Daha ətraflı məlumat üçün Kamil Əliyevlə əlaqə saxlamağınız xahiş olunur: (050) 310 6228




Yüklə 5.34 Kb.
tarix16.04.2016
ölçüsü5.34 Kb.
16 İyul 2004

Pres reliz


Bərdə rayonunun Sosial-İqtisadi İnkişaf Proqramının hazırlanması üçün icra hakimiyyəti, bələdiyyələr, icmalar və qadın təşkilatları koalisiya şəklində bir araya gəldilər
Yoxsulluğun azaldilmasinda, iqtisadi inkişafda və digər sahələrdə problemlərin effektiv həllinə nail olmaq məqsədi ilə icra hakimiyyəti, bələdiyyələr, icmalar və qadın təşkilatları 15 iyulda, Bərdə şəhərində birgə görüş keçirdilər. Görüşdə rayonunun Sosial-İqtisadi İnkişaf Proqramının hazırlanması üçün Bərdə rayonu üzrə İşçi Qrupun tərkibi, fəaliyyət planı və məqsəd və vəzifələri müəyyən edildi. İşçi Qrupun tərkibinə rayon icra hakimiyyətinin ayrı-ayrı şöbə rəhbərləri, rayon bələdiyyə şurasının nümayəndəsi, yerli bələdiyyə sədrləri, icmalar məclislərinin rəhbərləri, icmalar və qadın təşkilatlarının rəhbərləri seçildilər.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının, Regionların İnkişafı üzrə Dövlət Proqramının və digər dövlət proqramlarının icrasında effektivliyə nail olmaqdan ötrü ərazidəki bütün təşkilatlar öz qüvvələrini və resurslarını səfərbər etməlidir. Bunun üçün isə onlar işçi qrup şəklində bir araya gəlməli və problemlərin həlli üçün yerlərdən və icmalardan gələn təkliflərə həssaslıqla yanaşmalıdırlar.

Əhalinin bütün təbəqələrinin maraqlarını təmsil edən İşçi Qrup cari ilin sonunadək Bərdə rayonunun Sosial-İqtisadi İnkişaf Proqramını hazır etməyi planlaşdırır. Bunun üçün isə İşçi Qrupa texniki yardımı Aran Humanitar Regional Inkişaf Təşkilatı həyata keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, bütün təbəqələrin cəlb olunduğu rayon səviyyəli işçi qrupun yaradılması təcrübəsi ilk dəfə olaraq tətbiq olunur.


Daha ətraflı məlumat üçün Kamil Əliyevlə əlaqə saxlamağınız xahiş olunur: (050) 310 6228; araninfo@bakinter.net


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə