B №50 XƏBƏRLƏr bülleteni Azərbaycanda və dünyada




Yüklə 20.19 Kb.
tarix27.04.2016
ölçüsü20.19 Kb.

04.05.2005 B № 50

XƏBƏRLƏR BÜLLETENİ
Azərbaycanda və dünyada
Əliməmməd Nuriyev "Amnistiya haqqında" qanun layihəsinin qəbul olunmasının leyhinədir
Millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev parlament tərəfindən "Amnistiya haqqında" qanun layihəsinin qəbul edilməsinin tərəfdarıdır. Parlamentin dünənki iclasında bu təkliflə çıxış edən millət vəkili ölkədə sonuncu dəfə amnistiya aktının 2002-ci ilin yazında tətbiq olunduğunu xatırladıb. O, həmçinin qeyd edib ki, cənab prezident tərəfindən tez-tez əfv fərmanları imzalanır, lakin Milli Məclis isə sonuncu dəfə "Amnistiya haqqında" qanun layihəsini 2002-ci ildə qəbul etmişdir. Məhz buna görə Milli Məclis tərəfindən "Amnistiya haqqında" qanun layihəsinin qəbulu məqsədəuyğun olardı.

Lakin Spiker Murtuz Ələsgərov öz növbəsində millət vəkilinin təklifinin əleyhinə olaraq parlament tərəfindən növbəti dəfə "Amnistiya haqqında" qanun layihəsinin qəbuluna ehtiyac görmədiyini bildirib.


Mənbə: 525-ci qəzet

Bəzi məhbusların işinə yenidən baxılmalıdır
525-ci qəzetin verdiyi məlumata görə, xeyli məhbus barələrində çıxarılmış məhkəmə hökmünün ədalətsiz olması ilə bağlı Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupuna müraciət edilib. Həmin müraciətlərin araşdırılması nəticəsində məlum olub ki, həqiqətən də, bir qrup məhbus barədə məhkəmənin çıxardığı qərar ədalətli sayıla bilməz. Monitorinq Qrupunun üzvü, D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun sözlərinə görə, onlar indiyədək bu məsələ ilə bağlı xeyli iş görüblər. Hətta elə qadın məhbuslar olub ki, onların işinə yenidən baxılması ilə bağlı məsələ qaldırıblar. Görülən işlər nəticəsində həmin qadın məhbusların hüquqları bərpa edilib.

Beynəlxalq İnsan Hüquqları Mərkəzinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı isə sözügedən məhbusların hamısının hüquqlarının bərpasının qeyri-mümkün olduğunu deyib. Amma bununla belə hüquq müdafiəçisi bildirib ki, problemin birdəfəlik həlli mümkündür. Bunun üçün ölkədə məhkəmə islahatları keçirilməlidir.


Mənbə: 525-ci qəzet
Perm məhbuslarının əmək haqqısı minimum əmək haqqından aşağıdır
Perm regional hüquq müdafiə mərkəzinin əməkdaşları Perm vilayətində yerləşən iclah müəssisələrində olaraq məhbusların əmək haqqılarının 600 rubl, yəni minimum əmək haqqından 1200 rubl aşağı olduğunu müəyyə ediblər.

Perm regional hüquq müdafiə mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, Kunqurada yerləşən bir neçə koloniyada bu günə kimi əmək haqqı 600 rubldan yuxarı deyil.

Federal büdcə 2005-ci ildə məhbuslara 27 rubl 29 qəpik pul ayırır. Əmək haqqının 75 %-nin məhbusların saxlanılması üçün tutulduğunu nəzərə alsaq, tütünə və yeməyə qəpiklər qalır. Əlbəttə Perm vilayətində olan müəssisələrdə cəzalarını çəkən məhbuslar ac qalmırlar lakin onlar kasıbdırlar.
Mənbə: Reqnum İA

Sıravi İnqland 2 ilə məhkum olunub
ABŞ-da ordu sıravisi Lindi İnqland üzərində məhkəmə prosesi başa çatır. “Əbu-Qraib” İraq həbsxanasında baş vermiş işgəncələrin əsas iştirakçısı Lindi İnqland cəmi 2 ilə məhkum olunub.

Dünən Fort-Xud bazasının (Texas) hərbi tribunalında dinləmələr keçirilib. Bu dinləmələr zamanı 22 yaşlı ABŞ ordusunun ehtiyatda olan sıravisi 9 bənddən ibarət ittihamların 7 ilə razı olub. Onun etirafı məhbusları təhqir etmək məqsədilə əlbir olması və işgəncələrdə iştirak etməsi də daxil olmaqla ən ciddi ittihamlar ilə bağlıdır. Təqsirləndirilən sıravi yalnız hərbi vəzifələrinə etinasızlıqla yanaşma və nalayiq hərəkətlər etməsi ilə bağlı ittihamları qəbul etməyib.

İnqlandın işi üzrə hökm artıq bu həftə elan olunacaqdır. İttihamların məcmusu üzrə on altı il yarımlıq məhkumluq əvəzinə o, yalnız iki il müddətinə cəza alacaq.

Xatırladaq ki, İnqland “Əbu-Qarib” həbsxanasının məhkumları üzərində işgəncələrlə əlaqədar olaraq məhkəməyə cəlb edilən yeddi hərbçidən biridir. Hazırda onlardan beşi artıq məhkum olunmuşlar. İnqlandla bir yerdə xidmət edən daha bir keçmiş hərbçi Sabrina Xarman may ayının 9-da məhkəmə qarşısında dayanmalı olacaq. Onu altı ilədək müddətə azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.


Mənbə: Qazeta.ru

NEWS BULLETIN
In Azerbaijan and in the world
Alimammad Nuriyev supports acceptance of the bill “On Amnesty”
Deputy, President of the Constitutional Researches Fund Alimammad Nuriyev is the adherent of acceptance by the parliament of the bill “On Amnesty”. Speaking yesterday at the parliament session, the Deputy recalled that the amnesty act was accepted for the last time in the country in 2002. He also mentioned that Mister President rather often signed the amnesty acts, but the Milli Majlis adopted the act on Amnesty for the last time in 2002. Therefore, it would be appropriate to adopt the bill “On Amnesty” by the Milli Majlis.

But speaker Murtuz Alaskarov in his turn spoke against this decision and mentioned that there was no necessity of adoption of the given bill.


Source: 525th newspaper
Cases of some prisoners must be reviewed
According to the information of the 525th newspaper, the petitions were sent to the Monitoring Group of Right Protection Organizations in connection with the courts’ bringing of unjust verdicts regarding the majority of prisoners. As a result of investigation of these petitions, it was revealed that verdicts, brought regarding the group of prisoners could not be considered just. As Member of Monitoring Group, chairman of the D.Alieva’s Society for Protection of Women’s Rights Novella Jafarogly informed, they conducted a great work in that direction. There were also cases, when some women convict’s cases were reconsidered again and as a result their rights were restored.

Head of the Azerbaijan National Branch of International Right Protection Centre Saadad Bananyarly mentioned that the restoration of all the indicated convicts’ rights was simply impossible. But along with that she added that the solution of the problem existed and the judicial reforms were necessary for that.


Source: 525th newspaper
Wages of Perm convicts are lower than a minimum
The executives of the Perm regional right protection centre found out during the trips around reformatory institutions of Perm oblast, that the wages of convicts are equal to 600 rubles, which is lower than a minimum by 120 rubles.

According to the information of press-service of the Perm regional right protection centre, in some colonies, for example located in Kungur, the wages are not higher than 600 rubles until today.

The cost of a minimal assortment of products by the end of 2004 makes on average in Russia 34 rubles 73 kopecks in a day and in 2005, the federal budget allocates for convicts 27 rubles 29 kopecks to each. But with such pay, convicts have just kopecks for food and tobacco as 75 % of the wages is deducted for holding. The conclusion arises by itself – the people, serving sentences in the institutions of Perm oblast do not starve, but remain beyond the poverty line.
Source: IA REGNUM
Private England condemned to 2 years
In the USA, the trial over the private of the US army Lindi England is coming to the end. The main figurante of the case of tortures in Iraqi prison “Abu-Graib” will be sentenced to two years of imprisonment only.

Yesterday, the intermediate hearings, at which the 22-year-old reservist of the US army confessed herself guilty of the seven out of nine points of accusation, were held in the military tribunal on the Fort-Hood base (Texas). The confession was made on the gravest charges, including conspiracy with the purpose of humiliation over a convict and participation in tortures. The accused did not consent only with the charges of disregard of military duties and committing of indecent actions.

The verdict on England’s case will be announced as early as this week. Instead of sixteen and half years which threatened the reservist on the aggregate of accusations, she will receive two years maximum.

We will remind that England is one of the seven militaries, brought to trial for the humiliation over convicts in “Abu-Graib”. By now, five of them have already been convicted. One more former England’s colleague – Sabrina Harman - will be brought to trial on May 9. She is threatened with up to six years of imprisonment.


Source: Newspaper.ru
Materiallar Heydərova Samirə tərəfindən hazırlanmışdır

Information was prepared by Heydarova Samira

“Prison Watch” Public Association

Bulbul Av. 11, apt # 1, AZ 1000 Baku, Azerbaijan

Tel/Fax.: (994 12) 498 07 89

Email: office@azpenalreform.org



Website: www.azpenalreform.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə