yetirməlidirlər”.

Göstərilən maddənin 2-ci bəndində isə immiqrantların hüquqlarının məhdudlaşdırılması şərtləri qeyd edilmişdir: - “Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər”.

Beynəlxalq əmək bazarının milli tənzimlənməsi qəbul edən və ixrac edən ölkələrin qanunvericiliyinə, həmçinin dövlətlərarası və müəssisələrarası razılaşmalar əsasında həyata keçirilir.

Azərbaycan hökumətinə miqrasiya məsələlərinin həllində köməklik göstərmək məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən ölkədə fəaliyyətə başlamışdır. 1999-cu il dekabrın 8-də Azərbaycan Respublikası ilə BMqT arasında Saziş imzalanmış və 08.02.2000-ci il tarixdə Milli Məclis tərəfindən ratifikasiya edilmişdir. Bu saziş miqrasiya məsələlərinin idarə edilməsində Azərbaycan və BMqT arasında əməkdaşlıq üçün hüquqi bazadır.

BMqT–nın miqrasiya məsələləri üzrə Azərbaycanda həyata keçirmək istədikləri bir sıra layihələr vardır.

Ölkədə daxili və beynəlxalq əmək miqrasiya sahəsində dövlət siyasətini həyata keçirmək, idarəetmə sistemini inkişaf etdirmək, miqrasiya proseslərini tənzimləmək və proqnozlaşdırmaq, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətlərini əlaqələndirmək məqsədi ilə Konstitutsiyanın 109-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq 19.03.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin əmri ilə Azərbaycan Dövlət Miqrasiya Xidməti yaradılmış və Əsasnaməsi qəbul edilmişdir.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsinə əsasən, təşkilat “immiqrasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyini təmin edir, emiqrasiya və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir (II maddə, 8.3. bənd)”, “miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqini təmin edir və monitorinq həyata keçirir (II maddə, 8.8 bənd)”, “miqrasiya kvotasına dair, o cümlədən əcnəbi əmək qüvvəsinin ölkə ərazisinə cəlb edilməsi üzrə aidiyyətli dövlət orqanları ilə təkliflər hazırlayır (IX maddə 11 bənd)”, “əməkçi miqrantların çalışdıqları yerlərdə yoxlamalar aparmaq, onların müvafiq statusa və fərdi icazələrə malik olmalarını araşdırmaq (IX maddə 12-ci bənd)” hüququna malikdir. Əsasnaməyə görə təşkilatın immiqrantlara vətəndaşlıq vermək üçün tövsiyyələr vermək və s. bu kimi digər hüquqları da vardır. Lakin burada onun konkret olaraq hansı təşkilatlarla əlaqəli işləyəyəcəyi barədə məlumat yoxdur.

Yuxarıda qeyd edildiyi kimi inkişaf etmiş ölkələrdə beynəlxalq miqrasiyanın tənzimlənməsi sahəsində böyük işlər görülmüşdür. Azərbaycanda isə bu prosesə təzə başlanır. Ona görə də, bu olkələrin təcrübələrindən yararlanmaqda fayda var. ABŞ-da beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsi təcrübəsini nəzərə alaraq, ölkədə əmək miqrasiyası proseslərini tənzimləmək üçün aidiyyətli orqanların qarşılıqlı fəaliyyətlərini aşağıdakı kimi əks etdirmək olar (Cədvəl 8.2).


Cədvəl 8.2.

Əmək miqrasiyasının tənzimlənməsi



Azərbaycanda əmək miqrasiyasını tənzimləyən orqanlar

və onların vəzifələri



Nazirlər Kabinetinin

Xüsusi Bürosu



Ədliyyə Nazirliyinin

İmmiqrasiya və Naturallaşdırma şöbəsi



Dövlət Miqrasiya Xidməti

-giriş vizalarının verilməsi qaydalarının müəyyənləşdirilməsi;
-viza verilməsinə nəzarət;
-viza verilməsinin uçotu

-xarici vətəndaşların ölkəyə girişlərinin hüquqi cəhətinə nəzarət;

-onların ölkədə qalmalarının hüquqi cəhətinə nəzarət;

-hüquq pozuntuları zamanı onların ölkədən çıxarılmasına nəzarət


-miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqi və monitorinq;

-miqrasiya kvotalarının hazırlanması;

-immiqrantın azərbaycan iqtisadiyyatına yük olub-olmayacağını araşdırmaq;

-immiqrantın hər hansı bir azərbaycanlının işləyə biləcəyi iş yerini tutub-tutmayacağını öyrənmək



Yalnız bütün bunlar dərindən təhlil edildikdən sonra

Ədliyyə Nazirliyi xarici vətəndaşa ölkədə yaşamaq hüququ verməlidir.


1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə