BİZDƏ teatro




Yüklə 27.63 Kb.
tarix24.04.2016
ölçüsü27.63 Kb.

www.cafarcabbarli.org



BİZDƏ TEATRO

Bir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordı. Vaxt bütün varlığınnı səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq.

Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq:


  1. Səhnəmizdə həyatımıza, ruhumuza yaxın, zamanın fikir və cərəyanlarını təmsil edə biləcək əsərlər pək azdır, daha doğrusu, yox kimidir.

  2. Səhnəmizdə bütün səmimiyyəti ilə sənət sevincisi olan sənətkar artistlər deyil, sadə aktyorlar belə pək azdır, bəlkə yox kimidir.

  3. Səhnəmizdə qadın tam mənasıyla yoxdur.

  4. Səhnəmizdə rejissor yoxdur.

Hələlik bu maddələr ilə iktifa ediyoruq. Birinci maddə bir çox ədəbi-milli xətlər ilə əlaqədar olduğundan, bu xüsusi tədqiqə və özgə bir məqalədə başlayacağımızdan göstərdiyimiz maddələri 2-cidən başlayaraq müxtəsər bir surətdə təhlil edəcəyik.

Səhnəmizdə sənəti kamalınca bilən, sevən aktyor yox kimidir. Bu nədəndir? Biz hər gün teatroda pərdə qalxınca bir çox adamlar görü­yoruq ki, çıxıyor bu və ya digər əsərin sözlərini söyliyor, əl-ayaqlarını, göz-qaşlarını oynadıb gediyorlar. Bunlar aktyor deyillərsə, nədirlər, duruyor əcəba? Kimsəni incitməmək üçün bunlara aktyordan başqa nə kimi bir ad vermənizi qəbul edərik. Fəqət bunlara aktyor demək, ya aktyorun nə olduğunu bilməmək, ya da bilərək həqiqəti gizlətməkdən başqa bir şey deyildir. Məsələni bir qədər aydınlaşdıralım.

Aktyor nədir?

Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyqusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun əvvəli kağızlar üzərində qaraladığı fikirləri, fəlsəfələri, gözəllikləri, incəlikləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq böyləliklə söylədiyi sözlər, fırlandığı fəryadlar, iniltilər etibarilə canlı bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa bir sözlə söyləsək aktyor bir rəssamdır. Eyni zamanda, aktyor, canlı bir şəkildir. Aktyor bir rəssamdır ki, rəngarəng firçalar ilə yaratdığı şəkil yenə özüdür. O, bir şəkildir ki, özü öz yaradıcısıdır. Aktyor, bir yerdə sözlər ilə təsvir olunmuş bir tipi alır, öz dühasının, öz istedadının qüvvəsiylə onu özündə canlandırır. Onun simasındakı bütün rəngləri, bütün cizgiləri alır, kəndi firçasıyla öz üzərinə nəql edir. Burnunu böyüdər, yanaqlarını çuxurlaşdırar, dişlərini düyər, bilməm daha nə kimi rənglər, nə kimi boyalar ilə həmin tipin görkəmini öz simasilə nəql edər. Öylə bir məharət ilə ki, onun simasilə tərsim etdiyi tipin bütün mənəvi həyatını, bütün ruhunu, bütün varlığını ilk baxışda əks etdirir.

Buna müvafiq əlbisələrdə yaratdığını nəzərə alırsaq, o zaman həmin canlı şəklə, kimsə bu ya digər aktyordur - söyliyəmiz və ondan çıxanlmış fotoqraf hər kəs: "Bu Nadir şah və ya Hacı Qaradır?” - deyir. Bu şəkil canlı olur, hərəkət edir, söylər, ağlar, gülər, bir sözlə yaşar. Aktyor təsvir etdiyi tipin mənəviyyatı ilə yaşar. Həqiqəti, bir aktyor böylə bir boyadan sonra güzgüyə baxarsa, özünün özü olduğuna şübhə edər, təsvir etdiyi tip şübhəli, qorxaq, hiyləgər, igid isə, o da müvəqqəti bir zaman üçün təbiətən özünü öylə hiss edər.

Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür.

Aktyor, səhnədə hər dəqiqə yaşadığı əhvali-ruhiyyə ilə əlaqədar olaraq bu və ya digər vəziyyət alır, heykəltəraş olur ki, yaratdığı əsərdə yenə özü olmuş olur.

Aktyor bir musiqişünasdır. Eyni zamanda aktyor canlı bir aləti-musiqidir. Daha doğrusu, aktyor bir musiqişünasdır ki, çaldığı aləti-musiqi yenə özüdür.

Kompozitorun əsası olaraq və bir digəri notlar üzərinə səhnədə bu və ya digər əhvali-ruhiyyənin, bu və ya digər mənəvi təəssüratını həyəcanları altında vücuda gətirdiyi, yaratdığı ahəng yaradıcısı, o özü eyni zamanda həmin əsərin çaldığı alətdə yenə özüdür. Söylədiklərimizin həpsini bir sözlə deyəcək olursaq, aktyor gözəl sənətin bütün qismlərini özündə toplayıb, canlandıran bir sənətkardır.

Aktyorun daha bir çox cəhətləri vardır. Lakin başlıca məqsədimiz aktyorun nə olduğunu təsvir etmək olmadığından hələlik bu cəhətcə təfsilata lüzum görmürük. Biz bu qədər söylədiyimizdən də aktyorun nə qədər geniş bir məna ifadə etdiyini, aktyorun nə kimi böyük vəzifələr daşıdığını az-çox kəsdirmək olur.

Şimdi başqa bir cəhətə keçməli. Aktyor kəndi səhnə fəaliyyətində bir çox abi əsərlərə, bir çox psixoloji hallara, bir çox səthi və dərin fəlsəfələrə, ədəbi, ictimai, siyasi təbirlərə təsadüf ediyor. O, bunların həpsini təhlil etməyə, yazıçının özü qədər anlamağa məcburdur.

Bunların bir nöqtəsi aktyor üçün dumanlı qalarsa, bu şey yaramaz. Bunun üçün aktyordan nə qədər ətrafli məlumat və inkişaf tələb edildiyi ayrı bir məsələdir.

Hamleti oynamaq, lakin onun bütün ruhunu anlamamaq, onun fikrini, fəlsəfələrini, ruhundakı əbədi ixtilafları, mübarizələri dərk etməmək; Faustu oynamaq, lakin fəlsəfəsi ilə hesablaşmamaq, onun simvollarını düşünməmək, bilməmək, nəticədə də bir Hamlet, bir Faust yaratmaq mümkünmüdür?

Bunların az-çox öhdəsindən gələ bilmək üçün aktyor, dərin və ətraflı bir məlumata malik olmaq, ədəbiyyatı və bütün dövrlərini, hər dövrün xüsusiyyətlərini, incəliklərini, dərinliyini bilmək məcburiyyətindədir. Aktyor psixolojini gözəl bilməlidir. Yeni səhnə artıq getdikcə zahiri gurultulardan, nümayişlərdən ayrılır, insanlığın daxili həyatına, onun mənəviyyatına, ruhuna girib orada daimi bir hərəkətdə bulunan duyğular, çarpışmalar, mübarizələr ilə uğraşıyor, bu gizli və rəngarəng həyatı genişliyilə təhlil edib, araya çıxarıyor.

Aktyor, bu mənəvi həyata yabançı qalmamalıdır. Aktyor öylə bir kamandır ki, onun bütün telləri insanlığın duyğularından, ehtiramlarından yapılmışdır. Ufacıq bir təsirat həmin toxunduğu teli inlətməli və təbii fəryadlar vücuda gətirməlidir. Aktyor əlindəki kuklaları oynadarkən bir ananın öz çocuğunu oxşadığı zaman duyduğu sevinc, səadəti yaşar, bir saniyə sonra kuklası əlindən düşərsə, balasını itirmiş bir ana məlalı ilə inlər, fəryad edər. Ana kimi də göz yaşları axıda bilər. Çünki bu halların həpsi aktyorda əvvəlcədən hazırlanmışdır. İşlənmiş, yonulmuş bir halda köklənmiş bir kaman teli kimi onun ruhunda izlər qalmışdır. Ufaq bir xarici təsirat üzərinə istədiyi bir duyğunu oyada bilər. Çünki onlar həpsi çoxdan hazırdır. Bunlar hissi yapma, eyni zamanda həpsi olduqca təbii bir haldır yaradılıyor.

BU SAYDIQLARIMIZA HAZIR OLMAYAN BİR ADAM AKTYOR OLMAZ.

Aktyor tarixi bilməyə bilməz. Teatro tarixini, ədəbiyyat tarixini, ümumən sənət tarixini bilməyən bir aktyor sənətin nə olduğunu bilməz.

Təbii, bununla büsbütün akyorlarımızın bir Kant, Ten, Şopenhauer olmasını tələb etməyor, fəqət hər halda bir Sənan fəlsəfəsini izah edərkən heç olmazsa təsvir edə bilməlidirlər.

Bunların həpsini avam bir adam, məktəb görməmiş bir nəfər yapa bilərmi?

Biz xarüqəladəliklərə inanmayırıq, fəqət eyni zamanda onu da unutmaq istəməyirik ki, mühit bir zaman istedadlı adamlar, dahilər yetirə bilər. Bir Şalyapin meyxanələrdən çıxıb dünya miqyasında məharətlər göstərə bilər. Ölkəmiz miqyasında götürsək mühitimiz 2-3 nəfər istedadlı adam yarada bilər. Fəqət hər halda Azərbaycanın bir düha fabrikası olduğunu da iddia etmək olmaz.

"Akyorlarımızın istedadı var. Bu qədər mühüm bir vəzifəni biliksiz də ifa edə bilərlər” - demək ya gücümüzü bilməmək və ya bilərək artırmaqdan başqa bir şey deyildir. Böyləliklə, səhnəmizdə yuxarıda göstərdiyimiz cəhətlərin həpsinə heç olmazsa üç, beş, onbeşdən birinə cavab verə biləcək bir aktyor varmıdır? Yoxdur!... Cavabını müəllətasəf təkrar etmək məcburiyyətindəyik...

Biz, akyorlarımızın bir çoxunda istedad olduğunu inkar etməliyik. Fəqət bu istedadı müəyyən bir yola salacaq, onu idarə edəcək və ondan istifadə etdirə biləcək bir biliyi yoxdur. Bu istedadlar işlənməmiş, həpsi paslı bir haldır ki, ondan öylə bir fayda da gözlənilməz. Təbii və bəlkə də böyük istedadı olan bir aktyorumuzun biliksizliyindən əzildiyini və özündəki böyük istedadı inkişaf etdirmədiyini görən sənət seviciləri ona nə qədər acıyorlar... Biz hələ sənətsevənlər xüsusunda söyliyoruq. Halbuki, səhnəmizdə həpsi böylə deyildir. Bunların içində yalnız qazanc güdənlər də az deyildir. Bunların oynadıqları əsərlər ilə ruhən heç bir əlaqəsi yoxdur. Əsərlərin bərbad olmasına qarşı büsbütün laqeyddirlər. Biz şəxsən öylə hallara təsadüf etmişik ki, aktyor dörd adamdan sonra söyləyəcəyi sözü bir an əvvəl evə getmək üçün pərdənin arxasından söyləyib qaçmış və yeri gələndə həmin söz söylənmədiyi üçün səhnədəki aktyorun oyunu da, əsərin özü də bər­bad olub getmişdir. Biz böylələrini bir tərəfə buraxıyor, yalnız sənət seviciləri xüsusunda söyləyirik. Bunlar səhnəni seviyor, qismən istedadları da vardır. Fəqət bu istedadı inkişaf etdirə biləcək biliyi, məlumat hazırlığı yoxdur. Böylələri çox vaxt həqiqəti etirafdan da çəkinmiyorlar. Məsələn, 25 il səhnəmizdə çalışan, öz istedadı, öyrənmək üçün göstərdiyi çalışqanlıqlar sayəsində böyük müvəffəqiyyətlər əldə edən birisi xüsusi bir səmit vaxtı: “Mən Moskvaya gedib-gələndən və oradakı aktyor, teatr və sənəti görəndən sonra etiraf ediyoram ki, bizdə aktyor da yox, səhnə də yoxdur!” - deyirdi.

Səhnəmizdə də keşiksiz bir yer tutan, bir başqasının oynayacağı bir əsəri öyrənmək üçün azı 50 nəfərə müracıət edib sorduğunu və altı gecə kamal uyumadığını görmüşsüz. Eyni zamanda "Biz hal-hazırda xalqın biliksizliyindən istifadə ediyor, onun avamhği üzərinə ehtikar yapiyor" - dediyini də eşitmişik.

İştə hal-hazırda hər tərəfdən göstərilən müavinətlərə, yardımlara baxmayaraq teatromuzun irəliləməməyinin də əsl əsası bu son cümlədir. Vaxtilə teatro bütün mümanətlərə baxmayaraq irəliləyor, xalqı qənaətləndiriyordu. Çünki xalqın təkamülü pək ibtidai bir dərəcədə idi. Fəqət bu son illər yaşadığı müxtəlif inqilablar nəticəsində o tərəqqi etmiş, mühit başqalaşmış, irəliləmiş, ruhlar incəlmiş, mənuyi-ehtiyaclar, səhnəyə qarşı istəklər, tələblər artmış, fəqət səhnə irəliləməmiş, həmin əvvəlki halında qalmışdır. Ona görə də səhnə artıq xalqı təmin edəmiyor. Son illərdə teatro salonlarının boş qalması başlıca olaraq bundan irəli gəliyor. Böylə gedərsə, teatro salonun beş-altı nəfər biletsiz gələnləri də görmüyəcəkdir.



Bu gün bizdə yerli-yersiz ən çox bağıra bilənlər, üz-gözünü ən çox qırışdırıb turşuda bilənlər ən gözəl aktyor hesab olunurlar. Halbuki yarınkı teatro bununla hesablaşmayacaq. Bu yanlış düşüncələri alt-üst edib öz yeni cərəyanı üçün yeni, mükəmməl, hazırlıqlı qüvvələr istəyəcəkdir. Bu gün ilə yaşamayan akyorlarımız bu cəhəti düşünməli, mühitin tələbi ilə hesablaşmalıdır.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə