Beynəlxalq idman proqrami təŞƏBBÜSÜ: azərbaycanda əLİLLİYİ olan gəncləR ÜÇÜN İdman əRİZƏ formasi xülasə




Yüklə 51.89 Kb.
tarix20.04.2016
ölçüsü51.89 Kb.




BEYNƏLXALQ İDMAN PROQRAMI TƏŞƏBBÜSÜ:

AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN GƏNCLƏR ÜÇÜN İDMAN
ƏRİZƏ FORMASI
XÜLASƏ:

“Beynəlxalq İdman Proqramı Təşəbbüsü: Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman” layihəsi Amerika Birləşmiş Ştatları “Təlim və İnkişaf İnstitutu” və onun Azərbaycandakı tərəfdaşı “İnkişaf Naminə İdman” ictimai birliyi tərəfindən həyata keçirilir. Layihədə iştirak edən 13 mütəxəssis və bir müşayətçi ABŞ-da üç həftəlik səfər edəcəkdir (səfər layihənin donoru tərədindən tam maliyyələşdirilir). Səfər 2014-cü ilin sentyabr ayının 27-dən oktyabr ayının 17-dək davam edəcəkdir. Layihə əlil uşaqlar və gənclər üçün idman mövzusundadır.


Azərbaycan nümayəndə heyəti amerikalı mütəxəssislər və əlilliyi olan gənclərlə birgə təlim, idman və sosial fəaliyyətlərə cəlb olunacaqlar. ABŞ kolleclərindən olan məruzəçilər əlillik və əlil idmanı ilə bağlı Birləşmiş Ştatların tarixi və təcrübəsindən mühazirələr oxuyacaqlar. Əlillik və idman mütəxəssisləri ilə təşkil olunacaq müzkirələrdə dövlət və özəl qurumların müvafiq sahədəki vəzifələrindən, habelə ixtisaslaşdırılmış və inteqrasiyalı proqramların faydasına toxunulacaq. Əlillik və idman sahəsində ixtisaslaşan qurumlara və məktəblərə səfər zamanı Azərbaycan nümayəndə heyəti xüsusi qayğıya ehtiyacı olan ABŞ gənçləri və onlara xidmət edən proqramlarla yaxından tanış olmaq imkanı qazanacaqlar.
Layihədə iştirak üçün yalnız ümumtəhsil orta məktəbinin fiziki tərbiyə müəllimləri və əlillik üzrə ixtisaslaşan özəl, həmçinin ictimai müəssisələrdə çalışan işçilər müraciət edə bilərlər.

İştirak üçün müraciət edən fiziki tərbiyə müəllimlərindən əlillik, əlilliyi olan şəxslərlə işləyən mütəxəssislərdən isə idman sahəsində əvvəlki iş tərcrübəsi tələb olunmur. ABŞ-a səfər zamanı nümayəndə heyəti üçün tərcüməçinin təşkil olunduğunu nəzərə alaraq iştirakçıların ingilis dili bilməsi vacib deyil. Layihədə iştirak üçün əlilliyi olan şəxslər də müraciət edə bilərlər. Onlarin səfər zamanı yaranmış ehtiyacları muvafiq qaydada ünvanlanacaqdır.


Layihə haqqinda əlavə məlumat üçün pres relizə diqqət yetirin. Layihə Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən maliyyələşdirilir
İŞTİRAKÇILARIN MƏSULİYYƏTİ
Müraciyət edənlərin nəzərinə catdırırıq ki, layihədə iştirak seçim mərhələsindən Birləşmiş Ştatlara səfər və bundan sonra da əlavə vaxt sərfiyyatı tələb edəcəkdir.
Layihədə iştirak hüququ qazanmış iştirakçıların xarici pasport olmalı və Bakıdakı Amerika Səfirliyindən J1 visa üçün müraciət etməlidirlər. Viza üçün müraciət etmiş iştirakçılar ABŞ səfirliyi tərəfindən təşkil olunacaq fərdi müsahibədə də iştirak etməlidirlər. “İnkişaf Naminə İdman” ictimai birliyi iştirakçı heyətə viza almaq prosesində təşkilatçılıq üzrə köməklik göstərəcəkdir. Yalnız viza ala bilən iştirakçılar Birləşmiş Ştatlara səfər edə biləcəkdir.

2014-cü ilin payızında baş tutacaq Amerikaya təcrübə mübadiləsi səfərindən sonra iştirakçılar öz icmalarında olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün idman imkanlarının genişləndirilməsinə dair məktəbdən kənar layihələr həyata keçirəcəklər. Bu kimi fərdi layihələr ABŞ və Azərbaycan tərəfindən olan icraçı təşkilatçılarının dəstəyi və təlimatı ilə iştrakçıların özləri tərəfindən müəyyən olunacaqdır. İştirakçılar bu layihələri ABŞ-a səfər zamanı ABŞ mütəxəssislərinin texniki köməkliyi ilə hazırlayacaq və qayıdandan sonra onun icraçı üçün kiçik qrantlarla təmin ediləcəklər.


Azərbaycan nümayəndə heyəti 2015-ci ilin əvvəlində 6 nəfər Amerikalı həmkarın Azərbaycana səfəri və bu müddətdə ərzində həyata keçiriləcək fəaliyyətlərdə aktiv olmalıdırlar. Amerika nümayəndə heyəti Azərbaycanlı həmkarların ABŞ-a səfərində fəal iştirak edən və eyni sahədə çalışan mütəxəssislərdən ibarətdir. Amerika nümayəndə heyəti Azərbaycana səfər zamanı öz həmkarlarının rayonlarına səfər edərək onların layihələrinin icrasında iki həftə müddətində kömək edəcəklər.
İştirakçıların fərdi kiçik layihələrinin icrası üçün müvafiq faəliyyətlər və cavadehliklər haqqında daha geniş məlumat nümayəndə heyətinə ABŞ-a səfəri zamanı veriləcəkdir.
SEÇİM MEYARLARI
Layihədə iştirak üçün müraciət edən şəxslər aşağıdakılara malik olmaldırlar:

  • Adları aşağıda qeyd olunan rayon/şəhərdə yaşayan və ya işləyən fiziki tərbiyə müəllimi yaxud əlillik üzrə mütəxəssis 1) Bakı, 2) Sumgayıt, 3) Mingəçevir, 4) Masallı 5) Xaçmaz və 6) Şəki

  • Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;

  • Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan qayıtdıqdan sonra fəaliyyət planına uyğun müvafiq içlərin icrasına dair öhdəliyin yerinə yetirilməsini nümayiş etdirməli;

  • Yeniliyə hazır olmalı;

  • Xarici ölkələrə səfərə dair məhdud da olsa təcrübəsi olmalıdır;

  • ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın iştirakçısı olmamalıdır;

Seçim mərhələsində nəzərə alınacaq digər meyar qrup üzvləri arasında etnik, sosial–iqtisadi və gender müxtəlifliyidir.


Seçim aşağıdakı mərhələ və qaydalara uyğun həyata keçiriləcədir:


  1. Ərizə forması 2014 – cü ilin mart ayının 15-dən gec olmayaraq Mehman Kərimova təqdim edilməlidir. Ərizə formaları çap şəklində yaxud elektron formada təhvil verilə bilər. Çap formasında olan ərizələr aşağıda göstərilən ünvana göndərilə bilər:

Bakı şəhəri, Olimpiya küç.5 Az 1072, “İnkişaf Naminə İdman“ ictimai birlik, Mehman Kərimov. Electron ərizələr isə sport4dev@gmail.com yaxud sportfordev@yahoo.com electron poçtuna göndərilə bilər

  1. “İnkişaf Naminə İdman”, fiziki tərbiyə və əlillik üzrə mütəxəssislərdən ibarət Seçim Komisiya yaradır

  2. Komissiyanın üzvləri 3-5 nəfərdən ibarət olacaqdır. Seçim komisiyası müraciət ərizələrinə baxdıqdan sonra 40 namizəd seçəcək. 31 Mart 2014-cü il tarixinədək bütün müraciət edənlərə onların ərizələrinin statusu haqqında məlumat veriləcəkdir.

  3. 2014- cü ilin Aprel ayının üçüncü həftəsi bütün namizədlər üçün fərdi müsahibə və təlimatdırıcı sessiya təşkil ediləcəkdir.

  4. Layihədə iştirak etmək hüququ qazanan qaliblər 15 May 2014 il tarixində elan olunacaqdır.


MÜRACİƏT ÜÇÜN TƏLİMAT
Etibarlı sayılması və baxılması üçün ərizəyə aşağıdakı məlumatlar daxil olunmalıdır:

1-ci Bölmə: Şəxsi məlumat

2-ci Bölmə: Kiçik inşa (essay)

3-cü bölmə: Xasiyyətnamə (bunlar müraciyət forması ilə birgə yaxud ayrı təqdim edilə bilər)



DİQQƏT!
Zəhmət olmasa müraciət etməzdən əvvəl yuxarıda verilən məlumatları diqqətlə oxuyun və ciddi düşünün.

Aydın şəkildə çap edin. Təlimat və məlumatlandırıcı ilk səhifələri müraciət ərizəsinə daxil etməyin.


Müraciyyət üçün son tarix: 15 Mart, 2014, “İnkişaf Naminə İdman” ictimai birliyi

Əlaqələndirici şəxs Mehman Kərimov

“İnkişaf Naminə İdman” ictimai birliyi

+994 50 2506563

E-mail: sport4dev@gmail.com

BEYNƏLXALQ İDMAN PROQRAMI TƏŞƏBBÜSÜ:

AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN GƏNCLƏR ÜÇÜN İDMAN

ƏRİZƏ FORMASI

1-ci BÖLMƏ: ŞƏXSİ MƏLUMAT


  1. Özünüz haqqında məlumat

Adı, Soyadı, Atasının adı ______________________________________________________

Ev Ünvanı__________________________________________________________________
Ev Telefonu___________________________E-mail________________________________
Mobil telefon _______________________________________________________________
Anadan olduğu ( il,gün,ay)______ _______ Vətəndaşlıq ______________________
Məşğuliyyəti: ______________________________________________________________
İş yeri _____________________________________________________________________
Rəhbəri ____________________________________________________________________
İş ünvanı___________________________________________________________________
İş Telefonu _________________________________________________________________
İşiniz haqqında məlumat ______________________________________________________
___________________________________________________________________________

Əsas işinizdən və ya təhsilinizdən kənar hansı qurum yaxud təşkilatın üzvüsünüz? Elə isə təşkilatdakı rolunuzu təsvir edin.


_________________________________________________________________________
_________________________________________________________________________
Başqa mübadilə proqramı ilə Birləmiş Ştatlara səyahət etmisinizmi? Əgər etmişsinizsə, zəhmət olmasa açıqlayın.
_________________________________________________________________________
Başqa xarici ölkələrə səyahət təcrübəniz (hara və nə vaxt)__________________________
________________________________________________________________________
________________________________________________________________________
Bildiyiniz xarici dillər______________________________________________________
________________________________________________________________________
________________________________________________________________________
Pəhriz və ya sağlamliqla əlaqədar (alergiya və sair) ehtiyacınız?
________________________________________________________________________


  1. FÖVQƏLADƏ HALLAR ÜÇÜN ƏLAQƏ

Fövqəladə hal üçün əlaqə saxlanılacaq şəxsin adi_________________________________


Həmin şəxslə qohumluq əlaqəsi (məs. həyat yoldaşı, valideyn) _____________________
Ünvanı__________________________________________________________________
________________________________________________________________________
Telefon nömrəsi ________________________ E-poçt____________________________
Mobil telefon_____________________________________________________________

2-ci Bölmə: Inşa (essay) SUALLARI
Zəhmət olmasa bu sualları ayrı vərəqdə cavablandırın, hər sualın cavabı 1-2 abzasdan artıq olmamalıdır.CAVABLAR ÇAP ŞƏKLİNDƏ OLMALIDIR.
Qeyd: Biz Azərbaycanda əlilliyi olan uşaq və gənclər üçün idmanın inkişafına maraq göstərən mütəxəssislər toplamağa çalışırıq. Proqram iştirakçıları Azərbaycanda əlil idmanın inkişafına dair layihənin fəaliyyət planını hazırlayıb, həyata keçırməyə müvafiq bacarıqları olmalıdırlar.


    1. Bu layihədə və təcrübə mübadilədəsi səfərində sizə daha çox nə maraqlıdır?



    1. Bu proqrama uyğun namizəd olduğunuzu sübut edən hansı təcrübə və xüsusiyyətlərə maliksiz?



    1. Ozünüz haqqında daha nə deyə bilərsiniz?


3-cü BÖLMƏ: XASİYYƏTNAMƏ
Sizi şəxsən tanıyan bir nəfərdən xasiyyətnamə. Ailə üzvlərindən xasiyyətnamə nəzərə alınmır.
Lütfən xasiyyətnamə formasını layihə haqda pres reliz və layihə haqda məlumat vərəqi ilə birgə həmin şəxsə təqdim edin.

BEYNƏLXALQ İDMAN PROQRAMI TƏŞƏBBÜSÜ:

AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN GƏNCLƏR ÜÇÜN İDMAN
XASİYYƏTNAMƏ FORMASI
Müraciət üçün son tarix, 15 mart 2014

XASİYYƏTNAMƏ YAZANIN ADI və SOYADI ____________________________________


ƏLAQƏ ÜÇÜN MƏLUMAT ____________________________________________________
_____________________________________________________________________________

Bu mübadilə proqramında iştirakçılara xasiyyətnamə verməyə razı olduğunuz üçün təşəkkür edirik. Proqram haqqında əlavə məlumat əldə etmək üçün bu sayta baxa bilərsiz:



www.itd-amherst.org
İŞTİRAK ÜÇÜN SEÇİM MEYYARLARI:

  • Fiziki tərbiyə müəllimlər va ya əlilliyi olan şəxslərlə işləyən mütəxəssislər Azərbaycanın 6 hədəf rayonunda yaşaması və işləməsi vacibdir: 1) Bakı, 2) Sumgayıt, 3) Mingəçevir, 4) Masallı 5) Xaçmaz və 6) Şəki

  • Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;

  • Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan qayıtdıqdan sonra fəaliyyət planına uyğun müvafiq içlərin icrasına dair öhdəliyin yerinə yetirilməsini nümayiş etdirməli;

  • Yeniliyə hazır olmalı;

  • Xarici ölkələrə səfərə dair məhdud da olsa təcrübəsi olmalıdır;

  • ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın iştirakçısı olmamalıdır;

Seçim mərhələsində nəzərə alınacaq digər meyarlar qrup üzvləri arasinda etnik, sosial–iqtisadi və gender müxtəlifliyidir.
Zəhmət olmasa aşağıda verilən suallara cavabı çap edin. Ehtiyac olsa əlavə vərəqdən istifadə edə bilərsiz. Xasiyyətnaməni aşağıdakı ünvana çatdıra bilərsiniz.

Müraciət üçün son tarix: 15 Mart 2014 il
Mehman Kərimov

“İnkişaf Naminə İdman” İctimai Birlikyi

Olimpiya küçəsi 5, Az1072, Bakı şəhəri, Azərbaycan
Xasiyyətnamə Azərbaycan yaxud İngilis dilində yazıla bilər

Müraciət edənin adı və soyadı:




  1. Xasiyyətnamə verdiyiniz şəxsi neçə müddətdir və nə qədər yaxından tanıyırsınız?




  1. Layihədə iştirak üçün müraciyyət edən şəxsi aşağıdakılara uyğun 1-5 bal sistemi qiymətləndirin (5 maksimum)

a) Əlillik sahəsində xidmət təcrübəsi ________________________________________


b) Fiziki tərbiyə sahəsində təcrübəsi________________________________________
c) Əlillik sahəsində biliyi ________________________________________________
d) Fiziki tərbiyə sahəsində biliyi __________________________________________
e) Öyrətmə qabiliyyəti ________________________________________________

d) Layihə təklifi və həyata keçrimək qabiliyyəti______________________________


e) Komanda üzvü kimi iş qabiliyyəti________________________________________



  1. Müraciət edənin marağı (hobbisi), qabiliyyəti və fəaliyyətlərini qeyd edin:


  1. Sizin fikrinizcə layihdə iştirak üçün müraciət edən şəxs nəyə görə bu mübadilə proqramında iştirak üçün ən uyğun namizəddir?



Institute for Training & Development 447 West Street, Amherst, MA 01002 www.itd-amherst.org



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə