Coğrafiya I. Yerin kainatda mövqeyi




Yüklə 244.01 Kb.
səhifə1/4
tarix21.04.2016
ölçüsü244.01 Kb.
  1   2   3   4
Coğrafiya

I. Yerin kainatda mövqeyi
1. Fernan Magellanın səyahətinin coğrafi nəticəsi:

A) Amerika qitəsi kəşf olundu.

B) Hindistana dəniz yolu açıldı.

C) Yerin kürəliyi sübut olundu.

D) Yerin geoid formasında olması sübut olundu.

E) Avstraliya və Antarktida materikləri kəşf olundu.
9. Vasko-da-Qamanın səyahətinin coğrafi nəticəsi:

A) Yerin kürə forması sübut olundu.

B) Yer ekvatorunun uzunluğu müəyyən olundu.

C) Hindistana dəniz yolu açıldı.

D) Hindistana quru yolu ilə marşrut təyin olundu.

E) Avropalılar üçün Mərkəzi Asiya regionları kəşf olundu.


41. Böyük kəşflər dövrünün səyyahları:

A) X.Kolumb, Vasko-da Qama, Eratosfen

B) A.Humbolt, C.Kuk, A.Bakıxanov

C) F.Magellan, Vasko-da Qama, X.Kolumb

D) A.Humbolt, Strabon, Ptolomey

E) M.Behaym, T.Heyerdal, H.Z.Şirvani


49. Dünya səyahətinə çıxan səyyahlar:

A) F.Magellan, X.Kolumb, M.Polo

B) A.Vespuççi, M.Lazarev, İ.F.Kruzenştern

C) F.Magellan, İ.F.Kruzenştern, Y.F.Lisyanski

D) Dreyk, İ.F.Kruzenştern, A.Nikitin

E) İ.F.Kruzenştern, M.Bellinshauzen, C.Kuk


57. 60˚ ş.u.-da yerləşən A məntəqəsinin hansı saat qurşağında yerləşdiyini hesablayın:

A) VI B) IV C) XX

D) III E) VII
65. 60˚ q.u.-da yerləşən A məntəqəsinin hansı saat qurşağında yerləşdiyini hesablayın:

A) VI B) XX C) III

D) VII E) IV
73. Bakıdan 4 saat irəlidə olan A məntəqəsi hansı saat qurşağındadır?

A) IV B) VII C) VIII

D) VI E) V
83. Bakıdan 4 saat geridə olan məntəqə hansı saat qurşağındadır?

A) XXIV B) XXIII C) VIII

D) XX E) XXI
92. II və XXII saat qurşaqları arasında vaxt fərqi nə qədərdir?

A) 24 saat B) 4 saat C) 20 saat

D) 26 saat E) 2 saat
101. 0 və XXIV saat qurşaqları arasında vaxt fərqi nə qədərdir?

A) 1 saat B) vaxt fərqi yoxdur C) 24 saat

D) 2 saat E) 23 saat
109. XI və XIII saat qurşaqların arasında vaxt fərqi nə qədərdir?

A) 2 saat B) 22 saat C) 20 saat

D) 24 saat E) 1 saat
131. 0˚-meridian üzərində yerləşən A və B məntəqələri arasında 3330 km məsafə vardır. Onlar arasında vaxt fərqini hesablayın.

A) 30 dəqiqə B) 3 saat C) 2 saat 30 dəqiqə

D) 1 saat 40 dəqiqə E) 0 dəqiqə
147. Ekvator üzərində yerləşən A və B məntəqələri arasında 2 saat 40 dəqiqə zaman fərqi vardır. Məntəqələr arasında məsafəni təyin edin.

A) 4884km B) 3330 km C) 5550 km

D) 2220 km E) 4440 km.
153. Ekvator üzərində yerləşən A və B məntəqələri arasında məsafə 6660 km olarsa, onlar arasında vaxt fərqini hesablayın.

A) 6 saat B) 3 saat C) 4 saat 20 dəq

D) 2 saat E) 4 saat
160. Ekvator üzərində yerləşən və A və B məntəqələri arasında 2220 km vardır. Məntəqələr arasında vaxt fərqini təyin edin.

A) 1saat 40 dəq B) 4 saat 20dəq C) 2 saat 40 dəq

D) 3 saat 20 dəq E) 1 saat 20dəq

II. Plan və xəritə
55. Miqyası 1:400000 olan xəritə üzərində bataqlığın sahəsi 6 kv. sm çəkilmişdirsə onun həqiqi sahəsini tapın.

A) 24 kv.km B) 16 kv.km C) 6 kv.km

D) 96 kv.km E) 48 kv.km
123. Ekvator üzərində yerləşən iki məntəqə arasında məsafə 8880 km-ə bərabərdir. Miqyası 1:40000000 olan xəritədə həmin məsafənin nə qədər ola biləcəyini hesablayın.

A) 40 sm B) 8, 88 sm C) 88,4 sm

D) 44,4 sm E) 22,2 sm
167. Ekvator üzərində yerləşən A və B məntəqələri ara­sında 4440 km məsafə vardır. Miqyası 1:20000000 olan xəritə üzərində həmin məntəqələr arasında məsafə nə qədər olar?

A) 4,44sm B) 24 sm C) 20 sm

D) 44,4sm E) 22,2sm
179. Miqyası 1:600000 olan xəritədə 4 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 144 km² B) 24 km² C) 12 km²

D) 72 km² E) 10 km²
187. Miqyası 1:600000 olan xəritədə 2 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 144 km² B) 24 km² C) 12 km²

D) 72 km² E) 10 km²
195. Miqyası 1:400000 olan xəritədə 2 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 6,7 B) 3,6 C) 2,9

D) 1,5 E) 5,8
203. Miqyası 1:400000 olan xəritədə 4 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 16 km² B) 64 km² C) 12 km²

D) 32 km² E) 10 km²
211. Miqyası 1:300000 olan xəritədə 4 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 16 km² B) 64 km² C) 12 km²

D) 36 km² E) 10 km²
219. Miqyası 1:300000 olan xəritədə 8 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 24 km² B) 64 km² C) 72 km²

D) 48 km² E) 11 km²
227. Miqyası 1:500000 olan xəritədə 4 sm² ölçüdə çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahəsi nə qədərdir?

A) 160 km² B) 100 km² C) 20 km²

D) 200 km² E) 10 km²
III. Yer təbəqələri
2. Aysberq nədir?

A) suda üzən buz dağı

B) okean dibindəki buz qatları

C) suda üzən quru parçası

D) materikdən ayrılan bərk süxur qatı

E) dünya okeanında ada


7. Çayın mənbəyi 2430 m hündürlükdədir, mənsəb isə - 12 metrdədir. Çayın düşməsini təyin edin.

A) 2418 m B) 2140 m C) 3500 m

D 2442 m E) 2600m
10. Suayrıcı nədir?

A) iki çay hövzəsi arasında qalan yüksəklik

B) çay sistemini birləşdirən sərhəd

C) okeanları ayırın şərti meredian xətti

D) okean sularının birləşdiyi şərti sərhəd

E) iki dənizi bir- birindən ayıran ensiz su sahəsi


15. Çayın su sərfi 240 kub metr/san-dir. Çay yatağının canlı en kəsiyinin sahəsi isə 20 kv metrdir. Çayın axın sürətini tapın.

A) 20 metr/san B) 15 metr/san

C) 40 metr/san D) 12 metr/san

E) 24 metr/san


18. Tayqa nədir?

A) mülayim qurşağın iynəyarpaq meşələri

B) savannalardakı iynəyarpaq meşələr

C) yarımsəhra zonasında tuqay meşələri

D) rütubətli ekvatorial cəngəlliklər

E) subarktik qurşağın alçaqboylu kolları


23. Exolotdan göndərilən səs siqnalı 4 saniyə sonra dərinlikdə olan hidronavatlar tərəfindən qəbul edildi. Dərinliyi tapın.

A) 3500m B) 4000m C) 5000 m

D) 6000m E) 1500m
26. Şelf nədir?

A) sahildə 200 m-ə gədər olan dərinlik

B) okeanda 500 m-ə gədər olan materik yamacı

C) okean dibində olan geniş və hamar düzənliklər

D) orta okean dağlarınını sudan çıxan hissəsi

E) materik ətəyi


31. 5 ton okean suyundan nə gədər duz almaq mümkündür?

A) 175 qram B) 17,5 kq C) 1,75 ton

D) 175 kq E) 35 kq
34. Qeyzer nədir?

A) təzyiqlə yer səthinə çıxan isti sular

B) yeraltı isti termal sular

C) maqmanın yer qabığında soyuması

D) lavanın təzyiqlə səthə çıxması

E) lavadan ayrılan soyuq sular


39. Dagın ətəyində iyul ayının orta temperaturu +210C olarsa qar xəttinin keçdiyi hündürlüyü təyin edin:

A) 4500m B) 2000m C) 2100m

D) 3500m E) 6000m
42. Lava nədir?

A) vulkan püskürməsi zamanı səthə çıxan maye

B) zəlzələ zamanı süxurların yaratdığı hündürlük

C) vulkan zamanı yaranan konusvari dag

D) vulkan boğazının açdığı cökəklik

E) təzyiqlə yer səthinə çıxan isti sular


50. Qalxan nədir?

A) platformalarda kristallik bünövrənin yer səthinə çıxması

B) aşınma nəticəsində akkumulyativ düzənliyin yaranması

C) vulkan püskürməsindən sonra yaranan gümbəzə bənzər forma

D) qədim dənizlərin quruyaraq çəkilməsindən sonra qalan quru sahəsi

E) iki materik arasında qalan ensiz quru sahəsi


58. Aşagıdakı ifadələr hansı çaya məxsusdur?

1. Sərhəd çayıdır.

2. Qidalanmasında qar və buzlaq suları mühüm yer tutur.

3. Yazın sonu və yayın əvvəlində bol sulu olur.

4. Mənsəbi okean səviyyəsindən aşagıdır.

A) Araz B) Astara C) Kür

D) Mazım E) Samur
61. Briz nədir?

A) sutka ərzində istiqamətini iki dəfə dəyişən külək

B) gündüzlər qurudan dənizə, geçələr dənizdən quruya doğru əsən külək

C) yayda okeandan quruya, qışda qurudan okeana doğru əsən külək

D) sutka ərzində istiqamətini dəyişməyən külək

E) yayda quru üzərində sərinlik, qışda isə yumşaqlıq yaradan fəsli külək


66. Aşagıdakı ifadələr hansı çaya məxsusdur?

1. Əsasən yagış və yeraltı sular ilə qidalanır.

2. Mənsəbi okean səviyyəsindən aşağıdır.

3. Düzənlik çayıdır.

4. Suvarmada istifadə olunur.

A) Samur B) Kür C) Qanıx

D) Qabırrı E) Viləş
69. Musson nədir?

A) il ərzində istiqamətini iki dəfə dəyişən külək

B) yayda materikdən okeana, qışda okean səthindən materik üzərinə əsən külək

C) istiqamətini dəyişməyən külək

D) gündüzlər qurudan dənizə, geçələr dənizdən quruya doğru əsən külək

E) yayda quru üzərinə quraqlıq, qışda isə rütubət gətirən külək


74. Aşağıdakı ifadələrin hansı gölə aid olduğunu təyin edin:

1. Axarlıdır.

2. Suyunun tərkibi şirindir.

3. Dag ğölüdür.

4. Uçqun mənşəlidir.

A) Böyük Şor B) Göygöl C) Ağsu

D) Hacıqabul E) Masazır
78. Torpaq nədir?

A) Yerin üst münbüt yumşaq qatı

B) Yer qabığının aşına bilən qatı

C) Yer səthinin ana suxur qatı

D) Yerin bitki ilə örtülməyən üst səthi

E) Rütübətlik əmsalının vahiddən az olduğu ərazilər


84. Aşağıdakı ifadələrin hansı çaya aid olduğunu təyin edin.

1. Kürün sağ qoludur.

2. Qidalanmasında yeraltı sular əsas yer tutur.

3. Üzərində su anbarı tikilmişdir.

4. Qarabağ vulkanı yaylasından başlayır.

A) Həkərəçay B) Bərgüşadçay C) Gəncəçay

D) Tovuzçay E) Tərtərçay
87. Denudasiya nədir?

A) Xarici təsirlərin köməyi ilə suxurların ətrafa dağılması

B) Xarici təsirlər və daxili qüvvələrin köməyi ilə süxurların çökək ərazilərdə toplanması

C) Dağlıq ərazilərin tektonik qalxması

D) Çökək ərazilərin tektonik əyilməsi

E) Süxurların su, buz və külək vasitəsi ilə cilalanması


93. Aşağıdakı ifadələrin hansı çaya aid olduğunu təyin edin:

1. Böyük Qafqazın Cənub-Şərq yamacı boyunca axır.

2. Müvəqqəti axara malikdir.

3. Əsasən yağış suları ilə qidalanır.

4. Mənsəbinə çatmır.

A) Xaçınçay B) Vəlvələçay C) Göyçay

D) Viləşçay E) Pirsaatçay
96. Akkmulyasiya nədir?

A) Xarici təsirlər nəticəsində süxurların çökək ərazilərdə toplanması

B) Xarici qüvvələrin köməyi ilə süxurların ətrafa dağılması

C) Düzənlik ərazilərin tektonik qalxması

D) Dağlıq ərazilərdə tədric tektonik qalxma

E) Süxurların su, buz külək vasitəsi ilə cilalanması


102. Aşağıdakı ifadələrin hansı gölə aid olduğunu təyin edin:

1. Düzənlik ərazidə yerləşir.

2. Axmaz mənşəlidir.

3. Ətrafında eyni adlı qoruq vardır.

4. Meandrda yerləşir.

A) Masazır B) Böyük Şor C) Batabat

D) Ağzıbirçala E) Ağgöl
105. Passat nədir?

A) Tropik enliklərdən ekvatora doğru əsən daimi külək

B) 300 enliklərdən ekvatora doğru əsən və istiqamətini ildə iki dəfə dəyişən külək

C) Ekvatordan tropiklərə doğru əsən, istiqamətini dəyişməyən külək

D) Tropik enliklərdən mülayim enliklərə doğru əsən, istiqamətini dəyişməyən külək

E) Qütb ətrafı enliklərdən mülayim enliklərə doğru əsən külək


110. Aşağıdakı ifadələrin hansı çaya aid olduğunu təyin edin:

1. Sərhəd çayıdır.

2. Mənsəbi okean səviyyəsindən aşağıdır.

3. Qidalanmasında yeraltı sular əsas rol oynayır.

4. Rejimi tənzimlənmişdir.

A) Qabırrı B) Qanıx C) Samur

D) Viləş E) Araz
113. Qərb küləkləri nədir?

A) Tropik enliklərdən mülayim enliklərə doğru əsən, istiqamətini dəyişməyən külək

B) 300 enliklərdən ekvatora doğru əsən və istiqamətini ildə iki dəfə dəyişən külək

C) Ekvatordan tropiklərə doğru əsən, istiqamətini dəyişməyən külək

D) Tropik enliklərdən mülayim enliklərə doğru əsən, istiqamətini ildə iki dəfə dəyişən külək.

E) Qütb ətrafı enliklərdən mülayim enliklərə doğru əsən külək


140. Göl nədir?

A) okeanla birbaşa əlaqəsi olan təbii su çuxuru

B) qurunun okeana daxil olan hissəsi

C) dənizin quruya daxil olan hissəsi

D) okeanla birbaşa əlaqəsi olmayan təbii su çuxuru

E) quruda yaranan çökəkliklərə okeanlardan axan su


141. Metomorfik mənşəli faydalı qazıntılar qrupu:

A) mərmər, əhəngdaşı, uran

B) qranit, qrafit, daş kömür

C) almaz, mərmər, kvarsit

D) təbii qaz, kvarsit, dəmir filizi

E) qızıl, polimetal, molibden


143. Bentos nədir?

A) yararsız torpaq sahəsi

B) yeraltı suların təsiri ilə dəyişən relyef

C) okean suyunun duzlulugu

D) okean dibində yaşayan canlı aləm

E) kəskin kontinental iqlim tipi


161. Çöllər zonasında geniş yayılmış torpaq tipi.

A) boz B) podzol C) qəhvəyi

D) qara E) qonur
163. Pik nədir?

A) Sıra dağlarda əlverişli keçid

B) Yüksək dağlarda göl çökəkliyi

C) Vulkan kraterinin çökək sahəsi

D) Şiş uclü dağ zirvəsi

E) Dagın zirvə və ətəyi arasında qalan məsafəsi


166. Sunami dalğalarının yaranma səbəbi:

A) daimi küləklər

B) Ay və günəşin cazibəsi

C) Atmosfer təzyiqi fərqləri

D) Suyun duzluluğunun müxtəlifliyi

E) Sualtı zəlzələ


168. Pampa nədir?

A) Şimali Amerikada qara torpaq çöllər

B) Cənubi Amerikada yarımsəhra zonası

C) Cənubi Amerikada çöl zonası

D) Afrikanın ekvatorial meşələri

E) Meksika yaylasında təbii zona


175. Şəlalə nədir?

A) Düzənlik çaylarında yan eroziya

B) Dağ çaylarında yaranan maneə

C) Çay yataqlarında dib eroziya

D) Çayın mənsəbində qollara ayrılması

E) Çay yatağında suyun dik tökülməsi


177. Qara torpaqlara aid olan xüsusiyyətlər:

1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.

2. Çöl zonasında yaranırlar.

3. Humusun miqdarı yüksək olur.

4. Əsasən cənub materiklərində geniş yayılmışdır.

5. Ekvatorial iqlim qurşağı üçün səciyyəvidir.

6. Münbüt torpaqlardır.

A) 1, 4, 6 B) 1, 2, 4 C) 2, 4, 5

D) 2, 3, 6 E) 1, 3, 5
183. Astana nədir?

A) Düzənlik çaylarında yan eroziya

B) Dağ çaylarında suyun sürətlə axması

C) Çay yataqlarında maneə

D) Çayın mənsəbində qollara ayrılması

E) Çay yatağında suyun dik tökülməsi


185. Podzol torpaqlara aid olan xüsusiyyətlər:

1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.

2. Tayqa zonasında yaranırlar.

3. Humusun miqdarı yüksək olur.

4. Əsasən şimal materiklərində geniş yayılmışdır.

5. Ekvatorial iqlim qurşağı üçün səciyyəvidir.

6. Qeyri-münbüt torpaqlardır.

A) 1, 4, 6 B) 1, 2, 4 C) 2, 4, 6

D) 2, 3, 6 E) 1, 3, 5
191. Kanyon nədir?

A) Düzənlik çaylarında yaranan eroziya

B) Dağ çaylarında yaranan dərin dərələr

C) Çay yataqlarında maneələr

D) Çayın mənsəbində qollara ayrılması

E) Çay yatağında suyun dik tökülməsi


193. Qleyli-suvaşqan torpaqlara aid olan xüsusiyyətlər:

1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.

2. Tundra zonasında əmələ gəlirlər.

3. Humusun miqdarı yüksək olur.

4. Əsasən şimal materiklərində geniş yayılmışdır.

5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.

6. Münbit torpaqlardır.

A) 1, 4, 6 B) 2, 4, 5 C) 2, 4, 6

D) 2, 3, 6 E) 1, 3, 5
199. Savanna nədir?

A) düzənlikdə yaranmış meşə sahəsi

B) dağ çaylarının dib eroziyası

C) Çay sahili boyu uzanan tuqay meşələri

D) hündür ot örtüyü

E) bataqlaşmış meşə sahəsi


201. Qırmızı ferralit-laterit torpaqlara aid olan xüsusiyyətlər:

1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.

2. Ekvator boyu ərazilər üçün səciyyəvidir.

3. Humusun miqdarı yüksək olur.

4. Əsasən Afrika və Cənubi Amerika materiklərində geniş yayılmışdır.

5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.

6. Münbit torpaqlardır.

A) 1, 4, 6 B) 2, 4, 5 C) 2, 4, 6

D) 2, 3, 6 E) 1, 2, 4
207. Selvas nədir?

A) Düzənlikdə yaranmış meşə-çəmən landşaftı

B) Dağlıq ərazilərdə yayılmış meşə kompleksi

C) Çay sahili boyu uzanan tuqay meşələri

D) ekvatorial həmişəyaşıl rütubətli meşələr

E) subekvatorial hüdür ot örtüyü


209. Boz torpaqlara aid olan xüsusiyyətlər:

1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.

2. Ekvator boyu ərazilər üçün səciyyəvidir.

3. Humusun miqdarı az olur.

4. Əsasən səhra və yarımsəhra zonalarında geniş yayılmışdır.

5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.

6. Münbit torpaqlardır.

A) 1, 4, 6 B) 2, 4, 5 C) 2, 4, 6

D) 2, 3, 6 E) 1, 3, 4
215. Kondensasiya nədir?

A) düzənlikdə yaranmış meşə-çəmən kompleksi

B) suyun maye haldan buxar hala keçməsi

C) suyun buxar haldan bərk hala keçməsi

D) suyun buxar haldan maye hala keçməsi

E) küləyin su və quru arasında yerdəyişməsi


217. Qonur torpaqlara aid olan xüsusiyyətlər:

1. Mülayim temperatura malik ərazilərdə formalaşırlar.

2. Ekvator boyu ərazilər üçün səciyyəvidir.

3. Görkəmini dəyişən enliyarpaq meşələr üçün səciyyəvidir

4. Əsasən səhra və yarımsəhra zonalarında geniş yayılmışdır.

5. Şimal materikləri üçün səciyyəvidir.

6. Münbitliynə görə məhsuldar torpaqlardır.

A) 1, 4, 6 B) 2, 4, 5 C) 2, 4, 6

D) 2, 3, 6 E) 1, 3, 4
223. Sublimasiya nədir?

A) düzənlikdə gildən yaranmış hamar səth

B) suyun maye halından buxar halına keçməsi

C) suyun bərk halından qaz halına keçməsi

D) suyun buxar halından bərk halına keçməsi

E) torpaqların yararsız hala düşməsi


225. Tundra zonasına aid olan xüsusiyyətlər:

1. Yüksək temperatura malik ərazilərdə formalaşır.

2. Ekvator boyü ərazilər üçün səciyyəvidir.

3. Torpaqlarda humusun miqdarı az olur.

4. Əsasən səhra və yarımsəhra zonalarında geniş yayılmışdır.

5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.

6. Qütb gecə və gündüzləri müşahidə olunur

A) 1, 4, 6 B) 2, 4, 5 C) 3, 5, 6

D) 2, 3, 6 E) 1, 3, 4

IV. Materik və okeanlar
3. Afrikanın hansı hissəsində neft ehtiyatları zəngindir?

A) Şimal və cənubda B) şimal və qərbdə

C) şərq və cənubda D) mərkəz və cənubda

E) qərb və cənubda


11. Avstraliyanın hansı hissəsində subtropik iqlimin Aralıq dəniz tipi hakimdir?

A) şimal-şərq B) cənub-qərb

C) cənub-şərq D) şimal-qərb

E) mərkəz-cənub


19. Afrikada hansı ərazi və ölkə almaz və qızıl ehtiyatları ilə zəngindir?

A) şimal-şərq-Misir B) cənub-CAR

C) cənub-Efiopiya D) mərkəz-CAR

E) qərb-Seneqal


25. Avstraliyanı, Mərkəzi Afrikanı və Cənubi Amerikanı tədqiq edən səyyahları müvafiq ardıcıllıqla düzün:

A) C.Kuk, A.Nikitin, M.Polo

B) X.Kolumb, F.Magellan, A.Nikitin

C) C.Kuk, D.Livinqston, A.Humbolt

D) A.Vespuççi, C.Kuk, A.Humbolt

E) D.Livinqston, X.Kolumb, A.Tasman


27. Cənubi Amerikada mülayim qurşağın yarımsəhraları yerləşir:

A) Orinokoda B) Pataqoniyada

C) Atakamada D) Braziliyada

E) Qvianada


33. Amerikanı, Avstraliyanı kəşf edən və Hindistana dəniz yolunu açan səyyahların adlarının müvafiq ardıcıllıqla yazılan sırasını təyin edin:

A) X.Kolumb, A.Humbolt, A.Nikitin

B) Basko-da Qama, F.Magellan, D.Livinqston

C) X.Kolumb, C.Kuk, Vasko-da Qama

D) Vasko-da Qama, X.Kolumb, C.Kuk

E) A.Humbolt, A.Nikitin, C.Kuk


35. Şimali Amerikada hansı təbii zonaya rast gəlinmir?

A) cöl və meşə-çöllərə

B) rütubətli ekvatorial meşələrə

C) cod yarpaq meşə və kolluqlara

D) tayqa meşələrinə

E) tundra və meşə-tundraya


43. Avrasiya materikində hansı iqlim qurşağı qərbdən şərqə doğru tam zolaq yaratmır?

A) subarktik B) tropik C) subtropik

D) mülayim E) arktik
47. Ərazidə rütubət əmsalı 1,5, mümkün buxarlanmanın qiyməti 800 mm olarsa, əraziyə düşən yagıntının miqdarını tapın:

A) 350 mm B) 600 mm C) 900 mm

D) 1200 mm E) 1500 mm
51. Avrasiya materikində hansı ölkələrin ərazisində daha çox səhra landşaftı yayılmışdır?

A) Hindistan, Özbəkistan, Vyetnam

B) Oman, Səudiyyə Ərəbistanı, Türkmənistan

C) Çin, İtaliya, Bolqarıstan

D) Səudiyyə Ərəbistanı, İraq, İndoneziya

E) Komboca, Yaponiya, Qazaxıstan


59. Cənubi Amerika ilə Antaraktidanı bir-birini ayıran boğaz:

A) Dreyk B) Berinq C) Magellan

D) Devis E) Laperuz
67. Asiya və Afrika qitələrini bir-birindən ayıran boğaz:

A) Bab-əl-Məndəb B) Berinq C) Mozambik

D) Devis E) Hörmuz
76. İki materiki bir-birindən ayıran boğaz:

A) Dreyk B) Mozambik C) Boşfor

D) Pa-de-Kale E) Laperiz
85. İki qitəni bir-birindən ayıran boğazlar:

A) Berinq və Bab-əl-Məndəb

B) Bosfor və La-Manş

C) Dardanelvə Mozambik

D) Dreyk və Panama

E) Kerç və Skagerrak


111. Afrika materikini əhatə edən boğazlar:

A) Cəbəltariq, Bab -Əl-Məndəb, Mozambik

B) Somali, Madaqaskar, Mozambik

C) Kanar, Seyşel, Süveyş

D) Cəbəlüttariq, Hörmüz, Süveyş

E) Mozambik, Dreyk, Torres


119. Afrikanın səhraları.

1. Tar 2. Namib 3. Liviya

4. Rub-Əl-Xali 5. Viktoriya 6. Kalaxari

A) 2, 3, 6 B) 1, 2, 4 C) 2, 4, 6

D) 3, 4, 5 E) 1, 4, 5
124. Krater nədir?

A) zəlzələ mərkəzində yaranan çat

B) vulkan lavasının ətrafa səpələnməsi

C) lavanın hərəkət etdiyi boğaz.

D) vulkan zirvəsində qıfaoxşar çökəklik

E) dağların ən uca, şiş uclu zirvəsi


127. Cənubi Amerikanın yaylaları:

1. Amazon 2. Braziliya 3. Pataqoniya

4. Orinoko 5. Dekan 6. Turan

A) 2, 3 B) 1, 2 C) 5, 6

D) 1, 4 E) 3, 6
128. Dünya okeanında tropik enliklərdə üzvü aləmin kasıb olması nə ilə əlaqədardır?

A) dərinliyin az olması ilə

B) soyuq cərəyanların geniş yayılması ilə

C) suyun temperaturunun aşagı olması ilə

D) suyun duzluluğunun yüksək olması ilə

E) qabarma hadisələrinin tez-tez təkrarlanması ilə


134. Afirkada yerləşən çaylar.

1. Konqo 2. Dəclə 3. Xuanxe

4. Zambezi 5. Nil 6. Qanq

A) 1, 4, 5 B) 1, 2, 3 C) 2, 4, 6

D) 3, 5, 6 E) 1, 2, 3
135. Şimal Buzlu okeanında yerləşən Barens dənizinin səthinin qışda buz bağlamaması əlaqədardır:

A) soyuq cərəyanın mövcudluğu ilə

B) dərinliyin az olması ilə

C) şelf sahələrinin geniş olması ilə

D) isti cərəyanın olması ilə

E) dalğalanmanın zəif olması ilə


138. Antarktida səhraları ilə Şimali Afrika səhralarının ümumi cəhəti:

A) Üzəri buzla örtülüdür.

B) Səth üzərində eol prosesləri güclüdür.

C) Yüksək təzyiq qurşağında yerləşirlər.

D) Nisbi rütubətin miqdarı aşağıdır.

E) Mümkün buxarlanmanın miqdarı yüksəkdir.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə