Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin abş-a səfəri press reliZ




Yüklə 13.6 Kb.
tarix20.04.2016
ölçüsü13.6 Kb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

Umud Mirzəyevin ABŞ-a səfəri
PRESS RELİZ
14-20 oktyabr 2006-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Azərbaycan QHT Forumun İdarə heyətində sədr müavini, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Umud Mirzəyev ABŞ-da işgüzar səfərdə olmuşdur. Səfərdə onu Sülhməramlı Aksiyalar və Konfliktologiya departamentinin rəhbəri Ramil Əzizov müşayiət etmişdir. Səfərin əsas məqsədi əvvəlcədən razılaşdırıldığı kimi NyuYorkda BMT-nin Baş Qərargahında ECOSOC-un (İqtisadi və Sosial İşlər Şurası) QHT Bölməsinin rəhbəri xanım Hanifa Mezoui ilə görüşmək və Vaşinqtonda ABŞ Dövlət Departamentinin öz tərəfdaşları üçün təşkil etdiyi seminarda iştirak etməkdən ibarət olmuşdur.

BAMF-ın sədri ECOSOC-un QHT Böliməsinin rəhbəri ilə görüşdən bir gün əvvəl BMT-nin digər strukturları ilə tanış olmuş və 16 oktyabr 2006-cı ildə isə xanım Hanifa Mezoui ilə görüşmüşdür. Görüş zamanı BAMF-ın ECOSOC-un QHT Bölməsinə Məşvərətçi Statuslu üzvlük məsələsi müzakirə olunmuş və təşkilatın bütün sənədlərinin tam qaydasında olduğu, növbəti ilin yanvar ayında keçiriləcək müzakirələr zamanı heç bir problem olmayacağına ümid etdiyini bildirmişdir. Eyni zamanda xanım Mezoui qeyd etmişdir ki, bu quruma üzv olmaqla BMT-nin digər strukturları ilə və eləcə də BMT-nin proqram və vəzifələrinə uyğun olaraq sosial-iqtisadi, mədəni və təhsil, vətəndaş cəmiyyətinin inkişafı sahələrində birgə əməkdaşlıq etmək imkanları daha da genişlənəcəkdir. Daha sonra QHT Bölməsinin rəhbəri bir neçə ay bundan əvvəl İstanbulda Azərbaycan Respublikasının prezidenti ilə keçirdiyi görüşü məmnunluq hissi ilə xatırlamış və növbəti ildə Azərbaycanda QHT Forumun illik tədbirinin birlikdə keçirilməsi təklifi ilə çıxış etmişdir. Görüşdə Azərbaycanda vətəndaş cəmiyyəti və onun inkişaf dinamikası da əsas müzakirə mövzularından biri olmuşdur. Görüş zamanı BAMF-ın sədri BMT-nin strukturlarına, Avropanın nüfuzlu qurumlarına üzv olunması, birgə fəaliyyət göstərilməsi QHT-lərin beynəlxalq təşkilatlara inteqrasiya olunması istiqamətində mühüm addım olduğunu diqqətə çatdırmışdır.



17-20 oktyabr 2006-cı il tarixlərdə BAMF-ın sədri ABŞ Dövlət Departamentində Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İşlər idarəsinin rəhbəri cənab Riçard Kidd, İctimai-Özəl Tərəfdaşlıq Proqramının direktoru cənab Ceyms Lourenso, İctimai Əlaqələr şöbəsinin müdiri cənab Con Stivenson, həmin idarənin Proqram Meneceri xanım Deborah Netland və digər rəsmilərlə bir sıra görüşlər keçirmiş, ölkədə mina aksiyası, həyata keçirilən layihələr, vətəndaş cəmiyyətinin inkişafı və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Görüşlərdə BAMF-ın sədrini xanım Deborah Netland müşayiət etmişdir. Eyni zamanda ABŞ Dövlət Departamenti tərəfindən dəvət olunanlar 18 oktyabrda Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İşlər idarəsi tərəfindən təşkil olunmuş seminarda iştirak etmiş, ərizələrin hazırlanması, proqramların idarə olunması və hesabatların təqdim olunması proseduraları ilə yaxından tanış olmuşdur. Amerika səfərinin faydalı olmasını xarakterizə edən ən əsas amillərdən biri də BAMF və ABŞ Dövlət Departamentinin Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İşlər idarəsi arasında İctimai-Özəl Tərəfdaşlıq proqramına qoşulmaq haqqında müqavilə imzalanması olmuşdur. Bəşəriyyəti mina problemindən azad etmək və humanitar mina aksiyasını genişləndirmək məqsədilə 50 beynəlxalq ictimai təşkilatı özündə birləşdirən bu tərəfdaşlıq proqramı humanist missiyaya xidmət edir. 2000-ci ildən mina aksiyasına cəlb olunmuş BAMF-ın tərəfdaşlıq proqramına qoşulması və bu ailənin bir üzvü olması ölkədə humanitar mina aksiyasının daha da inkişaf etməsinə öz töhfəsini verəcəkdir.

BAMF-ın Mətbuat xidməti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə