Azercell 2014 – tarif 4 fevral




Yüklə 13.37 Kb.
tarix18.04.2016
ölçüsü13.37 Kb.


AZERCELL 2014 – TARIF




4 fevral: Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq etdi. Bu tarif 0.32AZN təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.


İstiqamət

Köhnə tarif AZN/1 dəq.

Yeni tarif AZN/1 dəq.




MDB və Baltikyanı ölkələr

 0.37 AZN

0.32 AZN




İran, Türkiyə

 0.43 AZN

0.32 AZN




Avropa, Amerika qitəsi ölkələri və b.

 0.50 AZN

0.32 AZN



Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olundu.


13 mart: Azercell bu dəfə endirimli bölgə tarifini təqdim etməklə bölgələrdəki Korporativ abunəçilərini sevindirdi. Yeni endirimli tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışırlar. Eyni zamanda, şirkətin daxilində edilən bütün zənglər pulsuzdur. Yeni tarifə görə, 1 sms cəmi 1 qəpik, 1 MMS isə 5 qəpik tarifi ilə hesablanır.Onu da bildirək ki, BizKlub üzvləri üçün də BizKlub daxilində zənglər pulsuzdur.
16 may: Şirkət “Asan İmza” xidmətində tarifləri əhəmiyyətli dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər “Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyır. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edır.Bundan əlavə 20 iyun 2014-cü il tarixindən etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manatdı.


18 iyun: 13 iyun 2014-cü il tarixindən etibarən Azercell Telekom rominq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. İndi bütün Azercell abunəçiləri rahat şəkildə istədikləri ölkəyə getməzdən əvvəl rominq xidmətlərini aktiv edə bilərlər.
15 iyul: Bu tarixdən etibarən Azercell abunəçilərinə yeni “Hədsiz” tarif paketi təqdim olundu. Aylıq 49,9 AZN abunə haqqı muqabilində abunəçilər şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək,  2000 ədəd ölkədaxili  və beynəlxalq SMS göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.
19 sentyabr: Yeni Gənc OL tarifini abunəçilərinə təqdim edən Azercell inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif etdi. Ayda cəmi 5 AZN ödəyib GəncOL tarif paketinə qoşulmaqla Gənc OL abunəçiləri öz aralarında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edir. Bundan əlavə, hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı da əldə etmiş olurlar.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə