Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə1/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Beynəlxalq iqtisadi münasibətlər” kursu üzrə dərs saatlarının bölüşdürülməsi


Mövzu-ların

№-si

Mövzuların adları


Saatların sayı

Mühazirə

Məşğələ

Sərbəst



1

Müasir beynəlxalq iqtisadi münasibətlər (BİM) sistemi və onun əsas formaları.

2


1

4


2

Beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq iqtisadi təşkilatlar.

3


1

4

3

Dünya təsərrüfatında inteqrasiya prosesləri.

4



1


4

4

BİM sistemində beynəlxalq ticarət.

6



2

10

5

Beynəlxal elmi-texniki tədavül və istehsal əməkdaşlığı

4


1

4

6

Kapitalın beynəlxalq hərəkəti.


4


1

10

7

Beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri

4


2


10

8

İşçi qüvvəsinin miqrasiyası. Beynəlxalq əmək bazarı.


4


1

4

9

Tədiyyə və hesabat balansları.


4


2

4

10

BİM-də sənaye sektorunun rolu.


4


1

2

11

Müəssisələrdə xarici-iqtisadi əlaqələrin təşkili.

4


2

4




CƏMİ – 120 saat

45

15

60




  1. Шамседдин Гаджиев. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития. Киев, 2000

  2. Dövlət Statistika Komitəsinin internet saytı – www.azstat.org

  3. İqtisadi İnkişaf Nazirliyinin internet saytı – www.economy.gov.az

  4. Maliyyə Nazirliyinin internet saytı – www.maliyye.gov.az

  5. Dövlət Gömrük Komitəsinin internet saytı – www.az-customs.net

  6. Azərbaycan Respublikası Milli Bankının internet saytı – www.nba.az

  7. Dövlət Neft Fondunun internet saytı – www.oilfund.az

  8. Beynəlxalq Valyuta Fondunun internet saytı – www.imf.org

  9. Dünya Bankının internet saytı – www.worldbank.org

  10. Avropa Yenidəbqurma və İnkişaf Bankının internet saytı – www.ebrd.org



  1. Международные экономические отношения » Мир книг-скачать ...      

mirknig.com/.../1181242766-mezhdunarodnye-yekonomicheskie- ...Сохраненная копия - Похожие

Вы уже поставили +1 этой странице. Отменить

16 нояб. 2009 г. – Название: Международные экономические отношения Автор: Авдокушин Е. Ф. Издательство: ИВЦ Маркетинг Год издания:1996 ...

Mövzu 1. Müasir beynəlxalq iqtisadi münasibətlər (BİM) sistemi və onun əsas formaları.

1.Kursun predmeti və vəzifələri.BİM-in mahiyyəti və əsas formaları.

2.BİM fənninin quruluşu

3.Dünya təsərrüfatının inkişafında aparıcı meyllər

4.DT və onun əsas inkişaf mərhələləri

5.Müasir dünya iqtisadiyyatının subyektləri. BİM-in obyektləri və subyektləri.

6.BƏB və beynəlxalq ixtisaslaşma.
1.Kursun predmeti və vəzifələri.BİM-in mahiyyəti və əsas formaları.

. Müasir mərhələdə dünya təsərrüfatının fəaliyyətinin əsas xüsusiyyətlərindən biri beynəlxalq iqtisadi münasibətlərin (BİM) intensiv inkişafıdır. Ayrı – ayrı ölkələr, ölkələr qrupları, iqtisadi qruplaşmalar, müəssisələr və təşkilatlar arasında iqtisadi münasibətlər genişlənir və dərinləşir. Bu proseslər özünü beynəlxalq əmək bölgüsü (BƏB), təsərrüfat həyatının beynəlmiləlləşməsi, milli iqtisadiyyatların açıqlığının artması və bir-birini tamamlaması, regional beynəlxalq quruluşların inkişafı və möhkəmlənməsində özünü göstərir.

Bütün bu qarşılıqlı fəaliyyət, yaxınlaşma, əməkdaşlıq prosesləri təzadlı, dialektik xarakter daşıyır. BİM – in dialektikası ondadır ki, ayrı-ayrı ölkələrin iqtisadi suverenliyə malik olmağa, milli təsərrüfatlarının möhkəmləndirilməsinə çalışması nəticədə dünya təsərrüfatınınnın daha sıx beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların daha çox açılmasına, BƏB-nün dərinləşməsinə gətirib çıxarır.

BİM fənninin predmetinə iki mühüm tərkib hissənin: - beynəlxalq iqtisadi münasibətlərinin özünün və onların reallaşması mexanizmlərinin öyrənilməsi daxildir.

BİM özündə ayrı-ayrı ölkələr, onların reqional birlikləri, habelə ayrı-ayrı ölkələrin müəssisələri arasında təzadlı iqtisadi münasibətlər kompleksini birləşdirir və xarici ölkələrin iqtisadiyyatlarını deyil, dünya təsərrüfatında onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir. Hər bir elm kimi BİM bütün iqtisadi münasibətləri deyil, daha tez-tez təkrar olunan, tipik, səciyyəvi, müəyyənedici münasibətləri öyrənir.



BİM mexanizmləri dedikdə bu münasibətlərin həyata keçirilməsi üzrə hüquqi normalar və alətlər (beynəlxalq iqtisadi müqavilələr, razılaşmalar, “məcəllələr” və s), BİM-in inkişaf məqsədlərinin reallaşdırılmasına yönəldilən beynəlxalq iqtisadi təşkilatların uyğun fəaliyyətləri nəzərdə tutulur.

DT-nın tərkib hissəsi kimi BİM özündə milli təsərrüfatların iqtisadi qarşılıqlı əlaqələr və qarşılıqlı asılılıqda olan münasibətlər sistemini ifadə edir.. Özünün bu keyfiyyəti ilə BİM milli iqtisadiyyatların bazar xüsusiyyətlərini əks etdirir. İnkişaf etmiş bazar təsərrüfat sferası kimi BİM-in əsas əlamətləri aşağıdakılardır:

-iştirakçıların BƏB və milli sərhədlər bazasında iqtisadi azadlığı;

-dünya əmtəə, xidmət, kapital, işçi qüvvəsi, texnologiya bazarlarının yaranması və fəaliyyət göstərməsinə səbəb olan istehsal amilləri və ustehsal nəticələri üzrə beynəlxalq tədavül;

-tələb, təklif, azad qiymətqoyma qanunlarının fəaliyyəti;

-satıcıların, alıcıların, əmtəə və xidmətlərin rəqabət mübarizəsi;

-istehsal və satışın təmərküzləşməsi səviyyəsilə inhisarçılığa meyl.

Milli daxili münasibətlərlə müqayisədə BİM özününəməxsus xüsusiyyətlərə də malikdir:



-daha böyük tədavül həcmi;

-müqayisə olunmayacaq daha çox saylı subyektlər;

- satıcılar, alıcılar, əmtəə və xidmətlər arasında daha böyük miqyaslı və çox ciddi rəqabət mübarizəsi (məğlub olunduğu zaman daha böyük itkilərlə müşayət olunur);

-istehsalın, məhsulların beynəlxalq standartlaşdırması və sertufikatlaşdırması, beynəlxalq daşımaların, rabitənin, informasiya mühitinin, dünya valyuta bazarının inkişafı və s. şəklində BİM fəaliyyətinin özünəməxsus infrastrukturası;

-beynəlxalq iqtisadi münasibətlərin milli səviyyədə, ikitərəfli (ikitərəfli razılaşmalar çərçivəsində), çoxtərəfli (çoxtərəfli razılaşmalar və inteqrasiya birlikləri çərçivəsində), beynəlxalq (beynəlxalq təşkilatların rəhbərliyi altında) tənzimlənməsinin xüsusi sistemi.

BİM-in öyrənilməsi metodologiyası onların məzmununa makro və mikro səviyyələrdə baxılmasını, onların obyektlərinin, subyektlərinin, formalarının, həyata keçirilməsi mexanizmlərinin tədqiqini tələb edir.



Makro səviyyədə BİM - milli iqtisadiyyatların dünya təsərrüfatında əlaqələrinin formaları və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası.

Mikro səviyyədə BİM - milli iqtisadi vahidlərin xarici iqtisadi əlaqələrə yönəldilmiş, beynəlxalq əmək bölgüsünə əsaslanan xüsusi fəaliyyət sferasıdır. Milli istehsalçılar və istehlakçıların mövqeyindən BİM əmtəələrin, xidmətlərin,kapitalın, texnologiyaların idxalı, ixracı, reidxalı, reixracı; istehsalların beynəlxalq kooperasiyası və ETTKİ və s kimi başa düşülür.

BİM-in əsas formaları aşağıdakılardır:



-əmtəə və xidmətlər üzrə beynəlxalq ticarət;

-beynəlxalq istehsal və elmi-texniki əməkdaşlıq;

-kapitalın beynəlxalq miqrasiyası;

-beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri;

-işçi qüvvəsinin beynəlxalq miqrasiyası .
2.BİM fənninin quruluşu

BİM –in quruluşuna aşağıdakılar daxildir:

1.Əmtəə və xidmətlər üzrə beynəlxalq ticarət.

2.Kapitalın və xarici investisiyaların beynəlxalq hərəkəti.

3.İşçi qüvvəsinin beynəlxalq miqrasiyası.

4.Beynəlxalq elmi-texniki və istehsal əməkdaşlığı.

5.Beynəlxalq valyuta-maliyyə və kredit münasibətləri.

6.BİM-də sənaye sektorunun rolu.

7.Beynəlxalq iqtisadi inteqrasiya.

8.İqtisadi təhlükəsizlik problemləri.

9.İqtisadiyyatın qloballaşması və b.

BİM-n nəzəriyyəsi və praktikasını ötrənərkən mütləq dünya təsərrüfatı anlayışı ilə qarşılaşırıq. Dünya təsərrüfatı BİM-in obyektiv əsası olsa da bu fənn daxilində

xüsusi olaraq öyrənilmir. Lakin BİM problemləri nəzərdən keçirilərkən o əsas kompanentlərdən biri kimi çıxış etməyə bilməz və dərsliyin birinci bölməsində dünya təsərrüfatının ümumi səciyyəsi verilir.

Beynəlxalq iqtisadi münasibətlər (əsasən ticarət) hələ dünya təsərrüfatı yaranmamışdan qabaq da mövcud olmuşdur. Bu cür münasibətlər ölkələr arası, dar çərçivədə reqional xarakter daşıyırdılar. Dünya təsərrüfatının meydana gəlməsi və inkişafı ilə BİM özünün fəaliyyət sferasını genişləndirdi və qlobal xarakter almağa başladı. Ayrı-ayrı dövlətlərin iqtisadiyyatına və ya dünya iqtisadiyyatına əsaslanan BİM onlardan əhəmiyyətli dərəcədə asılıdır. Lakin həyata keçirilərək BİM öz xüsusi qanunlarına, mövcudluq formalarına və dünya iqtisadiyyatının inkişafına tabe olan müstəqil təzahürə çevrilir.


3.Dünya təsərrüfatının inkişafında aparıcı meyllər

DT-nın kifayət qədər uzun müddət fəaliyyət göstərməsi XXI əsrin başlanğıcına onun inkişafının artıq özünü dəqiq göstərən meyllərini və qanunauyğunluqlarını ayırmağa imkan verir.

Hər şeydən əvvəl praktiki olaraq bütün ölkələrin təsərrüfat həyatlarının beynəlmiləlləşdirilməsi prosesini qeyd etmək lazımdır. Əgər DT-nın ilkin inkişaf mərhələlərində dünya təsərrüfat əlaqələrinin obyekti əsasən milli bazarların tələbatını aşan əmtəəlik məhsulların artıqları, habelə ölkədə istehsal edilməyən əmtəələr idisə, hazırda dünya təsərrüfat əlaqələrinin orbitinə yalnız milli istehsalların nəticələri deyil, həm də onların amilləri: - kapital, texnoloqiya, işçi qüvvəsi və istehsal prosesinin özü də cəlb edilmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesi dünya iqtisadiyyatı çərçivəsində ölkələrin xarici iqtisadi əlaqələrinin liberallaşdırılması ilə müşayət olunur. Dünya təsərrüfatının inkişafının bir meyli kimi xarici iqtisadi əlaqələrin liberallaşdırılması milli iqtisadiyyatların xarici dünyaya açılması səviyyəsinin artırılması deməkdir. Belə ki, əmtəələrin beynəlxalq hərəkəti yolunda gömrük rüsumları azaldılır, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılır, dövlət miqrasiya siyasəti yumşaldılır.

XX əsrin ikinci yarısından başlayaraq dünya təsərrüfatında onun inkişafının daha bir meyli, ölkələrin regional inteqrasiyası meyli özünü daha aydın göstərməyə başladı. Regional iqtisadi inteqrasiya, verilən region ölkələrinin dərin dayanıqlı əlaqələri və milli təsərrüfatları arasında beynəlxalq əmək bölgüsü, müxtəlif səviyyələrdə və müxtəlif formalarda onların təkrar istehsal quruluşlarının qarşılıqlı fəaliyyətləri əsasında təsərrüfat və siyasi cəhətdən birləşməsi prosesidir.

Müasir dünya iqtisadiyyatda ən əhəmiyyətli inteqrasiya qruplaşmaları 25-dən çox Avropa dövlətini birləşdirən Avropa İttifaqı (Aİ), ŞimaliAmerika azad ticarət zonası (NAFTA – Kanada, ABŞ, Meksika), Cənub konusu ölkələrinin ümumi bazarı (MERKOSUR – Argentina, Braziliya, Paraqvay, Uruqvay), Cənübi-Şərqi Asiya ölkələrinin Assosasiyası (ASEAN) və digərləridir. Qeyd etmək lazımdır ki, dynya iqtisadiyyatında BİM-in inkişafına inteqrasiya proseslərinin təsiri iki tərəflidir: bir tərəfdən onlar bu prosesləri inteqrasiya qrupları daxilində dərinləşdirir və fəallaşdırırlar, digər tərəfdən – üzv-ölkələrin üçüncü ölkələrlə dünya təsərrüfat əlaqələrinin inkişafına mane olurlar. Nəticədə DT – nın regionallaşmasından danışmaq olar.

DT-nın ən mühüm inkişaf meyllərindən biri də kapital və istehsalın transmilliləşməsi – ayrı-ayrı milli şirkətlərin , bir neçə ölkənin təmsilçilərinin kapitallarını birləşdirərək öz olkələrindən kənarda təsərrüfat vahidləri yaratmasıdır.

Təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi və iqtisadiyyatların bir-biri ilə sıx əlaqədə olması təsərrüfatçılıq qaydalarının bir-birinə uyğunlaşdırılması və dünya iqtisadiyyatında dünya təsərrüfat əlaqələrinin beynəlxalq tənzimlənməsi sisteminin yaradılması meylinin ortaya çıxmasına səbəb oldu. Müasir dünya iqtisadi qaydaları beynəlxalq valyuta, hesablaşmalar, kredit, ticarət əlaqələrinin tənzimlənməsini əhatə edir, beynəlxalq tədavül sferasında sövdələşmələrin əsasını təşkil edir. İqtisadiyyatda müasir dünya qaydalarının formalaşmasında Beynəlxalq valyuta fondu (BVF), Dünya Bankı (DB), Dünya ticarət təşkilatı (DTT) kimi beynəlxalq təşkilatlar əsas rol oynayırlar.

Yuxarıda adları çəkilən meyllər XXI əsrin əvvəllərinə DT-nın inkişafında bir sıra problemləri ayırmağa imkan verir.

Hər şeydən əvvəl aparıcı qərb ölkələri hüdudlarında qapalı iqtisadi sistemin formalaşmasını qeyd etmək olar. Hazırda inkişaf etmiş sənaye ölkələri üzrə qarşılıqlı ticarət dövriyyəsi dünya ticarət dövriyyəsinin 75%-dən çoxunu təşkil edir, burada dünyada qeydə alınan patentlərin payı təqribən 87% -dir. Bunun nəticəsi olaraq nisbətən az saylı dövlətlər ( çox vaxt “böyük yeddilik” - Rusiya ilə böyük səkkizlik dövlətləri) nəzarət etdikləri beynəlxalq iqtisadi təşkilatlar vasitəsilə müasir dünya itisadi qaydalarını formalaşdırırlar. İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr isə onların iştirakı olmadan yaradılan dünya təsərrüfat qaydalarına uyğunlaşmaq məcburiyyətindədirlər.

Bu da DT-nın qloballaşmasından əldə edilən mənfəətin ölkələr arasında qeyri-bərabər paylanmasını müəyyənləşdirir. Hazırda dünya ÜDM-un 86%-i sənaye ölkələrində yaşayan planet əhalisinin 20% - nin payına düşür.

Ölkələrin iqtisadi müstəqilliklərinin zəifləməsi, milli dövlətlərin getdikcə daha çox iqtisadi funksiyalarını beynəlxalq iqtisadi təşkilatlara və transmilli korporasiyalara verməsi daha bir problemi – dünya təsərrüfat əlaqələrinin inkişaf prosesində ölkələrin iqtisadi təhlükəsizlik problemini aşkara çıxardı.


4.DT və onun əsas inkişaf mərhələləri

Dünya iqtisadiyyatının inkişaf prosesi BİM – in təkamülü və unkişafı ilə sıx bağlıdır. BİM dünya təsərrüfatının yaranmasından çox əvvəl meydana gəlmiş və onun formalaşması prosesində mühüm rol oynamışdır. BİM tədricən DT-nın tərkib elementlərindən birinə çevrilmiş onun kifayət qədər müstəqil və bütöv iqtisadi sistem kimi təsirinə məruz qalaraq müasir şəraitdə DT-nın inkişafının nəticəsində formalaşır. Bu Dt-nın inkişaf posesinin mərhələlərə ayrılması ilə də öz təsdiqini tapır.

Əmtələr üzrə beynəlxalq ticarət həm tarixən həm də məntiqi olaraq milli iqtisadiyyatın beynəlmiləlləşdirilməsinin ilkin forması olmuşdur. Bu cür ticarət hətta quldarlıq dövründə də aparılmışdır. Buna misal olaraq Roma imperiyası zamanı hüquqi cəhətdən tərtib edilən beynəlxalq ticarətin mövcudluğunu göstərmək olar.

DT-nın yaranmasının birinci mərhələsi (XYI-XIX) əsrlər. Əsasən müstəmləkə məhsulları üzrə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Bu mərhələdə DT ölkələr arası xarici ticarət münasibətlərinin cəmi kimi qəbul edilir və əsasən tacir kapitalının yatırıldığı sfera kimi çıxış edir.

DT-nın inkişafının ikinci mərhələsi (1870-1913 –cü illər). Hər şeydən əvvəl daxili məhsulun ixracının ( o cümlədən, adambaşına düşən) artması ilə səciyyələndirilir. Lakin bu proses əvvəlki 50-ildəkindən daha aşağı sürətlə baş vermişdir. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası beynəlmiləlləşmənin bir çox digər meylləri ilə əvəz olunmağa başlamışdır.

Bu dövrdə əmək bazarlarının beynəlmiləlləşməsi görünməmiş miqyasa çatdı, 36 mln. Insan Avropadan ABŞ-na immiqrasiya etdi. Beynəlxalq kapital axını da artdı. Bu dövr birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artım dövrü oldu. BXİ – ın əsas ixracçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalçılar ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri, Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idilər.

Həmin dövrdə təkamül prosesində olan DT inkişaf etmiş sənaye ölkələrinin bir – biri ilə və müstəmləkələri ilə beynəlxalq iqtisadi münasibətlərinin cəmini əks etdirirdi.

DT-nın inkişafının üşüncü mərhələsi . Birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin qurtarması arasındakı vaxt çərçivəsi ilə məhdudlaşır. Məzmun etibarilə əvvəlki 40 ildə əldə olunmuş bir çox dünya təsərrüfat əlaqələrinin qırılması ilə səciyyələndirilir.

DT-nın inkişafının dördüncü mərhələsi. İkinci dünya müharibəsi qurtardıqdan sonra başlamış və XX əsrin 90 –cı illərinin əvvəllərinə qədər davam etmişdir. Bu dövr beynəlxalq iqtisadi münasibətlərin yenidən qurulması mərhələsi və ya yeni beynəlxalq iqtisadi qaydaların axtarışı mərhələsi kimi səciyyələndirilə bilər. Bu dövr ərzində dünya iqtisadiyyatında əvvəllər pozulmuş xarici iqtisadi əlaqələr tədricən bərpa olundu, sərhədlərdən əmtəə, xidmət və istehsal amillərinin axını çoxaldı.

Bu dövrdə DT –nın inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: görünməmiş iqtisadi artım; Ölkələrin iqtisadi fəaliyyət sahəsində güclü birləşmə meyli; əmək məhsuldarlığının artması; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; müstəmləkə sisteminin dağılması.

Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha dərin daxil olurlar və ondan daha çox asılı vəziyyətə düşürlər; dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi üçün beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyətləri fəallaşır.

DT-nın inkişafının beşinci müasir mərhələsi. Öz başlanğıcını 90-cı illərin (XX əsr) əvvəlindən götürür. Onun inkişafının əsas amilləri SSRİ və QİYŞ- nın (Qarşılıqlı İqtisadi Yardım Şurası) dağılması, keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı inkişaf yolunu seçməsi və habelə beynəlxalq korporasiyaların DT-nın subyektləri kimi rollarının artması olmuşdur.
5.Müasir dünya iqtisadiyyatının subyektləri. BİM-in obyektləri və subyektləri.

Müasir DT – nın quruluşu özündə müxtəlif ölkələrin milli əmtəə, xidmət, kapital bazarlarını, istehsalın beynəlmiləlləşməsini, ayrı-ayrı ölkələr qruplarının beynəlmiləl birliklərini və beynəlxalq maliyyə mərkəzlərini əks etdirir.

DT-nın inkişafı, quruluşu və təkamülünə məhsuldar quvvələrin artımı və elmi-texniki inqilab çox böyük təsir göstərir.

DT çərçivəsində makroiqtisadi və mikroiqtisadi inteqrasiya prosesləri Avropanın bir çox kiçik ölkələrində iqtisadiyyatın stabilləşdirilməsi (məs., Portuqaliya, Yunanıstan, ispaniya, İrlandiya), habelə bir sıra Asiya və Latın Amerikası ölkələrində siyasi-iqtisadi vəziyyətin daha dayanıqlı olmasına imkan verdi.

Müasir dünya iqtisadiyyatının subyektləri aşağıdakılardır:

*milli təsərrüfatlar;

*reqional iqtisadi və inteqrasiya birlikləri;

*beynəlxalq korporasiyalar;

*beynəlxalq iqtisadi təşkilatlar.



Milli təsərrüfatlar dövlət sərhədləri çərçivəsindədirlər və ona görə də onların öyrənilməsi zamanı ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişafının iqtisadi göstəricilərindən istifadə edilir. Dünya bankı statistikasına görə dünyada 210 dövlət-ərazi qurumları, yəni ölkə və ərazi vardır. Adətən qruplarda oxşar iqtisadi inkişaf parametrlərinə, təsərrüfatın idarə edilməsində eyni tipli təşkilati quruluşa, istehsalın təşkilində ümumi prinsiplərə, eyni inkişaf problemlərinə malik olan ölkələr birləşirlər.

Bununla yanaşı nəzərə almaq lazımdır ki, hər bir klassifikasiya müxtəlif sayda üzvlərə malik olan ayrı-ayrı təşkilatların qarşısında duran vəzifələrə uyğun aparılır. Ona görə də ölkə qrupları və onlarda üzvlərin sayı müxtəlif təşkilatların klassifikasiyalarında uyğun gəlməyə bilərlər.



BMT-nin klassifikasiyasına uyğun olaraq ölkələr iqtisadi inkişaf səviyyəsinə və təsərrüfatçılığın ictimai-iqtisadi təbiətinə görə aşağıdakı qruplara ayrılırlar:

1.Bazar iqtisadiyyatlı inkişaf etmiş sənaye ölkələri;

2.Bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkələr və ərazilər;

3.Keçid iqtisadiyyatlı ölkələr.

Birinci qrupa yüksək gəlir səviyyəsinə malik 31 Şimali Amerika, Qərbi Avropa və Sakit Okean hövzəsi ölkələri daxildirlər. Bu və ya digər ölkənin İnkişaf etmiş sənaye ölkələri qrupuna daxil olma meyarları aşağıdakılardır:

-ümumi ÜDM-un və əhalinin bir nəfərinə düşən ÜDM-un yüksək səviyyəsi (12 min dollardan yuxarı), yüksək həyat səviyyəsi;

-bazar təsərrüfatçılıq sistemi;

-iqtisadiyyatın açıqlığı;

-ÜDM-un istehsalı prosesində xidmət sferasının sənaye və kənd təsərrüfatından yüksək olması (60%-dən çox);

-sənayenin hasiledici və yüksək material tutumlu sahələrdən yeni yüksək texnologiyalı və elm tutumlu sahələrə keçməsi;

-kənd təsərrüfatı istehsalında mexanikləşdirmənin və məhsuldarlığın yüksək səviyyəsi .

Bu ölkələrdə əmək qabiliyyətli əhalinin cəmi 3-8%-i kənd təsərrüfatında məşğuldurlar, öz ölkələrini ərzaq məhsulları ilə tamamilə təmin edirlər, və bir çox olkələr kənd təsərrüfatını iqtisadiyyatın ixrac sektoruna çevirmişlər.

XX əsrin sonuna inkişaf etmiş sənaye ölkələrinin payına: dünya əhalisinin 15,9% - i; dünya ÜDM-un yarısından çoxu; əmtəə və xidmətlərin dünya ixracının 72,2%, idxalının 74,6%-i; birbaşa xarici investisiyalar üzrə daxil olmaların 70%-i, xaricə yönəldilənlərin 85%-i düşürdü.

İnkişaf etməkdə olan ölkələrə - Asiya, Afrika və Latın Amerikasının 132 ölkəsi aid edilir. Bu ölkələr aşağıdakı əlamətlər üzrə birləşdirilir:

-müxtəlif mülkiyyət formaları ilə çoxtərzli iqtisadiyyatın mövcudluğu (ənənəvi iqtisadiyyatdan başlayaraq dövlət sektoruna qədər);

-məhsuldar quvvələrin inkişafının bütövlükdə nisbətən aşağı səviyyədə olması;

-iqtisadi inkişafın əsasən aqrar-xammal istiqamətli və ixracın vahid (mono) yönümlü olması;

-istehsal olunan ÜDM-un, o cümlədən əhalinin bir nəfərinə düşən ÜDM aşağı səviyyədə olması (ildə 12 min dollardan aşağı).

XX əsrin axırına inkişaf etməkdə olan ölkələrin payına: dünya əhalisinin 76% - i; dünya ÜDM-un 37%-i; əmtəə və xidmətlərin dünya ixracının və idxalının 18%-i düşürdü.


  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə