AZƏrenerji” asc “AZƏrbaycan elmi-TƏDQİqat və layiHƏ-axtariş energetika institutu” mmc




Yüklə 336.01 Kb.
səhifə3/4
tarix27.04.2016
ölçüsü336.01 Kb.
1   2   3   4

DCU-nun platasının blok-sxemi

Şəkil 32-5 030304C9525


DCU-nun funksional platası CAN şininə paylaşdırılmış verilənlər bazasını verir. Yeni tətbiqi məsələləri konfiqurasiyanın assositiv qurğularından DCU sisteminə vermək üçün PC-karta istifadə edilir. Bu parametrik fayllar düzgün verilsə, DCU-nun fleş-УQ-sunda saxlanılır, orada qidalanmanın vəziyyətindən asılı olmayaraq istifadə edənin komandası üzrə pozulunca saxlanılır.
Cədvəl 32-1

DCU-da işıqlanma diodu

İşıqlanma diodu

Rəng

İşıqlanma diodu indikasıyası

QİDALANMA

yaşıl

Blok hələ qidalanma alır,fasiləsiz QOŞ

CAN

sarı

CAN vasitəsilə verilən zaman titrəyir

VƏZİYYƏT

yaşıl

Titrəmə proqramının işləməsini göstərir

FLEŞ

sarı

Fasiləsiz QOŞ, FLEŞ-ə gərginlik qoşulduqda (adətən

konfiqurasiya zamanı və ya proqram təminatını yüklədikdə)



QAYITMA

QIRMIZI

İşə buraxdıqda sistemin ilkin vəziyyətə qayıtmağını,

əlilə ilkin vəziyyətə gətirdikdə və ya kifayət qədər qidalanma

şəraiti olmadıqda göstərir.




33. VERİCİLƏR
Fırlanma tezliyi vericiləri.

Mühərrikin fırlanma tezliyinin vericisi

Mühərrikin dirsəkli valının fırlanma tezliyi PNP tipli 2 kontaktlı induktiv vericinin köməliyə ölçülür. Belə verici 10-30 V daimi qidalandırma gərginliyi alır (WECS-də adətən 15V). Vericinin üçüncü oxu dirsəkli valın fırlanma tezliyinə mütənasib olan impuls ardıcıllığının çıxması üçündür. İmpuls çıxışının gərginlik ölçüsü sabit gərginliyin qeyd edilmiş iki səviyyəni OV və +15V arasında dəyişir.

Vericinin elektron sxemi qatranla örtülür və xarici naqili M1,8x1,5 mm olan nikellənmiş latundan hazırlanmış borulu gövdədə yerləşdirilir. Kabel Euchner BS4 dörd qütblü birləşdirici vasitəsilə qoşulmuşdur.

Vericinin montajı üçün dirsəkli valı elə tərpədin ki, çıxıntının zirvəsi verici üçün montaj dəliyində görünsün. Ehtiyatla əl ilə vericini təmamilə burun. Vericini işçi dəliyinin 2,0-2,5 mm olmasına nail olmaq üçün 1,5 dövr döndərin və açarla kontraqaykanı yaxşı bərkidin.



QEYD! İşləyən mühərrikdə vericinin quraşdırılmasına icazə verilmir.
Mühərrikin dirsəkli valının fırlanma tezliyinin vericiləri

Şəkil 33-1 202364



ABB turbokompressorunun fırlanma tezliyinin vericisi

Maqnit tipli turbokompressorun fırlanma tezliyinin vericisinin qidalandırıcı gərginliyə tələbatı yoxdur. Onu turbokompressorun yastığının qapağında ekssentrik yerləşdirirlər. Valda yağlandırıcı halqada altı ədəd quraşdırılmış maqnit vardır ki, onlardan hər biri həssas başlığın yanından keçərkən vericidə impuls generasiya edir. Buna görə də vericidən sinusoidal siqnalı, kompressorun fırlanma tezliyinə mütənasibdir və o, WECS-ə daxil olar.

Vericinin metal korpusu M12x1,25 mm ölçüsündədir. Kabel Enchner BS4 dördqütblü birləşdirici vasitəsilə birləşdirilmişdir. Vericinin montajı üçün ehtiyatda onu təmamilə burun. Vericinin 2,5 mm işçi dəliyini almaq üçün 2 tam dövr fırladın və açarla kontraqaykanı yaxşı bərkidin.

QEYD! İşləyən mühərrikdə vericinin quraşdırılmasına icazə verilmir.
ABB turbokompressorun fırlanma tezliyinin vericisi.

Şəkil 33-2 322360A


EGT turbokompressorun fırlanma tezliyi vericisi

EGT turbokompressorunun fırlanma tezliyinin vericisi ABB turbokompressorunun müvafiq vericisi kimi işləyir, fərq yalnız ondadır ki, o, turbokompressorun valının bir tam dövründə ya iki, ya da 6 impuls verir. Vericinin metal korpusu 5/8 “UNF yivinə malikdir. Vericinin uzunluğu aşağıdakı cədvəldə göstərildiyi kimi turbokompressorun dəqiq tipindən asılıdır.

Vericinin montajı üçün ehtiyatla onu əl ilə tamam fırladın. 0,7 mm işçi dəliyi almaq üçün 0,5 dövr burun və açarla kontraqaykanı yaxşı bərkidin.

Qeyd: İşləyən mühərrikdə vericinin quraşdırılmasına icazə verilmir.

Cədvəl 33-1



EGT turbokompressorunun fırlanma

tezliyinin vericisi



Turbokompressorun

tipi


Şəkil 36-3-də A

ölçüsü


İmpulslar

Napier 155

200 mm

2

Napier 295

267 mm

2

Napier 355

367 mm

2

Napier 457

200 mm

6

Napier 557

200 mm

6


EGT turbokompressorunun fırlanma tezliyinin vericisi

Şəkil 33-3 322386


Kabel Cannon KPT.06.F8.2.P birləşdiricisinin köməyilə qoşulmuşdur.

Solenoidli klapanlar

Hazırki mühərrikdə E.Seytz markalı 3-yollu solenoidli klapanlardan istifadə edilir. Tətbiq xarakterindən asılı olaraq, onlar ya normal açıq yaxud normal bağlı ola bilərlər.

Nominal işçi gərginlik 24V-a (daimi) bərabərdir və klapanlar –15%-+10% buraxıla bilən gərginliyə malikdirlər. Sayğacın nominal gücü 11 Vt təşkil edir və gərginliyi dəf etmək və əks qütbdən mühafizə üçün quraşdırılmış diodlara malikdir.
Rele modulu

Rele modulu solenoidləri qoşma yolu ilə MCU-dan gələn komandaları yerinə yetirən qurğudur. Əsas təhlükəsizlik sistemi lazımi halda işləmədikdə və ya əgər qalan sistem nasazdırsa o, eləcə də ehtiyat təhlükəsizlik sistemi kimi işləyir.

Siqnalizasiyanın və qəza elektrik açarı kimi aparat realizasiyası və i.a. çox hissəsi Rele moduluna daxil olur. Eləcə də bütün sistemin qida mənbəi Rele modulu ilə təchiz edilmişdir.
Rele modulunu topologiyası

Şəkil 33-4 402313200113


WECS sisteminin başqa hissələrindən fərqli olaraq Rele modulu prosessor və ya proqram təminatına malik deyil. Beləliklə Rele modulu tam aparat realizasiyası olan funksional hissədir. Rele modulu aşağıdakı funksional bloklardan ıbarətdir:

  • fırlanma tezliyinin ölçülməsi bloku (ehtiyat),

  • yaglama sisteminin açılması bloku (ehtiyat),

  • seçmə üzrə açılma bloku (ehtiyat),

  • MCU-nun dayandırma/dövrədən açma bloku,

  • yerli dayandırma bloku,

  • fırlanma tezliyi yüksələndə dövrədən açma bloku (ehtiyat),

  • qəza dayandırma bloku,

  • WECS-i izləmə bloku,

  • dayandırma / dövrədən açma prioritet qadağan bloku,

  • dövrədən açandan sonra ilkin vəziyyətə qaytarma bloku,

  • qısa qapanma bloku,

  • yerli işə buraxma bloku,

  • WECS-də işə buraxma bloku,

  • yanacaq məhdudlaşdırma bloku,

  • yavaş döndərmə bloku,

  • imtina bloku,

  • qidalanma bloku.


Qurulma elementiləri

Rele modulu ləngitmə və nəzarət nöqtələrini qoymaq üçün altı qurulma elementinə malikdir.


İşıqlanma diodunun induksiyası

Rele modulu hər bir funksional blok üçün işıqlanma diodunun indikasiyasına malikdir. Bütün qida mənbələrinin özünün işıqlanma diodları vardır. Xüsusi xarakterli olma səbəbindən yağlama sisteminin dövrədən açma relesi, seçmə üzrə dövrədən açma relesi, cərəyan altında saxlama solenoidi və qəza dayandırılmasından imtina işıqlanma dioduna malikdirlər.



Cədvəl 33-2

Rele modulunun işıqlanma diodları

İşıqlanma diodu

Rəng

İşıqlanma diodunun indikasiyası

Yağlama sisteminin açılması

qırmızı

Yağın təzyiq relesi açıb, ancaq yerli keçirici qayıtma düyməsi hələ basılmamışdır.

Yağlama sisteminin açılması blokirovkası

Sarı

Mühərrik işə buraxma/dayandırma zamanında yağlama sisteminin açılması blokirovka edilib.

Seçmə üzrə açılma

qırmızı

Seçim üzrə açma relesi açılmanı həyata keçirib, d.d. onun kontaktları qapanıb. Yerli keçirici qayıtma düyməsi hələ basılmayıb.

MCU-nun dayandırma/açılması

qırmızı

MCU-nun dayandırma siqnalı aktivdir və mühərrikin dayanmasını tələb edir.

Yerli dayandırma

qırmızı

Yerli (adətən yerli) dayandırma düyməsi basılıb və ya 60 saniyədən az müddət ərzində buraxılmışdır.

Fırlanma tezliyi qoyulan həddən artıq olduqda açılma

qırmızı

Fırlanma tezliyinin qoyulan həddən artıq olması açılmaya səbəb olub, lakin yerli qayıtma düyməsi hələ də basılmayıb. Fırlanma tezliyi ehtiyat fırlanma tezliyi vericisi ilə ölçülür.

Qəza dayandırması

qırmızı

Qəza dayandırılması düyməsi basılıb və açılmağa kömək edir.

WECS-in izlənməsi

qırmızı

WECS-in izlənməsi sıqnalı yoxdur və bu da açılmaya kömək edir.

Prioritet dayanma/açılma

qırmızı

Xarici sistemdən prioritet dayanma/açılma qadağan sıqnalı.

Açılmadan sonra ilkin vəziyyətin bərpası

sarı

İlkin vəziyyətə bərpa düyməsi açılmadan sonra basılır.

Dayandırma relesi

qırmızı

Dayandırma relesi işə salınmışdır.

Cədvəl 33-2-nin davamı

İşə buraxmanın yerli blokirovkası

sarı

Xarici sistemdən işə buraxma yerli blokirovka siqnalı aktivdir.

Yerli işə buraxma

yaşıl

Yerli (adətən yerli) işə buraxma düyməsi basılır.

WECS-in işə buraxılması

yaşıl

WECS-in işə buraxılma siqnalı aktivdir.

Yanacaq məhdudlaşdıran

sarı

MCU-dan yanacaq məhdudlaşdıranın siqnalı aktivdir

Yavaş döndərmə

sarı

MCU-dan yavaş döndərmə siqnalı aktivdir

İmtina siqnalı

qırmızı

Rele modulunun imtina siqnalı aktivdir. Eləcə də ya indikasiyanın işıqlanma diodu (“ВКЛ”) yəni “QOŞ”olmalıdır və ya gərginlik işıqlanma diodu (“ВЫКЛ”) (AÇ) vəziyyətində olmalıdır.

Fırlanma tezliyi relesi 1

yaşıl

Dirsəkli valın fırlanma tezliyi 1 həddindən çoxdur.

Fırlanma tezliyi relesi 2

yaşıl

Dirsəkli valın fırlanma tezliyi 2 həddindən çoxdur.

Fırlanma tezliyinin impulsu

yaşıl

Vericidən fırlanma tezliyinin impulsu (titrəmə).

Cədvəl 33-3



Rele modulunun işıqlanma diodlarının sıradan çıxması

İşıqlanma diodu

Rəng

İşıqlanma diodlarının sıradan çıxması

Yağlama sisteminin açılması relesinin sıradan çıxması

sarı

Yağlama sisteminin açılması relesinin dövrəsi açılmışdır.

Seçmə üzrə açılma relesinin sıradan çıxması

sarı

Seçmə üzrə açılma relesinin dövrəsi açılmışdır.

Cərəyan altında dayandırma solenoidinin sıradan çıxması

sarı

Cərəyan altında dayandırma solenoidinin dövrəsi açılmışdır.

Qəza dayandırması sıradan çıxmışdır

sarı

Qəza dayandırması dövrəsi açılmışdır.

Qısa qapanma

sarı

Rele modulunun çıxışında 24V (sabit cərəyan) qısa qapanmışdır

Cədvəl 33-3-ün davamı



Rele modulunun qıdalanmasının işıq diodları

İşıqlanma diodu

Rənq

İşıqlanma diodunun indikasiyası

U 1

yaşıl


U1 gərginliyi (U6 və dayanmaya aid olmayan PM funksiyaları) QOŞ.

U2

yaşıl

U2 gərginliyi (MCU və NOC) QOŞ.

U3

yaşıl

U3 gərginliyi (DCU dövrə 1) QOŞ.

U4

yaşıl

U4 gərginliyi (DCU dövrə 2) QOŞ.

U5

yaşıl

U5 gərginliyi (LDU) QOŞ.

Ehtiyat

yaşıl

Ehtiyat qidalanma (dayanmaya aid funksiyalar).

+ 12V (sabit cərəyan)

yaşıl

MCU-dan (+VB). Gərginlik +12V (sabit cərəyan) QOŞ

Proqram təminatı

VRX əməliyyat sisteminin örtüyü

Real zamanda idarəedici proqram VRX, (Vaisala Real-time Executive) onun altında yerləşən əməliyyat sisteminin funksiyalarına yanaşma üçün yüksək səviyyəli örtükdür. O, həm də VQ bazasında real zamanda ixtiyari çıxışla verilənlər bazasını təqdim edir.

VRX-in əsas təyinatı ondadır ki, tətbiqi proqramlar müstəqil olaraq, əməliyyat sistemindən asılı olmasın. VRX proqram tərtibçisinə sadə yüksək səviyyəli interfeys təqdim edir. Tətbiqi proqramlar adətən verilənlərin istehsalı və istehlakı prosesində iştirak edir.Verilənlərin toplanması, emalı və paylanması baş verir. Elə bu səbəbdən də VRX məlumatlara çox istiqamətlənmişdir.

VRX-in xarakterik xüsusiyyətlərindən biri məsələlərin izolyasiyasıdır. İcra edilən məsələlər birbaşa qarşılıqlı əlaqədə deyildirlər. Bütün əlaqə VRX vasitəsilə həyata keçirilir. Məsələlər bir-birinə məlumat bazasının məlumat elementləri ilə bağlıdır.

Tətbiqi modullar VRX üçün məsələlər icra edir. Onlardan hər biri fərdi məsələni yerinə yetirməlidir və onlardan bəziləri konfiqurasiya oluna bilər. Hər bir konfiqurasiya olunan tətbiqi məsələ üçün konfiqurasiyanın faylı var. Bu fayllar binar formada toplanıb və bütöv məqsəd blokunun fayl sisteminə yüklənmişdir (MCU və ya DCU-dan biri).

Sistemli proqram təminatının rejimləri

Şəkil 33-5 1001A520



WECS proqram təminatının strukturu

Şəkil 33-6 1001A9520


34. TEXNIKI XIDMƏT VƏ NASAZLIQLARIN

AXTARIŞI
Ümumi məlumat

Bu bölmədə texniki xidmət və nasazlıqların axtarışı üçün istifadə olunan nəzarət və indikasiya qurğularına aid məlumat daxildir. Nəzarət və indikasiya qurğuları haqda bölmə aparat təminatına müvafiq olan fəsillərdən ibarətdir.

Bu sistemdə heç bir hərəkətli detal olmadığına görə texniki xidmət əməliyyatları sadədir, lakin onları yerinə yetirmək vacibdir.

Nasazlıqların axtarışı zamanı əsas prinsip ondan ibarətdir ki, nasaz işləyən element dəyişdirilməlidir və yerində elementlərin heç bir təmiri aparılmayacaq.


Nəzarət və indikasiya qurğuları

Ümumi məlumat

Bu bölmə aparat təminatına uyğun olan alt bölmələrdən ibarətdir. Bunun sayəsində sözü gedən element və hissə üzrə təlimatın axtarışı sadədir. Normal iş zamanı nəzarət və indikasiya qurğularına ehtiyac yoxdur. Tövsiyə edilir ki, nəzarət və indikasiya qurğularının istifadəsinə ehtiyac olan nasazlıqların axtarış əməliyyatını yalnız texniki xidmət üzrə heyət icra etsin.


Baş idarəetmə bloku

MCU-nu izləmək və ona nəzarət üçün müxtəlif nəzarət və indikasiya qurğuları vardır. MCU qoşulduqda 1-dən 3 saniyəyədək vaxtda işıqlanma diodu işıqlanır və ya yanıb sönməyə başlayır.


Rama

İkivəziyyətli elektrik açarı 34-1 şəklində göstərildiyi kimi MCU ramasının üz panelindən aşağı hissəsində yerləşir. u açar həm xarici qida mənbəyini, həm də 12 V-luq daxili akkumulyatoru sabit gərginlik çeviricisindən (plata DPS 50) açır.


Qidalandırma elektrik açarı QOŞ/AÇ

Şəkil 34-1 05030219503


QOŞ vəziyyəti:

Xarici qidalandırma mənbəyini sabit cərəyan çeviricisinə qoşur. Akkumulyatoru doldurmaq və ya MCU-nu qidalandırmaq üçün 12V-luq sistem akkumulyator batareyasını sabit gərginlik çeviricisinə qoşur.



AÇ vəziyyəti:

Həm xarici qidalandırma mənbəyini, həm də 12 V-luq akkumulyator batareya sistemini sabit gərginlik çeviricisindən açır, MCU-nun daxili gərginliyi dövrədən açılmışdır, bu da MCU-nun bloklarının çıxarılması və dəyişdirilməsinə imkan verir.


Sabit cərəyan çeviricisi (plata DPS 50)

Sabit gərginlik çeviricisinin ön tərəfində dörd işıqlanma diodlu indikator quraşdırılıb. Onlar, 38-1 şəklində göstərildiyi kimi panelin qapağından görünürlər. Bütün dörd işıqlanma diodu yanmayanda MCU NO CHARGE (dolmayıb) vəziyyətindədir, 12 V-luq sistem akkumulyator batareyası dolmur.


Nasazlıq işıqlanma diodu:

İşıqlanma diodlu indikatorun iki vəziyyəti vardır:

FASİLƏSİZ QOŞ – Göstərir ki, qidalanma 1-3 saniyə qabaq qoşulmuşdu, lakin MCU-nun proqram təminatı hələ qoşulmayıb. MCU-nun proqram təminatı onu işə qoşduqdan sonra işıqlanma diodunu açır. TİTRƏMƏ – Doldurma prosesinin pozulduğunu göstərir. Proqram təminatı doldurmanı dayandırdı və MCU xarici sabit cərəyan mənbəyindən qidalanma alır.
Tam doldurma işıqlanma diodu:

Bu işıqlanma diodu QOŞ – vəziyyətində olanda sabit cərəyan çeviricisi ÜZƏN DOLDURMA vəziyyətindədir. 12 V-luq sistem akkumulyator batareyası tam dolmuşdur və dolma prosesi qurtarmışdır. Akkumulyator batareyasında doldurma cərəyanı yoxdur. Batareyanın gərginliyi temperatur kompensasiyası səviyyəsində “üzür”. Kompensasiya proqram təminatı ilə təmin edilir və o, əgər konfiqurasiya başqa deyilsə, prosessor lövhəsinin temperatur vericisində yerləşmişdir.



Dolma işıqlanma diodu:

Bu işıqlanma indikator diodu iki vəziyətə malikdir:

QOŞ.FASİLƏSİZ – Sabit gərginlik çeviricisi HƏCMLİ DOLDURMA vəziyyətindədir və akkumulyator batareyasi maksimum cərəyanla dolur. SAYRİŞMAQ- sabit gərginlik çeviricisi HƏCMİ DOLDURMA vəziyyətindədir lakin qidalandırma xəttində impedans səbəbindən və ya başqa səbəbdən mövcud doldurma cərəyanı məhdudlaşdırılmışdır. Məsələn doldurma gedir, ancaq tam güclə getmir.
Dəyişən cərəyan qoş. işıqlanma diodu

Bu işıqlanma diodu göstərir ki, MCU Ramasında DƏYİŞƏN CƏRƏYANIN GİRİŞİ sıxaclarında xarici gərginlik mövcuddur.



35. MCU BLOKUNUN NƏZARƏT VƏ İNDİKASİYA QURĞULARI

Şəkil 35-1 090202A9503



Prosessorun platası (DMC5O)

Prosessorun platasında iki işıqlanma diodlu indikator və bir dərinləşdirilmış ƏVVƏLKİ VƏZİYYƏTƏ QAYIDIŞ düyməsi vardır. Onlar şəkil 35-1-də göstərilmişdir.



Əvvəlki vəziyyətə qayıdış düyməsi

ƏVVƏLKİ VƏZİYYƏTƏ QAYIDIŞ düyməsi onun təsadüfi qoşulmasının qarşısını almaq üçün prosessor platasının üz panelində dərinləşdirilib. Onu prosessor platasının üz panelində nəzərdə tutulmuş dəlikdən yazan qələmin ucunun köməyilə yavaşca basmaqla işə salmaq olar. QAYIDIŞ düyməsinin işə salınması MCU bloku tərəfindən proqramın icrasını dayandırır və onun özü-özünü yoxlamasına təhrik edir.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə