Cümşüdlü Vüqar Uçot-iqtisad fakültəsi Qrup 400 Müstəqil Azərbaycan Respublikası




Yüklə 17.76 Kb.
tarix18.04.2016
ölçüsü17.76 Kb.
Cümşüdlü Vüqar

Uçot-iqtisad fakültəsi

Qrup 400
Müstəqil Azərbaycan Respublikası
1991-ci ilin avqustunda Moskvadakı baş verən hadisələr Azərbaycanda siyasi vəziyyəti daha da gərginləşdirdi. İqtidar və Kommunist Partiyası SSRİ-də dövlət çevrilişinə cəhd edən qüvvələri müdafiə etdi. Mitinqlər başladı. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlament seçkilərinin keçirilməsi, Kommunist Partiyası ağalığının, fövqəladə vəziyyətin ləğv edilməsi, Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlərin görülməsi tələb olunurdu.

Beləliklə, 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyənnamə” qəbul edildi. Tezliklə seçki keçirildi. Seçicilərin böyük əksəriyyətinin iştirakının olmasına baxmayaraq, Ayaz Mütəllibov yenidən prezident seçildi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali məclisinin tələbi ilə Ali Məclisin sədri seçildi. Növbəti gün H.Əliyev iqtidarın təzyiqləridən çəkinməyərək Naxçıvan ərazisində prezident seçkiləri dayandırıldı.

Bu dövrdə Yuxarı Qarabağda erməni vəhşilikləri davam edirdi. Bunun qarşısı almaq üçün Azərbaycan Respublikası Ali Soveti 1991-ci ilin oktyabr ayında “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi, lakin düşmən hücumun qarşısını almaq üçün dövlət səviyyəsində lazımı tədbirlər görülmürdü. Bu isə nəticədə 10 minlərlə dinc əhalinin öz yurdunda qaçqına çevrilməsinə gətirib çıxardı.

Xalqın tələbi ilə Ali Sovetin 1991-ci 18 oktyabr tarixində keçirilmiş sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da, dövlət müstəqilliyi bərpa olundu. Elə həmin gündə də rayon və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi təsis edildi, prezident idarəsi yaradıldı, dövlət katibi və dövlət müşavirləri vəzifəsi təsis olundu.

Xocavənddəki hadisələri yerində öyrənmək üçün yollanmış hökümət nümayəndələrində ibarət vertolyotun noyabrın 20-də vurulub salınması Azərbaycan xalqını sarsıtdı. Bu iqtidarın gücsüzlüyündən irəli gəlirdi. Noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər demokratik blok nümayəndəsindən ibarət və 25 nəfər iqtidaryönlü deputatdan ibarət Milli Şura yaratdı.

Azərbaycan Respublikasında 29 dekabr tarixli referendumun nəticələrinə əsasən xalq yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. Ölkəmizin dövlət müstəqilliyini ilk olaraq Türkiyə, daha sonra isə Rumuniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya Federasiyası və başqa dövlətlər tanıdı. Artıq 1993-cü ilin əvvəllərində 100-dən artıq dövlət Azərbaycanı müstəqil dövlət kimi tanımışdı.

Xocalı soyqırımı, daha sonra Şuşa kimi dilbər guşənin itirilməsi və mayın ortalarında hərbi hissələein Laçını tərk etməyə başlaması Respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi. Qoşunun Laçından çıxarılması ermənilərin Laçını tutması ilə nəticələndi.

1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC-in sədri Əblfəz Əliyev (Elçibəy) Prezident seçildi. Hakimiyyətə AXC-Müsavat cütlüyü gəldi, bu isə gələcək məğlubiyyələrin əsasını qoydu.

Yeni idarəçilik mexanizmi işləmirdir. Ölkədə soyğunçuluq baş alıb gedirdi. İşsizliyin səviyyəsi xeyli artmışdı. Bunların hamısı hər şeydən əvvəl hakimiyyət orqanlarının düzgün qurulmayan kadr siyasəti ilə bağlı idi. İdarəetmə təcrübəsi olmayan adamların hakimiyyətə gəlməsi Azərbaycan üçün ağır nəticələrə səbəb oldu.

1993-cü ilin əvvəllərində Rusiya hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdilər. Bundan sonra hərbi qüvvələmiz Kəlbəcərdən və Ağdərədən çıxarıldıqdan sonra ermənilər bu torpaqları işğal etdilər. Ağdərə-Kəlbəcər yolu düşmən işğalına keçdi. Kəlbəcərin itirilməsi ölkədə siyasi böhranı daha da dərinləşdirdi və AXC-Müsavat iqtidarının süqutunu sürətləndirdi.

Bu zaman Naxçıvanda hakimiyyətdə Heydər Əliyev öz işini davam etdirirdi,lakin hakim dairələr ona mane olmağa çalışırdılar. Onlar Naxçıvana elektrik verilməsini dayandırdılar, lakin H.Əliyev bu taleyüklü məsələni də müvəffəqiyyətlə həll etdi. Sədərək-Dilucu “Ümid” körpüsü açıldı, İranla münasibətlər qaydaya salındı. Naxçıvan qonşu ölkələrdən enerji almaqla öz tələbatını qismən də olsa ödədi.

Hakim dairələrin çarəsizliyini görə Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci ildə H.Əliyevə müraciət edərək,onu böyük siyasətə dəvət etdi. Xalqın H.Əliyevi hakimiyyətdə görmək istəyinin nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın H.Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunub qəbul olundu.

1993-cü ildə H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Bununla da vətəndaş müharibəsinin qarşısı alındı. Həmçinin zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu.

Prezident Əbülfəz Elçibəy hakimiyyəti tərk etdikdən sonra iyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev vətəndaş müharibəsinin qarşısını almaq üçün S.Hüseynovu Baş Nazir vəzifəsinə təyin etdi və öz sayıq nəzarəti altında saxladı. Bundan sonra separatçı “Talış Muğan Respublikası” ləğv olundu. Bununla da parçalanmanın qarşısı alındı.

1993-cü ilin avqustunda Cəbrayıl, Füzuli və Qubadlı rayonları da işğal olundu. Avqustunda axırında təkrar keçirilən seçkilərdə H.Əliyev alternativ əsasla səs çoxluğu ilə Prezident seçildi. Elə həmin ilin sentyabrında Azərbaycan MDB-yə daxil oldu.

Ölkədə səfərbərlikdən yayınma və fərarilik hallarının çox olması Zəngilanın işğalı ilə nəticələndi. Bunu görən prezident H.Əliyevin fərmanı 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı, müvafiq qərarlar qəbul edildi. Bunun nəticəsi olaraq,öncə Beyləqan yaxınlığında düşmənə ağır zərbə vuruldu, sonra isə Füzulinin rayonun Horadiz qəsəbəsi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələri düşməndən azad edildi.1994-cü il mayın 12-də Azərbaycanla ermənistan dövlətləri arasında atəşkəs elan olundu.

H.Əliyevin təşəbbüsü ilə 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” imzalandı.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi vəunitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. 158 maddədən ibarət Konstitusiyaın 48 maddəsi insan hüquq və azadlıqlarına yönəldilmişdir. 1998-ci ildə isə Azərbaycanda ölüm cəzası ləğv edildi. Elə həmin ildə Konstitusiya məhkəməsi yaradıldı.

Ölkəmiz 1993-cü ildən BMT-yə1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına,1999-cu ildə GUAM adlı təşkilata, 1993-cü ildən TÜRKSOY icra qurumuna və sonrakı illərdə digər təşkilatlara üzv olmuşdur.



2003-cü ildə Azərbaycan Respublikası böyük itki ilə üzləşir- ümummilli lider Heydər Əliyev müalicə olunduğu xəstəxanada vəfat etdi. Heydər Əliyevin siyasi xətti onun davamçısı İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Müasir Azərbaycan dövləti paytaxtı Bakı olan, özünün himni, gerbi, bayrağı, Konstitusiyası olan müstəqil bir dövlətdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə