Balalar-Az. Com Nəğmələr. Mövsum və mərasim nəğmələri. Kosa-kosa




Yüklə 7.45 Kb.
tarix26.04.2016
ölçüsü7.45 Kb.

Balalar-Az.Com

Nəğmələr. Mövsum və mərasim nəğmələri.
Kosa-kosa
***

Ay kosa-kosa gəlsənə,


Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.

***


Ay uyruğu-uyruğu,
Saqqalı it quyruğu,
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər,
Yığar bayram xonçasın,
Hər yerdə düyün eylər..

***


Novruz-novruz bahara,
Güllər-güllər nubara,
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağ olsun,
Evdəkilər sağ olsun,
Xanım dursun ayağa,
Kosaya pay versin ağa.

***


Mərmər hovuzun dörd qırağında,
Bülbüllər oxur şax budağında,
Hər nə istəsəm xudadan allam,
Dəllək dükanın yadıma sallam,
Dəllək dükanı tamam çıraqban,
Nağara çalıb kəsirik qurban.
- Kosa, hardan gəlirsən?
- Dərbənddən.
- Nə gətirmisən?
- Alma.
- Almanı neylədin?
- Satdım.
- Pulunu neylədin?
- Öküz aldım.
- Öküzü neylədin?
- Vurdum öldü.
Başın sağ olsun kosa,
Ərşin uzun, bez qısa,
Kəfənsiz ölməz kosa.

***


Ay kosa-kosa gəlsənə,
Gəlmisən meydana sən,
Almayınca payını
Çəkilmə bir yana sən.
Beş yumurta payındı,
Olmaya almayasan.
Mənim kosam oynayır,
Gör necə dingildəyir,
Ona qulaq asanın
Qulağı cingildəyir.
Mənim kosam canlıdı,
Qolları mərcanlıdı,
Kosama əl vurmayın,
Kosam ikicanlıdı.
Əmiri börk başında,
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında,
Lap, lap cavandı kosam!



Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə