Baltik dənizi hövzəsi




Yüklə 87.54 Kb.
tarix13.04.2016
ölçüsü87.54 Kb.
Baltik dənizi hövzəsi.
Baltik dənizi onun sahillərində yerləşən ölkələr üçün çox mühüm iqtisadi əhəmiyyətə malikdir.Bu ölkələrin iqtisadiyyatı öz aralarında və regionlar arası və həmçinin dünya bazarına çıxış üçün birbaşa dəniz nəqliyyat əlaqələrinin olmasına möhtacdır.Avropa bazarlarına Baltik ölkələrini, Amerika qitəsi , Karib hövzəsi və həmçinin Afrika limanları ilə birləşdirən ən qısa dəniz yolları Baltik dənizində başlayır.
Hövzənin coğrafi mövqeyi və nəqliyyat iqtisadi xarakteristikası.
Bu hövzə Rusiya və Baltikyanı ölkələr üçün dünya okeanına çıxışdır.

Suları doqquz ölkənin sahillərini yuyan Baltik dənizinin sərhəddi Skaqen burnundan (Yutlandiya yarımadasının şimal qurtaracağı) Pater-Noster qayasından və Qaralar adasindan cənub-qərb qurtaracağından keçir.


Hövzənin coğrafi və naviqasiya səciyyəsi.
Baltik dənizi meridian üzrə uzanmış ensiz formaya malikdir.Sankt-Peterburqdan Dat boğazlarının çıxışına qədər 750 mil , dənizin orta hissəsinin eni isə 180 mil təşkil edir.Dənizin sahəsi 422 min kv km-dir.

Dünyanın dayaz sulu hövzələrindən olan Baltik dənizinin orta dərinliyi 86 metr, maksimal dərinliyi isə 459 metr Stolkholmdan cənubda yerləşən Landsort çökəkliyidir.

Sahillər və bitişik ərazilər xarakter landşafta malikdir.İsveç və Finlandiyanın sahilləri getdikcə yüksələn təpəli düzənliklərdən təşkil olunmuşdur.

Fin körfəzinin cənub sahillərinin sahil xətti az girintili –çıxıntılı olub, az miqdarda körfəz və buxtalardan ibarətdir.Sahilboyu qumlu çimərliklər , onlara paralel isə dyunlar uzanır.Dənizin əsas körfəzləri-Botnik, Fin, Riqa körfəzləridir.



Botnik körfəzi- hövzənin böyük körfəzi olub şimal istiqamətdə 360 mil quruya daxil olmuşdur.Körfəz eni 55 mil olan Şimali Kvargen boğazı ilə bir-biri ilə əlaqələnən şimal və cənub hissələrə ayrəlmışdır.Bu boğazdan 11 farvater keçir.Körfəzin cənub hissəsi Baltik dənizi ilə enli və dərinsulu Cənubi Kvargen boğazı ilə birləşir.Körfəzin Fin sahilində Aland arxipelaqı və Abo-Aland şxeri yerləşir(7 min kicik qranit ada və qayalar İsvec tərəfdən isə İsvec şxerləri.Bunlar gəmicilik üçün təhlükəlidir.

Fin körfəzi- 6.5 mil enində olub, şərq istiqamətdə 225 mil məsafədə qurunun içərisinə daxil olmuşdur.Körfəzin dərinliyi 10 metrdə 50 metr arasında dəyişir.Körfəzdə bir sıra adalar yerləşir.Onlardan mühümləri Qoqland və Kotlin adalarıdır.

Riqa körfəzi dayazsulu olub əsasən 10 metrlik izobatlarla əhatələnmişdir.Körfəzin ən dərin yeri 60 metrdir.Riqa körfəzi Fin körfəzi ilə dayazsulu Moonzund boğazı ilə, Baltik dənizi ilə isə enli İrben boğazı vasitəsilə əlaqələnir.Körfəzin girişində bir sıra adalar yerləşib.Onlardan mühümləri Şaaremaa, Xiuma, Maxu və Vormçi adalarıdır.

Bundan başqa Baltik dənizində Kursk(Litva-RF), Vislin, Qdan(Polşa),Narv(RF- Estoniya) kiçik körfəzlər, həmçinin Pomor (Polşa-Almaniya), Meklenburq(Almaniya), Kil(Almaniya),Xanebukten(İsveç) buxtaları var.

Dənizə Neva, Şimali Dvina(Dauqava), Neman, Visla,Odra(Oder) kimi iri çaylar axır.

Baltik dənizində qabarma 20 sm-dən çox olmur,gəmiçilikdə nəzərə alınmır.Səviyyənin xeyli dəyişmələri əsasən payızda qalxma-çəkilmə zamanı baş verir (S.Peterburqda 3.8 m, Kildə 3 m).

Daimi səth cərəyanları saat əqrəbinin əksi istiqamətində 0.5 uzel sürətlə hərəkət edir.

Dənizin orta-cənub hissələrində dalğalar 3-4 m hündürlüyündə , periodu 6-7 sm, uzunluğu 50-70 m olur.Boğaz ərazilərdə dalğa elementləri çox azdır.

Çayların gətirdiyi böyük su axını və az buxarlanma hövzədə müsbət su balansına və duzluluğun qeyri-bərabər paylanmasına səbəb olmuşdur.Suyun duzluluğu Fin körfəzinin şərqindən qərbə Dat boğazlarına doğru artır.Burada səth sularının duzluluğu 22% təşkil edir.

Baltik dənizi dünyanın ən dayaz dənizlərindən biridir.50 metrə qədər dərinliklər bütün sahəsinin yarıdan çoxunu təşkil edir.Orta dərinliyi 86 m, maksimal 460 m.Dənizdə çoxsaylı adalar var.Böyükləri: Qatlənd, Saarema, Xiyma, Bornxolm, Eland. Elan adası İsveç sahillərindən Kalmarsund boğazı ilə ayrılır, dərinliyi 6 m, ən dar eni 2 mildir.

Dənizdə əsas qurunt növləri lil və qumdur(dərin yerlərdə lil, dayazda qum, şxer ərazilərdə daşlı).

Dənizin suyunun temperaturu , havanın temperaturundan asılı olaraq dəyişir.Ən alçaq temperatur fevral ayında, körfəzlər buzlarla örtülür, bu zaman dənizin orta və cənub hissələrində 1-3ºC olur.Ən yüksək temperatur avqust ayında (15-170C) müşahidə edilir.

Baltik dənizi donan dənizdir.Buz adətən noyabr ayının əvvəllərində Botnik körfəzinin şimalında yaranır.İyunun əvvəllərinə qədər qalır.Buz örtüyünün ən böyük inkişafı martın əvvəllərində baş verir.Bu zaman Fin və Botnik körfəzlərinin böyük əraziləri hərəkətsiz buzlarla örtülür.Dənizin orta hissəsində buz adətən olmur.Fin körfəzi orta hesabla ildə 130 gün , Riqa körfəzi isə 80-90 gün örtülü olur.Buz mövsümünün davametmə müddəti dənizin cənub hissəsində 20-50, Dot boğazında 16-45 gün olur.Bununla əlaqədar dənizdə gəmiçiliyi saxlamaq üçün buzqıran gəmilərin xidmətindən istifadə edilir.

Baltik dənizinin şimalında ildə 50 mm yağıntı düşür, cənubuna 600 mm-dən çox , bəzi rayonlarına isə 1000 mm düşə bilir.Ən çox yağıntılar avqust ayında müşahidə edilir.

Dumanlı günlər ən çox dənizin cənub və orta hissələrində (ildə 60 gün) , ən az Botnik körfəzinin şimal hissəsində (ildə 22 gün) müşahidə edilir.

Beləliklə,Baltik dənizində üzmə yolları seçəndə dənizdə dərinliyin az olmasını, qışda buz örtüyünün mövcudluğunu və şimal hissəsində Fin və İsveç şxerlərinin olmasını xüsusi olaraq nəzərə olmaq lazımdır.
Baltik hövzəsinin digər hövzələrlə və Dünya okeanı ilə əlaqəsi.
Baltik dənizi Dünya okeanına Zund, Böyük və Balaca Belt və həmçinin Kil kanalı vasitəsilə çıxır.

Zund boğazı- ən qısa boğazdır.Onun uzunluğu 38 mil, eni 2 mildən 13 milə qədər , dərinliyi 8 m-dən(cənubda) 30 m-ə(şimalda) qədərdir.Böyük tonajli gəmilərin boğazdan gec keçmələri boğazın farvaterində 8.5 m dərinliklə əlaqədar məhduddur.

Böyük Belt boğazı- bütün gəmilərin üzməsi üçün ən əlverişli boğazdır.Onun uzunluğu 62 mil, eni 8-dən 12 milə qədər, təbii dərinliyi 12-dən 58 m-ə qədərdir.Boğazda çoxsaylı bankalar və dayazlıqlar mövcuddur.Bu səbəbdən gəmilər farvaterdə (dərinliyi 13 m) hərəkət edirlər.Bu boğaz Baltik dənizindən dünya okeanına gəmilərin daxil olması üçün ən əlverişli yoldur.Gəmi sürücüləri burada Baltik dənizinə çıxmaq üçün əsas marşrutlarını təmin edirlər.

Balaca Belt kanalı- dar və əyri-üyrüdür.Uzunlugu 68 mil, eni 0.3-dən 13 milə qədər , farvaterdə dərinlik 13 m-ə qədərdir.Boğazın əyri-üyrü olması nəticəsində burada yalnız uzunluğu 100 m-ə qədər olan gəmilər üzə bilərlər.

Kil kanalı- Baltik dənizini Şimal dənizi ilə birləşdirir.Kanal haqqında ətraflı məlumat Fəsil... –də verilib.

Baltik dəniz hövzəsi Rusiyanın və MDB ölkələrinin çay hövzələri ilə daxili su yolları vasitəsi ilə birləşib.Bu yollarda “çay-dəniz” və kicik tonnajli gəmilər üzürlər.

Baltik dənizi sahillərində Latviyanın, Litvanın, Rusiyanın, Estoniyanın limanları və dəniz daşımalar yeni inkişaf mərhələsinə kecmişlər.

Skandinaviya və Şimal dənizi ölkələrində də gələcəkdə dəniz donanmasının və limanların inkisaf ediləcəyi gözlənilir.


Baltik dəniz hövzəsiylə təmas olan rayonların iqtisadi xarakteristikası.
Baltik dəniz hövzəsinə sənaye cəhətdən inkisaf etmiş MDB ölkələrinin rayonları çıxır.Rusiyanın Şimal-Qərb rayonu, Belarusya, Baltikyanı ölkələr və Avropa.

Şimal-Qərb rayonu Rusiyanın qərb hissəsinin güclü sənaye iqtisadi kompleksidir.Onun tərkibinə daxildir: Vologod, Leninqrad,Novoqorod, Pskov vilayetleri və Kareliya.Bunlarda sənayenin müxtəlif sahələri,əsasən agır sənaye mövcuddur.

Sankt-Peterburqda (Leninqrad vilayətinin mərkəzi) maşınqayırma, metalemalı, kimyevi, taxta emal edən Rusiya müəssisələri Novoqorod və Pskov vilayətlərində mövcuddur.

Kareliyada xeyli miqdarda qranit və mərmər ehtiyatı vardır.Onun böyük ərazisi meşelerle örtülüb(87% territoriyasi), agac ehtiyatı 600 milyon m3 –dən coxdur.Kareliya Rusiya sənayesinin 8% agac və 15% sellüloza-kağız məhsullarını istehsal edir.

Mərkəzi Rusiyanın iqtisadi rayonu Moskva şəhəri başda olmaqla (baxmayaraq ki, bir başa hövzəyə çixmir) dəniz yollarina təmas edən mühüm iqtisadi rayonlardır.Rayonda çoxlu sayda sənaye müəssisələri; cihazqayırma, dəzgahqayırma, enerji-güc, nəqliyyat və kənd təsərrüfatı, maşınqayırma, yeyinti, kimyevi tekstil(toxuculuq), enerji, neftemali, polad propan və digər sənaye sahələri yerləşmişdir.

Baltikyanı iqtisadi rayonu 3 Baltik ölkələrin – Latviya, Litva və Estoniyanı və həmcinin Rusiyanın Kalininqrad vilayətini əhatə edir.

Bu rayonda elektrik güc qurguları istehsal eden nəhəng müəssisələr yerləşir.İstehsal edir: elektro mühərriklər, turbinlər, elektrogeneratorlar, cihazqayirma və elektroradiotexniki avadanliqlar, yüngül və ərzaq sənayesi məhsulları, avtomobil yığma istehsalı.

Bundan əlavə Latviyada elektrik qatarlari istehsal edilir.Litvada dəzgahqayirma və gəmiqayirma(baliqci gəmiləri) inkisaf etmiş, Estoniyada isti slanyev cixarilmasi, Kalininqrad vilayetinde baliqciliq, kəhrəba cixarma və emali inkisaf etmisdir.

Belarusiya iqtisadi rayon kimi inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsi , həmcinin daxili su yolları mövcuddur ki, onları Baltik dənizinin limanları ilə baglayir(Baltiysk, Bentsplips, Viborq, Vısodsk, Kalininqrad, Klaypeda, Liepaya, Muuqa, Poldiski,Primorsk, Riqa, Sankt-Peterburq, Tallin və digərləri). Bu rayonlar Rusiyadan və digər MDB ölkələrindən eksport və inport yüklərinin tranziti üçün Skandinaviya bə Avropa ölkələrinə(Böyük Britaniya, Almaniya,Belcika,Polşa, Danimarka, Niderland və Fransa) bərə kecidlərinin inkişafı ücün əlverisli cografi məkanda yerləşmişlər.
Hövzənin dəniz yolları və ayrı-ayrı rayonlarında üzmə xüsusiyyəti.
Baltik dənizi hövzəsində dəniz yolları naviqasiya cəhətdən qısa və təhlükəsiz məsafələrlə limanlar arasında qurulur.

Yerləşmələrinə görə bu dəniz yollarını 2 qismə bölmək olar: hövzənin dəniz yolları arasındakı yollar və Baltik dənizindən çıxış yolları.

Baltik limanları arasında dəniz yolları xeyli qısadır və böyük hissəsi şimal və cənub sahilləri limanları arasından keçir.

Baltik dənizindən əsas çıxış dəniz yolları Botnik, Fin, Riqa körfəzlərində yerləşən limanlardan Danimarka boğazlarına və Kil kanalına yönəlmişdir.

Ən intensiv gəmiçilik hazırda Seskar-Bronholm adaları arasında yerinə yetirilir.Bu yolda gəmilərin orta görüşmə vaxtı 30 dəq-dən azdır.Təhlükəsizlik və gəmilərin toqquşma ehtimalını azaltmaq üçün 9 ən intensiv gəmi hərəkəti sahəsində dəniz yollarının ayrılması rayonları müəyyən edilib.

Baltik dənizində üzmə üçün ən mürəkkəb rayon Fin və İsveç şxerləridir( Botnik körfəzinin hər iki sahilində).Botnik körfəzinin cənub hissəsində şxerlərin eni 5-10 mil, şimal hissədə 15-30 mildir.

Şxerlərdə çoxlu boğazlar və keçidlər mövcuddur ki, onlardan magistral (əsas) və birləşdirici farvaterlər qazılıb(salinib).

Abo-Aland şxerinin əsas farvaterlərində dərinlik təqribən 7m, İsveç şxerlərində 5-dən 10 m-ə qədər dəyişir.

Farvaterlərdə gəmilərin hərəkət sürətləri məhduddur.Gəmilərin üzməsi losmanların müşayiəti ilə yerinə yetirilir(hər losman müəyyən sahəyə təhkim edilib).
Hövzənin dəniz yollarında gəmiçilik.Əsas yük axınları.
Baltik dəniz hövzəsinin dəniz yollarında gəmiçiliyin müxtəlif formalarından geniş istifadə edilir.Beynəlxalq daşımalarda, dayanıqalı yükaxınları olan bir neçə xəttlərdə gəmiçilikdə istifadə edilir.

Baltik hövzəsinin bir çox limanları müntəzəm xəttərlə (o cümlədən bərə və sərnişin) Böyük Britaniyanın, Fransanın, Belçikanın, Niderlandın, Almaniyanın, Norveçin, Danimarkanın, isveçin, Polşanın, Kubanın, Cənubi Amerikanın və Qərbi Afrikanın limanları ilə əlaqəlidirlər.

Litva və Latviyanın gəmiçilik kompaniyaları və ayrı-ayrı gəmi sahibləri Baltikyanı ölkələrin( Riqa, Ventspils, Klaypeda, Liepeya) , Fransanın (dyunkerk, Qavr) , Belcikanin (Rotterdam) və həmcinin digər Avropa kontinenti ölkələrinin limanları ilə müntəzəm(o cümlədən bərə xətti) əlaqə saxlayırlar.

Estoniyanın kompaniyalar və gəmi sahibləri İsveç, Almaniya, Finlandiya və Qərbi Afrika limanları ilə müntəzəm əlaqə saxlayir, həm də tramp dasimaları yerinə yetirirlər.

Baltik hövzəsi limanlarından “çay-dəniz” tipli gəmilər birbaşa reyslə MDB-nin daxili regionlarinin limanlarından Baltik dənizinin limanlarına daxil olurlar.

Baltik hövzəsində yükaxınları xeyli müxtəlif və özünəməxsusdur.Hövzənin limanları arasında daşımalarda meşə və meşə materialları yükaxınları üstünlük təşkil edir.Bu yüklər Rusiyanın və Kareliyanın daxili rayonlarından Sankt-Peterburq limanına daxil olur və oradan isə hövzənin limanlarına aparılır.Tikinti materialları(qum, çınqıl, şeben və s) Litvadan(klaypeda) Sankt-Peterburqa daşınır.

Taxıl yükləri Sankt-Peterburqdan Baltikyanı ölkələrin limanlarına eksport edilir.

Apatit konsentratı biborqdan (dəmir yolu ilə) Klaypeda və Ventspile limanlarına və həmcinin Rusiyanın Kalininqrad limanına daşınır.

Rusiyanın meşədaşıyan gəmi kampaniyaları meşə yüklərini Şimal hövzəsindən Avropa kontinentinə (Böyük Britaniya, İrlandiya, Belçika, Niderland) limanlarına daşıyırlar.Əks istiqamətdə ballast sularla Baltik dənizinə, oradan da şimala duz, avadanlıq, maşın, sənaye və ərzaq malları daşıyırlar.

Baltik dənizi limanlarından Qara dəniz limanlarına meşə, apatit, sellüloza, taxta materialları daşınır.Meşə və taxta materialları Sankt-Peterburq , Biborq və Riqadan Böyük Britaniya, Belçika, Niderland, İtaliya və bir neçə digər Aralıq dənizi limanlarına və Böyük Britaniyaya daşınır.

Klaypeda və Ventspilsdən metal( rulon polad, polad külçə) Rotterdam ,Amsterdam, Antverpen və Qərbi ingiltərənin limanlarına daxil olur.

Apatit yük axınları Klaypeda limanından başlayaraq Belçika, hollandiya və Avropanın digər ölkələrinə aparılır.

Kömür və şıxta(filiz) Baltika limanalrından İsveçə və Finlandiyaya daşınır.Taxıl yükləri Sankt-Peterburq, Riqa və Kalininqraddan Avropa ölkələri limanlarına eksport edilir.

Kubaya Baltika limanlarından xeyli çeşiddə yüklər daşınır, əks istiqamətdə şəkər-xammal, tropik meyvələr gətirilir.

1960-ci ildə Baltik hövzəsinin limanlarında neft terminallarının tikilməsindən sonra burada neft və neft məhsulları yük axınları başladı.Bu yükaxınları Klaypeda və Ventspils limanlarından Skandinaviya, Şimali Avropa və İslandiya ölkələrinin limanlarına aparılır.Əks istiqamətdə hövzənin limanlarına prokat, böyük diametrli borular( 1 m və daha cox) gətirilir.

Baltik hövzəsində bir sıra beynəlxalq sərnişin və bərə xəttləri fəaliyyət göstərir.Hövzənin gəmi təmiri zavodları əsas limanlarda yerləşib: Sankt-Peterburq, riqa, Klaypeda, Loksas(Estoniya).Aımaniyanın gəmitəmiri Verfi bahalı yaxtaların və sarnişin gəmilərinin təmiri üzrə ixtisaslaşıb.

Baltik dəniz hövzəsində bir sıra böyük gəmiqayırma verfləri və zavodları fəaliyyət göstərir.Həmçinin gəmiqayırma Almaniya, danimarka, İsveç, Finlandiya ölkələrində də inkişaf etmişdir.

Baltik hövzəsində Avropa ölkələrinin dəniz yolları və gəmiçilik.
Polşa. Bu ölkə Baltik dənizinə birbaşa çıxışa malikdir.II Dünya müharibəsində ölkənin limanları, gəmitəmiri zavodları və s. gəmiçilik müəssisələri tamamilə dağıdılmışdır.Praktiki olaraq Polşanın dəniz ticarəti infrastrukturu yenidən yaranmışdır.

Milli dəniz donanmasının yaranmasına əsas səbəb isə ölkə iqtisadiyyatının spesifikası-yükhəcmli sənaye sahələrinin (kömür, kimya və digər) mövcudluğu və inkişafı idi.Qısa müddətdə kömür şaxtaları , kokskimya zavodları bərpa edildi və yüzlərlə yeni müəssisələr yaradıldı.Bunların içərisində “Yeni Quta” metallurgiya kombinatı “Varşava” polad zavodu və digərlər var idi.

Ölkədə bir sıra yeni sənaye rayonları yarandı.Sandomir (kimya sənayesi), Turov(boz kömür çıxarma),Qloquva və Legnisti rayonları (mis filiz sənayesi) , yeni maşınqayırma sahələri yarandı.Ağır dəzgahqayırma, gəmiqayırma və gəmi dizelqayırma, avtomobilqayırma, şaxta və dağ-mədən avadanlıqları.

Polşa Avropa ölkələri üçün kömür və metallurgiya koksu üzrə əsas ekspotyora çevrildi.Hazır sənaye məhsullarının gətirilməsi və dəmir filizi, fosfat, neft məhsulları, digər sənaye xammallarının göndərilməsi artdı.

Polşa ticarətini Baltik dəniz limanları vasitəsi ilə yerinə yetirir.

Bu limanlardan ən mühümləri: Şetsin. Qdeniya, Qdansk, digər limanlar- Darlova, Kolobjet, Polnossi, Putsk, Sivinoystse,Ustka,Elbonq və digərləri dayazdır və kiçik tonnajli balıqçı gəmilərinə xidmət göstərirlər.

Gəmilərin tonnajının və sənaye istehsalının tempinin artmasını nəzərə alaraq,Polşa hökuməti Qdanskdan şimalda yeni dərin liman tikir(Novi-Port).Burada 4 hövzə ( 3-ü kütləvi yüklərin emalı üçün və 1-i gəmiqayırma bazasına xidmət üçün) və suoturumu 15 m-ə qədər olan gəmiləri qəbul edən qavan.

Polşa dəniz ticarət donanmasının əsas vəzifəsi xarici ticarət dövriyyəsini təmin etməkdir.

Hazırda dənizlə xarici ticarət yüklərinin daşınmasında ölkə gəmilərinin xüsusi çəkisi 5%-dən çox təşkil edir.

Eksportda əsas yeri kömür və koks tutur ki, onlar da Baltik ölkəlkərinə, Qərbi Avropaya, Afrikaya, Aralıq dəniz ölkələrinə, Cənubi və Mərkəzi Amerikayadır.

İkinci yerdə eksportda prokat, sement, meşə, gips daşı, şəkər, maşın və avadanlıqlar dayanır.

Polşanın ticarət donanması son illərdə xeyli böyümüş, tonnajı hazırda 4.2 milyon ton dedveytden çoxdur.Donanma müxtəlif yük götürmə qabiliyyəti olan xətti quru yük gəmiləri ilə , tankerlərlə, konteynerdaşıyan və digər iztisaslaşmış gəmilərlə təmin olunmuşdur.

Polşa ticarət donanmasından əlavə okean balıqçılıq donanmasına da malikdir.Bu donanma hər il təqribən 700 min ton Şimali Atlantikada balıq ovlayır.

Ölkənin bayrağı altında üzən gəmilər dünya okean və dəniz yollarında demək olar ki, bütün istiqamətlərdə üzürlər(əsas xətti gəmiçilik yollarında).

Bu yollar arasında onlarla okean xəttləri var: Uzaq Şərq, Hind, Ərab-Fars, Afrika və Cənubi Şərq, Şimali Amerika,Cənubi Amerika və həmçinin bəzi Avropa ölkələri, Qara və Aralıq dənizi ölkələri və s).

Polşa tankerləri Qara dəniz limanlarından ( Rusiya, Ruminiya,Ukrayna) neft və neft məhsullarının import daşımalarını yerinə yetirir.

Polşa dəniz donanmasının kabotaj daşımaları cüzidir.
Almaniya. II Dünya müharibəsindən sonra yaranan Almaniya Demokratik Respublikasının(ADR) Baltik sahillərində ikinci dərəcəli limanlar qalmışdı.Onlar kiçik tonnajlı və balıqçı gəmilərinə xidmət göstərirdi.Ona görə ADR yenidən ticarət donanması, dəniz limanları, gəmi təmiri və gəmiqayırma bazaları , dəniz kadrları yaratmalı oldu.ADR-də dəniz nəqliyyatının yaranmasını diqtə edən əsas səbəblərdən biri də iqtisadiyyatının xarici ticarətdən , xüsusilə də xammaldan asılı olması olması idi.II Dünya müharibəsinə qədər Alman dövləti miqyasında yaranmış əməyin bölünməsi pozulmuşdur.Belə ki, ADR sərhədlərində emal sənayesi qalmış, hazır və istehsal ( çıxarma) sənayesi Almaniya Federativ Respublikasinda qalmişdir.

Sürətli inkişaf yoluna qədəm qoyan ADR iqtisadi qeyri tarazligi(disproporsiyani) ram etdi.Qısa sürətdə sənayenin inkişaf səviuyyəsinə görə respublika dünyada aparıcı yerdə çıxdı.Amma ölkə ona lazim olan neft, kömür, dəmir filizi, əlvan metallar, çuqun, polad, pambıq, müşə materialları, taxıl və s.malların 80-100 %-ni xaricdən import etdi.Yüklərin əsas hissəsi dəniz nəqliyyatı ilə daşınır və ADR-in eksportunda əsas yeri sənaye malları tuturdu.

Almaniya Federativ Respublikası sənaye ölkəsi olub yüksək inkişaf etmiş kənd,təsərrüfatına malikdir.Ölkənin dəniz nəqliyyatı ilə sıx əlaqədə olan mütallurgiya sənayesidir.Onun payına eksportun 2/3 hissəsi düşür.Həmçinin kimya, neft kimyası, maşınqayırma, kömür, meşə doğrama və digər sahələr də dəniz nəqliyyatı ilə əlaqədədirlər.

Baxmayaraq ki, ölkənin sərvətləri çoxdur, onun iqtisadiyyatı müəyyən dərəcədə xaricdən gətirilən xammaldan asılı olub və hazırda da asılıdır.

Qərbi Almaniyanın sənayesi istifade etdiyi neftin 2/3 –ni , 40 milyona yaxın dəmir filizini və 90%-ə qədər əlvan metalları dəniz yolu ilə gətirir.Alüminium sənayesi tamamilə import edilən boksitlə, rezin sənayesi isə gətirilən kaucukla işləyir.

Ölkənin eksportunda 82% əmtəə mübadiləsi hazır məhsulların hesabınadır: maşınqayırma məhsulları, metal emali, kimya və s.

1983-cü ildə Almaniyanın birləşməsi iki ölkənin dəniz təşkilatlarını da birləşdirdi.

Almaniya əlverişli coğrafi ərazidə yerləşir.Baltik və Şimal dənizlərinə rahat çıxışa malikdir(təkcə keçmiş ADR Baltik dənizi ilə 280 km sərhəddi var idi).

Reyn, Elba, Vezer çayları ilə gəmilər ölkənin daxilinə, xeyli məsafəyə qədər daxil ola bilirlər ki, burada da böyük dəniz limanları yerləşir.Almaniya limanlarından Avropanın kontinent daxili ölkələri (dənizə çıxışı olmayan) beynəlxalq ticarət aparmaq üçün istifadə edirlər: Avstriya, İsveçrə, Çexiya, Slovakiya, Macarıstan.

Almaniyanın Baltik dənizindəki limanları: Burstaken, Volqast,Varnemyunde, Leyterbax, Zasnis, rastok,Ştralzund,Lyubek, Kil, Noystadt, Trabemyunde, Xayluqenxafen və digərləri. Ölkənin iqtisadiyyatı üçün mühüm rol oynayan limanları: Rostok, Vaznemyunde, Vismar, Kil, Lyubek.

Almaniya üçün Kil kanalı mühüm dəniz yoludur.Ölkənin donanması müxtəlif növlü və məqsədli çoxsaylı nəqliyyat gəmilərindən təşkil edilib.

Almaniyanın dəniz donanması Dünya okeanında böyük yük xəttlərində işləyirlər(konteyner, tanker və balker xəttlərində).Onlar dünya ticarətinin bütün istiqamətlərində daşımalar, dünyanın müxtəlif rayonlarında böyük tramp daşımaları yerinə yetirirlər.

Zasnits limanı Maklenburq torpağında yerləşmiş, yeni, sürətlə inkişaf edən limandır.Bu ölkənin böyük limanı olub, dəniz yollu bərə keçidlərinə xidmət göstərir.Kombirizə dilmiş daşımalar üzrə ixtisaslaşıb.Almaniyanın şərqində 3-cü böyük limandır.Liman dənizin sahilində yerləşir, körpülərdə və böyük yük terminallarında dərinlik 10.5 m-dir, bütün klas gəmilərin hərəkətini təmin edir.Limanda losman xidmətindən istifadə edilmir.Limanda dəmir yolu xəttləri optimal yerləşdirilib.Zasnits Almaniyada yeganə limandır ki, geniş dəmiryolu qoluna malikdir.Bu da imkan verir ki, yüklərin MDB ölkələrindən, Baltikyanı ölkələrdən və Finlandiyadan daşınmasını genişləndirsin.

Liman Almaniyanın , Avstraliyanın, Macarıstanın, Çexiyanın şərq və cənub rayonlarından yük axınlarının Skandinaviyaya, Baltik ölkələrə və Rusiyaya daşınmasına xidmət göstərir.

Müntəzəm bərə və rolker xəttləri Zasnits limanını İsveçlə(Trelloborq), Liva ilə (Klaypeda), Rusiya ilə(S.Peterburq) və Danimarka(Ronne) ilə birləşdirir.

Bərə xəttlərinin yük dövriyyəsi 5 milyon ton (2004) olub ki, bu da limanın ümumi yük dövriyyəsinin 60%-ni təşkil edir.

Limanda anbar sahəsi 50 min kv. metrdir.

Almaniyanın Baltik dənizi limanlarında gəmiqayırma verfi fəaliyyət göstərir ki, burada bütün ölçüdə və növdə gəmilər qayırmaq mümkündür. Gəmitəmiri verfləri bahalı yaxtaların və sərnişin gəmilərinin tikilməsi və təmiri üzrə ixtisaslaşıb.


Danimarka. Bu ölkə Baltik dənizindən Şimal dənizinə ,Skandinaviyadan Kontinental Avropaya gedən dəniz yollarının kəsişməsində yerləşib.

Aqrar-sənaye ölkəsidir, onun iqtisadiyyatı dəniz ticarəti ilə sıx əlaqəlidir.Praktiki olaraq faydalı qazıntıların olmaması Danimarkanı onları import etməyə məcbur edir.Ölkəyə böyük həcmdə xammal, ən başlıcası neft və neft məhsulları, meşə, pambıq, yun gətirilir.Digər gətirilən mallar: polad, taxıl, fosfat və digər xammallar, maşınlar.

Eksport ölkənin əsas sahəsi olan kənd təsərrüfatındandır və heyvandarlıq məhsullarından ibarətdir.

Ölkənin çoxlu böyük şəhərləri sahillərdə yerləşib və dəniz limanlarıdır.Ölkədə 50-dən çox limanlar fəaliyyət göstərir.Çoxu yerli əhəmiyyətlidir.Onların fəaliyyəti limanlar haqqında qanunla tənzimlənir( 01.01.2000).

Qanuna əsasən 5 kateqoriya limanlar müəyyən edilmişdir.


  • dövlət limanları(nəqliyyat nazirliyinə tabedir) nazirin təyin etdiyi liman şurası tərəfindən idarə edilir.

  • munisipalitet , munisipalitet administrasiyasının bir hissəsidir və onun tərkibindəki şura ilə idarə edilir.

  • müstəqil munisipal müstəqil müəssisə olub,direktorlar tərəfindən idarə edilir.

  • məhdud səlahiyyətli kompaniyalar- tam və ya müəyyən hissəsi munisipalitet hakimiyyətinə məxsusdur.

  • özəl (şəxsi) bərə, enerji və ya digər kompaniyalara məxsusdur.

Birinci 4 kateqoriya limanlar ictimaidir, ona görə də daxil olan bütün gəmiləri qəbul etməyə borcludur.Özəl limanlara bu aid deyil.İctimai limanlar vergidən azaddırlar, özəllər isə onları ödəməlidirlər.

Liman hakimiyyəti limanın infrastrukturunun tikintisinə, körpülər, hövzələr, anbarlar daxil olmaqla cavabdehdirlər.Bu tikintilərə sərf edilən məsrəflər liman yığımları, xidmət haqları və arena haqları gəmilərə xidmətlə əlaqədar olmayan gəlirlərlə konpensasiya olunur.

Danimarkanın limanlarında həm gəmilərdən, həm də yüklərdən yığımlar tutulur.Çənlərdən tutulan yığımlar 2 hissədən ibarətdir.gəmi üçün( shipping dues) və buz üçün(ice dues).Buna görə yığım qış naviqasiyasını təmin etmək məqsədi ilədir.

Yükə görə yığım hər ton daşınan yükə görədir.

Ölkənin ən böyük və donmayan Kopenhagendir.Bu şəhər həm də paytaxtdır.Kopenhagen Zelandiya və Amager adalarında yerləşir.Limanda böyük konteyner terminalı tikilib.Liman ölkənin dəniz yük dövriyyəsinin üzdən birindən çoxuna xidmət göstərir.Gəmi dövriyyəsi 38 min gəmidir.

Kopenhagendə böyük xilasetmə stansiyası stansiyası yerləşir, limanda bunker bazası fəaliyyət göstərir.

Limanın əsas gəlir mənbəyi gəmilərə xidmətlə əlaqədar olmayan xidmətlərdir.Onlara aiddirlər: limanın ərazisində yerləşən və istifadə edilməyən territoriya yerləşən rayonlarda tikinti və abadlıq işləri. Həmçinin liman sahələrinin arenda haqqları.Amma gəlirlərin içərisində müəyyən miqdarda gəmilərlə xidmətlə əlaqədar haqqlarda mövcuddur.

Kopenhagendə quru və üzən doklarla təmin edilmiş gəmiqayırma və gəmitəmiri zavodları yerləşir.

“Burmeyster or Bayn” Danimarka firması müxtəlif güclü gəmi dizelləri istehsalı üzrə dünyada ən böyük müəssisədir.

Danimarkanın digər limanları: Allinge,Tayn, Svaneke, Hekse, renne, Xasee, Xristianse, Kege, Kasmrup, Tuborq, Xelsinger, Frederikssynn, Xolbek, rerviq və bir neçə Zelandiya adasında yerləşən kiçik limanlar.


Latviya. Mühüm limanlarından biri Liepeya limanıdır.Liman ölkənin qərbində Baltik dənizi sahillərində Riqa limanından cənub tərəfdə yerləşir.

Limanın 80 korpusunun ümumi uzunluğu 10 km-ə qədər, maksimal dərinli körpülərdə 9.5 m, uzunlugu 2325 m olan gəmiləri qəbul edə bilir.Limanın körpülərində xüsusiləşmiş terminallar yerləşib.Körpülərdə quru və general yüklər (körpünün uzunluğu 5.5 lm) , maye yüklər ( körpünün uzunlugu 1300 m ) üçün istifadə edilir.Digər körpülər balıqçı gəmilərinin , liman donanmasının , yaxtaların və gəmilərin təmiri üçün istifadə edilir.

Limanda 500 min kv m anbar mövcuddur.Onun 70 min kv metri örtülü anbardır.

Liman İsveçrə(Karlsxami) və Almaniyaya( Rostok) müntəzəm yük sərnişin xəttlərinə xidmət göstərir.Limanın yük dövriyyəsi (2004) 4.5 milyon ton (bunun 500 min tonu taxıl yükləri, 200 min ton torf, 280 min ton taxta, 600 min ton neft və neft məhsulları, 780 min ton sənaye yükləri) Limanın istehsal gücü 7 milyon tondur.Limanda azad zona fəaliyyət göstərir.

Liman dəmir yolu xəttləri və avtomagistrallarla birləşib, bu da limana yüklərin effektiv aparılıb gətirilməsini təmin edir.

Riqa azad limanı. Limanın yük dövriyyəsi 22 milyon ton general, 5 milyon ton maye yüklər təşkil edir.

Ventstpils. Baltik limanları arasında ən böyük tranzit limanlardan biridir(Avropada 12-ci yerdədir), dəniz yollarında çox əlverişli yerə malikdir.

Liman PANAMAX tipli (dedveyt 75 min ton, uzunlugu 230 m, suoturumu 14 m-ə qədər) gəmiləri emal edə bilir.

Limanda 7 körpü mövcuddur( dərinlikləri 15.5 m-ə qədər ).Limanda 250 min kv m anbar sahəsi ( örtülü 77 min kv metr ) və həmçinin pambıq saxlamaq üçün xüsusi birləşmiş anbar mövcuddur.Liman 2003-cü ildə 27 milyon tondan artıq yük emal etmişdir.Bunlardan 18 miıyon ton maye, 8 milyon ton qalama, 800 min ton generaıl yüklərdir.
Litva. Ölkənin ən böyük limanı klaynedadır.Bu liman, donmayan universal dəniz limanıdır.MDB ölkələrinin (Belarusya, Ukrayna, Rusiya və digərləri) ilə çox yaxşı birləşmişdir.Liman suoturumu 11 m-ə, uzunluğu 200 m (dedveyti 30 min tona qədər) olan gəmiləri qəbul edə bilir.

Limanda gücü 150 min TEU olan müasir konteyner terminalı mövcuddur.Bərə dəmiryolu kompleksinə malikdir.

Limanda 20 milyon ton maye, səpilmə, qalama, general yüklər , təkərli texnika və konteynerlər boşaldıla bilər.Liman portal kranlarla ( 62 ədəd 5-dən 50 tona qədər ), dartı maşınlar (Ferar) , roll-treylerlə, avtokranlarla və avtoyükləyicilərlə yaxşı təchiz edilmişdir.

Klaypeda limanı 2003-cü ildə 21 milyon tondan artıq müxtəlif yüklər emal etmişdir.

Yüklərin nomenklaturası: qara metal, taxıl, qarışıq yemlər, tezxarabolan ərzaq və ət-yağ, metallom, kimyəvi kübrə, müşə yükləri, neft və neft məhsulları.
Rusiya Federasiyası (RF). Ən böyük limanı Sankt-Peterburqdur.Baltik dənizinin şimalında yerləşən ən böyük yük əməliyyatları yerinə yetirən məntəqədir.Neva çayının deltasındakı adalarda, Baltik dənizinin şərq hissəsində yerləşib, uzunlugu 25 mil olar.Dəniz kanalı vasitəsi ilə birləşib.

Limanın uzunlugu 260 metrə, eni 40 metrə, suoturumu 11 metrə qədər gəmiləri qəbul edə bilir.Liman donmur, buz naviqasiyası Neva çayında buzyaranma anında başlayır, buzların hərəkəti kəsiləndə qurtarır.

Buz şəraitlərində üzməyə gəmi ilə buzluq klassından , baş mühərrikin gücündən, ölçülərindən və faktiki buz şəraitindən asılı olaraq icazə verilir.

Sankt-Peterburq limanının territoriyasında Rusiyanın ən böyük kompaniyası “Sankt-Peterburqun Dəniz limanı” fəaliyyət göstərir

Bu limanın tərkibinə daxildir:


  • 53 yanalma körpüsü, ümumi uzunlugu 8.4 km.

  • Açıq və bağlı anbarlar, sahəsi 1 mil.kv metrdən çox.

  • Yük avadanlıqları parkı(portal və qaldırıcı kranlar, 600-dən çox kiçik mexanizasiya vasitələri).

  • 4 konteyner yükləyiciləri(yükqaldırma qabiliyyəti 30.5 ton).

  • Portal və mobil pnevmatik taxıl yükləyiciləri.

  • Digər texnika.

Limanın yük dövriyyəsi 42 milyon tondan çoxdur(2003).O cümlədən, 11049.8 min ton neft və neft məhsulları, 7751.7 min ton metallar, 2624 min ton meşə yükləri, 7513.0 min ton konteynerdəki yüklər, 3091.3 min ton refrijator yükləri , 2654 min ton qalama yüklər (kömür, filiz), 492.1 min ton taxıl, 5483 min ton kimyəvi yüklər, 219.6 min ton sənaye yükləri , 1172.3 min ton general yüklər.

Kalininqrad limanı. Rusiyanin ən qərb limanıdır.Limanın 22 körpüsü var və uzunlugu 170 metr, suoturumu 8.2 metrə qədər gəmiləri qəbul edə bilir.

2003-cü ildə limanda 13 milyon ton yük daşınıb ki, onlardan da 120-150 min ton tranzit ferrobirləşmələr(Qazaxistan istehsali) təşkil etmiçdir.

Kalininqradın və vilayətinin iqtisadi potensialini təşkil edir: sellüloza-kağız sənayesi məhsulları, mebel, avtomobillər və məişət texnikası(litsenziya ile istehsal edir), araq-çaxır məhsulları, texniki armatur və qaz avadanlıqları, kranlar.

Limanda yenidənqurma işləri aparılır.Metal məhsulları saxlamaq və referejator üçün anbarlar tikilir, konteyner terminalı genişləndirilir.



Vıborq, Vısotsk limanları Baltik dənizinin şimalında yerləşirlər.2003-cü ildə ........4 milyon tona qədər quru yüklər təşkil etmişdir.

Primorsk limanı Baltik dənizində Ermilov körfəzində yerləşir.Rusiya neftinin eksportu üzrə ixtisaslaşıb.2003-cü ildə limanda 17.5 milyon ton xam neft eksport edilib.

Ust-Luqa limanı Sankt-Peterburq limanından 100 km məsafədə Ust-Lujsk körfəzində yerləşir.Yük dövriyyəsi 35 milyon ton , əsas daşınan yüklər : müşə, general, konteyner, qalama və digər.Limanda çoxməqsədli avtomobil - dəmiryolu keçidi tikilib.

Limanın əsas obyektləri: giriş kanalı, kömür terminalı, neft-bunker terminalı, general yüklər üçün terminal, konteyner terminalı, filiz terminalı, ərzaq malları və refrijerator yükləri üçün terminallar, liman və köməkçi donanma bazası, donanmnaya texniki xidmət bazası, çeşidləyici stansiya, avtomobil yolu, digər mühəndis qurğuları.


Finlandiya sənaye-aqrar ölkəsidir.Baltik dənizinə özünün şxer rayonları ilə çıxır ki, burada sahilboyu gəmiçilik xeyli çətindir.

Ölkə ən böyük meşə və meşemateriallar eksportudur.Dünya üzrə eskport olunan qəzet kağızının 10%-dən , taxta materiallarının 15%-dən, kağız kütləsinin 20%-dən çoxu bu ölkənin payına düşür.Finlandiyada neft və kömür ehtiyatı olmadığı üçün onları import edir.Həmçinin ölkəyə bəzi yeyinti məhsulları , hazır sənaye məhsulları, digər məhsullar.

Ölkə üçün vacib olan xammal və sənaye yüklərinin xeyli hissəsi dəniz nəqliyyatı ilə daşınır.Yüklərin yarıdan çoxu milli donanmanın bayrağı altinda üzən gəmilərdə gətirilir.

Finlandiyada 30-dan çox dəniz limanları mövcuddur.Onlardan mühümləri: Helsinki, Komka, Turku, Xamina.

Ölkənin limanları yerli munisipalitetlerə tabe olan liman administrasiyaları tərəfindən idarə edilir.

Limanlarda yığımlar yüklərdən, gəmilərdən, limanın əsas vasitələrindən ( sahil kranları, anbar sahəsi, tərəzilər, körpülər və s.) istifadəyə görə tutulur.



Helsinki limanı ölkənin cənubunda ən böyük limandır.Liman buxtada yerləşir və şxerlər zooloji ilə təbii qorunur(küləkdən, dağdan və s).Limanın 5 körpüsü var, dərinlikləri 9.4-10.7 m, ümumi uzunluğu 6 km-dən artıqdır.Körpülərə 3 forvater vasitəsilə giriş mümkündür.Limanda müasir konteyner terminalı tikilib.Terminal Skandinaviyaya, Avropa, Şimali Amerika limanlarından Finlandiyaya konteyner dasimalrina xidmət göstərir.

Böyük gəmilər daha dərin Qərb və Cənub körpülərində emal edilir.Limanın yük dövriyyəsi 11 milyon tondan çoxdur(2003). Eksportda əsas yüklər: ağac kütləsi, kağız , meşə, heyvandarlıq məhsulları.Limanda quru və üzən dokları olan gəmitəmiri zavodu mövcuddur.



Komka, Turku limanları ölkənin ən böyük meşə məhsulları eksport edən limanıdır.Komka ölkənin cənubunda , Rusiya sahilləıri yaxınlığında,Turku isə cənub-qərbində Botnik körfəzinin cənubunda yerləşib.

Eksportda əsas yüklər: taxta məmulatı, selluloza, karton, kağız, faner, qranit.İmportda isə: kömür, kaolin(filiz), mis, neft, metallom, general yüklər.



Xamina limanı nisbətən cavan limandır.Rusiya ilə sərhəddə yerləşir.Yük dövriyyəsi 5 milyon tondan artıqdır.Meşə yükləri üzrə xüsusiləşib.

Eksportda əsas yüklər: meşə yükləri(taxta məhsullar, sellüloza, kağız, karton), tikinti materialları, general yüklər.İmportda əsas yeri maye yüklər təşkil edir.



Naanmali limanı Botnik körfəzində Turku limanının yaxınlığında yerləşib.Limanda dərinlik 10.7 m-ə qədərdir.Uzunluğu 150 m-ə qədər gəmiləri qəbul edə bilir.Yükləmə-boşaltma işləri həm reyddə, həm də körpülərdə aparılır.

Limanın yük dövriyyəsi 7 milyon tondan artıqdır (2003).

Eksportda əsas yüklər: neft məhsulları, kömür, taxıl yemi, bitki yağı, kimya məhsulları və s.
İsveç yüksək dərcədə inkişaf etmiş sənaye ölkəsidir.Baltik dənizinə bir başa çıxışa malikdir.

Avropa ölkələri arasında bu ölkə ən böyük xammal eksport ehtiyatına malikdir-çıxarılan dəmir filizlərinin böyük hissəsi və selluloza istehsalının yarıdan çoxu eksport edilir.

Ölkədə dəniz yolları ilə metallurgiya, maşınqayırma, meşə-kağız müəssisələri sıx əlaqəlidirlər.

Ölkədə neft və kömür ehtiyatı tam olmadığı üçün onlar tam olaraq import edilir.Bu məhsullardan əlavə əlvan metallar, kauçuk, tekstil xammalı və müəyyən miqdarda ərzaq malları da ölkəyə gətirilir.İsveçin bütün xarici ticarət əlaqələri dəniz yolları ilə aparılır.Ölkədə çoxlu sayda dəniz limanları mövcuddur.Onlardan 60-dan çoxu beynəlxalq dəniz ticarətinə daxildirlər.

Çeteborq limanı ölkənin ən böyük limanıdır.Bu liman gəmiçilik üçün yararlı Çetael çayının mənsəbində Katteqot boğazına tökülən yerdən 2.8 mil məsafədə yerləşib.Körpülər çayın sol sahili boyu yerləşib, yüksək dərəcədə mexanikləşdirilib və böyük anbar sahəsinə malikdir.Körpülərin ümumi uzunluğu 13 km –dən artıqdır, dərinlikləri 11-12 m-dir.Liman dəmir və şosse yolları ilə ölkənin daxili rayonları ilə, kanalla(kiçik tonnajli gəmilər üzə bilər) Baltik dənizi ilə birləşib.Limanın yük dövriyyəsi 15 milyondan çoxdur.Yüklərin içərisində importda: neft, neft məhsulları, kömür və koks, general və konteyner yükləri, eksportda isə maşınlar, avadanlıqlar, meşə materiallar, ximikatlar, sink filizləri üstünlük təşkil edirlər.

Limanda 3 gəmiverfi və gəmitəmiri zavodları mövcuddur.Onlar çayın sağ sahilində yerləşib və quru üzən doklarla təmin ediliblər.Həmçinin bunker bazasina da malikdirlər.



Stokholm ölkənin həm paytaxtı, həm də əhəmiyyətinə görə ikinci limanıdır.

Liman Baltik dənizinin Soltşen buxtasındakı adalarda yerləşib.8 ayrıca körpüdən ibarətdir.Ümumi uzunluğu 20 km-dir.Limana giriş 36 mil məsafəsində İsveç şxerlərindən keçir.saltşen buxtası yaxınlığında Melaron gölü yerləşir ki, limanının bir hissəsi bu göldədir.Göl dənizlə uzunluğu 6 km, dərinliyi 6.5 m olan kanalla birləşib.

Körpülərdə general, konteyner və qalama yükləri emalı üçün avadanlıqlar quraşdırılıb.Həmçinin sərnişin gəmilərinə xidmət göstərən sərnişin terminalı da mövcuddur.

Quru yük körpülərinin dərinliyi 10.7 m, neft terminallarinin 13.7 metrdir.Qış aylarında üzgüçülük buzqıran gəmilərlə yerinə yetirilir.Limanın yük dövriyyəsi 7 milyon tondan artıq, ora hər il 15 min gəmi səfər edir.



Malme ölkənin cənubunda Zund boğazında ticarət və balıq limanıdır.Uzunluğu 150 m, suoturumu 9.1 m olan gəmilər daxil ola bilərlər.Neft terminalının dərinliyi 13.5 m-dir.Yük dövriyyəsi 4 min tondan artıqdır.Limanda güclü təmir bazası mövcuddur( müasir 4 dok fəaliyyət göstərir).

Luleo Botnik körfəzinin şimalında yerləşib, donan, ən böyük filiz aparılan limandır.Giriş kanalında dərinlik 12.5 m, körpülərdə və neft terminalında 12.2 m-dir.Limanın yük dövriyyəsi 10 milyon ton filizdir.

Sundsvall Botnik körfəzi sahilində yerləşib, ölkənin şərqində ən böyük meşə eksport edən limandır.Suoturumu 10.7 m olan gəmilər daxil ola bilərlər.

Yükləmə- boşaltma işləri reyddə də aparıla bilər.

İsveç dövləti öz limanlarından əlavə Norveçin Narvik limanından da geniş istifadə edir.Bu limandan Kirnya-Narvik dəmiryolu xətti ilə gətirilən filizlər elsport edilir.
Estoniya inkişaf etmiş sənaye-aqrar ölkəsidir.01.05.2004-cü ildə Avropa İttifaqının üzvüdür.

Nuuqa limanı (Senitallin limanı).Tallin dəniz limanının yaxınlığında yerləşib, taxıl yüklərinin tranziti üçün xüsusi olaraq layihələnib və tikilib.

Taxıl terminalının tərkibinə daxil olan taxıl elevatorunun gücü 300 min ton taxıl yükləri təşkil edir.

Tranzit taxılının daşınması üçün olan kompleksin gücü 5 milyon ton, eksport taxıl üçün isə 2 milyon tondur.Taxıl kompleksinin 2 dərin körpüsü(9.1 m-ə qədər) dedveyti 120 min tona qədər gəmiləri qəbul edə bilər və yüksək hasilatlı taxılyükləyənlə təchiz edilib.

Limanda 2 neft terminalı tikilib.Liman Estoniyanın dəmiryolu şəbəkəsinə qoşulub, Latviyanın (Valka) və Rusiyanın (Svenqorod) dəmiryollarına birləşib.

Limanda azad zona tikilir ki, burada yüklərin qeydiyyatı sadələşmiş qaydada aparılacaqdır.

Tallin limanı Fin körfəzinin eyni adlı buxtasında yerləşib.Yüksəkhasilatlı yük avadanlıqları və anbar sahələri olan kifayət qədər sayda körpülərə malikdir.Liman suoturumu 9 m-ə qədər olan gəmiləri qəbul edə bilir.Qış aylarında limanda naviqasiya buzqıran gəmilərlə aparılır.

Liman 01.05.2004-cü ildən Avropa şurasının daxili limanı olub.Əsasən Rusiyanın çox sayda tranzit yüklərini Qərbi Avropa ölkələrinin limanlarına emal edir.Tallin limanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir.Limandan Skandinaviya ölkələrinə , Almaniyaya, Danimarkaya və digər Avropa ölkələrinə bir neçə bərə və sərnişin xəttləri uzanır.



Tallin limanı 2003-cü ildə 100 min konteyner(1071.7 ton), 2047.5 min ton general yüklər, 5210.6 min ton səpilmə,2382 min ton maye yüklər, 5296 min ton təkərli texnika emal etmişdir(Tranzit jurnalı, № 1, 2004).




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə