Barbituratlarin benzodiazepinləRLƏ MÜqayisəvi xüsusiyyəTLƏri barbituratlar




Yüklə 55.95 Kb.
tarix26.04.2016
ölçüsü55.95 Kb.
BARBITURATLARIN BENZODIAZEPINLƏRLƏ MÜQAYISƏVI XÜSUSIYYƏTLƏRI

BARBITURATLAR

BENZODIAZEPINLƏR

Yuxugətirici maddələrinin ən klassik nümayəndələrindən biri barbitur turşusu törəmələri- barbituratlardir. Onlar kimyəvi quruluşca malon turşusu və sidik cövhərindən ibarət olub, ilk dəfə Adolph von Baeyer tərəfmdən 1864-cü ildə almmışdır. {Əslirıdə kimyəvi quruluşuna görə malonilsidikcövhəri adlandırılmalı olan bu qrupa nəyə görə (hansısa farmakoloji xüsusiyyətləri və ya digər səbəbə) barbituratlar adı verilməsi xüsusi maraq doğurur. Bu haqda müxtəlif fərziyyələr söylənilsə də, elmi əsaslara söykənmədiyinə görə, bu dərman qrupuna verilən adın mənası uzun illər elmdə qaranlıq qaimışdır. Tarixi sənədlərə istinadən apardığımız tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir ki, Adolph von Baeyer bu maddələr qrupuna barbituratlar adını verməsi çox güman ki, dini etiqadlara bağlı olan və Allahı sevən bu böyük alimin rastlaşdığı aşağıdakı təsadiiflə bağlı olmuşdur. O, çəkdiyi zəhmətin bəhrəsini gördüyü və aldığı maddəyə "əbədilik" nəsib olsun deyə 17 dekabr 1864-cü ildə “İbadətgahda” ('Tavern") Allaha dua edirmiş. Bu məbəd artilleriya zabitlərinin yaşadığı yerə yaxın olduğundan, dindar zabitlər də dini. ayinləri icra etmək (ibadət etmək) üçün dövrü olaraq ora yığışırdılar. Həmin gün (17 dekabr) provoslavlar üçün əziz olan və xatirəsini hər il Aliaha ibadətlə yad etdikləri müqəddəs, din şəhidi (qadın) "Barbara (Varvara) günü”nə təsadüf eidiyindən ibadətgahda çoxlu artilleriya zabitləri də olur. Adoiph von Baeyerin yeni maddə aldığını eşidən dindar zabitlər bu maddənin uzunömürlü olması və gələcəkdə insanlara fayda verməsi üçün, alimə onu müqəddəs Barbaranın şərəfinə barbituratlar adlandırmağı məsləhət görürlər. Qatı dindar olan Adolph von Baeyer bu təklifı böyük məmuniyyətlə qəbul edir. (Müqəddəs din şəhidi Barbara İliopole şəhərində anadan olmuş və b.e.əvvəl, 306-ci ildə imperator Maksimianın hakimiyyəti dövründə öldürülmüşdür. O dövrünün çox məşhur, varlı, tanınmış şəxsi olan Dioskoranın yeganə qızı olmuşdur. Dini etiqadına görə qatı bütpərəst olan Dioskora öz qızını xristianların təsirindən ciddi cəhdlə qoruyurdu. Buna baxmayaraq, öz zəkası və ağlı ilə ətrafdakılardan seçilən Barbara bütlərə etiqadı- çoxallahlığı qəbul etmirdi. O, daima öz ürəyində olan yeganə, lakin dərk edə bilmədiyi, naməlum Allahmı axtarır və ona olan sonsuz sevgisilə yaşayırdı, Xasiyyətindəki qəribəliyi onun təkliyində görən atası Dioskora bu səbəbdən qızını ərə verməyə çox çalışır. Lakin Barbara ərə getmək haqqında fikirləşmək belə istəmir. Belə olduqda, ata məhəbbəti üstün gəlir. Qızının düşdüyü vəziyyətə onun təkliyi səbəb olduğuna qəti inanan Dioskora onu sərbəst buraxır və icazə verir ki, qızı istədiyi yerə getsin. Barbara xristianlarla tanış olur. Xristianlar ona İsus Xristanın ilahi elminin sirlərini açırlar. Ürəyi daima həqiqəti axtaran Barbara İsusun insanlığı əzablardan qurtaracagı xəbərini böyük sevinclə qəbul edir və tezliklə xristian olur. Qızının xristian dinini qəbul etdiyini eşidən qatı bütpərəst Dioskor bunu bağışlanılmaz xəyanət hesab edir. Öz dini əqidəsinə sədaqət rəmzi olaraq, Barbaranın öldürülməsinə qərar verir və öz əllərilə onu "zülümkarlar divanına"- qanunvericiyə təslim edir. Qanunverici Martian Barbaranın hədsiz gözəlliyi qarşısında sarsılır. Bu səbəbdən də o, Barbaranı xristian dinindən döndərməyə çox çalışır. Söyləyir ki, xristian dinindən əl çəkməsə onu çox əzablı və dəhşətli ölüm gözləyir. Qanunvericiyə cavabında Barbara öz AUahı və Xilaskarı yolunda hər cür əzablı ölümü böyük sevinclə qəbul edəcəyini bildirir. Belə olduqda bu müqəddəs qadına bütün gün ərzində çoxlu əzablar verir və axşam onu qaranlıq zindana atırlar. Gecə onun görüşünə Yaradanın Özü gəlir. 0, Barbaraya təsəlli verir, onu ruhlandırır, yaralarını sağaldır. Ertəsi gün bu müqəddəs qadına daha şiddətii əzablar verirlər. O, bu əzablara elə mərdliklə dözür ki, hətta, bu mənzərəni seyr edən insan kütləsi içərisindən bir nəfər- Yulianiya adlı qız irəii çıxaraq, xristian dinini qəbul etdiyini elan edir. Bu qızı da tutaraq Barbaranın yanında ağacdan asır və ona da dəhşətli fıziki əzablar verməyə başlayırlar. Sonra hər ikisinin başını kəsirlər. Qəribə də olsa, bu an çox şiddətli fırtına başlayır və ildırım vurmasından Dioskora və Martian elə yanırlar ki, hətta, sümükləri belə qalmır. Bu hadisə insanları heyrətləndirir və hər iki qadmı onların gözündəmüqəddəsləşdirir. Onlar Barbara və Yulianiyanı müqəddəs din şəhidləri adlandırırlar. Müqəddəs Barbara Türkiyədə İstanbul şəhərində (o dövrlərdə bu şəhər Konstantinopol adlanırdı) dəfn olunmuşdur. Sonralar onun cəsədi müqəddəs Vladimirin nəvəsi və böyük knyaz Svyatopolkun arvadı olan yunanıstan kraliçası Varvara tərəfındən Kiev şəhərinə gətirilmiş və Vladimirsk kilsəsində dəfn olunmuşdur. Maraqlıdır ki, praktik təbabətdə yuxugətirici maddə kimi istifadə olunmaq üçün barbituratlarm ilk nümayəndəsi kimi dietilbarbitur turşusu və ya barbital (veronal adı altmda) yalmz 1903-cü ildə, yəni barbituratlarm sintezindən təqribən yarmı əsrə yaxm bir müddət keçəndən sonra Fischer və von Mering tərəfindən tövsiyə olunmuşdur. Bu sıranm ikinci klassik nümayəndəsi fenobarbital (luminal adı altında) daha on il sonra, 1912-ci ildə (eyni vaxtda və biri-birindən xəbərsiz üç alim - Loewe, Juliusburger və Impens tərəfmdən) klinikada istifadə olunmağa başlamışdır. Uzun illər barbituratlar qrupunun nümayəndələri əsas yuxugətirici dərman maddələri hesab olunurdu və onlara qarşı maraq çox böyük idi. Sonralar digər kimyəvi qruplardan olan (xüsusən, benzodiazepin törəmələri) yeni, daha effektiv və təhlükəsiz preparatlarm alınması və praktikaya tətbiqilə əlaqədar olaraq, barbituratlarm funksional mənşəli yuxu pozğunluqları zamanı istifadəsi əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Buna baxmayaraq, barbituratlar hipno-sedativ maddə kimi bu gün də praktik dəyərini saxlamaqdadır. Onlardan, həmçinin, tibbin digər sahələrində də (məs. anesteziologiya praktikasmda, epilepsiya zamanı və s.) geniş istifadə olunur.

Barbituratları hipnotik təsirlərin davam etmə muddətinə gorə

aşağıdakı dörd qrupa bolurlər:

1. Uzunmuddətli təsir gostərən preparatlar (6 saat və daha çox)



Feııobarbital (Luminal)

2. Orta muddətli təsir gostərən preparatlar (3-6 saat)



Pentobarbital (Nembutal), Allobarbital, Amobarbital, Butalbital,

Siklobarbital

3. Qısa muddətli təsir gostərən preparatlar (3 saatdan az)



Sekobarbital (Sekonal), Heksobarbital

4. Çox qısa muddətli təsir gostərən preparatlar (15 dəqiqəyə qədər)

Tiopental məhlulu, Metoheksital mdhlulu

Barbitur turşusu törəmələri qrupunun ayrı-ayrı nümayəndələrinin təsir mexanizmləri arasmda prinsipial fərqlər mövcud deyildir. Bu preparatlar biri-digərindən təsirlərinin latent dövrü, şiddəti, davam etmə müddəti və tibbin ayrı-ayrı sahələrində istifadə olunmaları kimi bəzi cəhətlərinə görə fərqlənir. Məsələn, təsiri uzunmüddətli olduğuna görə, fenobarbitalı axşam saatlarmda qəbul etdikdə, törətdiyi depressiv hal növbəti gün də (gündüz saatlarmda) davam edir. Odur ki, fenobarbitaldan yuxugətirici dərman maddəsi kimi deyil, əsasən, epilepsiyanm müalicəsində istifadə olunur; üçüncü qrupdan olan preparatlar qısa müddətli təsir göstərdiyindən, hipnotik maddə kimi praktik əhəmiyyət kəsb etmir; dördüncü qrupa aid edilən preparatiarın təsiri isə çox qısadır. Bu səbəbdən də onlardan hipnotik və sedativ təsirli maddə kimi deyil, əsasən, anesteziologiyada (qısa müddətli ümumi anesteziya halı almaq üçün, v/d) istifadə edilir və s. Yuxugətirici dərman maddəsi kimi üstünlük 2-ci qrupa aid edilən preparatlara verilir. Barbituratlar qrupunun bütün nümayəndələri kiçik dozalarda sedativ effekt törədir, spontan hərəki aktivliyi və zehni fəaliyyəti zəiflədir, qorxu və həyəcan hissini azaldır, bəzən, eyforiya törədə bilir. Bu preparatlar sedativ effekt törədən dozaiarda belə, etanolun (etil spirti) törətdiyi sərxoşluq və ataksiya halım gücləndirir. Onlarm dozasmm artırılması yuxugətirici- hipnotik effekt törədir. Barbituratlarm törətdiyi hipnotik effekt QAYT sisteminə göstərdikləri təsirlə əlaqələndirilir. Onlar barbiturat-benzodiazepin-QAYT reseptor kompleksinin allosterik mərkəzilə qarşıhqlı əlaqəyə girərək, hər ik i tip (QAYTa v ə QAYTb) reseptorlarmm həssaslığmı (affmlik xüsusiyyətini) yüksəldir. Nəticədə xlor ionu neyronal membran kanallarımn açılması və bu ionlarm hüceyrədaxilinə keçməsi sürətlənir. Bu isə QAYT sisteminin aktivləşməsi, başqa sözlə QAYT-mimetik təsir effektinin meydana çıxması və son halda analoji mexanizmlə (benzodiazepin qrupu trankvlizatorlarmda olduğu kimi) hipnotik effektin baş verməsinə səbəb olur. Bəzi müəlliflərin fıkrincə barbituratlarm yuxugətirici təsirinin meydana çıxmasmda onlarm oyandırıcı aminturşu mediatorları (qlutamat, aspartat və s.) ilə antaqonistlik xüsusiyyətləri də əhəmiyyətli rol oynayır. Göstərilənlərlə yanaşı, barbituratlarm hipnotik təsir effektinin meydana çıxması haqqında digər nəzəriyyə və elmi fikirlər də mövcuddur. Bizə belə gəlir ki, burada həlledici rolu məhz baş beyinin aminturşu mediatorlar sistemi və çox güman ki, oyandırıcı (aspartat, qlutamat) və tormozlayıcı (QAYT, taurin, qlisin) neyromediator proseslər arasmdakı dinamik tarazlığm ikincilərin xeyrinə dəyişməsi oynayır (bax.: bölmə III.3.1.5.). Şübhəsiz ki, bu sistemlər arasmda tarazlığm ikincilərin xeyrinə ilkin keyfıyyət dəyişikliyi (məs., barbituratlarla müdaxilə zamanı), MSS-də tormozlayıcı proseslərin qüvvətlənməsi hesabma sakitləşdirici və hipnotik effektlərlə müşahidə olunmalıdır. Hərgah neyromediator proseslər arasmda dəyişikliklər daha da dərinləşərsə, bu halda özünü müxtəlif və ciddi simptomlarla göstərən. ağır psixonevroloji pozğunluqlar meydana çıxa bilər. Çox güman ki. məhdud neyromediator sistemlərə (məs., benzodiazepinlərdən fərqli olaraq) deyil, baş beyində əksər neyroraediator prosesbrə (xüsusən, aminturşu mediatorlarma) total təsirlərinin nəticəsidir ki, barbituratların təsir effektləri çoxşaxəli, hipnotik təsir spektrləri isə digər yuxugətirici dərman maddələrindən əhəmiyyətli dərəcədə fərqlidir. Onlarm törətdiyi yuxu da təbii yuxudan xeyli dərəcədə fərqlənir. Barbituratlar yuxuya getməni yaxşılaşdırır, yuxunun strukturunu pozur. Odur ki, barbituratlardan istifadə zamanı xəstələrdə çoxlu yuxugörmələr (xüsusən, qorxulu yuxular), tez-tez yuxudan ayılma, gündüzlər yuxululuq, əzginlik, nistaqm, hərəkətin koordinasiyası pozğunluğu, böyük dozalarda isə tənəffüsün pozulması, damar kollapsı, bədən temperaturunun aşağı düşməsi, sidik ifrazmm ləngiməsi və s. kimi arzuolunmaz əlavə effektlər müşahidə oluna bilir. Bəzi xəstələrdə paradoksal hal, yəni sakitləşmək, yuxulamaq əvəzinə, oyamqlıq halı müşahidə olunur. Barbituratlarm qəbulunun dayandırılması (xüsusən, birdən) "kəsilmə" sindromunun, başqa sözlə, tam yuxusuzluq halınm meydana çıxmasma səbəb ola bilər. Tibbdə barbituratlardan, həmçinin, beyin travması, beyin ödemi, kəllədaxili təzyiqin yüksəlməsi, hemolitik sarılıq, xolestaz və yenidoğulmuşlarda hiperblirubinemiyanm müalicəsində də istifadə olunur. Barbituratlar qrupurıun klassik nümayəndəsi fenobarbital preparatıdır. Hazırda ondan yuxugətirici maddə kimi deyil, mərkəzi mənşəli digər patoloji proseslərdə, xüsusən, epilepsiya xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə olunur (bax.: epilepsiyaəleyhinə maddələr). Buna baxmayaraq, bu sıranın tipik nümayəndəsi olduğuna və farmakologiyası barbituratların digər nümayəndələri üçün də səciyyəvi olduğuna görə, onun haqqında daha geniş məlumat verməyi məqsədəmüvafiq hesab edirik. Fenobarbitalı hipnotik maddə kimi yetkin şəxslərə 100-200 mq, uşaqlara isə yaşdan asılı olaraq 5-7,5 mq dozalarda, yatmazdan 30-60 dəqiqə əvvəl təyin etmək olar. Qanda ən yüksək qatılığı daxilə təyindən 1- 2 saat sonra toplanır və baş verən yuxu 6-8 saata kimi davam edir. Fenobarbital orqanizmin müxtəlif üzv və sistemlərində, əsasən, bərabər paylanır və digər orqanlarla müqayisədə ən az qatılıqda beyin toxumasında toplanır. Preparatın bu xüsusiyyəti onun təsir mexanizminin əsasında baş beyin mediator sistemlərində reseptorlar səviyyəsində gedən dəyişikliklərin durduğunu təsdiq edir. Başqa sözlə desək, fenobarbitala qarşı həssas olan reseptorlar baş beyində yeriəşir və preparatın hipnotik təsiri bu törəmələrin aktivləşməsi fonunda müvafiq neyromediator proseslərdə (çox güman ki, aminturşu mediatorları sistemində)gedən dəyişikliklərin nəticəsi kimi meydana çıxır. Barbituratlarm digər nümayəndələri kimi, fenobarbitala öyrəşmə halı da (gündəlik qəbulda) təqribən 2 həftədən sonra baş verir, dərman asılılığı isə adətən 1-2 aydan sonra meydana çıxır. Preparat kumulyativ təsirə rnalikdir və qaraciyərdə mikro somal fermentlərin (CYP3A4 və CYP2C9-un) induksiyasını törədir. Alkoqolizmdə, miasteniya zamanı, qaraciyər və böyrəklərin kəskin üzvi xəstəlikləri, eləcə də hamiləliyin birinci 3 ayı müddətində və südəmər uşağı olan analara təyini əks göstərişdir. Heterosiklik birləşmələr qrupundan olan yuxugətirici maddələrə. həmçinin, kimyəvi quruluşca barbituratlara uyğun, piperidin törəməsi noksiron aid edilir. Preparat sakitləşdirici və sedativ təsir göstərir, Mxolinoblokadaedici xüsusiyyətlərə malikdir. Uzunmüddətli qəbulda öyrəşmə və dərman asılılığı (psixi və fıziki) törədə bilər. Hipnotik təsiri barbituratlardan zəif, törətdiyi əksər arzuolunmaz əlavə effektləri isə onlara uyğundur. Barbituratlardan heç bir üstünlüyü olmadığma, əksinə bu preparatlarla müqayisədə yuxugətirici təsiri zəif olduğuna görə, noksironun istifadəsi məhduddur. Piperidin törəmələri qrupunun qlutetimid və metiprilon kimi nümayəndələrində də (preparatlar müvafıq olaraq 1954 və 1955-ci illərdə alınmışdır) yüksək yuxugətirici təsir vardır və bəzi hallarda bu preparatlardan da hipnotik təsirli maddə kimi istifadə olunur. III.3.3.3. Aldehidlər qrupundan



Benzodiazepinlərdən praktik təbabətdə, əsasən, anksiolitik təsırli maddələr kimi istifadə olunsa da, bu qrupun demək olar ki, bütün nümayəndələrində bu və ya digər dərəcədə sakitləşdirici (sedativ) və yuxugətirici təsir vardır. Yuxu fazalarmn dinamik tarazlıq və faiz nisbətlərində ciddi kəmiyyət və keyfıyyət dəyişiklikləri törətmədiyinə görə, benzodiazepinlər hazırda yuxugətirici maddələrin tibbdə ən geniş istifadə olunan nümayəndələri hesab olunur. Onlar (əsasən, təsnifatda göstərilən preparatlar) müxtəlif mənşəli yuxu pozğunluqlarmda effektiv təsir göstərir və arzuolunan farmakoterapevtik effektin meydana çıxmasma təminat verir. Benzodiazepinlərin hipnotik təsiri aşağıdakı mexanizmlə baş verir: baş beyində müxtəlif subpopulyasiyalı (BZ-1 və BZ-2) benzodiazepin reseptorları ilə birləşir (bu reseptorlarm ekzogen liqandı hesab olunur) və bu strukturlaıı aktivləşdirir. Benzodiazepin reseptorlarmm oyanması, bu reseptorlarla qarşılıqlı əlaqədə olan QAYT sisteminin reseptor səviyyəsində aktivləşməsinə səbəb olur. QAYT-mimetik təsir effekti meydana çıxır. Nəticədə MSS hüceyrələrinin total funksional aktivliyi zəifləyir, beyin kötüyü retikulyar aktivləşdirici sistem hüceyrələrinin bioloji fəallığı süstləşir və hipnotik təsir meydana çıxır (benzodiazepinlər haqqmda daha geniş məlumat trankvlizatorlar bəhsində verilmişdir). Benzodiazepinlər qrupu yuxugətirici maddələrin tipik nümayəndəsi nitrazepamdır. Yuxugətirici maddə kimi yetkin şəxslara 5-10 mq dozalarda oral yolla yatmazdan 30 dəqiqə əvvəl təyin olunur (birdəfəlik maksimal qəbul dozası 20 mq-dır). Yaşlı şəxslərə təyin edildikdə birdəfəlik istifadə dozası 2,5-5 mq-dan çox olmamalıdır. Yuxu preparatın qəbulundan 20-45 dəqiqə sonra başlayır və təqribən 6-8 saata qədər davam edir. Ondan müxtəlif mənşəli yuxu pozğunluqlan, dəcə də nevrozlar, həyəcanla keçən psixopatiyalar, epilepsiyanm kompleks müalicəsi, həmçinin, premedikasiya məqsədilə anesteziologiya praktikasmda və cərrahiyyə əməliyyatmdan sonrakı dövrdə istifadə oluna bilər. Gündüzlər yuxululuq, əzginlik, ataksiya, baş ağrısı, başgicəllənmə, koordinasiya pozğunluğu, bəzi hallarda isə öyümə, qusma, taxikardiya, dəri-allergik reaksiyalar törədə bilər. Preparatm qəbulu fonunda meydana çıxa bilən qeyd etdiyimiz arzuolunmaz əlavə effektlər, əsasən, zəifləmiş şəxslər və yaşlı adamlar arasmda müşahidə olunur. Qaraciyər və böyrəyin ağır üzvi xəstəlikləri və hamiləliyin birinci 3 ayı müddətində nitrazepamm istifadəsi əks göstərişdir. Flunitrazepam kimyəvi quruluşuna görə nitrazepama oxşar maddədir və ondan molekulunda əlavə fluor atomu və CH3 qrupunun olması ilə fərqlənir. Farmakoloji xüsusiyyətləri də nitrazepama uyğundur. Hipnotik təsiri nitrazepamdan güclüdür və uzunmüddətii təsir göstərən yuxugətirici maddə hesab olunur. Yuxu preparatm qəbulundan sonra 8 saata qədər davam edir. Yuxugətirici təsirlə yanaşı sedativ, miorelaksasiyaedici və qıcolmaəleyhinə effektlər də törədir. Ondan müxtəlif etiologiyalı yuxu pozğunluqları, eləcə də nevroz və psixopatiyalarda istifadə olunur. Hipnotik maddə kimi yatmazdan 20-30 dəqiqə əvvəl 1-2 mq dozalarda (yaşlı adamlara 0,5 mq dozada) daxilə (oral yolla) təyin oiunur. Preparatın parenteral (ə\d və ya v/d) inyeksiyasmdan premedikasiya məqsədilə istifadə olunur. Bu halda mq/çəki (15-30 mq/kq) nisbətilə dozalamr. Preparatla aparılan müalicə kursu dövründə başgicəllənmə, ataksiya, dispepsiya, libidonun azalması və allergik reaksiyalar kimi əlavə effektlər meydana çıxa bilər. Mərkəzi mənşəli ümumi tormozlanma halı törətmə potensialı nitrazepamla müqayisədə zəifdir. Təkrari qəbulda öyrəşmə və dərman asılılığı törətmə riski vardır. Qaraciyər və böyrəklərin ağır xəstəlikləri, eləcə də miasteniya və hamiləlik zamam nitrazepamm istifadəsi əks göstərişdir. Temazepam orta müddətli təsir göstərən yuxugətirici maddə hesab olunur. Daxilə qəbulda mədə-bağırsaq traktmdan sürətlə və tamamilə absorbsiya olunur. Metabolizmə qaraciyərdə məruz qalır və qeyri-aktiv metabolitlər halında böyrəklər vasitəsilə orqanizmdən xaric olur. Hipnotik maddə kimi ondaıı, əsasən, yuxuyagetmənin pozğunluğu müşahidə olunan hallarda istifadə olunur. Temazepam, həmçinin, nevrozlar, nevrasteniya və involyusion depresiya zamanı da müaücəvi təsir göstərir. Yuxu törətmək məqsəailə yatmazdan əvvəi 10-20 mq dozalarda daxilə (ağızdan) təyin olunur. Bu doza diapazonunda demək olar ki, nəzərəçarpacaq arzuolunmaz əiavə effektlər törətmir. Bununla yanaşı, preparatm qəbulu bəzən yuxululuq, dispepsiya, yaddaşm pisləşməsi, görmənin pozulması, qaraciyər və böyrək funksiyalarmda dəyişikliklər, eiəcə də qanyaranmanm süstləşməsi və allergik reaksiyalarm meydana çıxmasma səbəb ola bilər. Miasteniya, qaraciyər və böyrəklərin ağır üzvi pozğunluqları, alkoqol intoksikasiyası, ağciyərlərin obstruktiv xəstəlikləri, anemiyalar və hamiləlik zamam preparatm istifadəsi əks göstərişdir. Flurazepam flunitrazepam kimi fluorfenil törəməli benzodiazepinlər qrupunun nümayəndəsidir. Çox uzunmüddətli (>24 saat) təsir göstərən yuxugətirici maddədir. Odur ki, əsasən, səhərlər yuxudan çox erkən duran, eləcə də gündüzlər nevroloji durumu ağır olan (qorxu, həyəcan, gərginlik hissi keçirən) xəstələrə verilməsi məsləhət görülür. Oral yolla təyin olunur. Hipnotik kimi yatmazdan əvvəl 15-30 mq dozada qəbul edilir. Preparatla aprılan kurs müalicəsi 7-10 gündən artıq olmamalıdıır. Mədə-bağırsaq traktmdan yaxşı sorulur. Başgicəllənmə, baş ağrısı, yaddaş və düşüncənin pozulması, ataksiya, depresiya, döş, mədə və bağırsaq nahiyələrində ağrı, dizuriya və qəbizlik kimi əlavə effektlər törədə bilər. Tənəffüs pozğunluğu və hamiləlik zamanı, eləcə də alkoqol və sedativ maddələrə qarşı paradoksal reaksiyalar müşahidə olunan şəxslərə təyini əks göstərişdir. Sibazon benzodiazepinlər qrupunun klassik və daha yaxşı öyrənilmiş nümayəndəsidir. Yuxugətirici maddə kimi onu yetkin şəxslərə yatmazdan 15-30 dəqiqə əvvəl, 5-15 mq dozada oral yolla təyin edirlər. Preparatm praktik əhəmiyyət kəsb edən cəhətlərindən biri, bu qrupun digər nümayəndələrindən fərqli olaraq, axşam saatlarında təyini zamanı, mədə şirəsi sekresiyasmı azaltmasıdır. Onda, həmçinin, antiaritmik təsir də vardır. Sibazona xas olan bu xüsusiyyətlər anamnezində mədə xorası və ya ürəyin ritm pozğunluğu olan şəxslərə anksiolitik və ya hipnotiklərin təyini göstəriş sayılan hallarda, digər preparatlarla müqayisdə onun istifadə imkanlarmı genişləndirir. Fenazepamm hipnotik təsiri sibazondan təqribən beş dəfə güclüdür və bu cəhətdən demək olar ki, nitrazepama ekvivalent preparat hesab olunur. Yuxu törətmək məqsədilə onu yatmazdan 20-30 dəqiqə əvvəl 0,25-1 mq dozada oral yolla təyin edirlər (lazım gələrsə doza 2,5 mq-a qədər artırıla bilər). Preparatın, əsasən, genezində, psixogen komponentdə törənən dəyişikliklərin üstünlük təşkil etdiyi yuxu pozğunluqları zamanı istifadəsi məsləhət görülür. Fenazepam və sibazon (eləcə də digər benzodiazepinlər) haqqmda daha geniş məlumat anksiolitik maddələr bölməsində verilmişdir (bax.: trankvlizatorlar). Benzodiazepinlər qrupunun qısa müddətli yuxugətirici təsir göstərən nümayəndələri triazolam və midazolam preparatlarıdır. Daxilə qəbulda mədə-bağırsa traktmdan sürətlə və tamamilə sorulurlar. Onlarm orqanizmdə yarımparçalanma dövrü müvafıq olaraq 2-5 və 2-3 saatdır. Təsirləri qısa olduğuna görə, benzodiazepinlərin digər nümayəndələrilə müqayisədə, gündüzlər demək olar ki, sedativ effekt törətmir və ya bu təsirləri çox zəifdir (yuxugətirici kimi bu məqsədlə sintez olunmuşlar). Metabolizmə qaraciyərdə məruz qalır, triazolam qeyri-aktiv metabolitlər, midazolam isə konyuqatlar halında böyrəklər vasitəsilə orqanizmdən xaric olur. Onlardan uzun müddət istifadə etdikdə, dərman qəbulunun birdən kəsilməsi əks effektə- yuxusuzluğa səbəb ola bilər. Bu hal digər benzodiazepinlərin qəbulu zamanı da meydana çıxır, lakin bəzi tədqiqatçılarm fikrincə daha çox triazolom və midazolamm istifadəsi zamam müşahidə olunur. Triazolam enteral (ağızdan) yolla təyin olunur. Onu yuxugətirici maddə kimi yatmazdan 30 dəqiqə əvvəl 0,25-0,5 mq dozada qəbul edirlər (yaşlı adamlara təyin etdikdə birdəfəlik istifadə dozası 0,125-0,25 mq- dan artıq olmamalıdır). Nitrazepamla müqayisədə daha az hallarda benzodiazepinlərə xas olan əlavə effektlər (gündüzlər yuxululuq, koordinasiya pozğunluğu, ataksiya, yaddaş və görmə pozğunluğu və s.) törədir. Triazolamdan istifadə etdikdə nəzərə almaq lazımdır ki, o, alkoqol, analgetiklər, neyroleptiklər, barbituratlar, miorelaksantlar və antihipertenziv maddələrin təsirini qüvvətləndirə, hepato- və nefrotoksik preparatlarm əlavə effektlərini artıra bilər. Miasteniya, alkoqol intoksikasiyası, epilepsiya, hiperkineziya, ağciyərlərin obstruktiv xəstəlikləri, eləcə də qaraciyər və böyrəklərin ağır üzvi pozğunluqları zamam triazolamm istifadəsi əks göstərişdir. Midazolam yuxugətirici maddə kimi, əsasən, yuxuya getmənin çətinləşməsilə müşahidə olunan hallarda təyin olunur. Bu məqsədlə onu yatmazdan əvvəl 7,5-15 mq dozalarda daxilə qəbul edirlər (tableti çeynəmək olmaz, onu az miqdarda su ilə birlikdə içirlər). Nəzərə almaq lazımdır ki, preparatm daxilə qəbulu bəzən paradoksal reaksiyalara (gərginlik, həyəcan, aqressivlik və s.), eləcə də qıcolma, tremor, arterial təzyiqin enməsi, taxikardiya, allergik reaksiyalar və s. kimi arzuolunmaz effektlərə səbəb ola bilər. Midazolama xarakter xüsusiyyəti çox güclü yuxugətirici- narkotik təsirə malik olmasıdır. Odur ki, anesteziologiya praktikasmda da midazolamdan geniş istifadə olunur. Bu halda premedikasiya məqsədilə onu parenteral yolla (ə/d və ya v/d) cərrahi müdaxiləyə 30-60 dəqiqə qalmış 0,07-0,1 mq/kq dozalarda (uşaqlara 0,08- 0,2 mq/kq dozalarda) monopreparat kimi, ya da M-xolinoblokatorlar və analgetiklərlə birlikdə təyin edirlər. Ümumi anesteziyaya giriş maddəsi kimi cərrahi müdaxilənin başlanmasma 5-10 dəqiqə qalmış 0,1- 0,4 mq/kq dozalarda analgetiklərlə birlikdə v/d inyeksiya olunur (uşaqlara 0,15-0,2 mq/kq dozalarda ketaminlə birlikdə təyin olunur). Midazolamun v/d inyeksiya zamanı bəzən tənəffüsün blokadası və qan dövranımn pozğunluğu baş verə bilər. Odur ki, preparatm v/d inyeksiyası yalnız tənəffüs və qan-damar sisteminin fəaliyyətinə ciddi nəzarət edilməklə aparılmalıdır. Zərurət yarandığı hallarda süni tənəffüsə keçilməli, eləcə də benzodiazepinlərin spesifık antidotu- flumazenilclən istifadə olımmalıdır. Midazolam antidepressantlar, analgetikhr və neyroleptiklər kimi mərİcəzı təsirli maddəiərin, eləcə də ümumi anesteziyada istifadə olunan preparatlarm təsirini qüvvətləndirə bilir. Simetidin, eritromisin və amiodaron kimi maddələr midazolamm orqanizmdən xaric olmasmı süstləşdirməklə onun toksiki təsiriərini artıra bilər. Miasteniya, ağır depresiyalar, baş beyinin üzvi pozğunluqları və ağciyər çatışmazlığı zamanı istifadəsi, eləcə də hamiləliyin birinci 3 ayı müddətində təyini məsləhət görülmür. Benzodiazepin törəmələri qrupunun təkcə yuxarıdakı təsnifatda verilmiş nümayəndələri deyil, eləcə də bu sıradan olan digər preparatlar da əksər farmakokinetik və farmakodinamik təsir xüsusiyyətlərinə görə biri-birinə oxşar maddələrdir. Onlarm dernək olar ki, hamısmm təsir spektrində bu və ya digər dərəcədə hipnotik komponent vardır. Təsir mexanizmlərində prinsipial fərqlər olmasa da, bu preparatlar biri-digərindən yalnız istifadə dozaları və qəbul qaydaları, metabolizmi, anksiolitik və hipnotik effektlərinin gücü və davametmə müddəti, eləcə də bəzi digər farmakoloji xüsusiyyətlərinə görə fərqlənir. Dərslikdə benzodiazepinlərin anksiolitik kimi istifadə olunan nümayəndələri haqqında ayrıca bölmədə geniş məlumat verilmişdir (bax.: trankvlizatorlar). Benzodiazepin qrupundan olan istər yuxugətirici, istərsə də anksiolitik (bax.: trankvlizatorlar) kimi istifadə olunan maddələrin antaqonisti flumazenil preparatıdır. O, kimyəvi quruluşca imidazodia-zepin törəməsidir. Benzodiazepin reseptorlarma münasibətdə özünü hissəvi aqonist təsirli antaqonist kimi aparır (məsələn, benzodiazepin almamış şəxslərə 2 mq dozada venadaxili inyeksiyası anksiolitik effekt törədir). Təsir müddəti 3-5 saatdır. Bezodiazepinlər ilə ağır zəhərlənmələrdə (koma halında) 10 mq dozada v/d təyin edilir. Bu maddə benzodiazepinlərin hiptonik, sedativ və s. təsirlərini aktiv şəkildə aradan qaldırır. Kimyəvi quruluşca qeyri-benzodiazepin törəmələri qrupundan olub, farmakoloji xüsusiyyətlərinə görə benzodiazepinlərə çox oxşayan zopiklon, eszopiklon, zolpidem və zaleplon kimi yuxugətirici dərman maddələrinin də praktik istifadə imkanları yüksək qiymətləndirilir. Bu maddələrin hipnotik təsiri bilavasitə benzodiazepin reseptorları ilə qarşılıqlı əlaqələrinin nəticəsi kimi meydana çıxsa da, onlar bu reseptorlara benzodiazepinlərin bağlandığı sahədə bağlanmır. Odur ki, qeyribenzodiazepinlərin benzodiazepin reseptorları ilə qarşıiıqlı təsiri QAYT, xlor ionları və barbituratlar tərəfindən potensə olunmur. Məsələn, zolpidem və ya alpidem kimi preparatlar bu reseptorlarm hissəvi aqonistləridir və tam aqonist təsirli benzodiazepinlərə qarşı antaqonistlik göstərirlər və s. Zopiklon siklopirrolon törəməsidir, güclü hipnotik və zəif anksiolitik təsirə malikdir. Öyrəşmə və asılılıq törətmə potensialı zəifdir. Yuxugətirici kimi istifadə olunduqda, gündüzlər müşahidə edilən arzuolunmaz effektlərinin az olması baxımmdan hipnotik benzodiazepinlərdən üstün preparat hesab olunur. Təsiri QAYTa reseptorları ilə qarşılıqlı əlaqəsinin nəticəsi kimi meydana çıxsa da, bu reseptorlara bağianma yeri benzodiazepinlərdən fərqlidir. O, sürətli gedişli yuxu fazasmm (REMin) davam etmə müddətinə demək olar ki, təsir göstərmir. Yuxugətirici maddə kimi yatarkən 3,75-7,5 mq dozalarda daxilə təyin olunur. 7,5 mq dozada hipnotik təsirinin gücü 15 mq flurazepam, 5 mq nitrazepam və ya 20 mq temazepamm törətdiyi effektə müvafıqdir. Mədə- bağırsaq traktmdan sürətlə sorulur, qan plazmasmda 0,5-2 saatdan sonra ən yüusək qatılııqda toplanır. Yarımparçalanma dövrü qısadır (3,5-6,5 saat). Orqanizmdən, əsasən, böyrəklər və az miqdarda tüpürcək vəzləri vasitəsilə 24-48 saata tamamilə xaric olur. Preparatm bir neçə həftə davamlı istifadədən sonra qəbulunun birdən kəsilməsi zamanı zəif fıziki asılılıq əlamətləri meydana çıxa və yuxu pozğunluğu müşahidə edilə bilir. Bu əlamətlərin şiddət və intensivliyi flurazepam, triazolam və temazepam kimi hipnotik benzodiazepinlərin törədiyi müvafiq əlamətlərdən zəifdir. Buna baxmayaraq, preparatm 4 həftədən artıq qəbul olunması məsləhət görülmür. Yuxugətirci maddə kimi istifadəsi, dozası tədricən azaldılmaqla kəsilməlidir. Spirtli içkilərlə birlikdə təyini hipnosedativ effektini və törətdiyi psixomotor pozğunluqları kəksin dərəcədə artırdığı üçün xəstənin həyatına təhlükə yarada bilər. Odur ki, preparatla aparılan müalicə kursu dövründə spirtli içkilərin qəbulu məsləhət görülmür. Laktasiya dövründə təyin etdikdə ana südündə zopiklona təsadüf edilir (qan plazması ilə müqayisədə 2 dəfə az miqdarda). Bu hal preparatm süd əmizdirən analara təyini zamanı mütləq nəzərə almmalıdır. Ən çox müşahidə edilən əlavə effekti ağızda acı metal dadı törətməsidir (bu hal dərmanı alan şəxslərin təqribən 4%-də müşahidə edilir. Preparatdan istifadə zamam bəzən dispeptik pozğunluqlar, baş ağrısı, başgicəllənmə, yüngül psixi və hərəki pozğunluqlar da müşahidə edilə bilər. Qaraciyər xəstəlikləri zamanı kiçik dozalarda istifadə edilməsi məsləhət görülür. Eszopiklon preparatı zopiklonun S-izomeridir. Farmakoloji xüsusiyyətləri zoçiklon ç r e ç a ta tm kən 1-3 mq dozada oral yolla təyin olunur. Zolpidem təsir mexanizminə görə benzodiazepilərə və zopiklona oxşar preparatdır. Kimyəvi quruluşca tolilimidazopiridin asetamid törəməsidir. Güclü yuxugətirici və sedativ təsirlərə malikdir. Uzunmüddətli qəbulda öyrəşmə, asılılıq və tolerantlıq törətmə potensialı, eləcə də digər arzuolunmaz əlavə effektləri benzodiazepinlərdən zəifdir. Zopiklondan fərqli olaraq qıcolmaəleyhinə təsiri yoxdur və əzələ relaksasiyası törətmir. Mədə-bağırsaq traktmdan sürətlə sorulur, 2,2 saatdan sonra qan plazmasmda ən yüksək qatılıqda toplanır. Parçalanmaya qaraciyərdə məruz qalır. Yarımparçalanma dövrü hipnotik benzodiazepinlərdən, o cümlədən zopiklondan qısadır və 1,5-2,4 saata qədər davam edir. Yuxugətirici maddə kimi yatarkən 10 mq dozada per oral təyin edilir. Qaraciyər və böyrək xəstəlikləri olan şəxslərə, eləcə də yaşı 65-dən yuxarı olanlara təyin edildikdə dozası 2 dəfə azaldılmalıdır. Arzuolunmaz əlavə effektləri zopiklon preparatmm törətdiyi effektlərə uyğundur. Çox az hallarda diplopiya törədə və sidik kisəsinə mənfı təsir göstərə bilir. Zaleplon sioanopirazololpirimidin törəməsidir. Təsir mexanizmi bu qrupun digər nümayəndələri və benzodiazepinlərə uyğundur. Təsir müddəti zopiklon, zolpidem və triazolomdan qısadır. Bağırsaqlardan sürətlə sorulur və qaraciyərdə metabolizmə (qismən CYP3A4 tərəfmdən) uğrayır. Yarımparçalanma dövrü 1 saata qədərdir. Simetidin, ketokonazol və CYP3A4 fermentinin digər inhibitorları onun təsirini uzadır, törətdiyi effekti qüvvətləndirir. Rifampisin, eləcə də bu fermentin digər induktorları onun təsirini azaldır. Yuxugətirici maddə kimi yatmazdan əvvəl 10 mq (yaşlılarda 5 mq) dozada təyin edilir. Zaleplonu, əsasən, yuxuya getməkdə çətinlik çəkən şəxslərə təyin edirlər. Arzuolunmaz effekti bu sıranm digər nümayəndələrinin törətdiyi effektə uyğundur, lakin daha zəifdir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə