Birinci Qrupa Montoring və Qiymətləndirmə (M&Q) üzrə Təlimin Tamamlanması barədə Hesabat




Yüklə 128.89 Kb.
tarix23.04.2016
ölçüsü128.89 Kb.
Kimə: Cənab Misir Mərdanov, Azərbaycan Respublikasının Təhsil Naziri

Surəti: Cənab Elvin Rüstəmova və Cənab Araz Paşayevə, Dövlət İnvestisiyası üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinə (DİKPGL)



Kimdən: ‘Prioritet’ Sosial-İqtisadi Araşdırmalar Mərkəzindən (SİAM)

Birinci Qrupa Montoring və Qiymətləndirmə (M&Q) üzrə Təlimin Tamamlanması barədə Hesabat

15 dekabr, 2010

Xülasə
Birinci Qrupa Monitorinq və Qiymətləndirmə (M&Q) üzrə Təlim 2010-cu il 29 noyabrdan 3 dekabradək olan müddətdə, Təhsil Nazirliyi (TN) və ‘Prioritet’ Sosial-İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) arasında 1 oktyabr 2010-cu il tarixində bağlanmış 4595AZ-CQ-029 nömrəli müqavilənin Texniki Tapşırığının şərtlərinə uyğun surətdə, müvəffəqiyyətlə keçilmişdir. Təlim, TN-in təmin etdiyi təlim otağında, müxtəlif nazirlikləri və dövlət şirkətlərini təmsil edən 20 iştirakçı üçün keçilmişdir (iştirakçıların siyahısı onların təmsil etdikləri təşkilatlar da daxil olmaqla Əlavə 2-də verilmişdir).
Səlis əlaqələndirmə və icranı təmin etmək, habelə təlimin effektivliyini gücləndirmək məqsədilə təlim materialları qabaqcadan hazırlanmış və digər təlim-tədris və inzibati-təşkilati hazırlıqlar aparılmışdır. Təlim potensialı səfərbər olundu və görüləsi iş milli və əcnəbi təlimçilər arasında təlim materiallarının hazırlanması üçün bölündü. Yerli təlimçilər materialları azəri və ingilis dillərinə çevirdilər. Komanda təlimə hazırlıq, rolların təyinatı və modulların ardıcıl düzlənməsi üzrə çoxlu sayda görüş keçirdi. DİKPGL ilə ünsiyyət və əlaqələndirmə təlimə yaxşı hazırlıq və təlimin səlis keçilməsi üçün çox vacib oldu.
Təlim iştirakçıları materialları azəricə aldılar; təlim paketinə daxil olan materialların siyahısı Əlavə 3-də verilmişdir. Bundan əlavə, təlimin sonuncu günündə iştirakçılar təlimi və təlimçiləri qiymətləndirmək üçün xüsusi qiymətləndirmə forması aldılar. Aşağıda, hesabatın iştirakçılar tərəfindən aparılan təlim qiymətləndirməsi və verilən şərhlər əsasında, habelə milli və əcnəbi təlimçilər tərəfindən verilən şərhlər və aparılan müşahidələr əsasında hazırlanmış təfərrüatları verilmişdir. Bundan əlavə, materialların siyahısı, gündəlik və izahı və iştirakçıların siyahısı (təlimi uğurla bitirib-bitirməməsi də qeyd olunmaqla) da bu hesabata əlavə olunmuşdur.
İştirakçılara iki növ sertifikat hazırlanaraq verilmişdir: 1) iştirak barədə sertifikat; 2) təlimi uğurla bitirmək barədə sertifikat. Son dəyərləndirmə əsasında bütün iştirakçıların təlimi uğurla bitirmələri qərara alındı. Onlar təlim zamanı praktiki məşğələlərdə çalışdılar və öyrəndiklərini işdə tətbiq etməyə başlamağa hazırdırlar. Lakin kadr potensialının gücləndirilməsi burada dayanmamalıdır. Qazanılan səriştələrin vərdişə çevrilməsi üçün davam lazımdır və yuxarı rəhbərliyin bu prosesin sahibinə çevrilməsi gərəkdir (aşağıda hesabatın “Təlimsonrası və davamlılıq” hissəsinə bax).

Məqsəd və hədəflər
Təlimin əsas hədəflərinə “dövlət investisiyalarını idarə edən nazirlik işçilərinin potensialının düzgün idarəetməyə və hesabatlı, səmərəli və şəffaf qərarverməyə doğru inkişaf etdirilməsi” ümumi məqsədi fokusda saxlanmaqla aşağıdakılar daxildirlər:

  1. Layihələrin idarə olunması və icrası üzrə M&Q aparılmasının vacibliyi və dəyəri barədə iştirakçıların məlumatlılığını artırmaq;

  2. Nümunə təhlili vasitəsilə təlim iştirakçılarına müvafiq M&Q üsullarının istifadəsi və tətbiqi üzrə təlim keçmək;

  3. Layihələrin icrası zamanı M&Q-ni müvəffəqiyyətlə həyata keçirmək məqsədilə təlim iştirakçılarında müvafiq bilik və bacarıqlar formalaşdırmaq.



Təlimin keçirilməsi
Təlim giriş hissəsi ilə və təlimdən gözləntilərin öyrənilməsi və təlimə uyğunlaşdırılması ilə başladı. Burada təlimçilər və iştirakçılar özlərini təqdim etdilər və qrup davranış qaydalarını müəyyən edib razılaşdılar və təlimdən gözləntiləri bölüşdülər. İştirakçılar təlimin məqsədi ilə və təlim paketindən istifadə ilə tanış oldular və ardınca iştirakçıların ilkin qiymətləndirilməsi aparıldı. Bu iştirakçıların M&Q və onun tətbiqi üzrə səviyyələrini öyrənməyə imkan verdi ki, nəticədə də həm iştirakçıların təlimin 5 günü ərzində irəliləyişlərini izləmək üçün imkan yarandı, həm də təlim buna əsasən yenidən uyğunlaşdırıldı ki iştirakçı ehtiyacları daha effektiv qarşılana bilsin.
Təlim professional və pedaqoji yanaşma tətbiq edilməklə və öyrənmə mühitinin yaradılması və saxlanması şəraitində keçdi. Təlimin böyük bir hissəsi praktiki məşğələlərə həsr olunmuşdu və bütün məşğələlərdə iştirakçıların lazımi dəstək və mentorluqla təmin olunmasına xüsusi diqqət ayrıldı. Təlim mövzularına uyğun məsələlər üzrə də iştirakçılara gərəkli dəstək və məsləhətlər təklif olundu.
İştirakçıların gün ərzində öyrənilən bilik və səriştələri tamamilə həzm etmələri və qaranlıq məqamları aradan qaldırmaq məqsədi ilə hər günün sonunda sual-cavab sessiyası aparıldı. Tapşırıqların nəticələri mütəmadi olaraq yoxlandı. Bu tapşırıqlara qrup işləri, testlər, texniki tapşırıqların, hesabatların və qiymətləndirmə suallarının hazırlanması, nümunə təhlilləri və sonuncu (5-ci) gündə aparılan son qrup təqdimatları və debatlar daxildir. İştirakçılara dəyərləndirmə testlərindən əlavə, bazar ertəsindən cümə axşamınadək gündə biri olmaqla, 4 test də verildi (Əlavə 4-də verilmiş gündəliyə bax). İştirakçılar aktivlik, diqqətcillik, öyrənməyə həssaslıq və təlim mövzularını başa düşmək istiqamətləri üzrə nəzarət olunurdular. İştirakçıların davamiyyəti gündəlik olaraq yoxlanır və qeyd olunaraq Sifarişçiyə çatdırılırdı.

Hər günün sonunda qrup işləri aparılırdı. İştirakçılar 5 qrupa bölünmüşdülər və hər bir qrup Nəticə Yönümlü M&Q prinsiplərindən istifadə edərək real həyatda gördükləri işlərə uyğun layihə hazlrladılar. Hər bir qrup bir layihə hazırladı (təhsil, suvarma, su sistemi və sanitasiya, dəmiryol və nəqliyyat sektorları üzrə) və hazırladıqları layihənin M&Q-sini apardı. İştirakçılar tərtib etdikləri layihəni diqqətdə saxlamaqla M&Q üzrə bir sıra çalışma və tapşırıqlar icra etdilər. Onlar həmçinin məntiq modelini, indikator yoxlanması formasını, performans ölçülməsi cədvəlini, məlumat toplanması və təhlili cədvəllərini, qiymətləndirmə suallarını və öz layihələri üçün gərəkli digər formaları hazırladılar və tapıntıların istifadəsi barədə tövsiyələr də daxil olmaqla hesabat hazırladılar.


Təlimin dördüncü günündə hər bir qrup digər qrupun onların hazırladığı layihəni qiymətləndirməsi üçün sifarişçi qismində Texniki Tapşırıq hazırladı. Sonra layihələr qruplar arasında mübadilə edildi. Sonra hər bir qrup Texniki Tapşırıq əsasında yeni aldığı layihənin M&Q-sini apardı və onun nəticəsi kimi sonuncu gündə təqdim olunmaq üçün hesabat hazırladı. Hesabata tapıntılar, çıxarılan nəticə və tövsiyələr də daxil idi. Bu yolla iştirakçılar digər bir layihə üzərində də çalışmaq, onu tənqidi təhlil etmək və məsələyə başqa bucaqdan baxmaq imkanı qazandılar. Qrup işləri zamanı hər bir qrup tərəfindən yaradılan sənədlər (öz başladıqları layihələr, eləcə də son iki gündə qiymətləndirməsini apardıqları və təqdim etdikləri layihələr) sonda toplandı.
Qrupların əldə etdikləri yeni layihələrin M&Q-si sonuncu gündə təqdim edildi. Bu zaman digər qruplara da tapıntıları müzakitrə etmək və alternativ rəy bildirmək imkanı verildi. Əlavə 4-də qrup işlərinin təfərrüatlı izahı verilmişdir.
Sonda, təlim və təlimçilər anketlər vasitəsilə qiymətləndirildilər. Bu zaman təlimin və təlimçilərin verdiyi fayda, ehtiyaca və tələbata uyğunluğu, keyfiyyəti ölçüldü. Eləcə də iştirakçıların gələcəkdə M&Q üzrə lazım olan kadr potensialının gücləndirilməsi və inkişaf üçün lazım olan digər tədbirlər barəsində rəyləri öyrənildi. Nəhayət, iştirakçıların bütün bu məsələlər üzrə şərhləri toplandı və təlimçilər arasında müzakirə edilərək aparılacaq dəyişikliklər barədə nəticələr çıxarmaq üçün təhlil edildi. Bu şərhlərdən bir hissəsi bu hesabatın hazırlanmasında da istifadə edilib.


Təlimin məzmunu
Təlim Nəticə Yönümlü M&Q üzərində qurulmuşdur və bütün modullar, nümunə təhlilləri və yardımçı materiallar beynəlxalq maliyyə institutları və güclü dövlət idarəetmə sistemi olan bəzi ölkələr tərəfindən geniş istifadə olunan həmin yanaşmaya uyğunlaşdırılmışdır. Təlim ilk dörd gündə keçilən 16 moldul üzərində qurulub (gündə 4 modul olmaqla). Modulların siyahısı Əlavə 3-də verilmişdir.
İlk 6 modul girişə həsr olunub. Burada iştirakçılar növbəti mərhələlərdə M&Q-yə keçmək üçün gərəkli məlumat və alətləri öyənirlər. Bunlara layihə tsikli, orada M&Q-nin yeri, M&Q-nin tərifi və ümumi dövlət investisiyalarının idarə edilməsi işində rolu və məqsədi, nəticə yönümlü M&Q ilə ənənəvi resurs yönümlü və məhsul yönümlü yanaşmaların fərqi, üfüqi və şaquli məntiqlər daxil olmaqla M&Q-nin məntiq modeli daxildirlər. Burada nəzəriyyə verilməklə yanaşı, müxtəlif ölkələrin təcrübəsindən nümunə təhlilləri və performans indikatorlrı və onların növləri və tətbiqləri də izah edilmişdir.
Burada habelə, bu barədə Prezident Fərmanı da daxil olmaqla Azərbaycanda M&Q üzrə təcrübə və siyasət də izah edilmişdir. Fərman Dövlət İnvestisiya Proqramına salınan layihələrin M&Q-sini icbari edir və bu barədə qaydaları açıqlayır. Bu qaydaların tətbiq olunmasına şərait yaradacaq metodologiyanın öyrənilməsinin vacibliyi növbəti modullara keçid alarkən izah edildi. Bu zaman iştirakçılara öz nazirliklərində M&Q təcrübəsi barədə, onun necə qavranılması barədə və M&Q-yə və bu sahədə kadr potensialının güclənməsinə olan ehtiyac barədə, eləcə də nazirliklər daxilində bu istiqamətdə və əksinə mövcud olan stimullar barədə fikirlərini bölüşmək imkanı verildi. M&Q üzrə mövcud siyasət və təcrübə beynəlxalq maliyyə institutlarında və yaxşı dövlət idarəetməsi olan ölkələrində bu sahədə olan siyasət və təcrübə ilə müqayisə olundu.
Növbəti 9 modul M&Q tsikli və onun elementləri barədədir. Bura məlumatın toplanamsı və təhlili, hesabat və tapıntılardan və sonuclardan istifadə daxildir.

İştirakçılar tərəfindən qiymətləndirmə
Təlimin və təlimçilərin qiymətləndirilməsi təlimin son gününün ikinci yarısında, sertifikat mərasimindən qabaq aparıldı. Bütün təlim iştirakçıları təlimin məzmunundan və aparılmasından, eləcə də təlimçilər tərəfindən göstərilən dəstəkdən, yazılı və şifahi tərcümələrin keyfiyyətindən, oxu materiallarının faydasından və ehtiyaclara uyğunluğundan, nümunə təhlillərindən, qrup işlərindən və işçi materiallardan məmnun qaldıqlarını qeyd etdilər. Onlar ən yüksək xallar verdilər və müsbət şərhlər qeyd etdilər. Bunlara təlim materiallarının keyfiyyəti və faydası, təlimçilərin tədris səriştələri və ehtiyaclara həssaslıqları, Azırbaycandan gətirilən praktik örnəklər və sair daxildir.
Lakin, bəzi sahələrin düzəldiməsinə ehtiyac olduğu da vurğulandı. Bunlara test sualları və modulların ardıcıllığı daxildir və iştirakçılar lazım olan dəyişikliklər barədə şərhlər qeyd etdilər. Təlim komandası müzakirə etmək və bütün materialları yenidən nəzərdən keçirmək məqsədilə yenidən görüşdü və bunları düzəltəmək üçün iş planı və roller təyin olundu.
Nəticədə modulların ardıcıllığı və problemli test sualları dəyişdirildi (həm ingilis, həm də azəri versiyalarda). İştirakçılar habelə təlimin uzunluğu barədə şərhlər qoymuşdular (təlim bir çoxları üçün çox az davam etdi). Bu zaman onlar bu komanda tərəfindən aparılacaq gələcək təlimlərdə iştirak etmək niyyətlərini bildirdilər. Bəzi iştirakçılar M&Q-nin faydası və onun universitet kurrikulumuna salınmasına ehtiyac olduğu barədə fikirlərini yazdılar.

Sertifikatların verilməsi
Sertifikatlar son günün ikinci yarısında, təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsindən dərhal sonra, çay fasiləsi zamanı verildi.

Əvvəlcə iki növ sertifikat hazırlanmışdı: 1) təlimdə iştiraka görə; 2) təlimi uğurla bitirməyə görə. Son dəyərləndirmənin nəticəsi olaraq, 20 iştirakçının hamısına təlimi uğurla bitirməyə görə sertifikat verilməsi qərara alındı.
Sertifikatların ardınca qrup şəkli çəkildi və tort mərasimi başlandı. Təlim zamanı çəkilən şəkillərin və iştirakçıların əlaqə detallarının nüsxələri iştirakçılar arasında paylandı. Təlimçilər suallara cavab vermək və davamlılığı təmin etmək üçün məsləhətlər vermək üçün daha bir müddət təlim otağında qaldılar.

İbrət dərsləri və tövsiyələr


  • Davamiyyəti artırmaq məqsədi ilə onu 1) gün ərzində 4 dəfə yoxlamaq (səhər çay fasiləsindən əvvəl və sonra, və günortadan sonra çay fasiləsindən əvvəl və sonra); 2) hər bir iştirakçının ümumi dəyərləndirilməsinə daxil etmək gərəkdir.




  • Bəzi iştirakçılar arasında yaranmış olan çaşqınlığı azaltmaq məqsədilə hər bir sual üzrə doğru cavabların sayını birə endirmək lazımdır. Bu həm də iştirakçıları onların ümumiyyətlə testdə iştirak təcrübəsinə və səriştəsinə görə deyil, konkret mövzu üzrə öyrəndiklərinə görə dəyərləndirməyə imkan yaradar.




  • İştirakşıların nəzəri hissələri daha yaxşı tutmaları və səlis keçidləri təmin etmək məqsədilə modulların ardıcıllığını müvafiq qaydada dəyişmək gərəkdir.



  • Təlimin daha interaktiv olması, təlim zamanı tərcümələrə həsr edilən vaxta qənaət və beləliklə praktik məşğələlərə daha çox vaxt ayıra bilmək məqsədilə, milli təlimçilərə daha çox sayda modulların aparılmasını həvalə etmək gərəkdir.



  • Prosesin davamlılğı məqsədilə cavan təlimçiləri təlimi müstəqil apara bilmələri üçün hazırlamaq. Bunu etmək üçün milli təlimçilər M&Q və təsirin dəyərləndirilməsi, sorğu və layihələrin idarə edilməsi kimi yaxın mövzuların müzakirəsi üçün görüşürlər; bu zaman təlimçilər mövzulara hazırlaşaraq digərlərinə də bunu izah edirlər və bu sahədə ədəbiyyatları bölüşürlər.



  • İştirakçı dəyərləndirilməsinin daha şəffaf sistemini tətbiq etmək gərəkdir. Bu zaman iştirakçılar xallarını daha tez-tez yoxlaya və təlim üzrə zəif sahələrini vaxtında görə biləcəklər. Zəruri hallarda təlimdən sonra axşam saatlarında çalışmaları yenidən etmək və ititlmiş xalı bərpa etmək imkanı da verilə bilər.



Təlimsonrası və davamlılıq
Kadr potensialının inkişafı uzun prosesdir. Bu proses təlim fəaliyyəti ilə tamamlanmır və təkcə təlim vermək kifayət etmir. Kadr potensialının inkişaf etdiriliməsi aşağıdakıları tələb edən şəxsi və institusional prosesdir:


    • inkişaf üçün institusional istək

    • çatışmazlıq təhlili vasitəsilə ehtiyacların təyin edilməsi

    • təlim və nəhayət

    • institutlaşdırma

İnstitusional səviyyədə, həyata keçirilməsinə ehtiyac olan dəyişikliklər haqqında yuxarı səviyyədə anlaşma və yeni proseslərin tətbiq edilməsi üçün menecment qərarı olmalıdır.


Şəxsi səviyyədə, təlim özü həm də biliyin inteqrasiyası və tətbiqi prosesidir. Yeni bir biliyin yalnız təlim proqramı vasitəsi ilə çatdırılması kifayət deyil. O, tətbiq və yenidən nəzərdən keçirmə prosesi tələb edir. Təlim iştirakçısı, yeni bilik və alətlər əldə etdikdən sonra azı üç ay ərzində yenilikləri real iş vəziyyətinə tətbiq etməyə çalışmalıdır. Tətbiq dövründən sonra mütəxəssis yenidən iştirakçının işini nəzədən keçirmək və real iş vəziyyətlərində düzəlişlər etmək üçün tövsiyələr vermək üçün cəlb olunmalıdır. Bu proses, yeni biliyin tətbiqinin standart prosesin bir hissəsinə çevrilənə kimi bir neçə dəfə təkrar edilə bilər.
Bunları nəzərə alaraq, biz aşağıda qeyd olunanları təklif edirik:


    • Nəticə-Yönümlü Monitorinq və Qiymətləndirmənin faydası və dövlət proqramlarının təkmilləşdirilməsində onun tətbiqi mövzusunda rəhbərlik üçün bir günlük məlumat sessiyası

    • Təlim sessiyasından üç ay sonra təlimdə təmsil olunan nazirliklərin hər birinin işçiləri ilə yenidən məşğələ.

Belə bir tətbiq xarakterli məşğələ və rəhbərliyin dəstəyi olmadan təlimdə öyrənilmiş yeni proseslərin işdə tətbiq olunmaması təhlükəsi yaranır.

Hörmətlə,
Vüqar Mehdi

SİAM Direktoru



Əlavələr


  1. Təlim komandası üzvləri

  2. İştirakçıların siyahısı

  3. Təlim paketinə daxil olan materialların siyahısı

  4. Təlim gündəliyi və onun izahı

ƏLAVƏ 1: Təlim komandası üzvləri:

Beynəlxalq təlimçi:



  • Valid Madhun

Yerli təlimçilər:

  • Fuad Ağazadə

  • Ayxan Nəsibli

  • Elçin Rəşidov

  • Tohidə Kazımova

Texniki dəstək

  • Rəftarə Şükürova

  • Sezar Qerero

  • Vüqar Mehdi



ƏLAVƏ 2: İştirakçıların siyahısı:

S.s.

Adı, Soyadı

Təşkilat

Sertifikat

1

Cavadov Rəmzi Mais oğlu

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

2

Qafarlı Lalə Ənvər qızı

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

3

Məmmədov Ceyhun Fikrət oğlu

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

4

Manafova Elmira Bəyaz qızı

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

5

İsmayılov Azər Əbilfət oğlu

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

6

İsmayılov İbrahim İsmayıl oğlu

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

7

Nəbiyeva Fidan Nəbiyulla qızı

Təhsil Nazirliyi

"Uğurla bitirmişdir"

8

Rzayev Nofəl Ələkbər oğlu

Nəqliyyat Nazirliyi

"Uğurla bitirmişdir"

9

Kazımlı Elnur Vaqif oğlu

Nəqliyyat Nazirliyi

"Uğurla bitirmişdir"

10

Hüseynov Mahmud Fərhad oğlu

Nəqliyyat Nazirliyi

"Uğurla bitirmişdir"

11

Kərimov Elxan Qərib oğlu

Azərbaycan Memarlıq və İnşaat Universiteti

"Uğurla bitirmişdir"

12

Nəcimov Arif Asif oğlu

Azərbaycan Memarlıq və İnşaat Universiteti

"Uğurla bitirmişdir"

13

Səmədov Vüsal Ramiz oğlu

Azərbyacan Meliorasiya və Su Təsərrüfatı ASC

"Uğurla bitirmişdir"

14

Əmiraslanova Afət Səfadir qızı

Azərbyacan Meliorasiya və Su Təsərrüfatı ASC

"Uğurla bitirmişdir"

15

Qasımov Mehman İdris oğlu

Azərbyacan Meliorasiya və Su Təsərrüfatı ASC

"Uğurla bitirmişdir"

16

Qaralov Yolçu İlyas oğlu

Azərbyacan Meliorasiya və Su Təsərrüfatı ASC

"Uğurla bitirmişdir"

17

Ağayeva Nailə Salman qızı

"Azərsu" ASC

"Uğurla bitirmişdir"

18

Məmmədov Nadir Bilal oğlu

“Azərbaycan Dəmir Yolları” QSC

"Uğurla bitirmişdir"

19

Həsənov İlqar Safəddin oğlu

“Azərbaycan Dəmir Yolları” QSC

"Uğurla bitirmişdir"

20

Qayıbov Yusif Nizami oğlu

“Azərbaycan Dəmir Yolları” QSC

"Uğurla bitirmişdir"

ƏLAVƏ 3: Təlim paketinə daxil olan materialların siyahısı:

  1. Gündəlik

    1. Birsəhifəlik

    2. Açıqlamalar

  2. Modullar

  1. Seminara Giriş

  2. Layihə Tsikli

  3. M&Q: Tərif və Məqsəd

  4. Nəticə Yönümlü M&Q

  5. Məntiq Modeli

  6. Ölkəmizdə M&Q: Siyasət və Təcrübə

  7. Əsas Performans İndikatorları

  8. M&Q tsikli

  9. Hazırlığın Dəyərləndirilməsi

  10. Qiymətləndirmə Sualları

  11. Texniki Tapşırıq

  12. Maraqlı tərəf təhlili

  13. Məlumat Toplanması Metodları

  14. Məlumat Təhlili

  15. Sonucların Hesabatı

  16. M&Q Prosesinin Planlaşdırılması

  17. Sonuclardan İstifadə

  1. Əlavələr

    1. Layihə M&Q-si üzrə oxu

    2. Nümunə layihə diaqramı

    3. Qiymətləndirmənin əhatə dairəsi – Əsas mövzular

    4. M&Q üzrə Prezident Fərmanı (17 mart 2010) və Qaydalar

    5. Əsas anlayışlar – İzahlı lüğət

  2. Testlər

    1. M&Q-nin Əsasları

    2. İndikatorlar

    3. Məlumatın Toplanması və Mənbələri

    4. M&Q-nin Planlaşdırılması

  3. Nümunə Təhlillər

    1. Dəyişmə Konspesiyası: Üç Tapşırıq

    2. Eystan: Dörd Nümunə

  4. İşçi Materiallar

    1. Məntiqi Çərçivə Cədvəli – Nəticə yönümlü

    2. İndikatorun yoxlanması forması

    3. Performans ölçülməsi forması

    4. Məlumat toplanması forması

    5. GZİT çərçivəsi

    6. Məntiqi Çərçivə – Sadə cədvəl

    7. Nəticə hesabatı forması

    8. Əsas terminlər – Yaddaş

ƏLAVƏ 4: Təlim gündəliyi və onun izahı:




Gün 1

Gün 2

Gün 3

Gün 4

Gün 5

09:00

Giriş və TEST:

İlikn Qiymətləndirmə

Modul 5.

Ölkəmizdə M&Q



Modul 9.

Qiymətləndirmə Sualları



Modul 13.

Məlumat Təhlili



Təkrar və TEST:

Son Qiymətləndirmə

10:00

Modul 1.

Layihə Tsikli



Modul 6.

Performans İndikatoru



Modul 10.

Texniki Tapşırıq



Modul 14.

Nəticələrin Hesabatı



Qrup-1:

Təqdimat və Debat



10:40

Ç A Y

11:00

Modul 2.

M&Q: Tərif və Məqsəd



Modul 7.

M&Q Tsikli



Modul 11.

Maraqlı Tərəf Təhlili



Modul 15.

M&Q Planlanması



Qrup-2:

Təqdimat və Debat



12:00

Modul 3.

Nəticə Yönümlü M&Q



Qrup İşi –

Üfüqi və Şaquli Məntiq



Qrup İşi – Qiymətləndirmə Sualları

Qrup İşi –

Texniki Tapşırıq



Qrup-3:

Təqdimat və Debat



13:00

N A H A R

14:00

Dəyişmə Konsepsiyası:

3 Nümunə Təhlil

Qrup İşi –

İndikator Yoxlanması



Qrup İşi –

Performansın Ölçülməsi



Eystan Ölkəsi:

4 Nümunə Təhlil

Qrup-4:

Təqdimat və Debat



15:00

Modul 4.

Məntiq Modeli



Modul 8.

Hazırlığın Yoxlanması



Modul 12.

Məlumat Toplanması



Modul 16.

Nəticələrin İstifadəsi



Təlimin Qiymətləndirilməsi

15:40

Ç A Y

16:00


Test 1:

M&Q Əsasları



Test 2:

Performans İndikatorları



Test 3:

Məlumat Toplanması



Test 4:

M&Q Planlaşdırılması



Sertifikat və

Buraxılış Mərasimi

17:00

Qrup İşi –

Məntiq Modeli



Qrup İşi –

Performans İndikatorları



Qrup İşi –

Məlumat Toplanması



Qrup İşi –

Hesabatın Hazırlanması



Qazanilmiş səriştələri işdə necə istifadə etməli

Gündəliyə izahat:

  1. Məşğələnin prinsipi:

Bu seminarda iştirakçılar Nəticə Yönümlü Monitorinq və Qiymətləndirmə (NY M&Q) prinsiplərindən istifadə edərək layihə hazırlayacaqlar.

İştirakçılar həmçinin hazırladıqları layihə üzərində M&Q üzrə bir sıra çalışmalar və tapşırıqlar edəcəklər. Təlimin sonuncu günündə hər bir qrupun layihəsi başqa bir qrupun çalışmasına çevriləcəkdir və onlar tapıntıları bütün qrupa təqdim edəcəklər.

Beləcə, iştirakçılar layihə hazırlamış, onun M&Q tapşırığını həyata keçirmiş və tapıntıları və tövsiyələri təqdim etmiş olacaqlar.


  1. Qrup işləri

Gün 1

17:00 Qrup İşi



  • Bütün iştirakçılar 4 qrupa bölünürlər və seminarın sonunadək həmin qrup üzvləri ilə işləyəcəklər

  • Hər bir qrup NY M&Q elementlərindən istifadə etməklə layihə tərtib edir: real Nazirlik layihəsi

  • Məntiq Modelini hazırlanır, Məqsəd, Hədəf və Fəaliyyətlər və onlara uyğun gələn Təsir (Son Nəticə), Nəticələr (Aralıq/Dolayı və Birbaşa/Dərhal) və Məhsulları qeyd edilir

  • QEYD: Bu hazırlanan Nümunə layihə həftənin qalan hissəsində də istifadə olunacaq.

Gün 2

12:00 Qrup İşi



  • Gün 1-də tərtib edilmiş Nümunənin Məntiq Modeli inkişaf etdirilir.

  • Şaquli və üfüqi məntiqlərin düzgünlüyünə əmin olunmalıdır.

14:00 Qrup İşi

  • Tərtib edilmiş Nümunənin Məntiq Modelində Təsir (Son Nəticə), Nəticələr (Aralıq/Dolayı və Birbaşa/Dərhal) və Məhsullar üçün İndikatorlar hazırlanır.

  • Bu zaman İndikatorların Yoxlanması formasından istifadə olunur.

17:00 Qrup İşi

  • Nümunə layihənin İndikatorları dəqiqləşdirilməklə və uyğunlaşdırılmaqla Məntiq Modeli və Hazırlıq Qiymətləndirilməsi tamamlanır.

Gün 3

12:00 Qrup İşi



  • Qiymətləndirmə aparmaq üçün Nümunə layihəsi üçün 6 sual hazırlanır.

  • Bu zaman Qiymətləndirmənin Əhatəsi mövzularından istifadə edilir.

14:00 Qrup İşi

  • Nümunə layihəsi üçün Performans Ölçülməsi cədvəli doldurulur.

  • Bu zaman əvvəldən hazırlanmış Məntiq Modeli istifadə edilir

17:00 Qrup İşi

  • Nümunə layihəsi üçün Məlumatın Toplanması cədvəli doldurulur. Layihə boyu məlumat toplanması üçün düzgün məlumat mənbələri, metodologiya, tezlik və bu işi aparmağa cavabdeh tərəf seçilir.

Gün 4

12:00 Qrup İşi



  • Hər bir qrup öz Nümunə layihəsinin Hazırlığının digər qrup tərəfindən qiymətləndirilməsi üçün Texniki Tapşırıq hazırlayır.

  • Burada Qiymətləndirməyə olan tələbatlar qeyd edilir.

17:00 Qrup İşi

  • Hər bir qrup digər bir qrup tərəfindən hazırlanmış layihə üzərində işləyir.

  • Bunun üçün ilk növbədə M&Q Planı tərtib edilir.

  • Sonra digər qrupun Nümunə layihəsinin Hazırlığı qiymətləndirilir.

  • Qiymətləndirmə digər qrup tərəfindən verilən Texniki Tapşırıq üzrə aparılır.

  • Aparılan Qiymətləndirmə əsasında Tapıntılar, Çıxarılan Nəticə və Tövsiyələr qeyd ediliməklə Hesabat hazırlanır.

  • Hər bir qrup apardığı Qiymətləndirmə Hesabatını növbəti, 5-ci gün təqdim etmək üçün hazırlaşır.

QEYD: İştirakçılar Təlimin son, 5-ci günündə aparılan Təqdimat və Hesabatın keyfiyyətinə görə, habelə Təqdimatlardan sonra aparılan Debatlarda keyfiyyətli iştiraka görə qiymətləndiriləcəklər. Bu zaman metodlardan istifadə, tapıntıların ağlabatan və təkliflərin faydalı olması baxımından qiymətləndirmə aparılacaqdır. Habelə, NY M&Q-nin layihə tərtib olunarkən (performans indikatorları, məlumat toplanması metodları və başqa alətlər daxil olmaqla) istifadəsi qiymətləndiriləcəkdir.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə