AZƏrenerji” asc “AZƏrbaycan elmi-TƏDQİqat və layiHƏ-axtariş energetika institutu” mmc




Yüklə 336.01 Kb.
səhifə4/4
tarix27.04.2016
ölçüsü336.01 Kb.
1   2   3   4

Əvvəlki vəziyyətə qayıdış işıqlanma diodu

Bu işıqlanma diodu prosessor qayıtma vəziyyətində olduqda yanır. Qayıtma əməliyyatı, təhlükəsizlik təminatının daxili sxeminin təsiri nəticəsində və ya prosessorun lövhəsindəki ƏVVƏLKİ VƏZİYYƏTƏ QAYIDIŞ düyməsinin basılması baş verə bilər. Normal iş zamanı QAYIDIŞ işıqlanma diodu yanmamalıdır.


Vəziyyət işıqlanma diodu

VƏZİYYƏT işıqlanma diodunun işini MCU proqram təminatı idarə edir. Bu işıqlanma diodu titrəyərkən proqram təminatının işini və təhlükəsizlik təmini sxeminin təzələndiyini göstərir. VƏZİYYƏT işıqlanma diodu həm də iş rejimini aşağıdakı şəkildə aparır:

TİTRƏMƏ bir saniyə intervalında:

Bu onu göstərir ki, özü-özünü yoxlama müvəffəqiyyətlə başa çatıb və MCU TƏTBİQ rejimində işləyir.

TİTRƏMƏ iki saniyə intervalında:

Bu onu göstərir ki, öz-özünə müvəffəqiyyətlə başa çatıb. TEXNİKİ XİDMƏT rejimində işləyir.


Yaddaş bloku (DMM50)

Yaddaş blokuna üç işıqlanma diodu uyğun gəlir. Onlar 35-1 şəklində göstərilmişdir.


A və B işıqlanma diodları

PC- kartının diskini hərəkətə gətirənlər A və B onların işinin indikasiyası üçün öz işıqlanma diodlarına malikdirlər. İşin tipindən asılı olaraq indikatorun rəngi yaşıl və qırmızı ola bilər.

QISA YAŞIL İŞIQ – PC kartı yuvaya qoyulduqda, əvvəlcə onun tipinin təyin edilməsi tələb olunur, əgər karta tətbiq ediləndirsə, işıqlanma diodu yaşıl rənglə qısa işıq verir və sonra sönür.

NÖVBƏ İLƏ QIRMIZI VƏ YAŞIL – PC – kartı yuvaya qoyulduqda, əvvəlcə onun tipinin təyin edilməsi tələb olunur. Əgər kart tətbiq olunan deyilsə, işıqlanma diodu növbə ilə qırmızı və yaşıl rəngdə yanır.

FASİLƏSİZ YAŞIL – Adi əməliyyatın yerinə yetirilməsi baş verir sayma/yazma.

QIRMIZI TİTRƏMƏ – PC-kartı yuvaya düz qoyulmamışdır.


Şəbəkə platası (DML50)

Şəbəkə platasına iki işıqlanma diodu uyğun gəlir. Onlar 35-1 şəklində göstərilir.


A işıqlanma diodu

Normal iş zamanı A içıqlanma diodu hər 10 saniyədə təqribən bir dəfə titrəyir. Əgər interval çoxdursa, proqram çox yüklənmişdir.


B işıqlanma diodu

B işıqlanma diodu yandıqda, CAN drayveri, BUS OFF (ŞİN QOŞ) rejimindədir, əks halda o normal haldadır, Error Active (Səhv-aktivdir) rejimindədir və ya Error Passive (Səhv-passiv) d.d. drayver şində səhv aşkar edilmişdir, ancaq o, hələ BUS OFF rejiminə keçməmişdir. BUS OFF rejimində bərpa ancaq CAN sxeminin ilkin vəziyyətə qayıtması ilə mümkündür. Onda B işıqlanma diodu sönür. B işıqlanma diodu əgər şəbəkə lövhəsində proqram təminatı yoxdursa, yanır. Fəsil -2-də göstərilənlərə uyğun proqram təminatını yükləyin.


İnterfeys lövhəsi (DMİ50)

İnterfeys lövhəsinin üz panelində şəkil 35-1-də göstərildiyi kimi bir işıqlanma diodulu indikator yerləşdirilmişdir.


Vəziyyət işıqlanma diodu

VƏZİYYƏT İŞIQLANMA DİODUNUN işini MCU-nun proqram təminatı idarə edir. Normal iş prosesində bu işıqlanma diodu titrəyir.


Paylayıcı blok

SMU

SMU lövhəsində şəkil 35-2-də göstərildiyi kimi işıqlanma diodlu indikator mövcuddur.


Vəziyyət işıqlanma diodu

Plata qidalanmaya qoşulduqda və qidalandırma qoşulu olanda vəziyyət işıqlanma diodu təqribən bir saniyə intervalında titrəməyə başlayır. SMU platası ölçü yerinə yetirdikdə vəziyyət işıqlanma diodu təsadüfi olaraq, tezlik dəyişdikdə titrəyir.



DCU/SMU gövdəsinin daxilində idarəetmə orqanları və işıqlanma diodları

Şəkil 35-2 090204A9503


DCU

DCU-nun qapağında beş işıqlanma diodlu indikatorlar vardır. Onlar şəkil 35-3-də göstərilir. QAYİDİŞ düyməsi şəkil 35-2-də göstərildiyi kimi DCU-nun lövhəsində yerləşdirilmişdir.


İlkin vəziyyətə qayıtma düyməsi

QAYIDIŞ düyməsinin işə salınması DCU bloku tərəfindən proqramın icrasını dayandırır və onun özü-özünü yoxlamağa təhrik edir.

QAYIDIŞ düyməsi proqram təminatının yüklənmə prosesi zamanı istifadə edilir.
QİDALANMA işıqlanma diodu

QİDALANMA işıqlanma diodu, qidalanma QOŞ olduqda fasiləsiz yanır.



Can işıqlanma diodu

CAN işıqlanma diodunun titrəməsi göstərir ki, CAN şəbəkəsi xətti ilə əlaqələr üzrə əməliyyatlar həyata keçirilir.


Vəziyyət işıqlanma diodu

VƏZİYYƏT işıqlanma diodunun titrəməsi proqram təminatının işini göstərir.


Fleş işıqlanma diodu

FLEŞ gərginliyi qoşulduqda, d.d. proqram təminatının yüklənməsi prosesində FLEŞ işıqlanma diodu fasiləsiz yanır.


İlkin vəziyyətə qayııdış işıqlanma diodu

İlikn vəziyyətə qaytarma düyməsini basdıqda İLKİN VƏZİYYƏTƏ QAYIDIŞ işıqlanma diodu fasiləsiz yanır.


DCU işıqlanma diodları

Şəkil 35-3 080304G9503


36. RELE MODULU
İşıqlanma diodlu indikasiya

Rele modulu hər bir funksional blok üçün işıqlanma diodlu indikasiyaya malikdir. İşıqlanma diodları şəkil 36-1-də göstərilir. Onların funksiyaları aşağıda izah olunur:



Rele modulunun işıqlanma diodlu indikasiya

Şəkil 36-1 402314200113


Yağlama sisteminin açılmasının işıqlanma diodu

Yağlama sistemində yağın təzyiq vericisi açılma vermişdir, bundan sonra yerli qaytarma düyməsi basılmışdır.



Yağlama sisteminin açılmasının blokirovkasının işıqlanma diodu

Yağlama sisteminin açılması, mühərrikin işə buraxılma vaxtı blokirovkalanıb.



Seçmə üzrə açılma işıqlanma diodu

Seçmə üzrə açma relesi açılmanı həyata keçirib, d.d. kontaktları qapanıb. Yerli qaytarma düyməsi hələ basılmayıb.



MCU-nun dayandırma/açması

MCU-nun dayandırma siqnalı aktivdir və mühərrikin dayandırılmasını törədir.



Yerli dayandırma işıqlanma diodu

Naqilli (adi yerli) dayandırma düyməsi basılır və ya 60 saniyədən az əvvəl buraxılıb.




Fırlanma tezliyi artdıqda açılma işıqlanma diodu

Fırlanma tezliyinin artması açılmaya səbəb olub, ancaq yerli naqilli qaytarma düyməsi basılmayıb. Fırlanma tezliyi ehtiyat verici ilə ölçülür.



Qəza dayandırma işıqlanma diodu

Qəza dayandırma düyməsi açılıb və açılma şərtidir.



WECS-in izlənməsi işıqlanma diodu

WECS-in izlənməsi siqnalı yoxdur.



Dayanma/açılma-nın qadağasına prioritet işıqlanma diodu

Xarici sistemdən dayanma/açılma-nın qadağasına prioritet siqnal aktivdir.



Açılmadan sonra ilkin vəziyyətin bərpası işıqlanma diodu

Açılmadan sonra ilkin vəziyyətin bərpası düyməsi basılır.



Dayandırma relesinin işıqlanma diodu

Dayandırma relesi işə salınıb.



İşə buraxmanın yerli blokirovkasının işıqlanma diodu

MCU-dan işə buraxmanı yerli blokirovkasına siqnal daxil olmuşdur.



Yerli işə buraxmanın işıqlanma diodu

Yerli işə buraxma düyməsi basılır.



WECS-in işə salınması işıqlanma diodu

WECS-in işə salınması siqnalı aktivdir.



Yanacağ məhdudlaşdıranın işıqlanma diodu

MCU-dan yanacağ məhdudlaşdıranın siqnalı aktivdir.



Yavaş çevirmənin işıqlanma diodu

MCU-dan yavaş çevirmənin siqnalı aktivdir.



İmtina siqnalının işıqlanma diodu

Rele modulunun imtina siqnalı aktivdir.Bundan başqa ya imtina indikasiyasının işıqlanma diodundan biri QOŞ., ya da gərginlik işıqlanma diodlarından biri AÇ vəziyyətində olmalıdır.



Fırlanma tezliyi 1-in relesinin işıqlanma diodu

Dirsəkli valın fırlanma tezliyi 1 həddini ötür.



Fırlanma tezliyi 2-nin relesinin işıqlanma diodu

Dirsəkli valın fırlanma tezliyi 2 həddini ötür.



İmtinaların işıqlanma diodları

Yağlama sisteminin açılma relesi, seçim üzrə açılma və solenoidin cərəyan altında dayandırılması releləri xüsusi xarakterli olması səbəbindən işıqlanma diodlarına malikdirlər.



Yağlama sisteminin açılması relesinin imtinasının işıqlanma diodu

Yağlama sisteminin açılması relesinin dövrəsi açıqdır.



Seçim üzrə açılma relesinin imtinasının işıqlanma diodu

Seçim üzrə açılma relesinin dövrəsi açıqdır.



Cərəyan altında dayandırma diodu

Cərəyan altında dayandırma solenoidinin dövrəsi açıqdır.



Fırlanma tezliyinin impulsunun işıqlanma diodu

Vericidən fırlanma tezliyi impulsu (titrəmə).


37. QIDALANDIRMA GƏRGINLIYININ IŞIQLANMA DIODLARI
Bütün qidalanma gərginlikləri öz işıqlanma diodlarına malikdir.Bu işıqlanma diodları şəkil 37-1-də göstərilir, onların funksiyaları aşağıda izah olunur:
Qidalandırma Rele modulunun işıqlanma diodları

Şəkil 37-1 080307U9503



İşıqlanma diodu U1

U1 U6 gərginlikləri və PM funksiyasının dayanmasına aid olmayan) QOŞ.



İşıqlanma diodu U2

U2 gərginliyi (MCU və NÖC) QOŞ.



İşıqlanma diodu U3

U3 gərginliyi (DCU, dövrə1) QOŞ



İşıqlanma diodu U4

U4 gərginliyi (DCU, dövrə2)QOŞ



İşıqlanma diodu U5

U5 gərginliyi (LDU) QOŞ.



Ehtiyat qidalandırma işıqlanma diodu

Ehtiyat qidalandırma (qidalandırmaya aid olan funksiyalar) QOŞ.



+ 12 V sabit cərəyan işıqlanma diodu

MCU-dan (+VB), gərginlik +12V(sabit cər.) QOŞ.


Elektrik kontaktlarına qulluq
Elektrik kontaktlarına gulluğun məgsədi elektrik kontaktları səthlərinin iş müddətini uzatmaq, bütün şəraitlərdə yaxşı elektrik birləşmələrini təmin etmək və WECS sisteminin yüksək etibarlılığını saxlamaq üçündür. Texniki xidmət elektrik kontaktlarının səthinə bunun üçün nəzərdə tutulan yağlama materiallarının çəkilməsindən ibarətdir. Yaxşı nəticəyə nail olmaq üçün yağlama materialını çəkməmişdən qabaq kontaktların səthini elektrik kontaktlarının aerozol təmizləyicisi ilə təmizləmək lazımdır.

Kontaktlar üçün yağlama materialları, elektrik açarları və birləşdiricilər bölməsində nazik daşıyıcı metallik səthlərin sürtülməsini azaltmaq, elektrik istismar göstəricilərini yaxşılaşdırmaq üçün xüsusi formul ilə hazırlanmış plastik sürtkü və yağlar PH-a malikdir və beləliklə səthi korroziyasının qarşısını alırlar.



QEYD! İsifadədən qabaq məhsul haqqında məlumatı oxuyun
XƏBƏRDARLIQ! Elektroşokun və ya yanğının qarşısını almaq üçün kontaktları qidalandırmadan ayırın. Müsbət və mənfi kontaktların izolə edilmiş vəziyyətini təmin edin. Düzgün olmayan istifadə qısa qapanmaya, qövs yaratmaga və ya elektroşoka səbəb ola bilər.
Wartsila elektrik birləşdiricilərinin kontakt səthlərinə texniki qulluğu, kontakt yağlama materiallarının köməyilə müntəzəm olaraq 2000-4000 iş saatından bir və ya 6 ayda bir dəfə keçirməyi məsləhət görür. Aşağıda adları çəkilən kontaktların emalı üçün plastik sürtkülər Wartsila firmasında sifariş oluna bilər.

Biz aşağıdakı kimyəvi preparatları təklif edirik:



  • Elektrolube SGB 203 20ml Syrine, hissə N 387022.

Bu pasta elektrik cihazlarının əsas birləşdiriciləri və vericilərin birləşdiricilərinin kontaktlarının səthi üçün məsləhət görülür.

SGB200D-də olan həmin aktiv maddə ancaq digər konsistensiyada, d.d. aerozol əvəzinə pastadır.



  • Elektrolube SGB 200D 200ml. Aerozol (Alışqan) hissə N 387021.

Bu sprey elektrik cihazlarının (SMU, DCU, RM, MCU və yağ dumanının detektoru) əsas birləşdirici kontaktlarının səthi üçün məsləhət görülür. Bu aerozol olduğundan, onun nəqli zamanı onun işlədilməsinə xüsusi tələblər qoyulur.

  • Chemtronics CW 100 6,5q. Syringe, hissə N 387023

Bu pasta ağır şərait üçün nəzərdə tutulub.

Onun xüsusi elektrik keçiriciliyi çox böyükdür, çünki bu plastik sürtküdür, 100% -li gümüş doldurucusu ilə, aşağıdakı xəbərdarlığa bax. SGB sürtgüsü kifayət qədər olmayan güc kontaktlarında səthində problemləri olan vericilərdə istifadə etmək lazımdır.


DİQQƏT! Ehtiyatlı olun, çünki bu kimyəvi preparat çox böyük xüsusi elektrik keçiriciliyinə malikdir və düzgün olmayan istifadə zamanı qısa qapanma/yerə qapanma törədə bilər. Onu çox az miqdarda birbaşa kontakt səthinə çəkmək lazımdır.
Qəza rejimində WECS 2000-nin işi

WECS sistemində qəza rejimində işin müdafiəsi üçün iki funksiya vardır:



  • Enerji təchizatında qəza fasiləsi zamanı qəza işə salma funksiyası göstərilmiş vaxt ləngiməsi həddində fasilədən sonra mühərriki avtomatik işə buraxmaq üçün istifadə edilir.

  • Dövrədən açılmanın prioritet qadağası funksiyası, gəminin kritik şəraitdə işi zamanı mühərrikin dövrədən açılmasının qarşısını almaq üçün istifadə olunur.


OS748 enerji təchicatında qəza fasiləsi şəraitində işə buraxma.

Enerji ehtiyatında qəza fasiləsi şəraitində işə buraxma WECS-də fövqəladə şərait üçün funksiyadır ki, bu yağlama sistemində qabaqcadan təzyiqsiz mühərriki işə buraxmağa imkan verir.



X6 birləşdiricisində enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxma üçün giriş

Şəkil 37-2 402308200039

Qurğunun elektrik sxeminin xüsusi cizgilərinə bax
QEYD! Adətən qabaqcadan yağlama nasosu elektrik qidalanmasını qəza generatorundan almalıdır ki, bu da enerji ehtiyatındakı qəza fasiləsi zamanı mühərrikin normal işə buraxmasına imkan verir.

WECS 2000 sistemi enerji təchizatında qəza fasiləsində işə buraxma girişinə malikdir ki, bu giriş, xarici idarəetmə sistemi tərəfindən yağın qabaqcadan təzyiqinin itməsi və ya enerji təchizatında qəza fasiləsi zamanı 5 dəqiqə ərzində aktivləşdirə bilər. 5 dəqiqədən sonra enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxmanın girişinə qadağan qüvvəyə minir.

Enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxmadan qabaq mühərrik İşə buraxmağa hazırdır və ya İşə buraxma blokirovkasıDövrədən açılma qadağası fəaliyyətində olmalıdır. Əgər mühərrik enerji təchizatında qəza fasiləsindən qabaq İşə buraxmağa hazır rejimindədirsə, o, işə buraxma Blokirovkası rejiminə keçəcək ki, onda yağın qabaqcadan təzyiqi yox olacaq.

Enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxma girişlərinin aktivləşməsi baş verdikdə RM-ə (Rele moduluna) işə buraxma girişi dərhal aktivləşəcək. MCU-da (Baş idarəetmə blokunda) işə buraxma blokunun nəzarəti ardıcıllığının yerinə yetirilməsi və yavaş döndərmə (opsiya) aradan qalxacaq.

Göstərilən vaxt ərzində yastıqların səthində işə buraxmanı zədələmədən kifayət qədər yağ təbəqəsi olacaq.

QEYD! Əgər dövrədən açma və ya dayandırma ardıcıllığı fəaliyyətdədirsə enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxma mümkün olmayacaq
QEYD! Əgər dövrədən açmadan sonra əvvəlki vəziyyətə qaytarma olunmayıbsa, enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxma mümkün olmayacaq.
OS736 Açılmanın prioritet qadağası

Tezliyin və qəza dayandırmasının məhdudlaşdırılması mexanizmləri istisna olmaqla bütün dövrədən açılmalar, WECS-də açılmanın prioritet qadağan girişinin aktiv vəziyyətə gətirilməsi ilə dayandırıla bilər. Açılmanın prioritet qadağası istənilən rejimdə istifadə edilə bilər. O, istənilən halda dayanma solenoidlərini blokirovka edər və ya buraxar.

RM-də dayanma/açma prioritet qadağa işıqlanma diodu yanır, bu hal ancaq bu funksiya fəaliyyətdə olduqda baş verir


X1 birləşdiricisində açılmaya prioritet qadağanın girişi

Şəkil 37-3 402306200039


Qurğunun elektrik sxeminin xüsusi cizgilərinə bax.
Qəza işə buraxması
Mühərrikin elektrik sxeminin imtinası zamanı onun qəza işə

buraxılmasını CV321 baş işə buraxma klapanı əl ilə qoşulmaqla həyata keçirmək olar. Qəza işə buraxılması prosesində təcilin idarə edilməsi dayandırma lingı ilə həyata keçirilir.



QEYD! Əgər dayandırma lingi mühərrikdə DAYANMA vəziyyətindədirsə və ya əgər dirsəkli valın döndərilmə mexanizmi qoşulmuşsa pnevmatik blokirovka edilib. İşə buraxma mexaniki blokirovka edilib.
QEYD! Əgər WECS-də atıla bilməyən açılma aktivdirsə açılma solenoidlərini aktiv vəziyyətdən çıxarmaq lazımdır.

Qəza işə buraxmanı mümkün etmək üçün açma solenoidlərin aktiv vəziyyətdən çıxarılması.

Açma solenoidləri o ana qədər aktiv qalır ki, dirsəkli valın fırlanma tezliyi 1 dövr/dəq az olacaq və ya verilmiş qurğu üçün xüsusi olan dayanma solenoidinin açılmadan sonrakı təsir vaxtı qurtaracaq və açılmadan sonra əvvəlki vəziyyətə bərpası yerinə yetiriləcək. Əgər mühərrikin dövrədən açılma ardıcıllığını həyata keçirilmə prosesində qəza işə buraxma vacibliyi yaranarsa, açılmanın prioritet qadağasını işə salmaqla açılma solenoidlərinin işini dayandırmaq olar.


QEYD! Açmanın prioritet qadağası ləğv edilsə açma solenoidləri yenidən aktiv vəziyyətə gətiriləcək, ilkin vəziyyətin bərpası isə açılmadan sonra və bundan qabaq yerinə yetirilməmişdi. Açılmanın prioritet qadağası ləğv edildikdə, əgər ən azı bir aktiv dayandırma və ya açma giriş vardırsa, açma solenoidləri eləcə də aktiv vəziyyətdə olacaqdır.
Açmanın prioritet qadağasının işə salınması iki halda kifayət deyil:


1

Açma solenoidləri qəza dayanması səbəbindən işə salınıb.

2

Açma solenoidləri fırlanma tezliyinin artmasının onun məhdudlaşdırıcısı olan ehtiyat mexanizmi tərəfindən aşkar edilməsi səbəbindən işə salınmışdır (hədd təxminən nominal tezlikdən 18% çoxdur).

Qəza dayandırması halında dayandırma düyməsini buraxmaq və ya RM-də R12-yə gedən naqili ayırmaq lazımdır.

Fırlanma tezliyinin artmasını aşkar etdikdə onun ehtiyat məhdudlaşdırıcı mexanizmi vasitəsilə RM-də R1-R3 səddini cıxarmaq lazımdır. Əgər RM-də R15 ilə R20 arasında birləşmə yoxdursa açma solenoidləri tam fəaliyyətsiz qalacaq.

QEYD! Kritik situasiya qurtardıqdan sonra açmanın prioritet qadağasının aktiv vəziyyətdən çıxarmağı və sədlərin və birləşmələrin bərpasını unutmayın.
WECS sisteminin və ya onun hissələrinin sakitləşdirilməsi

WECS sistemi ilə ciddi problemlər yarandıqda onun yerinə yetirdiyi funksiyaları MCU-nu açmaqla minimuma gətirmək olar. Bunu MCU-nun qidalandırma açarının basılması AÇ vəziyyətinə gətirilməsi ilə etmək olar. Bundan sonra fəaliyyətdə Rele modulunun təhlükəsizliyin minimum funksiyası qalacaqdır, d.d. tezliyin məhdudlaşdırılmasının ehtiyat mexanizminin, yağlama sistemində yağın təzyiqinin aşağı olması səbəbindən ehtiyata açma mexanizminin seçmə üzrə açma bloku və qəza dayandırmasının yerinə yetirdiyi funksiyalar qalacaqdır. LDU-nun ekranında bütün kəmiyyətlər döndərilmiş göstəriləcəkdir, çünki onların təzələnməsi daha getmir. Mühərrikin idarə edilməsi yerli işə buraxma, saxlama və ilkin vəziyyətə qaytarılması düyməsi vasitəsilə mümkündür. Ehtiyat nəzarət-ölçü cihazları eləcə də işqabiliyyətli qalır.



QEYD! MCU açıldıqda işə buraxma şərtlərinin avtomatik yoxlanması getmir. Ona görə də operator özü əmin olmalıdır ki, işə buraxmanın şərtləri yerinə yetirilmişdir və mühərrrikin təhlükəsiz işə buraxılmasını həyata keçirmək olar.

Əgər Rele blokunda problemlər vardırsa MCU-nun açılması heç bir əhəmiyyət verməyəcək. Bu halda problemin həll edilməsinin yeganə etibarlı üsulu nasaz Rele modulunun ehtiyat ilə dəyişdirilməsidir. Əgər WECS-ilə problemlər bir DCU və ya SMU ilə məhdudlaşırsa bu DCU-nu və ya SMU-nu açmaq, SMU platasında 31-34 nöqtələrini ayırmaq imkanı vardır. Belə iş üsulu mühərrikin etibarlı işləməsi üçün tələb olunan izləmə funksiyasına təhlükəsizliyin təmin edilməsi və idarə etməyə təsir minimum olacaqdır. Dövrədən açılmış DCU və ya SMU-ya göndərilən bütün siqnallar Modbus-da nasazlıqlar siqnalı olacaqdır. Əgər problemlər bir siqnal və ya verici ilə məhdudlaşırsa bu siqnalı ayırmaq olar. Dəqiq birləşməni qurğunun “birləşmələr sxemi – paylaşdırıcı qurğular” cizgisində tapmaq olar. Modbus-a ayrılmış vericinin nasazlıq kodunun indikasiyası çıxarılacaq.



QEYD! İşə buraxma şərtlərinə nəzarət zamanı, vericinin nasazlığı nəzərə alınmayacaq. Operator buna görə özü əmin olmalıdır ki, mühərrikin işə buraxma anında ayrılmış siqnallar kritik qiymətə malik deyildirlər.
QEYD! Problemin yaranmasının ilkin səbəbini dərhal bilmək lazımdır və onun aradan qaldırılmasına tezliklə lazımi tədbirlər görülməlidir. Nasazlığı aradan qaldırdıqdan sonra sistemin normal istismar rejimini bərpa etmək lazımdır.
Fırlanma tezliyi tənzimləyicisi Woodward 721/723 ilə komplektləşdirilmiş mühərriklər

Fırlanma tezliyinin elektron tənzimləyicisi WECS-dən İŞ/DAYANMA idarəetmə siqnalı alır. Əgər Rele modulunun açılması ardıcıllığı həyata keçirilirsə, çıxış bağlı olacaqdır (və ya əgər konfiqurasiya belədirsə, açıqdır) və tənzimləyici DAYAN siqnalı alacaq və yanacaq reykasını sıfır vəziyyətinə keçirir.

Əgər açma solenoidləri aktiv vəziyyətdən çıxarılsa təlimata əsasən bu izahatda fırlanma tezliyinin tənzimləyicisi eləcə də mühərrikin işə buraxılması və onun fəaliyyəti İŞ rejimində olacaq.
QEYD! 721/723 açılma əməliyyatlarının ardıcıllığını kəsmək olmaz. Mühərrikin dirsəkli valının fırlanma tezliyi 100 dövr/dəq-dən aşağı düşməlidir və qoyulan hərəkət zamanı qurtarmalıdır.
Mühərrikdə XS tənzimləyicisi ilə idarəetmə blokundan İŞ/DAYANMA çıxışı

Şəkil 37-3 402307200039


Qurğunun elektrik sxemlərinin xüsusi cizgilərinə bax.
38.NASAZLIQ KODLARI
Ölçülən kəmiyyətin olmadığı bütün hallarda verilən elementlərin statusu OLD-VALUE (KÖHNƏ KƏMİYYƏT) qoyulur.

Əgər verilənlər elementi heç vaxt təzələnməyibsə, onun statusu DEFAULT-VALUE-də (SUSMAQ ÜZRƏ KƏMİYYƏT) qoyulur. Hər iki halda nasazlıqlar kodu verilənlər kodu üzrə təzələnir. Nazaslıqlar kodunun hesabatı - (900 + verilənlər elementinin qiyməti) düsturu ilə aparılır.




SMU-da ölçmələrin imtinasında xətaların kodları

Cədvəl 38-1



Xətanın kodu

İzahat

- 901

Qidalandırmanın nasazlığı

- 902

AD-nin nasazlığı

- 903

Registrin yerindən tərpətmə xətası

- 904

Birləşmənin nasazlığı

- 905

Vericinin qısa qapanması

- 906

Verici ilə əlaqənin kəsilməsi

- 908

Səhv nəzarət temperaturu

- 909

Doldurulma xətası

-910

Əhəmiyyətin itməsindən xəta

- 911

EE xətası

- 912

Aparat xətası və ya ölçmənin yoxluğu

SMU-da əlaqənin imtinasından xətaların kodları

Cədvəl 38-2



Xətanın kodu

İzahat

-1000

Cavabın alınmasında gecikmə

-1001

Alınan məlumatda yoxlama cəmində xəta

-1002

Start-ramada STX tapılmayıb və ya verilənlərin uzunluğu sıfırdır

-1003

Verilənlər sahəsi çox genişdir

-1004

Ölçülmə kəmiyyəti ölçmə diapazonundan kənardır

-1005

Nəticə üzən vergül ilə rəqəm deyil

-1006

İki ardıcıl ölçmə arasında fərq çox böyükdür

-1007

SMU-nu işlətməkdən imtina

SMU-da vericilər tərəfindən verilən kəmiyyətlər Modbus üzrə əlaqə üçün 10 və ya 100-ə vurulmalıdır. Xarici sistemdə bu kəmiyyətlər uyğun olaraq 10 və ya 100-ə bölünür. Kodların xətaları halındakı kəmiyyətlər vericinin kodu MCU-da vurulmur. Əgər xarici sistem xətalar kodunu bölürsə, o, yuxarıdakı cədvəllərdə göstərilən kəmiyyətlərdən bir və ya iki tərtib fərqlənir (məsələn MCU-da xətalar kodu-906 xarici sistemdə -90,6 ola bilər).



Avadanlığın siyahısı

MCU-nun Baş idarəetmə bloku

DMF 50-nin raması ----------------------------Rama

DMB 50-nin birləşdirmə platası--------------Birləşdirmə platası

DPS 50-nin sabit gərginlik çeviricisi----------Sabit gərginlik

çeviricisi

DMC 50 prosessorunun platası ---------------Prosessorun platası

DMM 50-nin yaddaş bloku---------------------Yaddaş bloku

DML 50-nin şəbəkə bloku----------------------Şəbəkə bloku

DML 50-nin interfeys platası -----------------İnterfeys platası

DCH 485-in ardıcıl interfeys bloku-----------PC-485 modulu

DCA501-in modulu-----------------------------CAN modulu

LDU-nun yerli displeyi-----------------------------

Displeyin raması---------------------------------Displeyin raması

Elektrolüminisses displey----------------------ELD

Displeyin birləşdirmə platası---------- Displeyin birləşmiş platası

XT/Baza modulu-------------------------------Displeyin çap platası

VGA MM/VGA/mini modulu-------Displeyin drayverinin platası

DCU/SMU-nun bölüşdürücü bloku

DCU-nun bölüşdürülmüş idarəetmə bloku---------------------DCU

SMU-nun verici multipleks qurğulqrı--------------------------SMU

RM-in rele modulu---------------------------------------Rele modulu



Texniki rəhbərliklər
Aşağıda göstərilən texniki sənədlər WECS-ə aiddir

Qurğu Rəhbərlik

MCU MİLOS500-ün istifadə edilmə

təlimatı


SMU QLİ50 vericiləri ilə ümumi istifadə

edilmə təlimatı

Modbus Modicon

Modus-un protokolu Pİ-MBUS-300



ölç. D-nin soraq rəhbərlik edicisi

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə