Bakı şəhərində kitabxana resurslarının yerləşməsi və onun kadr təminatının müasir vəziyyəti Quliyev. O.İ




Yüklə 210.03 Kb.
tarix10.04.2016
ölçüsü210.03 Kb.
Bakı şəhərində kitabxana resurslarının yerləşməsi və onun kadr təminatının müasir vəziyyəti

Quliyev.O.İ

Xətai rayon MKS-in direktoru

AMEA-nın MEK-in dissertantı
“Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”-nda göstərilir ki, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Məlumdur ki, kitabxanaçı-biblioqraf kadrların sayı və təhsil səviyyəsi kitabxana-informasiya resurslarından səmərəli istifadənin ən mühüm amillərindən biridir. Azərbaycan kitabxana-biblioqrafiya mədəniyyətinin tarixən formalaşmasında görkəmli kitabxanaçı-biblioqraflar mühüm rol oynamışdır. XX əsrin 30-40-cı illərindən respublikada orta və ali ixtisas təhsilli kitabxanaçı kadrlar hazırlığı sistemi yaranmış, bu sistem formalaşmış və bu kadrlar milli mədəniyyətimizin bu gün də əsas daşıyıcıları sırasında öndə gedirlər. Sovet birliyinin mövcudluğunun sonlarında Azərbaycan Respublikasında əhalinin hər 10 min nəfərinə 12 kitabxana işçisi düşürdü[9,67]. Halbuki anoloji vəziyyət Ukraynada 11,5, Özbəkistanda 8, Tacikistanda 9 nəfər təşkil edirdi [9,67].

Kitabxana işçilərinin sayının oxuculara xidmətə birbaşa təsirini nəzərə alsaq, həmin illərdə Azərbaycanda 10 min əhaliyə düşən çap məhsulunun ümumi həcmi 107,3 min nüsxə təşkil etmişdir [9,67]. Bu göstərici baxımından respublikamız Tacikistan, Ermənistan, Türkmənistan, Özbəkistan respublikalarından irəlidə olmuşdur.

Azərbaycan Respublikası eyni zamanda əhalinin kitabxana xidməti ilə əhatə olunması baxımından lider respublikalar sırasında olmuşdur. Belə ki, Azərbaycanda əhalinin 57,2%-nin kitabxana xidməti ilə əhatə olunması barədə aparılan tədqiqatların nəticələri çap olunmuşdur.

Bütün bu prinsiplərin əsasında respublikada ali və orta ixtisas təhsili sisteminin optimal fəaliyyət göstərməsi durmuşdur.

Bu sistemin yaranması və inkişaf tarixi əməkdar elm xadimi, professor A.Xələfovun əsərlərində kompleks şəkildə işlənmişdir [3;4].

Azərbaycanda kitabxanaların kadr təminatı, onun tərkibi, ayrı-ayrı regionlarda kadrların yerləşməsi vəziyyəti kitabxanaşünaslıq elmində müstəqil tədqiqat obyekti olmamışdır. Bu baxımdan təqdim edilən məqalə lk təşəbbüs kimi Bakı şəhərində, onun ayrı-ayrı inzibati rayonlarında, ən böyük kitabxanalarında kadrların yerləşməsi vəziyyətini təhlil etmək, onun ümumi mənzərəsini yaratmaq məqsədilə yazılmışdır.


Abşeron iqtisadi rayonu Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron və Xızı iqtisadi inzibati rayonları daxildir. Regionun ərazisi 5,5 min km2 olub, ölkə ərazisinin 6,3%-ni təşkil edir. 2002-ci ilin məlumatına görə iqtisadi rayonda əhalinin sayı 2166916 nəfər olmuşdur. Təbii ki, əhalinin 82,5%-i Bakı şəhərində, 17,5%-i isə digər inzibati rayon və şəhərin payına düşür. Rayonda yaşayan əhalinin milli tərkibində 89,1%-ni azərbaycanlılar, 5,7%-ni ruslar, qalan 5,2%-ni isə digər milli və etnik qruplar təşkil edir. İqtisadi rayonun əhalisinin ¼-i təhsil alan şagird və tələbələrdir. Onlardan 94%-i Bakı və Sumqayıt şəhərlərində təhsil alır. [5,16-56.]



2009-cu ilin statistik məlumatlarına əsasən Bakı şəhərində 717 kitabxana fəaliyyət göstərir. Bu respublika kitabxana resurslarının 8,4%-ni təşkil edir. Eyni zamanda Bakı şəhərində mövcud olan kitabxana resurslarının şəhər yerlərində yerləşdiyini nəzərə alsaq, bu rəqəm həmin meyar üzrə ölkə kitabxana ehtiyatlarının 30,9%-i deməkdir. [6,26-27]
Bakı şəhərinin rayonları üzrə kitabxana resursları aşağıdakı kimi yerləşdirilmişdir.




İnzibati rayonların adı

Kitabxanaların sayı

Yekuna görə %-lə

ədəd

%-lə

cəmi

Şəhər yerlərində

Kənd yerlərində




Bakı şəhəri-cəmi

717

100

8,4

30,9




1

Yasamal rayonu

99

13,8

1,2

4,2




2

Sabunçu rayonu

83

11,5

1

3,6




3

Xəzər rayonu

79

11,0

0,9

3,4




4

Nərimanov rayonu

72

10

0,8

3,1




5

Binəqədi rayonu

66

9,2

0,8

2,8




6

Nəsimi rayonu

63

8,7

0,7

2,7




7

Səbail rayonu

60

8,3

0,7

2,6




8

Xətai rayonu

57

7,9

0,7

2,5




9

Nizami rayonu

49

6,8

0,6

2,1




10

Suraxanı rayonu

46

6,4

0,5

2,0




11

Qaradağ rayonu

43

5,9

0,5

1,9



*Cədvəl Dövlət Statistika Komitəsinin “Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinəsinin nəticələri barədə statistik bülletendən istifadə etməklə hazırlanmışdır.


Aparılan araşdırmalar göstərir ki, Bakı şəhəri üzrə kitabxanaların yerləşməsinə təsir edən əsas amillərdən biri onların müxtəlif idarə mənsubiyyətinə malik olmasıdır.
Bakı şəhərinin rayonları üzrə kitabxana resurslarının idarə mənsubiyyəti üzrə yerləşməsi vəziyyətini (1) aşağıdakı kimidir:

Rayonların

adı

K/x-ların sayı

Məd.və Tur.N.

k/x-ları

Elmi k/x-lar

Ali təhsil müəs.

k/x-ları

Orata ixt.təh.

müəs.k/x-ları

Ümumtəh.

məkt.

k/x-ları

Peşə məkt.k/x-ları

Musiqi məkt.

k/x-ları

Səh.müəs.

k/x-ları

Digər

Binəqədi rayonu

66

8;

12,1%

4;

6,1%

2;

3%

2;

3%

32;

48,6%

5;

7,6%

3;

4,5%

1;

1,5%

9;

13,6%

Xəzər rayonu

79

8;

10,1%

2;

2,5%

2;

2,5%

_____

44;

55,7%

2;

2,5%

4;

5,1%

4;

5,1%

13;

16,5%

Xətai

rayonu

57

7;

12,2%

1;

1,8%

3;

5,3%

_____

38;

66,6%

4;

7%

3;

5,3%

_____

1;

1,8%

Qaradağ rayonu

43

10;

23,3%

____


____

_____

26;

60,5%

5;

11,6%

1;

2,3%

_____

1;

2,3%

Nərimanov rayonu

72

6;

8,3%

4;

5,6%

10;

13,9%

5;

6,9%

26;

36,2%

6;

8,3%

5;

6,9%

3;

4,2%

7;

9,7%

Nizami rayonu

49

7;

14,3%

2;

4,1%

1;

2%

2;

4,1%

28;

57,2%

5;

10,2%

2;

4,1%

1;

2%

1;

2%

Nəsimi rayonu

63

6;

9,5%

5;

7,9%

6;

9,5%

5;

7,9%

31;

49,3%

1;

1,6%

2;

3,2%

1;

1,6%

6;

9,5%

Sabunçu rayonu

83

15;

18,1%

____

____

3;

3,6%

50;

60,3%

6;

7,2%

2;

2,4%

3;

3,6%

4;

4,8%

Səbail rayonu

60

7;

11,7%

7;

11,7%

6;

10%

1;

1,7%

17;

28,2%

1;

1,7%

4;

6,7%

1;

1,7%

16;

26,6%

Suraxanı rayonu

46

6;

13%

1;

2,2%

____

____

35;

76,2%

______

2;

4,3%

_____

2;

4,3%

Yasamal rayonu

99

8;

8,1%

30;

30,3%

9;

9,1%

5;

5,1%

27;

27,2%

______

4;

4%

5;

5,1%

11;

11,1%

Bakı şəhəri üzrə cəmi

717

88;

12,3%

56;

7,8%

39;

5,4%

23;

3,2%

354;

49,4%

35;

4,9%

32;

4,5%

19;

2,6%

71;

9,9%

Cədvəldən göründüyü kimi Bakı şəhərinin inzibati rayonları üzrə kitabxanaların sayına görə Milli Elmlər Akademiyasının kitabxana şəbəkəsinin, ali məktəb kitabxanalarının daha çox yerləşdiyi Yasamal rayonu aparıcı yer tutur. İqtisadi rayonda 99 kitabxana fəaliyyət göstərir. Bu kitabxanaların 8-i (8,1%-i) Mədəniyyət və Turizm Nazirliyi sisteminin, 30-u (30,3%-i) elmi müəssisə kitabxanaları, 9-u (9,1%-i) ali məktəblərin, 5-i (5,1%-i) orta ixtisas təhsili müəssisələrinin, 27-si (27,2%-i) ümumtəhsil məktəblərinin, 4-ü (4%-i) musiqi məktəblərinin, 5-i (5,4%-i) səhiyyə ocaqlarının, 11-i (11,1%-i) digər idarə və müəssisə kitabxanalarının payına düşür.

Kitabxanaların sayına görə Sabunçu rayonu ikinci yerdə durur. Belə ki, rayon ərazisində 83 kitabxana əhalinin informasiya təminatını həyata keçirir. Bu kitabxanaların 15-i (18,1%) Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalardır. 3-ü (3,6%) orta ixtisas təhsili müəssisələrinin, 50-si (6,5%) ümumtəhsil məktəblərinin, 6-sı (7,2%) peşə təhsili müəssisələrinin, 2-si (2,4%) musiqi məktəblərinin, 3-ü (3,6%) səhiyyə müəssisələrinin, 4-ü (4,8%) digər idarə və müəssisə kitabxanalarıdır. Bakı şəhər Sabunçu rayonu ərazisində ali məktəblərin olmaması da kitabxana resurslarının düzgün yerləşdirilməməsinə səbəb olan amillərdən biridir.

Bakı şəhərinin ərazicə ən böyük rayonlarından biri Xəzər rayonudur. Bu rayondakı kitabxanaların sayı 79-dur. Bu kitabxanaların 8-i (10,1%) Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalardır. Rayonda yerləşən kitabxanaların 2-si (2,5%) elmi kitabxanalar və elmi müəssisələrin, 2-si (2,5%) ali təhsil müəssisələrinin, 2-si (2,5%) ilk peşə-ixtisas təhsili müəssisələrinin, 44-ü (55,7%) ümumtəhsil müəssisələrinin, 4-ü (5,1%) musiqi məktəblərinin, 4-ü (5,1%) səhiyyə müəssisələrinin, 13-ü (16,5%) digər müəssisələrin kitabxanalarıdır.

Bakı şəhərində kitabxanaların sayına görə 4-cü yeri Nərimanov rayonu tutur. Belə ki, bu rayonun ərazisindəki kitabxanaların ümumi sayı 72-dir. Bu kitabxanalardan 6-sı (8,3%) Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində, 4-ü (5,6%) elmi müəssisələrdə, 10-u (13,9%) ali təhsil müəssisələrində, 6-sı (8,3%)ilk peşə-ixtisas təhsili müəssisələrində, 7-si (9,7%) isə digər müəssisələrdə fəaliyyət göstərən kitabxanalardır.

Binəqədi rayonu Bakı şəhərində kitabxanaların sayına görə 5-ci yerdə durur. Bu rayonda yerləşən kitabxanaların ümumi sayı 66-dır. Həmin kitabxanaların 8-i (12,1%) Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalardır. Rayon ərazisində yerləşən digər kitabxanalardan 4-ü (6,1%) elmi müəssisələrin, 2-si (3,0%) ali təhsil müəssisələrinin, 2-si (3,0%) orta ixtisas təhsili müəssisələrinin, 5-i (7,6%) ilk peşə-ixtisas təhsili müəssisələrinin, 32-si (48,6%) ümumtəhsil müəssisələrinin, 3-ü (4,5%) musiqi məktəblərinin, 1-i (1,5%) səhiyyə müəssisələrinin, 9-u (13,6%) isə digər müəssisələrin kitabxanalarının payına düşür.

Kitabxanaların sayına görə Bakı şəhəri üzrə növbəti yeri Nəsimi rayonu tutur. Belə ki, bu rayonun payına düşən kitabxanaların ümumi sayı 63-dür. Bu kitabxanalardan 6-sı (9,5%) Mədəniyyət və Turizm Nazirliyinin, 5-i (7,9%) elmi müəssisələrin, 6-sı (9,5%) ali təhsil müəssisələrinin, 5-i ( 7,9%) orta ixtisas təhsili müəssisələrinin, 1-i (1,6%) ilk peşə-ixtisas təhsili müəssisələrinin, 31-i (49,3%) ümumtəhsil müəssisələrinin, 2-si (3,2%) musiqi məktəblərinin, 1-i (1,6%) səhiyyə müəssisələrinin, 6-sı (9,5%) isə digər müəssisələrin kitabxanalarıdır.

Səbail rayonu üzrə kitabxanaların sayı 60-dır. Həmin kitabxanalardan 7-si (11,7%) Mədəniyyət və Turizm Nazirliyinin, 7-si (11,7%) elmi müəssisələrin, 6-sı (10,0%) ali təhsil müəssisələrinin, 1-i (1,7%) ilk peşə-ixtisas təhsili müəssisələrinin, 17-si (28,2%) ümumtəhsil müəssisələrinin, 4-ü (6,7%) musiqi məktəblərinin, 1-i (1,7%) səhiyyə müəssisələrinin, 16-sı (26,6%) isə digər müəssisələrin payına düşən kitabxanalardır.

Bakı şəhərinin ən böyük rayonlarından biri olan Xətai rayonunda 57 kitabxana yerləşir. Bu kitabxanalardan 7-si (12,2%) Mədəniyyət və Turizm Nazirliyin tabeliyindədir. Qalan kitabxanalardan 1-ni (1,8%) elmi müəssisələrin, 3-nü (5,3%) ali təhsil müəssisələrinin, 4-nü (7,0%) ilk peşə təhsili müəssisələrinin, 38-ni (66,6%) ümumtəhsil müəssisələrinin, 3-nü (5,3%) musiqi məktəblərinin, 1-ni (1,8%) isə digər müəssisələrinin kitabxanaları təşkil edir.

Nizami rayonunda kitabxanaların ümumi sayı 49-dur. Bu kitabxanalardan 7-i (14,3%) Mədəniyyət və Turizm Nazirliyin tabeliyində, 2-i (4,1%) elmi müəssisələrdə, 1-i (2,0%) ali təhsil müəssisələrində, 2-i (4,1%) orta ixtisas təhsili müəssisələrində, 5-i (10,2%) ilk peşə-ixtisas təhsili müəssisələrində, 28-i (57,2%) ümumtəhsil müəssisələrində, 2-i (4,1%) musiqi məktəblərində, 1-i (2,0%) digər müəssisələrdə fəaliyyət göstərən kitabxanalardır.

Suraxanı rayonu kitabxanaların sayına görə 10-cu yerdə durur. Burada 46 kitabxana fəaliyyət göstərir. Bunlardan 6-ı (13,0%) Mədəniyyət və Turizm Nazirliyinin, 1-i (2,2%) elmi müəssisələrin, 35-i (76,2%) ümumtəhsil məktəblərinin, 2-i (4,3%) musiqi məktəblərinin, 2-i (4,3%) digər müəssisələrin kitabxanalarıdır.

Bakı şəhərinin kitabxanalarının sayına görə sonuncu yerdə Qaradağ rayonu durur. Burada fəaliyyət göstərən kitabxanaların sayı 43-dür. Bunlardan 10-u (23,3%) Mədəniyyət və Turizm Nazirliyin tabeliyində, 5-i (11,6%) ilk peşə-ixtisas təhsili müəssisələrində, 26-sı (60,5%) ümumtəhsil məktəblərində, 1-i (2,3%) musiqi məktəblərində, 1-i (2,3%) digər müəssisələrdə fəaliyyət göstərən kitabxanalardır.

Bakı şəhəri ölkənin kitabxana informasiya resurslarının formalaşdığı əsas mərkəzlərdən biridir. Belə ki, ölkənin informasiya resurslarının 49,8 %-i, başqa sözlə yarısı Bakı şəhərində yerləşir1. Bu resurslar Bakı şəhərinin rayonları üzrə aşağıdakı kimi yerləşmişdir:

1. Səbail rayonu üzrə- 50,5 %

2. Yasamal rayonu üzrə- 18,1 %

3. Nəsimi rayonu üzrə- 8,0 %

4. Nərimanov rayonu üzrə- 4,4 %

5. Sabunçu rayonu üzrə- 4,1 %

6. Binəqədi rayonu üzrə- 3,6 %

7. Xətai rayonu üzrə- 2,5 %

8. Xəzər rayonu üzrə- 2,5 %

9. Suraxanı rayonu üzrə- 2,1 %

10. Nizami rayonu üzrə- 2,0%

11. Qaradağ rayonu üzrə- 1,6 %

Göründüyü kimi ölkənin kitabxanaların resurslarının 0,7 %-nin, Bakı şəhərinin kitabxanalarının 8,3 %-nin yerləşdiyi Səbail rayonunda şəhər kitabxanalarının informasiya resurslarının 50,5 %-i cəmləşmişdir. Bu da Səbail rayonunun ölkənin mədəni, informasiya və bütövlükdə kitabxana mühitində çox mühüm rol oynadığını göstərən amillərdən biridir.

Məlumdur ki, Bakı şəhərinin kitabxana mühitinin formalaşmasında elmi müəssisələrin kitabxanaları mühüm yer tutur. Bu kitabxanalar ölkənin kitabxana resurslarının 0,8%-ni təşkil edir. Belə kitabxanaların hamısı (72 ədəd) şəhər yerlərində yerləşir. Bu da həmin parametr üzrə şəhər kitabxana resurslarının 3%-i deməkdir.

Elmi müəssisə kitabxanalarının regionlar üzrə yerləşməsi prosesinin təhlili göstərir ki, bu kitabxanalar təbii olaraq şəhər yaşayış məskənlərində yerləşir.

Bunu aşağıdakı cədvəldən aydın görmək olar:





İqtisadi rayonun adı

Ədəd

%

1.

Abşeron iqtisadi rayonu

63

0,7

2.

Gəncə-Qazax iqtisadi rayonu

5

0,4

3.

Şəki-Zaqatala iqtisadi rayonu

1

0,1

4.

Lənkəran iqtisadi rayonu

-

-

5.

Quba-Xaçmaz iqtisadi rayonu




0,1

6.

Aran iqtisadi rayonu

-

-

7.

Yuxarı-Qarabağ iqtisadi rayonu

-

-

8.

Kəlbəcər-Laçın iqtisadi rayonu

-

-

9.

Dağlıq Şirvan iqtisadi rayonu

-

-

10.

Naxçıvan iqtisadi rayonu

2

0,4




Cəmi: ölkə üzrə

72

0,8

Elmi müəssisə kitabxanalarının Bakı şəhərinin inzibati rayonları üzrə yerləşməsi mənzərəsini aşağıdakı cədvəldən aydın görmək olar:

1. Yasamal rayonu - 30 kitabxana

2. Səbail rayonu - 7 kitabxana

3. Nəsimi rayonu - 5 kitabxana

4. Nərimanov rayonu - 4 kitabxana

5. Binəqədi rayonu - 4 kitabxana

6. Nizami rayonu - 2 kitabxana

7. Xəzər rayonu - 2 kitabxana

8. Xətai rayonu - 1 kitabxana

9. Suraxanı rayonu - 1 kitabxana

Cədvəldən göründüyü kimi Bakı şəhərinin Qaradağ və Sabunçu rayonlarında elmi müəssisə kitabxanası yoxdur.

Statistik məlumatların təhlili göstərir ki, Bakı şəhərində yerləşən elmi müəssisələrin kitabxana resursları şəhərin kitabxana ehtiyatlarının 7,8%-ni təşkil edir. Bu kitabxanalar Yasamal rayonu kitabxana resurslarının 30,3%-i, Səbail rayonunun kitabxana resurslarının 11,7%-i, Nəsimi, Binəqədi və Nərimanov rayonu elmi kitabxana resurslarının müvafiq olaraq 7,9%-i, 6,1%-i və 5,6%-i təşkil edir.

Başqa sözlə Bakı şəhərinin inzibati rayonları arasında elmi müəssisələrin qeyri-bərabər paylanması onun elmi kitabxana şəbəkəsinin də yerləşməsinə mənfi təsir göstərən əsas amillərdən biridir.

Elmi müəssisə kitabxanalarının fondu öz zənginliyi və xüsusi çəkisi baxımından diqqəti cəlb edir. Bu kitabxanaların informasiya resursları 23719951 nüsxədən ibarətdir ki, bu da ölkə və şəhər kitabxanalarının informasiya resurslarının müvafiq olaraq 21,4%-ini və 29,4%-ini təşkil edir. Deməli bu kitabxanalarda ölkə kitabxanalarının informasiya resurslarının 1,5%-i, şəhərlər üzrə informasiya resurslarının təqribən 1/3-i mühafizə olunur. Başqa sözlə, elmi müəssisə kitabxanaları informasiya resurslarının ümumi həcminə görə Təhsil Nazirliyi kitabxanalarının informasiya resurslarından (45%), Mədəniyyət və Turizm Nazirliyi kitabxana şəbəkələrinin informasiya resurslarından (32,2%) sonra üçüncü yerdə durur. Bu da həmin kitabxana şəbəkəsinin sayca az olmasına baxmayaraq informasiya ehtiyatlarının xüsusi çəkisinə görə ölkənin informasiya arealında xüsusi mövqeyə malik olması deməkdir.

Elmi müəssisə kitabxanalarının informasiya resurslarının tərkibi başqa kitabxana şəbəkələrindən fərqli olaraq informasiya mənbələrinin növlərinə görə də fərqlənir. Əgər kitablar ölkə kitabxanalarının informasiya resurslarının 80,5%-ni təşkil edirsə, bu kitabxanalarda kitablar 25,9%-dir. Lakin jurnallar ölkə informasiya resurslarının 3,5%-ini təşkil etməsinə baxmayaraq, bu kitabxanaların fondlarının 11,3%-ini təşkil edir. Diqqəti cəlb edən cəhətlərdən biri bəhs edilən kitabxanalarda informasiya resurslarının 60,1%-ini elektron nəşrlər də daxil olmaqla digər nəşrlər də təşkil edir ki, bu rəqəm ölkə üzrə ümumi informasiya resurslarının 14%-ini təşkil edir. Deməli xüsusi növ nəşrlər həmin kitabxanalarda müvafiq fond üzrə orta göstəricidən 4 dəfədən də artıqdır. Fikrimizcə elmi-tədqiqat işi ilə məşğul olan mütəxəsislərin informasiya sorğularının ödənilməsinin əsas vasitələrindən olan xüsusi nəşrlər həmin kitabxanaları digər kitabxanalardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Məlumdur ki, kitabxanaların missiyasının müvəffəqiyyətlə həyata keçirilməsi onların kadr təminatından əsaslı dərəcədə asılıdır. Bu baxından Bakı şəhəri ölkənin bütün regionlarından fərqlənir. Azərbaycan Respublikasında regionlarda kadrların yerləşmə səviyyəsi aşağıdakı kimidir:

1. Bakı şəhəri- 3158- 36,1 %

2. Aran iqtisadi rayonu- 1932-22,1

3. Gəncə-Qazax iqtisadi rayonu- 1125-12,8

4. Lənkəran iqtisadi rayonu- 734-8,4

5. Naxçıvan iqtisadi rayonu- 691-7,9

6. Şəki-Zaqatala iqtisadi rayonu- 640-7,3

7. Quba-Xaçmaz iqtisadi rayonu- 569-6,5

8. Yuxarı Qarabağ iqtisadi rayonu- 560-6,4

9. Kəlbəcər-Laçın iqtisadi rayonu- 369-4,2

10. Dağlıq Şirvan iqtisadi rayonu- 338-3,8

11. Abşeron iqtisadi rayonu- 169-1,9

Bakı şəhərində əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində kitabxanaçı-biblioqraf kadrlar mühüm rol oynayır. Şəhərin mədəni mühitinin formalaşmasında kitabxanaçı kadrların rolu əvəzsizdir. Statistik məlumatlara görə Bakı şəhərində 3158 kitabxana mütəxəssisi fəaliyyət göstərir. Bu da ölkə kitabxana-informasiya işçiləri korpusunun 36,1 %-ni təşkil edir. Bütövlükdə ölkə kitabxana resurslarının 8,4 %-nin, kitabxana-informasiya ehtiyatlarının 49,8 %-nin Bakı şəhərində yerləşdiyini nəzərə alsaq, kəmiyyət baxımından kitabxanaçı kadrlarla təminatı ölkənin başqa regionları ilə müqayisədə normal hesab etmək olar.

Bakı şəhərinin inzibati rayonlarının kitabxanaçı-biblioqraf kadrlarla təminatı səviyyəsi aşağıdakı cədvəldən aydın görünür:





Rayonun adı

Nəfər

%

1.

Səbail rayonu

795

25,1

2.

Yasamal rayonu

745

23,5

3.

Nəsimi rayonu

422

13,3

4.

Nərimanov rayonu

222

7

5.

Sabunçu rayonu

209

6,6

6.

Xətai rayonu

170

5,3

7.

Binəqədi rayonu

155

4,9

8.

Xəzər rayonu

144

4,5

9.

Nizami rayonu

112

3,5

10.

Suraxanı rayonu

94

2,9

11.

Qaradağ rayonu

90

2,8

Bütövlükdə cədvəldən göründüyü kimi Bakı şəhərində fəaliyyət göstərən kitabxana işçilərinin 62%-i Səbail, Yasamal və Nəsimi rayonlarının payına düşür. Bu da həmin rayonların ümumən ölkənin, o cümlədən Bakı şəhərinin mədəni, elmi, tədris və informasiya arealında mühüm rol oynaması ilə bilavasitə əlaqədardır. Belə ki, Milli kitabxana, Prezident kitabxanası, Milli Elmlər Akademiyasının MEK-ı, BDU-nun, habelə bir sıra ali və orta ixtisas məktəblərinin, elmi-tədqiqat müəssisələrinin, Ali hakimiyyət orqanlarının kitabxanalarının bu rayonlarda yerləşməsi bu mənzərənin formalaşmasına ciddi təsir edən amillər sırasına daxildir. Kitabxanaçı kadrlarla təminat baxımından sonuncu yerdə duran Qaradağ rayonunda fəaliyyət göstərən kitabxanalardır.

Kitabxanaçı-biblioqraf kadrlar korpusunun aparıcı qüvvəsi təbii ki, ali ixtisas təhsilli mütəxəssislərdir. Aparılan təhlillər göstərir ki, Bakı şəhərinin kitabxanalarında çalışan işçilərin 37,8 %-i, başqa sözlə 1186 nəfəri ali ixtisas təhsilli kadrlardır. Bu da ölkənin regionları ilə müqayisədə ən yüksək göstəricidir və respublikanın orta göstəricisindən təqribən 2 dəfədən də (18,1) yüksəkdir.

Bakı şəhərinin inzibati rayonları üzrə ali ixtisas təhsilli kitabxanaçı kadrların yerləşməsinin öyrənilməsi göstərir ki, inzibati rayonlarda bu mənzərə bir-birindən kəskin şəkildə fərqlənir. Bunu aşağıdakı cədvəldən də görmək olar:






Bakı şəhərinin inzibati rayonları

Ali ixtisas təhsillilərin sayı

İnzibati rayonda olan kitabxana işçilərinin ümumi sayına nisbəti

Nəfər

%

1.

Səbail rayonu

424

53,3

2.

Yasamal rayonu

306

41,1

3.

Nəsimi rayonu

159

37,7

4.

Nərimanov rayonu

71

32,0

5.

Sabunçu rayonu

49

23,4

6.

Xətai rayonu

45

26,5

7.

Binəqədi rayonu

42

27,1

8.

Xəzər rayonu

28

19,4

9.

Nizami rayonu

28

25,0

10.

Suraxanı rayonu

22

23,4

11.

Qaradağ rayonu

12

13,3




Bakı şəhəri üzrə cəmi

1186

37,6

Bakı şəhərində kiatbxanaların kadr tərkibində orta ixtisas təhsilli işçilər mühüm yer tutur. Ölkə üzrə bu kadrların xüsusi çəkisi 20,2% təşkil edir. Bakı şəhərində orta ixtisas təhsilli kadrların sayı ümumi ölkə göstəricisi ilə üst-üstə düşür(20,5 %). Lakin inzibati rayonlar üzrə bu proses 12-36 % arasında dəyişir. Belə ki, orta ixtisas təhsilli kadrların xüsusi çəkisinin yüksək olması Sabunçu (35,9%), Xəzər (33,3%), Binəqədi (32,9%), Suraxanı (31,9%), Xətai (30,0%), Nizami (29,5%) rayonlarında müşahidə olunur. Bakının Səbail, Yasamal, Nəsimi, Nərimanov rayonlarında bu kadrlar müvafiq olaraq 12,2% Yasamal; 16,1% Nəsimi; 16,1% Səbail; 72,5% Nərimanov rayonunda təşkil edir.

Bakı şəhərində ümumi orta təhsilli kadrlar kitabxanaların kadr potensialının 8,1%-ni təşkil edir. Bu rəqəm Azərbaycan Respublikası üzrə kitabxanalarda işləyən ümumi orta təhsilli kadrlarla müqayisədə ( 32,2%) 4 dəfə aşağıdır. Ümum orta təhsilli kadrlar daha çox Bakının Qaradağ (38,9%), Xəzər (16,8%), Sabunçu (14,8%), Suraxanı (11,7%), Binəqədi (11,0%) rayonlarında müşahidə olunur. Aparılan müüşahidələr göstərir ki, şəhərin mərkəzindən uzaqlaşdıqca orta təhsilli kadrların xüsusi çəkisi artır. Qaradağ rayonunda isə bu kadrların 38,9% təşkil etməsi, ali ixtisas təhsilli kadrların Bakı şəhəri üzrə ən aşağı göstərici olması (13,3%) bu sahədə problem situasiyasının olmasına səbəb olmuşdur. Bu problem birinci növbədə rayon kitabxanalarının ali ixtisas təhsilli kadrlarla təminatı sistemini yaratmaqla, orta təhsilli kadrların fasiləsiz təhsilə cəlb edilməsi yolu ilə həll edilə bilər.

Bakı şəhərində kitabxana resurslarının idarə olunmasında qeyri-ali ixtisas təhsilli kadrlar mühüm rol oynayır. Kitabxanaların kadr korpusunda bu kateqoriyadan olan işçilərin xüsusi çəkisi 24,6 %-dir. Respublika üzrə göstəricidən (15,1 %) yüksək olan bu kadrlar şəhərin rayonları üzrə müxtəlif cür yerləşmişdir. Qeyri-ali ixtisas təhsilli kadrlar daha çox Nəsimi rayonunda (35,8 %), Nərimanov rayonunda (30,2 %), Yasamal rayonunda (29,2 %), Nizami rayonunda (28,6 %)-dır. Bu kateqoriyadan olan işçilərin az yerləşdiyi rayon Qaradağ (7,8 %), Xətai (13,5 %), Sabunçu (13,9 %) rayonlarıdır.

Bakı şəhərində kitabxanaçı kadrların yerləşməsindən bəhs edərkən qeyri-orta ixtisas təhsilli kadr korpusunu da qeyd etmək lazımdır. Respublika üzrə bu kateqoriyadan olan işçilərin xüsusi çəkisi 14,4 % təşkil edir. Bakı şəhəri üzrə isə bu rəqəm 9,2 %-dir. Şəhər üzrə qeyri-orta ixtisas təhsilli kadrların yerləşməsinə görə Xətai rayonu aparıcı mövqeyə malikdir. Belə ki, bu rayonda 170 kitabxana mütəxəssisindən 39-u (22,9 %) məhz bu kateqoriyadan olan işçilərdir. Bu baxımdan ən aşağı göstərici Nəsimi rayonunda (5,9 %), Yasamal rayonunda (6,3 %), Səbail rayonunda (8,2 %) müşahidə olunur.

Qeyri-orta ixtisas təhsilli kadrların cəmiyyətin informasiya təminatındakı rolunu nəzərə alaraq mövcud olan kolleclər vasitəsilə onların əlavə təhsil sisteminə cəlb edilməsi, ixtisasartırma kursları, treyninqlər vasitəsilə onların peşə səviyyəsinin yüksəldilməsi qarşıda duran vəzifələrdəndir.

Bakı şəhərinin iri kitabxanalarının kadr təminatının vəziyyətini aşağıdakı cədvəldən görmək olar[2.s.20-206; 422-425;480-490]


#


Mütəxəssis. cəmi

Ali ixtisas

Ali qeyri-ixtisas

Orta ixtisas

Qeyri-orta ixtisas

Orta ümumtəhsil

1.

M.F.Axundov ad.

Azərb.Milli kx



113

62

63

27

13

2.

C.Cabbarlı ad. Gənclər kx

17

2

-

15

4

3.

F.Köçərli ad.Uşaq kx

31

27

11

-

-

4.

Gözdən əlillər üçün Resp.kx

6

7

4

-

1

5.

AMEA-nın MEK

33

55

-

13

4

6.

Resp.Elmi Pedoqoji kx

13

8

-

10

-

7.

Resp.Elmi Tibb kx

11

17

8

-

20

8.

Resp.Elmi Kənd Təsərrüfatı kx

22

2

5

-

5

9.

Resp.Elmi Texniki kx

41

30

-

19

30

10.

Xətai ray. MKS

9

6

15

-

4

11.

Nizami ray.MKS

21

-

27,5

-

2

Milli kitabxananın kadr korpusunun əsasını ixtisaslı kadrlar təşkil edir. Belə ki, əgər 2007-ci ilin məlumatına görə kitabxanada işləyən mütəxəssislərin 113 nəfəri ali, 63 nəfəri orta ixtisas təhsilli kadrlar idisə, 2009-cu ilin məlumatına görə bu rəqəm müvafiq olaraq 147 və 90 olmuşdur [7]. Son bir neçə ildə kitabxanada ixtisaslı kadrların sayı nəfər artmışdır. Bu da kitabxananın fəaliyyətinin köklü dəyişməsinə səbəb olmuşdur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında isə 88 kitabxana mütəxəssisindən 33-ü ali ixtisas təhsilli, 55-i ali-qeyri ixtisas təhsilli, 13-ü orta qeyri-ixtisas təhsilli, 4-ü orta təhsilli kadrlardır.

Respublika əhəmiyyətli kitabxana kimi C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 48 nəfər mütəxəssis çalışır. Onlardan yalnız 17 nəfəri ali ixtisas təhsilli kadrlardır.

Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında isə 34 işçidən 22-si ali ixtisas təhsilli, 5-i orta ixtisas təhsillidir.

Respublika Elmi Texniki Kitabxanasında isə 120 işçidən 40 nəfəri ali ixtisas təhsilli işçilərdir.

F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasında 69 işçidən 31-i ali, 11-i isə orta ixtisas təhsilli kadrlardır.

Nizami rayonu MKS-də isə 29,5 ştat vahidi üzrə 27,5-i ali və orta ixtisaslı mütəxəsislərdir.

Təhlildən göründüyü kimi, Milli Kitabxana, Respublika Uşaq Kitabxanası, Respublika Elmi Texniki Kitabxanası, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası, Nizami rayonu MKS-i ixtisaslı kadrlarla daha yaxşı təmin olunmuşdur.

Bakı şəhərində resurlarından səmərəli istifadənin təşkilində peşəkar kadrların yeri və rolu kitabxanaların modernləşdirilməsi konteksində bəzi strateji vəzifələrin həyata keçirilməsini tələb edir:

- Cəmiyyətdə kitabxanaçı peşəsinin sosial statusunu yüksəltmək və informasiya xidmətini modernləşdirmək məqsədilə ölkənin intellektual, təhsil, mədəni potensialına, onların etdiyi xidmətə adekvat olaraq kitabxana işçilərinin əmək haqqının daima artırılması. Bunun hüquqi əsası da vardır. Belə ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda [1] da bu kateqoriya işçilərin təhsil sferası işçilərinə bərabər tutulmasına dair birbaşa göstəriş vardır.

- Fasiləsiz kitabxana-informasiya təhsilinin inkişafının prioritet istiqamət kimi nəzərə alınması. Bu məqsədlə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin, Milli Kitabxananın, respublika əhəmiyyətli kitabxanaların, mədəniyyət işçilərinin ixtisasartırma kursunun potensialından istifadə etməklə kitabxanaçı kadrların təkmilləşdirilməsi və yenidən hazırlanması prosesini sistemli çəkildə həyata keçirmək olar.


Ədəbiyyat

1.Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu// Azərbaycan.-1999-cu il-14 mart.

2. Azərbaycan Kitabxanaları XXI əsrin informasiya məkanında. C.I-II.B.:2007.-820s

3.Xələfov A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı.-B.: Maarif,1987.-132 s.;

4.Azərbaycanda ali kitabxanaçılıq təhsili.-B.: BDU,1998.-130 s.

5.Məmmədov Z. Regionların iqtisadi inkşaf problemləri.-Bakı:Elm, 2007.-s.16-56.

6.“Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinənin nəticələri barədə statistik bülleten B.:2009.- s.26-27

7.M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının hesabatı.2009-cu il.74s.

8.Xətai rayon MKS-in hesabatı.2009-cu il.

9.Темпы и пропорции развития библиотечных ресурсов в крупных регионах страна.- М.,1986.-с. 67


Кулиев.О.И



Резюме

Современное состояние размещения библиотечно-информационных ресурсов и его кадровое обеспечение в городе Баку


В статье на основе анализа и обобщения официальных статистических материалов исследовано современное состояние, темпы и пропорции размещения библиотечно-информационных ресурсов, а также кадровое обеспечение библиотек в городе Баку.
Ghuliyev.O.I
Summary
Contemporary Conditions of The Settle of Library-Information Resources and Present Situation of Its Staff Provision In Baku City
On the basis of analyze and summarize of the official statistical materials researched the contemporary conditions tempo and proportions of the of the settle of the library-information resources, also provision by the staff in the Baku.


1 Hesablama müəllif tərəfindən statistik materialların təhlili əsasında müəyyənləşdirilmişdir





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə