AzKİL 2 Əlavə Maliyyələşdirmə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşdirmə Ekoloji İdarəetmə Planı Fevral, 2014 Bakı, Azərbaycan




Yüklə 0.5 Mb.
səhifə2/8
tarix20.04.2016
ölçüsü0.5 Mb.
1   2   3   4   5   6   7   8

C. Layihənin təsviri

Azərbaycan Hökuməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə əlavə maliyyələşdirmə üçün Dünya Bankına müraciət etmişdir. AzKİL2 layihəsi kənd infrastrukturlarının yaxşılaşdırılması, icma yönümlü kənd infrastrukturlarına çıxışı və onlardan istifadəni yaxşılaşdırmaq və kəndlərdə ailələrin iqtisadi fəaliyyətlərini genişləndirmək vasitəsilə Azərbaycanın kənd ərazilərində yoxsul əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə hazırlanmışdır. İlkin layihə 56 rayonu əhatə edir ki, bunlardan 45 rayonda AzKİL çərçivəsində fəaliyyət göstərilmiş, 11 rayon isə AzKİL-2 çərçivəsində əlavə olunmuşdur (aşağıda Cədvəl 1-ə baxın). Layihə üç komponentdən ibarətdir: (1) Kənd Yerlərində İcma İnfrastrukturları; (2) Kənd İnfrastrukturları üçün Texniki Dəstək; və (3) Layihə İdarəetməsi və Nəticələrin Monitorinqi.




Cədvəl 1. AzKİL-2 çərçivəsində əlavə olunmuş rayonlar


Zona

Yeni rayonlar

Şimal

Şabran, Siyəzən, Xızı, Abşeron

Şimal-Qərb

Ağcabədi, Beyləqan

Cənub

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı

Əlavə Maliyyələşdirmə yerli birləşdirici yollarda pilot layihələri dəstəkləməklə əlavə iş həcmini əhatə etmək üçün təklif olunur ki, bu investisiyalar layihənin hazırkı məqsədlərindən kənara çıxmır, amma ayrı-ayrı icmalardan daha çıx klasterlərlə işləyəcək və əsas gediş-gəlişi, xidmətləri və bazara çıxış məsələlərini həll etməklə layihə faydalarının daha geniş miqyasda paylanmasına şərait yaradacaq. Bu pilot layihələr həm də birgə inkişaf proqramına layihənin töhfələrini artırmağa xidmət edəcək. Əlavə Maliyyələşdirmə spesifik olaraq aşağıdakıları dəstəkləyəcək: (i) kənd infrastruktur layihələrinin 2 yeni rayonda – Füzuli və Ağdam rayonlarında həyata keçirilməsi; (ii) gəlir gətirən pilot layihələrin miqyasının genişləndirilməsi; və (iii) birləşdirici yol konsepsiyasının pilot olaraq sınaqdan keçirilməsi. Əlavə 600 icma layihəsi vasitəsilə Əlavə Maliyyələşdirmə tərəfindən dəstəklənən investisiyalardan əlavə 1.500.000 nəfərin faydalanması gözlənilir.




D . AzKİL-2 Əlavə Maliyyələşdirmə icma layihələrinin potensial ekoloji təsiri.
AzKİL-2 icma layihələri kənd yolları, su təminatı, kanalizasiya, elektrik enerjisi, kiçik körpülər, kiçik irriqasiya sistemləri, məktəblər və bağçalar, sağlamlıq mərkəzləri, icma mərkəzləri, gəlir gətirən sahələr və s.-də daxildir. Ailələrin şəxsi torpaqlarının istifadəsini tələb edən icma layihələri AzKİL-2 tərəfindən maliyyələşdirilməyəcək. Bir neçə gəlir gətirən layihə pilot əsaslarla həyata keçirilir. Fəaliyyətlərin növü layihənin icrası dövründə icmanın prioritetləri və layihənin uyğunluq meyarları əsasında müəyyən edilir.
AzKİL2-nin iqtisadi zonalarında ekoloji həssas ərazilər vardır: 5 qoruq, 7 yasaq və Şahdağ Milli Parkı. Bu həssas ərazilərdə mövcud ekosistemlərdə ekoloji tarazlığın pozulmasının və relikt biomüxtəlifliyin məhvinin qarşısını almaq üçün icma layihələrinin həyata keçirilməsi qəti qadağandır. Mikro-layihələrin bir qismi – içməli su, artezian və subartezian quyuları, kənd daxili və kəndarası yollar və kənd təsərrüfatında mikro-koorparasiya əkinə aid layihələr Şahdağ Milli Parkının iqtisadi fəaliyyətə icazə verilən ərazilərində həyata yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan (Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, İcra Hakimiyyəti və s.) xüsusi yazılı razılıq sənədi əldə edildikdən sonra həyata keçirilə bilər. Belə hallarda müvafiq layihə növləri üçün Əlavə 5-də göstərilmiş zəiflədici tədbirlər eyni olacaq.
AzKİL-2 Əlavə Maliyyələşdirmənin yeni nəzərdə tutulan, işğal olunmuş ərazilərə və cəbhə xəttinə yaxın Ağdam və Füzulu rayonlarının kəndlərində ekoloji cəhətdən həssas və insan sağlamlığı və yaşayışı üçün təhlükəli olan ərazilər vardır. Bu ərazilərdə həyata keçiriləcək hər hansı bir layihəni yerli kənd sakinlərinin və fermerlərin, eləcə də Ətraf mühitin mühafizəsi sahəsində xüsusi yanaşma ilə və Dövlətin Fövqəladə Hallar, Millik Təhlükəsizlik və Ekologiya və Təbii Sərvətlər Nazirliklərindən xüsusi yazılı razılıq əldə etdikdən sonra həyata keçirmək olar. Bu və ya digər mikro-layihələrin həyata keçirilməsi həssas olan ərazilərdə mövcud ekosistemlərdə ekoloji tarazlığın pozulmasına və relikt biomüxtəlifliyin məhvinə gətirib çıxara bilər.
Yuxarıda sadalanan mikro-layihələri həyata keçirmək olar. Məsələn: içməli su, artezian və subartezian quyuları, kənddaxili və kəndarası yollar, gəlir gətirən sahələr, alternativ enerji və digər kənd təsərrüfatına dair mikro-koorporasiya əkinə aid layihələr; lakin bu layihələri həyata keçirmək məqsədilə xüsusi razılıq sənədi əldə edilməlidir.
Hər bir təsir ücün qəbul oluna biləcək təhlükəsizlik və zəiflədici tədbirlər hər bir mikro-layihə tipləri üçün əlavələrdə təfərrüatlı verilmiş və aşağıda ümumiləşdirilmişdir. Lakin, təsirlərin dərəcəsi və həcmi öz tipləri və həcmlərinə görə fərqlənəcəyinə görə, zəiflədici tədbirlər də dəyişə bilər. Əlavə Maliyyələşdirmə çərçivəsində dəstəklənəcək fəaliyyətlərlə bağlı ətraf mühit məsələləri AzKİL-2 ilə oxşardır, çünki təklif olunan fəaliyyətlərin təbiəti əsasən eynidir. Təklif olunan daha yüksək dərəcəli birləşdirici yollar ətraf mühit təsirləri yaradır ki, bunlar da mikro-layihəyə xas spesisifk EİP vasitəsilə hər icma layihəsi üçün ayrıca olaraq həll edilməlidir və aşağıda Əlavə 5.3-də detallı göstərilmişdir.
Tikinti və Ümumi Təsirlər. Ümumiyyətlə hər bir mikro-layihənin tikintisi üçün ekoloji məsələlərə -ictimaiyyət və tikinti işçilərinin sağlamlığına təhlükə, səs-küy, havanın keyfiyyətini korlayan tozun yaranması, torpaq və/ya suyun neft və mazutdan çirklənməsi, tullantı materialları, yerüstü axınlar və s.; qrunt torpaqların ekskavatorla qazılması və digər artıq materialların torpağa basdırılması, ekoloji cəhətdən təhlükəli olan ərazilərdə (qoruqlar, yasaqlar, bataqlıqlar, milli parklar və s.) Dövlət FH və Təhlükəsizlik nazirliklərinin yazılı razılığı olmadan qəti qadağandır. Digər sahələrdə həyata keçirilən layihələr zamanı yarana biləcək risklər, flora və faunanın məhvi, qrunt və lay sularının çirklənmə riski, minalanmış ərazilər, partlamamış mərmilər və s. kimi bir və ya bir neçə zəiflədici ekoloji təsirlər daxil ediləcəkdir. (olacaqdır.) Bəzi mikro-layihələr eyni zamanda mədəni dəyər predmetlərini də daxil elə bilər.
Hər bir mikro-layihənin müddətinin 12 aydan çox olmaması gözlənildiyinə görə, və işlərin eyni zamanda hər bir sahədə ola bilməyəcəyinə görə, benefisiarlar təsirlərin bəzilərini yalnız qısa müddətə hiss edə bilərlər. Lakin, bəzi təsirlər eyni zamanda uzun müddətli ola bilər, məs, əyani təsirlər, səs-küy və elektromaqnit çirklənməsi, ekosistemlərə təsirlər və s. Bu effektlər/risklər, aşağıda və müvafiq əlavələrdə təklif edildiyi kimi, hər bir mikro-layihələrdə spesifik tədbirlər vasitəsilə zəiflədilə bilər.
Su təminatı. Su təchizatı sistemlərinin təmir bərpası və tikintisi ilə əlaqədar təsirlərə ehtiyatların durumlu tərzdə idarə edilməsi daxildir ki, həddən artıq çox istifadə və əlaqəli ekosistemlərə mənfi təsirlər olmasın və təchizatın sonrakı istifadəsindən çirklənməni aradan qaldırsın. Əlavə 5.2. bir çox tipik təsirlərin və onları zəiflətmək üçün istifadə edilə biləcək tədbirlərin icmalını verir. Xüsusən ekoloji cəhətdən və insan sağlamlığını təhlükədə saxlayan təhlükəli ərazilərdə hər hansı mikro-layihələrin həyata keçirilməsi xüsusən Dövlət FH və Təhlükəsizlik nazirliklərinin yazılı sürətdə razılığı olmadan qəti qadağandır.
Kənd və şəhər yolları. Yolların təmir-bərpası və tikintisi ilə əlaqədar təsirlərə ümumiyyətlə, səs-küy, havanın keyfiyyətinə təsir və digər belə narahatlıqlar, avtomobil və piyadaların təhlükəsizliyi, inkişaf etdirilmiş drenajla təmin edilməsi və torpaq sürüşməsinin qarşısının alınması üçün divarlar və s. kimi digər yardımçı infrastrukturun təminatı və drenaj və yol modellərində dəyişikliklər daxildir. Əlavə 5.3. onları zəiflətmək üçün istifadə edilə biləcək ən tipik təsirləri və tədbirlərin icmalını verir. Cəbhə xəttində və onun qonşuluğundakı Ağdam və Füzulu rayonlarının ərazilərində yolların çəkilişi Dövlət Fövqəladə Hallar və Təhlükəsizlik Nazirliklərinin yazılı razılığı olmadan qəti qadağadır.
Kiçik körpülər və piyada körpüləri. Yollarla əlaqəli təsirlərə əlavə olaraq, kiçik körpülərin və səki-körpülərin tikintisi və təmir-bərpası ilə əlaqədar təsirlər ümumiyyətlə, körpü qurğuları və aşağı byef ətrafında su rejimində və çay yatağı, çay canlıları və suyun keyfiyyəti üzərində baş verə biləcək dəyişikliklər üzərində mərkəzləşir. Əlavə 5.4. onları zəiflətmək üçün bir çox tipik təsirlərin və istifadə edilə biləcək tədbirlərin icmalını verir.
Çirkab suları, drenaj və kanalizasiya. Axın sularının təmir-bərpası və tikintisi ilə əlaqədar təsirlər ümumiyyətlə, hər hansı təmin edilən emal qurğusu üzərində mərkəzləşəcəkdir, xüsusilə havanın korlanması məsələləri və axın sularının töküldüyü yer/tullantıların çıxarıldığı yerlərdə. Sonuncuya yuxarıda Körpülər hissəsində təsvir edildiyi kimi, çay rejiminə təsirlər, eyni zamanda, düzgün istifadə edilmədiyi halda axın sularının töküldüyü yerin çirklənməsi effektləri daxil ola bilər. Əlavə 5.5 onları zəiflətmək üçün istifadə edilə biləcək tədbirləri və ən tipik təsirlərin icmalını verir..
Kiçik həcmli irriqasiya. İrriqasiya sistemlərinin tikintisi və təmir–bərpası ilə əlaqədar təsirlər ümumiyyətlə su ehtiyatları üzərində olan təsirlərlə (bax yuxarıda Su Təchizatı), torpağın bataqlıqlaşması, işlənmiş suların axıdılması, xüsusilə əgər yerli çaylara axıdılırsa, və s. ilə əlaqədardır. Əlavə 5.6. onların təsirinin zəiflədilməsi üçün istifadə edilə biləcək tədbirlər və ən tipik təsirlərin icmalını verir. Xüsusən cəbhə xəttində, işğal olunmuş ərazilərdə və onun qonşuluğundakı Ağdam və Füzulu rayonlarının ərazilərində irriqasiya sistemlərinin tikintisi Fövqəladə Hallar və Təhlükəsizlik Nazirliklərinin yazılı razılığı əldə olunmadan qəti qadağandır.
Kiçik tikililər: sağlamlıq, müəssisələri, təhsil müəssisələri, mədəni mərkəzlər, parklar. Kiçik binaların tikintisi və təmir-bərpası ilə əlaqədar təsirlər də kiçik olacaqdır və göstərilən hər hansı sanitariya profilaktika xidmətlərindən ayrı olaraq və hər hansı bir digər yığılmış tullantıların çıxarılmasından ayrı olaraq, onlar eyni zamanda nisbətən yerli olacaqdır. Bu münasibətdə xüsusilə vacibdir ki, bazarlarda və sağlamlıq mərkəzlərində yığılan tullantılar məsələsinə mikro-layihə dizaynı vaxtı diqqət yetirilməlidir və əməliyyat vaxtı monitorinq edilməlidir. Əlavə 5.7 və 5.8. onların təsirinin zəiflədilməsi üçün istifadə edilə biləcək ən tipik tədbirlərin və təsirlərin icmalını verir. Xüsusən cəbhə xəttinin və işğal olunmuş ərazilər qonşuluğundakı Ağdam və Fizulu rayonlarının ərazilərində bütün layihələrin tikintisi Fövqəladə Hallar və Təhlükəsizlik Nazirliklərinin yazılı razılığı əldə olunmadan qəti qadağadır.
Kənd infrastrukturları üçün gəlir gətirən, sağlamlıq, ətraf mühitin mühafizəsi və yaşayış təminatının yaxşılaşdırılması üzrə dəstək xidmətləri
Bu dəstək xidmətləri əsasən kənd biznes infrastrukturları ilə bağlı olacaq və onlara meyvə yığımı və saxlanması, süd məhsulları, xalçaçılıq və s. daxil ola bilər və bunlarla məhdudlaşmır. Layihənin növü icma tərəfindən müəyyən edildikdən sonra, bu pilot layihələrin hər biri üçün xüsusi EİP-ları hazırlanacaq. Tullantıların həddən artıq çox yaranması, pestisidlərdən istifadə, zəhərli maddələrdən istifadə, təbii həssas ərazilərə və ekosistemlərə ziyan vurulması ilə bağlı layihələr AzKİL-2 Əlavə Maliyyələşdirmə çərçivəsində maliyyələşdirilməyəcək.
Gəlir gətirən və kənd sakinlərinin yaşayış təminatını yaxşılaşdıran dəstək xidmətləri üzrə pilot mikro-layihələrin, o cümlədən inkubator, fındıq emalı, şirniyyat, qablaşdırma (meyvə və tərəvəz), şüd emalı, tikiş, daş, quşçuluq, yem sexi, şadlıq sarayı, gözəllik salonu, süd tədarükü sexləri və tullantıların (kompost, təbii gübrə) təkrar emalı qurğuları və fermer təsərrüfatı birliklərin yaradılması kimi pilot mikro-layihələrin həyata keçirilməsindən öncə, layihəyə cəlb olunan tərəfdaşların İcma layihələrinin hazırlanması və icrası üzrə ekoloji idarəetmə bacarıqların artırılması üçün xüsusi ekoloji, kənd təsərrüfatı və məişət tullantılarının, torpaq deqradasiyaların qarşısını alma və suvarma sularından səmərəli istifadə və qorunması təlimləri keçirilməlidir. Bu münasibətdə xüsusilə vacibdir ki, sahələrdə yaranan tullantılar məsələsinə mikro-layihə dizaynı vaxtı diqqət yetirilməlidir və əməliyyat vaxtı monitorinq aparılmalıdır. Əlavə 5.8 onların təsirinin zəiflədilməsi üçün istifadə edilə biləcək ən tipik tədbirlərin və təsirlərin icmalını verir. Yuxarıda qeyd edilən bütün layihələrin qorunan ərazilərdə (qoruqlar, yasaqlar və Milli Parklar) həyata keçirilməsi qadağandır. Xüsusən mütəmadi olaraq cəbhə xəttində və onun qonşuluğundakı Ağdam və Füzuli bölgələrində belə tipli mikro-layihələrin həyata keçirilməsi Fövqəladə Hallar və Təhlükəsizlik Nazirliklərinin yazılı razılığı əldə olunmadan qəti qadağandır.
Pestisid və ona aid kimyəvi gübrələrin alınması və ya geniş istifadəsindən ibarət olan mikro-layihələr layihə çərçivəsində maliyyələşdirilməyəcək.
E. Təşkilati mexanizmlər.
AzKİL-2 layihəsi B kateqoriyasına aid edilmişdir, çünki onun böyük və ya həll edilməz ətraf mühit təsirləri yaratması gözlənilmir. B kateqoriyalı layihə üçün, Bank tələb edir ki, mikro-layihənin təsdiqindən əvvəl, təsdiqedici qurum icma layihəsinin müvafiq milli və yerli ekoloji qanunlar və ekoloji təhlil üzrə Bankın siyasət və prosedurlarına uyğun gəlməsini təsdiq etməlidir. Əlavə Maliyyələşmə ekoloji kateqoriyanın dəyişməsinə səbəb olmur, B kateqoriyası olaraq qalır.
İqtisadi, maliyyə, instisiuonal və mühəndislik analizlərində olduğu kimi, Ekoloji Təhlil layihə hazırlığının bir hissəsi olacaqdır və ona görə də bu, layihənin tövsiyəçisinin məsuliyyətidir. ET-ə cəlb olunan aktyorlar icmalar, kənd təsərrüfatı assosiasiyaları, mikro-layihə dizaynerləri və məsul hökumət orqanlarıdır. Tamamlanmış mikro-layihələrin sahibləri və əməliyyatçıları kimi, başlıca məsuliyyət icmaların və kənd təsərrüfatı assosiasiyalarının üzərinə düşəcəkdir.
F. Ekoloji Qiymətləndirmənin İcra Mərhələləri.
Aşağıda verilən 1 cədvəli iddiaçılar və AzKİL-2 Əlavə Maliyyələşdirmə qrupu tərəfindən təklif hazırlanmasının, qiymətləndirmənin, icranın və monitorinqinin hər bir mərhələsində görüləcək tədbirləri təsvir edir. İddiaçılar üçün əsas mərhələlərə ilkin ekoloji cəhətdən seçim və müvafiq EQ kateqoriyasının təyinatı və müvafiq EQ sənədlərinin hazırlanması daxildir. EQ sənədləri ilkin mikro-layihə müraciətinin bir hissəsini təşkil edəcəkdir.
Ekoloji cəhətdən seçim. Hər bir iddiaçı icma/assosiasiya təklif olunan mikro-layihənin ilkin ekoloji cəhətdən seçimini aparacaqdır və ekoloji kateqoriyanı müəyyənləşdirəcəkdir. İlkin seçim təklifin təqdimatından əvvəl aparılacaqdır və potensial zərərli ekoloji təsirləri müəyyənləşdirəcək və onların həlli üçün zəruri olan ekoloji təhlilin müvafiq səviyyəsini müəyyənləşdirəcəkdir. Seçim üzrə yoxlama siyahısı Əlavə 1-ə əlavə edilmişdir. AZKİL-2 Əlavə maliyyələşdirmə işçisi və ya kontraktla işə götürülmüş ətraf mühit mütəxəssisləri ilkin seçim üzrə iddiaçılara yardım göstərəcəkdir.
EQ kateqoriyaları. Seçim əsasında, hər bir mikro-layihəyə dörd ekoloji kateqoriyadan biri müəyyənləşdiriləcəkdir:


  • Heç biri – daha heç bir ekoloji təhlil aparılmayacaqdır.




  • Ekoloji Baxış (EB) - minimal gözlənilən təsirləri olan mikro-layihələr üçün mümkün təsirlər və müvafiq zəiflədici tədbirlərin standartlaşdırılmış yoxlama siyahısıdır. EB mikro-layihənin tövsiyyəçişi tərəfindən hazırlana bilər və layihənin RƏO və ya Xidmət Təchizatçısının ekoloqu tərəfindən mikro-layihənin qiymətləndirilməsinin bir hissəsi kimi baxıla bilər. Ümumi EB yoxlama siyahısı Əlavə 2-də verilmişdir.




  • Məhdud Ekoloji Qiymətləndirmə (MEQ) – AzKİL-2 Əlavə Maliyyələşdirmə tərəfindən təmin edilən ekoloq tərəfindən yoxlanılmağa ehtiyacı olan və bəzi ekoloji təsirləri olan mikro-layihələr üçündür. MEQ forması mikro-layihənin tipinə spesifik olacaqdır və ekoloq tərəfindən tövsiyə olunan zəiflədici tədbirlər dizayn mərhələsində şamil ediləcəkdir. Əlavə 3 – içməli su təchizatı mikro-layihəsi üçün MEQ forma nümunəsi verir. Ekoloq ümumi icmal vəziyyətini və potensial sahəyə aid spesifik təsirləri təhlil etmək üçün təklif olunan mikro-layihənin yerləşdiyi yerə səfər edəcəkdir. MEQ tələb edən mikro-layihələrə həm tikinti, həm də əməliyyat vaxtı monitorinq tələb olunacaq ki, zəiflədici təsirlərin icra edilməsi təmin olunsun və heç bir gözlənilməyən mənfi təsir olmasın. Zəiflədici və monitorinq planlarının hazırlanması üçün tövsiyə olunan formatlar Əlavə 4-də (A və B) verilmişdir.




  • Ekoloji Təsirin Qiymətləndirilməsi (ETQ) - əhəmiyyətli dərəcədə birbaşa və qeyri-birbaşa təsirləri olan mikro-layihələr üçündür. Tam ekoloji baxış ehtiyacının çox nadir hallarda olması gözlənilir, belə ki, bunlar elə mikro-layihələr olacaqlar ki, güman ki, AzKİL-2 Əlavə Maliyyələşmə tərəfindən maliyyələşmədə etiraz oluna bilərlər, müəyyən halda ETQ-in xərci səbəbindən. Tam ETQ tələb edən layihələrə nümunələrə yeni yollar, iri həcmli irriqasiya layihələri, və bəndlər, eyni zamanda qorunan ərazilərdə mikro-layihələr daxildir. Tam ETQ adətən ekspertlər qrupunu və layihəyə spesifik olan zəiflədici tədbirlərin, təfərrüatlı monitorinq və nəzarət planlarının hazırlanmasının tamamlanması üçün bir neçə dəfə sahələrə səfərlər daxil olmaqla bir az vaxt tələb edir. ETQ – AzKİL-2 İdarəetmə Qrupu tərəfindən kontraktla işə götürülmüş mütəxəssislər tərəfindən hazırlanacaqdır.

EB, MEQ və ya ETQ bu sənədə əlavə olunmuş əlavələrdə verilən ekoloji təlimatlara əsaslanır və icma layihələrinə həm mənfi, həm də müsbət potensial ekoloji təsirləri müəyyənləşdirir.


Dizayn prosesinin bir hissəsi kimi, mikro-layihənin dizaynerindən mikro-layihədən irəli gələn hər hansı mənfi ekoloji təsirləri zəiflətmək, və hər hansı zəruri hüquqi icazələri almaq tələb olunur. Hazırlanan sənədlərə Əlavə 4-də müəyyənləşdirilən formatda Ekoloji Təsirləri Zəiflətmə və Monitorinq Planının (ETZMP) hazırlanması daxildir. AzKİL-2 Əlavə Maliyyələşmənin işçi heyəti bu təlimatda müəyyənləşdirilmiş prosedurlarla uyğunluğu təmin etmək üçün prosesin monitorinqinə cavabdehdir və eyni zamanda bu münasibətdə zəruri olduğu halda benefisiara yardım göstərir.
Hər bir icma layihəsinin həm tikintisi, həm də istismar mərhələləri zamanı benefisiar gündəlik monitorinq aparacaqdır ki, EMP-nin tələblərinə və hüquqi icazələrdə müəyyənləşdirilmiş hər hansı digər ekoloji tələblərə müvafiqlik təmin edilsin. Ehtiyac olduğu halda, benefisirlara AzKİL-2 Əlavə Maliyyələşdirmənin tərəfindən köməklik göstərilir.
Prosedurlarla uyğunluğu təmin etmək və təsirləri mümkün qədər çox zəiflətmək üçün tələb olunan hər hansı sonrakı tədbirlər üzrə məsləhət vermək üçün, AzKİL-2 Layihə Köməkçi Heyətinin Məsləhətçiləri benefisiarlara ekoloji təhlil üzrə təlim keçir, MET-in hazırlanması və təkliflərin ekoloji aspektlərini qiymətləndirmək üçün köməklik göstərir. LİQ tərəfindən Ətraf Mühit Mütəxəssisi işə götürülmüşdür ki, ekoloji cəhətdən mürəkkəb mikro-layihələrə baxsın və məsləhətlər versin, Regional Əməliyyat Ofislərinə və ekoloji məsələlər üzrə yerli qiymətləndirmə komissiyasına məsləhətlər versin və köməklik göstərsin.

G. İCTİMAİ MƏSLƏHƏTLƏŞMƏLƏR

AzKİL-2 layihəsi üçün Ekoloji İdarəetmə Planı (EİP) Şabran, Abşeron, Masallı, Lənkəran, Lerik, Astara, Siyəzən, Ağcabədi, Beyləqan, Xızı və Yardımlı rayonlarının İcra Hakimiyyətlərinə təqdim edilmiş, eləcə də www.azrip.org: www.mqfxeber.az; www.azerweb.com; www.azeco.info internet saytlarında yerləşdirilmiş və dövrü mətbuatda işıqlandırılmışdır. AzKİL 2 Ekoloji İdarəetmə Planı 10, 11 və 16 mart 2011-ci il tarixlərində AzKİL-2 Layihə İdarəetmə Qrupu tərəfindən İsmayıllı, Gəncə və Naxçıvan şəhərlərində keçirilmiş Ətraf Mühit Seminarlarında iştirakçılara təqdim olunmuşdur. Seminar iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Şöbələri, Rayon İcra Hakimiyyətləri, regional QHT-lər, bələdiyyələr, icmalar və vətəndaş cəmiyyətinin digər nümayəndələrindən ibarət olmuşdur (təfərrüatlı Protokollar üçün Əlavə 6-ya baxın). Əlavə Maliyyələşdirmə məqsədilə yenilənmiş Ekoloji İdarəetmə Planı (TARİX, YER) keçirilən məsləhətləşmə görüşləri zamanı ictimaiyyətə açıqlanmışdır. Təfərrüatlı protokollar Əlavə 7-də təqdim edilir.



CƏDVƏL 1. EKOLOJİ QİYMƏTLƏNDİRMƏ PROSESİ.

Hədəf və məlumat yayımı
Məqsəd: - ekoloji məsələlərin benefisiarlara

təqdim edilməsinin təmin edilməsi.



Tədbirlər: -benefisiarları AzKİL-2 Əlavə Maliyyələşdirmənin ekoloji məsələləri və tələbləri üzrə maarifləndirmək

- ekoloji cəhətdən səmərəli

sublayihələri dəstəkləmək

- milli ekoloji strategiyalarla

müvafiqliyi təmin etmək

Formalaşdırma

Məqsəd: - ekoloji məsələlərin icma layihə

dövriyyəsinin ən ilkin mərhələsində

nəzərə alınmasının təmin edilməsi

Tədbirlər:- zəruri olduğu halda sublayihə

yaradıcılarına birbaşa texniki yardım göstərilməsi, və ya onları sublayihə yaradılmasında yardımçıi ola biləcək kvalifikasiyası mütəxəssislərə yönəldilməsi

-sublayihə təklif edənlərin təsirləri və zəiflədici tədbirləri nəzərə almasının təmin edilməsi






Təsdiq

Məqsəd: - maliyyələşmə məqsədilə ən çox

ehtiyac olunan ekoloji cəhətdən

sağlam layihələr seçmək

Tədbirlər: - əgər sublayihə seçilmişsə və hər

hansı zəruri ekoloji baxış və ya

təhlil tamamlanmışsa, sublayihə

ekoloji cəhətdən yararlılıq

kriteriyasına cavab verirsə, təsdiq

oluna bilər.

- Bəzi hallarda, ekoloji təhlil üzrə tövsiyələr qənaətbəxş şəkildə sublayihınin dizaynına şamil edilməmişsə, etiraz edilə bilər



Qiymətləndirmə

Məqsəd: -ekoloji təsirlərin analiz edilməsinin

və müvafiq zəiflədici təsirlərin dizaynlaşdırılmasının təmin edilməsi



Tədbirlər: -ekoloji baxışın tipinə uyğun

olaraq sublayihələri kateqoriyalara

bölmək üçün təkliflərin seçilməsi

-ya ekoloji baxiş, məhdud ekoloji

təhlil və ya tam ekoloji təhlil

aparılması hesabatı hazırlanması

təsirləri və müvafiq zəiflədici təd-

birləri müəyyənləşdirəcəkdir.









İcra və Nəzarət

- Şirkətlər, təşkilatlar və icmalar üçün sublayihələri icra etmək məqsədilə ekoloji maddələri olan kontraktlar hazırlamaq


- kontraktlarda tələb olunduğu kimi, ekoloji kriteriyaların və zəiflədici tədbirlərin sublayihələrə şamil olunmasını təmin etmək üçün sahələrə səfərlər etmək
- gözlənilməyən təsirlər meydana çıxarsa sublayihənin dizaynına və/ya icrasına dəyişikliklər etmək tələb etmək
- sublayihə tikintisinə son ödənişin edilməsi üçün tələb olunan təsdiq


Monitorinq və Qiymətləndirmə
- Ekoloji cəhətdən seçimin və zəiflədici tədbirlərin təsirləri minimumlaşdırmaq üzrə nə dərəcədə müvəffəqiyyətli olmasını təhlil etmək üçün sublayihənin icrası və idarəedilməsi zamanı sahələrə səfərlər.

- Ekoloji təhlil prosesini təkmilləşdirmək üçün dəyişikliklərə ehtiyac olub-olmamasını müəyyənləşdirmək

- münasibətlərini bilmək üçün podratçı və icma nümayəndələri ilə görüşmək





ƏLAVƏ 1. Yoxlama Cədvəli

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə