Bakı Dövlət Universiteti




Yüklə 166.26 Kb.
səhifə3/3
tarix27.02.2016
ölçüsü166.26 Kb.
1   2   3


Konstitusiyanın IV bölməsində məhkəmə hakimiyyətindən danışılır.Bu bölmə 53-67ci maddələri əhatə edir.1924-cü il konstitusiyasında məhkəməhakimiyyəti ilə bağlı fəsil 1876-cı il konstitusiyasından geri qalır.Ümumiyyətlə bu fəsil zəif işlənmişdi.Boşluqalar daha sonralar cari qanunvericiklə doldurldu.Məslən 1876-cı ildə fövqəladə məhkəmələrin yaradılması qadağan idi,1924-cü il konstitusiyasında isə bu barədə heç bir hökm yox idi.Məclisdə bu barədə təklif olunmuş və rədd edilmişdi.Həmçinin inzibati hüquq pozuntularının mühakimə olunması icra orqanı olan Dövlət Şurasına həvalə edilmişdi.Qanunları şərh etmək hüququnun da məhəkəmlərə vrilməməsi böyük əksiklikdir.Türkiyə respublika elan olunana qədər ölkədə şəriət və dünyəvi məhkəmələr fəaliyyət göstərmişdir.Məhkəmə orqanlarının təşkili və səlahiyyətləri 17 iyun 1879-cu il Əsasnaməsi ilə müəyyən olunurdu.Cümhuriyyət elan olunduqdan sonra Məclisin 1924-cü il tarixli qanunu ilə şərət məhkəmələri ləğv olundu,onların aidiyyətində olan işlər isə dünyəvi məhkəmələrə verildi.Lozanna sülh müqaviləsinin 42-ci maddəsinə əsasən milli azlıqların məhkəmə işləri dünyəvi məhkəmələrin aidiyyətinə verildi.53-ci maddədə göstərilir - Məhəkmələrin quruluşu,vəzifə və səlahiyyətləri qanunla müəyyən edilir.Həmin dövrün qanunvericiliyinə görə Türkiyədə adi,inzibati,xüsusi və fövqəladə məhkəmələr mövcüd idi.İnzibati-ərazi bölgüsünə uyğun olaraq hər bir dairə və nahiyədə sülh məhkəmələri yaradıldı.Onlar az əhəmiyyətli mülki işlərə və cinayət işlərinə baxırdı.Barışdırıcı hakimlərə səhhətin vəziyyətinə və ya digər səbələrə görə müstəqil hərəkət edə bilməyən şəxslərin mənafelərinin müdafiəsi də həvalə olunmuşdu.Digər məhkəmələr olmayan inzibati vahidlərdə ədliyyə nazirliyinin icazəsi ilə barışdırıcı hakimlər əsas məhkəmələrin səlahiyyətnə daxil olan bəzi mülki işlərə,cinayət və kommersiya işlərini öz icraatına qəbul edə bilərdi.Zəruri hallarda barışdırıcı hakimlər daşınar və daşınmaz əmlaka həbs qoya bilərdi.Onlar tərəfləri barışdırmağa çalışırdı.Barışdırıcı hakimlər iclasçıların iştirakı olmadan işlərə təkbaşına baxa bilərdi.Əsas məhkəmələr birinci instansiya məhkəməsi idi və dairə və vilayət mərkəzərində,habelə,iri şəhərlərdə təsis olunurdu.Onlar əsasən sülh məhkəmələrinin aidiyyatında olmayan mülki işlərə,kommersiya və cinayət işlərinə baxırdı.İşin xarakterindən asılı olaraq əsas məhkəmələr sistemində iri şəhərlərdə kommersiya və cinayət məhkəmələri təsis olunmuşdu.Kommersiya və cinayət məhkəmləri əsas məhkəmənin kollegiyaları kimi fəaliyyət göstərirdi.Əsas məhkəmə sədr və iki üzvdən ibarət idi.Əsas məhkəmənin yanında dövlət və ya ictimai manefəlirinin müdafiəçisi kimi çıxış edən prokuror və məhkəmə müstəntiqi fəaliyyət göstərirdi.Məhəkəmədə cinayət işlərinə baxılarkən cinayət işləri üzrə xüsusi prokuror çıxış edirdi.İnzibati məhkəmələr ədliyyə nazirliyiin göstərişi əsasında vilayət mərkəzlərində təsis olunurdu.İnzibati məhkəmlər kimi Dövlət Şurasının seksiyaları və artibraj komisiyyaları da fəaliyyət göstəriridi.Xüssui məhkəmələr kommeriya məhəkmləri və hərbi tribunallara aid idi.Kommersiya məhkəmləri iddianın qiyməti 200 türk lirəsindən çox olan ticarət işləri ilə bağlı mübahisələri həll edirdi.Kommersiya məhkəmələri sədrdən,iki hakimdən və iclasçı funksiyasını yerinə yetirən iki müvəqqəti hakimdən ibarət idi.Kommersiya məhkəmlərində işlərə 1926-cı ildə qəbul olunmuş türk kommersiya Məcəlləsi əsasında baxılırdı.Kommersiya məhkəmələri təkcə ayrı-ayrı tacirlər və ya komersantlar arasında mübahisəli məsələləri həll etmir,həm də xarici dövlətlər və türk tacirləri və bank sahibləri arasında ticarət müqavilələri və sazişlərin şərtlərindən irəli gələn işlərə baxırdı.Kommersiya məhkəmələrinin qərarlarından yalnız Kassasiya məhəkəməsinə şikayət verilə bilərdi.Əsas məhkəmələrin cinayət kollegiyaları ölkədə asayişin pozulması ilə bağlı və sülh məhkəmələrinin səlahiyyətlərindən kənara çıxan iri cinayət işlərinə baxmaq üçün təsisi olunmuşdu.Əsas məhkəmələrin cinayət kollegiyaları sədrdən və dörd üzvdən ibarət idi.Kasasiya məhkəmsi bu məhkəmələr üçün də ikinci instansiya idi.Zərurət yarandıqda ədliyyə nazirliyi dairələrdə mülki işlərin,cinayət və kommersiya işlərinin baxılmasını yalnız bir nəfər tərkibdən ibarət olan əsas məhkəmələrə həvalə edə bilərdi.Əsas məhkəmələrə aid olan mühüm işlər üzrə cinayət məhəkəmələri ölüm hökmünün çıxarılması ilə bağlı işlərə baxırdı.Bu halda məhkəmənin tərkibinə əlavə olaraq iki üzv və prokuror təyin olunurdu.Qeyd olunduğu kimi həmin dövrdə Türkiyədə fövqəladə məhəkmələr də yaradılmışdı.Onlar mövcüd quruluşa qarşı yönəldilmiş ağır cinayətlərə baxırdı.

“Millətin mühafizəsinə dair” qanuna uyğun olaraq vilayətlərdə fövqəladə mhkəmələr olan tribunallar təsis olunmuşdu.Mövcüd quruluşa qarşı cinayətlərin istintaqı onların üzərinə düşürdü.Ordu və donanmada hərbi qulluqçuların cinayətlərinə baxmaq üçün hərbi tribunnallar təsis olumuşdu.Hərbi tribunallar alaylarda,diviziyalarda,korpuslarda və onlara bərabər tutulan hərbi hissə və birləşmələrdə yaradılırdı.General və admiralların məhkəmə işlərinə türk ordusu baş qərargah rəsis yanında təsis olunmuş xüsusi tribunallarda baxılırdı.Hərbi qulluqçular üçün yuxarı məhkəmə dərəcəsi Ankarada hərbi kassasiya Məhkəməsi idi.Bu məhəkəm həmçinin ordu və hərbi dəniz donanmasında ayrı-ayrı vəzifəli şəxslər arasında xidməti xarakter daşıyan münaqişəli işlərə baxırdı.Hərbi Kassasiya Məhkəməsi sədrdən,dörd zabit və üç hərbi hüquqşünasdan ibarət idi.Ən yüksək məhkəmə idarəsi isə Kassasiya Məhkəməsi idi.Ali Məhkəmə orqanı ədliyyə nazirliyi tərəfindən komplektləşdirlirdi,sonra isə Nazirlər Şurasının sədri tərəfindən təsdiq olunurdu.Kassasiya Məhkəməsinin əsas vəzifəsi qanunların tətbiqi və təfsirində eyniliyi təmin etmək idi.Birinci instansiya məhkəmələrinin hökmlərindən verilmiş protest və şikayətlərə baxmaq da Kassasiya Məhkəməsinin səlahiyyətində idi.Kassasiya Məhkəməsi mülki işlər üzrə beş seksiyaya,cinayət işləri üzrə dörd seksiyaya bölünmüşdü.Kassasiya Məhkəməsinin birinci dərəcəli məhəkəmə kimi işlərə yenidən baxa,qərar və hökmlər çıxara bilməzdi.O,birinci dərəcəli məhkəmlərin qəralarını yalnız təsdiq və ya rədd edə bilərdi.Cəzanı yüngülləşdirmək və ya ağırlaşdırmaq da onun səlahiyyətində idi.Kassasiya Məhkəməsində iki plenum:cinayət işləri üzrə və mülki işlər üzrə plenum mövcüd idi.Plenumların tərkibində Kassasiya məhkəmsinin müvafiq seksiyalarının sədr və üzvləri daxil idi.Plenumun iclaslarında bir qayda olaraq,Kassasiya Məhkəməsinin sədri və ya onun müavini sədrlik edirdi.Kassasiya məhkəməsinin seksiyalarının qərarlarından plenumlara şikayət verilə bilərdi. Kassasiya Məhkəməsinin tərkibində birinci səs hüququna general-prokuror malik idi.

Uzun müddət Türkiyədə vahid və mərkəzləşmiş prokurorluq yox idi.Prokuror nəzarəti köhnə Osmanlı qanuna uyğun olaraq həyata keçirilirdi.Cümhuriyyət elan olunduqdan sonra həmin qanuna cüzi dəyişiklər edildi.Prokuror nəzarətini xüsusi məmurlar həyata keçirirdi.Onlar ədliyyə nazirliyinin nəzarəti altında fəaliyyət göstərirdi.Prokuror nəzarətinin üzərinə məhkəmlərdə mülki və inzibati işlər üzrə dövlətin mənafelərini və cinayət işlərinə baxılarkən xalqın mənafelərini müdafiə etmək vəzifəsi qoyulmuşdu.Prokuror nəzarəti,həmçinin müxtəlif məhkəmə dərəcələrinin hökmlərinin dürüst icra olunmasına şamil edilirdi.Cinayət işlərinə baxılarkən məhkəmənin tərkibində cinayət işləri üzrə prokuror daxil edilirdi.Məclisin xüsusi qanunu əsasında Dövlət Şurasının,Hesablama Palatasının və Hərbi Kassasiya məhkəməsinin tərkibinə prokuror nəzarətinin məmurları daxil edilmişdi.

Konstitusiyanın 54-cü maddəsində göstərilir ki,hakimlər tam müstəqildirlər,heç kəs onlara müdaxilə edə bilməz.Ancaq qanuna bağlıdırlar.TBMM və Nazirlər Şurası məhkəmələrin qərarlarını dəyişdirə ləngidə və onların həyata keçməsinə əngəl ola bilməzlər(maddə 54).Hakimlərin toxunulamazlığına 55-ci maddə də toxunulub,onlar qanunda göstərilən əssalar olmadan vəzifədən azad bilməzlər.56-57-ci maddələr də hakimlərin müstəqiliyyinə aiddir,56-cı maddə göstərilir - hakimlərin hüququları,səlahiyyətləri,vəzifəyə təyin olunma qaydaları,işdən azad olunma qaydaları,məvacibləri xüsusi qanun ilə müəyyən olunur.57 maddə – hakimlər qanunda göstəriləndən əlavə və xüsusi vəzifə qəbul edə bilməzlər.1926-cı ilə qədər hakimlərin hüquq və vəzifələri köhnə Osmanlı qanunnaməsi ilə nizamlanırdı.Bu qanunnaməyə görə əcnəbilərin türk məhkəmələrinə aidiyyatı yox idi və onların məhkəmə işlərinə səfirlik və konsulluq yanında təsis olunmuş xüsusi məhkəmələr baxırdı.Əcnəbilərin yerli qanunlara aidiyyatı olmaması Türkiyənin milli müstəqilliyi ilə bir araya sığmır və əhalinin ciddi etirazına səbəb olurdu.Məhkəmələrdə işlərə açıq baxılır.Yalnız xüsusi hallarda məhkəmə qərarı ilə işlərə qapalı iclaslarda baxılır.Hər kəsə məhkəməyə müraciət etmək hüququ verilir.60-cı maddədə göstərilir ki,məhkəmə aidiyyətinə aid olan işə baxmaqdan imtina edə bilməz,aidiyyətinə aid olmayan müraciətləri bir qərarla rədd etməlidir.Nazirlər Şurasının sədri və nazirlərin,Dövlət şurasının sədri və üzvlərinin vəzifə cinayətlərinə baxılmaq üçün Ali Məhkəmə təsis olundu.Ali məhkəmə baş prokurorunun vəzifələri Kassasiya Məhkəməsinin general-prokurorunun üzərinə qoyuldu.Ali Məhkəmə daim fəaliyyət göstərən orqan deyildi.Ali Məhkəmə lüzüm olduqda təşkil olunurdu.Bunun üçün Tütkiyə Böyük Millət Məclisinin xüsusi qərarı olmalı idi.Ali Məhkəmənin qərarı qəti idi və ondan şikayət verilə bilməzdi.Onun üzvlüyünə 11 hakim,10 nəfər Dövlət Şurasının üzvlərindən gizli səsvermə yolu ilə 21 nəfər üzv seçilirdi və bu üzvlər öz aralarında sədr və müavinləri seçirdilər(maddə 62).Ali Məhkəmədə sədr və 14 üzv ilə fəaliyyət göstərirdi,digər 6 nəfər isə ehiyatda gözlənilirdi.

Beşinci bölmə türklərin ümumi hüquqlarına həsr olunub.1921-ci il konstitusiyasından fərqli olaraq burda geniş hüquq və azadlıqlardan danışılır.Klassik təbii hüquq nəzriyyəsi qəbul edilmişdir.Lakin bu hüquq və azadlıqların qorunmasına təminatlarmüıyyən olunmamışdı.TBMM`in türk millətini təmssil etməsi ən böyük təminat sayılırdı.68-ci maddədə hər türkün azad doğuluğunu və omür boyu azad yaşayacağı göstərilir.Türk hüquqşünasları Fransızların təcrübəsindən istifadə etmişdilər və təbii hüquq nəzəriyyəsini qəbul etmişdilər.Hər kəsin azadlığı digərlərinin azadlığına qədərdir.Bu sərhəddi dövlət müəyyən edir.Bu müddəa 1789-cu il Fransa insan hüquq və azadlıqlar bəyannaməsinin 4-cü maddəsindən köçürülmüşdür.Bütün türklər qanun qarşısında bərabərdirlər və dövlət qarşısında vəzifəlidirlər.Hər cür qrup,ailə,sinfi fərqlər ləəğv olunmuşdur.70-ci maddədə şəxsiyyətin toxunulmazlığının,vicdan,söz,mətbbuat azadlığının,malını və hüquqlarını müstəqil istifadə etmək,toplaşma,təşkilat qurma vədigər azadlıqlar Türklərin təbii hüquqları olduğu göstərilir.Şəxsiyətin canı,malı,mülkü toxunulmazdır.Qanunda göstərilən şəkildə və qanunda göstərilən səbələr olmadan heç kəs həbs oluna bilməz.İşgəncə və əziyyət vermək qadağandır.74-cü maddəyə 1937-ci ildə dəyişiklik edilmişdi və son halı bu cür idi:Cəmiyyət üçün faydalı olduğu müəyyənləşmədikcə və xüsusi qanunlara uyğun olaraq alınan malın dəyəri nəqd ödənmədikcə heç kəsin əmlakı ümumiləşdirilə bilməz.Heç kəs fəlsəfi,dini əqidəsinə görə,məzhəbinə görə təqib oluna bilməz.Qanunda göstərilən əsas və səbəblər olmadan heç kəsin evinə girilə bilməz,yəni mənzil toxunulmazlığı göstərilirdi.77-ci maddədə mətbuat azadlığı bəyan olunur,qanun çərçivəsində fəaliyyət göstərən heç bir mətbuat orqanının fəaliyyəti məhdudlaşdırıla bilməz.Fövqəladə hallar,yolxucu xəstəliklər oldğu dövrlər istisna olmaqla səyahətlər yoxlanıla bilməz.Hökümətin nəzarəti və qanun çərçivəsində hər cür təhsil müstəqildir.Həmçinin türklərə gördüyü qanun pozuntusu və ya öz hüquqlarının pozulduğu şəraitdə məhkəməyə müraciət edə bilər.85-ci maddədə verginin vətəndaşlarının dövlətə verdikləri pay olduğu göstərilir.86-cı maddədə hərbi rejimin hansı şəraitdə və hansı hallarda tətbiq olunacağı göstərilir.Hərbi vəziyyətində və ya hərbi rejim tətbiq olunması labüd olduqda və ya dövlətə qarşı usyan olduqda Nazirlər Şurası müddəti bir aydan uzun olmayan müddət üçün ölkənin müəyyən bir ərazisində və ya bütün ölkə ərazisndə hərbi vəziyyyət elan edə bilər və dərhal Məclisi təsdiqini almalı dır.Məclis bu müddəti uzada və ya qısalda bilər,əgər Məclisin sessiyası dövrü deyilsə o təcili çağırılır.Hərbi rejim dövündə mətbuata və digər bəzi insan azadlıqlarına məhdudiyyət qoyulur.Kişi və qadın fərq qoyulmadan bütün vətəndaşlar icbari ibtidai təhsil almalıdırlar.Bu fəslin sonuncu maddəsi olan 88-ci maddədə göstərilir ki,Türkiyədə din və irq ayrılığı olamdan bütün vətəndaşlara türk deyilir.Türkiyədə və ya türkiyə xaricində atası türk olan və ya Türkiyədə yaşayan xarici atası olan Türkiyədə anadan olub Türkiyə ərazisndə yaşayıb,yetkinlik yaşına çatanda Türkiyə vətəndaşlığı istəyən və ya “Vətəndaşlıq qanunu”na əsasən türklüyə qəbul olunan həkəs Türkdür.Bu hüququ itirmək ancaq qanun əsasında mümkündür.Burdan da göründüyü kimi konstitusiya dini və irqi fərqləri rədd etmiş,türklüyə coğrafi (yəni Türkiyə əhalisi) və hüquqi (yəni vətəndaşlıq) bir anlayış kimi ifadə etmişdir.Bu fəsildə bir çox təbii hüquqlar sadalansa da,pozitif hüquqa çox toxunulmamışdır.Diqqəti çəkn başqa bir məsələ bu hüquqlardan çox qısa və konkret bəhs edilməsidir.Beləki bir çox hüquqların yalnız adı göstərilib.Bu hüquqlarından hansı şəkillərdə və ölçüdə həyata keçiriləcəyi (prosesual normalar) göstərilmir.

1924-cü il konstitusiyasında əsas hüquq və azadlıqlar barədə çox liberal müddəalar öz əksini tapsa da 1950-ci illərədək bu hüquqlar kobud şəkildə pozulurdu.3 mart 1924-cü il “Təhvidi Tədrisat” qanunu ilə təhsil hüququ məhdudlaşdırılmışdır.4 mart 1925-c il qanunu ilə mətbuat və siyasi müxalifət susdurlmuşdur.Həmçinin bu dövrdə qəbul edilmiş İnqilab qanunlarının tətbiqində zor tətbiq edilmişdir,fövqəladə məhəkəmə kimi fəaliyyət göstərən səyyar Ankara istiqlal məhəkəməsi bu qanunlara əməl etməyənlərə qarşı terror siyasətindən istifadə etmişdir.Bu məhkəmlər ədalətli mühakimə anlayışını kobud pozurdular.Hətta papaq haqqında qanunu pozduğuna görə bir nəfər edam olunmuşdu.Yenə həmin məhəkəmlər cinayət hüququ ilə bağlı təqsirli şəxsin vəziiyətini yaxşılaşdırdığı hallar istisna olmaqla qannların geriyə qüvvəsi yoxdur kimi ümumbəsəri pinsipi pozaraq inqilablardan əvvəl törədilmiş cinayətlərəgörə bir çox inasanı cəzalandırdı,hətta edam qərarı belə çıxarmışdır.1925-ci ildə bir çox qazet və jurnallar qadağan olunmuş və bağlanmışdır.25 iyul 131-ci il Mətbuat qanunu ilə “məmləkəyin ümumi rifahına xələ gətirən” mətbu orqanları Nazirlər kabinetinin qərarları ilə bağlana bilərdi.Təşkilat qurmaq üçün rəsmi icazə alınmalıydı.Konstitusiyada vicdan azalığı göstərilsədə dindarlara və dinə qarşı məhdudiyyətlər tətbiq olunurdu.Beləki bir çox məscidlər bağlanmışdı,həccə getmək üçün icazə verilmirdi,dini tədris qadağan olunmuşdu,bir çox ibadətlər türkçə həyata keçirilirdi,o cümlədən Türk dilində azanın verilməsi də bu dövrə təsadüf edir.Siyasi hüquqlar da kobud şəkildə pozulurdu.

Kontitusiyanın sonuncu fəsli “müxtəlif maddələr” adlanır və yerli özünü idarəetmə,maliyyə,məmurlardan və anayasanın dayaqlarından yəni mühafizə olunma qaydalarından danışılır.Türkiyə coğrafi və iqtisadi vəziyyətinə əsasən illərə,illər ilçələrə,ilçələr bucaqlara,bucaqlar isə kənd və qəsəbələrə bölünmüşdür(maddə 89).Unitar dövlət olan Türkiyə Cumhuriyyəti 66 il deyilən vilayətə bölünmüşdü.Rəsmi olaraq vilayətlər heç bir iri inzibati vahidlərdə birləşmirdi.Lakin ölkəni daha çevik idarə etmək üçün 1927-1935-ci illərdə hökümət dörd inspeksiya yaratdı.İnspeksiaynın başında ümumdövlət əhəmiyyətli işləri əlaqələndirən baş inspektor dururdu.Lakin o heç bir inzibati səaliyyət malik deyildi.Yerli hakimiyyət və idarəetmə orqanlarının quruluşunun əsas prinsipləri və səlahiyyətləri 1913-cü il tarixli “Vilayətlərin ümumi idarəçiliyinə dair” xüsusi qanunla müəyyən olunmuşdu.Respublika elan olunduqdan sonra bu qanuna müəyyən dəyişikliklər edildi.Hökümətin təklifi ilə 1926-cı ildə əhalisi az olan bəzi vilayətlərinin ləğv olunması haqqında qanun qəbul olundu.Bu qanuna görə Türkiyə ərazisi 63 vilayətə (74 əvəzinə),343 dairəyə və 681 nahiyəyə bölündü.190-ci ildən sonra vilayətlərinin sayı 66-ya çatdırıldı.Vilayətlərin başında daxili işlər nazirinin təqdimatı ilə hökümət tərəfindən təyin olunan qubernatorlar (vali) dururdu.Valinin vəzifəsi vilayət ərazisində hökümət qərarlarını həyata keçirmək,asayişi mühafizə etmək,ticarətin,sənayənin,əkinçiliyinin inkişafına,məktəblərin vəziyyətinə nəzarət etmək və s. idi.Valinin yanında bütün bu işləri idarə edən vilayət idarəsi fəaliyyət göstərirdi.Vilayət idarəsi müxtəlif şöbələrdən (departamentlərdən) maliyyə,itimai işlər,dövlət əmlakları,səhiyyə,əkinçilik,meşələrin və yerin təkinin mühafizəsi,vətəndaşlıq vəziyyətinin aktlar qeydiyyatı,poçt-teleqraflar şöbələrində ibarət idi.Vilayət idarəsi departamentlərinin sayı əsasən nazirliklərin sayına uyğun idi.Departament direkoru (müdiri) vəzifəsini jandarm idarəsinin rəisi,polis rəisi,müfti və hakimlər həyata keirirdi.Qubernatorun yanında tərkibi departamentlərin direktorlarından,jandarm idarəsinin rəisi və polis rəisindən,hakimdən ibarət şura fəaliyyət göstərirdi.Dairə idarəçiliyinə rəhbərlik daxili işlər nazirliyi tərəfindən təyin olunan kaymakama məxsusu idi.O,bilavasitə qubernatorun tabeliyində idi.Qubernatorun göstərişlərini rəhbər tutan kaymakmlar dövlət əmlakına nəzarət etməli,ictimai qaydanı qoruyub saxlamlı,ticarət və əkinçiliyinin inkişafına qayğı göstərməli,dövlət müəsisəlrinin tikilməsində,yoların salınmasında hökümət idarələrində yardım etməli və və başqa vəzifələr yerinə yetirməli idi.Dairələrin öz seçkili orqanları yox idi və onlar inzibati vahid kimi ölkə həyatında mühüm rol oynamırdılar.Yerli əhəmiyyətli mühüm məslələri qubernator və ya onun idrəsinin məmuru həll edirdi.Nahiyənin başında nahiyə müdiri dururdu.O,həmin ərazidə bütün işləri idarə edirdi.Nahiyyə müdiri daim nahiyə ərazisində yaşayan nüfüzlü və dövlətli şəxslərdən seçilirdi.Nahiyyənin öz məclisi var idi.Ona nahiyyə starşinası rəhbərlik edirdi.Nahiyyə məclisi nahiyə ərazisində bütün yerli məsələləri həll edirdi.Nahiyyə ərazisində vergi yığan,barışdırıcı hakim,polis sahəsi və s. mövcüd idi.Nahiyyə müdiri xidmət haqqı dövlət tərfindən ödənilən vəzifə idi.Kəndlərdə hakimiyyət kənd yığıncağında seçilən kəndxudanın əlində cəmləşmişdi.Kəndxudanın yanında əsasən varlı ağsaqqalardan ibarət şura fəaliyyət göstərirdi.

Vilayətdə yerli özünüidarə orqanı baş Məclis idi.Düzəliş və əlavələrlə qəbul edilmiş “Vilayətlərin ümumi idarəçiliyinə dair” 1913-cü il qanunu əsasında vilayətin Baş Məclisinin deputatları dairələrdən seçilridilər.Seçkilər dövründə hər bir inzibati dairə seçki dairəsi sayılırdı.Bu qanun vilayət əhalisinin sayından asılı olaraq Baş Məclisin depuatlarının sayını müəyyən edirdi.Əhalisi 20 minə qədər olan dairədən bir deputat,20 mindən 30 minə qədər – iki deputat,30 mindən 45 minə qədər – üç deputat və s. seçilirdi.Baş Məclisin boşalmış deputat yerinə yeni deputat seçkiləri keçirilmirdi.Həmin deputat mandatı yeri boşalmış deputatdan sonra daha çox səs toplaşmış həmin dairədən olan namizədə verilirdi.Vilayətin Baş Məclisinə seçmək və seçilmək hüququna Böyük Millət Məclisinə seçilmək üçün zəruri şərtlərə cavab verən vətəndaşlar malik idi.Vilayətlərin Baş Məclisi dörd il müddətinə seçilirdi.Baş Məclisin səlahiyyətlərinin dördüncü ilinin sonunda seçkilərə mane olan fövqəladə hallar yarandıqda,Nazirlər şurasının qərarı ilə onunsəlahiyyət müddəti bir il uzadıla bilərdi.Qubernator vilayətin Baş Məclisinin sədri idi.İlk iclasda Baş məclisin işçi orqanı olan daimi komissiyalar seçilirdi.Həmin iclaslarda qubernator olmadığı zaman onu əvəz edən sədr müavini də seçilirdi.Həmin dövrdəki qanunvericiliyə görə qubernatorla vilayətin Baş Məclisi arasında münaqişə yarandıqda o,baxılıb qəti həll edilmək üçün Dövlət Şurasına verilirdi.Qubernator geniş səlahiyyətlərə malik idi.O,Məclisin işini bir həftə müddətinə dayandıra bilərdi.Onun təqdimatı ilə Nazirlər Şurası Baş Məclisi buraxa və yeni seçkilər təyin edə bilərdi.Vilayətin Baş Məclisinin bütün qərarları qubernator tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minirdi.Vilayətin Baş Məclisi qanunverici hakimiyətə malik deyildi.Məclis siyasətlə məşğul ola bilməzdi.Baş Məclisin deputatlarına öz iclaslarında siyasi məslələri müzakirə etmək və öz mülahizələrini bildirmək qadağan idi.Baş Məclis vilayətin rəhbər və nəzarətedici orqan idi.Baş Məclis vilayət ərazisində ictmai asayişin mühafizəsinə rəhbərlik edir,öz səlahiyətləri çərçivəsində yerli vergi və mükəlləfiyyətləri müəyyən edir,yerli büdcəni təsdiq edir və yerinə yetiriliməsinə nəzarət edir,ticarət müəsisələrinə və bazarlara nəzarət edir,səhiyə və maarif orqanlarının fəaliyyətini istiqamətləndirir,əkinçiliyin inkişafı üçün tədbirlər görür və s.Dövlət büdcəsinə vilayətin ehtiyacları üçün ayrılan məbləğ çox cüzi idi.Vilayətlərin büdcəsi əsasən yerli vergilərdən və digər gəlirlərdən formalaşırdı.Mərkəzədən yerlərə çoxsaylı məmurlar təyin olunurdu.Onlar yerli orqanarın fəaliyyətinə nəzarət edirdi.Türkiyənin yerli dövlət hakimiyyət orqanları sistemində şəhər özünüidarə orqanlıarının rolu,onların yaranma qaydası və fəaliyyəti “Şəhər özünüidarə haqqında” 1930-cu il aprel tarixli qanunla müəyyən olunmuşdu.Həmin qanuna əsasən əhalinin sayından asılı olamayaraq,bütün vilayət və dairə mərkəzlərində və 2 min nəfərdən çox sakini olan yaşayış məntəqələrində şəhər özünüidarəsi təsis olundu.Bəldiyyə idarələri və bəldiyyə məclisləri şəhər özünüidarə orqanları idi.Bələdiyyələr Türkiyə Məclisinin xüsusi qərarı əsasında təsis olunurdu.

Konstitusiyanın 92-94-cü maddələri dövlət qulluğu haqqındadır.Göstərilir ki siyasi hüquqlara malik hər türk dövlət məmuru ola bilər.Bütün məmurların satusları,hüquqları,vəzifələri,aylıq məvacibləri,işə qəbul olma və işdən azad olunma əsaları xüsusi qanunla göstərilir.94-cü maddə məmur məsuluyyəti aşağıdakı kimi ifadə olunub:qeyri-qanuni hərəkətlərdə yuxarıdan gələn əmrə uyğun olaraq hərəkət etmək məmuru məsuliyyətdən qurtarmır.Konstitusianın 95-101-ci maddələri maliyyə məsələlərinə aiddir.Büdcə ilə bağlı qanunlar,qanun layihələri Məclisə büdcə ili başlamasından ən az 3 ay əvvəl təqdim olunmalıdır.Büdcə qanunun qüvvədə olma müddəti bir ildir.Kəsinhesap qanunu aid olduğu büdcə ilinin hesab dövrü içində əldə edilən gəlirlə yenə o ilki odəmələrin miqdarını göstərən qanundur.Hər ilin Kəsinhesap qanunun layihəsi o ilin sonundan etibarən ən gec ikinci ilin noyabr ayının əvvəlinə qədər Məclisə təqdim olunmalıdır.Böyük Millət Məclisinin yanında dövlətin mədaxil və maxariclərini tənzimlənmək üçün xüsusi orqan yaradılmışdı.

102-ci maddədə konstitusiyada dəyişiklik edilməsi qaydaları göstərilib:dəyişiklik təklifini Məclisin tam üzvlərinin ən azı üçdə biri imzalamılıdır.Dəyişikliki isə Məclisdə deputatların üçdə ikisi imzalamlıdır.Konstitusiyanın I fəslində nəzərdə tutulmuş Türkiyə dövlətinin idarə şəkli respublikadır müddəasının dəyişdirilməsi təklif oluna bilməz.103-cü maddədə heç bir qanunun konstitusiyaya zidd ola bilməz müddəası təsbit olunur və konstitusiyanın aliliyi müəyyən olunmuş olur.Lakin bu müddənın faktiki olaraq həyata keçməsi mümkün deyildi,çünki qanunu qəbul edən orqan ilə onun konstitusiyaya uyğunluğunu yoxlayan orqan eynidir.Bunun üçün ayrıca müstəqil məhəkmələr yaadılmalı idi.İlk dəfə dünyada konstitusiya məhkəməsinin Avstiryada 1920-ci ildə yaradıldığını nəzərə alsaq hüququn çox ad inkişaf etmədiyi Türkiyə üçün bu normal hal idi.20 aprel 1340 (1937) –ci ildə 491 saylı qərarla 1924-cü il Teşkilati Esasiye (Konstitusiya) qanunun əvəzinə mənası və məzmunu dəyişdirilmədən müasir tükçəyə dəyişdirlərək bu qanun qoyulmuşdur.Konstitusiya dərc olunduğu gündən qüvvəyə minir(maddə 105).Bu maddədən aydın olur ki bu konstitusiya sərt konstitusiyadır.Dəyişiklik edilməsinin bu üsulu 1876-cı ildəki ilk konstitusiyaya dəyişiklik edilməsi qaydası ilə eynidir.Maraqlı cəhət prezidentin bu prosesdə heç bir rolunun olmamasıdır.Onun hətta veto sayılmayan – baxılmaq üçün Məclisə geri qaytarmaq səlahiyyəti dəyişikliklərə şamil olunmur,prezident məcburi qaydada onu nəşr etdirməlidir.

1924-cü il kostitusiyası dövrün mütərrəqqi konstitusiyalarından biri idi.Qədim dövlətçilik ənənələrinə malik türk xalqı üçün yeni müasir yol müəyyənləşdirmişdi.Bu yüksək inkişaf səviyyəsinə malik Avropa hüquq elmini gözəl mənimsəmiş,həmçinin Anadolunun özünəməxsusuluğuna da qoruyub saxlayan türk hüquqşünaslarının böyük nailiyyəti idi.1919-cu ildə qəbul olunmuş Veymar konstitusyası ilə onu müqayisə edə bilərik.Hər iki konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilmişdir.İdarəetmə forması hər iki ölkə üçün respublika müəyyən edilsə də Almaniya dövlətinin adı “Almaniya imperiyası” olaraq qalırdı.Türkiyə konstitusiyası Türkiyədə demokratiyanın inkişafını təmin etdi,daha sonralar qəbul edilmiş qanunlarla bu proses daha da sürətləndirildiyi halda Almaniyada bunun əksi baş verdi.Çunki Almaniyada bu cür yeni sosial müddəaların həyata keçrilməsi üçün müvafiq şərait,zəruri iqtisadi baza,lazımi səviyyədə ictimai şüür və ən başlıcası siyasi sabitlik olmadı.Bundan əlavə bu cür yeni normaların pozitiv məzmunu sonralar cari qanunvericliklə məhdudlaşdırıldı.Faşistlərin hakimiyyətə gəlməsi ilə isə ümumiyyətlə konstitusiya unuduldu.Hər iki konstitusiyada qanunvericilik hakimiyyəti nümayəndəli orqan olan parlamentə verildi.Almaniya parlamenti iki palatalı,Türkiyə parlamenti isə bir palatalı idi.Almaniyanın tarixi ənələrinə uyğun olaraq federativ dövlət idi,ölkədə keçmiş ittifaq dövlətlərinə uyğun gələn “torpaqlar” var idi.Türkiyə isı unitar dövlət idi.”Torpaq”ların səlahiyyəti məhdudu idi,onlar mərkəzdən asılı idi.Almaniyada çoxpartiyalı sistem mövcud idi,Türkiyədə isə uzun müddət bir partiya iqtidar oldu.Alman konstitusiyası Türk anayasasına nisbətən daha çevik idi,hər iki palata Konstitusiyada dəyişiklik və ya düzəliş etmək barədə məsələni həll edə bilərdi.İnsan və vətəndaş hüquq və azadlıqları ilə bağlı fəsildə hər iki konstitusiyada demək olar ki eyni müddəalar mövcüd idi.Lakin Veymar konstitusiyasında diqqəti çəkən məsələ imperiyanın “işçi qüvvəsi”nə xüsusi hamilik göstərmək vəzifəsi qeyd olunurdu.Bununla əlaqədar Konstitusiyanın bir sıra müddəaları fəhlələrin sosial hüquqlarını təsbit edirdi.Türkiyə konstitusiyasıda isə bu məzmunlu maddələrə rast gəlmirik.Çunki Türkiyə hələ də aqrar ölkə olaraq qalmaqda idi,burjuaziya və fəhlə sinfi hələ tam formalaşmamışdı.Türkiyənin 1924-cü konstitusiyasında (hətta bu 1961-də də saxlanılırdı) prezdentə qanunları təsdiqləməq və veto qoymaq hüququverilmirdi.Kostitusiya hüququnada bir daha baxılmaq üçün geri göndərmək və nəşr etdirmək,veto və təsdiqdən fərqlidir.Əslində bu təxirəsalıcı veto idi.Almaniyada prezident aşağı palatanın - Reyxstaqın qəbul etdiyi qanunları referendum yolu ilə ləğv edə bilərdi.

Türk xalqı qədim dövlətçilik ənənələrinə malik xalqdır.Türk xalqlarının yaratdıqları ən möhtəşəm dövlət olan,üç qitəni əhatə edən Osmanlı imperatorluğu bir sıra daxili və xarici səbələrdən XVIII əsrdən etibarən geriləməyə başladı.Bu əlverişli şəraitdən istifadə edən xarici dövlətlər ilk növbədə Çar Rusiyası İstanbulu ələ keçirmək,Anadolunu parçalamaq istəyirdi.Məhz belə çətin vaxtlarda vətənpərvər türk gəncləri mili azadlıq hərəkatına başladılar.Türkiyənin tarixində çox mühüm mərhələ olan milli-azadlıq hərəkatı bu ölkənin sonrakı taleyi üçün həlledici əhəmiyyət kəsb edirdi.Bu hərəkat Türkiyəni nəinki imperialist işğalından qurtardı,eyni zamanda mürtəce sultanlıq üsuli-idarəsini devirib ölkədə burjua respublikası dövlət quruluşunu bərqarər etdi.Bu inqilab əsl xalq inqilabı idi.Bütün Anadolu əhalisi sulatan hakimiyyətindən və feoadal qalıqlarıdan narazı idi.Osmanlı imperatorluğunun xərəbərələri üzərində yaranan Türkiyə respublikasanın ilk dövrlərindəki xarici siyasəti də sultanlıq dövrünə nisbətən əsaslı sürətdə dəyişmiş oldu.Türk xalqının yetirmiş olduğu ən böyük şəxsiyyətlərdən olan Mustafa Kamal Atatürk milli azadlıq hərəkatına rəhbərlik edirdi.Bütün Avropa və Rusiyaya qarşı vuruşan türklər müstəqilliyinə nail oldular.Yeni müasir müstəqil türk dövləti quruldu.Uzun müddət türk xalqlarının yeganə müstəqil dövləti olan Türkiyə respublikası 1924-cü ildə dövrünün digər konstitusiyalarından geri qalmayan əsas qanunu – konstitusiyasını qəbul etdi.Bu konstitusiya demək olar ki özündə dövrünün ən mütərəqqi ideyalarını əks etdirmişdi.

İstifadə olunmuş ədəbiyat siyahısı,

Müasir dövlət və hüquq tarixi;M.F.Məlikova,E.Q.Nəbiyev.”Elm və Həyat” nəşriyyatı.Bakı 2003.

Türk inqilab tarixi;Hamza Eroğlu.Ankara 1990.

Tarix;Suat Zeyrek.”Sürət Basım” nəşriyyatı.İstanbul 1996.

Atatürk dövründə iqtidar müxalifət münasibətləri;Elnur Həsən Mikayıl.Səlcuq Universiteti sosial elmlər nəşriyyatı.Konya 2005.

Anayasa hüququ;Erdoğan Teziç.”Beta” nəşriyyatı.İstanbul 1996.

Türk Anayasa hüququ;Kamal Gözlər.”Ekin Kitabevi” nəşriyyatı.Bursa 2000.

Atatürk ilkələri və inqilab tarixi,I cild;Əhməd Mumcu.Anadolu Universiteti nəşriyyatı.Eskişehir 1990.

Atatürk ilkələri və inqilab tarixi,II cild;Əhməd Mumcu.Anadolu Universiteti nəşriyyatı.Eskişehir 1992.

Atatürk;Utkan Qocatürk.”Elm” nışriyyatı.Bakı 1991.

Türkiyə tarixi məsələləri,Вопросы Турецкой истории;Ə.S.Sumbatdzadə.”Elm” nəşriyyatı.Bakı 1972.

Türkiyənin ən yeni tarixi;M.Sofiyev.”Adu” nəşriyyatı.Bakı 1973

Atatürk dövründə Türkiyənin xarici siyasətinə dair;Q.Hüseynov.Azərbaycan Dövlət nəşriyyatı.Bakı 1970

1924 Teşkilati Esasiye Qanunu;www.anyasa.gen.tr
Tarix 26 aprel 2007 .
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə