Bakı Dövlət Universiteti




Yüklə 166.26 Kb.
səhifə2/3
tarix27.02.2016
ölçüsü166.26 Kb.
1   2   3


Antanta ilə Türkiyə arasında uzun danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozanna konfransında sülh müqaviləsi imzalandı.Təslimçilik rejimi,Mudros və Sevr müqavilələri ləğv edildi və Türkiyənin müstəqilliyi tanındı.Lozanna müqaviləsinin Türkiyə üçün əhəmiyyəti böyük idi.Türk milli dövləti öz varlığını beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etməyə nail oldu.Osmanlı dövründən qalma əsrlik problemlər-milli azlıqlar,kapitulyasiyalar,borclar həll edildi.Həmçinin Lozanna sülhü təzminatın olmaması,hərbi məhdudiyyətlərin qoyulmaması ilə bütün digər sülhlərdən fərqlənirdi.

1920-ci ildə qurulan Məclis (TBMM) yeni şəraitə uyğun gəlmirdi və 9 avqustda ikinci TBMM çağırıldı.Ölkədə əslində respublika qurulmuşdu sadəcə onu elan etmək lazım idi.1921-ci il konstitusiyası ilə qurulan sistem müharibənin bitməsindən sonra işləmirdi,deputatlar arasında mübahisələr başlamışdı.Hökümət böhranı yaranmışdı.Nazirlərin Baş Nazir tərəfindən vəzifəyə təyini zərurəti ortaya çıxdı və bu da respublikanı şərtləndirirdi.Noyabr ayının 13-də paytaxt Ankaraya köçürüldü.1923-cü ilin oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi.1921-ci il konstitusiyasına bir sıra dəyişikliklər edildi:1-ci maddəyə əlavə edildi – Türk Dövlətinin idarə forması respublikadır.3-cü maddə bu cür dəyişdirildi – Türk dövləti TBMM tərəfindən idarə olunur.Məclis hökümətin bölündüyü idarə şöbələrini Nazirlər Kabineti vasitəsi ilə idarə edir.8 və 9-cu madələr isə bu cür dəyişdirildi – Prezident TBMM tərəfindən müəyyən müddətə seçilir,səlahiyyəti yeni prezident seçilənə qədərdir.Daha sonrakı illər də eyni şəxs Prezident seçilə bilər. Mustafa Kamal prezident seçildi(1923-1938).İsmət paşa Baş Nazir,Fəthi Okyar da Məcisin sədri seçildi.Sultan Səlim dövründən,XVI əsrdən etibarən türk sultanları həm də xəlifə titulunu daşıyırdı.Xəlifə birbirinin yerinə keçən,varis mənalarına gəlir.Osmanlı padşahları bütün İslam millətinin birləşdiricisi kimi çıxış edirdi,lakin birinci dünya müharibəsindən sonra xəlifəlik öz nüfüzunu itirdi.Dünyəviliyə gedən yoldə əngəl olan xəlifəlik 1924-cü ilin martın 3-də ləğv olundu.Habelə Şəriət və vəqflər nazirliyi ləğv olundu.Xəlifə və Osmanlı xanədanının bütün üzvləri ölkədən sürgün edildilər və türk vətəndaşlığından məhrum oldular.

Aprelin 20-də TBMM Türkiyə Cumhuriyyətinin Anayasısını (konstitusiyasını) qəbul etdi.Anayasa ölkədə burjua qayda-qanunlarını və cümhuriyyət (respublika) idarə üsulunu təsbit etdi.Konstitusiya 105 maddədən ibarət idi.Parlamentin üstünluyu nəzərə çarpırdı.Konstisuyiyada göstərilirdi:40 min nəfər bir deputat seçirdi,seçki yaşı 18 idi,Prezident məclis içindən 4 il müddətinə seçilirdi,bir nəfər iki və daha çox seçilə bilərdi,dövlətin paytaxtı,rejimi və bayrağı dəyişdirilə bilməz,dövlət dini İslamdır,məhkəmə hakimiyyəti müstəqil məhkəmələrə məxsusdur,dövlətin idarə şəkli,forması respublikadır,dövlətin dili Türkçə,paytaxtı Ankaradır,hakimiyyətin mənbəyi xalqdır,TBMM üzvləri 4 ildən bir seçilir,seçilmə yaşı 30-dur,icra və qanunverici hakimiyyət məclisə məxsusdur,seçilmək hüququ yalnız kişilərə məxsusudur.1928-də dövlət dini İslamdır maddəsi anayasadan çıxarıldı.Seçmək yaşı 22-yə çıxarıldı.Qadınlara seçmək və deputat olmaq hüququ verildi.Atatürk inqilabları konstitusiyasa daxil edildi.1924-cü il konstitusiyası ən uzun ömürlü olmaqla bərabər həm də ən çox dəyişdirilən konstitusiyadır.Növbəti konstitusiya 1961-ci ildə qəbul olunmuşdur.Anayasanın qəbulu ilə Mustafa Kamal ölkəni Avropaya yaxınlaşdıracaq geniş islahatlar proqramını həyata keçirməyə başladı.Qazinin elan etdiyi altı prinsipə - respublikaçılıq,millətçilik,xalqçılıq,etatizm,dünyəvilik və inqilabçılıq prinsiplərinə söykənən və ölkəni demokratik inkişaf yoluna çıxaran bu islahatlar Mustafa Kamal inqilabları adı ilə tarixə düşdü.İslahatların əsas məqsədləri bunlar idi:Türkiyəni müasir mədəniyyətlər səviyyəsinə qaldırmaq,çağdaş Avropa ilə bütünləşmək,xalqın rifah səviyyəsini qaldırmaq,Osmanlıdan qalma köhnə idarərələri ləğv etmək və ən əsası demokratiyanın Türkiyədə möhkəmlənməsini təmin etmək.İnqilablar bir sıra sahələrdə keçirildi.Siyasi sahədəki islahatlara ilk növbədə Səltənətin ləvğini göstərmək lazımdır.Daha sonralar respulikanın elan olunması,xəlifəliyin ləğvi və konstitusiyanın qəbulunu siyasi sahədəki inqilablara misal göstərə bilərik.Çoxpartiyalı sistemə keçidlə bağlı bi sıra cəhdlər olmuşdu lakin şəratin buna əlverişli olmamasından cəhdlər uğursuz olmuşdur.Türkiyədə siyasi partiyalar hələ Osmanlı dövrünün son mərhələsində formalaşmışdı.Bu dövrdə İttihad və tərəqqi,Halasqaran,Əhra və Təcəddüd kimi partiyalar formalaşmışdı.Osmanlı imperiyasının süqutundan sonra isə onlar demək olar ki bağlanmışdı.TBMM açıldıqdan sonra məclisdə müxtəlif problemlərin həllində müxtəlif mövqelərdən çıxış edən qruplar formalaşmışdı.1922-ci ildə Atatürk xalqçı partiya qurmaq istədiyini bildirmişdi.Lakin bu qruplar (onlar hələ partiya deyildilər) vahid məqsəd-azadlıq üçün birləşmişdilər,yalnız II TBMM açıldıqdan sonra partiyalaşma yenidən aktivləşdi.Mustafa Kamal məqsədlərini həyata keçirmək üçün özü ilə eyni düşününən insanlardan ibarət partiya qurmaq niyyətində idi.9 avqust 1923-də Türkiyənin ilk siyasi partiyası quruldu,respublikanın elanından sonra partiya Cumhuriyyət xalq firqəsi adlandırıldı.Xalq partiyası fasiləsiz 1950-ci illərə qədər iqtidar oldu.1924-cü ilin 17 noyabrında Atatürkə qarşı çıxan köhnə silahdaşlarından ibarət Tərəqqipərvər Cumhuyiyyət partiyası quruldu.Bu ilk müxalif partiya idi,ətarfına qısa müddətdə xeyli insan toplamışdı.Dinə hörmətlə yanaşmaq lazımdır şüarı ilə ətrafını daha da genişləndirirdi.İngiltərənin maraqların uyğun hərəkət edən partiyaya qısa müddətdə bir çox İngilis casusu daxil oldu.Partiyanın fəal dəstəklədiyi Şeyx Səid üsyanının yatırılmasından sonra partiya 1925-ci ildə ləğv olundu.Növbəti partiya 1930-da yaradılmışdı.Bu partiya əvvəlki və sonrakılardan tamamilə fərqlənirdi.Bu partiya məhz Atatürkün istəyi və göstərişi ilə təşkil olunmuşdu.1929-cu ildən bütün dünyanı bürüyən Böyük böhran Türkiyə iqtisadiyyatını da çökdürmüşdü.Atatürk hökümətə yeni insanların iqtidara gəlməsi ilə vəziyyəti yaxşılaşdırmaq istəyirdi.Partiyanın əməl etməli olduğu iki şərt qoymuşdu:respublikanın əbədililiyi və dünyəvilik.Lakin partiya iqtidarı kəskin tənqid etməyə başladı,ətrafına xeyli insan yığılmışdı,hətta Atatürkün şəklinin yandırmışdılar.Nəticədə 1930-cu ilin 17 noyabrında pariya ləğv olundu.Atatürk ömrü boyu demokratiyanın tərəfdarı olmasına baxmayaraq 3-cü dəfə coxpartiyalı sistemə keçməyə cəhd etmədi.Çünki hələ demokratik vətəndaş cəmiyyətinin yaranmadığını hesab edirdi.Həmçinin bir sıra xarici səbələr də var idi ki,ikinci dünya müharibəsi təhlükəsi,Almaniya və İtaliyanın işğalçı siyasəti və hələdə həll olunmamış digər problemlər.Növbəti dəfə partiya 1946-cı ildə demokrat partiyası qurulmuşdu.

Atarürk hüquq sahəsindədə bir çox mühüm islahatlar keçirmişdir.Osmanlı dövlətində müsəlman hüququ hakim idi.Osmanlı hüququnda tam birlik yox idi,mühakimə köhnə üsullarla aparılırdı,cəzalar çox ağır idi.Cəzalar tərbiyəvi məqsəddən çox uzaq idi.Həmçinin bir çox sahələrdə kişi ilə qadnın hüquqları bərabər deyildi.17 fevral 1926-da Mülki məcəllə qəbul edildi.Qanuna əsasən cəmiyyətdə kişi ilə qadının hüquqları bərabərləşdirildi,qadınlara istədikləri peşəni seşmək hüququ verildi,rəsmi nikah məcburi elan olundu.Qadınlara mirasda kişilərlə bərabər hüquqlar verildi.Bu qanun dünyəviliyin inkişafında mühüm addım idi.1926-da İtaliya məcəlləsi əsasında Cinayət Məcəlləsi qəbul olundu.1926-da Borclar qanunu İsveçrənin müvafiq qanunundan köçürüldü.1927-də hüquq məhkəmələri usulu haqqında qanun İsveçrədən,1929-da Cinayət işlərinə baxan məhkəmələrin təşkili haqqında qanunu Almaniyadan,1932-də İcra və İflas qanunu İsveçrədən tərcümə edildi.Nikah haqqında qanun qəbul olundu,vətəndaşlıq nikahı tətbiq olundu.

Sosial sahədə aşağıdakı islahatlar keçirildi:Papaq qanunu-1925-ci il,fəs və çadra atıldı,Avropa geyim tərzinə keçilidi.1924-cü ildə xalq təhsili vahid şəklə salındı və dini məktəblər bağlandı.1926-cı il fərmanı ilə şəriət məhkəmələri ləğv edildi.Yeni latın qrafikalı əlifba tətbiq olundu.Anayasadan İslamın dövlət dini olması haqqında maddənin çıxarılması ilə Türkiyənin dünyəvi dövlətə çevrilməsi prosesi başa çatdı.1925-ci ildən miladi təqvimə keçildi.1931-ci ildə ölçü və çəki sistemi nizama salındı,vahidlik təşkil olundu,bütün bunlar iqtisadiyyatın inişafına təkan verdi.Birinci Dünya müharibəsindəki məğlubiyyət və Türkiyənin Avropa dövlətlərinin işğalına məruz qalması ölkə iqtisadiyyatını ağır vəziyyətə salmışdı.Belə şəraitdə Türkiyə höküməti və hakim Xalq Cümhuriyyət partiyası etatizm siyasəti yeritməyə başladı.Bu siyasət istehsalı artırmaq,ölkəyə vurulmuş yaraları sağaltmaq,proteksionist tədbirlər görmək,mümkün qədər çox valyuta ehtiyatları toplamaq və ölkənin iqtisadi siyasi həyatında dövlətin rolunu möhkəmlətmək tədbirlərindən ibarət idi.Etatizm iki dövrə bölünürdü:birinci dövr – 1923-1931-ci illər;ikinci dövr 1932-1939-cu illər.Birinci dövrdə dövlət sənayə və ticarətdə başlıca olaraq milli kapitalı himayə edir,onun geniş fəaliyətinə şərait yaradırdı.Milli kapitalı cəlb etmək məqsədilə hökümət 1927-ci ildə sənayedə həvəsləndirmə haqqında qanun qəbul etdi.Bu qanuna görə türk iş adamlarına gömrük güzəştləri,fabrik tikmək üçün pulsuz torpaq sahələri almaq hüququ verilir,onlar bir neçə il vergidən azad edilirdilər.Beş-altı il içində ölkədə xeyli toxuculuq,xalçaçılıq,əyircilik fabrikləri,dəyirmanlar,yağ,dəri,sabun və ağac emalı zavodları işə düşdü,şaxtalar,mədənlər açıldı.Təxminən 1000 km uzunluğunda yeni dəmir yolu xətti çəkildi.1928-ci ildə isə Berlin-Bağdad magistralın 1007 kilometrlik Anadolu hissəsi xarici icarədarlardan satın alındı.Hər bir kəndli ailəsinə torpaq sahəsi verilməsi və aşar vergisinin ləğv edilməsi də tezliklə öz səmərisini verdi.Əkin sahələri genişləndi,taxılın və texniki bitkilərin istehsalı artdı,heyvandarlıq inkişaf etdi.Beləliklə,Mustafa Kamal inqilabları iqtisadi və sosial həyatda öz bəhrəsini verdi.Milli sənaye yarandı,kənd təsərüfatı yüksəldi.Türkiyə,türk millətini qədim dövlətçilik ənələrinə sadiq qaldığını,dövlətini qorumaq iqtidarında olduğunu bütün dünyaya sübüt etdi.Bu böyük xidmətlərinə görə 1934-cü ildə TBMM xüsusi fərmanla Mustafa Kamala Atatürk soyadını verdi.

Atatürk prinsipləri çağdaşlaşma yönünü müəyyən edən,Ataürk inqilablarına təməl olan fikir və düşüncələrdir.Atatürk inqilablarına isə Atatürk prinsiplərinin ölməz abidə halına çevrilmiş ifadələridir.Atatürkçü düşüncə sistemi içində bir-birinə bağlı bir tam təşkil edən Ataürkün prinsip və inqilabları,Türkiyənin çağdaş sivilizasiya səviyyəsinə ən qısa zamanda çata bilməsi üçün ağlın və məntiqin göstərdyi yollardır.Bu baxımdan Ataürk prinsip və inqilablarının fəlsəfəsində yaradıcılıq durar,yaxşılığa,doğruya,faydalıya yönəliş durar.1931-ci ildə çağırılmış qurultayda Xalq Cumhuriyyət partiyasının proqramı və nizamnaməsi təsdiq olundu.Proqramın əsasını kamalçıların irəli sürdüyü altı prinsip – respublikaçılıq,millətçilik,xalqçılıq,dövlətçilik,(etatizm fransızca dövlət deməkdir),dünyəvilik,(laisizm fransızca dünyəvi deməkdir) və inqilabçılıq prinsipləri təşkil etdi.Respublikaçılıq prinsipinə görə respublika idarə forması Türkiyə üçün yeganə münasib idarəçilik forması sayıldı.Demokratiya,hakmiyyətin mənbəyinin xalq olması kimi bir sıra digər mütərəqqi mübasibətlərin mövcüdluğu üçün respublika idarə forması ən uyğun və zəruri olanı idi.Həmçinin hakimiyətlərin bölünməsi prinsipinin tam mənada həyata keçməsi üçün respublika idarə forması şərtdir.Millətçilik prinsipi türk millətinin özünəməxsus cəhətlərinin qorunub saxlanılması uğrunda mübarizəyə hazır olduğunu elan edirdi.Fransız inqilabı zamanı formalaşmışdı.Milli azadlıq hərəkatının,türk vətənsevərliyinin qələbəsi nəticəsində Türkiyə öz süverenliyinə nail olmuşdu.Xalqçılıq prinsipinə görə ölkədə siniflər yoxdur,xalq vahiddir və hamı şəxsi və ictimai həyatda əmək bölgüsü prinsipi üzrə müxtəlif peşələrə bölünür.Bu prinsip dövlətin bütün vətəndaşlarına eyni münasibət bildirməsi ilə nəticələnir.Etatizm prinsipinə görə şəxsi təşəbbüs tanınmaqla yanaşı,dövlətin milli sənaye müəsisələrində fəal iştirakı prinsipi təbliğ olunurdu.Türkiyənin iqtisadi vəziyyətinin möhkəmləndirilməsi işində Atatürk tərəfindən elan edilmiş etatizm siyasəti – dövlət hesabına sənaye müəsisələri inşa etmək,dəmir yolları çəkmək,limanlar salmaq,milli banklar təşkil etmək siyasəti mühüm rol oynayırdı.1930-cu illərdən tətbiq olunan iqtisadi siyasətdir.Laisizm – dünyəvi dövlət yaratmaq,dini dövlətdən ayırmaq tələbi demək idi.İnqilabçılıq ölkədə respublika quruluşunun bərqarər etmiş burjua inqilabına sadiq qalmağı ifadə edirdi.

1924-1937-ci illərdə Türkiyə dövləti dünyanın bir sıra ölkələri ilə diplomatik münasibətlər qurdu.Atatürkün xarici siyasətdə əsas məqsədləri Türk dövlətinə milli xarakter qazandırmaq,tam süverenliyi əldə etmək,xaricilərə verilən imtiyazlara son qoymaq idi.Onun məşhur ifadəsi – Yurda sülh,cihanda sülh!Atatürkün xarici siyasətini iki əsas dövrə bölmək olar:milli-azadlıq dövründə xarici siyasət və Cümhuriyyət dövründə xarici siyasət.1926-cı ildə Böyük Britaniya ilə Türkiyə-İraq sərhəddinin müəyyən olunması,habelə mehriban qonşuluq münasibətləri barədə müqavilə imzalandı.Bu müqavilə ilə Mosul münaqişəsinə son qoyuldu.Müqaviləyə görə Mosul vilayəti İraqın tərkibində qaldı,əvəzində isə Türkiyə kompensasiya aldı.Kamal diplomatiyası SSRİ amilindən də məharətlə istifadə etdi.Hələ Osmanlı vaxtında Türkiyədə Leninə və Oktyabr inqilabına rəğbət var idi.V.İ.Lenin türk xalqının azadlıq hərəkatını daim dəstəkləyirdi.1925-ci ilin dekabrında SSRİ ilə dostluq və birtərəflik haqqında müqavilə bağlandı.Sovet höküməti Türkiyəyə xeyl ihərbi sursat göndərmişdi.SSRİ ilə Türkiyə arasında,həmçinin Azərbaycan SSR arasında siyasi,ticarət,mədəni əlaqələr çox güclü idi.Hələ 1921-ci ildə Sovet höküməti TBMM hökümətinə 6.5 milyon qızıl manat məbləğində yardım göndərmişdi. Türkiyənin xarici siyasəti məsələsində Azərbaycanla münasibətləri xüsusi qeyd etmək lazımdır.20-ci illərdə Türkiyənin vəziyyəti olduqca ağır idi.”Şərq məsləsi” yenidən aktivləşmişdi.Onun müəlliflərindən olan Rusiya sovet inqilabları ilə dünyanı fəth etmək istəyirdi (ən azından Avrasiyanı).Türkiyənin isə xarici dövlətlər arasında parçalanması təhlükəsi yaranmışdı.Bu cür şəraitdə Sovetlər Türkiyə ilə yaxınlaşmalı oldu,bu hər iki tərəf üçün əlverişli idi.İkinci Dünya müharibəsi ərəfəsində Türkiyə fəal xarici siyasət yeridirdi.Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələr genişləndirildi.1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətində,1934-cü ildə Balkan Antantasına daxil oldu.1935-ci ildə İtalyanın Həbəşistana hücumundan narahat olan İngiltərə Türkiyə ilə “Centlmen sazişi” adlandırılan müqavilə bağladı.Ərazisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə boğazlara dair Lozanna konvensiyasına yenidən baxılması üçün 1936-cı ildə beynəlxalq Montre konfransının çağırılmasına nail oldu.Burada qəbul edilən yeni konvensiya boğazlar məsələsində Türkiyəyə böyük üstünlüklər verirdi.Boğazlar faktik olaraq Türkiyənin daxili sularına çevrildi.Qara dənizə çıxışı olmayan ölkələrin hərb gəmilərinə istər müharibə,istərsə də dinc dövrdə boğazlardan keçmək qadağan olunurdu.Faşist İtaliyasının Aralıq dənizi hövzəsində təcavüz planları reallaşdıqca və Almaniyanın Balkanlarda təsiri gücləndikcə Tükiyənin mövqeyi Böyük Britaniya və Fransa ilə yaxılaşırdı.1937-ci ildə Türkiyə Əfqanıstan,İran və İraqla hücüm etməmək haqqında Sədaabad paktı bağladı.Bununla da,İkinci Dünya müharibəsində Türkiyənin bitərəfliyinin əsası qoyuldu.Mustafa Kamal Atatürk 1938-ci ildə vəfat etdi.İsmət İnönü Türkiyə Cumhuriyyətinin prezidenti seçildi.İkinci Dünya müharibəsi ərəfəsində Türkiyə dünyanın ən mühüm dövlətlərindən birinə çevrilmişdi.Bu dövrdə türkiyə diplomatiyasının ən böyük qələbəsi müharibədə ilk vəxtlər bitərəf qalması,müharibənin sonlarına yaxın isə onun bəhrələrindən kənarda qalamamaq üçün artıq qalib gəlmiş qüvvələr tərəfdən müharibəyə qoşulması oldu.

1921-ci il konstitusiyası yeni dövlətin ehtiyaclarına cavab vermədiyi üçün yeni konstitusiya işlənib hazırlandı.Məclisdə müzakirə olunduqdan sonra Türk respublikasının ilk konstitusiyası qəbul edildi.Bu konstitusiyadan sonrakı konstitusiyalar xüsusi orqanlar tərfindən hazırlanmış və referenduma çıxarılmışdı.Lakin 1924-cü il konstitusiyası isə TBMM tərəfindən hazırlanıb elə həmin orqan tərəfindən də qəbul edilmişdi.Konstitusiyanın Məclisdə hansı qaydada qəbul edilməsi bəlli deyildi və bunun üçün 11 mart 1924-cü ildə kostitusyanın qəbul olunması qaydası haqqında qərar qəbul edildi.Konstitusiya Məclisin tam üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilməli idi və edildi də.Konstitusiya məclis höküməti ilə parlament rejimi arasında qarışıq bir sistem yaratmışdır.Konstitusiyanın maddələrinə baxdıqda ölkənin parlamentli yoxsa prezidentli respublika olduğunu söyləmək çətindir.Konstitusiyada göstərilir ki qanunverici və icra edici hakimiyyət Məclisə məxsusdur.Lakin icra hakimiyyətinin Məclisə məxsusu olması formal xarakter daşıyır,o bunu əsla həyata keçirmir,icra hakimiyətini Məclisin seçdiyi prezident və hökümət həyata keçirir.Bu cür sistem “qüvvələrin birliyi,vəzifələrin müxtəlifliyi“ adlanır.Həmçinin konstitusiyada göstərilir ki Məclis höküməti istefaya getməyə məcbur də bilər lakin hökümətin Məclisi buraxmaq səlahiyyəti yoxdur.Konstitusiyanın bir xüsusiyyətləri onun sərt bir konstitusiya olması,dünyəvilik ilə təbii hüququ anlayışını qəbul etməsi ilə əksəriyyətçi demokratiya anlayışını əks etdirməsidir.Konstitusiya maddi,yazılı konstitusiyadır.Bu konstitusiya 6 fəsil və 105 maddədən ibarətdir.Birinci fəsil “Əsas müddəalar” adlanır və 8 maddədən ibarətdir.İkinci fəsil qanunverici hakimiyyət adlanır (vazifei teşriiye) və 22 maddə aiddir.3-cü fəsil “icra hakimiyyəti” (vazifei icraiye) adlanır və 21 maddəni əhatə edir.4-cü fəsil məhkəmə hakimiyyəti haqqındadır (kuvei kazaiye) və 14 maddə daxildir.5-ci fəsil türklərin ümumi hüquqları adlanır və 20 maddədən ibarətdir.16 maddədən ibarət olan son fəsil müxtəlif maddələr “mevadı müteferika” adlanır.

Konstiyusiyanın birinci maddəsində göstərilir ki Türkiyə dövləti respublikadır.Bu dəyişdirilməsi qadağan olunmuş yeganə maddədir.2-ci maddədə belədir Türkiyə respublikasının dini İslam,paytaxtı Ankara dili türkçədir.1928-ci ildə bu maddə dəyişdirildi və dövlət dini İslamdır müddəası konstitusiyadan çıxarıldı.Buna qədər dövlət dini rəsmi müəyyən olunmuşdu,müddəanın çıxarılması ilə isə bir boşluq yaranmışdı,1937-ci ildə bu maddə sonuncu dəfə dəyişdirildi və aşağıdakı kimi ifadə olundu - Türkiyə dövləti cümhuriyyətçi,xalqçı,milli,dövlətçi,dünyəvi və inqilabçıdır.Dövlət dili türkçə,paytaxtı Ankaradır.Bu kamlaçıların irəli sürdüyü 6 prinsip idi və onlar artıq konstitusiyaya da daxil edilmişdi.Həmçinin dünyəviliyin inkişafı nəticəsində din dövlətdən rəsmən ayrılmışdı.3-cü maddədə hakimiyyətin qeyd-şərtsiz millətə məxsus olması göstərilir.4-cü maddədə Türkiyə Böyük Millət Məclisinin xalqın yeganə səllahiyətli nümayəndəsi olması göstərilir və xalqın adından idarəçiliyi həyata keçirir göstərilir.Türkiyə respublikası parlamentli respublika quruluşuna malikdir.Qanunverici və İcra hakimiyyəti TBMM məxsusudur (maddə 5),Qanunvericilik hakimiyyətini TBMM özü birbaşa(maddə 6),İcra hakimiyyətini isə özünün seçdiyi hökümət vasitəsi ilə həyata keçirir.Məclis höküməti istədiyi vaxt istefaya göndərə bilər(maddə 7).Məhkəmə hakimiyyəti milləti təmsil edən mütəqil məhkəmələrə məxsusudur – maddə 8.

Konstitusiyanın ikinci fəsli qanunverici hakimiyyətdən bəhs edir.Qanunverici hakimiyyəti TBMM həyata keçirirdi-maddə 9.Türkiyədə dövlət hakimiyyətinin millətə məxsusu olması və Məclisin milləti təmsil etdiyi,onun seçdiyi orqan olduğu üçün onun səlahiyyətinə aid məslədə türk hüquqşünasları Məclisə geniş səlahiyyətlər verdilər,nətcədə Türkiyə parlamentli respublika olmuşdu.Məclisin səlahiyyətlərini məhdudlaşdırmaq millətin iradəsini məhdudlaşdırmaq kimi ifadə olundu.Məclisi üzərində heç bir nəzarət hakimiyyət olmayan orqan kimi düşünülmüşdü.Seçkidə qalib gələn coxluqa qarşı çıxmaq millətə qarşı çımaq kimi ifadə olunurdu,nəticədə müxalifətin fəaliyyəti heçə endirilirdi.10-cu maddə seçki senzinə aid idi,18 yaşı olan hət türk kişisinin seçkilərdə iştirak etmək hüququ var idi,demokratiyanın inkişafının nəticəsi olaraq 5 dekabr 1934-cü ildə maddə dəyişdirilərək,22 yaşı bitirən kişi və qadınların seşmək hüququ vardır kimi ifadə olundu.30 yaşı olan hər kişi məclisə seçilə bilər.Həmin tarixdə bu maddə də dəyişdirildi və 30 yaşı tamam olan hər iki cinsə seçki hüququ verildi.Məclisə seçkilər 1877 köhnə sultan seçki qanunu əsasında keçirilirdi.Seçki sistemini nizamlamaq məqsədilə qanuna bəzi dəyişik və əlavələr edilmişdi.Əvvəllər seçkilər dolayı yolla aparılırdı.Deputatları xüsusi seçkicilər seçirdi.1946-cı ildən ikidərəcəli seçkilər ləğv olundu,ölkədə gizli səsverməklə birbaşa,bərabər seçkilər tətbiq olundu.12-ci maddədə seçki hüququndan məhrum olanlar sadalanır – xarici dövlətin nümayəndələri,saxtakarlıq,sui-istifadə və sair səbələrdən məhkum olunanlar,ruhi xəstələr,həmçinin türkçə oxyub-yazma bilməyənlər.Seçkilər majoritar sistem üzrə keçirilirdi,seçki dairəsində nisbi səs çoxluğu əldə etmiş namizədlər siyahısı həmin dairələrdən bütün deputat mandatlarına malik olmaq hüququ qazanırdı.TBMM-ə seçkilər dörd ildən bir keçirilirdi(maddə 13).Müddəti bitən deputatlar yenidən seçilə bilərdilər.Əgər seçkilər keçirilməsi mümkün deyilsə keçmiş məclisin səlahiyyət müddətinin bir il də uzadılması mümkündür.13-cü maddənin son bəndində aşağıdakı çox mütərəqqi fikir ifadə olunur – seçilən millət vəkili yalnız seçildiyi ərazin yox millətin maraqlarına xidmət etməlidir.Məclisin sessiyaları hər il toplanır və məclis 6 aydan çox fasilə edə bilməz(maddə 14).Qanunvericilik təşəbbüsü Məclisə,Prezidentə və Nazirlər şurasına məxsusudur(maddə 15).16-cı maddədə deputatların seçildikdən sonra içdikləri and göstərilib,bu maddə də 1928-ci ildə dəyişdirilmişdir,əvvəlki and vallahi sözü ilə tamalanırdısa dəyişiklikdən sonra and namusum üzərinə and içərəm sözləri ilə tamamlanırdı.Maddə 16 – deputatlar məclisdəki çıxışlarına,sözlərinə görə məsuliyyətə cəlb oluna bilməz.Deputatların əmək haqları müvafiq qanuna uyğun ödənirdi.19-cu maddədə göstərilirdi ki Məclis tətil zamanı üzvlərinin beşdə birinin təklifi ilə,həmçinin prezident və məclis sədri tərəfindən tam tərkibdə çağırılması mümkündür.Məclisin qərarları rəsmi mətbuatda dərc olunurdu.Məclisin iş qaydası öz Nizamnaməsi ilə nizamlanırdı.Eyni şəxs həm millət vəkili həm də hökümət məmuru ola bilməz – maddə 23.Məclis seçildikdən sonra komiisiyalar,komissiyaların sədrlərini və onların 3 müavini seçirlirdi.20 komisiyya seçilirdi.Komissiyalar iki qrupa bölünürdü:bir qrup Məclisin bilavasitə səlahiyyətinə daxil olan qanunvericilik məsələləriilə məşğul olurdu,ikinci qrup ayrı-ayrı sahələrə aid (ticarət,səhiyyə,milli müdafiə və s.) məsələləri öyrənirdi.Parlament komissiyalarının faktiki rəhbərləri müvafiq nazirlər idi.Məclis tərəfindən qəbul olunmuş qanun prezidentin,Məclis sədrinin və Nazirlər şurasının sədrinin imzası ilə “Rəsmi qazetdə” dərc olunurdu.26-cı maddədə Məclisin səlahiyyətləri sadalanır,1928-cı ildə bu qanuna bir sıra dəyişikliklər edilmişdir.Son variatında aşağıdakı səlahiyyətlər aiddir:qanunların qəbul edilməsi,onlara dəyişiklik etmək,təfsir və ləğv etmək,xarici dövlətlərlə saziş və müqavilə bağlamaq,müharibə elan edmək və sülh bağlamaq,dövlət büdcəsini müzakirə və qəbul etmək,pul kəsdirmək,əfv etmə və bağışlama,cəzanı yüngülləşdirmə və əvəz etm,məhkəmə istintaqını və ittihamedici hökmlərin icrasını dayandırma,ölüm hömklərini təsdiq etmə və s. məsələlər.1961 və 1982-ci il konstitusiyalarında qanunları şərh etmək səlahiyyəti Məclisdən alınmış,Konstitusiya Məhkəməsinə verilmişdir.Qanunların konstitusiyaya uyğunluğunu da Məclis yoxlayırdı.Qanunların konstitusiyaya uyğunluğunun yoxlanılmasının bir siyasi orqana fəvalə etmək səhv addımdır.Hər bir halda Məclisin müəyyən dairələrin siyasi görüşlərini ifadə edir.Qanunları qəbul edən orqan məclisdir və o əgər qanunu qəbul etmişdirsə deməli qanunu konstitusiyaya uyğun bilir.Belə hüquqi məsələnin həll edilməsinin ən demokratik yolu bu səlahiyyətin hakimlərə həvalə edilməsidir.27-ci maddədə göstərilir əgər millət vəkili vətənə xəyanət edərsə və ya ağır cinayət törədərsə deputatların səscoxluğu ilə onun barəsində cinayət işi qaldırılır və ittiham təsdiqlənərsə həmin şəxsin mandatı ləğv olunur.

III fəsildə icra hakimiyyətindən danışılır.31-52-ci maddələri əhatə edir.41-ci maddədə göstərilir Türkiyə respublikasının prezidenti Türkiyə Böyük Millət məclisinin ümuni yığıncağında Məclis üzvlərindən dörd il müddətinə seçilir,səlahiyyət müddəti yeni prezident seçilənə qədərdir,ikinci və daha sonrakı dəfələr seçilməsi caizdir(mümkündür).Atatürk 4 dəfə,İsmət İnönü isə 3 dəfə seçilmişdi.Prezident dövlətin başçısıdır,bəzi hallarda Məclisə rəhbərlik edir,zəruri saydığı hallarda Nazirlər şurasının iclaslarına rəhbərlik edir.Maddə 33 – Prezident xəstə olarsa,xaricdə səyahətdə olarsa,istefa verərsə və ya vəfat edərsə və yaxud digər bir səbəbdən vəzifəzini icra edə bilməzsə onu Məclisin sədri əvəz edir.Vitse-prezident vəzifəsi nəzərdə tutulmamışdı.Əgər bu cür vəziyyət olarsa məclis tez bir zamanda yeni prezident seçməlidir,əgər məclis tətildədirsə sədr onları toplamalıdır,əgər səlahiyyət müddəti bitmişsə yeni seçilmiş məclis prezidenti seçir(maddə 34).1938-ci ildə bu müddəadan istifadə edildi,noyabrın 10-da Atatürk vəfat etdikdə,məclis noyabrın 11-də yeni prezidenti İsmət İnönünu seçdi.35 – ci maddədə göstərilirdi - Məclisin qəbul etdiyi qərarlar prezidentin təsdiqinə göndərilir.Konstitusiya və büdcə ilə bağlı qanunlar istisna olmaqla digər qanunları prezident 10 gün müddətinə məclisə yenidən baxılmaq üçün göndərə bilər,əgər məclis bu dəfə də həmin qərarı qəbul edərsə bu zaman onu imzalamalı və elan etdirməlidir.Prezidentin qanunu elan etdirməsi iki ayrı mərhələdən ibarət prosesdir,yəni bu zaman qanun elan olunduğu gündən həm hüquqi qüvvəyə malik olur həm də ictimaiyyətə təqdim olunur.Sonraki illərin konstitusiyalarında elan etdirir ifadəsi əvəzinə nəşr etdirir ifadəsi istifadə olunmuşdur,əvvəlki ifadə daha uğurlu idi.Hər il prezident Məclisdə ötən ilə görə hökümətin fəaliyyəti barədə nitq söyləyir və növbəti ildə həyata keçiriləcək tədbirlər planını elan edir.Prezidentin xarici ölkələrə Türkiyənin diplomatik nümayəndələrini təyin etmək və xarici diplomatik nümayəndlərini qəbul etmək səlahiyyəti var.Prezident həm hökümətin,həm də Böyük Millət Məclisinin fəaliyyətini istiqamətləndirirdi.Bu konstitusiyaya və “Millətin mühafizəsi haqqında” qanuna əsasən “ictimai qaydanın pozulmasına təhlükə” yarandıqda prezident Konstitusiyanın əsas müddəalarının (vətəndaşların əsas hüquqlarını,şəxsiyyətin toxunulmazlığını təsbit edən müddəaların) qüvvəsini dayandıra bilərdi.Prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi.İstanbulda və İzmirdə antiyunan talanları ilə əlaqədər 1955-ci ilin sentyabrında bu hüquqdan istifadə etmişdir.38-ci maddədə prezidentin içdiyi and öz əksini tapıb,1928-ci ildə 1222 saylı qərarla bu maddəyə dəyişiklik edilmiş və andın məzmunu dəyişdirilmişdi.Prezidentin qəbul etdiyi qəraları Baş Nazir və ya müvafiq Nazir imzalayırdı.Kontrasiqnasiya qaydası prezidetin qəbul etdiyi qərarlara görə siyasi məsuliyət daşımamasına səbəb olurdu.O yalnız vətənə xəyanət etdiyi halda parlament qarşısında məsul olurdu.Prezident ölkənin silahlı qüvvələrinin ali baş komandanıdır,dinc şəraitdə silahlı qüvvələrə faktiki rəhbərliyi baş qərargah rəisi,müharibə dövründə isə bu vəzifəni hökümətin təklifi ilə prezident tərəfindən təyin olunan şəxs həyata keçirirdi(maddə 40).Prezident vətənə xəyanət etdikdə Məclis qarşısışında məsuldur.Prezident hökümətin təklifi ilə məhkəmələr tərəfindən çıxarılmış cəzaları ləğv edə və ya yüngülləşdirə bilər.Əgar ittiham nazirlərə qarşı irəli sürülübsə edə bilməz(maddə 42).Prezident öz hərəkətlərinə və hökümət üzvlərinin hərəkətlərinə görə heç bir orqan qarşısında məsul deyildir.44-cü maddəyə iki dəfə dəyişikilik edilmişdir.İlk əvvəl bu cür idi:Baş Nazir prezidentin təklifi ilə məclis üzvləri arasından təyin olunur,digər nazirlər isə Baş nazir təklifi ilə prezident tərəfindən təyin olunur,hökümət bir həftə müddətində öz fəaliyyəti barədə proqramını təqdim edir,öz siyasi xətti barədə məlumat verir və etimad barədə məsələ qoyurdu.1937-ci ilin fevral ayında aşağıdakı bəndlər əlavə olundu:əgər Məclisin deputatları tətildədirsə parlament sessiyası başlayana qədər bu barədə məlumatın verilməsi təxirə salınır,həmçinin siyasi müştəsarları Baş Nazir məclis üzvləri arasından seçir və prezidentin təsdiqinə verir.1937-ci ildə bu bənd konstitusiyadan çıxarıldı.Nazirlər Baş Nazirin rəhbərliyi altinda Nazirlər Şurasını təşkil edirlər.Hökümət kollektiv məsuliyyət daşıyırdı.Hökümət Məclisin partiya çoxluğunun deputatlarından təşkil olunurdu.Nəticədə parlament faktiki olaraq hökümətin istefasına gətirib çıxaracaq etimadsızlıq rəyi çıxarması gözlənilmirdi.Göründüyü kimi hökümətin fəaliyyəti hüquqi cəhətdən Məclislə bağlı idi.Məclis hökümətin tərkibində dəyişiklik edə bilməzdi.Hökümət təkcə idarəetmə orqanı deyil,həm də qanunvericilik funkisiyası daşıyırdı.Belə ki,yalnız hökümət tərəfindən dəstəklənən qanun layihəsinin qanun olmaq şansı var idi.Fövqaladə hallarda hökümət qanun qüvvəsinə malik olan fövqəladə dekretlər verə bilərdi.Nazirlər şurası dövlət idarəetmə orqanları sisteminə rəhbərlik edirdi.Öz səlahiyyətlərini həyata keçirərkən Nazirlər Şurası qərar və sirkulyarlar qəbul edirdi.Onların icrasına görə məsuliyyət müvafiq nazirliklərin üzərinə düşürdü.Nazirlər şurasının qərar və sərəncamları “Rəsmi qazetdə” prezidentin,Nazirlər Şurasının sədri və müvafiq nazirlərin imzası ilə dərc olunurdu.49-cu maddədə göstərilirdi ki əgər nazirlərdən biri müxtəlif səbəblərdən fəaliyyət göstərmirdisə onun əvəzinə Nazirlər Şurası müvvəqqəti olaraq başqasını təyin edirdi,lakin bir Nazir eyni vaxtda iki naziliyə rəhbərlik edə bilməzdi.51-ci maddədə Dövlət Şurası və onun səlahiyyətləri göstərilirdi. 1924-cü il konstitusiyasına müvafiq olaraq Məclisin yanında Dövlət Şurası yaradıldı.Bu orqan idarələrarası mübahisələri həll edir,hökümət tərəfindən hazırlanmış qanun layihələrinə öz rəyini bildirir,başqa vəzifələri də həyata keçirə bilər bilərdi.Dövlət Şurasının sədri və üzvləri Məclis tərəfindən dövlət aparatında yüksək vəzifələr tutan şəxslərdən seçilirdi.Formal cəhətdən Dövlət Şurası hökümətə tabe deyildi,lakin faktiki olaraq prezidntdən və baş nazirdən asılı idi.İnzibati ədliyyə orqanı kimi Dövlət Şurasının bir sıra şöbələri fəaliyyət göstərirdi.Onlar ayrı-ayrı nazirliklər,idarələr arasında daha çox isə sahibkarlarla ölkənin iri müəsisələrində yaradılmış fəhlə komitələri arasında baş vermiş mübahisələri həll edirdi.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə