AZƏrenerji” asc “AZƏrbaycan elmi-TƏDQİqat və layiHƏ-axtariş energetika institutu” mmc




Yüklə 336.01 Kb.
səhifə1/4
tarix27.04.2016
ölçüsü336.01 Kb.
  1   2   3   4







AZƏRBAYCAN RESPUBLİKASI
AZƏRENERJİ” ASC
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT VƏ

LAYİHƏ-AXTARIŞ

ENERGETİKA İNSTİTUTU” MMC
TƏDRİS MƏRKƏZİ

ELEKTRİK STANSİYALARININ DİZEL QURĞULARININ KONSTRUKSİYALARI, İSTİSMARI, TƏMİRİ, TEXNİKİ VƏZİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ KURSLARIN APARILMASIНА ДАИР METODİK GÖSTƏRİŞ
HİSSƏ III
BAKI-2013

Elektrik stansiyalarının dizel qurğularının konstruksiyaları, istismarı, təmiri, texniki vəziyyətinə nəzarət üzrə kursların aparılmasıна dair metodik vəsait (hissə III)
Техники редакторлар: т.е.д., проф. Фярщадзадя Е.М.
Щазырки методик вясаит електрик стансийаларынын дизел гурьуларынын конструксийалары, истисмары, тямири, техники вязиййятиня нязарят цзря практики истифадя цчцн тяклиф олунур. (2-çi nəşr)

Тяртиб едян: t.e.n. Məlikov. A.Ə.
Компцтер тяртибатчы: Исмайылова С.М.

MÜNDƏRICAT
26. Nəzarət ölçü cihazları və avtomatika. Ümumi məlumat.........4

27. Işin izahatı. Ümumi məlumat..................................................6

28.Fırlanma tezliyinin məhdudlaşdırma mexanizminin sınağı............................................................................................12

29 Ölçü cihazları..........................................................................18

30. WEnCoM funksiyaları...........................................................22

31. Aparat təminatı......................................................................25

32. Bölüşdürücü blok...................................................................33

33. Vericilər.................................................................................39

34. Texniki xidmət və nasazlıqların axtarışı................................49

35.MCU blokunun nəzarət və indikasiya qurğuları.....................52

36.Rele modulu............................................................................57

37. Qidalandırma gərginliyinin işıqlanma diodları......................60

38. Nasazlıq kodları.....................................................................69

26. NƏZARƏT ÖLÇÜ CİHAZLARI

VƏ AVTOMATİKA
Ümumi məlumat

Bütün mühərriklər Wartsila-WECS 2000 firmasının istehsalı olan mühərrikin idarəetmə sistemi ilə təchiz edilmişdir. WECS mühərriki və onun idarə edilməsini fasiləsiz müşahidə etmək üçün istifadə edilir. O, dizel mühərriklərində istifadə etmək üçün işlənmişdir və çətin istismar şəraitləri üçün düzəldilmişdir.


WECS avtomatik sistem


Şəkil 26-1 4023019912

Şəkildə altı silindirli sıra mühərrikində WECS sisteminin yerləşdirilməsi göstərilmişdir. Sistemin dəqiq struktur sxemi, d.d. idarəetmənin paylaşdırılmış qurğularının (DCU – Distributed Conyrol Units) (1) və Vericili mültipleks qurğularının (SMU sensor Multiplexer Units (2) sayı silindrlərin konfiqurasiyalarından asılıdır. Xarici sistemə gedən və ondan daxil olan siqnallar Baş idarəetmə bloku ilə (MCU – Main Control Unit) və rele modulu (RM – Relay Module) əlaqədə olduğu bir zamanda mühərrikdə bütün vericilər DCU i SMU –ya birləşmişdir. Mühərrikin parametrləri Yerli displeyə (LDU – Lokal Displey Unit) çıxarılır.

WECS şkafı qurulmasından asılı olaraq, mühərrikin intiqallı və ya azad uc tərəfindən rezin dayaqlarda yumşaq quraşdırılmışdır.
W


  1. Yerli displey

  2. Baş idarəetmə bloku

  3. Rele modulu

  4. Yerli idarəetmə paneli

  5. Birləşdiricilər

  6. İzolə edən relelər

  7. Qoruyucu diodlar

  8. Əriyən qoruyucular

  9. Süzgəclər

  10. Gücləndirici

  11. Çevirici

  12. Çevirici

  13. Klemmalı uclar
ECS şkafı

Şəkil 26-2 402309200111


WECS əhatə edir:

  • Mühərrikin dirsəkli valının və turbokompressorun firlanma

tezliyinin ölçülməsini

  • Mühərrikin təhlükəsizlik sistemini.

  • mühərrikin işə buraxılmasını

  • mühərrikin dayandırılmasını

  • işə buraxmanın blokirovkasını

  • mühərrikin avtomatik işə qoşulmasını

  • yükün azaldılması tələbini

  • Bütün izləyici və siqnal vericilərindən alınan siqnalların

emalını

etdirilməsini

  • Xarici sistemlərdə məlumat mubadiləsini (məsələn, həyəcan

və izləmə siqnalizasiyası sistemləri ilə)

  • Ehtiyat funksiyalar üçün çıxışların idarə edilməsini

  • Təcili funksiyalarlı qurğuları

  • dayandırılmaya qadağanın birinciliyini

  • enerji təchizatında qəza fasilələri şəraitində işə buraxmanı.

27. İŞİN İZAHATI


Ümumi məlumat
Bu fəsildə WECS sisteminin funksional məsələlərinin izahat verilir. Xüsusi xarakteri səbəbindən dövrlər sayının ölçülməsi başqa ölçü sistemlərindən ayrılmişdir. Təhlükəsizlik məsələləri həyəcan siqnalizasiyası, zaman üzrə uyğunlaşdırma, işə buraxmanın (dayandırmanın) idarə edilməsi və yanacaq məhdudiyyətindən ibarətdir.
Firlanma tezliyinin ölçülməsi

Mühərrikin dirsəkli valının fırlanma tezliyi iki verici ilə, turbokompressorun isə hər bir kompressorda biri ilə ölçülür.

Mühərrikin vericilərindən biri DCU qurğularından birinə qoşulmuşdur. Fırlanma tezliyinin hesabatı DCU-dakı proqram təminatı ilə yerinə yetirilir. Dirsəkli valın fırlanma tezliyinin buraxıla bilən qiymətdən yuxarı qaldırdıqda, və ya fırlanma tezliyi qoyulandan aşağı düşdükdə d.d. nominaldan aşağı olduqda DCU-nun gəti vahid baş mühərrikinin dayandırma əmri ilə mühərrik dayandırılacaq. Bu funksiya “nasos dağıtması” adını daşıyır. İdeya ondan ibarətdir ki, coşqun dənizdə vint suyun səviyyəsindən yuxarı çıxdıqda fırlanma tezliyini məhdudlaşdırmaq. Mühərrikin dirsəkli valının fırlanma tezliyinin ikinci vericisi mühərrikin WECS şkafında yerləşən Rele modulu ilə birləşdirilmişdir. Bu modul əgər verici birləşdirilən DCU qurğusu tərəfindən dövrlərin artılması müəyyən edilməzsə mühərrikin açılmasını təmin edir. Rele modulunun fırlanma tezliyinin vericisi, mühərrik dayandıqda yağlama sistemində yağın təzyiginin aşağı olması səbəbindən PSZ201-nin açılmasının qarşısını almaq üçün də istifadə edilir. Turbo kompressorun fırlanma surətinin vericisi WECS-in strukturundan asılı olaraq, ya DCU ya da SMU qurğularından birinə birləşdirilmişdir. Turbokompressorun fırlanma tezliyinin hesabatı DCU-dakı proqram təminatı ilə yerinə yetirilir.
Təhlükəsizlik sistemi

Təhlükəsizlik sistemi WECS-in proqram təminatında həyata keçirilmişdir. Bundan başqa aparat reallaşdırılmasında müəyyən ehtiyat təhlükəsizlik funksiyaları vardır (Rele modulu). Təhlükəsizlik sistemini beş əsas hissələrə bölmək olar: işə buraxma, dayandırma, işə buraxmanın blokirovkası, dövrədən açma və yükün azaldılması.


İşə buraxma

WECS sistemində işə buraxma funksiyası diqqəti cəlb edən müəyyən vacib xüsusiyyətlərlə xarakterizə olunur.

* Bütün işə buraxma şərtlərini verilən qurğuya uyğun qurmaq olar


idarəetmə düyməsi ilkin vəziyyətə gətirilməzsə mühərrik işə buraxılmayacaq.
Dayandırma

Əgər dayandırma siqnalının birinciliyi nəzərdə tutulubsa, WECS sistemində dayandırma funksiyası diqqəti cəlb edən müəyyən vacib xüsusiyyətlərlə xarakterizə edilir.

* Qəza dayandırma siqnalı və açma fırlanma tezliyi artdıqda dayandırmanın birincilik siqnalı ilə blokirovkalanmır.


  • MCU-ya dayandırmanın birincilik siqnalı Rele modulu

vasitəsilə daxil olur.


İşə buraxmanın blokirovkaları

Gəmi mühərrikində işə buraxma blokirovkası aşağıdakı şərtlərdə olur:

*qabaqcadan yağlamanın təzyiqinin aşağı olması

*dirsəkli valın çevrilməsi mexanizmi işə düşüb

*dayandırma qolu dayan vəziyyətindədir

*yerli/məsafədən idarəetmə dəyişdirici açarı yerli vəziyyətindədir (məsafədən idarəetməni blokirovka edir)

*Yerli/məsafədən idarəetmə dəyişdirici açarı məsafədən idarəetmə vəziyyətindədir (yerli işə buraxmanı blokirovka edir)

Standart stasionar mühərriklərdə (elektrik stansiyalarında) aşağıdakı şərtlər üçün əlavə işəburaxma blokirovkaları vardır (bu şərtlər konfiqurasiya olunur, d.d. onları verilən qurğuya uyğun yenidən sazlamaq olar):

*mühərrikin qabaqcadan qızdırılmasının olmaması (soyutma sisteminin BT konturunda temperaturun aşağı düşməsi, mühərrikin açılması)

*yanacağın təzyiqinin aşağı düşməsi

*işə buraxan havanın təzyiqinin aşağı düşməsi.

Əgər işə buraxma blokirovkası işləyirsə, mühərrikin işə buraxılmasının yerinə yetirilməsi mümkün deyil. Modbus-a həyəcan siqnalı işə buraxma blokirovkasının hər dəfə işə qoşulması ilə verilir.



Açılmalar

Mühərrikin açılması normal dayandırma kimi, d.d. mühərrikin pnevmatik dayandırılması və fırlanma tezliyinin tənzimləyicisinin dayandırma funksiyasının eyni zamanda tətbiqi ilə aparılır.

WECS sistemində fırlanma tezliyinin tənzimləyicisinin dayandırma siqnalının verilməsi funksiyasını bu tənzimləyiciyə uyğun konfiqurasiya etmək olar. Tənzimləyici mühərrikin dayandırılması üçün aktiv və ya aktiv olmayan girişə malikdir. Açılma üçün istifadə edilən analoq vericisi və açılma səviyyəsi WECS-in proqram təminatında verilə bilər.

Açılmaya bağlayıcı təsir edir və təkrar işə buraxmanin mümkün olmasi üçün açılmadan sonra ilkin vəziyyətin bərpasını yerinə yetirmək tələb olunur. Təbiidir ki bundan qabaq açılmanın səbəbini aydınlaşdırmaq lazımdır. Hər hansı açılmanın səbəbi Modbus-da əlaqə xətti ilə bütün xarici sistemlərə verilir.

Təhlükəsizlik səbəblərindən tələb olunan açılmalar qurğunun tipindən asılıdır. Açılma şərtləri və onun həddləri konkret qurğuya dair sənədlərdə göstərilmişdir.
Açılmanın ehtiyat sistemi

WECS-in müəyyən funksiyaları müstəqil aparat realizasiya sistemi olan Rele blokunda təkrarlanır. Bu funksiyalar aşağıdakılardır:



  • yağlama sistemində yağın təzyiqinin aşağı olması

  • fırlanma tezliyinin qalxmasının məhdudlaşdırılması

  • əlavə elektrik açarı.

Rele blokuna eləcə də qəza dayandırılması düyməsi birləşdirilmişdir.

Yağlama sistemində yağın təzyiqi səbəbindən açılma onun üçün ayrılmış təzyiq relesi ilə aparılır. Mühərrikin hərəkətsiz və dayanma mərhələlərində açılmanı xəbərdar etmək üçün, yağlama sistemində yağın təzyiqi səbəbindən açılma funksiyası dirsəkli valın aşağı fırlanma tezliyində yatırdılır. Fırlanma tezliyinin məhdudlaşdırılmasını həyata keçirmək üçün rele modulu ayrıca tezlik vericisi (kontaktsız elektrik açarı) istifadə edir. Məhdudlaşdırma həddini WECS-in konfiqurasiyasındakı həddən azca yuxarı qoyurlar və funksiya bağlayıcı təsirə malikdir.


Yükün azaldılması

Əgər WECS-də yükün azaldılmasına qoyulan həddlər təyin edilmişsə, onlar konkret qurğular üzrə sənədlərdə göstərilir. Qoyulan həddən çox olduqda yükün azaldılmasına sorğu xarici sistemə göndərilir. Yükün azaldılmasını həmişə xarici idarəetmə sistemi ilə və ya əl ilə operator həyata keçirir.



Fasiləsiz izləmə və həyəcan siqnalizasiyası vericiləri

WECS-də siqnalların emalı
WECS sistemində verilənlərin toplanması paylaşdırılmışdır. Bu o deməkdir ki, vericilər, paylayicilar qrupuna yaxın yerləşən SMU və ya DCU-nun paylaşdırıcı qurğularına birləşdirilmişdir. Ancaq işə buraxma və dayandırmaya aid olan elektrik açarları MCU-nun Baş idarəetmə blokuna birləşdirilmişdir. Ehtiyat vericilər Rele bloku ilə birləşdirilmişdir. Ölçülən kəmiyyətlər DCU/SMU-ya ancaq vericidən analoq şəklində verilir. Bundan sonra bu kəmiyyətlər rəqəm şəklini alır.
İzləmə və həyəcan siqnalizasiyası üçün vericilər

Mühərriklərdə izləmə, həyəcan siqnalizasiyası və təhlükəsizliyin təminatı üçün aşağıdakı standart vericilər komplekti quraşdırılmışdır.




İşarə

Adı

Tip

LS103A

Yanacağın axması, vurucu nasos

b

LS106A

Yanacağın axması, təmiz yanacaq

b

LS108A

Yanacağın axması, çirk yanacaq, nazim çarxla valın ucu

b

PT101

Girişdə maye yanacağın təzyiqi

a

TE101

Girişdə maye yanacağın temperaturu

a

LS204

Yağlama sistemində yağın səviyyəsi

b

PT201

Girişdə yağlamaya verilən yağın təzyiqi




PT241

Girişdə yağlamaya verilən yağın təzyiqi

a

PDY243

Yağ süzgəcində təzyiq düşgüsü 1)

a

TE201

Qirişdə yağlamaya verilən yağın temperaturu

a

TE231

LOC girişində yağın temperaturu

a



PT301

İşə buraxan havanın təzyiqi

a

PT311

İdarə edən havanın təzyiqi

a

PT401

Yüksək temperatur su xəttində (BT) Suyun girişdə təzyiqi

a

PT471

Alçaq temperatur su xəttində (HT)

a

TE401

Yüksək temperatur su xəttində suyun girişdə temperaturu ( BT)

a

TE402

Çıxışda suyun BT temperaturu

a

TE432

(AİS)-ın çıxışında suyun BT temperaturu

a

TE471

( AİS )-ın çıxışında suyun HT temperaturu

a

TE472

( AİS )-ın çıxışında suyun HT temperaturu

a

TE482

(LOC)-un çıxışında suyun HT temperaturu

a

TE511

ÜQ-in temperaturu, turbokompressorun(2) girişi

a

TE517

ÜQ-in temperaturu, turbokompressorun çıxışı

a

TE51CA

ÜQ-in temperaturu silindrin (3) çıxışında

a

PT601

Doldurulan (basılmış) havanın təzyiqi, giriş

a

TE601

Basılmış havanın temperaturu, giriş

a

TE700

Əsil (коренной) yastığın 4) temperaturu

a

TE 711A

1. Silindirin 3) gilizinin temperaturu

a

GT165

İstilik reykasının vəziyyəti

a

GS171

Dayan vəziyyətində dayandırma qolu

a

ST173

Dirsəkli valın fırlanma tezliyi

a

ST174

Dirsəkli valın fırlanma tezliyi, ehtiyat sistemi

a

SE518

Turbokompressorun dövrləri

a

GS792

Dirsəkli valın döndərilmə mexanizmi qoşulmuşdur

b

PSZ201

Yağlama sistemində yağın təzyiqi, giriş (ehtiyat sistemi)

b

a - analoq vericisi

b - binar (releli) verici


  1. Hesabat kəmiyyəti (ayrı olmayan verici)

  2. 1…4 əd. OT-nin buraxılış sistemindən asılı olaraq

  3. 2 əd.-/ silindr

  4. (n+2) əd., harada n – silindrlərin sayı

Baxmayaraq ki, yuxarıda göstərilən vericilər standarta uyğun sayılır, vericilərin sayı və tipi ayrı-ayrı hallarda hər qurğuda tələbatdan asılı olaraq, müxtəlif ola bilər. Mühərrikdə qurulan verici və başqa elektroaparatların faktiki komplekti, eləcə də yükün azaldılması üçün qoyulan həddləri hər konkret qurğu üzrə sənədlərdə tapmaq olar.
İş qabiliyyətinin sınağı

Bu bölmədə fırlanma tezliyinin məhdudlaşdırma mexanizminin və təzyiq vericilərinin sınaqları metodlarının izahatı verilmişdir.


28. FIRLANMA TEZLİYİNİN MƏHDUDLAŞDIRMA

MEXANİZMİNİN SINAĞI
Dirsəkli valın fırlanma tezliyini ölçmək üçün iki verici vardır. Onlardan biri (ST173) DCU1-ə qoşulmuşdur, o biri verici (ST174) Rele moduluna birləşdirilmişdir. Fırlanma tezliyinin qalxması hər iki verici ilə aşkar edilir. DCU-da verilən fırlanma tezliyi Rele modulunda qoyulan həddən aşağıdır. DCU-da qoyulan fırlanma tezliyinin həddi mühərrikin dirsəkli valının nominal fırlanma tezliyindən 15% yuxarıdır. Bu hədd Rele modulunda dirsəkli valın nominal fırlanma tezliyindən 18% yuxarıdır. Əgər bu mümkündürsə dirsəkli valın fırlanma tezliyinin məhdudlaşdırma mexanizmi, belə hədli tezlikdə mühərriki faktiki işlətməklə sınamaq olar. Əks halda sınağı dirsəkli valın fırlanma tezliyini modelləşdirərək siqnallar generatoru ilə aparmaq lazımdır. Dirsəkli valın fırlanma tezliyini məhdudlaşdırma mexanizmi fırlanma tezliyi həddi artdıqda mühərriki saxlamalıdır. Burada bir istisna mövcuddur. Əgər yeganə baş mühərrik fırlanma tezliyi həddini 15% artırsa, dayandırma solenoidləri işə qoşulur və o ana qədər aktiv olurlar ki, fırlanma tezliyi nominal qiymətdən aşağı olsun. Köməkçi mühərriklər fırlanma tezliyinin aşağı həddən yuxarı olduqda dayandırılacaqdır. Rele modulunda fırlanma tezliyinin həddi ehtiyat kimi istifadə edilir və həmişə bağlayıcı təsir edir.
Mühərriki işlətməklə dirsəkli valın fırlanma tezliyinin məhdudlaşdırma mexanizminin sınağı

Dirsəkli valın fırlanma tezliyinin məhdudlaşdırma mexanizmini mühərriki tezlik həddində işlətməklə sınamaq olar. Dirsəkli valın fırlanma tezliyini 60 dövr/dəq-dən çox tezlik həddindən yuxarı artırmaq olmaz.



  1. Dirsəkli valın fırlanma tezliyinin artmasına diqqət yetirin

  2. Təyin edin, hansı tezlikdə hədd qiymətinin qalxması aşkar edilmişdir.

Əvvəlcə DCU1-də fırlanma tezliyi həddi artacaq. Rele modulunun fırlanma tezliyinin məhdudlaşdırma mexanizminin sınağında DCU1(ST173)-ün tezlik vericisi dövrədən açılmalıdır.

Qeyd! Sınaqdan sonra tezlik vericisini birləşdirməyi yadınızdan çıxarmayın
Dirsəkli valın fırlanma tezliyini məhdudlaşdıran mexanizmin siqnallar generatorunun köməyi ilə sınağı

1. Siqnallar generatorunu (848113) növbə ilə hər iki fırlanma tezliyi vericisinə qoşun. Siqnallar generatorunu fırlanma tezliyi vericisinin “siqnal” və “yer” ucuna birləşdirmək. Birləşmələri şəkil 23-26-da bax. Hədd miqdarı artdıqda,fırlanma tezliyinin qalxması səbəbindən dayanma aşkar edilməlidir.



Qeyd! Dirsəkli valın fırlanma tezliyininn modelləşdirmə zamanı

yağlama sisteminin açılmaması baş verməsin deyə işləməyən

mühərrikdə PT201-1 təzyiq vericisi və PSZ201 təzyiq relesini

dövrədən acmaq olar. Həmin qurğu üçün elektrik sxeminin

cizgisində birləşmələrə bax.

2. Giriş siqnalının tezliyini artırın

3. Hədd qiymətinin artmasının hansı tezlikdə aşkar edilməsini təyin edin.

Dirsəkli valın fırlanma tezliyi tənzimçi valın dişli çarx ötürməsinə əsasən təyin edilir. Tənzimçi valın fırlanma tezliyi dirsəkli valın fırlanmasının yarısını təşkil edir. Dirsəkli valın fırlanma tezliyi həddinə uyğun olan dişli çarxın fırlanma tezliyini, tənzimçi valın dişli çarxının dişlərinin sayını bilərək, asanca hesablamaq olar. Planetar ötürücülü mühərrikdə və planetar ötürücüsü olmayan mühərrikdə tənzimçi valın dişli çarxı 48 dişə malikdir. Aşağıda verilən düstur vericinin aşkar etdiyi və dirsəkli valın fırlanma tezliyinə uyğun tezliyi verir.



Dirsəkli valın fırlanma tezliyinə uyğun tezlik, dirsəkli valın nominal fırlanma tezliyi 720 dövr/dəq və uyğun olaraq 750 dövr/dəq. Olduqda aşağıdakı cədvəldə göstərilmişdir.


Cədvəl 28-1




Dirsəkli valın fırlanma tezliyinə uyğun tezlik

Planetar ötürücü

olmadan


Planetar

ötürücülü



720 dövr/dəq (nominal tezlik)

288 Hs

252 Hs

828 dövr/dəq (DCU/SMU-da,15%-li hədd qalxması

331 Hs

290 Hs

850 dövr/dəq (RM-də, 18%-li

hədd qalxması



340 Hs

297 Hs

Cədvəl 28-2






Dirsəkli valın fırlanma tezliyinə

uyğun tezlik



Planetar ötürücüsü olmadan

Planetar

ötürücülü



750 dövr/dəq

(nominal tezlik)



300 Hs

263 Hs

863 dövr/dəq (15%-lik

hədd qalxması,

DCU/SMU)


345 Hs

302 Hs

885 dövr/dəq (18%-lik

hədd qalxması, RM)



354 Hs

310 Hs

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə