AZƏrenerji” asc “AZƏrbaycan elmi-TƏDQİqat və layiHƏ-axtariş energetika institutu” mmc




Yüklə 336.01 Kb.
səhifə2/4
tarix27.04.2016
ölçüsü336.01 Kb.
1   2   3   4

Təzyiq vericilərinin sınağı

Təzyiq vericiləri

Təzyiq vericilərinin sınağını təzyiq üzrə dərəcələrə bölmək üçün olan qurğu ilə aparmaq olar.


Təzyiq vericilərinin sınağı

Şəkil 28-1 0303A9648


Şəkil 28-1-də ayırma klapanlı və sınanılan təzyiqə birləşdirilmiş təzyiq vericisi göstərilir.

Təzyiq vericiləri ölçülən təzyiqdən ayrılma klapanları ilə izolə edilmişdir. Ona görə də təzyiq üzrə dərəcələrə bölünməsi üçün qurğu sınaq təzyiqi üçün ştuserə birləşdirilir. Tələb olunan təzyiq dərəcələnmə üçün qurğunun köməyi ilə verilir.



  1. Vericilərin altındakı klapanları bağlayın.

  2. Bilavasitə klapanların üstündəki tıxacı burub açın və qurğunu təzyiq üzrə dərəcələnmə qurğusuna birləşdirin.

  3. Nasos vasitəsilə təzyiqi qaldırmaqdan qabaq axma olmasını yoxlayın.

  4. Dərəcələnmə üçün qurğunu sazlayın.

  5. Ən azı iki nöqtədə vericilərlə ölçülən kəmiyyətləri sayın (məsələn bütün diapazonda ən aşağı, ən yuxarı diapazonda) və vericilərin texniki xarakteristikası ilə müqaisə edin.

  6. Əgər lazımdırsa, vericilərin sazlanmasını aparın və ya onları dəyişdirin.

  7. Vericiləri yoxladıqdan sonra klapanı açın.

  8. Əgər vericilər siqnal vermirlərsə, yoxlayın:

  • Şəbəkə və birləşmələri (ommetrin və ya universal elektrik ölçü cihazlarının köməyilə

  • Elektrik qidalanması (qutblər vericilərdə göstərilmişdir)

  • Vericilərin zədələnməməsi.

Qeyd! Sınaqdan sonra kəsici klapanı açmağı unutmayın
Temperatur vericiləri

Təchiz etmədən qabaq bütün vericilər zavod-istehsalçıda yoxlamadan keçirlər. Vericini yoxlamaq üçün temperatur üzrə dərəcələndirmə üçün qurğu lazımdır (soba). Bütün temperatur vericiləri xüsusi yuvalarda yerləşdirilir və ona görə də hətta iş prosesində də nəzarət üçün qaldırıla bilər.



  1. Vericini burub açın.

  2. Dərəcələnmə üçün qurğunu qoyun.

  3. Dərəcələnmə üçün qurğunu sazlayın.

  4. Ən azı iki nöqtədə ölçülən kəmiyyəti sayın (ən aşağı və ən yuxarı nöqtədə bütün diapazonda) və onları texniki xarakteristika ilə müqayisə edin.

  5. Əgər lazımdırsa, vericini dəyişin.

Vericilər üçün nəzarət nöqtələri aşağıdakı cədvəldə verilmişdir.


Temperatura (oC)

PT100 (Ώ)

Termocüt tip K(mV)

0

100.0

0

20

107.8

0.8

40

115.5

1.6

100

138.5

4.1

300

-

12.2


Təzyiq relesi

Bütün relelər zavod-istehsalçıda sazlanır. Onları iş zamanı yoxlamaq olar.



  1. Rele altında olan klapanı bağlayın

  2. Bilavasitə klapanın üstündəki tıxacı və təzyiq üzrə dərəcələnmə üçün qurğunu birləşdirin.

  3. Releni mikroaçarın kontraktlarının hansı təzyiqdə açılmasını

təyin edin. Düzgün təzyiq mühərrikin texniki xarakteristikasında göstərilmişdir və relenin özündə qeyd edilmişdir.

  1. Əgər lazımdırsa releni sazlayın və ya onu dəyişdirin.

  2. İşin pozulması halında birləşmələri və elektrik şəbəkələrini yoxlayın.


Temperatur relesi

Bütün temperatur releləri eləcə də xüsusi yuvalarda yerləşdirilir və iş prosesində nəzarət üçün qaldırıla bilər. Onların yoxlanılmasını temperatur üzrə dərəcələnmə üçün qurğunun köməyilə və ya mikro elektrik açarının hansı temperaturda kontraktlarının açılmasını təyin etməklə aparmaq olar. Düzgün temperatur mühərrikin texniki xarakteristikasında və relenin özündə göstərilmişdir. Əgər lazımdırsa relenin sazlanması və ya onun dəyişdirilməsi tələb olunur. Eləcə də birləşmələri və elektrik şəbəkəsini zədələnməyə qarşı yoxlamaq lazımdır.


Müxtəlif rele və elektrik açarları.

Bu qurğular mexaniki konstruksiyaya malikdirlər və mühərrik işləmədikdə yoxlanıla bilər.



  1. İdarəetmə valını yükün indikasiyasının relesinin işləməsi anına qədər döndərin.

  2. Yoxlayın, bu hansı yükə uyğun gəlir.

Vericilərin girişlərinin modelləşdirmə ilə sınaqdan keçirilməsi.

WECS-ə hər vericidən daxil olan giriş siqnalı da eləcə də ölçülən siqnalın tipini modelləşdirmə yolu ilə sınaqdan keçirmək olar. Bu məqsəd üçün çoxməqsədli sınaq qurğusu təqdim edilir (848112).
29. ÖLÇÜ CİHAZLARI
Yerli nəzarət ölçü cihazları WECS-in şkafında yerləşdirilmişdir. Onlara aiddir:


  • Yerli işəburaxma düyməsi (yaşıl)

  • Yerli dayandırma düyməsi (qırmızı)

  • İlkin vəziyyətə yerli qaytarma düyməsi (dövrədən açılma indikasiyası) (göy)

  • İşə buraxma üsulunun dəyişdiricisi yerli (distansiyalı işi üçün işəburaxma blokirovkası)

  • Mühərrikin işləməsi üçün tələb olunan bütün məlumatları çıxaran yerli displey

  • Mühərrikin dirsəkli valının fırlanma tezliyinin ehtiyat indikasiyası

  • Yağlama sistemində yağın təzyiqinin ehtiyat indikasıyası

  • Yüksək temperaturlu (BT) su konturunda soyuducu suyun temperaturunun ehtiyat indikasiyası.

Bu üç ehtiyat ölçü cihazları sistemin qalanlarına nisbətən müstəqildir (onlardan asılı deyil).
Yerli nəzarət-ölçü cihazları

Yerli displey

Yerli displey (Lokal Displey Unit, LTD) manometrlərin, termometrlərin və digər cihazların lövhəsini əvəz edir.

Operatorun DU-nun lövhəsində olan düymələrin köməyilə bütün lazım olan komandaları verməyə imkanı vardır.
Yerli displey

Şəkil 29-1 402311200111

İzah olunan displey üç tip səhifədən ibarətdir: baş səhifə, retrospektiv səhifə və status səhifəsi. Bu tiplərin səhifələri gələcək bölmələrdə izah edilir.
Baş səhifə

Mühərrikin kritik parametrləri və vəziyyəti haqqında məlumatın göstərilməsi.

Mühərrikin kritik parametrləri:


  • dirsəkli valın fırlanma tezliyi və yük (yanacaq reykasının vəziyyəti)

  • işlənmiş qazların temperaturu.

Mühərrikin vəziyyəti haqqında məlumat:

  • mətnli məlumatla mühərrikin rejimi (səhifənin aşağı hissəsində)

  • mühərrikin nasazlıqları haqqında ümumi siqnallar (səhifənin aşağı sağ küncündə)

  • yükün azaldılması sorğusu haqqında məlumat (səhifənin aşağı sağ küncündə)

  • prioritet qadağan haqqında məlumat dayanma (dövrədən açma) (səhifədən aşağı sağ küncündə)


Retrospektiv səhifə

Retrospektiv səhifəyə mühərrikdə ən yaxın zamanlarda baş verən hadisələrdən məlumat çıxarılır, məsələn mühərrik işə buraxılmışdı. Nasazlıqlar, dövrədən açılmalar və i.a. – haqqında qısa izahatla siqnallar. İzahat hadisənin vaxtı, onun tipi vericinin işarəsi və onun izahatı. Hadisələrin tipləri işarə şəklində bir hərflə göstərilir.

* A - siqnalizasiya (qəza)

* B - işə buraxma bloku

* S - dövrədən açılma

* E - fovqdə vəziyyət

* L - yükün azaldılması

* M - rejimin dəyişməsi

* N - qeyd (məsələn nasosun qoşulmasının indikasiyası üçün)
Status səhifəsi

Həmişə vəziyyətin bir neçə səhifəsi olur. Səhifələrin sayı WECS-də vericilərin sayından asılıdır. Vəziyyətin bir səhifəsi məntiqi vericilərin qrupundan kəmiyyətləri göstərir, məsələn köklu yastıqların temperaturu.

Müxtəlif sistemlər öz ayrıca məlumat səhifələrinə malikdirlər:


  • işə buraxma və havanın təzyiqi blokları

  • mühərrikin istismar göstəriciləri

  • işlənmiş qazlar

  • silindrlərin gilizləri

  • dirsəkli val

  • su sistemləri

  • yağ sistemləri

Vəziyyət səhifəsində tipik məlumatlar:

  • məntiqi adlar

  • analaloq kəmiyyəti (əks hesablanmamış kəmiyyət)

  • sütunlu qrafik


Modbus aktiv rejiminin indikasiyası

Yuxarı sağ küncdə MODBUS vəziyyəti haqqında indikasiya mövcuddur. Əgər MODBUS qoşulmuşdursa və işləyirsə, indikator fasiləsiz sayrışacaq. Əgər MODBUS işləmirsə, sazdırsa indikator qara olacaqdır.


LDV-nun idarəetmə klavişləri

Şəkil 29-2 402312200111


Klavişlər

MAİN klavişi Sizi Baş səhifəyə gətirəcəkdir. HISTORY klavişindən əvvəllər olmuş nasazlıqlar və açılmalar haqqında siqnallara baxmağa istifadə edin. F8 klavişi əlavə səhifələr menyusuna gətirəcəkdir. Səhifələrin axtarışını UP və DOWN klavişləri ilə axtarış edin və ENTER-lə klavişlərin seçilməsini təsdiq edin. Kömək səhifəsini ekrana çıxarmaq üçün HELP klavişindən istifadə edin.

F1-F7 klavişləri Sizi aşağıdakı izahata əsəslanaraq vericilərin məntiqi qrupu vəziyyəti səhifəsinə gətirəcəkdir:


  • F1: İşə buraxma və havanın təzyiqi blokirovkaları

  • F2: Mühərrikin istismar göstəriciləri

  • F3: İşlənmiş qazların temperaturu

  • F4: Silindlərin gilizlərinin temperaturu

  • F5: Köklü yastıqların temperaturu

  • F6: Soyuducu su sistemləri

  • F7: Qidalanma və yağlama sistemləri

Vəziyyət səhifələrinin bəziləri bir neçə səhifəyə bölünmüşdür. Əgər bu elədirsə ekranın yuxarı sağ küncündə ox olacaqdır. UP və DOWN klavişlərindən bir səviyyə həddində səhifələrə baxmaq üçün istifadə edin. Əgər içi boş ox göstərilirsə, Siz SHİFT+UP və ya SHİFT+DOWN istifadə edə bilərsiniz. Əgər ekranda eyni zamanda boş və adi oxlardırsa, bir səviyyə həddində bir neçə səhifə mövcuddur. Bütün baş səviyyələr iki alt səviyyələrə malikdirlər: STATUS (vəziyyət) səviyyəsi və SERVİCE (texniki xidmət) səviyyəsi. Səviyyələr arasında keçidlər üçün SHİFT+UP və ya SHİFT+DOWN istifadə edin.
30. WENCOM FUNKSİYALARI
WenCoM iki hissəyə bölünmüşdür: Təhlükəsizlik funksiyası WECS-ə qoşulmuşdur, tendensiyalar qrafikləri isə xarici sistemdə tətbiq edilmişdir. Bu mənada xarıcı sistem vəzifəsini WECS-ə birləşdirilmiş hər hansı idarəetmə sistemi, həyəcan siqnalizasiyası və ya izləyici sistem görür. Silindrlərin gilizlərinin köklü yastıqların və buraxılan klapanların temperaturunun ölçülməsi, dövrədən açılma səviyyələrinə görə və nasazlıqlara görə gücün aşağı salınması üzrə nəzarət və lazımi riyazi əməliyyatlar-bütün bunlar WECS-ə qoşulmuşdur. Bütün ölçülmüş və hesablanmış verilənlərin təqdimatı MCU-ya birləşmiş xarıcı sistemdə təkliflərə əsasən həyata keçirilməlidir. Mühərrikin tipindən və ölçüsündən asılı olaraq, WenCoM-da olan vericilərin sayı müxtəlif ola bilər.

Silindrlərin gilizləri

Silindrin gilizinin temperaturu nəinki gilizin hətta porşen və halqalarinin vəziyyətini aşkar edir. Bax şək.30-7. Silindrin gilizinin temperaturunu iki verici ölçür. Əgər bu parametrlərin qiymətləri göstərilən qiymətlərdən çox olsa həyəcan siqnalı, gücün azaldılması və ya açılmalar yaranir. Təzələnmə tezliyi 1Hs.



Silindrlərin gilizlərində temperaturun vericiləri

Şəkil 30-1 080209A9503

Silindrlərin gilizlərinin temperatur tendensiyalarının qrafiklərinin xarici sistemdə olması tövsiyə olunur.
Köklü yastıqlar

Köklü yastığın temperaturunun monitorinqi, vericinin yastığının içliyi ilə birbaşa kontaktı ilə həyata keçirilir. Bax. şək. 30-2. Əgər bu parametrlərin qiymətləri göstərilən qiymətlərdən çox olsa həyacan, yükün aşağı salınması və ya açılmalar siqnalları yaranir. Təzələnmə tezliyi 1Hs.

Köklü yastığın temperaturunun tendensiyalarının qrafiklərinin xaricdə olması tövsiyə olunur.

Köklü yastıqların temperatunun vericiləri

Şəkil 30-2 080209B9503


Buraxıcı klapanlar

Buraxıcı klapanın vəziyyətini işlənmiş qazların klapandan sonra temperaturunu ölçən verici izləyir, bax. şək.30-3. Klapanın boşqabında nöqtəvi yanma zaman keçdikcə temperaturun rəqsinin artmasına gətirir, buna səbəb klapanın dönməsidir. Nasaz işi işlənmiş qazların temperaturunun dövrü dəyişməsinin analizi ilə aşkar etmək olar. Belə analiz БПФ-in köməyilə və temperaturun statistik qiymətləndirilməsi ilə yerinə yetirilir. Hər bir silindr başlığında işlənmiş qazların temperaturunun iki vericisi qoyulmuşdur – hər buraxıcı klapanda bir ədəd.


İşlənmiş qazların temperaturunun vericisi

Şəkil 30-3 080209C9503

Aşağıdakı ölçülmüş və hesablanmış qiymətlər hər bir silindr üçün ayrıca verilənlər kimi tərtib edilir və tendensiyalar qrafiki üçün xarici sistemdə istifadə etmək tövsiyə edilir.


  • 1 buraxılış klapanının temperaturu

  • 2 buraxılış klapanının temperaturu

  • ÜQ-nin temperaturu (1 və 2 klapanları üçün orta hesabat qiyməti)

  • Mühərrik üçün orta qiymətdən ÜQ-in temperaturunun kənara çıxması

  • Buraxıcı klapan 1. Orta kvadratik

  • Buraxıcı klapan 2. Orta kvadratik

  • Buraxıcı klapanların temperaturlar fərqi


31.APARAT TƏMİNATI
Ümumi məlumat

Bu bölmədə WECS sisteminin texniki-fiziki xarakteristikasının izahatı ilə aparat təminatının bütün spektri təqdim edilir. Hətta onların parametrləri, gövdələrinin, örtüklərinin və montaj ramalarının ölçülərinin izahatı verilmişdir. Çoxlu çap platası təqdim edilmişdir ki, onlarda elementlərin yerləşməsi və blok-sxemi, giriş/çıxış qurğularının izahatı verilmişdir.


Baş idarəetmə bloku

Baş idarəetmə bloku (MCU) verilənlərin toplanması, idarə edilməsi, nəzarəti və rabitəsi funksiyalarını yerinə yetirən bir neçə çap platalarından ibarətdir. MSU-nun əsəs funksional vahidlərinə Rama, Birləşdirici plata, prosessorun Platası, sabit gərginlik çeviriicisi, Yaddaş bloku, şəbəkə platası,və üç İnterfeys platası, aiddirlər.




Baş idarəetmə blokunun (MCU) Raması

Şəkil 31-1 080302L9516


Rama

Alüminium Rama MCU və kabel torpaqlamaları platalarının öz aralarında birləşmələrinin kompakt yerləşdirilməsini təmin edir.


Birləşdirici plata

DMB50 birləşdirici platası elektron şin sxemindən ibarətdir və hər-hansı müstəqil elektrik funksiyası yerinə yetirilmir. O, şin qrupuna və güc dövrələrinin qoşulma sxeminə bölünmüşdür. Sonrakı bölmələri oxuyanda şəkil 31-2-dən istifadə edin.



Birləşdirici çap platasının, topologiyası

Şəkil 31-2 080302D9601


Ehtiyyatlı olun! MCU platalarını onlara uyğun yuvalara

qoyun. Əgər hər hansı plata düzgün olmayan yuvada olsa və

qidalanma qoşulsa, bu plata düzəlməyən zədə alacaqdır.
Sabit gərginlik çeviricisi

Sabit gərginlik çeviricisi DPŞ 50 MSU üçün çoxfunksiyalı dəyişdiricili qidalandırma platasından ibarətdir. Onda dörd müstəqil qida mənbəyi və idarəetmə və ikili məlumatlı dövrə yığılmışdır.



Sabit gərginlik çeviricisi DPŞ 50

Şəkil 31-3 050203D9503

Doldurucu qurğunun baş dəyişdiricisi izolə edilmişdir və müstəqil işləyir. Bu qidalandırma mənbəyinin birinci tərəfi gövdədən və MCU elektron aparaturasından tam izolə edilmişdir və ona görə də ona qidalanmanı xarici izolə olmadan vermək olar. Dəyişdiricidən çıxış gərginliyinin səviyyəsi qoşulduğundan MCU-nun proqram təminatı ilə tənzimlənir. Üç dəyişdirilən qidalandırma mənbəyi akkumulyator batareyasının 12V, +5V, -5V və +18V gərginliyini çevirir.
Sabit gərginlik çeviricisinin blok-sxemi

Şəkil 31-4 080302G9503


İşıqlanma diodlu indikatorlar

Sabit gərginlik çeviricisinin işıqlanma diodlu indikatorları şəkil 31-3-də göstərilir.

- Akkumulyator boşalmışdır. Doldurma prosesinin xatası

- Akkumulyator tam doldurulub.

- Doldurma

- Dəyişən gərginlik qoş. ( dəyişən gərginlik mənbəyindən birbaşa qidalanma).



Prosessorun platası

Prossesorun platası MCU-nin proqram təminatı ilə birlikdə MCU-nun fərdi platasının bütün funksiyalarının koordinasiyasını həyata keçirir. O eləcə də proqram kodunu parametrik faylları və sistem baza verilənlərini saxlamaq üçün yaddaş qurğusunda yer təqdim edir. Prossesorun platasının funksional blokları şəkil 31-6-da göstərilir.


Prossessorun platasının topologiyası

Şəkil 31-5 080302H9503


Prossessorun platasının blok-sxemi

Şəkil 31-6 030302B9525



Yaddaş bloku

DMM50-nin yaddaş bloku çıxarılıb- taxılan PC- kartlarını proqram və konfiqurasiyaları təzələmək üçün istifadə etməyə imkan verir.


Şəbəkə platasını

Şəbəkə platası MCV blokuna əlavə ardıcıl portlar təqdim edir. O- eləcə də MCV-nin CAN və RS-485 idarəetmə şəbəkələri ilə əlaqə yaratmaq üçün xüsusi modullarla təchiz edilmişdir. Məsələn, MODBUS.


Yaddaş blokunun topologiyası

Şəkil 31-7 080302Y9503


İşıqlanma diodlu indikatorlar

PC- kartında olan A və B hər iki disk hərəkətediciləri onların funksiyalarını ibdikasiya edən işıqlanma diodlarına malikdirlər. İndikator yerinə yetirmə funksiyalarının tipindən asılı olaraq, yaşıl və qırmızı işığa malikdir. STATUS- LED vəziyyət işıqlanma diodu eləcə də qidalandırma blokunun üz panelində yerləşdirilmişdir.




Şəbəkə platasının topologiyası

Şəkil 31-8 080302X9516


Şəbəkə platasının blok-sxemi

Şəkil 31-9 030302D)9525


Şəbəkə platasının üz panelinin işıqlanma diodları

- Yaşıl işıqlanma diodu təqribən hər 10 saniyədən bir titrəyir

(əgər fasilə çoxdursa, proqram həddindən artıq yüklənmişdir).

- Qırmızı işıqlanma diodu yanmamalıdır. əgər o yanırsa, MCU-nu ilkin vəizyyətə qaytarın.



İnterfeys platası

DMİ50, MCU üçün çoxməqsədli interfeys lövhəsindən ibarətdir. Onda dörd analoq kanalı və açılmış kollektorlu bir 8- dərəcəli paralel rəqəmli giriş-çıxış portu vardır. WECS sistemində interfeys lövhəsi başlıca olaraq açarları və releləri birləşdirmək üçün istifadə edilir. İnterfeys lövhəsinin konstruktiv icra edilməsinə şəkil 31-10-da bax.


İnterfeys platasının topologiyası

Şəkil 31-10 080302(((Y)))9503


İnterfeys platasının blok-sxemi

Şəkil 31-11 030302(((C)))9525


32. BÖLÜŞDÜRÜCÜ BLOK
Bölüşdürücü blok ya SMU-nu platasını Vericili multipleksli qurğu (SMU-sensor Multiplekser Unit) ola bilər, və ya SMU platasını, ya da DCU platasını qoşan bölüşdürücü idarəetmə qurğusu ola bilər.
SMU və DCU

Şəkil 32-1 030304(((A)))9525


SMU mikroprossorlu ölçü qurğusu olub, çətin ətraf şəraitində fasiləsiz işləmək üçün konstruktivləşdirilmişdir. O, vericilər ilə DCU arasında interfeys funksiyasını yerinə yetirir. SMU analoq və ya rəqəmli vericilərdən siqnalları qəbul edərək, ölçü apara bilər. SMU növbə ilə statik OYQ-ya ölçülər haqqında verilənləri daxil edir. Yaddaşdan verilənlərin baş prosessora verilməsi xüsusi komanda ilə həyata keçirir. SMU eləcə də temperatur vericilərinin xəttiləşdirilməsini və xətaların üzə çıxarılmasını yerinə yetirir.

SMU baş prosessora bir ardıcıl kanal vasitəsilə birləşmişdir. Bu kanal RS-485 tipli yarıdupleksli qalvanik ayırımlı birləşdiricidən ibarətdir və hər SMU-nun öz ünvanı vardır ki, ona cavab verir.

DCU SMU platasından və gövdənin qapağındakı DCU platasından ibarətdir. Bu lövhələr bir-birilə yastı kabelin köməyilə birləşmişlər. SMU-nun funksiyasına DCU-nun platası daha güclü mikroprosessor, fleş-VQ, PC-kartası altında yuva və CAN şəbəkəsinin idarəetmə qurğusunu əlavə edir.
SMU-nun platası

SMU-nun platası lazımi elastik tətbiqetmə ilə xarakterizə olunur və bir sıra müxtəlif konfiqurasiyalar təqdim edir. Ona bir neçə tip vericilər birləşdirilə bilər:



  • 4-20 mA cərəyan konturu

  • cərəyan çeviricisi

  • gərginlik çeviricisi

  • Pt-100

  • İ,K,S və T tipli termocütlər

  • Rezistivli

  • Potensiometr

  • Dəyişdirici (maks.2-pozisiyalı)


SMU platasının topologiyası

Şəkil 32-2 080304B9525


SMU platası 14,7 MHs sinxronizasiya tezliyində işləyən 8-dərəcəli ЦПУ İntel 80C51FC- malikdir. SMU platası eləcə də operator dəyişənləri və sistemli parametrləri saxlamaq üçün yaddaş sxeminə malikdir. Analoq-rəqəm çevirməsi 16 dərəcəli diskret süzgəcli və gücləndirmə ilə siqma/delta çeviricisi vasitəsilə həyata keçirilir.

SMU platası 24V səviyyəsindən onun işləməsi üçün tələb olunan gərginlikləri çevirir. SMU-nun dəyişdirici qidalanması qəbul edilən +7dən+50V-a qədər sabit gərginliklərdən izolə edilmişdir. SMU platası izolə edilmiş qida cərəyanı sayəsində WECS-in başqa elektron qurğularından asılı deyil.


SMU-nun platasının blok-sxemi

Şəkil 32-3 030304B9525


DCU-nun platası

DCU prosessor platalarının kombinasiyasından ibarətdir. DCU platasının 16-dərəcəli prosessoru SMU üçün baş prosessor rolunu oynayır və xarici əlaqələrin bütün funksiyalarını təmin edir. Onda SMU-nun ardıcıl kanalından başqa üç əlaqə kanalı vardır. SMU-nun ardıcıl kanalı verilən qurğuda optron vasitəsilə DCU prosessoru məşğul olur.


DCU-nun topologiyası

Şəkil 32-4 080304E9525


DCU-dan ardıcıl kanallar: CAN əlaqə xəttləri, 2-naqilli RS-485 və RS-232C. İki əlavə qurulmuş ardıcıl ЦПУ kanalı 2-naqilli RS-485 və SMU-nun daxili lövhəsi vasitəsilə ardıcıl əlaqələr əməliyyatları aparmaq üçün istifadə edilir.

Ondan başqa II tipli kartda statik ОYQ üçün yuva və fleş-yaddaş vardır. DCU platası onun işləməsi üçün tələb olunan bütün gərginlikləri (+5V,+12V) SMU izolə edilmiş dəyişdirilən qidalanmadan verilən üzən 7V səviyyəsindən çevirir. Bu DCU-nun bütün platasını SMU-nun başqa elektron qurğularından asılı olmamasını edir.



1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə